Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-17/2024 24.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, Ağayrı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 26 oktyabr 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə saat 08 radələrində Biləsuvar rayonu, Ağayrı kəndində yerləşən X1 işlətdiyi çay evinin qarşısından keçən asfalt küçədə, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan əkin sahəsinə gedən suyun qarşısını bağladığı üçün Zərərçəkmiş şəxs onu telefonda nalayiq ifadələrlə təhqir etməsini bəhanə edərək onunla mübahisə edib ucadan nalayiq ifadələrlə təhqir etmiş, daha sonra həmin mübahisəni davam etdirərək insanların çox olduğu yerdə Zərərçəkmiş şəxs üzərinə hücum edib sifət və baş nahiyələrinə bir-iki dəfə əllə zərbə vuraraq, onunla əlbəyaxa olmuş və buna görə də Zərərçəkmiş şəxs sağ gözaltı-almacıq nahiyəsində şişkinlik, qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər və başın sağ təpə nahiyyəsində qançır, alt dodağın selikli qişasında əzilmiş səthi yara, boyunun sağ yarısının ön səthində və sol dirsək oynağı nahiyəsində sıyrıq ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək öz hərəkətləri ilə ictimai qaydanın pozulmasını davam etdirərək 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayon, Ağayrı kəndində 5 il müddətinə icarəyə götürdüyü 2 ha əkin sahəsi vardır, həmin əkin sahəsinin bir hissəsinə yonca bitkisi, bir hissəsinə də pamidor əkmişdir. 12 iyun 2023-cü il tarixdə o, saat 17 radələrində əkin sahəsinin yaxınlığında olan zaman su mirabı Şahid5 qardaşı Nicatı görmüşdür. Eyni zamanda Taleh Hümbətov onların yanında olmuşdur. Həmin vaxt o, Nicatdan qardaşı Rövşənlə danışaraq əkin sahəsini suvarması üçün ona su verilməsini xahiş etmişdir. Buna görə də Şahid6 Şahid5 zəng vuraraq Təqsirləndirilən şəxs əkin sahəsini suvarmaq üçün su istədiyini bildirmişdir. Şahid5 qardaşı Şahid6 suyu ona verməyini tapşırmışdır. Bundan sonra onlar birlikdə suyun qarşısında quraşdırılmış dəmir bəndi qaldırmışlar və onun əkin sahəsinə suyu buraxmışlar. Daha sonra yaşadığı evə getmiş, evdən ərzaq götürmüş və yenidən əkin sahəsinə geri qayıtmışdır. O, əkin sahəsinə geri qayıdan zaman suyun əkin sahəsinə daxil olmadığını görmüşdür. O, buna görə də əkin sahəsinin baş hissəsində olan axar suyun üzərində quraşdırılmış bəndin yanına getmişdir. O, bəndin yanına çatan zaman bəndin açılmasını və həmkəndlisi Zərərçəkmiş şəxs əkin sahəsinə suyun getməsinin şahidi olmuşdur. O da buna görə su mirabı Şahid5 zəng vurmuş və suyun kimə verilməsini soruşmuşdur. Şahid5 də ona “suyu sənə vermişəm, əkin sahəni rahat suvar” sözlərini demişdir. O da buna görə Zərərçəkmiş şəxs əkin sahəsinə gedən suyun qarşısını kəsmiş və suyu öz əkin sahəsinə buraxmışdır. O, əkin sahəsinə suyu saat 20 radələrində buraxmışdır. O, həmin gecəni əkin sahəsinin yanında qalmış və əkin sahəsini suvarmışdır. 13 iyun 2023-cü il tarixdə səhər saat 07 radələrində o, əkin sahəsindən ayrılmış və yaşadığı evə getmişdir. Təxminən bir saat sonra Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuş və o da mobil telefonunu açmışdır. O, telefonu açan kimi Zərərçəkmiş şəxs əkin sahəsinə gedən suyun qarşısını kəsən şəxsin barəsində nəlayiq söyüşlər söyməyə başlamışdır. O da Zərərçəkmiş şəxs “əkin sahənə gedən suyun qarşısını mən bağlamışam” sözlərini demişdir. Zərərçəkmiş şəxs da ona “fərqi yoxdu kim olur-olsun” sözlərini deyərək söyüş söyməyə davam etmişdir. O da buna görə özünə məxsus olan QAZ-53 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxaraq, əkin sahəsinə getmək üçün hərəkətə başlamışdır. Eyni zamanda o, Mahirlə telefonla danışmağa davam etmişdir. Biləsuvar rayon, Ağayrı kəndinin mərkəzi asfalt küçəsində hərəkətdə olan zaman X1 işlətdiyi çay evinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə qarşılaşmışdır. O, Mahirə telefonda “avtomobili kənara çək saxla” sözlərini demişdir. Mahir də avtomobilini yolun kənarına çəkərək saxlamışdır. O da dərhal avtobildən düşərək, Mahirin avtomobilinə yaxınlaşmışdır. O, Mahirin avtomobilinə çatana kimi, Mahir də avtomobildən yerə düşmüş və avtomobilin arxa hissəsinə keçmişdir. O, Zərərçəkmiş şəxs çatan kimi bir dəfə sağ əli ilə sonuncunun sifətinin sağ nahiyyəsinə bir dəfə şillə ilə zərbə vurmuş və “telefonda söyüşlə danışma” sözlərini demişdir. Həmin vaxt Şahid1 Mahirin avtomobilin qabaq sağ hissəsindən düşmüş və onlara yaxınlaşmışdır. Şahid1 onların arasına girərək ayırmağa başlamışdır. Bundan istifadə edən Zərərçəkmiş şəxs öz avtomobili ilə getmiş və oradan gündəlik istifadə etdiyi bir ədəd çəliyi götürərək, onun başına zərbə vurmaq üçün çəliyi başına qaldırmışdır. O da özünü müdafiə etmək üçün sol qolunu yuxarı qaldırmış, nəticədə həmin çəlik onun qoluna dəyərək, xəsarət yetirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs həmin çəliklə vuraraq onun sağ qulağına xəsarət yetirmişdir. Daha sonra Elxan və hadisə yerinə sonradan gələn Asiman adlı kənd sakini onları ayırmışdır. O, da həmin vaxt öz avtomobilinə əyləşərək, hadisə yerindən uzaqlaşmışdır. Bir az sonra o, Mahirin polis şöbəsinə şikayət etməsini eşitmişdir. Hadisə Biləsuvar rayonu, Ağayrı kəndinin mərkəzi küçəsində, X1 çay evinin qarşısında baş vermiş, təxminən 3-4 dəqiqə davam etmiş və ətrafda Şahid1, Asiman və yoldan keçən tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı onun əlində vintaçan olmamış, o, sadəcə olaraq bir dəfə şillə ilə Zərərçəkmiş şəxs zərbə vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs bir dəfə şillə vurmuş və həmin şillə nəticəsində də Zərərçəkmiş şəxs huşunu itirməmişdir. Baş vermiş hadisə zamanı o, Zərərçəkmiş şəxs sinə cibində pul görməmiş və hadisə zamanı sonuncunun cibindən pul götürməmişdir, eyni zamanda hadisə yerinə pul düşməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. 12 iyun 2023-cü il tarixdə səhər saatlarında o, Biləsuvar rayon Su İstistmar İdarəsinə getmişdir. Həmin idarənin rəhbərliyi tərəfindən onun əkin sahəsinə su verilməsi üçün idarənin əməkdaşı Firsənd və Kənan adlı şəxslərə göstəriş verilmişdir. Həmin günü saat 11 radələrində o, həmkəndlisi Taleh Hümbətovla birlikdə əkin sahəsinə suyu buraxmışdır. Suyu buraxdıqdan sonra Taleh ona “sudan mənə də bir az ver, sənin də yerini suvarım” sözlərini deyərək ondan xahiş etmişdir. O da Taleh Hümbətovla razılaşmış və suyun bir hissəsini vermişdir. Daha sonra o, kəndə qayıtmışdır. Həmin günü saat 20 radələrində yenidən əkin sahəsinə baxmaq üçün geri qayıtmışdır. O, əkin sahəsinə baxan zaman su gəldiyini görmüşdür. Həmin vaxt Talehlə o, birlikdə suyun qarşısında bənd qurmuşlar və yüksək ərazilərə də su çıxarmışlar. 13 iyun 2023-cü il tarixdə saat 07 radələrində o, özünə məxsus olan “Nissan Trano” markalı, **-CB-*** nömrəli avtomobillə kənd sakini Şahid1 və Vüqar Həsənovla birlikdə İmişli rayonu heyvan bazarından Biləsuvar şəhərinə doğru gələn zaman Taleh ona zəng vurmuş və “kənd sakini Təqsirləndirilən şəxs sənin əkin sahənə gedən suyun qarşısını kəsmişdir” sözlərini demişdir. O da buna görə Salehin atası Şahid3 zəng vurmuş və oğlu Salehin suyunu kəsməsi barədə məlumat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona zəng vurmuş və “sənin suyunu mən bağlamamışam, Fariz bağlamışdır” sözlərini demişdir. O da Farizə zəng vurmuş və suyun qarşısını kəsib-kəsmədiyini soruşmuşdur. Fariz də ona suyun qarşısını kəsmədiyini bildirmişdir. O da buna görə Taleh Hümbətova zəng vurmuş və Taleh ona hazırda su Salehin əkin sahəsinə getməsini demişdir. O, daha sonra Təqsirləndirilən şəxs zəng vurmuş və suyu bağlamaq üçün əkin sahəsinə getdiyini demişdir. Saleh də onu söyüb, ölümlə hədələyərək suyun qarşısını bağlamamasını demişdir. Daha sonra o, Nəsimi kəndi ilə Ağayrı kəndi arasında olan bir yerdə Vüqarı düşürmüşdür. Şahid1la birlikdə o, kəndə daxil olmuşdur. O, mərkəzi küçə ilə kəndin içərisinə doğru avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi QAZ- 53 markalı yük avtomobili ilə onunla əks istiqamətdə gəldiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobili saxlamaqla bağlı əl işarəsi etmiş, lakin o, avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Amma yanında olan Şahid1 düşməsi üçün təxminən 100 metr irəlidə yolun sağ kənarında İsmayıl adlı şəxsin işlətdiyi kafenin qarşısında saxlamış, lakin həmin vaxt səhər tezdən olduğu üçün kafe bağlı olmuşdur. Şahid1 avtomobildən düşən zaman avtomobilin qapısını Təqsirləndirilən şəxs açmış və əlində olan vintaçanla onun sifətinin sağ nahiyyəsindən bir dəfə zərbə vurmuş, daha sonra onu əli ilə özünə tərəf çəkərək avtomobildən düşürdərək başına, ənsə nahiyyəsinə və dodaq nahiyyələrinə də bir neçə dəfə yumruq zərbələri vuraraq onu döymüşdür. Zərbələrin nəticəsində o, huşunu itirmişdir. Bir az sonra o, özünə gəlib, hadisə yerindən uzaqlaşmaq istəyən zaman kənd sakini Asiman adlı şəxsin onu Təqsirləndirilən şəxs ayırmağa çalışdığını görmüşdür. Daha sonra hadisə barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Hadisə Biləsuvar rayon, Ağayrı kəndi, mərkəzi küçələrin birində, İsmayıl adlı şəxsin işlətdiyi çay evinin qarşısında təxminən 10-15 dəqiqə davam etmiş, ətrafda çoxlu kənd sakinləri olmuş, lakin hamısını tanımır. O, hadisə günü İmişli rayonunda yerləşən heyvan bazarına Vüqar və Elxanla birlikdə 31 (otuz bir) baş qoyun aparmışdır. Həmin heyvanların 29 başını satmış və ümumilikdə 8000 (səkkiz min) manat pul əldə etmişdir. Həmin pulun 1200 (min iki yüz) manatını ayırmış, çünki Aqşin və Şəhriyar adlı şəxslərə verəcəyi olmuş, 6800 (altı min səkkiz yüz) manat pulu da əynində olan köynəyin sinə cibinə qoymuşdur. Hadisə zamanı əynində olan köynəyin sinə cibi cırılmışmış və hadisə vaxtı o, özündən getdiyi üçün pulu Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hadisə zamanı o, özü avtomobildən düşə bilməmiş və Təqsirləndirilən şəxs ona ardıcıl zərbələr vurduğu üçün heç bir hərəkət edə bilməmiş, buna görə də Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertiza rəyində göstərilən sağ gözaltı-almacıq nahiyəsində şişkinlik, qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma xəsarətlərini Təqsirləndirilən şəxs əlində sarı rəngli vintaçanı tutaraq arxa hissəsi ilə sifətinin sağ tərəfinə vuraraq xəsarət yetirmişdir. Başın sağ təpə nahiyyəsində qançır, alt dodağın selikli qişasında əzilmiş səthi yara, boyunun sağ yarısının ön səthində və sol dirsək oynağı nahiyyəsində sıyrıqları xəsarətlərini isə yenə də əlində olan vintaçanın arxa hissəsi ilə vurub yetirmiş və dirsəyini də onu avtomobildən düşürdən zaman əzmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə etməklə ona vurulmuş zərərəi ödəmədiyinə görə onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. O, Birinci Qarabağ müharibəsində iştirak etmiş və orada olan zaman sağ ayağının bir hissəsini tamamilə itirmiş və sol ayağının topuq nahiyəsinin isə toxumaları məhv olmuşdur. Biləsuvar rayon, Ağayrı kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müraciətləri ilə tanış olmuşdur. Təqsirləndirilən şəxsla o, kənd sakini kimi münasibəti var, Zərərçəkmiş şəxs isə onun oğlunun kirvəsidir. 13 iyun 2023-cü il tarixdə 01 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə İmişli rayonunda yerləşən mal bazarına getmişdir. Həmin vaxt o, bazara bir neçə baş qoyun-quzu almaq üçün getmiş, lakin bazarda münasib qiymətə heyvan tapa bilmədiyi üçün ala bilməmişdir. Həmin günü səhər saat 08 radələrində Mahirlə o, artıq Biləsuvar rayonu, Ağayı kəndinə çatmışlar. Həmin vaxt bazarın arxasında qoşqusu olan Nissan markalı avtomobili ilə getmiş, qoşquda bir neçə baş qoyun-quzu olmuş, lakin dəqiq sayını bilməmişdir. Bazarda olan zaman Mahir həmin heyvanlardan satmış, lakin bir-iki başını sata bilmədiyi üçün kəndə qaytarmışdır. Həmin günü onların evinin yaxınlığında, kəndin mərkəzində Zərərçəkmiş şəxs avtomobili saxlamış və avtmobildən düşərək piyada yaşadığı evə getmişdir. O, həyətə daxil olduqdan sonra küçədə səs-küy eşitmiş və dərhal küçəyə çıxmışdır. O, küçəyə çıxdıqdan sonra Zərərçəkmiş şəxsla kənd sakini Təqsirləndirilən şəxs mübahisə etmələrini və kənd sakinlərinin də onları ayırmalarını görmüşdür. Hadisə zamanı Salehin əlində vintaçan görməmiş və Mahirin huşunu itirməsini görməmişdir və elə bir hadisə olmamışdır. Hadisə zamanı Salehin Mahiri vintaçanla vurmasını görməmişdir. Bundan başqa hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çəliklə vurmasını görməmişdir. O, Zərərçəkmiş şəxs cibində nə qədər pul olmasını bilməmiş, eyni zamanda hadisə zamanı Mahirin cibindən yerə pul düşməmiş və yerdə pul görməmişdir. O, avtomobildə olan zaman və avtomobildən düşən zaman Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs əlində olan vintaçanla vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. 13 iyun 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus QAZ-53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə əkin sahəsinə getmək üçün yaşadığı evdən çıxmışdır. Biləsuvar rayon, Ağayrı kəndinin mərkəzi küçəsi ilə Biləsuvar-Bəhrəmtəpə yolu istiqamətində hərəkətə başlamışdır. O, hərəkətdə olan zaman kənd sakini Təqsirləndirilən şəxs özünə məxsus QAZ-53 markalı avtomobillə onu ötüb keçmişdir. Təxminən 3-4 dəqiqə sonra o, Təqsirləndirilən şəxs avtomobilinin yolun sağ kənarında dayanmasını görmüşdür. O da nə baş verməsini başa düşmək üçün avtomobili saxlamışdır. O, avtomobildən düşən zaman kənd sakini Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs qarşılıqlı olaraq bir-birilərini təhqir etmələrinin şahidi olmuşdur. O, həmin vaxt Salehin qoluna girərək öz avtomobilinə tərəf gətirib avtomobilə əyləşdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmışdır. O da avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində vintaçan görməmiş və Zərərçəkmiş şəxs da hadisə zamanı huşunu itirməmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çəliklə vurmasını görməmiş və hadisə zamanı Mahirin əlində çəlik olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs cibindən yerə pul düşməmiş və yerdə pul görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. 13 iyun 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs ona zəng edərək əkin sahəsinə gedən suyun qarşısını bağlayan şəxslər barəsində nəlayiq ifadələr işlətməyə başlamışdır. O da Zərərçəkmiş şəxs suyun qarşısının kim tərəfindən kəsilməsini soruşan zaman sonuncu ona suyun qarşısının oğlu Təqsirləndirilən şəxs tərəfindən kəsilməsini bildirirərək oğlunun barəsində nəlayiq ifadələr işlətmişdir. Buna görə də o, yaşadığı evdən çıxmış və Mahirin işlətdiyi kafeyə getmişdir. Həmin vaxt Mahir kafedə olmamış, o da buna görə işlədiyi X11 İstismar idarəsinə getmişdir. Həmin günü saat 10 radələrində Zərərçəkmiş şəxs ona yenidən zəng vurmuş və oğlu Saleh barəsində nəlayiq ifadələr işlətmişdir. O da buna görə Mahirin işlətdiyi kafeyə getmişdir. O, kafeyə çatan zaman Zərərçəkmiş şəxs kafedə olmasını və yanında da bir neçə polis əməkdaşının olmasını və Zərərçəkmiş şəxs həmin vaxt ərizə yazmasını görmüşdür. O, Zərərçəkmiş şəxs salam vermiş, lakin sonuncu onun salamına cavab verməmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmasını bilmişdir. O, Zərərçəkmiş şəxs “oğlum Salehdən şikayət ərizəsi yazma” sözlərini deyərək xahiş etmiş, lakin Zərərçəkmiş şəxs ona qulaq asmamış və şikayət ərizəsi yazmışdır. O da buna görə oradan ayrılmış və iş yerinə getmişdi. Daha sonra baş verən proseslərdən məlumatı olmamışdır.Zərərçəkmiş şəxsla oğlu Təqsirləndirilən şəxs arasında olan dava-dalaşı görməmişdir. O, hadisəni görmədiyi üçün kimin kimi nə ilə vurmasını görməmiş, sadəcə olaraq Zərərçəkmiş şəxs ərizə verən zaman heç bir xəsarəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin, Səmədabad PB-nin sahənin polis nəfəri vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 12 iyun 2023-cü il tarixdə o, Biləsuvar RPŞ-nin, Səmədabad PB-də əməliyyat istintaq qrupunun üzvü olmuşdur. 13 iyun 2023-cü il tarixdə saat 08:29 radələrində Biləsuvar rayon, Ağayrı kənd sakini Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə müraciət edərək həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmişdir. Bu müraciət əsasında o, Səmədabad PB-nin polis nəfəri İsmayıl Xanəhmədov və sürücü Azər Quliyev ilə birlikdə novbətçi hissəsinin “CHEVROLET NİVA” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləsuvar rayonu, Ağayrı kəndinə getmişlər. O, həmin vaxt Zərərçəkmiş şəxsla əlaqə saxlamış və sonuncunun olduğu Biləsuvar rayon, Ağayrı kənd ərazisində yerləşən özünün işlətdiyi kafeyə getmişlər. Onlar kafeyə çatan zaman Zərərçəkmiş şəxs kafenin həyətində oturmasını görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs ərizə almış və daha sonra sonuncunu Biləsuvar rayon polis şöbəsinə yönləndirmişdir. Bundan sonra onlar hadisə yerindən uzaqlaşmışlar və onun daha sonra baş verən proseslərdən məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs sifətinin sağ nahiyyəsində, gözaltı nahiyyəsində, ənsə nahiyyəsində və dodaq nahiyyələrində xəsarətlər görmüşdür. O, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş verən dava-dalaşı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. Onun qardaşı Şahid5 İsmətli X5 su paylayıcı vəzifəsində işləyir. O, özü də kənd ərazisində əkin sahələrini suvarır və buna görə də pulunu alır. 12 iyun 2023-cü il tarixdə təxminən saat 19 radələrində kənd sakini Təqsirləndirilən şəxs ona zəng vurmuş və əkin sahəsini suvarmaq istədiyini bildirmişdir. O da Salehə “əkin sahəni suvarmaq istəyirsənsə, qardaşım Rövşənə zəng vur” sözlərini demişdir. Biraz sonra qardaşı Şahid5 ona zəng vurmuş və Salehə əkin sahəsini suvarması üçün köməklik göstərməyini xahiş etmişdir. O da buna görə Salehin əkin sahəsinə su ötürmək üçün su kanalının üzərində quraşdırılmış dəmir bəndi o, Təqsirləndirilən şəxs və kənd sakini Taleh Hümbətovla birlikdə yuxarı qaldırmışlar. Daha sonra o, oradan atla uzaqlaşmış və əvvəlcədən suvardığı əkin sahəsinə geri dönmüşdür. Daha sonra baş verən proseslərdən məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs su verən zaman orada Zərərçəkmiş şəxs olmamış və su təzə gəldiyi üçün heç kimin sahəsinə getməmişdir. Baş vermiş hadisəni görməmiş və hadisə barədə məlumatı olmamışdır. İş materiallarında olan Biləsuvar rayon MTE və PA ETT-in xx.xx.2023-cü il tarixli 500 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ gözaltı-almacıq nahiyəsində şişkinlik, qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma, başın sağ təpə nahiyyəsində qançır, alt dodağın selikli qişasında əzilmiş səthi yara, boyunun sağ yarısının ön səthində və sol dirsək oynağı nahiyyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ gözaltı-almacıq nahiyəsində şişkinlik, qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma vahid kompleks təşkil sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının (2011-ci il təvəllüdlü X6, 2013-cü il təvəllüdlü X4, 2018-ci il təvəllüdlü X2) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç nəfər azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(022)-17/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-17/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver