Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-156/2024 21.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1, xüsusi ittihamçı X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakları ilə, 14 iyun 1974-cü ildə Biləsuvar rayonu, Səmədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X5 24 avqust 2024cü il tarixdə nəşr edilmiş “Bələdiyyənin Birliyi” qəzetində kütləvi şəkildə bildirmişdir ki, “Araşdırmalar zamanı bəlli oldu ki, sədr Şahid2 işlərini onun müavini Coşqun Ağayev həyata keçirir. Coşqunun özü və qohumlarını hamı yaxşı tanıyır. Özü hər saxtakarlığa, qanunsıızluığa əl atır. Atast Nəcəf kişi Sovet dönəmində Poçt filialının küllü miqdarda pulunu dağıdıb, həbs olunub. X11 vəkil olaraq Azarbaycanda bir neçə nəfəri aldadıb 265.000 manatı mənimsəyib. Azərbaycandan qaçıb Avropada yaşayır. Bacısı oğlu Füzuli qaçqını, onların bələdiyyə sakinidir. Tərxanım Məmmadovanın gəlininə sataşıb, onun ərini isə bıçaqlayaraq öldürüb va hazırda 9 il 6 ay cəza alıb. X14 Türkiyədə yaşamaqla Azərbaycan qızlarını təhdid edir. “Tik-tok” vasitəsilə onları pis yola çağırır. Belə bir adam Şahid2 sağ əli olmaqla bələdiyyə büdcəsini talan edir. Telman Əzizov adlı bir şəxslə əlbir olub onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təmir-Tikinti İdarəsinin hesabına 50.000 manat olmaqla cəmi 70.000 manat vəsait köçürülüb, guya kəndin daxili yollarına bu məbləğdə çınqıl daşıtdırıb. Əslində ciddi maliyyə pozuntusudur. Çınqılın haradan hansı yola alındığı məlum dleyil. Kənddə bu məbləğdə çınqıl daşınmayıb. X12 köçürülən vəsaitdən vergi ödəmayib.Çınqıl tökmək adı ilə bələdiyyə vəsaiti talan edilib.” X8 hesab edir ki, X2 24 avqust 2024-cü il tarixdə nəşr edilmiş “Bələdiyyənin Birliyi" qəzetində yazdığı istinad edilən və edilməyən ifadaləri onun şərəf və ləyaqətini ləkələyib. Həmin ifadələrin məzmununda onun və ailə üzvlərinin barəsində böhtan və təhqiredici sözlərin olmasını görməmək mümkün deyil. X5 onun şərəf və ləyaqətini qəsdən və bilərəkdən ləkələməklə yanaşı, ağır cinayət törətməkdə ittiham edərək ona və ailə üzvlərinə böhtan atmışdır. Belə ki, o qəzetdəki yazılarında onu ağır cinayət törətməkdə günahlandırır. Bu isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş müvafiq cinayət əməli hesab olunur. Göstərilənləri nəzərə alaraq 1974-cü il təvəllüdlü Biləsuvar rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X5 barəsində X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və müvafiq cəza təyin edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamla bağlı xüsusi ittihamçı Coşqun Ağayevlə barışıq əldə olunmuşdur. “Bələdiyyə Birliyi” qəzetinə şikayətlə bağlı təkzib verilməsi üçün onun tərəfindən müraciət olunmuş, redaksiya tərəfindən ona ünvanlanmış teleqramla cavab olaraq bildirilmişdir ki, onlar arasında barışıq əldə olunmasına dair müraciət redaksiya tərəfindən qəbul edilib yaxın vaxtlarda qəzetdə dərc olunması üçün köməklik göstəriləcək. Bundan əlavə H.Ə.Həsənov “Bələdiyyə Birliyi” qəzetində söylədiyi fikirlər ilə bağlı peşmançılığını və üzürhaqlılığını ifadə edərək X7 təhqir etmədiyinin, böhtan atmadığının həm C.N.Ağayev, həm də məhkəmə tərəfindən qəbul edilməsini, eləcə də müvafiq qəzetdəki cinayət əməlləri ilə bağlı səlahiyyətli orqanlar tərəfindən araşdırılma aparılmasının davam etdiyini qeyd edərək bu halın da nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək X2 peşmançılığını, barışıq addımının qəbul etdiyini, “Bələdiyyə Birliyi” qəzetinə şikayətlə bağlı təkzib verilməsi üçün onun tərəfindən müraciət olunduğunu nəzərə alaraq, aralarında barışıq əldə olunmasını bildirmişdir. Məhkəmə, proses iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayət əsasında aparılan icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Bələdiyyə Birliyi” qəzetinin 24 avqust 2024-cü il tarixli 49 saylı buraxılışından görünür ki, X5 tərəfindən X8 barəsində xüsusi ittiham qaydasında verilmiş ərizədə qeyd edilmiş fikirlər göstərilmişdir. 21 noyabr 2024-cü il tarixli ərizələrdən görünür ki, X5 və X8 arasında barışıq əldə olunmuşdur. 21 noyabr 2024-cü il tarixli AZ seriyalı 1069/004175581 nömrəli teleqramın məzmunundan görünür ki, “Bələdiyyə Birliyi” qəzetinin jurnalisti Şahid7 tərəfindən X3 cavab olaraq “Səmədabad Bələdiyyəsinin işi ilə bağlı gələcəkdə hazırlanacaq materialda hər iki tərəfin barışığı ilə bağlı məlumatları nəşlərində nəzərə alacaqları” bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının: 16-cı bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir; 19-cu bəndinə əsasən xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 07 iyul 2023-cü il tarixli Qərarı: Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73- 1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə xüsusi ittihamçının və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin barışmasını, tərəflərin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.9, 43.1, 321, 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərardan elan olunandan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №1(022)-156/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-156/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver