Məhkəmə qərarları › İş №1(022)-164/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-164/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-164/2024 19.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, məsləhətçi Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində 31 iyul 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 0,946 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində “Mercedes E-class” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Biləsuvar rayonu Nəsimi kəndi ərazisində yerləşən “Nicat” şadlıq sarayının yaxınlığında saxlanılaraq Biləsuvar Rayon polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, xeyli miqdarda, təmiz çəkisi -0,946 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metemfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göyçay şəhəri, X15 küçəsi, D.9, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır. Əvvəllər məhkum olunmamışdır. Rəsmi iş yeri yoxdur. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Əksərən narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin istifadə edir. Təxminən 3-4 gün bundan əvvəl Göyçay şəhəri Məmməd Rəşid adlanan ərazidə yerləşən babası İbrahim İbrahimovun işlətdiyi kafenin yaxınlığında yerdən şəffaf rəngli sellofana bükülmüş bükülü tapmışdır. O, əyilərək yerdən həmin bükülünü götürmüşdür. Bükülünü açıb baxanda içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını görmüşdür. Belə ki, əvvəllər də psixotrop maddə metamfetamin istifadə etdiyi üçün bükülünün içərisində olan kütləni tanımışdır. Bundan sonra həmin bükülünü şəxsi istifadəm üçün üzərində saxlamışdır. Lakin həmin bükülünün içərisində olan psixotrop maddədən istifadə etməmişdir. 29 iyul 2024-cü il tarixdə Biləsuvar rayonundan olan Aqşin adlı əsgər yoldaşı ilə “İnstagram” sosial şəbəkəsində danışırmış. Sonuncu onu Biləsuvar rayonuna dəvət etmişdir. O da tək getməmək üçün tanışı Pərvin Məmmədyarova da onunla birlikdə Biləsuvar rayonuna getməsini xahiş etmişdir. Pərvin onunla razılaşdıqdan sonra o, Göyçay şəhərində taksi fəaliyyətilə məşğul olan Vüsal adlı tanışından onları Biləsuvar rayonuna hansı qiymətə aparıb-gətirə biləcəyini soruşmuşdur. Vüsal onları 120 manata aparıb-gətirə biləcəyini demişdir. O Vüsalla razılaşdıqdan sonra Vüsal onları Göyçay şəhərindən götürmüşdür. Onlar yola düşmüşlər. O, yola çıxan zaman psixotrop maddə metamfetamin üzərində olmuşdur. Lakin üzərində olan pxisotrop maddə metamfetamindən avtomobildə olan şəxslərin məlumatı olmamışdır. Onlar Biləsuvar- Bəhrəmtəpə yolundan istifadə edərək Biləsuvar rayonuna daxil olmuşlar. Saat təxmini 21 radələrində onlar Biləsuvar rayonu Nəsimi kəndi ərazisində hərəkətdə olan zaman polis əməkdaşları avtomobilə saxla işarəsi vermişlər. Taksi sürücüsü Vüsal avtomobili yolun sağ hissəsinə çəkmiş və saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Narkoik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirirərək üzərinə və əyləşdiyi avtomobilə baxış keçiriləcəyini demişlər. Bundan sonra öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X7 dəvət olunmuşdur. Üzərinə videokamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik vasitə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini 2-3 gün bundan əvvəl Göyçay şəhəri Məmməd Rəşid adlanan ərazidə yerləşən babası İbrahim İbrahimovun işlətdiyi kafenin yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə iştirakıyla açılaraq baxış keçirilmiş, bükülün içərisində psixotrop maddə metamfetamin olması aşkar olunmuşdur. Bundan sonra həmin psixotrop maddə metamfetamin bənzər kütlə rayon polis şöbəsinin elektron tərəzisində çəkildikdə çəkisinin bükülüylə birlikdə 1,05 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini 6, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Mehman Mütəllimovla birlikdə həmin protokolla tanış olub imzalamışdır. Daha sonra X8 idarə etdiyi “Mercedes E-class” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə rayon polis şöbəsinin inzibati binasının həyətində videoçəkiliş aparılmaqla onun, müdafiəçisi Mehman Mütəllimovun, Pərvin Məmmədyarovun, müdafiəçisi Fədai Quliyevin, avtomobilin sürücüsü Vüsal Qasımovun, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə tərtib edilmiş protokolla müdafiəçisi Mehman Mütəllimovla birlikdə tanış olaraq imzalamışdır. Bildirmişdir ki, həmin psixotrop maddə metamfetamin ona məxsusdur. O, içərisində psixotrop maddə metamfetamin olan bükülünü tapanda yanında heç kim olmamışdır. O həmin içərisində psixotrop maddə metamfetamin olan bükülünü özü istifadə etmək üçün üzərimdə saxlamışdır. Həmin bir ədəd bükülüdə olan psixotrop maddə metamfetamin ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Üzərində olan -0,946 qram çəkidə psixotrop maddə metamfetamindən X3 və X8 məlumatı və xəbəri olmamışdır. Aqşin adlı şəxs onun Naxçıvan MR-da hərbi xidmətdə olan zaman əsgər yoldaşı olmuş, həmin şəxsin soyadı, ata adı və ünvanı barədə heç bir məlumatı yoxdur. Yalnız adının Aqşin olmasını və Biləsuvar rayonunda yaşamasını bilmişdir. Həmin şəxslə o “İnstagram" sosial şəbəkəsində əlaqə saxlamışdır. Hazırda həmin şəxsin sosial şəbəkədə istifadə etdiyi hesabı xatırlamır. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Şahid2 oğlu ifadəsində göstərmişdir ki,. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün tərəfindən 29 iyul 2024-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə rayon polis şöbəsinin rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X12, rayon polis şöbəsinin X26 bölməsinin inspektoru, polis serjantı X10 və rayon polis şöbəsinin X26 bölməsinin inspektoru, polis baş serjantı X13 daxil edilmişdir. Əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 29 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Mercedes Eclass” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Nəsimi kəndində yerləşən “Nicat” şadlıq sarayının yaxınlığında RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər və Təqsirləndirilən şəxs ilə birlikdə avtomobilin sürücüsü X16 və sərnişin X2 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs, X3, X8 üzərilərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Surac Əhmədova həvalə edilmişdir. Saxlanılan şəxslərə müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X7 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Mehman Mütəllimov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti vəzifəsini icra edən polis mayoru Fikrət İskəndərov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü, şalvarının sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini saxlanılandan 2-3 gün əvvəl Göyçay şəhəri Məmməd Rəşid adlanan ərazidə babası İbrahim İbrahimovun işlətdiyi kafenin yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə öz iştirakıyla açılaraq baxış keçirilmiş, bükülün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Bundan sonra həmin kütlə rayon polis şöbəsinin elektron tərəzisində çəkildikdə çəkisinin bükülüylə birlikdə 1,05 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Mütəllimovla birlikdə həmin protokolla tanış olub imzalamışdır. Bundan sonra şübhəli şəxs X3 vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X19 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Fədai Quliyev Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Pərvin Məmmədyarovun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. X9 İbrahimlinin üzərində psixotrop maddə metamfetamin olmasından məlumatının olmamasını bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi Pərvin Məmmədyarov da tanış olaraq imzalamışdır. Daha sonra X16 vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X14 tərəfindən müdafiə olunmasını istəyir. X18 Rayon polis şöbəsinə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Vüsal Qasımovun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. X21 İbrahimlinin üzərində psixotrop maddə metamfetamin olmasından məlumatının olmamasını bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi Vüsal Qasımov da müdafiəçisi ilə birlikdə tanış olaraq imzalamışdır. Daha sonra Vüsal Qasımovun idarə etdiyi “Mercedes E-class” markalı 23- BM-985 dövlət qeydiyyat nişanlı avtomobilə onunla yanaşı şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Mehman Mütəllimov, şübhəli şəxs Pərvin Məmmədyarov, onun müdafiəçisi, Fədai Quliyev, şübhəli şəxs Vüsal Qasımov, onun müdafiəçisi Əli Hüseynov, rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3, rayon polis şöbəsinin kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və rayon polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Fikrət İskəndərovun iştirakı ilə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Surac Əhmədov tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Bildirmişdir ki, nə saxlanılan zaman nə üzərlərinə keçirilən şəxsi axtarış keçirilən zaman nə də avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs, X3 və X11 hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onların öz razılığı ilə olmuşdur. Həmin şəxslərə qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 işin mahiyyəti üzrə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə” barədə 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Aşkar edilmiş bükülüyə açılıb baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli maddənin psixotrop maddə olan metafmetafinə bənzəməsi və elektron tərəzidə çəkildikdə çəkisinin bükülüylə birlikdə 1,05 qram olması müəyyən edilmiş, 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və RPŞ-nin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. (i.v 32-33) “Videogörüntüyə baxış keçirilməsi haqqında” 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 29 sentyabr 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, könüllü olaraq çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükülünü və şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Aşkar edilmiş bükülüyə açılıb baxıldıqda içərisində ağ rəngli, kristal şəkilli maddənin psixotrop maddə olan metafmetafinə bənzəməsi və elektron tərəzidə çəkildikdə çəkisinin bükülüylə birlikdə 1,05 qram olması müəyyən edilmiş, 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və RPŞ-nin 61 nömrəli möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisi Mehman Mütəllimov tərəfindən verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixi zor tətbiq olunmamasını, döyülməməsini və xəsarət almadığını, buna görə də bununla bağlı polis əməkdaşlarından şikayətinin olmamasını bildirmişdir. (i.v 190) İlkin araşdırma zamanı 29 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 30 iyul 2024-cü il tarixli 19/589 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə ....» sözlər və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi: -0,946 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına daxildir (Siyahı İ). Qeyd: metamfetaminin təmiz çəkisi: 0,946 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,896 qram. (i.v 95-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran şəhər X1 məhkəmə-narkoloji ekspertizasının 01 avqust 2024-cü il tarixli 631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 148) “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, Məhkəmə Ekspertiza X4 Bölməsinin 30 iyul 2024-cü il tarixli 19/589 nömrəli, Lənkəran Rayonlararası Narkoloji xəstəxanasının 01 avqust 2024-cü il tarixli 631 nömrəli rəyi, eləcə də, işdə olan digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, ilkin araşdırma zamanı 29 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkliş aparılmaqla keçirilmiş şəxsi axtarışın əks olunduğu bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin ümumi çəkisi 1.05 qram göstərilsə də məhkəmə fiziki-kimyəvi ekspertizasının müvafiq rəyi ilə həmin psixotrop maddə metamfetaminin 0,946 qram olmasının nəzərə alınması, psixotrop maddə metamfetaminin ümumi çəkisinin tədqiqatdan sonrakı 0,896 qram qalığının maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü rayon polis şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (i.v.194-202) “Şübhəli şəxsin tutulması haqqında” 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 iyul 2024-cü il tarixdə, saat 21:30-da tutulmuşdur. (i.v. 15) “Həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır. (i.v.134- 136) “Şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.137-138) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış 08 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəllər heç bir məhkumluğu olmamışdır. (i.v. 165) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının tələblərini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahid ifadəsi, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını məhkəmə cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri İ.R.İbrahimili yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs İ.R.İbrahimilinin barəsində 29 iyul 2024-cü il tarixdə, saat 21:30-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və 31 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, E.İ.Hüseynovun məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalı, bu səbəbdən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasında ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 avqust 2024-cü il tarixli 631 nömrəli rəyinə və Cinayət Məcəlləsinin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,896 qram olan narkotik vasitə - psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 29 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,896 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar