Məhkəmə qərarları › İş №1(022)-163/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-163/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-163/2024 16.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci il ildə Biləsuvar rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Bəydili kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə saat 21:00 radələrində Biləsuvar rayonu Bəydili kəndində yaşadıqları evin həyətində arvadı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs atasının yas mərasimindən iş yerinə iclasa getməsi səbəbilə şəxsi münasibətlər zərrinində, yəni Təqsirləndirilən şəxs icazə almadan yas mərasimindən çıxaraq iş yerinə iclasa getməsi səbəbilə aralarında yaranmış mübahisə zamanı zərəçəkmişi yaşadığı evin həyətində yerdən götürdüyü daşla kürək nahiyəsindən vuraraq yıxılmasına səbəb olmuş və yıxılma nəticəsində zərərçəkmişin “üst dodağın selikli qişasında əzilmiş yara, sol çiyin qurşağı nahiyəsinin arxa səthində və sağ kürək nahiyəsində qançır” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o 2005-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların 3 övladları vardır. Əvvəllər ailə münasibətləri yaxşı olmuşdur. Son 3-4 aydır ki, aralarında sözlü mübahisələr olurdu. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə atasının hüzür vaxtı yoldaşı işi ilə əlaqədar Salyan rayonuna iclasa getmək istəmişdir, o, yoldaşına icazə verməsə də yoldaşı həmin iclasa getmişdir. İclasdan qayıdandan sonra o, evə gedib, ona iclasa getməsinə görə əsəbləşmiş, aralarında sözlə mübahisə baş verdiyindən yoldaşı ondan bir az aralıda durarkən o, həyətdən daşı götürüb ona tərəf atmış və daş yoldaşının kürəyinə dəymişdir. Sonra o, həyətdən uzaqlaşaraq atasının hüzür yerinə getmişdir. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə Zərərçəkmiş şəxs üzr istəyib, Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmış və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Ona görə də barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olmuşdur. Son 3-4 aydır ki, aralarında tez-tez sözlü mübahisələr olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yoldaşımın atasının hüzür mərasimi vaxtı o işlə əlaqədar iclasa getməli olmuşdur. Hüzür yerindən çıxaraq iclasa getmişdi. Sonra saat 21:00 radələrində yoldaşı evə gəlmiş və o, iclasa getdiyi üçün əsəbiləşmişdir.Yoldaşı ona niyə iclasa getdiyini deyib, əsəbi halda yaşadıqları ünvanın həyətində üzərinə gələrək yerdə olan daşı götürüb onun kürək nahiyəndən zərbə ilə vurmuşdu. O, zərbənin təsirindən yerə yıxılmış və yıxılan zaman sifəti yerə dəydiyi üçün üst dodağından xəsarət almışdır. Həmin vaxt qızı Şahid hadisəni görüb onu yerdən qaldıraraq evə aparmışdır. Sonra o, döyülməsi ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirdi ki, ittiham üzrə özünü təqsi bilir, Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, hazırda münasibətləri normalıdır. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Təqsirləndirilən şəxs onun barəsində bəraətverici əsaslar olmadan işin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatət verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs bağışlamış və onunla hazırda münasibətləri normalıdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X2 Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 371 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xx.xx.2024-cü il tarixli 371 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş üst dodağın selikli qişasında əzilmiş yara, sol çiyin qurşağı nahiyəsinin arxa səthində və sağ kürək nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Biləsuvar MRX-nın xx.xx.2024-cü il tarixli 1931 nömrəli məktubunda göstərilir ki Biləsuvar rayonu Bəydili kəndində yaşayan Quliyev X1 RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Biləsuvar şəhər İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərər çəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-in 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar