Məhkəmə qərarları › İş №1(022)-143/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-143/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-143/2024 05.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, X1 məhkəmə-iclas katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 28 avqust 1969-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 40 qeydiyyatda olmaqla, yaşayan, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H Aslanov küçəsində yerləşən yaşayış evində bacısı Şahid5 ilə ailə münasibətlər zəminində yəni, Təqsirləndirilən şəxs mütəmadi spirtli içki qəbul etməsi səbəbindən əsəbləşərək stəkan və nimçəni sındırmış aralarında baş vermiş mübahisə zamanı sonuncu yumruqla vuraraq Şahid5 "sağ kürək və kürəkaltı nahiyyədə sıyrıqlar" ilə nəticələnən və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş habelə mübahisə zamanı onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs bir neçə dəfə saçından tutaraq yerə yıxmış, yumruq və təpiklə onu vuraraq başın təpə nahiyyəsində əzilmiş səthi yara, üst və alt dodağın selikli qişasında əzilmiş qara şişkinlik və qansızma sol əlin 1-ci, sol ayağın 2-ci barmağında, sağ diz oynağı və sağ baldır nahiyyəsındə sıyrıq ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 iyul 2024-cü il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, H Aslanov küçəsində yerləşən yaşayış evində bacısı Şahid5 ilə ailə münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu yumruqla vuraraq xəsarət yetirmiş habelə mübahisə zamanı onu sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs bir neçə dəfə saçından tutaraq yerə yıxmış, yumruq və təpiklə onu vurmuşdur. Münaqişə onun həmin vaxt spirtli içki qəbul etməsi səbəbindən sərxoş olduğu üçün əsəbləşərək stəkan və nimçəni sındırmağı ilə başlamışdır. O, sonradan zərəçəkmiş şəxsdən üzr istəsə də, həmin şəxslə barışığa nail olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır, bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs mütəmadi spirtli içki qəbul edir, sərxoş halda evdə münaqişə yaradır, onu və anasını söyərək təhqir edir və döyür. 11 iyul 2024-cü il tarixdə, saat 18 radələrində evdə olmuş, dayısı sərxoş halda anasını döyməyə başlamış, həmin vaxtı anası Şəfiqəyə kömək etmək istədikdə, Təvəkgül onun saçından tutmuş, yumruqla ağız nahiyyəsindən vuraraq yerə yıxmış, təpiklə baş və kürək nahiyyələrindən vuraraq onu döymüşdür. Onun əlindən çıxıb qaçarkən Təvəkgül həyətdə darvazanı bağlamış təkrar saçından tutub yerə yıxmış, paltarını cırmış, saçından tutub sürümüşdür. Qonşuları Ədalət həyətə gəlmiş, onu tutmuş, təkrar onun əlindən çıxaraq küçəyə qaçmışdır. Küçədə xalası qızı Ülkərlə rastlaşmış, onu xalası evinə aparmış, başına buz qoymuş, qanı kəsilmişdir. Sonra xalası qızları Asİya, Sənubər və Ülkərlə birlikdə evə qayıtmışdı. Həyət darvazası qarşısında Təvəkgül polisə xəbər verməsini bilmiş, təkrar üzərinə hücum çəkmiş, saçından tutaraq döyməyə başlmışdır. Səsinə evlərinə gələn bacısı Səkinənində saçından tutaraq onu da sillə və yumruqla vuraraq döymüşdür. Xəsarəti baş, ağız, sol əlin baş barmağı, sol ayağın pəncə nahiyyəsində, sinə, boğaz, diz, kürək və hər iki qollarındadır. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qorxduqları üçün anası və bacısı küçədə sərbəst hərəkət edə bilmirlər. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onları təhdid edir, nəlaiq ifadələrlə küçədə ünvanlarına səslənərək psixoloji şiddət göstərir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, bir evdə yaşayırlar. Qardaşı mütəmadi spirtli içki qəbul edir və onun pis vərdişləri vardır, narkotik maddə qəbul edir. Hər dəfə sərxoş halda evdə münaqişə yaradır, onu, övladlarını söyərək təhqir edir və döyür. 11 iyul 2024-cü il tarixdə, saat 18 radələrində evdə qızı Səbinə ilə olan zaman Təvəkgül sərxoş halda onu döyməyə başlamış həmin vaxtı ev əşyalarını sındırmış, qızı Səbinə harayçılıq etmək istədikdə, Təvəkgül əl atıb saçından tutmuş, yumruqla ağız nahiyyəsindən vuraraq yerə yıxmış, təpiklə baş və kürək nahiyyələrindən vuraraq döyməyə başlamışdır. Qızı onun əlindən çıxıb qaçarkən Təvəkgül həyətdə darvazanı bağlamış, təkrar saçından tutub yerə yıxmış, sürümüş, eyni qaydada döymüşdür. O, küçəyə qaçmış, qonşuluqda yaşayan Ədaləti həyətə çağırmış, Ədalət onu tutmuş vurmasının səbəbini soruşarkən Təvəkgül Ədalətin yanında onu vurub yerə yıxmışdır. Qızı Səbinə əlindən çıxmış küçəyə qaçmış, küçədə bacısı qızı Ülkərlə rastlaşmış, onu bacısı evinə aparmışdı . Övladları təcili yardıma və 102 xidmətinə məlumat vermiş, həkimlər gəlmiş və ona tibbi yardım etmişlər. Sonra bacısı qızları Asiya, Sənubər və Ülkər qızı Səbinəni evə gətirmişlər Təvəkgül onların yanında Səbinəni və qızı Səkinəni döyməyə başlamışdır. Səsə evlərinə gələn qonşular onları ayırmışlar. Həmin vaxtı Pərviz adlı qonşu gəlmiş, Təvəkgülü tutaraq zorla ayırmışdır. Baş, sinə, kürək nahiyyəsində çox saylı xəsarətləri vardır. Dava-dalaş 20-30 dəqiqəyə yaxın davam etmiş, Ədalət, Pərviz, Asiya, Sənubər və Ülkər hadisəni görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək anası Şəfiqənin vermiş olduğu ifadəni təsdiq etmiş və bildirmişdir ki 11 iyul 2024-cü il tarixdə, saat 18:24 radələrində xalası qızı Ülkər onun telefonuna zəng edərək Təvəkgül tərəfindən anasının və bacısı Səbinənin döyülməsini demiş işdən çıxmış, ağlaya-ağlaya anası evinə gəlmiş və həyətə daxil olarkən Səbinənin üz gözü qanın içində, eyni qaydada anasının vurulub yerə yıxıldığını görmüşdür. Dayısı Təvəkgülə acıqlanmış, iradını bildirmiş, polisə şikayət edəcəyini demiş, Təvəkgül isə onun üzərinə hücum çəkmiş, saçını tutmuş, sillə və yumruqla onun başına və sifətinə vuraraq döymüşdür. Həyətlərində olan şəxslər onu Təvəkgülün əlindən almışlar. Təvəkgülün əlindən çıxıb küçəyə qaçmış, Təvəkgül ardınca küçəyə çıxmış, qaçaraq onu qovmuşdur. Təvəkgülün onu döyməsi nəticəsində başında, qollarında, boğazında, qarın və kürək nahiyyəsində xəsarətləri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, Şəfiqə onun xalasıdır Təvəkkül isə onun dayısıdır.11 iyul 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən xalas qızı Zərərçəkmiş şəxs üz-gözü qan içində onların evinə gəlmiş və Təvəkgül tərəfindən döyülməsini bildirmişdir. Onun əl-üzünü yumuş, paltarını dəyişmiş, xalası qızı Ülkərlə birlikdə evlərinə gətirərkən və həyətə daxil olarkən Təvəkgül onları görmüş, üzərlərinə hücum çəkmişdir. Səbinəni təkrar vurmaq istədikdə Ülkər araya girmiş və Şahid2 harayçılıq etmişdir. Təvəkgül onun yanında Səbinəni döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Şəfiqə onun xalasıdır, Səbinə isə xalası qızıdır. 11 iyul 2024-cü ıl tarixdə, saat 18 radələrində yaşadığı evdə olarkən bacısı Ülkər ona zəng etmiş, xalası qızı Zərərçəkmiş şəxs dayısı Təvəkgül tərəfindən döyülməsi barədə məlumat vermiş, üz-gözü qan içində olmasını bildirmişdir. Evdən çıxmış, xalası Şəfiqənin evinə gəlmişdir. Təvəkgül həmin vaxtı evdə olmuş, Ülkər, Asiya və Səbınə həyətə gəlmiş, Təvəkgül Səbinəni görüb üzərinə hücum cəkmiş, döyməyə başlamış, həmin vaxtı Şəfiqə bayılmış, bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, şahidləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və onun müdaifəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 12 iyul 2024-cü il tarixli 294 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Şahid5 bədəni üzərində aşkar edilmiş sağ kürək və kürəkaltı nahiyyədə sıyrıqlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 11 iyul 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi ləyin edilmir. (i.v. 13-14) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 12 iyul 2024-cü il tarixli 295 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs başın təpə nahiyəsində əzilmiş səthi yara, üst və alt dodağın selikli qişasında əzilmiş yara, şişkinlik və qansızma, sol əlin 1-ci, sol ayağən 2-ci barmağında, sağ diz oynağı və sağ baldır nahiyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd edilən 11 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 8-9) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 12 iyul 2024-cü il tarixli 296 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Şahid4 bədəni üzərində hər hansı bır xəsarət aşkar edilmədi. (i.v. 18-19) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 iyul 2024-cü il tarixli 593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmur. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 34) 18 iyul 2024-cü il tarixli iltizamdan görünür ki, Rəhimov X3 Rayon Polis Şöbəsinə barəsində olan təhqiqat materialları ilə əlaqədar olaraq təhqiqatçının, prokurorun və məhkəmənin çağırışına gələcəyi, əgər yaşayış yerini dəyişsə bu barədə dərhal həmin orqanlara məlumat verəcəyinə dair iltizam vermişdir. (i.v. 46) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 22 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 26 dekabr 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 206.2, 234.1 və 66.3-ci maddələrinə əsasən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hökmü ilə 3 il 3 ay azadlıqdan məhrum edilmişdir. 29 sentyabr 2021-ci ildə cəzasının sonu ilə azad edilib, məhkumluğu ödənilmişdir. 29 dekabr 2022-cü il tarixdə Cinayət Məcəlləsinin 177.1-ci ilə başlanmış cinayət işinə Cinayət Prosessual Məcəlləsinin 40.2 və Cinayət Məcəlləsinin 73.1-ci maddələrinə əsasən xitam verilmişdir. (i.v. 49-51) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 26 iyul 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Rəhimov X3 Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (i.v. 48) Biləsuvar rayonu icra hakimiyyəti başçısının Biləsuvar şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs heç bir fərdi əməklə məşğul deyil, yaşadığı ərazinin sakinləri və onu tanıyanlar ondan narazılıq edir. (i.v. 52-53) “Cinayət işi başlanmasının hissəvi rədd edilməsi və yekun protokolun tərtib edilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan “Xuliqanlıq”cinayətinin tərkibi olmadığı üçün və Şahid4 döyülməsi faktı təsdiqini tapmadığı üçün həmin xüsusatlar üzrə onun barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş və barəsində həmin maddə ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə yekun protokol tərtib edilərək məhkəməyə göndərilməsi üçün rayon prokurorluğuna təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 346.1.1-346.1.12-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmamış və dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan cəzaçəkmə müəssisəsinin növü kimi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların, cinayətin törədilmə üsulu və şəaitinin məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə qənaətə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbs olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X4 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək X2 barəsində həbs qətimkan tədbiri seçilsin və X5 məhkəmə iclası zalında həbs edilsin. X2 cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. X2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. X5 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar