Məhkəmə qərarları › İş №1(022)-153/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-153/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-153/2024 24.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan Biləsuvar şəhəri, A.Qasımov küçəsində qeydiyyatda olan və yaşayan Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə saat 21 radələrində Biləsuvar şəhəri, A.Qasımov küçəsində yerləşən yaşadığı evin həyət darvazasının qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yəni, sonuncunun onu və ailə üzvlərini söyməsi səbəbindən əsəbləşərək Zərərçəkmiş şəxs yumruqla vuraraq "sol göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızması" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmnasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanıyır, qardaşı oğlunun qaynatasıdır, onunla hec bir qərəzçiliyi olmamışdır. 09 avqust 2024-cü il tarixdə oğlu Daşqın qardaşı evinə daş atmış, onun evinin pəncərəsini sındırmışdır. Bununla bağlı Nüsrət 10 avqust 2024-cü il tarixdə evlərinə hücum çəkmiş, mübahisə edərək onları söyüb təhqir etmiş, özünü müdafiə etmək məqsədilə Nüsrəti yumruqla vuraraq xəsarət yetirmişdir. Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, lakin hadisə yerinə polis əməkdaşları gələrkən şikayəti və tələbi olmadığını bildirmişdir. Mübahisə zamanı Nüsrətin əlində bıçaq görməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışlar. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 və qardaşı Təqsirləndirilən şəxs taniyir, yeznəsinin əmisi oğludur və atası ilə dost münasibəti olmuşdur. 08 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixə keçən gecə Daşqın yeznəsi Amalın evinin pəncərəsini sındırmışdır. Bu barədə yeznəsi ona məlumat vermiş, onların evinə gəlmiş və məlum olmuşdur ki, həqiqətən də Daşqın daşla pəncərəni sındırmışdır. Daşqın Abbasov onun qızı haqqında xosagəlməz ifadələr danışmışdır. Bunu eşitmiş və Daşqınla söhbət etmək istəmişdir. Günorta saatlarında onların evinə getmiş, Daşqın yatdığı üçün danışa bilməmiş, ailə üzvləri ona "axşam gələrsən onu başa salarıq görək nə məsələdir” demişlər. Axşam üstü evdə spirtli icki qəbul etdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə özünü intihar edəcəyi haqqında məlumat vermişdir. Polis əməkdaşları gəlmiş, ərizə və izahatı alınmışdır. Bundan sonra saat 21 radələrində təkrar Daşqın Abbasovun yaşadığı evə getmiş, Daşqını çağırmış, səsinə anası Zeynəb, atası Mahir və qardaşı Aqşin küçəyə çıxmışlar. Aralarında mübahisə yaranmış, Aqşinlə ikisi bir birinin üzərinə hücum çəkmişlər və yaxalaşmışlar. Mübahisə zamanı Aqşin yumruqla sol döz nahiyyəsindən vurmuş, onun zərbəsindən yerə yıxılmışdır. Qonşular harayçılıq edib onları ayırmışlar. Oradan onu qadınlar və qonşu uşaqları evinə aparmışlar. Səhhəti pisləşmiş, bununla bağlı təcili tibbi yardım şöbəsinə və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə zamanı onun əlində bıçaq olmamış, dava-dalaş küçədə baş vermiş, mübahisə ilə birlikdə 5-7 dəqiqə davam etmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və onun müdaifəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertiza və patoloji anotomiya birliyi publik hüquqi şəxsinin Cəlilabad rayon şöbəsinin Zərərçəkmiş şəxs qızının adına verilmiş 11 avqust 2024-cu il tarixli 346 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol göz yuvası ətrafında şişkinlik və qançır, sol gözün ağlı qişasına yayılmış qansızma müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 10 avqust 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v 12-13) 11 avqust 2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs material üzrə cinayət təqibinin sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişdir. (i.v 14, 18) Biləsuvar rayon icra hakimiyyəti başçısının Biləsuvar şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Abbasov X2 şəhəri, A Qasımov küçəsində yaşayır, subaydır, valideyinləri ilə yaşayır, heçbir fərdi əməklə məşğul olmur. (i.v 39-40) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinİ İdarəetmə Birliyi” publik hüquqi şəxs “Biləsuvar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Biəsuvar səhəri sakini X1 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. (i.v 42) “Cinayət işi başlanmasının hissəvi rədd edilməsi və yekun protokolun tərtib edilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyi üçün həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v 45-49) 11 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 21) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, X5 07 sentyabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Nizami Rayon Məhkəməsinin hökmü ilə 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. 03 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə başlanmış cinayət işinə 07 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdə saxlanılma müddəti başa çatdığından və uzadılmadığından azad edilmişdir. (i.v 43-44) Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 23 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyanı tam ödəmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 24 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, törətdiyi əməli etiraf etdiyini, zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir); 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar