Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-144/2024 23.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində 06 may 2024cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Biləsuvar rayon məhkməsinin xx.xx.2024-cü il tarixli 1(022)-144/2024 saylı qərarı ilə barəsində axtarış elan edilmiş və «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 10,247 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, X2 04 may 2024-cü il tarixdə DİN-nin 102 Zəng-xidməti mərkəzinə etdiyi müraciət əsasında sonuncunun yaşadığı ünvana gələn Biləsuvar RPŞnin əməliyyat-istintaq qrupunun üzvləri tərəfindən həmin tarixdə saat 11:30 radələrində Biləsuvar şəhəri, Z.Hacıyev küçəsində olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibindən sarı rəngli yapışqanlı lentə sarılmış bir ədəd bükülüdə xeyli miqdarda, təmiz çəkisi 10,247 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayının sonlarında 28 may metrostasiyasının yaxınlığında tanımadığı şəxsdən aldığı çıkıladol dərmanlarını 03 may 2024-cü il tarixdə qəbul etmişdir. Həmin tarixdə gecə evinə gedərkən halı özündə olmadığından Biləsuvar şəhəri ərazisindən keçən Balharı çayının sahili ilə gəzən zaman çayın sahilində oturmaq istəmişdir. Çayın sahilində yerə basdırılmış şiferlər görmüşdür. O, həmin şiferi çıxardaraq üzərində oturub sakitləşmək üçün yerindən çıxartmağa başlamışdır. Həmin şiferi götürmək istədikdə adını sonradan bildiyi X7 ona yaxınlaşarq ona məxsus həyətyanı sahədəki qəhəldən niyə oğurluq etmək istədiyini soruşmuşdur. Ona görə də aralarında mübahisə olmuşdur. E.Məmmədov polisə zəng etmişdir. Polis işçiləri gəlib onu Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Lakin polis şöbəsində Toğrul adlı polis işçisi ona üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı verib baxış zamanı təqdim etməsini söylədiyindən o da razılaşmışdır. Məhkəmə istintaqının gedişi zamanı Təqsirləndirilən şəxs ifadə verərək ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 2023-cü ildən narkotik vasitə qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Hal-hazırda ara-sıra narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 03 may 2024-cü il tarixdə yaşadığı Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən evə gedərkən yerdə sarı yapışqanlı lentə sarılmış bükülü olduğunu görmüşdür. O, həmin büklünü açdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüş və cibinə qoymuşdur. 04 may 2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisindən keçən Balharı çayın sahili ilə gəzən zaman içkili olduğu üçün çayın sahilində oturmaq istəmişdir. Çayın sahilində yerə basdırılmış şiferlər görmüşdür. O, həmin şiferi çıxardaraq üzərində oturub sakitləşmək üçün yerindən çıxartmağa başlamışdır. Həmin şiferi götürmək istədikdə adını sonradan bildiyi X7 ona yaxınlaşarq ona məxsus həyətyanı sahədəki qəhəldən niyə oğurluq etmək istədiyini soruşmuşdur. O isə oğurluq etmədiyini, oturmaq üçün yer axtradığını bildirmişdir. Bundan sonra oraya adlarını sonradan bildiyi X3 və X27 gəlmişlər. Elsəvər Məmmədov polisə zəng vuracağını bildirmişdir. O da heç bir problemin olmamasını bildirmişdir. Bir qədər sonra oraya polis əməkdaşları yaxınlaşmışlar. Ondan kim olduğunu və orada nə gəzdiyini soruşmuşlar. O həmin vaxt sərxoş olduğu üçün özünü təqdim edə bilməmişdir. Bundan sonra onu Biləsuvar RPŞ-nə gətirmişlər. X5 məxsus həyatyanı sahədən qoyun oğurlamaq fikri olmamış, həmin zaman sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə sipirtli içki qəbul etmişdir. Sərxoşluq müayinəsi aktında nə üçün içkili olmadığı qeyd olunduğunu bilmir. 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, 28 may metrostasiyasının yaxınlığında tanımadığı şəxsdən aldığı çıkıladol dərmanlarını 04 may 2024-cü il tarixdə qəbul etmişdir. 04 may 2024-cü il tarixdə Biləsuvar şəhəri, Z.Hacıyev küçəsində X9 ilə aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı sonuncu və ya orada olan digər şəxslər ona fiziki zor tətbiq etməmişdir. Ancaq Biləsuvar rayon polis şöbəsinə zəng etmişlər. Polis əməkdaşlar gəlib onu Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə şöbəyə getmişdir. Polis şöbəsində ona üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğu bildirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi olduğu üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X14 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da də əynindəki şalvarın sol yan cibindən sarı rəngli yapışqanlı lentlə sarılmış bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə marixuanadır, həmin narkotik vasitə marixuananı 03 may 2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisindən tapmışdır. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. Bükülü elektron tərəzidə çəkildə çəkisinin 11,46 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Əli Hüseynov və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçi Əli Hüseynov ilə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Həmin narkotik vasitə qurudulmuş marixuana özünə məxsusdur və həmin narkotik vasitəni 03 may 2024-cü il tarixdə Biləsuvar şəhəri, 8 Mart küçəsində yaşadığı evin yaxınlığında küçədən tapmışdır, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin narkotik vasitəni tapan zaman yanında kənar şəxs olmamışdır. 03 may 2024-cü il tarixdə içərisində narkotik vasitə qurudulmuş marixuana olan büklünü tapdıqdan sonra həmin büklüdə olan narkotik vasitədən istifadə etməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Polis şöbəsinin X13 rəisi vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 04 may 2024-cü il tarixdə RPŞ-nin rəhbərliyinin tərtib etdiyi cədvələ əsasən əməliyyat-istintaq qrupuna cavabdeh şəxs olmuşdur. RPŞ-nin məsul növbətçisi polis kapitanı Cabir Bəşirov həmin tarixdə saat 10:44-də əlaqə saxlayaraq Biləsuvar şəhəri, İ.Məmmədov küçəsi, ev 19-da yaşayan X4 Daxili İşlər Nazirliyinin 102 Zəng-xidməti mərkəzinə müraciət edərək yaşadığı ünvanda münaqişə olması barədə məlumat verməsini bildirərək hadisə yerinə getmək üçün növbətçi hissəyə dəvət etmişdir. Bundan sonra dərhal növbətçi hissəyə yaxınlaşmışdır. Növbətçi Hissədə əməliyyat qrupunun digər üzvləri Biləsuvar RPŞ-nin İB-nin müstəntiqi polis mayoru X11, RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kapitanı Şahid1, RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi polis leytenantı Şahid2, NH-nin sürücüsü polis baş serjantı X15 və Biləsuvar RPŞ-nin Kriminilastik Tədqiqatlar qrupunun baş inspektor kriminalisti polis kapitanı X1 iştirakı ilə Elsəvər Məmmədovun müraciətində qeyd etdiyi ünvana getmişlər. Onlar Biləsuvar şəhəri, Z.Hacıyev küçəsinə çatdıqda X9 yaşadığı ünvana tanımadığı şəxsin xırdabuynuzlu heyvanı oğurlamaq üçün gəldiyini bildirmişdir. X18 həyatyanı sahəsinə yaxınlaşıb orada olan şəxsdən kim olmasını soruşmuşlar. Həmin şəxs özünü təqdim edə bilməmişdir. Onlar həmin şəxsi Biləsuvar RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. RPŞ-nin Növbətçi Hissəsində məlum olmuşdur ki, həmin şəxs ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs özünü şübhəli aparması, narkotik vasitələrin təsiri altında olması və üzərində narkotik vasitə gəzdirməsi şübhəsi olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsi üçün şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rövşən Musayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X14 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən sarı rəngli yapışqanlı lentə sarılmış bükülünü təqdim edərək, həmin bükülünün özünə məxsus olmasını, həmin bükülünü 03 may 2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisində küçədə yerdən tapmasını, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmişdir və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 11,24 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan heç bir qeyri qanuni əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilərək saxlanılıb şöbəyə gətirilən və üzərinə şəxsi axtarış keçrilən zamanı ona hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət öz razılığı ilə olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid1 Müşfiq oğlu şahid X10 ilə eyni məzmunda ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. Hadisə baş verənə qədər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirində iştirak etməmiş, nə də Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərkən onunla heç bir əlaqəsi və ya münasibəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən həmin tədbirdə iştirak etməmişdir. İşdə olan Şəxsi axtarış və götürmə barədə 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd sarı rəngli yapışqanlı lentə bükülmüş büklünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünü xx.xx.2024cü il tarixdə Biləsuvar şəhərində yerdən tapmış, üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 11,46 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X6 05 may 2024-cü il tarixli 19/392 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükülüdə təmiz çəkisi: -10,247 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 10,247 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 10,147 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 10,247 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 10,147 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2024-cü il tarixli 618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan aşlılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına N ay şərti sınaq müddəti müəyyən edilməklə məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının (xx.xx.2020-ci il təvəllüdlü X16) olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 04 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 may 2024-cü il saat 11:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin xx.xx.2024-cü il tarixli 1(022)-144/2024 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, axtarışı elan olunmuş Təqsirləndirilən şəxs aparılan əməliyyataxtarış tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə tutulmuş və Biləsuvar RPŞ-nin MSYnə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və axtarışla tutularaq 15 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş «həbs” qətimkan tədbiri «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 iyul 2024-cü il tarixli 618 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 10,147 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixindən 06 may 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin və 15 oktyabr 2024-cü il tarixdən 23 oktyabr 2024-cü il tarixədək saxlandığı 09 (doqquz) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs” qətimkan tədbiri «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 10,147 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X26
Məhkəmə qərarları › İş №1(022)-144/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-144/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver