Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-16/2024 14.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, orta təhsilli, məhkum olunmuş, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 14 avqust 2023-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2002-ci ildə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 14 avqust 2023-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 10 avqust 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən, sonuncuya məxsus olan ərzaq mağazasının qarşısına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədi ilə həmin mağazanın ön tərəfində olan asfalt küçədə dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə mağazanın yanında olan daş hasarın üzərindən keçərək həyətə daxil olduqdan sonra mağazanın arxa qapısından içəriyə daxil olaraq, oradan 600 (altı yüz) manat nağd pul, bir qutusunun dəyəri 2 (iki) manat, 90 (doxsan) qəpik olan 20 qutu “Winçestr” markalı siqareti, bir qutusunun dəyəri 2 (iki) manat, 90 (doxsan) qəpik olan 20 qutu “Palma” markalı siqareti, bir qutusunun dəyəri 1 (bir) manat, 60 (altmış) qəpik olan 20 qutu “Mançestr” markalı siqareti, bir qutusunun dəyəri 2 (iki) manat, 10 (on) qəpik olan 20 qutu “Bakı” markalı siqareti və bir qutusunun dəyəri 2 (iki) manat, 10 (on) qəpik olan 10 qutu “Arqo” markalı siqareti və 8 ədəd bir manatlıq, 5 ədəd iki manatlıq Azərcell danışıq kartlarını, 7 ədəd iki manatlıq Nar danışıq kartlarını və 6 ədəd bir manatlıq Bakcell danışıq kartlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə 10 avqust 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən, sonuncuya məxsus olan ərzaq mağazasının qarşısına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 kənar şəxslərin gəlməsi barədə məlumat verməsi məqsədi ilə həmin mağazanın ön tərəfində olan asfalt küçədə dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs1 isə mağazanın yanında olan daş hasarın üzərindən keçərək həyətə daxil olduqdan sonra mağazanın arxa qapısından içəriyə daxil olaraq, oradan 600 (altı yüz) manat nağd pul, bir qutusunun dəyəri 2 (iki) manat, 90 (doxsan) qəpik olan 20 qutu “Winçestr” markalı siqareti, bir qutusunun dəyəri 2 (iki) manat, 90 (doxsan) qəpik olan 20 qutu “Palma” markalı siqareti, bir qutusunun dəyəri 1 (bir) manat, 60 (altmış) qəpik olan 20 qutu “Mançestr” markalı siqareti, bir qutusunun dəyəri 2 (iki) manat, 10 (on) qəpik olan 20 qutu “Bakı” markalı siqareti və bir qutusunun dəyəri 2 (iki) manat, 10 (on) qəpik olan 10 qutu “Arqo” markalı siqareti və 8 ədəd bir manatlıq, 5 ədəd iki manatlıq Azərcell danışıq kartlarını, 7 ədəd iki manatlıq Nar danışıq kartlarını və 6 ədəd bir manatlıq Bakcell danışıq kartlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 849 (səkkiz yüz qırx doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, özü əvvəllər oğurluq cinayətini törətmiş və buna görə də bir dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bir dəfə də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə azadlığa buraxılmışdır. 09 avqust 2023-cü tarixdə saat 20 radələrində yaşadığı kəndin Məscidi yerləşən küçədə olan bir ədəd ərzaq mağazasının qarşısından piyada keçən zaman həmin mağazanın həyətə açılan qapısının açıq olmasını və yol tərəfə olan qapısının da şüşədən omasını görmüşdür. Buna görə də o, həmin mağazaya daxil olub oğurluq etməyin asan ola biləcəyini düşünmüş, lakin tək mağazaya daxil olmağa qorxmuşdur. Buna görə də o, kəndin mərkəzində yerləşən Babaş adlı şəxsin kafesinə getmiş və orada kənd sakini Təqsirləndirilən şəxs2 yaxınlaşmışdır. O, “Azada kənd ərazisində bir ədəd ərzaq mağazası var, orada çoxlu pul olur, gedək oğurlayaq” sözlərini deyərək oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 da onun təklifini qəbul etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun dayısı Məlikin köhnə evinə getmişlər və orada spirtli içki olan araq içmişlər. Bir az sonra, yəni 10 avqust 2023cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Biləsuvar rayonu, Bəydili kəndi, M.Fizuli küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan fərdi yaşayış evinin həyətində yerləşən ərzaq mağazasının qarşısına getmişdir. Onlar mağazanın yanına çatdıqdan sonra o, Təqsirləndirilən şəxs2 “əynindəki köynəyi çıxart mənə ver” sözlərini demişdir. Azad da əynindəki köynəyi çıxararaq ona vermişdir. O da öz köynəyini Azada vermişdir. Daha sonra o, mağazanın yanında olan bir ədəd dəmir qapının üzərindən aşaraq həyətə daxil olmuşdur. Həmin vaxt Azad mağazanın qarşısında kənar şəxslərin gəlib-gəlməməsi barədə ona xəbər etmək üçün dayanıb gözləmişdir. O, həyətə daxil olmuş və daha sonra mağazanın açıq olan arxa qapısından içəriyə daxil olmuşdur. O, mağazanın içərisində olan bir ədəd stolun altındakı kartonun içərisinə baxmış və orada 242 (iki yüz qırx iki) manat nagd pul olmuşdur. O, həmin pulu götürmüş və cibinə qoymuşdur. Daha sonra həmin karton qutudan 26 (iyirmi altı) ədəd müxtəlif danışıq kartlarını götürüb cibinə qoymuşdur. Bundan sonra o, mağazadan iki ədəd sellofan götürərək müxtəlif markalı 28 (iyirmi səkkiz) ədəd siqaret qutusu qoymuşdur. Bundan sonra o, mağazadan çıxmış və yenidən həmin dəmir qapının üzərindən aşaraq həyətdən çıxmışdır. O, mağazadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı evə getmişlər. Onun yaşadığı evin həyətində olan hamama daxil olmuşlar və hamamın içərisində o, Azada 120 (yüz iyirmi) manat pul və iki ədəd də siqaret qutusu vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 getmişdir. O da siqaretləri markalarına uyğun saymağa başlamışdır. Onlar həmin mağazadan 10 ədəd Arqo, 10 ədəd vinsçestr, 8 ədəd də Palma markalı siqaretlər oğurlamışlar. 10 avqust 2023-cü il tarixdə saat 12 radələrində o, həmkəndlisi Vüsal İmanova 25 ədəd siqareti 1 manat müqabilində satmış, qalan bir ədədini də o, özü istifadə etmişdir. Mağazanın içərisinə o, daxil olmuş və oradan 242 (iki yüz qırx iki) manat nagd pul, 26 (iyirmi) ədəd müxtəlif danışıq kartları və 28 (iyirmi səkkiz) ədəd siqaret qutusu götürmüşdür. O, həmin mağazadan 8 ədəd bir manatlıq, 5 ədəd iki manatlıq Azərcell danışıq kartlarını, 7 ədəd iki manatlıq Nar danışıq kartlarını və 6 ədəd bir manatlıq Bakcell danışıq kartlarını oğurlamış, lakin siqaretlərin ümumi dəyərinin nə qədər olmasını bilmir. Həmin oğurluq hadisəsini o, Təqsirləndirilən şəxs2la birlikdə törətmiş və başqa heç kim də onlara köməklik göstərməmişdir. O, Şahid siqaret qutularını satan zaman siqaretlərin oğurluq olmasını bildirməmişdir. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan zərərin tam ödənməsini və barışıq əldə edilməsini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o həmkəndlisi Təqsirləndirilən şəxs1 əvvəlcədən kənd sakini kimi tanımış, lakin aralarında heç bir münasibət olmamışdır. Sadəcə olaraq bir neçə gün bundan əvvəl Təqsirləndirilən şəxs1 ilə kənd ərazisində söhbət olmuş və buna görə də aralarında əlaqə yaranmışdır. 09 avqust 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseynzadə küçəsində yerləşən kafedə əyləşib, spirtli içki olan pivə içməyə başlamışdır. Həmin vaxt kafeyə Təqsirləndirilən şəxs1 gəlmişdir. Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və “kənd ərazisində bir ədəd ərzaq mağazası var, orada çoxlu pul olur, gedək oğurlayaq” sözlərini deyərək ona oğurluq etməyi təklif etmişdir. Daha sonra o, Pünhanla evə getmiş və orada birlikdə oturub saat keçməsini gözləmişlər. 10 avqust 2023- cü il tarixdə saat 03 radələrində onlar piyada evdən çıxmışlar və Bəydili kəndinin Məscidi yerləşən küçəyə getmişlər. O, həmin küçəyə əvvəlcədən gəlməmiş və orada yaşayan sakinləri tanımır. Onlar mağazanın yanına çatdıqdan sonra Təqsirləndirilən şəxs1 ona “əynindəki köynəyi çıxart mənə ver” sözlərini demişdir. O da əynindəki köynəyi çıxarmış və Təqsirləndirilən şəxs1 vermişdir. Pünahn Məmmədzadə də öz köynəyini çıxarmış və ona vermiş, onlar bir-birilərinin köynəklərini geyinmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 mağazanın yanında bir ədəd dəmir qapının üzərindən aşaraq həyətə daxil olmuşdur. Həmin vaxt mağazanın qarşısında ətrafa göz gəzdirib, küçədən keçən şəxslər barəsində Pünhana xəbər etmək üçün gözləmişdir. Təxminən 5 dəqiqə sonra Pünhan yenidən hasarın üzərindən aşaraq onun yanına gəlmişdir. Pünhan onun yanına gələn zaman əlində iki ədəd sellofan torbaların içərisində siqaret qutuları olmuşdur. Daha sonra onlar ikisi birlikdə Pünhanın yaşadığı evə qayıtmışlar. Onlar evə gəldikdən sonra orada yatmışlar. Səhər açıldıqdan sonra Pünhan oğurladığı əşyaları ona göstərmişdir. Pünhan bir neçə blok siqaret, bir neçə ədəd danışıq kartı və bir az da pul oğurlamışdır. Təqsirləndirilən şəxs1 həmin vaxt ona bir ədəd Bakı markalı, bir ədəd Vincestr markalı və 110 (yüz on) manat pul vermişdir. Daha sonra o, Pünhanın yaşadığı evdən çıxmış və işlədiyi dayısı Məlik Əzizova məxsus fermaya qayıtmışdır. O, oğurluq etməyi barədə heç kimə məlumat verməmişdir. 12 avqust 2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları onların evinə gəlib, onu polis şöbəsinə aparmışlar. O, Pünhanın həmin siqaretləri və konturları kimə satmasını və pulunu da necə xərcləməsini bilməmişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan zərəri tam ödəməsini və barışıq əldə etdiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun yaşadığı evin həyətində bir ədəd bir mərtəbəli, iki ədəd qapısı olan adsız ərzaq mağazası vardır. Həmin ərzaq mağazası faktiki olaraq ona məxsus olsa da rəsmi olaraq bibisi X1 məxsusdur. Belə ki, həmin mağaza üzrə vergi ödəyicisi bibisi Mələksuma Məmmədovadır. O, həmin mağazanı hər gün səhər tezdən saat 06:30 radələrində açır və axşam saat 23 radələrində bağlayır. Mağazanın yola tərəf olan qapısı plastik qapıdır və içərini göstərən pəncərələri vardır. Mağazanın digər qapısı həyətə açılır və yay aylarında mağazanın içərisində olan ərzaqların xarab olmaması üçün həmin qapını açıq qoyur. 10 avqust 2023- cü il tarixdə saat 06:30 radələrində o, mağazanı açmaq üçün mağazaya getmişdir. O, mağazaya daxil olan zaman mağazanın içərisində əksiklik olmasını hiss etmiş və buna görə mağazanın içərisinə diqqətlə baxmışdır. Mağazanın içərisində olan əşyalara baxan zaman mağazanın kassası kimi istifadə etdiyi bir ədəd taxta stolun alt hissəsinə qoyduğu bir ədəd kartonun içərisinə baxmışdır. Həmin kartonun içərisində əvvəlcədən 600 (altı yüz) manat pulun olmadığını aşkar etmişdir. Pul mağazanın 15 günlük alverindən yığılmış pul olmuşdur. Daha sonra həmin stolun birinci gözlüyünə qoyduğu müxtəlif operatorlara məxsus olan kartların olmamasını aşkar etmişdir. Həmin vaxt orada təxminən 80 (səksən) manat dəyərində müxtəlif danışıq kartları olmuşdur. Bundan əlavə, mağazanın içərisindən bir ədədinin dəyəri 2 (iki) manat 80 (səksən) qəpik olan 20 qutu boz rəngli, nazik Vinçestr markalı, bir ədədinin dəyəri 2 (iki) manat 80 (səksən) qəpik olan 20 qutu boz rəngli nazik Palma markalı, bir ədədinin dəyəri 1 (bir) manat 50 (əlli) qəpik olan 20 qutu boz rəngli nazik Mançestr markalı, bir ədədinin dəyəri 2 (iki) manat 10 (on) qəpik olan 20 qutu ağ rəngli, qalın Bakı markalı və bir ədədinin dəyəri 2 (iki), 10 (on) qəpik olan 10 qutu ağ rəngli qalın Argo markalı, ümumi dəyəri 205 (iki yüz beş) manat olan siqaretlər oğurlanmışdır. Hadisə zamanı mağazanın heç bir qapısı sındırılmamış və mağazada yuxarıda qeyd etdiklərindən başqa oğurluq olmamışdır. O, polis şöbəsinə ərizə verdikdən iki gün sonra polis əməkdaşları onun mağazasına daxil olan şəxslərin Biləsuvar rayonu, Bəydili kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmasını bildirmişlər. Həmin şəxsləri o, kənd sakini kimi tanıyır və əvvəlcədən heç bir münasibəti və düşmənçiliyi olmamışdır. O, işlətdiyi mağazada heç bir müşahidə kamerası olmamışdır. O, mağazada oğurluq olan zaman evdə olduğu üçün oğurluq hadisəsini görməmiş və nə vaxt olmasını bilməmişdir. O, hadisə zamanı mağazada nə qədər danışıq kartlarının oğurlanmasını dəqiq bilməmiş, lakin Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 8 ədəd bir manatlıq, 5 ədəd iki manatlıq Azərcell danışıq kartların, 7 ədəd iki manatlıq Nar danışıq kartlarını və 6 ədəd bir manatlıq Bakcell danışıq kartlarını istintaqa təqdim edərək ümumilikdə 38 (otuz səkkiz) manat dəyərində danışıq kartları ona məxsusdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan ödənildiyi üçün aralarında barışıq əldə edildiyini, təqsirləndirlən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını, ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 -cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər. Onların təqsirləri özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadəsi ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 10 avqust 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-2106 markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market” adlı ərzaq mağazasının qarşısında dayanan zaman əvvəlcədən kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Top.Az” kimi fəaliyyət göstərən kafeyə aparmağını istəmişdir. O da Təqsirləndirilən şəxs1 dediyi yerə aparmışdır. Təqsirləndirilən şəxs1 həmin vaxt kafeyə tək getmiş və ondan gözləməsini xahiş etmişdir. Bir az sonra Təqsirləndirilən şəxs1 gəlmiş və onu mərkəzi bazarın qarşısında düşürtmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona yol haqqı kimi 5 (beş) manat pul vermiş və getmişdir. Bir az sonra Təqsirləndirilən şəxs1 yenidən onun yanına gəlmiş və “məni evə apar” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu, Bəydili kəndində yerləşən evinə aparmışdır. Təqsirləndirilən şəxs1 evinin qarşısına çatan zaman ona “bir qutusu 1 (bir) manat olan siqaret var, satıram” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs1 ilə razılaşmış və 25 ədəd siqaret alaraq və Pünhana 25 (iyirmi beş) manat pul vermişdir. O, Təqsirləndirilən şəxs1 siqaretləri alan zaman haradan əldə etməsini soruşmuş, sonuncu da ona özünün mağazadan almasını və ehtiyacı olduğu üçün də satmasını bildirmişdir. Daha sonra o, bazarın qarşısına qayıtmışdır. 12 avqust 2023-cü il tarixdə o, mərkəzi bazarın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar və aldığı siqaretlərin oğurluq olmasını demişlər. Bundan sonra o, həmin siqaretlərin oğurluq olmasını bilmişdir. O, Pünhandan 9 ədəd Bakı markalı siqaret və 16 ədəd də Mançestr markalı siqaret almışdır. O, Pünhandan siqaret alan zaman oğurluq olubolmamasını soruşmuş, lakin Təqsirləndirilən şəxs1 ona oğurluq olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Biləsuvar rayon "xxxx" MMCdən daxil olmuş məktubda aşağıdakı əşyaların 10 avqust 2023-cü il tarixə olan bazar alqısatqı qiyməti göstərilmişdir: Belə ki, -1 qutu “Winçestr” siqareti- 2,9 manat, -1 qutu “Palma” siqareti -2,9 manat, - 1 qutu “Manşestr” siqareti- 1,6 manat, -1 qutu “Bakı” siqareti - 2,1 manat, -1 qutu “ Arqo” siqareti -2,1 manat dəyərindədilər. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 2545 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş ambulator məhkəmə - psixiatrik ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 2546 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda yüngül dərəcəli əqli gerilik aşkar edilir, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 04 ay 27 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad ollunub, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» Qrarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin hərəkətlərində CM-in 177.2.1 və 177.2.3-cü, Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, onlar qeyd edilən maddələr üzrə təqsirli bilinib cəzalanmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməklə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar hesab edir. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3cü maddəsində nəzərdə tutulmuş hədd daxilində residivə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməklə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməklə onunla barışığa nail olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, habelə onun islah olunması imkanlarını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 avqust 2023-cü il tarixdə saat 21:05-də tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə 14 avqust 2023-cü il tarixdə saat 16:10da Biləsuvar rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 12 avqust 2023-cü il tarixdə saat 22:05-də tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə 14 avqust 2023-cü il tarixdə saat 17:10da Biləsuvar rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlandığı müddət təyin ediləcək azadlqdan məhrum etmə müddətinə bir günə bir gün, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddət təyin ediləcək azadlığın məhdudlaşdırılmasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İşdə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 avqust 2023-cü il tarixindən 14 avqust 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 avqust 2023-cü il tarixindən 14 avqust 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (ikir) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(022)-16/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-16/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver