Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-148/2023 05.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X14 oğlunun katibliyi, tərcüməçi X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X5 hüquqi varisi X9, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X2, 07 fevral 1976-cı il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Rusiya Federasiyası, Dağıstan Respublikası, Karabudaxkənd rayonu, Canqa kəndi, Zuxumova küçəsi, 47 saylı evdə qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdə, saat 13 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volvo F12” yük markalı, T833MH/05 rus qeydiyyat nişanlı, “Scnmitz Sko 24" markalı, AE 269705 qeydiyyat nişanlı qoşqulu avtomobillə, “Ələt- Astara-İran” sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 113-cü kilometrliyində, Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yolayırıcı qarşısında 2.5 “dayanmadan keçmək qadağandır" üstünlük yol nişanın olmasını nəzərə alaraq yük avtomobili ilə yolayırıcına daxil olmadan nəqliyyat vasitəsini dandırmalı, kəsişən yolla yolayrıcına nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, yolayrıcına nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə verməli, hərəkət təhlükəsizliyinin təmin olunduğu vəziyyətdə yolayırıcına daxil olaraq hərəkətinə davam etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, dayanmadan dairəyə daxil olmuş və həmin vaxt Astara rayonu istiqamətində hərəkətdə olan Şahid1 Nayıb oğlunun idarə etdiyi “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu nəqliyyat vasitəsində olan sərnişin X3 almacıq sümüyünün, çənə sümüyünün sağ kondilus çıxıntısının, sağ körpücük, sağ kürək sümüklərinin, sağdan İİ, İİİ, İV qabırğaların sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sağ gicgah-almacıq, sağ yanaq nahiyələrinin, sağ qulaq seyvanının, sağ saidin, sağ əlin əzilmiş-cırılmış yaraları, sağ gicgah, üz nahiyələrinin, sağ bazunun, sağ saidin, sağ sağrı nahiyəsinin sıyrıqları, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol süd vəzinin, sağ bud-çanaq oynağı nahiyəsinin, hər iki budun qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 döş qəfəsinin küt travması, sağdan İV,V və Vİİ qabırğaların sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayır, evlidir. O, uzun müdətdir ki, Rusiya Federasiyasından digər ölkələrə idarə etdiyi “Volvo F12” yük markalı, T833MH/05 rus qeydiyyat nişanlı və “Scnmitz Sko 24" markalı, AE 269705 qeydiyyat nişanlı qoşquya malik nəqliyyat vasitəsilə yük daşımaqla qazanc əldə edir. O, 17 mart 2023-cü il tarixdə, saat 13 radələrində idarə etdiyi yük nəqliyyat vasitəsilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Ələt-Astara-İran” sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 113-cü kilometrliyində dairəvi yola daxil olmuş və sürətini saatda 30 kilometrə qədər azaltmışdır, lakin o, diqqətsizliyə yol verərək, yolayırıcında olduğu zaman digər nəqliyyat vasitələrini gözləməmiş və birbaşa, dayanmadan yolu keçməyə çalışmışdır. Həmin vaxt o, adını sonradan bildiyi Şahid1 Nayıb oğlunun idarə etdiyi “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi ilə digər avtomobilin sağ hissəsini vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşında olan sürücü və digər sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. O, cinayət işinin məhkəmədə baxılması dövründə zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və sonunculara vurduğu zərəri tam şəkildə ödəmişdir. O, törətdiyi əməldən peşmandır. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirdi ki, o, Biləsuvar rayonu, Ağalı kəndində ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. 17 mart 2023-cü il tarixdə o, tanışı Şahid1 Nayıb oğlunun idarə etdiyi “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Yuxarı Cürəli kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt həmin nəqliyyat vasitəsində onunla yanaşı daha 3 nəfər sərnişin də olmuşdur. Həmin gün saat 13 radələrində “Ələt-Astara-İran” sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 113-cü kilometrliyində dairəvi yolda onların əyləşdiyi nəqliyyat vasitəsinin sağ hissəsi digər maşın tərəfindən vurulmuşdur. Həmin qəza baş verdikdən sonra “Volvo F12” yük markalı, T833MH/05 rus qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu ona məlum olmuşdur. O və digər sərnişin X8 az ağır xəsarətlər almışlar. Digər sərnişinlər isə müxtəlif bədən xəsarətləri almışlar. Həmin yol-nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs təqsiri ucbatından baş vermişdir. Lakin təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam ödəyərək, onunla barışıq əldə etmişdir. Buna görə də onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəmə iclasında bildirdi ki, zərərməkmiş şəxs X8 onun anasıdır. 17 mart 2023-cü il tarixdə, saat 13 radələrində F.Y.Hadıyeva Şahid1 Nayıb oğlunun idarə etdiyi “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. “Ələt-Astara-İran” sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 113-cü kilometrliyində dairəvi yolda həmin nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə onun anası F.Y.Hadıyeva az ağır bədən xəsarətləri almış və həmin hadisədən müəyyən müddət sonra isə vəfat etmişdir. Lakin onun anasının ölümü ilə baş vemiş yol-nəqliyyat hadisəsi arasında heç bir əlaqə olmamışdır. Belə ki, onun anası yaşlı olduğundan və kəskin tənəffüs çatışmazlığından əziyyət çəkdiyinə görə vəfat etmişdir. Həmçinin cinayət işinin ibtidai istintaqı zamanı onun atası əvvəlcə anası F.Y.Hadıyevanın hüquqi varisi qismində tanınsa da, sonuncu şizofreniya xəstəliyindən əziyyə tçəkdiyinə görə o, məhkəmə tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Bunda başqa o, bildirdi ki, onun atası Zərərçəkmiş şəxs2 bütün ibtidai istintaq materialları ilə tanış olmuş və həmin materialları imzalamışdır. Cinayət işinə məhkəmədə baxılması dövründə təqsirləndirilən şəxs ona vurulmuş zərəri tam ödəyərək, onunla barışıq əldə etmişdir. Buna görə də onun hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. İşdə olan 17 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri “Ələt-Astara- İran” sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 113-cü kilometrliyi, Biləsuvar şəhər dairəsidir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur və işıqlandırılmır. Hərəkət zolaqlarının sayı 02 ədəddir. Hadisə baş verən yerdə yol örtüyünün eni 9,7 metr, hərəkət hissəsinin eni 4,8 metrdir. Yolda hərəkət bir istiqamətlidir və Astara rayonu istiqamətindən olmaqla, qırıq-qırıq xətlə iki hərəkət zolağına bölünür. Yolun hərəkət hissəsinə sağdan Bəhrəmtəpə yolu, soldan Ələt qəsəbəsi istiqamətində zolaqlar birləşir. Yolda “maksimal sürət həddi 60 km/saatdır”, “2,5 dayanmadan keçmək qadağandır”, “4.2.3 maneəni sağdan və ya soldan keçmək” və “4.1.1 düzünə hərəkət” yol nişanları vardır. Toqquşan nəqliyyat vasitələrinin sayı 2-dir. Toqquşma yeri Astara rayonu istiqamətində yolun sol kənarından hərəkət hissəyə doğru 3,4 metr məsafə yerləşir. Toqquşan nəqliyyat vasitələrindən “Vaz 2107” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu istiqamətində, “Volvo F12” yük markalı, T833MH/05 qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağdan Bəhrəmtəpə yolundan “Ələt-Astara” yolu istiqamətində olmuşdur. Hadisə yerində hər iki nəqliyyat vasitəsi əzilmiş və deformasiyaya uğramış vəziyyətdə dayanmışlar. Toqquşma yerində avtomobillərə aid şüşə və plastmas qırıntıları aşkar edilmişdir. Cinayət işi materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 10 aprel 2023-cü il tarixli, 8\830 nömrəli rəyindən görünür ki, “Volvo Fİ2” yük markalı, T833MH\05 rus qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (“2,5 dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və sonuncunun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin 17 mart 2023-cü il tarixli, 258 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən anda ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 05 aprel 2023-cü il tarixli, 154 nömrəli rəyindən görünür ki, Şahid3 döş qəfəsinin küt travması, sağ yanaq və sağ gicgah nahiyəsinin səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, avtoqəza nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti 17 mart 2023-cü il tarixə uyğun gəlir. Cinayət işinə əlavə edilmiş canlı şəxsin ekspertizasının 06 aprel 2023-cü il tarixli, 152 nömrəli rəyindən görünür ki, Şahid2 başın təpə nahiyəsinin şişkinliyi, alın nahiyəsinin sıyrığı, döş qəfəsinin yumşaq toxumasının yüngül dərəcəli əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, avtoqəza nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti 17 mart 2023-cü il tarixə uyğun gəlir. İşdə olan canlı şəxsin ekspertizasının 06 aprel 2023-cü il tarixli, 153 nömrəli rəyindən görünür ki, Şahid1 Nayıb oğlunda döş qəfəsinin yumşaq toxumasının yüngül dərəcəli əziyi, sifətin sağ yarısının sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlərin olması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, avtoqəza nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti 17 mart 2023-cü il tarixə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizasının 07 aprel 2023cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin küt travması, sağdan İV,V və Vİİ qabırğaların sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərin olması müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, avtoqəza nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti 17 mart 2023-cü il tarixə uyğun gəlir. İşdə olan canlı şəxsin ekspertizasının 25 aprel 2023-cü il tarixli, 29\MEŞ nömrəli rəyindən görünür ki, X5 meytində aşkar edilmiş sağ almacıq sümüyünün, çənə sümüyünün sağ kondilus çıxıntısının, sağ körpücük, sağ kürək sümüklərinin, sağdan İİ, İİİ, İV qabırğaların sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sağ gicgah-almacıq, sağ yanaq nahiyələrinin, sağ qulaq seyvanının, sağ saidin, sağ əlin əzilmiş-cırılmış yaraları, sağ gicgah, üz nahiyələrinin, sağ bazunun, sağ saidin, sağ sağrı nahiyəsinin sıyrıqları, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol süd vəzinin, sağ bud-çanaq oynağı nahiyəsinin, hər iki budun qançırları xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən, avtoqəza nəticəsində nəqliyyat vasitəsinin salonunda əmələ gələ bilər, həyatidirlər, əmələ gəlmə müddəti 17 mart 2023-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlərdir. X5 ölümünün bilavasitə səbəbi ağciyər arteriyası və şaxələrinin trombozu ilə əlaqədar inkişaf edən kəskin tənəffüs çatışmazlığı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizasının 25 aprel 2023cü il tarixli, 29\MEŞ nömrəli rəyinə əlavə olan 19 iyul 2023-cü il tarixli, 01\MEŞ nömrəli rəyindən görünür ki, X5 meytində aşkar edilmiş sağ almacıq sümüyünün, çənə sümüyünün sağ kondilus çıxıntısının, sağ körpücük, sağ kürək sümüklərinin, sağdan İİ, İİİ, İV qabırğaların sınıqları, baş beyinin yumşaq qişasına qansızma, sağ gicgah-almacıq, sağ yanaq nahiyələrinin, sağ qulaq seyvanının, sağ saidin, sağ əlin əzilmiş-cırılmış yaraları, sağ gicgah, üz nahiyələrinin, sağ bazunun, sağ saidin, sağ sağrı nahiyəsinin sıyrıqları, sağ bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol süd vəzinin, sağ bud-çanaq oynağı nahiyəsinin, hər iki budun qançırları xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən, avtoqəza nəticəsində nəqliyyat vasitəsinin salonunda əmələ gələ bilər, həyatidirlər, əmələ gəlmə müddəti 17 mart 2023-cü il tarixə uyğun gəlir. Həmin xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlərdir və mərhumun ölümü ilə bilavasitə səbəbli əlaqəyə malik deyillər. X5 ölümünün bilavasitə səbəbi ağciyər arteriyası və şaxələrinin trombozu ilə əlaqədar inkişaf edən kəskin tənəffüs çatışmazlığı olmuşdur. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(022)- 148/2023 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs2 cinayət prosesində zərər çəkmiş şəxs X6 hüquqi varisi kimi iştirakına xitam verilmiş, X13 iş üzrə zərərçəkmiş şəxs X6 hüquqi varisi kimi tanınaraq, işə cəlb edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş zərəri tamamilə aradan qaldırdığına və zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs xahişini müdafiə edərək, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Zərərçəkmiş şəxs1 və zərərçəkmiş F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2 məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizələrlə müraciət edərək, Təqsirləndirilən şəxs onlara vurulmuş maddi zərəri tamamilə ödədiyini və onlarla barışıq əldə etdiyini və sonuncuya qarşı iddiasları, tələbləri və şikayətləri olmadığını bildirmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin cinayət işinin icraatına xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, Zərərçəkmiş şəxs1 və zərərçəkmiş F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2 vurulmuş zərəri tamamilə ödədiyinə və həmin şəxslərlə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəninə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o Zərərçəkmiş şəxs1 və zərərçəkmiş F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2 vurduğu zərəri tamamilə aradan qaldırmış və onlarla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, Zərərçəkmiş şəxs1la və zərərçəkmiş F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2la barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizası xərci qismində 128 manat və məhkəmə-xətşünaslıq ekspertizası xərci qismində 124 manat, cəmi 252 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyinə və onun barəsində cinayət işinin icraatına xitam verildiyinə görə təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4, Zərərçəkmiş şəxs1la və zərərçəkmiş F.Y.Hadıyevanın hüquqi varisi M.Zərərçəkmiş şəxs2la barışdığına və zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci qismində cəmi 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti X1 dövlət nəfinə tutulsun. X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-148/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-148/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver