Məhkəmə qərarları › İş №1(022)-150/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-150/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-150/2024 31.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 avqust 1983-cü ildə İmişli rayonunda, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 01-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 13 iyun 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,718 qram çəkidə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2024-cü il tarixdə saat 17:53 radələrində Biləsuvar- Bəhramtəpə yolunun Biləsuvar rayonu ərazisindən keçən 57-ci kilometrliyində Araz çayının üzərində yerləşən körpünün yaxınlığında “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən saxlanılarkən avtomobildən düşərək qaçmış, yaxınlıqda olan qamışlıq sahədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, avtomobilə keçirilən baxış zamanı sürətlər qutusunun ön tərəfində olan saxlanc yerindən özünə məxsus şəffaf sellofana bükülmüş siqaretin gümüşü kağızında xeyli miqdarda təmiz çəkisi: -0,718 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İmişli şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 01-də qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərimlə birlikdə yaşayır. Evlidir, himayəmdə üç azyaşlı övladı vardır. Əvvəllər psixotrop maddə istifadə etdiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20 noyabr 2021-ci il tarixdə amnistiya qərarına əsasən azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra arabir psixotrop maddə metamfetamin istifadə etmişdir. Təxminən 2024-cü ilin iyun ayının əvvəllərində yaşadığı küçədə yerdən şəffaf rəngli sellofana bükülmüş bükülü tapmışdır. Həmin bükülünü açıb baxdıqda içərisində falqaya bükülümüş psixotrop maddə metamfetamin olmasını görmüşdür. O həmin psixotrop maddəni şəxsi istifadəsi üçün cibinə qoymuşdur. 11 iyun 2024-cü il tarixdə tanışı X11 ilə əlaqə saxlamış və onu Masallı rayonuna aparmasını xahiş etmişdir. Araz Adilzadə onu Masallı rayonuna aparmağa razılaşmışdır. O, Masallı rayon sakini Nizami adlı dostu ilə görüşməyə gedirdi. O əvvəlcədən Nizami ilə əlaqə saxlamamışdır. Biləsuvar rayonu ilə Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən Nizaminin istifadəsində olan mobil nömrənin “WhatsApp” hesabına zəng etmişdir. Nizami təxminən 1 həftədir ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olduğunu bildirmişdir. O bundan sonra Araza geri qayıtmağını bildirmişdir. Onlar Biləsuvar-Bəhramtəpə yolu ilə İmişli şəhəri istiqamətində olan zaman yol patrul xidmətinin əməkdaşları avtomobili saxla işarəsi vermişlər. X2 avtomobili Araz çayının üzərindən keçən körpünün yanında saxlamışdır. Araz Adilzadə avtomobildən düşərək Yol Patrul xidməti avtomobilinə tərəf getməyə başlamışdır. Həmin vaxt yol patrul xidməti avtomobilindən polis əməkdaşları aşağı düşmüşlər. O da cibində olan şəffaf sellofanın içərisindəki siqaretin gümüşü kağızma bükülümüş bükülüdə olan psixotrop maddə metamfetamini surətlər qutusunun ön hissəsindəki saxlanc yerinə ataraq avtomobildən düşərək Araz çayının içərisinə doğru qaçmışdır. O, qamışlıq sahəyə daxil olarkən özünə məxsus “Samsung A10” markalı mobil telefon suya düşmüşdür. O, qamışlıq sahəyə daxil olduqdan bir neçə dəqiqə sonra polis əməkdaşları onu yaxlamışlar. Polis əməkdaşları özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarının müdafiə etmək üçün müdafiəçi X12 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da üzərində qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Baxış zamanı üzərindən hər hansı qadağan olunmuş əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokola o və müdafiəçisi F.Quliyev imza etmişdir. Bundan sonra Araz Adilzadəyə məxsus “Hyundai Accent” markalı avtomobilə sonuncunun, müdafiəçisi Müdafiəçi, onun, müdafiəçisi Fədai Quliyevin və polis əmkdaşlarınm iştirakı ilə təhqiqatçı Rövşən Musayev tərəfindən baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ona və Araz Adilzadəyə avtomobildə hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməkləri təklif olunmuşdur. X15 avtomobildə ona məxsus narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş heç bir əşyanın olmadığını bildirmişdir. O isə avtomobildə sürətlər qutusunun ön tərəfində özünə məxsus içərisində psixotrop maddə metamfetamin olan bükülünü gizlətdiyini bildirmişdir. Bundan sonra avtomobildən ona məxsus olan içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükülü aşkar edilmişdir. Bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Psixotrop maddə metamfetamin bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 1,06 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Fədai Quliyev, Araz Adilzadə, müdafiəçisi Müdafiəçi və digər iştirakçılar imzalamışlar. Avtomobilə keçirilən baxış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Fədai Quliyevlə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Həmin psixotrop maddə metamfetamin ona məxsusdur və həmin psixotrop maddə metamfetamini 2024-cü ilin iyun ayının əvvəllərində İmişli şəhərində yaşadığı küçədən tapmış, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. X10 idarə etdiyi avtomobili Yol Patrul xidməti avtomobili saxla işarəsi vermiş. Araz da avtomobili yolun kənarına çəkərək aşağı düşümüşdür. O həmin vaxt Arazın ardınca aşağı düşməmişdən əvvəl cibində olan metamfetamini surətlər qutusunun ön hissəsində yerləşən saxlanc yerinə qoymuşdur. O, avtomobildən aşağı düşdükdən sonra onlara tərəf Yol Patrul inspektorundan başqa mülki geyimdə şəxslərin yaxınlaşdığını görmüşdür. O, polis əməkdaşları tərəfindən yaxalanacağını fikirləşərək qaçmışdır. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. İmişli şəhər, Üzeyir Hacıbəyov küçəsi, ev 01-də qeydiyyatda olmalqa yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün tərəfindən 11 iyun 2024-cü il tarixdə əməliyyat- axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir və həmin qərar əsasında şöbə rəhbərliyi tərəfindən əməliyyat qrupunun yaradılması haqqında əmr imzalanmışdır. 11 iyun 2024-cü il tarixli əmrə əsasən yaradılmış əməliyyat qrupunun üzvlərinə isə rayon polis şöbəsinin Post Patrul Xidməti bölüyünün polis nəfərləri, polis serjantı X6, polis baş serjantı Şahid2 və rayon polis şöbəsinin X18 bölməsinin inspektoru, polis serjantı X1 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 11 iyun 2024-cü il tarixdə saat 17:53 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhramtəpə yolunun 57-ci kilometrliyində hərəkətdə olarkən RPŞ-nin DYP-nin əməkdaşı Əhməd Məmmədzadə tərəfindən saxla işarəsi verilmiş, sürücü göstərişə uyğun olaraq avtomobili yolun kənarına çəkib saxlamışdır. Bu zaman sürücü yol patrul xidmətinin avtomobilinə tərəf yaxınlaşmağa başlamışdır. Həmçinin qabaq sərnişin oturacağından Təqsirləndirilən şəxs düşərək Araz çayının sahilinə atlanaraq qaçaraq qamışlıq sahəyə daxil olmuşdur. Həmin vaxt sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs arxasınca İsmayıl Ağazadə və Şahid2 qaçaraq Araz çayının sahilindəki qamışlıq sahəyə daxil olmuşlar. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü X8 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs, Araz Adilzadənin üzərlərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rövşən Musayevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs və Araz Adilzadəyə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X12 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Fədai Quliyev Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olundu və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağn edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilən əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Bundan sonra şübhəli şəxs X11 vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Müdafiəçi Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Araz Adilzadəyə təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Araz Adilzadə üzərində qanunla qadağan edilmiş heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra Araz Adilzadənin üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilən əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Araz Adilzadəyə məxsus “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun, Müdafiəçi, Təqsirləndirilən şəxs, müdafiəçi Fədai Quliyevin, post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X6, post patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 və rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimovun iştirakı ilə RPŞ-nin TB-nin təhqiqatçı Rövşən Musayev tərəfindən baxış keçrilmişdir. Baxış zamanı şübhəli şəxslər Araz Adilzadə və Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə onlara məxsus narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsinlər. Şübhəli şəxs Araz Adilzadə özünə məxsus avtomobildə ona aid heç bir qanunla qadağan edilmiş əşya və predtmetin olmadığını bildirmişdir. Lakin şübhəli şəxs Təqsirləndirilən şəxs isə avtomobilin qabaq oturacaqlarının arasında yerləşən sürətlər qutusunun ön tərəfində özünə məxsus şəffaf rəngli sellofanda psixotrop maddə metamfetamin olmasını, həmin bükülünü avtomobildən düşüb qaçmamışdan öncə həmin yerə atdığını bildirmişdir. Bundan sonra avtomobilə keçrilən baxış zamanı surətlər qutusunun ön tərəfində olan saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülü aşkar edilmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması, həmin maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 1,06 qram olması müəyyən olunmuşdur. Avtomobildən aşkar edilmiş bir ədəd içərisində psixotrop maddə olan bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra avtomobilə keçrilən baxış zamanı avtomobildən heç bir qeyri qanuni əşya aşkar olunub götürülməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır, nə saxlanılan zaman, nə üzərlərinə keçrilən şəxsi axtarışlar zamanı, nə də avtomobilə keçrilən baxış zamanı Təqsirləndirilən şəxs hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onların öz razılığı ilə olmuşdur. Həmin vaxtı onlara qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Avtomobilə baxış keçirilməsi və götürülməsi barədə” 11 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X9 məxsus “Hyundai Accent” markalı 99- VT-636 dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Rövşən Musayev tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub üzərilərinə şəxsi axtarış keçrildikdən sonra RPŞ-nin həyətində Araz Adilzadəyə məxsus “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, RPŞ-nin PPXB-nin polis nəfərələri Şahid2, X6, Təqsirləndirilən şəxs, müdafiəçisi X12, X11 və müdafiəçisi Müdafiəçi iştirakları ilə videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilmişdir. Baxış zamanı ilk öncə şübhəli şəxs Araz Adilzadəyə avtomobildə ona məxsus narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Araz Adilzadə avtomobildə özünə məxsus qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə ona məxsus narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacaqlarının arasında olan sürətlər qutusunun ön hissəsində özünə məxsus şəffaf sellofanda “patı” adlanan psixotrop maddə metamfetamin olmasını, həmin maddədən X15nin məlumatının olmamasını bildirdi. Şahid1 tərəfindən Təqsirləndirilən şəxs bildirdiyi yerə keçirilən baxış zamanı bir ədəd şəffaf rəngli sellofan bükülü aşkar edilmişdir. Həmin bükülü təhqiqatçı Rövşən Musayev tərəfindən açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması müəyyən olundu. Həmin maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə 1,06 qram olması müəyyən olundu. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırıldı və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Araz Adilzadənin idarə etdiyi “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. (i.v. 60-62) İlkin araşdırma zamanı 11 iyun 2024-cü il tarixdə “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 62, 173-181) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2024-cü il tarixli 19/490 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik maddəyə bənzər maddə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1(bir) ədəd bükülüdə təmiz çəkisi: -0,718 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetaindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,718 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,668 qram. (i.v 72-74) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyul 2024-cü il tarixli 579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu ( TOKSİKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 165) “Sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X4 Bölməsinin 12 iyun 2024-cü il tarixli 19/490 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 09 iyul 2024-cü il tarixli 579 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı 11 iyul 2024-cü il tarixdə “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, ilkin təhqiqat sənədlərində “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs məxsus psixotrop maddə metamfetaminin ümumi çəkisi 1,06 qram göstərilsə də, məhkəmə kimyəvi ekspertizasının müvafiq rəyi ilə həmin psixotrop maddə metamfetaminin 0,718 qram olmasının nəzərə alınması, psixotrop maddə metamfetaminin 0,718 qram ümumi çəkisinin tədqiqatdan sonrakı 0,668 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (i.v.179-181) “Şübhəli şəxsin tutulması haqqında” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 11 iyun 2024-cü il tarixdə, saat 19.10-da tutulmuşdur. (i.v. 47) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.109- 110) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.111-112) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 14 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. (i.v. 128-129) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə cəzanı yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 iyun 2024-cü il tarixdə, saat 10.10-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və 13 iyun 2024cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalı, bu səbəbdən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 iyul 2024-cü il tarixli 579 nömrəli rəyinə və Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,668 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 11 iyul 2024-cü il tarixdə “Hyundai Accent” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla keçirilmiş baxışın əks olunduğu bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,668 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar