Məhkəmə qərarları › İş №1(022)-152/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-152/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-152/2024 19.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 22 dekabr 1985-ci il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sürücülük fəaliyyəti ilə məşğul olmuş, İran İslam Respublikasının Məşhəd şəhəri, Qaz prospekti, Müslim küçəsi, ev 14, mənzil 230 ünvanında yaşamış, 26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyun 2024cü il tarixli 4(004)-593/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan tiryəki xeyli miqdarda əldə edib saxlayaraq daşımış, eləcə də tiryək narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, aİprazolam psixotrop maddəsini isə gömrük nəzarətinə bəyan etmədən, qaçaqmalçılıq yolu iə qəsdən keçirmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan xeyli miqdarda, bir bükümdə 0,512 qram tiryək narkotik vasitəsini qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə plastik kart qabının içərisinə gizlədib idarə etdiyi “Scania” markalı, 12AA749/12AA750 qeydiyyat nişanlı yük avtomobilinin dartıcısında, ön cihazlar panelinin sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin üst hissəsində, əldə etdiyi 1 konvalyutda tərkibində alprazolam psixotrop maddəsinin ümumi təsiredici miqdarı 0,005 qram təşkil edən “Alprazolam 0.5” göstəricili 10 həbi isə sükanın sağ tərəfində, əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə, şəxsi əşyaların arasında saxlayaraq Azərbaycan Respublikasına daşımış, 24 iyun 2024-ci il tarixdə, saat 18:00 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar Rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində tiryək narkotik vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli aİprazolam psixotrop maddəsini isə gömrük nəzarətinə bəyan etmədən, qaçaqmalçılıq yolu iə qəsdən keçirmiş, gömrük əməkdaşları tərəfindən tətbiq edilmiş gömrük yoxlaması zamanı qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilərək.götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Allergiyası olduğu üçün həkim müayinəsinə getmiş, həkim isə ona “Alprazolam" göstəricili dərman istifadə etməyi məsləhət görmüşdür. İran İslam Respublikasının Məşhəd şəhərində yerləşən apteklərin birindən bir konvalyutda 10 həb “Alprazolam” göstəricili dərman almış və lazım olacağı təqdirdə istifadə etmək üçün idarə etdiyi avtomobildə saxlamışdır. 2024-cü ilin may ayının sonunda Rusiya Federasiyasına krevetka yükü daşımaq barədə sifariş almış və təxminən 2024-cü ilin iyun ayının ortalarında həmin yük 'Bəndər-Abbas” limanında idarə etdiyi avtomobilə yüklənmiş və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyası istiqamətində hərəkət etmişdir. 24 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “Scania” markalı, 12AA749/12AA750 qeydiyyat nişanlı yük avtomobili ilə İran-Azərbaycan sərhədini keçib Biləsuvar gömrüyünə daxil olmuş, bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Gömrük əməkdaşları ondan avtomobildə bəyan edilməli olan və ya gizlədilmiş predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar, idarə etdiyi avtomobildə bəyan edilməmiş və ya gizlədilmiş predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmiş daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilin salonundan 1 konvalyutda 10 həb olmaqla “Alprazolam” göstəricili dərman preparatı, həmçinin kart qabından tiryək aşkar edilmişdir. Daha sonra üzərində şəxsi yoxlama aparılmış, lakin üzərində hüquqpozma predmeti aşkar edilməmişdir. Lakin ona irəli sürülmüş ittiham üzrə tiryək narkotik vasitəsi ilə bağlı bildirdi ki, həmin narkotik vasitə ona məxsus deyil və avtomobilindən çıxmamış, “Alprazolam” göstəricili dərmanı istifadə etmək üçün alsa da, ehtiyacı olmadığı üçün istifadə etməmişdir. Şahid Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin baş müfəttişi Şahid1 bildirmişdir ki, 24 iyun 2024-cü il tarixdə iş bölgüsünə əsasən postun yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn avtomobillərə gömrük nəzarətini həyata keçirmişdir. Xidmətdə olan zaman, saat 18 radələrində əvvəllər tanımadığı şəxs idarə etdiyi “Scania” markalı, 12AA749/12AA750 qeydiyyat nişanlı yük avtomobili ilə gömrük nəzarəti zonasına daxil olub pasportunu və avtomobilinə aid sənədləri ona təqdim etmişdir. Danışığından sürücünün İran İslam Respublikası vətəndaşı olduğunu, sənədlərə nəzər yetirdikdə isə onun Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Avtomobilə baxış keçirmək qərarına gəlmiş, bu məqsədlə hal şahidləri dəvət edib onlara hüquq və vəzifələrini izah etdikdən sonra qeyd etdiyi yük avtomobilinə əsaslı baxış keçirmişdir. Baxış zamanı dartıcıdan, sükanın sağ tərəfində, əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə, şəxsi əşyaların arasından 1 konvalyutda “Alprazolam 0.5” göstəricili 10 həb, daha sonra isə avtomobilin ön cihazlar panelinin sağ tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin üst hissəsində olan plastik kart qabının içərisində gizlədilmiş bir büküm tiryək narkotik vasitəsi aşkar edilmiş, aşkar edilmiş hüquqpozma predmetləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 24 iyun 2024-cü il tarixdə, saat 18 radələrində bir nəfər gömrük işçisi ona yaxınlaşıb özünü təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə və üzərində keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. Gömrük əməkdaşına etira etməmiş və onunla birlikdə gömrük postunun yük avtomobilləri saxlanılan yerinə getmişdir. Orada hal şahidi kimi ona hüquq və vəzifələri izah edilmişdir, ilk əvvəl gömrük əməkdaşı şəxsiyyəti ona sonradan məlum olan, əvvəllər tanımadığı, aralarında hər hansı bir qohumluq nünasibəti, şəxsi-qərəzlik, düşmənçilik olmayan bir nəfəri göstərərək Məcid adlı İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxsin idarə etdiyi yük avtomobilinə seçirilmiş baxış zamanı kəbindən 10 həb “Alprazolam” göstəricili dərman, həmçinin plastik kart qabının içərisindən 1 büküm aşkar edilmiş və həmin bükümün içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olması məlum olmuşdur. Sonradan baxış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra aşkar edilmiş maddə gömrük əməkdaşı tərəfindən götürülmüş, çəkilmiş və araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Şahid qismində dindirilmiş Şahid3 inayət işinin mahiyyəti üzrə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdir. İ̇ş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: isxəŞ“ yoxlama aparılması haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmayıb (i.v. 28-29) “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, 12AA749/12AA750 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısında, ön cihazlar panelində - sükanın sağ tərəfində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdə şəxsi əşyaların arasından gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd konvalyutda 10 həb olmaqla üzərində “Alprazolam 0.5” dərman preparatı və ön cihazlar panelinin sağ tərəfində yerləşən əşyaların Qoyulması üçün nəzərdə tutulmuş yerin üst hissəsində olan açıq tipli əşya qoyulması üçün nəzərdə tutulmuş yerdə olan portmanatın kartları yerləşdirilməsi üçün nəzərdə tutulmuş, içərisindən gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə oxşar maddənin aşkar edilməsi müəyyən edilmişdir. (i.v. 20-22) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 24 mart 2024-cü il tarixli, 19/278 nömrəli ekspert d rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi 3-33-1500/012/001511 №-li iş üzrə ... Təqsirləndirilən şəxs A. (imza)“ yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,512 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində “Alprazolam 0.5” markalanma göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd çəhrayı rəngli həblər alprazolam tərkibli həblərdir və 10 ədəd həbdə alprazolam təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,0005 qram alprazolam olmaqla). Aparılmış tədqiqatdan sonra tiryək narkotik vasitəsinin qalıq çəkisi 0,412 qram, alprazolam həbinin qalıq sayı isə 8-dir. (i.v 90-91) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin X2 Tibbi Yoxlamanın 08 iyul 2024-cü il tarixli, 4653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə hallarının olması, narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmişdir. (i.v 187- 188) “Dövlət Gömrük Komitəsi Gömrük Xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına 2020-ci ilin oktyabr ayından səfərlər etməsi, sonuncu dəfə, 24 iyun 2024-cü il tarixdə idarə etdiyi “Scania” markalı, 12AA749/12AA750 qeydiyyat nişanlı yük avtomobili ilə X4 Buraxılış Məntəqəsindən istifadə etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olması, yük avtomobilinə keçirilmiş baxış zamanı tiryək narkotik vasitəsinin və alprazolam psixotrop maddəsinin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. (i.v 95-100) nıraltubüS“ qiymətləndirilməsi haqqında” 17 avqust 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyun 2024-cü il tarixli qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbirinin seçilməsi, qətimkan tədbirinin müddətinin 25 sentyabr 2024-cü il tarixdə başa çatması nəzərə alınmış, 24 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol, Azərbaycan Respublikasi Ədliyyə Nazirlyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3363 nömrəli ekspert rəyi, şahid ifadələri, baxış keçirlməsi haqqında protokollar və digər sənədlər sübut kimi qiymətləndirilməsi və cinayət işinə əlavə olunması, 24 iyun 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 0,512 qram (qalıq çəki: 0,412 qram) tiryək narkotik vasitəsinin, həmin narkotik vasitənin gizlədildiyi bir ədəd plastik kart qabının və "Alprazolamn 0.5" gostəricili 10 həbin (qalıq həb sayı: 8) 1 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılması, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş tiryək narkotik vasitəsinin çəkisi 0,512 qram hesab edilməsi qərara alınmışdır. (i.v.202-212) iləhbüŞ“ şəxsin tutulması haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə, saat 01.00-dan tutulmuş hesab edilmişdir. (i.v.61) “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Yasamal Rayon Məhkəməsinin 26 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbirinin seçilmiş, həbs etmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmışdır. (i.v.156-159) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 28 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəliər məhkum olunmamışdır. (i.v 175) Təqsirləndirilən şəxs müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş reseptin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs miqren baş ağrılarından əziyyət çəkdiyinə görə davamlı şəkildə Migrakim, Acetaminophen Codeine və Alprazolam adlı dərmanlardan istifadə etmək məcburiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər; 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş, özünü müdafiə üçün dəlil gətirərək ifadələrində tiryək narkotik vasitəsinin ona aid olmadığını onun avtomobilindən çıxmadığını, psixotrop maddə alprazolam tərkibli həbləri isə bəyan etməli olduğunu bilmədiyi üçün İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn zaman özü ilə gətirdiyini göstərmişdir. Həmin dəlillər məhkəmə istintaqı zamanı yoxlanılmış və qeyd edilən xüsusatlar Təqsirləndirilən şəxs sürücü olmaqla, bir çox ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında dəfələrlə gömrük nəzarətindən keçməsi əsas götürülməklə onun gömrük qaydalarını bilməsi, qanunu bilməsə belə, bunun onu məsuliyyətdən azad etməməsi, həmçinin iş üzrə toplanılmış, digər sübutlarla təkzib olunmuş, işin faktiki hallarına uyğun gəlmədiyindən, özünümüdafiə xarakteri və cinayət əməllərini törətməyə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq məqsədi daşıdığından Təqsirləndirilən şəxs ifadələri həmin hissələrdə sübut kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 182-ci bəndinin tələbinə görə tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50 qramdır. Adı qeyd edilən siyahının İİ siyahı üzrə 21-ci bəndinin tələbinə görə alprazolamın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,03 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,1 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir (Cinayət Prosessual Məcəlləsi 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58- ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” Yasamal Rayon Məhkəməsinin 26 iyun 2024-cü il tarixli qərarında göstərilən vaxtdan, yəni 25 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə X2 tibbi yoxlamanın 08 iyul 2024-cü il tarixli, 4653 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0,412 olan narkotik maddə - tiryək və psixotrop maddə - alprazolam 0.5 göstəricili 8 həbb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri qismində 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə ekspertiza xərci qismində 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, xalis çəkisi 0,412 olan narkotik maddə - tiryək və psixotrop maddə - alprazolam 0.5 göstəricili 8 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar