Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-17/2023 16.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 2001-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ”Azpetrol” məhdud məsuliyyətli cəmiyyətində yanacaqdoldurma məntəqəsinin operatoru işləyən, evli, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivi, Ü.Hacıbəyov küçəsi, 16B saylı evin 2 saylı mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bol market» ticarət obyektində, insanların çoxluq təşkil etdiyi yerdə heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs onun arvadına baxdığını əsas gətirərək, həmin şəxsi nalayiq sözlərlə söyərək və zərərçəkmiş şəxsi başı, əli və təpiklə vurmaqla Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinliyi, qançırı və yuxarı dodağın əzilmiş yarası, sol bud nahiyəsinin qançırı ilə nəticələnmiş zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, 27 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində, arvadı ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bol market» ticarət obyektindəkı mağazadan bazarlıq edərkən, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs gözlərini davamlı şəkildə onun arvadına zilləməsindən əsəbləşərək, həmin şəxslə mübahisə etmiş və daha sonra kəllə, yumruq və təpiklə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Lakin o, əsəblərinə hakim ola bilmədiyi üçün mağazanın ət bölməsində, vitrində olan bıçağı da götürərək, Zərərçəkmiş şəxs “sənin başını deşərəm” desə də bıçağı mağazaya ataraq, kassaya getmiş və aldığı məhsulların pulu ödəyərək, mağazanı tərk etmişdir. Lakin sonradan o, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxsdən üzr istəmiş, həmin şəxsə dəymiş zərəri ödəməklə barışıq əldə etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, həmin şəxsə barışıq əldə etdiyini, himayəsində olan atasının 3-cü qrup Qarabağ müharibəsi əlili olmasını və ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 27 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində, satıcı işlədiyi Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bol market» ticarət obyektində dayanıb müştərilərə xidmət edərkən, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs satışda olan toyuğun döş əti ilə maraqlandıqdan sonra yanındakı xanımla mübahisə etməyə başlamışdır. O, həmin şəxslərin mübahisə etdiklərini görüb, qeyri-iradi olaraq həmin şəxslərə tərəf baxmışdır. Bu zaman həmin Təqsirləndirilən şəxs onun baxmasına irad bildirirək, mağazanın digər bölməsinə keçmiş, bundan bir neçə saniyə sonra isə geri qayıdaraq, iki əli ilə onun yaxasından yapışmaqla, kəlləsi ilə onun sifət nahiyəsinə zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yumruq və təpiklə onu daha bir neçə dəfə onun vurmuş, bununla da sakitləşəməyərək, vitrində olan bıçağı götürərək, onu öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt mağazada olan şəxslər müdaxilə edərək, onu Təqsirləndirilən şəxs əlindən almış və həmin şəxsi hadisə yerindən uzaqlaşdırmışlar. Həmin vaxt ətrafda 8-10 nəfər olmuş, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsa yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bol market» ticarət obyektində satıcı işləyir. 27 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində, o, iş yerində olarkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs yanındakı xanımla onun xidmət etdiyi ət məhsulları satışı bölməsinə yaxınlaşmışdır. Həmin vaxt onun xahişi ilə onun iş yoldaşı həmin müştərilərə xidmət etmişdir. Lakin ona məlum olmayan səbəblərdən, Təqsirləndirilən şəxs ət məhsulları satışı bölməsini tərk etdikdən bir neçə saniyə sonra geri qayıdaraq, Zərərçəkmiş şəxs üzərinə hücum çəkmiş, həmin şəxsə kəlləsi, əli və təpiklə zərbələr endirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hətta vitrində olan bıçağı da götürərək, zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs hədələsə də, o, mağazada olan digər şəxslərin köməyi ilə, Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışdır. İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 27 noyabr 2022-ci il tarixli protokldan və məhkəmə iclasında baxış keçirimiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bol market» ticarət obyektində, Zərərçəkmiş şəxs ilə mübahisə edərək, həmin şəxsi vurmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 433 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər: burun nahiyəsinin şişkinliyi, qançırı və yuxarı dodağın əzilmiş yarası, sol bud nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 27 noyabr 2022-ci il tarixə uyğun gəlir və qərarda qeyd olunan şəraitdə törənə bilər. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, “Vətən Müharibəsi” iştirakçısı olmasını, “Suqovuşanın” azad edilməsi medalı ilə təltif edilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Zərərçəkmiş şəxs
Məhkəmə qərarları › İş №1(022)-17/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-17/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver