Məhkəmə qərarları › İş №1(022)-161/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-161/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-161/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Tərtər rayonu Sarov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 26 iyul 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X10 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,055 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2024-cü il tarixdə saat 18:20 radələrində “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən “Turist 5” adlanan kafenin yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və orada “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin sağ ön oturacağının üzərinə qoyduğu qara rəngli əl çantasının içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi -1,055 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tərtər rayonu Sarov kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləriylə birlikdə yaşayır. Evlidir. 2 azyaşlı övladı vardır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi iş yeri yoxdur. Həvəskar olaraq meyxanaçılıq və müğənnilik fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. Təxminən 4 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Əksərən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir. Sonuncu dəfə təxminən üç gün öncə pxisotrop maddə metmafetamin istifadə etmişdir. Təxminən 3-4 gün bundan öncə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün pxisotrop maddə metmafetamin əldə etmişdir. Həmin psixotrop maddəni daimi üzərində gəzdirdiyi qara rəngli çantanın içərisində saxlamışdır. 24 iyul 2024-cü il tarixdə Bakı şəhərində olmuşdur. Həmin gün yaşadığı Tərtər rayonuna gedəcəkdi. Rayona getməmişdən öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan dostu Əlizamin adlı şəxsin evinə getmişdir. Sonuncunun evindən çıxaraq qayıdanda yol kənarında yerdə bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü görmüşdür. O, əyilərək yerdən həmin bükülünü götürmüşdür. Bükülünü açan kimi qoxusundan içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. O, həmin qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində saxlamışdır. 24 iyul 2024-cü il tarixdə Tərtər rayonuna getmək üçün taksi fəaliyyəti ilə məşğul olan Heydər adlı şəxslə əlaqə saxlayıb rayona getmək istədiyini bildirmişdir. Heydər ona vaxtının olmadığını, lakin həmkəndlisi olan və əvvəllər tanıdığı İsmayıl adlı şəxsin Bakı şəhərində olmasını və sonuncuyla gedə biləcəyini demişdir. Bundan sonra o, İsmayıla zəng etmiş və Tərtər rayonuna getmək istədiyini bildirmişdir. Onlar Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə görüşüb yola düşmüşlər. Onlar yola çıxandan sonra o, toy sifarişi üçün Salyan rayonunda tanımadığı şəxslə görüşməli olduğunu İsmayıla demişdir. İsmayıl ona Salyan rayonuna gedəcəyi halda əlavə pul verməli olduğunu demişdir. O da İsmayıla toy sifarişi edən şəxsdən alacağı puldan verəcəyini demişdir. İsmayıl onunla razılaşdıqdan sonra onlar Salyan rayonu istiqamətində hərəkətə davam etmişlər. Lakin Salyan rayonuna çatan zaman həmin şəxsin mobil telefonuna zəng çatmamışdır. Salyan rayonunda həmin şəxsə bir neçə dəfə zəng etsə də, əlaqə saxlaya bilmədiyi üçün onlar Tərtər rayonuna Biləsuvar rayonundan keçməklə getmək qərarına gəlmişlər. Biləsuvar rayonu ərazisində hərəkətdə olan zaman polis əməkdaşları onlara saxla işarəsi vermişlər. İsmayıl avtomobili saxladıqdan sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Narkoik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirərək üzərinə və əyləşdiyi avtomobilə baxış keçiriləcəyini demişlər. Bundan sonra öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X9 dəvət olunmuşdur. Üzərinə videokamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik vasitə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı 24 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yolun kənarında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə öz iştirakıyla açılaraq baxış keçirilmiş, bükülün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi rayon polis şöbəsinin elektron tərəzisində çəkildikdə çəkisinin bükülü ilə birlikdə 0,57 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Mehman Mütəllimovla birlikdə həmin protokolla tanış olub imzalamışdır. Daha sonra İsmayıl Hüseynliyə məxsus “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə rayon polis şöbəsinin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla onun müdafiəçisi Mehman Mütəllimovun, İsmayıl Hüseynlinin, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı tərəfindən avtomobildə ona məxsus qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Bu zaman o, avtomobilin sağ ön oturacağında ona məxsus qara rəngli çantanın içərisində şəxsi istifadəsi üçün saxladığı psixotrop maddə metamfetamin olmasını etiraf etmişdir. Bundan sonra həmin çantaya öz iştirakıyla açılaraq baxış keçirilmiş, baxış zamanı çantanın içərisindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Baxış zamanı o, həmin psixotrop maddə metamfetamini təxminən 3-4 gün bundan öncə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini və psixotrop maddəni daimi üzərində gəzdirdiyi qara rəngli çantanın içərisində saxladığını bildirmişdir. Bundan sonra həmin psixotrop maddə metamfetamin rayon polis şöbəsinin elektron tərəzisində çəkildikdə çəkisinin bükülüylə birlikdə 1,13 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Bundan sonra avtomobilə baxış keçirilsə də avtomobildən qanunla qadağan olunan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Mehman Mütəllimovla birlikdə həmin protokolla tanış olub imzalamışdır. Avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimovla birlikdə tanış olaraq imzalamışdır. Bildirmişdir ki, o, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü tapanda yanında heç kim olmamışdır. O həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülünü özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bir ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Üzərində olan 0,57 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan və çantasında olan 1,13 qram psixotrop maddə metamfetamindən İsmayıl Hüseynlinin məlumatı və xəbəri olmamışdır. Nə saxlanılan zaman, nə də üzərimə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün tərəfindən 24 iyul 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə rayon polis şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı X17, rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X18, rayon polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, rayon polis şöbəsinin X29 bölməsinin inspektoru, polis baş serjantı X13 və rayon polis şöbəsinin X29 bölməsinin inspektoru, polis baş serjantı X19 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 24 iyul 2024-cü il tarixdə saat 18:20 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 104-cü kilometrliyində “Turist 5” adlanan kafenin yaxınlığında RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər və Təqsirləndirilən şəxs ilə birlikdə avtomobilin sürücüsü X3 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs və İsmayıl Hüseynlinin üzərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Surac Əhmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs və İsmayıl Hüseynliyə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X9 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Mehman Mütəllimov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd plastik bank kartı və şalvarının sağ yan kiçik cibindən isə şəffaf rəngli sellona bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütləni çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki narkotik vasitə qurudulmuş marixuadır, özünə məxsusdur, həmin narkotik vasitə qurudulmuş marixuananı 24 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yolun kənarında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə öz iştirakıyla açılaraq baxış keçirilmiş, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi rayon polis şöbəsinin elektron tərəzisində çəkildikdə çəkisinin bükülü ilə birlikdə 0,57 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Mütəllimovla birlikdə həmin protokolla tanış olub imzamışdır. Bundan sonra şübhəli şəxs X6 vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X14 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı İsmayıl Hüseynliyə təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. İsmayıl Hüseynli üzərində qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra İsmayıl Hüseynlinin üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. İsmayıl Hüseynli həmçinin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatının olmamasını, əvvəllər məhkum olunmamasını, taksi sürücüsü olmasını və Təqsirləndirilən şəxs sifarişi ilə Biləsuvar rayonuna gətirməsini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi İsmayıl Hüseynli də tanış olaraq imzalamışdır. Daha sonra İsmayıl Hüseynliyə məxsus “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə onunla yanaşı şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Mütəllimov, şübhəli şəxs İsmayıl Hüseynli, sonuncunun müdafiəçisi Əli Hüseynov, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Talıb İsayevin, rayon polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimovun iştirakı ilə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Surac Əhmədov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və X4 bildirilmişdir ki, “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsinlər. Şübhəli şəxslərdən Təqsirləndirilən şəxs bildirmişdir ki, “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının üstündə olan qara rəngli çantasında 01 ədəd bükümdə psixotrop maddə vardır. Həmin çantaya baxış keçirilən zaman çantanın içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində bərk kristal şəklində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə sellofanla birlikdə çəkildi, çəkisinin 1,13 qram olduğu müəyyən edilib qablaşdırılaraq götürülmüşdür. Bundan sonra “Mercedes” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən qanunla qadağan edilən maddə, əşya və ya predmet aşkar olunmamışdır. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Bildirmişdir ki, nə saxlanılan zaman, nə də üzərlərinə keçrilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və X4 hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət saxlanılan şəxslərin öz razılığı ilə olmuşdur. Həmin vaxtı onlara qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 Şahid1 ilə eyni məzmunda ifadə verdi. “Şəxsi axtarış və götürmə” barədə 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd plastik bank kartı və şalvarının sağ yan kiçik cibindən isə şəffaf sellona bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütləni çıxardıb təqdim etmişdir. Aşkar edilmiş bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin bükülü ilə birlikdə 0,57 qram olması müəyyən edilmiş, 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və RPŞ-nin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi” barədə 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X6 RPŞ-nin TB-nin təhqiqatçısı Surac Əhmədov tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra RPŞ-nin inzibati binasının həyətində İsmayıl Hüseynlinin idarə etdiyi “MERCEDES” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və X1 idarə etdiyi “Mercedes” markalı **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etmələri təklif edilmişdir. Şübhəli şəxslərdən Təqsirləndirilən şəxs “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının üstündə olan qara rəngli çantasında 01 ədəd bükümdə narkotik vasitə olmasını bildirmiş və təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman çantanın içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində bərk kristal şəklində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə sellofanla birlikdə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 1,13 qram olduğu müəyyən edilərək qablaşdırılaraq götürülmüşdür. Bundan sonra “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də avtomobildən qanunla qadağan edilən maddə, əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə RPŞ-nin inzibati binasının həyətində İsmayıl Hüseynlinin idarə etdiyi “MERCEDES” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və X1 idarə etdiyi “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etmələri təklif edilmişdir. Şübhəli şəxslərdən Təqsirləndirilən şəxs “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının üstündə olan qara rəngli çantasında 01 ədəd bükümdə narkotik vasitə olmasını bildirmiş və təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman çantanın içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində bərk kristal şəklində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə sellofanla birlikdə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 1,13 qram olduğu müəyyən edilərək qablaşdırılaraq götürülmüşdür. Bundan sonra “Mercedes” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də avtomobildən qanunla qadağan edilən maddə, əşya və ya predmet aşkar olunmamışdır. “Videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd mobil telefon, bir ədəd plastik bank kartı və şalvarının sağ yan kiçik cibindən isə şəffaf sellona bükülmüş içərisində yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə marixuanaya bənzər kütləni çıxardıb təqdim etmişdir. Aşkar edilmiş bükülüdə olan narkotik vasitə marixuanaya bənzər kütlə sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, çəkisinin bükülü ilə birlikdə 0,57 qram olması müəyyən edilmiş, 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və RPŞ-nin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Mütəllimov tərəfindən verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamasını, döyülməməsini və xəsarət almadığını, buna görə də bununla bağlı polis əməkdaşlarından şikayətinin olmamasını bildirmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X8 25 iyul 2024-cü il tarixli 19/576 №-li ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,278 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 0,278 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,228 qram. Tədqiqata təqdim edilmiş üzərində “X4 məxsus **-CC-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş Təqsirləndirilən şəxsa məxsus psixotrop maddə metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərf ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,055 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,055 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,005 qram. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,055 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,005 qram qalığı və narkotik vasitə 0,278 qram qurudulmuş marixuananın 0,228 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2024-cü il tarixli 625 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində 2 azyaşlı uşağının (xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X11) olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə saat 18:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyul 2024-cü il saat 17:10-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 iyul 2024-cü il tarixli, 625 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 1,005 qram qalığı və narkotik vasitə qurudulmuş marixuananın 0,228 qram qalığı məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixindən 26 iyul 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tərtər rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,005 qram olan psixotrop maddə metamfetamin və 0,228 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar