Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-16/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Biləsuvar rayonu Əskərabad kəndiində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Biləsuvar rayonu Əskərabad kəndiində qeydiyyatda olan və həmin ünvanında yaşayan. barəsində 29 noyabr 2022-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında” itizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 128-ci maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Biləsuvar rayonu, Əskərabad kəndində özünə məxsus fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ona spirtli içki içməsinə və evə pul gətirməməsi ilə bağlı irad tutduğuna görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs yumruq və şillə ilə bir neçə dəfə vuraraq ona başın sol gicgah nahiyəsinin dərialtı hematoması, aşağı dodaq nahiyəsinin əzilmiş yarası və döş qəfəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirərək qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Əskərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2011-ci il tarixdə Biləsuvar rayon, Amankənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Bu ailədən onların bir qız, bir oğlan övladları vardır. Hazırda onlar Əskərabad kəndində ona məxsus fərdi yaşayış evində yaşayırlar. Onun arvadı Mahruxun adına 76 sot çöl əkin sahəsi vardır. Həmin əkin sahəsini o, istifadə etmək istəyir, lakin Mahruxun atası həmin əkin sahəsini icarəyə vermişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadıqları evin içərisində arvadı Mahruxla aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o, bərk əsəbləşmiş və özündən asılı olmayaraq bir neçə dəfə şillə ilə Mahruxun sifət nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra o, evdən çıxıb getmişdir. Həmin vaxt onların yanında iki az yaşlı övladları olmuşdur. Bir az sonra o, yaşadığı evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə onu polis şöbəsinə dəvət etmişlər. Onların aralarında əvvəllər də mübahisə olmuş, lakin ilk dəfə arvadı Mahruxu döymüşdür. Yaranmış mübahisə və onun arvadı Mahruxu vurduğu yer özünə məxsus fərdi yaşayış evidir. Onların aralarında olan mübahisə və onun Mahruxu vurması təxminən 10 dəqiqə davam etmiş və həmin vaxtı orada onlardan başqa azyaşlı övladları olmuşdur. İlkin təhqiqat zamanı izahat verən zaman özünü müdafiə etmək üçün Mahruxu vurmadığını bildirmişdir. O, hadisə zamanı sadəcə olaraq Mahruxa bir neçə dəfə şillə vurmuş, onun vurduğu şillə Mahruxun dodaq və gicgah nahiyyəsində xəsarət yarada bilərmiş, lakin döş qəfəsinin qançırı xəsarətinin necə yaranmasını bilmir. Sonda Təqsirləndirilən şəxs etmiş olduğu əməldən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi və təqsirləndirilən şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Əskərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2011-ci il tarixdə Biləsuvar rayon, Əskərabad kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu ailədən onların bir qız, bir oğlan övladları vardır. Hazırda onlar Əskərabad kəndində fərdi yaşayış evində yaşayırlar. 17 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman əri Təqsirləndirilən şəxs sərxoş halda yaşadıqları evə gəlmişdir. O, əri Elçinə irad bildirərək “bəsdir artıq spirtli içki içdin və evə pul qazanıb gətir” sözlərini demişdir. Buna görə də əri Təqsirləndirilən şəxsla aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Elçin yumruq və şillə ilə onun sifət nahiyyəsindən və bədəninin müxtəlif nahiyyələrindən zərbələr vurmuşdur. Hadisə zamanı o, başından, dodaq nahiyyəsindən və sinə nahiyyəsindən xəsarətlər almışdır. Onlar arasında baş verən hadisə təxminən 10 dəqiqə davam etmişdir. Elçin onu döydükdən sonra evdən çıxıb getmişdir. O da ayağa qalxmış və əl-üzünü yumuşdur. xx.xx.2022-ci il tarixdə atası Saleh onun yaşadığı evə gəlmiş və o da hadisə barədə atasına məlumat vermişdir. Atası Saleh onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində o, ərizə ilə müraciət etmiş və daha sonra məhkəmə tibbi ekspertizasından keçmişdir. Hadisə yaşadıqları evin içərisində 10 dəqiqə davam etmiş, hadisə zamanı yanlarında iki azyaşlı övladları olmuş və hadisəni kənar şəxslərdən görən olmamışdır. Onun ailəsinə dövlət tərəfindən 4 hektar əkin sahəsi verilmişdir. Həmin əkin sahəsinin 0,6 hektar hissəsi ona aiddir, təxminən bir neçə il bundan əvvəl atası ona 300 (üç yüz) manat pul vermiş və “əkin sahəsini icarəyə vermişəm, bu da sizin paydı” sözlərini demişdir. Təqsirləndirilən şəxs sadəcə olaraq özünü müdafiə etmək üçün bu məzmunda ifadə verir. Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğu üçün aralarında tez- tez münaqişələr olur. Sonda əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X1 rayon MTE və PA ETT-in xx.xx.2022-ci il tarixli 324 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş “başın sol gicgah nahiyəsinin dərialtı hematoması, aşağı dodaq nahiyəsinin əzilmiş yarası və döş qəfəsinin qançırı" bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, əllə vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olduğundan və daha sonra zərərçəkənlə barışdığı üçün Biləsuvar rayon məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin qeyd hissəsində gösərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsulliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi Rüstəmov X2 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə bir dəfə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibi üzrə craata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını və təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və himayəsində iki azyaşlı övladının (xx.xx.2010-cu il təvəllüdlü Şahid və xx.xx.2014-cü il təvəllüdlü X3) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki azyaşlı uşağının olmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Təqsirləndirilən şəxs qazancının 15 % dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəza çəkməsinin başlanğıcı qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxdan hesablansın. Hökmün icrası Biləsuvar rayn İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(022)-16/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-16/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver