Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-145/2024 31.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1981-ci il tarixdə Lənkəran rayonu, Kərgalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Lənkəran rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(049)-425/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə 3 il 2 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 7(049)-78/2023 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 ay 14 gün hissəsi 1 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 22 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Lənkəran rayonu, Kərgalan kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 6,276 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyun 2024cü il tarixdə, saat 03:00-da Biləsuvar rayonu, «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında «Hundai Getz» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd, şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda əvvəlcə özünü təqsirli bilməyərək göstərdi ki, o, Lənkəran rayonu, Kərgalan kəndində ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla, yaşayır, iki uşağı var. O, usta işləməklə ailəsini dolandırır. O, Lənkəran rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmü ilə 3 il 2 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin 15 noyabr 2023-cü il tarixli qərarı ilə isə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. O, 22 dekabr 2023-cü il tarixdə cəzasını çəkib qurtardıqdan sonra cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Həmin vaxtdan o, Lənkəran rayonu, Kərgalan kəndində yaşayır və heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. O, 26 iyun 2024-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Dad” adlı restoranda pivə içmiş və sonradan onun yanına qohumu Şahid3 gəlmişdir. O, sərxoş olduğu üçün Şahid3 məxsus avtomobillə gəzmək qərarına gəlmişdir. Buna görə də Şahid3 və o yola düşmüşlər. Onlar Lənkəran şəhərindən ayrılmışlar və Bakı şəhərinə gedən yolla hərəkət etmişlər. Hava yağışlı olduğu və yol təmir edildiyi üçün Şahid3 idarə etdiyi avtomaşın palçığa batmış və onlar həmin nəqliyyat vasitəsini palçıqdan çıxarmışlar. Onlar Biləsuvar rayonundan keçən yolla hərəkət etməyə başlamışlar və Cəlilabad rayonu ərazisindən Biləsuvar rayonuna daxil olduqları vaxt yol patrul xidmətinin əməkdaşları sürücüyə saxla əmrini verdikləri üçün Şahid3 avtomaşını yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onlar Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt hadisə yerində üç ədəd post-patrul xidməti avtomobili və bir ədəd ağ rəngli “Prado” markalı avtomaşın olmuşdur. Həmin polis əməkdaşları onları Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Şöbədə onun barədə araşdırma apardıqdan sonra əvvəllər azadlıqdan məhrum edildiyi məlum olmuşdur. Buna görə də əməliyyatçılar ona bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm təqdim edərək, üstünə qoymasını və ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. O, polis əməkdaşlarının ona təqdim etdiyi bükümü götürməkdən imtina etsə də, həmin şəxslər onu döymüşlər və o, öləcəyindən qorxduğu üçün həmin bükülünü götürmüşdür. Hər şey hazır olduqdan sonra şöbəyə vəkil dəvət edilmişdir. O, əməliyyatçıların onu öldürəcəyindən qorxduğu üçün gizli şəkildə vəkili Habil Məmmədovdan onunla yaınız görüşməsini xahiş etsə də, həmin şəxs onunla görüşməmişdir. Bundan sonra onları Biləsuvar rayon prokurorunun yanına aparmışlar. O, prokurora əməliyyatçılar tərəfindən ona içərisində narkotik vasitə olan bükülü təqdim edildiyini, döyüldüyünü və buna görə də həmin bükümün ona məxsus olması barədə etirafedici ifadə verdiyini bildirsə də, prokuror onun şikayətlərinə məhəl qoymamışdır. Daha sonra isə Şahid3 müvəqqəti saxlama yerindən buraxılmışdır. Həmin şəxsdən sonra isə onun da barəsində qətimkan tədbiri seçilərək, o da müvəqqəti saxlama yerindən azad edilmişdir. O, savadsız olduğu üçün azad edildikdən sonra heç bir orqana şikayət etməmiş və məhkəməyə çağırılacağı günü gözləmişdir. Onun Biləsuvar rayonuna gəlməkdə hər hansı məqsədi olmamışdır. O, ailəsini dolandıran şəxsdir və himayəsində iki uşağı var. Onun üzərinə polis əməkdaşları tərfəindən böhtan atılmışdır. O, məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanır. Həmçinin o bildirdi ki, onu döyən və ona büküm təqdim edən əməliyyatçıları hadisənin üzərindən uzun müddət keçdiyinə görə hazırda xatırlamır. Sonradan Təqsirləndirilən şəxs məhkəmədə əlavə izahat verərək, ona elan olunmuş ittihamda və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilərək göstərdi ki, məhkəmədəki əvvəlki ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. O, həqiqətən də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığı gündən bir müddət əvvəl yaşadığı kənddə piyada hərəkətdə olduğu vaxt yerdən bir ədəd, şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana taparaq, sonradan istehlak etmək məqsədilə əynindəki şalvarın sağ yan cibində gizlətmişdir. O, 27 iyun 2024-cü il tarixdə, saat 03 radələrində Biləsuvar rayonu ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında, qohumu və həmyerlisi Şahid3 idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olduqları vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsində üzərində baxışı keçirilərkən həmin narkotiv vasitə onun uzərində aşkar edilmişdir. Baxış keçirilməzdən əvvəl və baxış zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, onun üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Onun əvvəlki məhkəmə iclasında polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə bağlı sözləri özünümüdafiə məqsədilə demişdir. O, hazırda əməlindən çox peşmandır və ailəni dolandıran yeganə şəxsdir. Cinayəti törətməsinə səbəb onurğa beynində aparılmış cərrahiyyə əməliyyatında sinirlərində hiss etdiyi ağrıları sakitləşdirmək üçün narkotik vasitədən ağrıkəsici kimi istifadə etmək istəyi olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və cəza təyin edilərkən onun ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Sonda, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 26 iyun 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna onunla yanaşı Şahid4 və Şahid2 adlı digər əməliyyatçılar da daxil edilmişlər. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 27 iyun 2024-cü il tarixdə, saat 03 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən «Hundai Getz» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu ərazisində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. O, həmin vaxt özünə məxsus “Hyundai” markalı avtomobildə, digər əməliyyatçılar isə yol patrul xidməti avtomaşınlarında olmuşlar. Hadisə yerdində ağ rəngli və ya “Prado” markalı nəqliyyat vasitəsi olmamışdır. Bundan az sonra həmin nəqliyyat vasitəsi Biləsuvar rayonu, «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlatdırılmış və sonuncular Təqsirləndirilən şəxs və sürücü Şahid3 yaxınlaşaraq, özlərini təqdim etmiş və həmin şəxslər Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 7,07 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin həmin şəxsin üzərindən qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid1 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Həmçinin o, həmin şəxs Biləsuvar rayon polis şöbəsinə gətirildikdən sonra sonuncuya yaxınlaşmamışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 və Şahid4 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə, saat 03:00-da Biləsuvar rayonu, «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında «Hundai Getz» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərinə şəxsi axtarış keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd, şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. Həmçinin Şahid2 və Şahid4 bildirdilər ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 27 iyun 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibində olan bir ədəd, şəffaf rəngli sellofan bükülünü təqdim etmiş və həmin büküm ilə əlaqədar bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə qurudulmuş marixuanadır, onun özünə məxsusdur və o, həmin narkotik vasitə qurudulmuş marixuananı 2-3 həftə əvvəl Lənkəran rayonu ərazisində piyada hərəkətdə olduğu zaman yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 7,07 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 30 yanvar 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Şahid3 idarə etdiyi «Hundai » markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 27 iyun 2024-cü il tarixli, 19/527 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 6,276 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 6,276 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 6,226 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 01 iyul 2024-cü il tarixli, 571 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olmuşdur, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Məhkəmə iş materiallarını təqiq edərək hesab edir ki, İ.S.Əliyevin Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi və üzərindən aşkar edilmiş narkotik maddənin baxış keçirilməsindən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi, sonradan İ.S.Əliyevin özü tərəfindən, habelə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(049)-425/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə 3 il 2 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 7(049)-78/2023 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 ay 14 gün hissəsi 1 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 22 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyinə görə Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarının 5-ci bəndinin “a” yarımbəndində məhkəmələrə izah etmişdir ki, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilməz. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(049)-425/2021 saylı hökmü ilə təyin edilmiş 3 il 2 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 ay 14 gün hissəsi həmin məhkəməminin 15 noyabr 2023-cü il tarixli, 7(049)- 78/2023 saylı qərarı ilə 1 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsə də, həmin hal qanunvericiliyin tələbinə görə residiv hesab edilmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarını, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyun 2024-cü il tarixdə, saat 03:00-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə, saat 18:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 iyul 2024-cü il tarixli, 571 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 6,226 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 6,226 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-145/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-145/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver