Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-169/2023 19.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə, saat 20:35-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq evində qohumu X2 və onun nişanlısı Zərərçəkmiş şəxs təşkil edilmiş toy məclisində, sonuncuya toyda bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənələrə, əxlaq normaları ilə müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, mənəviyyat normalarına qarşı saymazlıq edərək, ictimai yerdə nalayiq sözlər işlətməklə, səs-küy salıb mübahisə etməklə sifətindən yumruqla bir neçə dəfə vuraraq, ona üst dodağının selikli qişasında bir ədəd çapıq ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, fahləlik etməklə ailəsini dolandırır. X3 onun bibisinin qızı, Zərərçəkmiş şəxs isə S.M.Əsmətovanın əridir. O, Zərərçəkmiş şəxs əvvəllər yaxından tanımamış və həmin şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, tərəflərin 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində təşkil edilən toy məclisində ailəsi ilə birlikdə iştirak etmişdir. Oğlan və qız toyu birlikdə baş tutuduğuna görə toy məclisində hər iki tərəfin yaxınları iştirak etmişdir. O, həmin gün saat 20:35 radələrində toy məclisində bir nəfər şəxsin sərxoş vəziyyətdə söyüş söyməsini eşitmişdir. O, həmin şəxsin oğlan tərəfinin qonağı olduğunu fikirləşərək, sonuncuya yaxınlaşıb, nəsə deməmişdir. Bundan sonra o, gəlin və bəy masasına yaxınlaşaraq, Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs həmin şəxsin oğlan evinin qonağı olduğunu və söyüş söyməyə davam etdiyini bildirmiş, bunun qarşısını almasını tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yumruqla onun sifət nahiyəsinə zərbə vurmuşdur. Əgər o yumruq zərbəsindən yayınmağa çalımasa idi, həmin zərbə nəticəsində onun sifət sümüyü sına bilər və o, daha ağır xəsarət ala bilərdi. Bundan sonra isə gəlin və bəyin masasının yaxınında dayanan və məclisi idarə edən X5 adlı şəxs onu vurmuş və həmin şəxsin onun boyunun arxa hissəsinə endirdiyi zərbə nəticəsində o, yerə yıxılmış və özündən getmişdir. O, özünə gəldiyi zaman xəstəxanada olmuş və sonradan toy məclisində baş verənlərdən onun heç bir xəbəri olmamışdır. Həmin davadalaş təxminən bir neçə dəqiqə davam etmiş və toy məclisində iştirak edən şəxslər mübahisəyə şahid olmuşlar. O, Zərərçəkmiş şəxs vurmamış, əksinə Zərərçəkmiş şəxs özü onu vurmuş və X5 ilə birlikdə onu döymüşlər. Sonda, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, onun nümayəndəsini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayonu, Dərvişli kəndində ailəsi ilə birgə yaşayır. 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində onunla arvadı X1 toy məclisi təşkil edilmişdir. Təqsirləndirilən şəxs onun arvadının dayısı oğludur və o, həmin şəxsi S.M.Əsmətovanın qohumu kimi ilk dəfə toy məclisindən əvvəl həyata keçirilən “ciyər axşamı” adlanan məclisdə tanımışdır. Həmin toy məclisində həm oğlan, həm də qız tərəfinin qonaqları iştirak etmişdir. Həmin gün saat 20:35-də Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, toyda oğlan tərəfinin qonağı olan bir nəfər şəxsin sərxoş vəziyyətdə söyüş söydüyünü və sonuncunun toy məclisindən çıxarılmalı olduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs bəy olduğunu və şikayətini başqa adama deməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onun yanında qalmış və təkrarən eyni özləri ona təkrara etmişdir. O, həmin şəxsə onun yanından getməsini tələb etdikdən sonra Təqsirləndirilən şəxs qəflətən bir dəfə yumruqla onu vurmuşdur. O, əsəbləşərək ayağa qalxmış və özünümüdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs bir dəfə vurmuşdur. Həmin vaxt onu arxadan Təqsirləndirilən şəxs qardaşı Əliyev Fərhad vurmuş və digər qardaşı da onun üstünə hücum etmişdir. O, öz toyunda hər üç qardaş tərəfindən döyülmüşdür. O, Təqsirləndirilən şəxs barədə şikayətçidir, çünki həmin şəxs toy məclisində onu vurmasa idi, onun toyu da pozulmazdı. Bundan sonra isə ətrafda olan şəxslər onları sakitləşdirmişlər. Həmin dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Bundan başqa, o bildirdi ki, X5 onun qonağı olmuş və o, həmin şəxsin Təqsirləndirilən şəxs vurmasını və ya döyməsini görməmişdir. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ondan üzr istəməsə də və ona dəymiş maddi zərəri ödəməsə də, o, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan, azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X3 onun qızı, Zərərçəkmiş şəxs isə onun kürəkənidir. Təqsirləndirilən şəxs isə onun qardaşının oğludur. 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində tərəflərin toy məclisi baş tutmuş və həmin məclisdə həm oğlan, həm də qız tərəfinin qonaqları iştirak etmişlər. Təqsirləndirilən şəxs toy məclisində içkili olmuş və demək olar ki, özünü idarə edə bilməmişdir. O, həmin məclisdə bəy və gəlin masasının yaxınlığında əyləşdiyinə görə baş verən hadisəni dəqiq şəkildə görə bilmişdir. Belə ki, saat 20:35-də F.H.Zərərçəkmiş şəxsƏliyevə yaxınlaşmış və sonuncunun qulağına nəsə demişdir. Bundan sonra isə F.H.Zərərçəkmiş şəxsƏliyevə yumruqla zərbə endirmişdir. Bundan sonra isə toy məclisində qarışıqlıq baş vermiş və o, daha nələr baş verdiyini yəqin edə bilməmişdir. Çünki hadisə baş verən yerə dərhal ətrafda olan şəxslər toplaşmış və hər kəs bir-biri ilə dava etməyə başlamışdır. Sonradan isə ətrafda olan şəxslər, o cümlədən o özü mübahisə edən şəxsləri ayırmışlar. Həmin dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş və toy məclisində olan qonaqlar mübahisəyə şahid olmuşlar. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbə görə vurduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və X3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 25 dekabr 2022-ci il tarixdə, saat 20:35-də “Zirvə” şadlıq evində mübahisə edərək, bir-birini döyməsini, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vuraraq, sonuncuya xəsarət yetirdiyini təsdiq etdilər. İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 25 dekabr 2022-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, hadisə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq evinin İ mərtəbəsində baş vermişdir. Hadisə yerinə gündüz vaxtı, açıq hava şəraitində baxış keçirilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən maddi sübut və ya predmet aşkar edilməmişdir. Baxış zamanı hadisə yerində müşahidə və mühafizə kameraları müəyyən edilmiş və həmin kameralara baxış keçirilmiş, əldə edilən videogörüntülər götürülmüşdür. İş materiallarında olan canlı şəxsin ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 20 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təpə nahiyəsində küt travma müəyyən edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 25 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasının 08 iyun 2023-cü il tarixli, 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın selikli qişasında bir ədəd çapıq müəyyən edilmişdir. Həmin çapıq əzilmiş yaranın sağaldıqdan sonra yaranan izi olmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, yumruqla vurma nəticəsində yarana bilər, əmələ gəlmə müddəti 25 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X4 cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayət əməlinin bir qrup şəxs tərəfindən törədilməsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə Zərərçəkmiş şəxs barəsində cinayət təqibi başlanılmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əhatə olunmuş əməli törətməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 azyaşlı uşağın olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-169/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-169/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver