Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-160/2023 12.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X19 oğlunun katibliyi, tərcüməçi X6, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X16 Nosratın (X2), onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X16 Nosratın (X2), 07 noyabr 1984-cü il tarixdə İran İslam Respublikasının Salmas şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, əvvəllər məhkum olunmamış, sürücü işləyən, İran İslam Respublikası, Salmas şəhəri, Pənahi küçəsi, 2-ci təzə məhəllə ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 4(004)-575/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X16 Nosrat (X5) 07 avqust 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi, ümumi təsiredici maddəsinin miqdarı 0,006 qram təşkil edən 3 həb buprenorfin psixotrop maddəsini, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, sağ ayağında olan, üzərində “NANO” sözü yazılmış corabının içəri pəncə hissəsində gizlədib saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 07 avqust 2023-cü il tarixdə, saat 02:10 radələrində idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada keçməklə “kafel” yükü aparmaq məqsədi ilə İran İslam Respublikasından Gürcüstana getdiyi zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə, saat 02:10 radələrində nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı özünü şübhəli apardığına görə ona üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verildikdən sonra ayağındakı corabları çıxararaq kənara atmaq istəməsi gömrük əməkdaşları tərəfindən müşahidə edildiyinə görə dərhal corablara gömrük yoxlaması keçirilmiş və yoxlama zamanı həmin psixotrop maddə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs X16 Nosrat (X5) ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, İran İslam Respublikasının Salmas şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2005-ci ildən fərdi qaydada yük nəqliyyat vasitəsi sürücüsü işləmişdir. 2023-cü ilin iyun ayının əvvəllərindən belində olan bel yırtığına görə bel ağrılarından əziyyət çəkmiş və həmin ağrıları ilə əlaqədar psixotrop tərkibli, üzərində “B2” yazısı olan dərman həblərini qəbul etməyə başlamışdır. 30 iyul 2023-cü il tarixdə içərisində kafel yükü olan “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Yəzd şəhərindən Azərbaycan Respublikasına gəlmək üçün yola çıxmışdır. O, 05 avqust 2023-cü il tarixdə İran İslam Respublikasının Biləsuvar gömrük postuna çatmış və növbəyə dayanmışdır. O, növbədə gözlədiyi vaxt siqaret almaq məqsədi ilə həmin gömrük postunun qarşısında olan mağazaya getmişdir. O, həmin mağazada olduğu zaman əvvəllər tanımadığı mağaza satıcısı onun belini tutaraq, yeriməsini görmüş və niyə belini tutduğunu ondan soruşmuşdur. O, həmin şəxsə bel yırtığı səbəbindən bel ağrılarından əziyyət çəkdiyini, həmin ağrıları ilə əlaqədar psixotrop tərkibli, üzərində “B2” nişanəsi olan dərman həblərini qəbul etdiyini, lakin hazırda həmin dərman həblərindən onda olmadığını həmin şəxsə demişdir. Həmin şəxs isə ona adını qeyd etdiyi dərman həbinə malik olduğunu bildirmişdir. O, satıcıdan həmin həblərdən ona satmasını xahiş etmiş və sonuncu 2.000000 İran rialı müqabilində psixotrop tərkibli, üzərində “B2” nişanəsi olan 4 ədəd dərman həbini ona satmışdır. O, həmin dərman həblərinin bir ədədini İran İslam Respublikasında olduğu vaxt istifadə etmişdir. O, həmin dərman həblərinin tərkibində qadağan olunmuş maddələrin olub-olmamasını öyrənmək məqsədi ilə internet vasitəsi ilə araşdırma aparmış və internetdə araşdırma zamanı üzərində “B2” nişanəsi olan həmin dərman həblərinin qadağan olunmuş psixotrop dərman həbləri olduğunu öyrənmişdir. Bundan sonra o, həmin dərman həblərini sağ ayağına geyindiyi corabda gizlədərək, Azərbaycan Respublikasına keçirməyə qərar vermişdir. O, 3 ədəd üzərində “B2” nişanəsi olan dərman həblərini sağ ayağında olan qara rəngli corabın içəri pəncə hissəsinə qoymuşdur. Bir gün növbə gözlədikdən sonra 07 avqust 2023-cü il tarixdə, saat 02 radələrində o, idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə X12n keçməklə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına daxil olmuş, sənədlərini gömrük xidməti əməkdaşına təqdim edərək, növbədə dayanmışdır. O, növbədə bir müddət dayandıqdan sonra yük idxal xəttinə daxil olmuşdur. Həmin vaxt gömrük xidməti əməkdaşları onun ilə sorğu-sual apararaq, ona idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olub-olmaması barədə sual vermişlər. O, həmin əməkdaşlara üzərində və ya idarə etdiyi avtomaşında gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra onun idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi yoxlanılmağa başlanılmış və yoxlama zamanı idarə etdiyi avtomobildən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet aşkar edilməmişdir. Daha sonra gömrük xidməti əməkdaşları tərəfindən ona təkrarən bir daha üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olub-olmaması barədə sual verilmiş və üzərində nə varsa, çıxarıb təqdim etməsi təklif edilmişdir. O, isə təkrarən üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşlarına bildirmişdir. Daha sonra gömrük xidməti əməkdaşları tərəfindən ona üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilmiş və yoxlama zamanı o, sağ ayağında gizlətdiyi üzərində “B2” nişanəsi olan dərman həblərinin aşkar olunacağını bildiyinə görə ayağındakı corabları çıxararaq, kənara atmaq istəmişdir. Həmin vaxt gömrük xidməti əməkdaşları onun etmək istədiyi hərəkəti görmüş və ayağında olan corablara yoxlama keçirmişlər. Yoxlama zamanı gömrük xidməti əməkdaşları sağ ayağına geyindiyi, üzərində ağ və qırmızı hərflərlə “NANO” sözü yazılmış qara rəngli corabın içəri pəncə hissəsindən gömrük nəzarətindən gizlətdiyi 3 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həbləri aşkar etmişlər. Daha sonra üzərində gömrük xidməti əməkdaşları tərəfindən üzərində şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Sonda ondan aşkar edilən 3 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər gömrük xidməti əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan başqa, o bildirdi ki, onun üzərindən aşkar edilmiş həmin dərman həblərinin qəbul etməli olmasına dair onda hər hansı tibbi göstəriş və ya resept olmamış və o, özü internetdən araşdırma apardığı zaman həmin dərman həblərinin ağrıların qarşısını aldığını öyrənmişdir. O, əvvəllər İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən maddə və qanunla qadağan olunmuş hər hansı predmet gətirməmişdir. Sonda X16 Nosrat (X5) əməlindən səmimi peşman olduğunu və himayəsində 2 övladı olduğunu, habelə üzərində aşkar edilmiş dərmanların miqdarının az və tərkibinin az əhəmiyyətli olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçiəsini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X16 Nosrat (X5) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin baş inspektoru Şahid1 oğli 07 avqust 2023-cü il tarixdə iş bölgüsünə əsasən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirərkən, onu də dəvət etmiş və onlar həmin gün, saat 02 radələrində xidməti fəaliyyətini icra etdiyi zaman X16 Nosrat (X5) adlı İran İslam Respublikası vətəndaşı idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gömrük nəzarəti zonasına daxil olmuşdur. Daha sonra həmin şəxs pasportunu və idarə etdiyi yük nəqliyyat vasitəsinə aid sənədləri ona təqdim etmişdir. Şahid1 həmin şəxsə sənədləşməni harada aparılacağı yeri göstərmiş və yük nəqliyyat vasitəsini müəyyən olunmuş yerdə saxlatdırmışdır. X16 Nosrat (X5) sənədləşmə işlərini başa çatdırdıqdan sonra idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirəcəyi barədə sonuncuya məlumat vermişdir. Yoxlamaya başlamazdan əvvəl o, X16 Nosrat (X5) ilə şifahi sorğu-sual aparmış və sonuncudan idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Həmin şəxs isə idarə etdiyi avtomaşında və ya üzərində gömrük nəzrətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olmadığını Şahid1 bildirmişdir. Bundan sonra onlar X16 Nosratın (X2) idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini digər gömrük əməkdaşları ilə birgə gömrük nəzarəti qaydasında yoxlamağa başlamışlar. Yoxlama zamanı həmin yük avtomobilindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet aşkar edilməmişdir, lakin nəqliyyat vasitəsinin kabininin yoxlanması zamanı sürücü özünü çox həyacanlı və şübhəli aparmışdır. Buna görə də T.T.X11 Hamed Nosrata (X4) təkrarən üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddəllərin olub-olmaması barədə sual vermiş və əgər belə bir predmet varsa, çıxararaq təqdim etməsini təklif etmişdir. Həmin şəxs isə bir daha üzərində və idarə etdiyi avtomaşında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını ona bildirmişdir. Bundan sonra T.T.X11 Hamed Nosrata (X4) üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat vermiş və həmin şəxs əynində olan corabları çıxararaq, kənara atmaq istəmişdir. Belə bir hal onda şübhə yaratmış və o, iki nəfər hal şahidi dəvət edərək, dərhal sürücünün ayağında olan corablara yoxlama keçirmişdir. Yoxlama zamanı həmin şəxsin sağ ayağına geyindiyi, üzərində ağ və qırmızı rəngli hərflərlə “NANO” sözü yazılmış qara rəngli corabın içəri pəncə hissəsindən gömrük nəzarətindən gizlədilmiş 3 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həb aşkar edilmişdir. Daha sonra isə T.T.X11 Hamed Nosratın (X2) üzərində gömrük nəzarəti qaydasında şəxsi yoxlama aparmış və yoxlama zamanı sonuncunun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet və ya əşya aşkar etməmişdir. X22 Respublikasının vətəndaşı X16 Nosratın (X2) üzərindən aşkar edilmiş həmin 3 ədəd həb gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bununla bağlı protokollar tərtib olunmuş, nəqliyyat vasitəsinə keçirilmiş baxışda və şəxsi yoxlamada iştirak edən şəxslər, o cümlədən X16 Nosrat (X5) həmin protokollarla tanış olub düzgün tərtib olunmalarını öz imzaları ilə təsdiq etmişdir. Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla yaşayır. O, X12 yükləməboşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 07 avqust 2023-cü il tarixdə, saat 02 radələrində həmyerlisi Şahid4 ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin qarşısında olduğu vaxt bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşaraq, özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş yük nəqliyyat vasitəsinin yoxlanmasında və şəxsi yoxlamada hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra onlar həmin gömrük xidməti əməkdaşı ilə birlikdə Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinə daxil olmuşlar. Yoxlama keçirilməzdən öncə gömrük xidməti əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmişdir. Daha sonra isə İran İslam Respublikası vətəndaşı X16 Nosrata (X4) gömrük xidməti əməkdaşları tərəfindən üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması soruşulmu və sonuncu üzərində və ya idarə etdiyi avtomaşında gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra həmin şəxsin idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi yoxlanılmış və yoxlama zamanı həmin nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet aşkar edilməmişdir. X15 Hamed Nosratın (X2) əynində olan corablara baxış keçirilməyə başlamış və baxış zamanı sonuncunun geyindiyi, üzərində “NANO” sözü yazılmış qara rəngli corabının içəri pəncə hissəsindən 3 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həb aşkar edilmişdir. Daha sonra isə X16 Nosratın (X2) üzərində şəxsi yoxlama aparılmış və yoxlama zamanı həmin şəxsin üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı predmet aşkar olunmamışdır. Sonda aşkar edilmiş həmin həblər gömrük əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşddür. Yoxlama ilə bağlı tərtib edilmiş protokollar o da daxil olmaqla,bütün baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan 07 avqust 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan, habelə məhkəmə iclasında baxış keçirilmiş vide0-görüntülərdən görünür ki, İran İslam Respublikasının vətəndaşı X16 Nosratın (X2) idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçirildiyi zaman sürücü özünü şübhəli apardığı üçün ona üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilmiş və həmin vaxt həmin şəxsin ayağında olan corabları çıxararaq, kənara atmaq istəməyi gömrük əməkdaşları tərəfindən müşahidə edildiyinə görə dərhal corablara gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, sonuncunun sağ ayağındakı, üzərində “NANO” sözü yazılmış corabın içəri pəncə hissəsində gömrük nəzarətindən gizlədilmiş, üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı 3 ədəd həb aşkar edilmiş və həmin həblər qablaşdırılaraq götürülmüşdür. İşdə olan materialların məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4218 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “№206206 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi 3-33/3-1-000984/2023 №-li iş üzrə” yazısı və imzalar olan paketdəki üzərində “B2” yazısı həkk olunmuş 3 ədəd ağ rəngli dairəvi formalı həb buprenorfin tərkibli həblərdir və 3 ədəd həblərdə buprenorfin təsiredici maddəsinin ümumi miqdarı 0,006 qram təşkil edir (1 həbdə 0,002 qram buprenorfin olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ Siyahısına daxildir. Aparılmış tədqiqatdan sonra buprenorfin psixotrop maddəsinin qalıq sayı 2 həb olmuşdur İş materiallarında olan ambulator məhkəmə-narkoloji yoxlamanının 14 avqust 2023cü il tarixli, 5190 saylı rəyindən görünür ki, X16 Nosratda (X3) psixotrop maddə olan buprenorfindən istifadə halları müəyyən edilmişdir, lakin X16 Nosratda (X3) müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. X16 Nosrat (X5)narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı X16 Nosrat (X5) 11 fevral 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək olan müddət ərzində mütəmadi olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və İran İslam Respublikasına geri qayıtmış, sonuncu dəfə həmin şəxs 07 avqust 2023-cü il tarixdə, saat 01:50-də idarə etdiyi “Volvo” markalı, 44AA173/44AA174 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Biləsuvar sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla X16 Nosratın (X2) Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 saylı qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağı olmasını məhkəmə X16 Nosratın (X2) cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X16 Nosrata (X4) təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X18rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Məhkəmə, təqsirləndirilən şəxs X16 Nosrata (X4) CM-nin 8.1 və 41.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3 maddəsinə əsasən təqsirkarın şəxsiyyətini, cinayətin törədildiyi andan təqsirini boynuna alıb əməlindən səmimi peşiman olmasını, cəzanı yüngülləşdirən halların məcmusunu – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulan hərəkətləri hadisələrin təsadüfi axarı zəminində ilk dəfə törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 uşağının olmasını və təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müstəsna hallar kimi nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 206.2-ci maddəsində müəyyən edilmiş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi reıimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, X16 Nosrata (X4) Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs X16 Nosrat (X5) barəsində məhkəməyədək icraat zamanı 07 avqust 2023-cü il tarixdə, saat 02:10-da tutma tətibiq olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 4(004)-575/2023 saylı qərarı ilə X16 Nosrat (X5) barəsində, həbs etmənin əvvəli 07 avqust 2023-cü il tarixdən, saat 02:10-dan hesablanmaqla, 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılır. Buna görə də məhkəmə hesab edir ki, X16 Nosrata (X4) təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, 2 həb buprenorfin psixotrop maddəsi məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 114 manat məbləğində pul vəsaiti X16 Nosratdan (X1) dövlət nəfinə tutulmalıdır. Məhkəmə X16 Nosrat (X5) barəsində təyin edilən cəzanın növünü və müddətini, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək X16 Nosrat (X5)barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. İş materialları və işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə X16 Nosrata (X4) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın şamil olunmasını istisna edən, Azərbaycan Respublikasının 52.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi. Buna görə də məhkəmə Azərbaycan Respublikası CM-nin 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunan əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra X16 Nosratın (X2) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması və o, Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək X16 Nosratın (X2) Azərbaycan Respublikasına gəlmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna və məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X16 Nosrat (X5) Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi X16 Nosrata (X4) ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. X16 Nosratın (X2) həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 avqust 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək X16 Nosrat (X5) barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. X16 Nosrat (X5) ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X16 Nosrat (X5) Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququ müvəqqəti məhdudlaşdırılsın. İş üzrə ekspertiza xərci qismində 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti X16 Nosratdan (X1) dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, 2 həb buprenorfin psixotrop maddə məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-160/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-160/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver