Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-148/2024 19.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi(məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, “Business Service Centre” məhdud məsuliyyətli cəmiyyətində operator vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, V.Məhərrəmov küçəsində yerləşən 26 nömrəli evdə yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu Əliabad kəndində yerləşən, valideynlərinə məxsus fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə bir neçə dəfə vuraraq, ona sağ kürəkaltı nahiyədə qançır, sol bazu- dirsək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu ilə nəticələnən xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu, Əliabad kəndində qeydiyyatda olsa da, Abşeron rayonu, Hökməli qəsəbəsi, V.Məhərrəmov küçəsində yerləşən 26 nömrəli evdə yaşayır, ali təhsillidir və “Mosdar” şirkətinə məxsus “Business Service Centre” məhdud məsuliyyətli cəmiyyətində operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun arvadıdır və onlar artıq 8 ildir ki, evlidirlər. Belə ki, o, valideynlərinin vasitəçiliyi ilə Biləsuvar rayonu, Bəydili kənd sakini Zərərçəkmiş şəxs ilə el adətinə uyğun olaraq, toy etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs 16 yaşı tamam olmasa da, onun öz valideynlərinin və arvadının valideynlərinin təkidi ilə onlar ailə həyatı qurmuşlar. Onlar faktiki nikahlarını Zərərçəkmiş şəxs 18 yaşı tamam olduqdan sonra rəsmiləşdirmişlər. O, Zərərçəkmiş şəxs yaxşı tanımamış və sevməmişdir. Onlar ailə həyatı qurduqdan dərhal sonra ər-arvad münasibətlərinə başlamışlar. Lakin o, evləndikdən bir neçə ay sonra arvadının bir çox xəstəliklərinin mövcud olduğunu öyrənmidir. Belə ki, Zərərçəkmiş şəxs ginekoloji və psixi problemləri olmaqla yanaşı, sonuncu həmçinin epilepsiya xəstəsi olmuşdur. Toylarından əvvəl arvadının səhhətində olan problemlərlə bağlı nə Zərərçəkmiş şəxs, nə də həmin şəxsin valideynləri ona heç bir məlumat verməmişlər. O, evləndikləri vaxtdan sonra Zərərçəkmiş şəxs müxtəlif xəstəxanalara aparmış, həmin şəxsə müxtəlif müalicələr etdirmişdir. Onların demək olar ki bütün həyatı xəstəxanalarda keçmişdir. Arvadı epilepsiya xəstəsi olduğu üçün o, həmin şəxsə qarşı həmişə ehtiyatlı davranmış, Zərərçəkmiş şəxs xəstəliyini nəzərə alaraq, onunla sərt şəkildə davranmaqdan qaçınmışdır. O, Zərərçəkmiş şəxs heç səsini belə yüksəltməmişdir. Evləndikləri vaxtdan sonra aparılmış uzun müalicələrdən 2 il sonra onların bir uşağı doğulmuşdur. Həmin uşaq doğulduqdan sonra da Zərərçəkmiş şəxs səhhəti pisləşmiş və o, həmin şəxsi xəstəxanalara müalicə almaq məqsədi ilə aparmışdır. Zərərçəkmiş şəxs onlar evli olduğu 8 il vaxt ərzində daimi olaraq Bakı şəhərində yaşamamışdır. Belə ki, o, arvadını Bakı şəhərində müalicə almaq üçün yanına gətirsə də, sonuncu bir neçə gün onun yanında yaşadıqdan sonra səhhətinin pisləşdiyini bəhanə edərək, onu Biləsuvar rayonuna valideynlərinin yanına aparmağını ondan tələb etmişdir. Buna görə də Zərərçəkmiş şəxs ona heç vaxt bir ər kimi münasibət göstərməmiş, onunla yaşamaq istəməmş və onun heç bir mənəvi tələbatını ödəməmişdir. O, buna görə də təxminən 1,5 il əvvəl artıq xəstəliyinə görə onunla yaşaya bilmədiyini və sonuncunu istəmədiyini arvadına bildirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs qardaşları Bakı şəhərində onun evinə hücum çəkmiş və onu öldürəcəkləri, kəsəcəkləri ilə ona hədə-qorxu gəlmişlər. Belə ki, Zərərçəkmiş şəxs valideynləri onu heç vaxt istəməmiş və arvadı nə vaxt valideynlərinin evinə getsə, sonradan həmin şəxsi onun yanına gətirmişlər. O, arvadının qardaşlarının hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına da şikayət etmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs ona qarşı nikahın pozulması barədə məhkəmədə iddia qaldırsa da, sonradan barışdıqlarına görə və məhkəmə iclaslarına gəlmədiklərinə görə həmin ərizə baxılmamış saxlanmışdır. O, sonradan Zərərçəkmiş şəxs qarşı məhkəmədə nikahın pozulması barədə işin icraatının təzələnməsi üçün elektron qaydada məhkəməyə məktub ünvanlasa da, məhkəmə əməkdaşı tərəfindən ona yeni iddia ərizəsi ilə məhkəməyə mürcaiət etməsi izah edilmişdir. Lakin o, Zərərçəkmiş şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. O, həmişə evdə arvadının xəstəliyi ilə əlaqədar təlaş içində olmuş, habelə işə belə normal qaydada gedə bilməmişdir. Belə ki, o, işdə olduğu vaxtlar Zərərçəkmiş şəxs ona zəng edərək, epilepsiyası tutması barədə məlumat vermiş və o, dərhal evə qayıtmışdır. 27 iyul 2024-cü il tarixdə, səhər saatlarında o, yatdığı vaxt Zərərçəkmiş şəxs onun yanına gələrək, vəziyyətinin pis olduğunu bidlirmiş və onu Biləsuvar rayonuna valideynlərinin yanına aparmasını istəmişdir. O, dərhal evdən çıxaraq, aptekə getmiş və arvadı üçün sakitləşdirici dərman almışdır. O, evə qayıtdıqdan sonra həmin dərmanı bir stəkan su ilə Zərərçəkmiş şəxs vermişdir. Həmin gün onun atası Səftər Əliyev Bakı şəhərinə əmisi ilə birlikdə onun qardaşının qaynının yas mərasiminə gəlmişdir. O da həmin yas mərasiminə gedəcəyi üçün Zərərçəkmiş şəxs hüzr mərasimindən sonra ona zəng edəcəyini bildirmişdir. Daha sonra o, avtomobili vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhərində baş tutan yas mərasiminə getmşdir. O, həmin mərasimdən atası və əmisi ilə birlikdə çıxmış və onlar birlikdə onun yaşadığı evə getmişlər. Onlar evə çatdıqdan sonra bir stəkan çay içmişlər və arvadının və uşaqlarının əşyalarını nəqliyyat vasitəsinə yerləşdirdikdən sonra əmisi, atası, arvadı və uşaqları ilə birlikdə Biləsuvar rayonuna gəlmişlər. Onlar həmin gün, günorta saatlarında Biləsuvar rayonu, Əliabad kəndinə çatmışlar və o, atasını, Zərərçəkmiş şəxs və uşaqlarını yaşadıqları evdə düşürtmüş, özü isə Bilal adlı əmisi ilə birlikdə sonuncunun evinə getmişdir. O, əmisi ilə 30 dəqiqə oturub çay içmiş və onlar Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı söhbətləşmişlər. Bundan sonra o, sinif yoldaşının anası vəfat etdiyi üçün yas mərasiminə getmək istəmiş və bu məqsədlə sinif yoldaşına həmin gün, saat 6-ya 19-20 dəqiqə işləmiş zəng vurmuşdur. Daha sonra isə o, həmin yas mərasiminə öz avtomobili vasitəsilə getmişdir. O, yas mərasimində olduğu vaxt atası ona iki dəfə zəng etmiş və Zərərçəkmiş şəxs valideynlərinin və əmisinin onlara gəldiyi barədə məlumat verərək, onu evə çağırmışdır. O, həmin gün, saat 6-ya bir neçə dəqiqə qalmış atasının evinə getmişdir. O, həyətə daxil olduğu vaxt arvadının valideynlərinin, öz atasının, xalasının və Zərərçəkmiş şəxs həyətdə çay içdiklərini görmüşdür. O, Zərərçəkmiş şəxs valideynlərindən onu evə çağırmalarının səbəbini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs atası Şahid1 ondan arvadı ilə niyə yola getmədiyini soruşmuşdur. O isə Zərərçəkmiş şəxs ilə münasibətlərinin normal olduğunu həmin şəxsə bildirmişdir. Daha sonra Şahid1 ona aravdına baxmadığı barədə irad tutmuşdur. O, arvadının atasına bütün əmək haqqını arvadı və uşaqları üçün mağazalara xərclədiyini bildirmişdir. Şahid1 isə Zərərçəkmiş şəxs xəyanət etdiyini və başqa qadınla münasibəti olduğunu söyləmişdir. O etiraf edir ki, həqiqətən də onun başqa qadınla münasibəti vardır. Buna səbəb isə Zərərçəkmiş şəxs bir arvad kimi onun heç bir tələbatını təmin etməməsi olmuşdur. O, həmin vaxt Şahid1 onun arvadına xəyanət etdiyi barədə kimin deməsini soruşmuşdur. Şahid1 isə ona arvadının telefonunu göstərək, sübutun orda olduğunu, onu izlətdirdiklərini və avtomobilndə səsini qeyd etdiklərini bildirmişdir. O, həmin an arvadının ona qarşı plan qurduğunu və onu Bakı şəhərindən Biləsuvar rayonuna gətirməsinin əsl səbəbini anlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs valideynlərinə arvadını artıq istəmədiyini, həmin şəxsdən ayrılacağını, habelə sonuncunun genekoloji, psixoloji bir çox xəstəliyi olduğunu bildirmişdir. Həmin vaxt Şahid1 və sonuncunun arvadı ayağa qalxaraq, onu öldürəcəkləri ilə hədələmiş və Zərərçəkmiş şəxs aparamaq istədiklərini bildirmişdir. O, həmin şəxslərə “Aparırsızsa, aparın.” məzmununda cavab verdikdən sonra Zərərçəkmiş şəxs valideynləri sonuncunun əlindən tutaraq, həyətdən çıxmağa hazırlanmışlar. Həmin vaxt arvadının anası Şahid2 təkcə Zərərçəkmiş şəxs aparacaqlarını, uşaqların isə orda qalmasını bildirmişdir. Zərərçəkmiş şəxs isə uşaqları istədiyini söyləmiş və uşaqların əllərindən tutaraq getmək istəmişdir. Həmin vaxt onun atası həmin şəxslərin qarşısını kəsmiş və getmələrin imkan verməmişdir. Bu zaman atasının halı pisləşmiş və yerə yıxılmışdır. Zərərçəkmiş şəxs valideynləri ona atasını yerdən qaldırmağa və stulda otuzdurmağa kömək etmişlər. O, bundan sonra təcili tibbi yardım xidmətinə zəng etmişdir. O, 2 dəfə təcili tibbi yardım çağırmış və onun atası həkim müdaxilələri nəticəsində özünə gələ bilmişdir. Atasının vəziyyəti yaxşılaşdıqdan sonra o, həmin gün işdə olmalı olduğu üçün arvadının da telefonunu özü ilə götürərək, Bakı şəhərinə getmişdir. Həmin telefon hazırda ondadır. Çünki, Zərərçəkmiş şəxs onun həmin şəxsə aldığı mobil telefonu sataraq, yeni mobil telefon almışdır. Həmçinin o, arvadına bir neçə dəfə kreditlə telefon alsa da, sonuncu valideynlərinin evində olduğu vaxt həmişə həmin telefonları satmışdır. Sonuncu dəfə isə onun hələ 5 ay daha aylıq kredit məbləğini ödəməli olduğu telefonu Zərərçəkmiş şəxs qardaşı satmışdır. Həmin şəxs isə sonradan Zərərçəkmiş şəxs telefon almışdır. Onun 27 iyul 2024-cü il tarixdə özü ilə Bakı şəhərinə apardığı telefon Zərərçəkmiş şəxs qardaşının aldığı telefon olmuşdur. O hesab edir ki, Zərərçəkmiş şəxs qardaşı bacısına əslində onun aldığı telefonu satmaqla həmin telefonu almışdır və buna görə də o, əvəz-əvəz edərək, telefonu özü ilə aparmışdır. Hazırda Zərərçəkmiş şəxs telefonu ondadır və həmin telefonun içərisində ona aid səs qeydləri vardır. 29 iyul 2024-cü il tarixdə isə arvadının atası Şahid1 onun qardaşı Əliverdi Əliyevə zəng edərək, Zərərçəkmiş şəxs onun yanına gətirməsini əmr etmiş və bunda görə də qardaşı onun arvadını valideynlərinin evinə aparmışdır. Bundan başqa, o bildirdi ki, heç vaxt Zərərçəkmiş şəxs qarşı fiziki şiddət göstərməmişdir. Həmçinin 27 iyul 2024-cü il tarixdə o, arvadı ilə tək qalmamış, habelə yalnız 18-19 radələrində evdə olmuşdur. Həmin gün, saat 17 radələrində isə o, yas mərasimində iştirak etmişdir. Biləsuvar rayon polis şöbəsinin təqiqat bölməsinin təhqiqatçısı ona qarşı qərəzli davranmış və yalnız şahid qismində Zərərçəkmiş şəxs valideynlərinin izahatını alaraq, onun barəsində qərəzli şəkildə yekun protokol tərtib etmişdir. Buna görə də o, həmin protokolda onun barəsində qeyd edilmiş xüsusatları qəbul etmir. O, 27 iyul 2024-cü il tarixdə, saat 17 radələrində atasına məxsus evdə olmamış və bu halı təsdiq edəcək şahidləri mövcuddur. O, 17:10-da atasının zəngindən sonra yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları 7 il ərzində heç vaxt həmin şəxsə nəinki fiziki zor tətbiq etməmiş, hətta kobudluq belə etməmişdir. O, daima ailəsinin qayğısına qalmış və ailəsinin yaxşı yaşaması üçün bütün çətinliklərə dözmüşdür. Hazırki iş üzrə ona irəli sürülmüş ittiham zərərçəkmiş şəxsin ailəsinin şər və böhtanından ibarətdir. Buna görə də o, hesab edir ki, iş materialları təkrar araşdırma aparılması üçün yenidən təhqiqata qaytarılmalıdır. O, arvadının xəstəliyini nəzərə alaraq, həmin şəxsi qınamır və əgər bəraət alacaqsa, yenə də ailəsi ilə münasibətlərini bərpa etməyə cəhd edəcəkdir. Sonda, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə 08 iyul 2016-cı il tarixdə 16 yaşında el adətinə uyğun olaraq evlənmişdir. Onun Təqsirləndirilən şəxs ilə evlənməsinə sonuncunun mərhum anası səbəb olmuşdur. Belə ki, ərinin anası onu istəmiş və gəlin kimi yaşadığı evə gətirmişdir. Onunla ilk uşağı 2018-ci ildə doğulmuşdur. Hazırda onların 2 qız uşağı vardır. O, toydan sonra Təqsirləndirilən şəxslə birlikdə sonuncunun valideynlərinin Biləsuvar rayonu, Əliabad kəndində yerləşən evində ərinin valideynləri və sonuncunun 2 nəfər qardaşı ilə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs onu sevməmiş və hər dəfə onu sevməyərək evləndiyini ona bildirmiş və ona fiziki və psixi şiddət göstərmişdir. Onlar evləndikləri vaxtdan 1 ay sonra onun qayınanası vəfat etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Bakı şəhərinə işləməyə getdiyini ona və atasına bildirərək, evi tərk etmişdir. O isə əri getdikdən sonra 3 il ərzində sonuncunun atası Səftər Əliyev və qayınları ilə birlikdə yaşamışdır. Həmin 3 illik müddət ərzində Təqsirləndirilən şəxs orta hesabla hər ay cəmi 2-3 günlük atasının evinə gəlmişdir. Həmin qısa müddətlik ziyarətində də əri ona hədə-qorxu gəlmiş və evdən çıxıb-getməsini tələb etmişdir. Hər dəfə Təqsirləndirilən şəxs ona həmin evdə qalacağını, özünün isə Bakı şəhərində öz həyatını yaşayacağını bidlirmişdir. Əri onun qardaşının avtomobilinə narkotik qoyduracağı, atasının ölümünə səbəb olacağı, ürəyini partladacağı, evlərini satdıracağı ilə ona hədə-qorxu gələrək, evi tərk etməyə onu məcbur etməyə çalışmışdır. O isə həmin şəxsin bütün qanunsuz hərəkətlərinə dözərək, uşaqlarına görə ailəsini qoruyub saxlamağa çalışmışdır. Hətta o, 6 aylıq hamilə olduğu zaman Təqsirləndirilən şəxs uşağın cinsiyyətinin qız olduğunu öyrənmiş və ona qız uşağı istəmədiyini bildirərək, həmin uşağı abort etməsini ondan tələb etmişdir, lakin o, uşağının tələf edilməsinə razı olmamışdır. 2019-cu ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 12 mərtəbəli binanın 11-ci mərtəbəsində mənzil almış və onun və uşaqlarını öz yanına aparmışdır. Həmin mənzildə yaşadığı vaxt Təqsirləndirilən şəxs ona işgəncələr etmiş, onu evdən çıxmağa icazə verməmiş və ona dəfələrlə xəyanət etmişdir. Həmin şəxs onu özünüöldürmə həddinə gətirəcəyini və nəticədə onun özünü binadan aşağı atacağını da demişdir. Təqsirləndirilən şəxs nə onun, nə də uşaqlarının qayğısına qalmamış, hətta ona və uşaqlarına geyimləri belə onun valideynləri almışdır. Buna görə də o, dözə bilməyərək, təkrarən ərinin valideynlərinin evinə qayıtmışdır. Daha sonra isə o, uşaqları ilə birlikdə valideynlərinin evinə getmiş və orada yaşamağa başlamışdır. O, qorxduğu üçün valideynlərinə və ya qardaşlarına ərinin ona qarşı göstərdiyi şiddət barədə heç bir söz deməmişdir. O, ərinin ona yaxşı baxmamasına görə səhhətində yaranmış problemlərlə bağlı valideynlərinin yanında müalicə almışdır. O, valideynlərinin evində 9 ay qalmış, lakin həmin dövr ərzində əri onun yanına gəlməmişdir. 9 ay sonra isə Təqsirləndirilən şəxs onunla barışıq əldə etmək üçün yanına gəlmişdir, lakin o, həmin şəxslə barışmaqdan imtina etmişdir. O, valideynləri ilə yaşadığı müddətdə məhkəmədə əri ilə aralarında olan nikahın pozulması məqsədi ilə iddia qaldırmışdır. 2022-ci ildə Təqsirləndirilən şəxs onun yanına gəlmiş və barışıq etmək istəmişdir. O, ərinin təklifindən imtina etmiş və buna görə də sonuncu onun qollarını kəsmişdir. Bundan sonra o, ərinin hərəkətləri ilə bağlı hüquqmühafizə orqanlarına şikayət etsə də, valideynləri ona mane olmuşdur. Belə ki, onun atası və anası ailəsini qorumasını və uşaqlarının gələcəyi üçün ondan əri barədə polisə şikayət etməməsini xahiş etmişlər. O, valideynlərinin istəyini yerə salmayaraq, Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarına verdiyi şikayəti geri götürmüşdür. Həmin hadisədən sonra əri onun yanına gələrək, onunla barışmış və onu təkrarən Bakı şəhərinə aparmış və onlar birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən evlərində yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs onu aldatmış və Bakı şəhərində yaşadıqları vaxtların ilk günlərində onunla yaxşı rəftar etsə də, həmin şəxs sonradan ona pis davranmağa davam etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs onu aldadaraq, notarius vasitəsilə ondan razılıq almış və yaşadıqları mənzili satmışdır. Evin satışından əldə etdiyi pulla isə həmin şəxs Abşeron rayonu, Hökməli qəsəbəsində ev almış və həmin evi atasının adına rəsmiləşdirmişdir. Həmin ev təmirsiz olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs ona onu sevmədiyini, başqa qadınla evlənib, həyatını yaşayacağını bildirərək, onu evdən qovmuşdur. Əri onu qovduğu üçün o, təkrarən valideynlərinin yanında yaşamağa başlamışdır. Lakin sonradan yenə Təqsirləndirilən şəxs onun yanına gəlmiş və o, sonuncu ilə barışmışdır. Həmin şəxsin aldığı ev təmirsiz olduğu üçün sonuncu evi təmir etməyə başlamış və həmin təmir işləri 8 ay davam etmişdir. Həmin 8 aylıq müddət ərzində o, valideynlərinin yanında yaşamışdır. Evin təmir işləri yekunlaşdıqdan sonra o, uşaqları ilə birlikdə ilk olaraq ərinin valideynlərinin evinə köçmüş və orada yaşmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs onu Abşeron rayonu, Hökməli qəsəbəsinə aparmışdır. Həmin evdə yaşadıqları müddət ərzində Təqsirləndirilən şəxs onunla yad kimi davranmış, eyni evdə yaşamalarına baxmayaraq günlərlə onunla danışmamış, onun və uşaqlarının zəruri ehtiyaclarını ödəməmiş və hər dəfə ona başqa qadını sevdiyini, həmin qadınla evlənəcəyini bildirmişdir. Həmçinin əri onu özünü öldürmə həddinə çatdıracağını ona hər dəfə söyləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs nəinki onu, hətta uşaqlarını belə sevməmiş və onunla birlikdə uşaqlarını da öldürəcəyi ilə onu hədələmiş, habelə onun qollarında siqaret söndürmüş və ona məsxus bütün qızıl zinyət əşyalarını satmışdır. Onun böyük qızı hazırda İ sinifdə oxumalı olsa da, əri Təqsirləndirilən şəxs həmin uşağın məktəbdə qeydiyyata alınması üçün heç bir sənəd toplamayaraq, uşağın oxumasını istəmədiyini ona bildirmişdir. O, ailəsinin dağılmasını istəmədiyi üçün ərinin bütün hərəkətlərinə dözmüşdür. Hadisə baş verdiyi vaxt ərinin başqa qadınla münasibəti olmuşdur. O, həmin şəxsə ona xəyanət etdiyi və onu döydüyü barədə qayınatası Səftər Əliyevə və öz valideynlərinə məlumat verəcəyini bildirsə də, Təqsirləndirilən şəxs ona inanmayacaqlarını və heç nəyi sübut edə bilməyəcəyini demişdir. Buna görə o, 26 iyul 2024-cü il tarixdə, ərinin ona xəyanətini sübut etmək üçün həmin şəxsin avtomobilinə özünə məxsus mobil telefonu qoymuş və həmin nəqliyyat vasitəsində Təqsirləndirilən şəxslə sevgilisinin bütün söhbətlərini qeydə almışdır. 27 iyul 2024-cü il tarixdə, səhər saatlarında isə o, bütün səs yazılarına qulaq asmış və daha sonra həmin audionu ərinə dinlətdirmişdir. O, həmin səs yazılarını qayınatasına göstərəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Həmin şəxs isə onu vurmuş və həmin səs qeydlərini heç kimə göstərməməsi barədə onu tənbeh etmişdir. Onun vəziyyəti pisləşmiş və Təqsirləndirilən şəxs onu qayınatasıgilə aparmasını istəmişdir. Həmin vaxt qayınatası Abşeron rayonu, Xırdalan şəhərində olan yas mərasiminə gəlmişdir. Təqsirləndirilən şəxs özü də atası ilə birlikdə həmin yas mərasiminə getmiş və geri qayıtdığı vaxt onu və uşaqlarını da idarə etdiyi nəqliyyat vasitəsinə əyləşdirərək, atası ilə birlikdə Biləsuvar rayonu, Əliabad kəndinə gətirmişdir. O, valideynlərinə məxsus evdə olduğu vaxt öz valideynlərinə zəng edərək, özünü yaxşı hiss etmədiyini bildirmiş və həmin şəxsləri yanına çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qonşuda keçirilən yas mərasimində olmuşdur. O, valideynləri yanına gəldikdən sonra həmin şəxslərə ərinin ona işgəncə verdiyini və xəyanət etdiyini, onunla yola getmədiyini bildirmişdir. Həmçinin o, atasından qayınatası ilə danışmasını və sonuncunun oğlunun ona qarşı etdiyi hərəkətlərə son verməsini xahiş etmişdir. Həmin gün günorta saatlarında onun atası Şahid1 onun dediklərinin hər birini onun qayınatasına demiş və sonuncudan oğlunun hərəkətlərinə son verməsini tələb etmişdir. Həmin vaxt onun qayınatası onun atasına inanmamış, heç bir təqsiri olmadığını və bütün problemləri güya onun yaratdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs də evə gəlmişdir. O, ərinin yanında sonuncunun avtomobilində öz sevgilisi ilə olan görüşü vaxtı qeydə aldığı audio qeydləri Səftər Əliyev və digərlərinə dinlətdirmişdir. Bunda sonra isə Təqsirləndirilən şəxs onun atasına onu artıq istəmədiyini və ondan ayrılacağını bildirmiş və həmin şəxsin üzərinə hücum etmişdir. Həmin vaxt atası yerindən qalcaraq, öz oğluna bir sillə də vurmuşdur. Onun atası Təqsirləndirilən şəxs qızını bədbəxt etdiyini və nəvələri ilə birlikdə onu da özü ilə aparacağını söyləmişdir. O, uşaqları da özü ilə götürüb, valideynləri ilə birlikdə həyətdən çıxmaq istədiyi vaxt qayınatası onların önünü kəsmiş və halı pisləşmişdir. Onun atası Səftər Əliyevə kömək etmiş və həmin yerə təcili tibbi yardım xidməti avtomobili çağırılmışdır. Təcili tibbi yardım xidməti əməkdaşları atasına ilkin yardım etdikdən sonra sonuncu özünə gəlmişdir. Həmin vaxt Səftər Əliyev onun atasına getməsini və qızının ona əmanət olduğunu bildirmişdir. Onun atası atasına əgər ona qarşı davranışlarını düzəltməyəcəyi təqdirdə, onu və uşaqlarını öz evinə aparacağını və onunla əri arasında nikahı pozduracağını demişdir. Bundan sonra isə onun valideynləri getmişlər. Həmin vaxt əri Təqsirləndirilən şəxs atasının yanında onu nalayiq ifadələrlə təhqir etmişdir, daha sonra isə onu istifadərindəki otağa çağırmışdır. Həmin vaxt qayınatası və ərinin xalası həyətdə oturmuşlar. O, Təqsirləndirilən şəxs ilə otaqda tək qaldığı vaxt sonuncu ondan niyə hər şeyi qayınatasına və valideynlərinə dediyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs öna zülm etdiyini və bunu valideynlərinə dediyini bildirmişdir. Həmin vaxt əri onun sol qoluna bir neçə dəfə yumruqla zərbə endirərək, əlində olan telefonunu götürmüş və onu yerə yıxmışdır. O, yerdə olduğu vaxt Təqsirləndirilən şəxs onu kürək, qıç və qarın nahiyələrindən təpiklə bir neçə dəfə vurmuşdur. O, zərbələrin təsirindən huşunu itirmiş və həmin gün, saat 18 radələrində özünə gəlmişdir. O, özünə gəldiyi vaxt əri Təqsirləndirilən şəxs otaqda olmamışdır. O, dərhal həyətə gedərək, qayınatasından ərinin harada olduğunu soruşmuşdur. Səftər Əliyev isə ona oğlunun getdiyini bildirmişdir. O, daha sonra həmin şəxsdən telefonunun harada olduğunu soruşmuş, sonuncu isə ona mobil telefonu özü ilə apardığını demişdir. O, qayınatasına ərinin onu döydüyü barədə heç bir məlumat verməmiş, sadəcə olaarq həmin şəxsdən ona valideynlərinə zəng edib, onu buradan aparmalarını xəbər vermək üçün telefonunu ona verməsini xahiş etmişdir. Lakin atası ona valideynlərinə zəng etmək üçün telefonunu verməmişdir. O, daha 3 gün həmin evdə qalmış və hər gün ağrılarla oyanmışdır. 29 iyul 2024-cü il tarixdə onun atası qaynı Əliverdi Əliyevə zəng edərək, halının pis olduğunu bildirmiş və onu özü yanına gətirməyi həmin şəxsdən xahiş etmişdir. Belə ki, onun atası atasının yaşadığı evə gələ bilməmişdir, çünki sonuncu onun valideynlərini həmin evə gələcəkləri təqdirdə, şikayət edərək, tutduracağı ilə hədələmişdir. X1 əri ilə münasibətləri yaxşı olmamış və həmin şəxs həmişə onu dəstəkləmişdir. Buna görə də Əliverdi Əliyev idarə etdiyi avtomobil vasitəsi ilə onu qayınatasının evindən valideynlərinə məxsus evə aparmışdır. O, valideynlərinə məxsus evə getdikdən sonra ağrılarını kəsmək üçün çoxlu ağrıkəsici dərmanlar qəbul etmişdir. Daha sonra isə anasına əri tərəfindən döyüldüyünü bildirmişdir. Onun anası hadisə barədə atasına da məlumat verdikdən sonra valideynləri əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmək istəmişlər. Lakin o, ərinin onun yanına gəlib, onunla barışacağını düşünərək, ailəsini dağıtmamaq üçün Təqsirləndirilən şəxs barəsində heç bir orqana şikayət ünvanlamamışdır. Buna baxmayaraq, 02 avqust 2024-cü il tarixədək nə əri, nə də sonuncunun atası onun yanına gəlməmişdir. 02 avqust 2024-cü il tarixə onun ağrıları şiddətləndiyi üçün valideynləri onu Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada isə ona tibbi yardım göstərilmiş və hadisə barədə Biləsuvar rayon polis şöbəsinə məlumat verilmişdir. O, hazırda uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. O, Təqsirləndirilən şəxslə aralarında olan nikahın pozulması üçün məhkəmədə iddia qaldıracaqdır. Həmçinin o bildirdi ki, onun əri ilə barışmaq niyyəti yoxdur və sonuncunu bağışlamır. Sonda, Zərərçəkmiş şəxs əri ilə barışmadığını və sonuncunun ona dəymiş zərəri ödəmədiyini bildirərək, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ən ağır növdə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində yaşayır. Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. 27 iyul 2024-cü il tarixdə onun qızı Zərərçəkmiş şəxs evə zəng edərək, Bakı şəhərindən Biləsuvar rayonu, Əliabad kəndinə gəldiyini və vəziyyətinin yaxşı olmadığını bildirərək, onun və arvadı Şahid2 yanına gəlməsini xahiş etmişdir. Bundan sonra o və arvadı qızının qayınatası Səftər Əliyevin evinə getmişlər. Həmin vaxt qızı Zərərçəkmiş şəxs ona ərinin xəyanət etdiyini, ona baxmadığını bildirmiş və ərinə aid olan səs yazısını onlara dinlətdirmişdir. Həmçinin qızı ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxs atası ilə bu barədə danışsın. O, həyətdə oturduğu vaxt Səftər Əliyevə qohumunun vəfat etməsi münasibəti ilə üzrxahlıq etmiş və həmin şəxsdən Təqsirləndirilən şəxs harada olduğunu soruşmuşdur. Səftər Əliyev ona Təqsirləndirilən şəxs yas mərasiminə getdiyini və bir azdan gələcəyini ona bildirmişdir. O, Səftər Əliyevə kürəkəninin qızına xəyanət etdiyini, ailəsinə baxmadığını bildirmişdir. Səftər Əliyev isə oğlu Təqsirləndirilən şəxs belə hərəkət etməyəcəyini ona bildirmişdir. O, Səftər Əliyevə Təqsirləndirilən şəxs hərəkətlərini sübut etmək üçün qızının telefonunda olan səs yazılarını həmin şəxsə dinlətdirmişdir. Onlar həmin evə getdikdən təxminən 30 dəqiqə sonra isə həyətə Təqsirləndirilən şəxs daxil olmuşdur. Təqsirləndirilən şəxs gəldikdən sonra Səftər Əliyev həmin şəxsi danlamışdır. Təqsirləndirilən şəxs isə ona artıq Zərərçəkmiş şəxs bir ailə kimi istəmədiyini, başqası ilə evlənib həyatını yaşayacağını və arvadı ilə ayrılacağını ona bildirmişdir. O, bundan sonra qızını aparacağını Səftər Əliyevə bildirərək, ayağa qalxmışdır. Onlar həyətdən çıxmaq istədikləri vaxt Səftər Əliyev onların qabağını kəsmiş, həmin an qarışıqlıq baş vermiş və sonuncu oğlu Təqsirləndirilən şəxs yumruq vurmuşdur. Həmin vaxt Səftər Əliyevin halı pisləşmiş və huşunu itirmişdir. O və Təqsirləndirilən şəxs sonuncunun atasına kömək etmişlər. O, həmin şəxsə su vermişdir. Səftər Əliyev özünə gəldikdən sonra ondan qızını və nəvələrini aparmamasını xahiş edərək, məsələni özünün həll edəcəyini və Zərərçəkmiş şəxs ona əmanət olduğunu ona bildirmişdir. O, Səftər Əliyevin vədinə inanaraq, həyəti tərk etmiş, Zərərçəkmiş şəxs və sonuncunun uşaqları isə orada qalmışlar. Həmçinin onlar getdikdən sonra Təqsirləndirilən şəxs də həmin həyətdə qalmışdır. O, 29 iyul 2024-cü il tarixədək qızından heç bir məlumat ala bilməmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs mobil telefonuna zəng etsə də, sonuncuya zəng çatmamışdır. Buna görə də o, 29 iyul 2024-cü il tarixdə o artıq dözə bilməmiş və Təqsirləndirilən şəxs Biləsuvar rayon mərkəzi bazarında işləyən əmisinin yanına gedərək, qızı Zərərçəkmiş şəxs ilə onu danışdırmasını xahiş etmişdir. Bundan sonra həmin şəxs Səftər Əliyevin evinə gedərək, özünə məxsus telefonla onu qızı ilə danışdırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs titrəyə-titrəyə onunla danışmış, ona qayınatasının yaxşı davrandığını, narahat olmamasını bildirərək, bir az daha səbr etməsini xahiş etmişdir. O isə həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs qardaşı Əliverdi Əliyevə zəng edərək, polis əməkdaşları ilə həmin evə getmək istəmədiyini bildirmiş, buna görə də qızını onun evinə gətirməsini həmin şəxsdən xahiş etmişdir. Həmin gün, axşam saatlarında Əliəddin Əliyev Zərərçəkmiş şəxs və sonuncunun uşaqlarını onların yaşadığı evə gətirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü görməsə də, arvadı ona qızının bədənində göyərmiş nahiyələrin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs onu döydüyünü və bu barədə heç kəsə nəsə demədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs barədə hüquq-mühafizə orqanlarına şikayət etmək istəsə də, qızı ondan bir az səbrli olmasını və bəlkə, əri ilə barışacaqlarını söyləmişdir. Buna görə də o, polis şöbəsinə getməmişdir. 02 iyul 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs ağrıları şiddətləndiyi üçün onlar həmin şəxsi Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar, xəstəxana işçiləri isə bu barədə Biləsuvar rayon polis şöbəsinə məlumat vermişlər. Həmçinin o bildirdi ki, Təqsirləndirilən şəxs evli olduqlar 8 illik müddət ərzində həmişə Zərərçəkmiş şəxs döymüş, ailəsinə baxmamışdır. Lakin Zərərçəkmiş şəxs iki qız uşağı olduğunu və ailəsini dağıtmaq istəmədiyini bildirərək, Təqsirləndirilən şəxs ayrılmamışdır. Buna görə də o, Zərərçəkmiş şəxs ərindən ayırmamışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. 27 iyul 2024-cü il tarixdə onun qızı Zərərçəkmiş şəxs onun gəlininəzəng edərək, Biləsuvar rayonu, Əliabad kəndində olduğunu və vəziyyətinin yaxşı olmadığını bildirərək, onu və ərini yanına çağırmışdır. Bundan sonra onlar qızının qayınatası Səftər Əliyevin evinə getmişlər. Həmin vaxt qızı Zərərçəkmiş şəxs onlara ərinin ona xəyanət etdiyini, onunla yola getmədiyini bildirmiş və ərinə aid olan səs yazısını onlara dinlətdirmişdir. Ə.Ə.X3 kürəkəninin qızına xəyanət etdiyini, ailəsinə baxmadığını bildirmişdir. Səftər Əliyev isə oğlu Təqsirləndirilən şəxs belə hərəkət etməyəcəyini ona bildirmişdir. O, Səftər Əliyevə Təqsirləndirilən şəxs hərəkətlərini sübut etmək üçün qızının telefonunda olan səs yazılarını həmin şəxsə dinlətdirmişdir. Təqsirləndirilən şəxs həmin səsi dinlədikdən sonra qışqıraraq, onları polisə verəcəyini və tutduracağını bildirmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs və sonuncunun uşaqlarını özləri ilə birlikdə aparmaq istədikləri vaxt Səftər Əliyev onların qarşısını kəsmiş, həmin şəxsin halı pisləşmiş və özündən getmişdir. Onlar Təqsirləndirilən şəxs atasına yardım etmişlər. Səftər Əliyev özünə gəldikdən sonra onlardan qızını və nəvələrini aparmamalarını xahiş edərək, Zərərçəkmiş şəxs ona əmanət olduğunu onlara bildirmişdir.Buna görə də onlar Zərərçəkmiş şəxs özləri ilə aparmayaraq, həmin həyəti tərk etmişlər. Həmçinin onlar getdikdən sonra Təqsirləndirilən şəxs də həmin həyətdə qalmışdır. Onlar 29 iyul 2024-cü il tarixədək qızından heç bir məlumat ala bilməmişlər. Belə ki, o, Zərərçəkmiş şəxs mobil telefonuna zəng etsə də, sonuncuya zəng çatmamışdır. Onlar qızlarına zəng vursalar da, sonuncu zənglərə cavab verməmişdir. 29 iyul 2024-cü il tarixdə, axşam saatlarında əri Şahid1 Təqsirləndirilən şəxs qardaşı Əliəddin Əliyevə zəng edərək, qızını onların yanına gətirməsini həmin şəxsdən xahiş etmişdir. Həmin gün, axşam saatlarında Əliverdi Əliyev Zərərçəkmiş şəxs və sonuncunun uşaqlarını onların yaşadığı evə gətirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü görməmişdir. O, qızının bədənində yaraların olduğunu görmüş və bu barədə dərhal ərinə xəbər vermişdir. Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs onu döydüyünü və bu barədə heç kəsə nəsə demədiyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs barədə hüquq-mühafizə orqanlarına şikayət etmək istəsə də, qızı onlardan bir az səbrli olmalarını və bəlkə, əri ilə barışacaqlarını söyləmişdir. Buna görə də əri hadisə barədə polis şöbəsinə şikayət etməmişdir. 02 iyul 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs ağrıları şiddətləndiyi üçün onlar həmin şəxsi Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar, xəstəxana işçiləri isə bu barədə Biləsuvar rayon polis şöbəsinə məlumat vermişlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının 03 avqust 2024-cü il tarixli, 320 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ kürəkaltı nahiyədə qançır, sol bazu-dirsək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törəmə müddəti 27 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, iş üzrə təyin edilmiş canlı şəxsin ekspertizasının rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin yetirilməsi vaxtı 27 iyul 2024cü il tarixə uyğun gəlir. İş üzrə toplanmış sübutlarla, o cümlədən barəsində ittiham irəli sürülmüş şəxsin ifadəsi ilə isə təsdiq olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 27 iyul 2024-cü il tarixədək olan dövrdə və 27 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxslə birlikdə yaşamış, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə Abşeron rayonuna qayıtsa da, Zərərçəkmiş şəxs ondan sonrakı 2 gün ərzində, yəni 29 iyul 2024-cü il tarixədək Təqsirləndirilən şəxs valideynləri ilə eyni evdə yaşamışdır. Bundan başqa, 27 iyul 2024-cü il tarixdə saat 17-dən sonra Təqsirləndirilən şəxs öz atasının zəngindən sonra valideynlərinin evinə gəlməsi, bundan sonra həmin evdə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında münaqişə baş verməsi, sonuncunun valideynlərinin zərərçəkmiş şəxsi özü ilə aparmaq istəyinə baxmayaraq, Təqsirləndirilən şəxs atasının israrlı təkidi ilə zərərçəkmiş şəxsin həmin evdə qalmağa davam etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu zorla həmin şəxsdən alaraq, evi tərk edərək Abşeron rayonuna qayıtması zərərçəkmiş şəxsin üzərində aşkar edilmiş xəsarətlərin 27 iyul 2024-cü il tarixdə, saat 18 radələrində, Təqsirləndirilən şəxs tərəfindən, Zərərçəkmiş şəxs valideynlərinin evi tərk etməsindən sonra, yetirilməsinə məhkəmədə kifayət qədər inam yaradır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş xəsarətlərin ona böhtan atılması məqsədilə zərərçəkmiş şəxsin özü və ya yaxın qohumları tərəfindən təşkil edilməsi barədə Təqsirləndirilən şəxs dəlili inandırıcı deyil və özünümüdafiə məqsədilə irəli sürülmüşdür. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə barəsində ittiham irəli sürülmüş şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-148/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-148/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver