Məhkəmə qərarları › İş №1(022)-162/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-162/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-162/2024 23.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Biləsuvar rayon Xırmandalı kəndində küçədə, insanların çoxluq təşkil etdiyi yerdə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onun arvadını söyməsini əsas gətirərək onu nalayiq sözlərlə söyüb təhqir edərək, şillə və yumruq zərbələri ilə vuraraq ona “başın sol alın-təpə nahiyəsində hematoma və sağ əlin arxa səthində əzilmiş yara” ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qısa müddət ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qonşusudur, münasibətləri normal olmuşdur, aralarında hər hansı bir ədavət və problem olmamışdır. 15 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdən çıxaraq balıq tutmağa gedən zaman qonşu uşaqlarının onun evinin qarşısında səs-küy salaraq oynamasını gördüyünə görə həmin azyaşlı uşaqlara öz iradını bildirərək evlərinə yola salmaq istəyən zaman qonşusu Zərərçəkmiş şəxs yaşadığı evdən küçəyə çıxaraq qardaşı uşağına qarşı niyə kobudluq etməsini deyərək onunla mübahisə etmişdir. Həmin zaman Zərərçəkmiş şəxs onun arvadını nalayiq ifadələrlə söyüb təhqir etmiş və onun əynində olan köynəyin boğaz nahiyəsindən tutaraq cırmaq istəyən zaman o, Zərərçəkmiş şəxs baş nahiyəsindən əli ilə itələyərək özündən uzaqlaşdırmışdır. Hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmuş, olanları tam olaraq xatırlamır və bundan başqa hadisə baş verən zaman hadisəni kimlərin görməsini bilmir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istəməklə barışdığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır və fərdi əməklə, təsərrüfatla məşğul olur, heç bir rəsmi iş yeri yoxdur, Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur. Münasibətləri normal olmuşdur, aralarında hər hansı bir ədavət və problem olmamışdır. 15 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə olan zaman küçədə səsküy gəlməsinə görə küçəyə çıxan zaman qonşuları Təqsirləndirilən şəxs onun qardaşı oğlu Şahid3 ilə mübahisə etməsini və küçədən səs-küy gəlməsini eşitmişdir. Həmin vaxt həyət qapılarının qarşısına çıxan zaman o, Təqsirləndirilən şəxs qardaşı oğlu Əlini küçədə narahat etməsini, ona qarşı kobudluq etməsini və təhqir etməsini bilmişdir. Həmin zaman o, qonşuları İlhama öz iradını bildirərək Əlinin azyaşlı uşaq olmasını demişdir. Təqsirləndirilən şəxs isə ona cavab olaraq qardaşı oğlu Əlinin onun həyət qapısının ağzında oynamasını və ailəsinə narahatçılıq yaratmasını bildirmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs spirtli içkinin təsiri altında olduğundan onun üzərinə gələrək onunla əsassız mübahisə etməyə başlamış, onun ünvanına kobud və nalayiq ifadələr islədərək onu söyüb təhqir etmişdir. Bundan başqa İlham şillə ilə onun baş nahiyəsindən və sağ əl nahiyəsindən vuraraq döymüşdür. Zərbənin təsirindən o özünü itirmiş və bundan sonra olanları tam olaraq xatırlamır. Hadisə baş verən zaman onun anası Ruqiyyə, bacısı Zərifə və küçədə tanımadığı bir neçə nəfər şəxs olmuşdur. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə etməklə ona vurulmuş zərəri ödədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin və tələbinin olmadığını, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır, onlar birlikdə Biləsuvar rayonunun Xırmandalı kəndində ata evlərində anası və qardaşı ilə birlikdə yaşayılar. 15 sentyabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə olan zaman küçədə- səs-küy gəlməsinə görə küçəyə çıxan vaxt küçədə qonşuları Təqsirləndirilən şəxs onun qardaşı oğlu Əli və bacısı Reyhan ilə mübahisə edərək bacısı Reyhanı söyməsini görmüşdür. Həmin vaxt bacısı Reyhan qonşuları və həmkəndlisi İlhama qardaşı oğlu azyaşlı Əlini söyməməsini və Əlinin azyaşlı olmasını bildirsə də, İlham bacısı Reyhanın ünvanına nalayiq ifadələr işlədərək Reyhanı söyüb təhqir etmişdir. Bundan başqa İlham bacısı Reyhana yaxınlaşaraq Reyhanın baş nahiyəsindən sillə ilə bir neçə dəfə vuraraq Reyhanı döymüş və Reyhana xəsarət yetirmişdir. Hadisənin baş verdiyi zaman o və yaşlı anası qorxduqları üçün Təqsirləndirilən şəxs yaxınlaşa bilməmişlər. İş materiallarında olan Cəlilabad rayon MTE-nin xx.xx.2024-ci il tarixli 381 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın sol alın-təpə nahiyəsində hematoma və sağ əlin arxa səthində əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar MRX-dan alınmış xx.xx.2024-ci il tarixli 18-1-30/3- 2091/2024 nömrəli məktubda göstərilmişdir ki, Biləsuvar rayon Xırmandalı kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar MRX-nın Poliklinika şöbəsində Nevroloji kabinetində ruhiəsəb xəstəliyi üzrə dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Biləsuvar MRX-dan alınmış xx.xx.2024-cü il tarixli 714 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi akt»ında Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olması göstərilmişdir. İş materiallarında olan Biləsuvar rayon Xırmandalı kənd İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini, himayəsində 2 nəfər yetkinlik yaşlarına çatmamış uşaqlarının (2008-ci il təvəllüdlü X1 və 2011-ci il təvəllüdlü X2) olmasını məhkəmə cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazıncandan tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalıdır. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş ) faiz məbləğdə pul tutulmaqla 06 (altı ) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar