Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-15/2024 12.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Almasxan oğlunun və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1997-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, faktiki nikah münasibətində olan, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, və Təqsirləndirilən şəxs2, xx xxxxxx 2000-ci il tarixdə Cəlilabad rayonu, Məmmədrzalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə, bir qrup şəxs halında 16 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq sarayının “Avropa zalı” nın qarşısında ictimai yerdə, tanışı X1 toy məclisində musiqi sifarişi ilə bağlı Zərərçəkmiş şəxs1 Almasxan oğlu ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 şadlıq sarayının həyətinə dəvət edərək, orada cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, mənəviyyat normalarına qarşı saymazlıq etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlə söyərək təhqir etmiş, həmin şəxsin üzərinə hücum etmiş, yumruqla bir dəfə sağ göz nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs1 sağ gözyuvası ətrafında qançır ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, həmçinin o, baş vermiş dava-dalaşı sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2 özünün üstünlüyünü nümayiş etdirib, xuliqanlıq hərəkətlərini davam edərək, təkrarən Zərərçəkmiş şəxs2 üzərinə hücum etmiş, bir dəfə sifət nahiyəsindən yumruqla vuraraq, həmin şəxsə burun nahiyəsində şişkinlik, qançır, burun sümüyü cisminin yerini dəyişən sınığı və burunun deformasiyası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vuraraq həmin şəxsə sağ gözyuvası ətrafında qançır ilə nəticələnən sağlamlığa zəıər vurmayan xəsarət yetirmiş, habelə, həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək özünün üstünlüyünü nümayiş etdirərək, yumruqla bir dəfə çənə nahiyəsindən vurmaqla ona çənə sümüyünün sağ tərəfli yerdəyişməmiş sınığı, sağ maksilyar sinusun bayır divarının az yerdəyişmiş sınığı, sifətin sağ yarısında şişkinlik, sağ yanağın selikli qişasında əzilmiş yara və aşağı çənədə sağ 7-ci dişin sınığı ilə nəticələnən xəsarətlər yetirərək, zərərşəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirməklə, zor tətbiq edərək, 10-15 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə, bir qrup şəxs halında 16 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə" şadlıq sarayının “Avropa zalı”nın qarşısında ictimai yerdə, tanışı X1 toy məclisində musiqi sifarişi ilə bağlı Zərərçəkmiş şəxs1 Almasxan oğlu ilə aralarında yaranmış mübahisə zamanı həmin şəxsi şadlıq sarayının həyətinə dəvət edərək, orada Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlə söyüb təhqir etmiş, üstünə hücum edərək, yumruqla bir dəfə sağ göz nahiyəsindən vuraraq ona sağ gözyuvası ətrafında qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirdikdən sonra, Təqsirləndirilən şəxs1 həmin yerdə dava-dalaşı sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2 özünün üstünlüyünü nümayiş etdirib, xuliqanlıq hərəkətlərini davam edərək, təkrarən Zərərçəkmiş şəxs2 üzərinə hücum edib, bir dəfə sifət nahiyəsindən yumruqla vuraraq, həmin şəxsə burun nahiyəsində şişkinlik, qançır, burun sümüyü cisminin yerini dəyişən sınığı və burunun deformasiyası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vuraraq ona sağ gözyuvası ətrafında qançır ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarət yetirmiş, habelə, həmin dava-dalaş zamanı heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək, özünün üstünlüyünü nümayiş etdirib, yumruqla bir dəfə çənə nahiyəsindən vurmaqla Zərərçəkmiş şəxs1 çənə sümüyünün sağ tərəfli yerdəyişməmiş sınığı, sağ maksilyar sinusun bayır divarının az yerdəyişmiş sınığı, sifətin sağ yarısında şişkinlik, sağ yanağın selikli qişasında əzilmiş yara və aşağı çənədə sağ 7-ci dişin sınığı ilə nəticələnən xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır vurmaya aid xəsarətlər yetirməklə, zor tətbiq edərək, 10-15 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona istinad edilən əməlləri törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 71 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, Zərərçəkmiş şəxs1 Almasxan oğlunu təxminən 10 ildir ki, tanıyır və həmin şəxslə aralarında əvvəllər heç bir şəxsi-qərəzçilik və ya ədavət olmamışdır. Lakin o, Zərərçəkmiş şəxs1 qardaşı oğlu Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. O, 16 iyul 2023-cü il tarixdə sinif yoldaşı X1 “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisinə dəvət edilmiş və həmin toyda qardaşı Şahid1 ilə birlikdə iştirak etmişdir. O, toyda qardaşı Şahid1, bibisi oğlu Təqsirləndirilən şəxs2 və digərləri ilə eyni masa arxasında əyləşmişdir. Onun birlikdə əyləşdiyi şəxslər toy məclisində olduqları vaxt spirtli içki qəbul etsələr də, o, spirtli içki qəbul etməmişdir. Həmin gün saat 21 radələrində o, zaldan çölə çıxmış və ondan bir neçə dəqiqə sonra qardaşı Şahid1 və Zərərçəkmiş şəxs1 qardaşı oğlu Zərərçəkmiş şəxs2 də çölə - şadlıq evinin həyətinə çıxmışlar. Onlar həyətdə söhbət etdikləri vaxt ona məlum olmuşdur ki, o və qardaşı rəqs etdikləri vaxt həmin musiqini dayandıraraq, onların rəqsinə mane olan şəxs Zərərçəkmiş şəxs1 olmuşdur. Həmin söhbət zamanı Zərərçəkmiş şəxs2 əmisi Zərərçəkmiş şəxs1 sərxoş olduğuna görə musiqini kəsdirdiyini bildirmiş və Şahid1 üzrxahlığını bildirmişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra hamısı təkrarən məclisin təşkil edildiyi mərasim zalına daxil olmuşlar və eyni masa ətrafında əyləşmişlər. Bundan təxminən bir saat sonra Zərərçəkmiş şəxs1 onların əyləşdiyi masanın yanında arxası onlara tərəf dayandığı vaxt onun qardaşı Şahid1 əlini Zərərçəkmiş şəxs1 çiyninə vuraraq, həmin şəxsə nəsə demişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs1 Şahid1 yanında əyləşmiş və onlar söhbət etməyə başlamışlar. O, zalda səs-küy çox olduğuna görə həmin şəxslərin nə barədə söhbət etdiklərini eşidə bilməmişdir. Zərərçəkmiş şəxs1 və Şahid1 özləri də bir-birilərini eşidə bilmədikləri üçün mərasim zalından çölə çıxmışlar və qardaşının ürəyində problemlər olduğuna görə o, Şahid1 tək qoymamaq məqsədi ilə həmin şəxsin ardınca çölə çıxmışdır. Şadlıq evinin girişində, pilləkənlərdən aşağıda Zərərçəkmiş şəxs1 və Şahid1 söhbət etmişlər, o isə kənarda dayanmışdır. Həmin vaxt qəflətən Zərərçəkmiş şəxs1 yumruqla Şahid1 sifət nahiyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən Şahid1 sifəti qana bulaşmış və qardaşı arxa-arxaya gedərək, məhəccərə söykənmişdir. Zərərçəkmiş şəxs1 təkrarən Şahid1 üzərinə getmişdir, lakin o, dərhal Zərərçəkmiş şəxs1 yaxınlaşıb, qardaşını müdafiə etmək məqsədi ilə yumruqla həmin şəxsin sifət nahiyəsindən vurmuşdur və həmin vaxt orada olan şəxslər onları ayırmışlar. Zərərçəkmiş şəxs1 bundan sonra zala daxil olmuşdur. Sonradan hadisə yerinə Zərərçəkmiş şəxs1 qardaşı oğlu Zərərçəkmiş şəxs2 gəlmiş və söyüş söyərək əmisi Zərərçəkmiş şəxs1 kimin vurduğunu soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 onun qarın nahiyəsindən təpiklə vurmağa cəhd etmiş, lakin zərbə ona dəyməmişdir. Bundan sonra o, özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 atası X2 hadisə yerinə gələrək, onun sol göz nahiyəsindən yumruqla vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. O, həmin zərbənin təsirindən yalnız bir neçə saniyə sonra ayağa qalxa bilmişdir. Həmin vaxt dava-dalaşın baş verdiyi yerə tanışı Şahid3 da gəlmişdir. Bundan sonra isə o, qardaşı Şahid1 ilə Şahid3 qoluna girərək, şadlıq evinin əsas qapısı istiqamətində getmişdir. Onlar hadisə eyrindən uzaqlaşdıqları vaxt Zərərçəkmiş şəxs1 mərasim zalının giriş qapısında dayanmışdır. Onlar bir qədər getdikdən sonra qışqırıq səsləri eşitmişlər və geri dönüb baxdıqları zaman Zərərçəkmiş şəxs1 yerə yıxıldığını görmüşlər. Onlar taksiyə minmişlər və onların arxasınca Təqsirləndirilən şəxs2 və onlarla eyni masada əyləşmiş tanışları Şahid2 da taksiyə minmişdir. Bundan sonra onlar həmin avtomobildə hadisə yerindən uzaqlaşmışlar. Həmin dava-dalaş vaxtı Şahid2 və Şahid3 mübahisəyə qarışmamış, heç kimi vurmamış, yalnız onları ayırmışlar, lakin dava-dalaş baş verdiyi vaxt həmin şəxslər də xəsarət almışlar. O, Şahid2 və Şahid3 kimin vurduğunu görməmişdir. Baş vermiş dava-dalaş kütləvi mübahisəyə çevrildiyinə görə onun bədəninin müxtəlif nahiyələrindən hazırda xatırlamadığı şəxslər yumruq və təpik zərbələri ilə vurmuşlar. Dava-dalaş baş verdiyi vaxt Təqsirləndirilən şəxs2 də orada olmuş, lakin o, həmin şəxsin kiminlə mübahisə etdiyini görməmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş və həmin mübahisəni ətrafda olan şəxslər görmüşlər. Lakin sonradan o, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxslərdən üzr istəmiş, onlara dəymiş zərəri ödəməklə həmin şəxslərlə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməklə, həmin şəxslərlə barışıq əldə etdiyini, habelə himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona istinad edilən əməlləri törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, dostu T.Q.Kərimzadə onu 15 iyul 2023-cü il tarixdə “ciyər axşamı” adlanan toydan əvvəl keçirilən məclisdə iştirak etdikdən sonra T.Q.Kərimzadə onu növbəti gün keçirilən toy məclisinə dəvət etmişdir. Buna görə də o, 16 iyul 2023-cü il tarixdə dostu T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində də iştirak etmişdir. Toy mərasimində o, dayısı oğlanları Təqsirləndirilən şəxs1, Şahid1 və dostları Şahid2 və Şahid3 ilə birlikdə eyni masa arxasında əyləşmişdir. Həmin gün saat 21 radələrində bəy T.Q.Kərimzadənin dostları, o cümlədən o özü da toy məclisində rəqs etmişlər və rəqsləri bitdikdən sonra əyləşmişlər. Sonradan Şahid1 məclisdə olan musiqiçilərə mahnı sifariş vermiş və rəqs etməyə başlamışdır, lakin Zərərçəkmiş şəxs1 mahnını dayandırmışdır. Həmin vaxt Şahid1 heç bir söz deməmiş və təkrarən onların yanında əyləşmişdir. Bundan təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs1 onların əyləşdiyi masanın qarşısındakı masada əyləşmiş və Şahid1 həmin şəxsə söhbət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onların əyləşdiyi masaya gəlmiş və Şahid1 ilə söhbət etmişdir. Toy məclisində səs-küy çox olduğuna görə tərəflər zaldan çölə çıxmışlar. Həmin şəxslərin ardınca əvvəlcə Təqsirləndirilən şəxs1 və Şahid3 da çölə çıxmışdır. O da Təqsirləndirilən şəxs1 və Şahid3 telefonlarını götürərək, məclis zalını tərk etmişdir. O, zaldan çölə çıxdığı zaman orada hay-küy olduğunu və insanların toplaşdığını görmüşdür. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs1 və Şahid1 mübahisə etmişlər və Zərərçəkmiş şəxs1 qəflətən Şahid1 burun nahiyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs1 isə bunu gördüyü vaxt qardaşını müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 üzərinə getmiş və həmin şəxsin sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 hadisə yerinə gəlmiş və nalayiq sözlərlə Təqsirləndirilən şəxs1 təhqir edərək, sonuncunun qarın nahiyəsindən təpiklə vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 həmin şəxsin sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirmişdir. O, mübahisə edən tərəfləri ayırmağa cəhd etsə də, həmin vaxt yumruqla Zərərçəkmiş şəxs1 onun alın nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs2 atası A.A.Kərimov hadisə yerinə gələrək, Təqsirləndirilən şəxs1 göz nahiyəsindən yumruqla vurmuş və sonuncu zərbənin təsirindən yerə yılxılmışdır. O, hadisə vaxtı kimisə vurmamış, sadəcə olaraq mübahisəni sakitləşdirmişdir. Həmçinin o, mübahisə edən tərəflərin əlində silah və ya dəmir parçası görməmişdir. Lakin mübahisədən 3-4 gün keçdikdən sonra müstəntiq Nahid Hüseynov onu və digər şəxsləri hadisənin baş verdiyi yerə aparmışdır. Həmin yerdə Nahid Hüseynov Zərərçəkmiş şəxs1 onu kimin vurduğunu soruşmuş və həmin şəxs cavab olaraq orada olan hər kəsin onu vurduğunu bildirmişdir. Müstəntiq Zərərçəkmiş şəxs1 onu vuran şəxs kimi onu tanıyıb-tanımadığını soruşmuşdur. Zərərçəkmiş şəxs1 isə onu vuran şəxsi dəqiq olaraq görmədiyini, sadəcə olaraq hadisədən sonra şahidlərin onu Təqsirləndirilən şəxs2 vurduğunu söylədiklərini müstəntiqə bildirmişdir. O, Nahid Hüseynova Zərərçəkmiş şəxs1 vurmadığını bildirərək, dəhlizdə olan kamera görüntülərinin izlənməsini müstəntiqdən xahiş etmişdir, lakin həmin görüntülər şadlıq evinin səlahiyyətli şəxsləri tərəfindən təqdim edilməmişdir. O, həmçinin hadisədən sonra çayxanada Zərərçəkmiş şəxs1 görmüş və həmin şəxsə yaxınlaşaraq onu vurmadığını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs1 onun sözlərinə əhəmiyyət verməyərək, onun barəsində şikayətçi olduğunu ona demişdir. Bundan başqa, o bildirdi ki, toy məclisində spirtli içki qəbul etməmişdir və heç kimlə şəxsən mübahisə etməmişdir. O, sadəcə olaraq mübahisə edən tərəfləri ayırmağa cəhd etmişdir. Sonda, Təqsirləndirilən şəxs2 barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə az ağır dərəcəli xəsarətlər yetirdikləri işdə olan sübütlarla təsdiq olunduğu halda, həmin xəsarətlərin xuliqanlıq niyyəti ilə yetirildiyi sübuta yetirilmədiyinə görə təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin tərkibi müəyyən edilmir və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz Azərbaycan Respublikası CM-nin 127.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs1 Almasxan oğlu məhkəmədə göstərdi ki, o, Təqsirləndirilən şəxs1, həmin şəxsin qardaşı Şahid1 həmyerlisi kimi tanısa da, Təqsirləndirilən şəxs2 şəxsən tanımamışdır. O, 16 iyul 2023-cü il tarixdə əmisinin nəvəsi T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində iştirak etmişdir. Belə ki, o, əmisi oğlu Qətil tərəfindən toya idarəçi kimi dəvət edilmiş və toy mərasiminin idarə edilməsində iştirak etmişdir. Həmin məclisdə Şahid1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 və digərləri eyni masa arxasında əyləşmişlər. Həmin şəxslər toy məclisində bir neçə dəfə oynamışlar və o, sonuncuların davranışında müəyyən nöqsanlar müşahidə etmişdir. Sonuncu dəfə o özü və onun atası da həmin şəxslərlə birlikdə rəqs etmişdir. Daha sonra isə Şahid1 musiqiçilərə mahnı sifarişi verib, təkrarən oynamağa başlamışdır. O isə digər şəxslərin də rəqs etmək istədiyini əsas gətirərək, həmin musiqini yarıda dayandırmışdır. Buna görə də Şahid1 təkrarən öz yerində əyləşmişdir. Toy məclisində o, ayaqüstdə olduğu vaxt Şahid1 əyləşdiyi yerdən dəfələrlə ona əl işarəsi verərək, yanına çağırsa da, o da həmin şəxsə oynamaq istəyirsə, gəlib oynasın məzmununda əl işarəsi ilə qarşılıq vermişdir. Həmin vaxtdan təxminən 3-5 dəqiqə sonra o, Şahid1 əyləşdiyi masanın önündə olan, öz ailə üzvlərinin əyləşdiyi masaya yaxınlaşmış və stulda əyləşmişdir. Həmin vaxt Şahid1 onun çiyninə toxunaraq, onu çağırmış və buna görə də o, həmin şəxsin əyləşdiyi masaya yaxınlaşmış, lakin stol arxasında oturmamışdır. Şahid1 ona toy zalından kənarda söhbət etməyi təklif etmiş, o da həmin şəxsin təklifini qəbul edərək, sonunucu ilə birlikdə toy zalını tərk etmişdir. Şadlıq evinin pilləkəninə çatdıqları vaxt Şahid1 ona “Sən kişi deyilsən?!, Sən nə “bespantovıy adamsan”” məzmununda aşağılayıcı sözlər demişdir. O da cavab olaraq həmin şəxsə dediklərinin hamısının Şahid1 atasına aid olduğunu bildirmiş və Şahid1 itələmişdir, lakin həmin şəxs yerə yıxılmamışdır. Bundan sonra isə Şahid1 ilə eyni masa arxasında əyləşmiş şəxslər onun üzərinə hücum çəkmiş, Şahid1 qardaşı Təqsirləndirilən şəxs1 onun sifət nahiyəsinə yumruqla zərbə endirmişdr. Həmin zərbənin təsirindən onun sifətindən qan axamağa başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 onun köməyinə gəlmiş, lakin təqsirləndirilən şəxslər həmin şəxsi də yumruqla vurmuşlar. Daha sonra isə dava kütləvi hal almışdır. O, şadlıq evinin həyətində olduğu vaxt zaldan çölə onun ailə üzvləri də çıxmışlar. Həmin vaxt onun yan tərəfində Təqsirləndirilən şəxs2 peyda olmuş və onu vurmuşdur. O, həmin zərbənin təsirindən özündən getmişdir. O, Təqsirləndirilən şəxs2 onun nə ilə vurduğunu hazırda xatırlmasa da, arvadı onu vurduğu zaman Təqsirləndirilən şəxs2 əlində küt alət olduğunu bildirmişdir. Hadisədən sonra o, xəstəxanaya getməmiş və Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 onun evinə gələrək, ondan üzr istəmələrini gözləmişdir, lakin həmin şəxslər ondan üzr istəməmişlər. O, xəstəxanaya getdiyi zaman həkim ona çənəsinin sındığını bildirmişdir. Həmçinin dava-dalaşın baş verməsindən 3 gün sonra o, müstəntiq Nahid Hüseynovla birlikdə aparılmış istintaq hərəkətlərində iştirak etmiş və şadlıq evinin müdiriyyətindən şadlıq evinin həyətinin və foyesinin videogörüntülərini istəsə də, ona həmin görüntülərin artıq silindiyi bildirilmişdir. Bundan başqa o, çayxanada olduğu vaxt Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq, üzrxahlıq etmiş və toy məclisində spirtli içki qəbul etdiyi üçün sərxoş vəziyyətdə olduğunu, buna görə də onu vurduğunu bildirmişdir. O, həmin şəxsə onun yaşadığı evə gəlməli olduğunu bildirsə də, Təqsirləndirilən şəxs2 onun evinə gəlməmişdir. Təqsirləndirilən şəxs2 onu uşağının və digər ailə üzvlərinin gözü qarşısında vurmuşdur. Onun çənəsinin sınmasına səbəb olan zərbəni ona Təqsirləndirilən şəxs2 vurmuşdur. Məhkəməyədək icraat zamanı onlar arasında barışıq əldə olunmasa da, cinayət işinin məhkəmə baxışı zamanı hər iki təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziyanı tam həcmdə ödəyərək, onunla barışıq əldə etmişlər. Sonda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, o, Biləsuvar rayon mərkəzi xəstəxanasında mühafizəçi vəzifəsində işləyir. O, ailə üzvləri ilə birlikdə 16 iyul 2023-cü il tarixdə atasının əmisi oğlunun oğlu T.Q.Kərimzadənin “Zirvə” şadlıq evinin “Avropa zal”ında baş tutan toy məclisində iştirak etmişdir. Həmin məclisdə Təqsirləndirilən şəxs2, Şahid1 və Təqsirləndirilən şəxs1 dəfələrlə rəqs etmişlər. O, həmin şəxsləri üzdən tanısa da, adlarını sonradan öyrənmişdir. Həmin şəxslər rəqs etdikləri vaxt özlərini düzgün şəkildə aparmamışlar. Buna görə də onun əmisi Zərərçəkmiş şəxs1 Şahid1 sifariş verdiyi musiqini yarıda kəsmiş və digər şəxslərin də rəqs etmək istədiklərini həmin şəxsə bildirmişdir. O, Şahid1 və sonuncu ilə eyni masa arxasında oturan şəxslər arasında narazılıq yarandığını görmüş və aranı sakitləşdirmək məqsədi ilə Şahid1 qoluna girərək, həmin şəxslə birlikdə çölə çıxmışdır. Onlar çölə çıxdığı vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də onları müşahidə etmişlər. Onlar birlikdə söhbət etmişlər və ara sakitləşdikdən sonra hamısı təkrarən toy zalına qayıtmışlar. O, toy məclisinin davamında Şahid1 tez-tez Zərərçəkmiş şəxs1 müəyyən jestlər etməklə, nəsə demək istədiyini müşahidə etmişdir. Bundan təxminən 3-5 dəqiqə sonra isə Zərərçəkmiş şəxs1 Şahid1 əyləşdiyi masanın önündə olan masada əyləşmişdir. Həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs1 yanına çağırmış, sonuncu da həmin şəxsin əyləşdiyi masaya yaxınlaşmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs1 və Şahid1 çölə çıxmışlar. Həmin şəxslərin ardınca Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və digərləri çölə çıxmışlar. O, həmin vaxt çay içmiş, lakin çayını yarıda saxlayıb dərhal çölə çıxmışdır. O, əvvəlcə şadlıq evinin foyesinə baxmış, lakin Zərərçəkmiş şəxs1 tapa bilməmişdir. Bundan sonra isə o, çölə çıxmışdır. O, çölə çıxdığı vaxt Zərərçəkmiş şəxs1 üzünün qan içində olduğunu və ona tərəf yüyürdüyünü görmüşdür. O, dərhal qapını açaraq, həmin şəxsi içəri salmaq istəsə də, qəflətən Təqsirləndirilən şəxs1 və digərləri onun üzərinə hücum etmişlər və bu zaman Təqsirləndirilən şəxs1 onu yumruqla vurmuşdur. O, həmin zərbənin təsirindən yerə çökmüş və özünü müdafiə etmək məqsədi ilə əllərini baş nahiyəsinə qoymuşdur. Zərərçəkmiş şəxs1 isə içəri getməmiş və onun yanına qayıtmışdır. O, dava baş verdiyi vaxt heç kimi təpiklə və ya digər üsulla vurmamışdır. O, yerdə olduğu vaxt hazırda xatılamadığı şəxs ona dəsmal vermiş və o, sifətindən axan qanı silmişdir. Sonradan isə toy zalından çox sayda insan, həmçinin qadınlar da çölə çıxmışlar. O, özünə gəldiyi vaxt şadlıq evinin həyətində olan palma ağacının yanında Zərərçəkmiş şəxs1 telefon vasitəsilə kimə isə zəng vurmaq istədiyini, lakin həmin şəxsin sağ tərəfində Təqsirləndirilən şəxs2 qəflətən peyda olduğunu və Zərərçəkmiş şəxs1 vurduğunu görmüşdür. Lakin o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 nə ilə vurduğunu hazırda xatırlamır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurduqdan dərhal sonra Təqsirləndirilən şəxs1 və toyda eyni masa arxasında əyləşdiyi digər dostları ilə birlikdə taksiyə əyləşərək, hadisə yerindən uzaqlaşmışlar. Həmin vaxtdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 özünə gəlmişdir. Hadisə yerinə polis avtopatrulları gəlmiş və onlar həmin avtomobillər vasitəsi ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılmışlar. Cinayət işinin məhkəmə baxışı zamanı hər iki təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş ziaynı tam həcmdə ödəyərək, onunla barışıq əldə etmişlər. Sonda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. O, Zərərçəkmiş şəxs1 tanıyır, onunla aralarında əvvəllər heç bir qərəzçilik və ya ədavət olmamışdır, lakin o, həmin şəxsin qardaşı oğlu Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, yalnız toy məclisində görmüşdür. Belə ki, o, 16 iyul 2023-cü il tarixdə dostu T.Q.Kərimzadənin toy məclisində qardaşı Təqsirləndirilən şəxs1 və digər tanışları ilə birlikdə iştirak etmişdir. O, qardaşı və tanışları ilə eyni masa arxasında əyləşmişdir. Həmin məclisdə o, musiqiçilərə mahnı sifariş edərək, rəqs etməyə başlamış, lakin Zərərçəkmiş şəxs1 toyun keçirildiyi zala daxil olaraq, əl ilə işarə edib onun mahnısını kəsmişdir. O isə həmin şəxs ondan yaşca böyük olduğuna və əvvəllər aralarında münasibət yaxşı olduğuna görə heç bir etiraz etməmiş və öz yerində əyləşmişdir. Bir neçə dəqiqə sonra isə o, məclisi tərk etmək istəsə də, T.Q.Kərimzadənin valideynləri oğlunun dostlarının məclisdə azlıq təşkil etdiyini bildirərək, ondan toy məclisinin sonuna qədər iştirak etməsini xahiş etmişdir. O, T.Q.Kərimzadənin valideynlərinin xahişini yerə salmamışdır. O, Təqsirləndirilən şəxs1 ilə çöldə olduğu vaxt Zərərçəkmiş şəxs2 onunla söhbət etmiş və əmisi Zərərçəkmiş şəxs1 sərxoş olduğuna görə onun sifariş verdiyi musiqini kəsdiyini bildirmiş və üzrxahlıq etmişdir. Bundan sonra onlar toy məclisinə geri qayıtmışlar. O, masa arxasında əyləşdikdən bir qədər sonra Zərərçəkmiş şəxs1 onun əyləşdiyi masanın qarşısındakı masaya yaxınlaşmış və arxası onlara tərəf oturmuşdur. O, həmin vaxt Zərərçəkmiş şəxs1 çiynindən əli ilə toxunaraq, sonuncunu çağırmış və onunla söhbət etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ayağa qalxmış və onun əyləşdiyi masaya yaxınlaşmışdır. Həmin vaxt onun yanında Şahid3 əyləşdiyinə görə o, həmin şəxsdən ayağa qalxmasını və yerini Zərərçəkmiş şəxs1 verməsini xahiş etmişdir. Bundan sonra Şahid3 ayağa qalxmış və yerini Zərərçəkmiş şəxs1 vermişdir. Zərərçəkmiş şəxs1 ona zalda səs-küy olduğu üçün heç nə eşitmədiyini bildirərək, çölə çıxmalarını xahiş etmişdir. O da yerindən qalxaraq, Zərərçəkmiş şəxs1 ilə birlikdə zaldan çölə çıxmışdır. Onlar çölə çıxdıqları vaxt Zərərçəkmiş şəxs1 onun qoluna girmişdir. O, Zərərçəkmiş şəxs1 onun sifariş etdiyi musiqini niyə kəsdiyini soruşmuş, həmin şəxs isə ona “Toy bizimdir, yaxşı eləmişəm” məzmununda cavab vermiş və onu itələmişdir. O, Zərərçəkmiş şəxs1 etdiyi hərəkətin düzgün olmadığını bildirdiyi vaxt həmin şəxs onun sifət nahiyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. O, həmin zərbənin təsirindən özünü itirmiş və arxa-arxaya gedib, çəpərə söykənmişdir. Zərərçəkmiş şəxs1 isə onu söymüş və onun üzərinə gəlmişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs1 onu müdafiə etmək üçün Zərərçəkmiş şəxs1 yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs1 onu müdafiə etmək istədiyi zaman A.A.Kərimov hadisə yerinə gələrək, qardaşını yumruqla vurmuşdur. Bundan sonra ara qarışmış və kütləvi dava-dalaş baş vermişdir. Həmin vaxt o, kimin kimi vurduğunu görə bilməmişdir. O, qardaşı Təqsirləndirilən şəxs1 kömək etmək məqsədi ilə ayağa qalxmaq istədiyi vaxt Şahid3 onu arxadan qucaqlayaraq, kənara çəkmişdir. Ara sakitləşdikdən sonra isə onlar birlikdə taksiyə əyləşərək, hadisə yerini tərk etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 tanıyır, onunla aralarında əvvəllər heç bir qərəzçilik və ya ədavət olmamışdır. 16 iyul 2023-cü il tarixdə o, dostu T.Q.Kərimzadənin “Zirvə” şadlıq sarayının “Avropa zalı”nda baş tutan toy məclisinə Təqsirləndirilən şəxs1 ilə birlikdə iştirak etmişdir. O, həmin məclisdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 ilə birlikdə eyni masa arxasında əyləşmişdir. O, toyun sonlarında çölə çıxmış və şadlıq evinin qarşısında oturacaqda oturub, siqaret çəkdiyi vaxt Şahid1 ilə Təqsirləndirilən şəxs1 çölə çıxdığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2 həmin şəxslərin yanına yaxınlaşmış və hər üçü söhbət etməyə başlamışlar. Həmin söhbət əsnasında Zərərçəkmiş şəxs2 Şahid1 Zərərçəkmiş şəxs1 sərxoş olduğunu və buna görə də əmisinin Şahid1 sifariş verdiyi musiqini kəsməsini üzrlü saymasını demişdir. Daha sonra isə onlar birlikdə toy məclisinin keçirildiyi zala daxil olmuşlar. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 onların masasının qarşısında olan masada arxası onlara tərəf oturmuşdur. Həmin vaxt Şahid1 əli ilə Zərərçəkmiş şəxs1 çiyninə toxunaraq, həmin şəxsi çağırmışdır. Bundan sonra o, oturduğu stuldan qalxmış və Zərərçəkmiş şəxs1 onun yerində oturmuşdur. O, səs-küy çox olduğuna görə həmin şəxslərin söhbətlərini eşidə bilməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 və Şahid1 çölə çıxmışlar. Həmin şəxslər çölə çıxdıqları vaxt Zərərçəkmiş şəxs1 Şahid1 qoluna girmişdir. O da həmin şəxslərin arxasınca getmiş, Təqsirləndirilən şəxs1 də onun ardınca gəlmişdir. O, zaldan çıxdığı vaxt toya atılmış pulları yığan şəxsə demişdir ki, dava baş verməməsi üçün o, Şahid1 aparsın, həmin şəxs də Zərərçəkmiş şəxs1 aparsın. Bundan sonra o, mərasim zalının qapısına yaxınlaşanda Zərərçəkmiş şəxs1 əvvəlcə Şahid1 itələdiyini, daha sonra isə yumruqla vurduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirmiş və həmin zərbədən sonra Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən qan gəlmişdir. Bundan sonra isə hadisə yerinə Zərərçəkmiş şəxs2 gəlmiş və söyüş söyərək, Zərərçəkmiş şəxs1 kimin vurduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs2 hadisə yerindən kənarlaşdırmaq istəsə də, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 təpiklə vurmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yumruqla vurmuşdur. Həmin vaxt toy zalından çox sayda insan çıxaraq dava-dalaşa müdaxilə etmiş və kimsə onun başının sağ tərəfindən vurmuşdur. O, zərbənin təsirindən yerə oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1 onun qarşısında durmuş və ona “mən səni tanıyıram, sən yaxşı oğlansan” məzmunda sözlər demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 atası A.A.Kərimov ona yaxınlaşaraq, dava etmək üçün başqa yerə getmələrini təklif etmişdir. Lakin o, həmin şəxsə “mən sənə əmi deyirəm, sən mənə deyirsən gedək dava edək. Mən dava-dalaş etmirəm, ayırıram” məzmununda cavab vermişdir. Daha sonra isə A.A.Kərimov Şahid1 qolundan tutub, kənara aparmışdır. O, Təqsirləndirilən şəxs1 və Şahid1 hadisə yerini tərk etdikləri vaxt onların arxasınca Təqsirləndirilən şəxs2 və Şahid2 də gəlmişlər. Həmin vaxt arxadan qadın səsləri gəlmiş və o, arxaya baxdığı zaman Zərərçəkmiş şəxs1 yerə yıxıldığını görmüşdür. O, Zərərçəkmiş şəxs1 kimi vurduğunu görməmişdir. O, hadisə vaxtı heç kimi vurmamış, yalnız dava edən tərəfləri sakitləşdirməyə çalışmışdır. O, Şahid1 hadisə yerindən uzaqlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs1 özü ilə aparmaq məqsədi ilə geri qayıtmışdır. Lakin həmin vaxt kimsə onu vurmuş və o, yerdə oturmuşdur. Buna görə də o, kimin kimi vurduğunu görə bilməmişdir. Təqsirləndirilən şəxs2 də onun yanında olmuş, lakin o, həmin şəxsin kimi isə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 tanıyır, onların arasında əvvəllər qərəzçilik və ya ədavət olmamış, lakin Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 16 iyul 2023-cü il tarixdə o, dostu T.Q.Kərimzadənin toy məclisində iştirak etmişdir. Həmin toy məclisi “Zirvə” şadlıq sarayının “Avropa zalı”nda baş tutmuşdur. O, məclisdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid3 ilə birlikdə eyni masa arxasında əyləşmişdir. Həmin gün saat 21 radələrində o, şadlıq evinin həyətində olduğu vaxt Zərərçəkmiş şəxs2 və Şahid1 çölə çıxmış və həmin şəxslər söhbət etmişlər. Həmin söhbət zamanı Zərərçəkmiş şəxs2 Şahid1 Zərərçəkmiş şəxs1 sərxoş olduğunu və buna görə də onun sifariş etdiyi mahnını kəsməsini üzrlü qəbul etməsini xahiş etmişdir. Daha sonra isə onlar birlikdə mərasim zalına daxil olmuşlar. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 onların masasının qarşısında olan masada arxası onlara tərəf oturmuşdur. Şahid1 əli ilə Zərərçəkmiş şəxs1 çiyninə toxunaraq, həmin şəxsi çağırmışdır. O, səs-küy çox olduğuna görə həmin şəxslərin söhbətlərini eşidə bilməmişdir. Daha sonra Şahid1 və Zərərçəkmiş şəxs1 ayağa qalxaraq, çölə getmişlər. O da həmin şəxslərin ardınca çölə çıxmışdır. Şahid1 Zərərçəkmiş şəxs1 onun musiqisini kəsməyinin səbəbini soruşmuş, sonuncu isə Şahid1 “Sən məndən nəyin cavabın istəyirsən, toy bizimdir, yaxşı edirəm.” məzmunda cavab vermişdir. Şahid1 cavab olaraq Zərərçəkmiş şəxs1 yaxşı hərəkət etmədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Şahid1 itələmiş və sonuncunun sifət nahiyəsinə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs1 isə qardaşının xəstə olduğunu bildirərək, qəflətən Zərərçəkmiş şəxs1 üzərinə hücüm çəkmiş və həmin şəxsi yumruqla vurmuşdur. Həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs1 burnundan qan axmağa başlamışdır. Həmin vaxt hadisə yerinə Zərərçəkmiş şəxs2 gəlmiş və söyüş söyərək Zərərçəkmiş şəxs1 kimin vurduğunu soruşmuşdur. Daha sonra isə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 təpiklə vurmuş, buna görə də Təqsirləndirilən şəxs1 də həmin şəxsin sifət nahiyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. O, araya girib dava edən tərəfləri sakitləşdirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şadlıq evinin girişinə doğru aparmaq istədiyi vaxt Zərərçəkmiş şəxs1 yumruqla onun gözaltı və burun nahiyələrindən vurmuşdur. O, Zərərçəkmiş şəxs1 dava etmədiyini, əksinə tərəfləri ayırdığını bildirdikdən sonra həmin şəxs ondan üzr istəmişdir. Daha sonra isə A.A.Kərimov onu bir neçə dəfə yumruqla vurmuş və palma ağacının altına aparmışdır. A.A.Kərimov ondan Zərərçəkmiş şəxs1 vurmasının səbəbini soruşmuş, o isə həmin şəxsə Zərərçəkmiş şəxs1 vurmadığını bildirmişdir. Həmin vaxt T.Q.Kərimzadənin atası onların yanına gəlmiş və onlar birlikdə Zərərçəkmiş şəxs1 yanına getmişlər. Onlar birlikdə Zərərçəkmiş şəxs1 ilə söhbət etmiş və o, daha sonra hadisə yerindən uzaqlaşmışdır. O, Təqsirləndirilən şəxs1, Şahid1 və Şahid3 ardınca getdiyi vaxt arxadan səs gəldiyini eşitmiş və çevrilib baxdığı zaman Zərərçəkmiş şəxs1 yerdə uzandığını görmüşdür. Lakin o, Zərərçəkmiş şəxs1 kimin vurduğunu görə bilməmişdir. Həmçinin dava-dalaş baş verdiyi vaxt Təqsirləndirilən şəxs2 də hadisə yerində olsa da, o, həmin şəxsin kimisə vurduğunu görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əridir. O və ailə üzvləri 16 iyul 2023-cü il tarixdə ərinin əmisi oğlu T.Q.Kərimzadənin toy məclisində iştirak etmişlər. Həmin məclisdə Zərərçəkmiş şəxs1 toyun gedişatına nəzarət etmişdir. Əri Zərərçəkmiş şəxs1 adını sonradan bildiyi Şahid1 adlı şəxsin sifariş verdiyi musiqini yarıda kəsdiyini görə sonuncu toy məclisində narazılıq etsə də, mübahisə böyüməmişdir. Onlar məclisi daha erkən saatlarda tərk etmək istəsələr də, T.Q.Kərimzadənin valideynləri ondan məclisin sonunadək iştirak etməsini xahiş etdiyinə görə o, toy məclisini tərk etməmişdir. Lakin həmin gün saat 22 radələrində əvvəlcə Zərərçəkmiş şəxs2, daha sonra isə daha bir neçə şəxs təşviş içində çölə çıxdığına görə o narahat olmuş və dərhal digər qadınlarla birlikdə şadlıq evinin həyətinə yüyürmüşdür. O, çölə çıxdığı vaxt əri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üst-başının qan içində olduğunu görmüşdür. Belə ki, Zərərçəkmiş şəxs2 şadlıq evinin pilləkənində, Zərərçəkmiş şəxs1 isə şadlıq evinin həyətində olmuşdur. Zərərçəkmiş şəxs1 telefon vasitəsi ilə kiməsə zəng vurduğu vaxt qəflətən uzun boylu, arıq bədən quruluşlu, qara saqqallı, qara köynəkli, sonradan Təqsirləndirilən şəxs2 kimi tanıdığı oğlan onun ərini əlindəki hansısa əşya ilə vurmuşdur. Həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmış, o isə sonuncunun öldüyünü fikirləşib qışqırmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 qaçaraq, hadisə yerindən uzaqlaşmışdır. O, ərini vuran şəxsin adının Təqsirləndirilən şəxs2 olduğunu Biləsuvar rayon polis şöbəsinin inzibati binasında olduğu vaxt öyrənmişdir. O, Zərərçəkmiş şəxs2 kimin vurduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 şahid Ş.Mhacıyevanın ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurduğunu gördüyünü təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 16 iyul 2023-cü il tarixdə T.Q.Kərimzadənin toy məclisində iştirak etmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Həmin toyun gedişatında bir dəfə mahnı sifarişinin Zərərçəkmiş şəxs1 tərəfindən yarıda dayandırılmasına görə adını bilmədiyi gənclər arasında narazılıq yaranmışdır. Belə ki, ona çöldə mübahisə baş verdiyini bildiriləndən sonra o, zaldan çğlə çıxmış və orada Zərərçəkmiş şəxs2 ilə tanımadığı gənclər arasında sözlü şəkildə mübahisə edildiyini görmüşdür, lakin A.A.Kərimov gənclər arasında baş vermiş mübahisəni sakitləşdirmiş və bundan sonra tərəflər təkraraən məclis zalına qayıtmışlar. Bundan bir müddət keçdikdən sonra ona yenidən çöldə dava baş verdiyi barədə xəbər vermişlər. O, zaldan dərhal çölə çıxmış və pilləkəndə olduğu vaxt bir neçə nəfərin dava etdiyinə, söyüşlər söyüldüyünə şahid olmuşdur. O, həmin vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üst-başının qan içində olduğunu da görmüşdür. Həmin mübahisə təxminən 5 dəqiqə davam etmiş və qəflətən uca boylu, saqqalı və qara köynəkli oğlan - sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs2 qəflətən Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 biixtiyar olaraq yerə yıxılmışdır. Təqsirləndirilən şəxs2 isə onunla birlikdə mübahisədə iştirak edən digər şəxslərlə birlikdə hadisə yerindən qaçaraq uzaqlaşmışdır. O, mübahisə vaxtı Zərərçəkmiş şəxs2 kimin vurduğunu görməmişdir. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 27 iyul 2023-cü il tarixli, 669 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 çənə sümüyünün sağ tərəfli yerdəyişməmiş sınığı, sağ maksilyar sinusun bayır divarının az yerdəyişmiş sınığı, sifətin sağ yarısında şişkinlik, sağ yanağın selikli qişasında əzilmiş yara, aşağı çənədə sağ 7-ci dişin sınığı, sağ gözyuvası ətrafında qançır xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə çənə sümüyünün sağ tərəfli yerdəyişməmiş sınığı, sağ maksilyar sinusun bayır divarının az yerdəyişmiş sınığı, sifətin sağ yarısında şişkinlik, sağ yanağın selikli qişasında əzilmiş yara, aşağı çənədə sağ 7-ci dişin sınığı vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Sağ gözyuvası ətrafında qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 21 iyul 2023-cü il tarixli, 670 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun nahiyəsində şişkinlik, qançır, burun sümüyü cisminin yerini dəyişən sınığı və burunun deformasiyası, sol gözyuvası ətrafında qançır xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə burun nahiyəsində şişkinlik, qançır, burun sümüyü cisminin yerini dəyişən sınığı və burunun deformasiyası vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Sol gözyuvası ətrafında qançır isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilimir. Cinayət işi materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizasının 21 iyul 2023-cü il tarixli, 681 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol göz yuxası ətrafında və sol qulaq seyvanında qançır və sol gözün ağlı qişasına yayılmış qansızma müəyəyn edilmiş, Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 1003 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 alın nahiyəsində 1 ədəd çapıq aşkar edilmişdir. Həmin çapıq əzilmiş yaranın sağaldıqdan sonrakı izi olub, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-4 ay əvvələ uyğun gəlir, qərarda qeyd olunan 16 iyul 2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 23 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsifi haqqında Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X3 qərarından görünür ki, iş üzrə Şahid1, Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəsarət almaları xüsusatına və digərlərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışın surətindən görünür ki, Şahid1 fallo tetradası, anadangəlmə ürək qüsuru, ağciyər ödemi, ürək astması, ağciyər ürək çatışmazlığı İİİ dərəcəli, dekompensasiya mərhələsində, kardiomeqaliya, mədəciklərin və qulaqcıqların hipertrofiya və dilatasiyası, qan dövranının davamlı çatışmazlığı İİİ-İV dərəcə, ürək çatmamazlığı İİİ-İV – xroniki eksudativ plevrit səbəbindən İİ dərəcəli əlildir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və həmin Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən cəmiyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydaının kobud surətdə pozulması təqsirkarın elə hərkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahtçılıq hissinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan, təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən tötədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndinə görə qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Belə ki, qanunvericiliyin normalarından da göründüyü kimi əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək, eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. İttihamın təsvirində ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirməməli, səbəbin mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirləndirilən şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalıdır. İnsanın sağlamlığına qəsdən az ağır zərər vurmaya heç bir səbəb əsas vermədiyi üçün cinayətin tövsifinin “əsaslı səbəb”in olub-olmaması ilə əlaqələndirilməsi yersiz və qanunla uzlaşmayan yanaşma hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında da xuliqanlıq niyyətini əsaslı səbəbin olmaması ilə deyil, təqsirkarın səbəbsiz olaraq hərəkət etməsi və yaxud cüzi səbəbi bahanə etməsi ilə əlaqələndirmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1, sonuncunun onun qardaşı, anadan gəlmə ürək qüsurları olan Şahid1 vurduqdan sonra qardaşını müdafiə etmək məqsədi ilə həmin şəxslər arasında başlanmış münaqişəyə müdaxilə etməsi nəticəsində, vurmuş, hadisənin sonrakı gedişatında Zərərçəkmiş şəxs2 də həmin mübahisəyə müdaxilə edərək, Təqsirləndirilən şəxs1 təpik atdıqdan sonra Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 də yumruqla vurmuşdur. İş üzrə digər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmasına səbəb isə sonradan kütləvi davaya çevrilmiş hadisə zamanı onun müxtəlif xəsarətlər almasına səbəb olmuş qarşılıqlı dava-dalaş olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 dava-dalaş vaxtı qarşlıqlı şəkildə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müxtəlif xəsarətlər yetirmişdir. Həmin dava-dalaş vaxtı Təqsirləndirilən şəxs2 də xəsarət aldığı canlı şəxsin ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 1003 saylı rəyində də öz əksini tapmışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlər və zərərçəkmiş şəxslər öz ifadələrində Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurduqdan dərhal sonra hadisə yerini tərk etdiyini bildirsələr də, canlı şəxsin ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 1003 saylı rəyindən də göründüyü kimi həmin vaxta, yəni Zərərçəkmiş şəxs1 vurduğu ana qədər Təqsirləndirilən şəxs2 dava-dalaşda iştirak etmiş və yüngül dərəcəli xəsarət almışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səbəb olmadan və yaxud nəyisə bahənə etməklə hərəkət etməmişlər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmasına subyektiv münasibətində səbəbi müvafiq olaraq qardaşı Şahid1 və özünü müdafiə etmək niyyəti olmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmasına subyektiv münasibətində səbəbi isə özünün kütləvi dava-dalaş vaxtı xəsarətlər alması və özünün də həmin mübahisənin tərəflərindən biri kimi qarşılıqlı davada iştirak etməsi olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə müxtəlif xəsarətlər yetirməsinə motivləri özlərini cəmiyyətin digər fərdlərindən üstün tutmaları və ya ictimai və birgəyaşayış qaydalarının fövqündə dayanmaları,o cümlədən öz eqoizmlərini ətrafdakı şəxslərə nümayiş etdirmək olmamışdır. Əksinə, özlərini və Təqsirləndirilən şəxs1 qardaşını müdafiə etmək məqsədi bəhanə deyil, əsl səbəb kimi çıxış etməklə onları cinayət törətməyə sövq edən, təkanverici amil rolunu oynamışdır. Həmçinin həmin şəxsləri konkret cinayətlərin törədilməsinə sövq edən cəhətlərdən biri də Zərərçəkmiş şəxs1 tərəfindən mübahisənin başladılması, yəni Zərərçəkmiş şəxs1 Şahid1 vurması olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmaları zərərçəkmiş şəxslərin hüquqa zidd, daha doğrusu cinayətkar hərəkətlərindən törəyən konkret səbəbdən yaranmış və təqsirləndirilən şəxslərin kriminal davranışı məhz bu səbəbdən irəli gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olsa da, həmin şəxslərin əməllərində həmin Məcəllənin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yoxdur. Buna görə də təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 vəsatət verərək, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə aradan qaldırdığına və həmin şəxslərlə barışıq əldə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin hissədə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdilər. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 onlara vurulmuş maddi zərəri tamamilə ödədiyini və onlarla barışıq əldə etdiyini və sonuncuya qarşı iddiaları, tələbləri və şikayətləri olmadıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödədiyinə və zərərçəkmiş şəxslərlə barışdığına görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə cinayət işinin icraatına xitam verilməli, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə isə cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir və həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurduğu zərəri aradan qaldırmış və onlarla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs1 yazılı ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışdığına görə barəsində olan cinayət təqibinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair hissədə icraatına xitam verilməsinə razıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini və himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməməsini, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı nəticəsində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışaraq, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkündür və buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 avqust 2023-cü il tarixdə şübhəli şəxs kimi tutma tətbiq edilmiş və Təqsirləndirilən şəxs1 05 avqust 2023-cü il tarixdə, saat 12:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 03 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri cəzanın məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının 18 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, 02 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində həmkəndlisi Cəfərli Vəkil Adil oğluna yüngül xəsarətlər yetirmiş, lakin Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığına və onlara vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının 18 fevral 2022-ci il tarixli qərarı ilə həmin Məcəllənin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi həmin şəxsi cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərlə barışaraq, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127. 1, 221.2.1 və 221.2.2-ci maddələri ilə əhatə olunmuş əməli törətməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməməsini, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və zərərçəkmiş şəxslərlə barışaraq, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkündür və buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1 və 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 66.1-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 avqust 2023-cü il tarixdə şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs2 05 avqust 2023-cü il tarixdə, saat 11:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 03 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri cəzanın məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxslərlə barışdığına və zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-15/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-15/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver