Məhkəmə qərarları › İş №1(022)-171/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-171/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-171/2024 27.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Naxçıvan MR-nin, Şərur rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR-nin Şərur rayonunun Dəmirçi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan, barəsində 05 avqust 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -6,078 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 03 avqust 2024-cü il tarixdə saat 18:00 dəqiqədə Biləsuvar rayon, Gömrük dairəsinin yaxınlağında quraşdırılmış, üzərində “İran sərhədi” sözləri yazılmış yol nişanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq və üzərinə yoxlama keçirilərkən əynindəki şalvarın arxa sol cibindən bir ədəd qara rəngli sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi -6,078 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Naxçıvan MR-nın Şərur rayonunun Dəmirçi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrdən istifadə etməmiş və bununla bağlı məhkumluğu olmamışdır. Bir neçə il bundan əvvəl yaşadığı Naxçıvan MR-nın Şərur rayonundan çıxmış və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan yeznəsi, eyni zamanda xalası oğlu olan Vitalikin evinə gəlmiş və orada qonaq kimi qalmışdır. Bakı şəhərində fəhləlik edərək yaşamışdır. 03 avqust 2024-cü il tarixdə Şuşa rayonuna işləmək üçün gedərkən Biləsuvar rayonuna gəlmişdir. Onun telefonuna tanımadığı nömrədən zəng gəlmiş və ona bildirmişlər ki, sərhədə yaxın ərazidə bir bağlama var həmin bağlamanı Bakı şəhərinə apararsa ona beş manat pul verəcəklər. O da pulu onun hsabına atarlarsa bağlamanı tapıb aparasağını bildirmişdir. Ona pul gəlmədiyinə görə qayıdarkən yolu səhv saldığından tanımadığı ərazidə oturub maşın gözləmişdir. Həmin vaxt ona polis işçiləri yaxınlaşmışlar. Ona narkotik vasitənin dövriyyəsində şübhəli bilindiyini bildirərək üzərində narkotik vasitə və qadağan olunmuş hər hansı maddə və predimet varsa təqdim etməsini demişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis işçilərinin ona təsir göstərməsi ilə əlaqədar onların ona verdiyi narkotik vasitə marixuananı onlara təqdim etmişdir. Bu barədə heç kəsə heç nə deməmişdir. Hazırda isə məhkəməyə məlumat verir. Təqsirləndirilən şəxs sonradan məhkəmə baxışında məhkəməyə ərizə təqdim edərək elan olunmuş ittihamda özünü təqsirli bildiyini, onun heç kəsdən şikayəti və tələbinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin göstərmişdir ki, 01 avqust 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yol kənarı ilə piyada hərəkətdə olan zaman bir ədəd qara rəngli sellofana bükülmüş bükülü görmüş və maraqlı gəldiyi üçün həmin bükülünü götürmüşdür. Bükülünün içərisinə baxan zaman içərisindən narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin bükülünü daha sonra istifadə etmək üçün cibinə qoymuşdur. 03 avqust 2024-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsindən tanımadığı taksiyə əyləşərək işğaldan azad olunmuş ərazilərdə işləmək üçün yola çıxmışdır. Təxminən bir neçə saat sonra Biləsuvar rayonu ərazisində taksidən düşmüşdür. Biləsuvar rayonuna ilk dəfə gəldiyi üçün yaxşı tanımamışdır. Buna görə də tanımadığı küçələrin birində işğaldan azad olunmuş ərazilərə getmək üçün taksi axtaran zaman polis əməkdaşları ona videoçəkiliş aparmaqla yaxınlaşmışlar və saxlamışlar. Daha sonra özlərini təqdim etdikdən sonra hüquqularını izah edib üzərinə baxış keçirmək istədiklərini demişlər. O da üzərində 01 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsindən tapdığı içərisində marixuana olan bükülünü əynindəki şalvarın arxa sol cibindən çıxarıb təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb, baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olmasını və elekron tərəzidə çəkilən zaman -7,97 qram olması müəyyən edilmişdir. Bundan sonra onu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb, Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün X3 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra o, müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin istifadə etmək imkanı olmamışdır. Belə ki, onun həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq fikri olmamışdır. Ailə üzvlərindən və tanışlarından heç kim narkotik vasitə qurudulmuş marixuananı qəbul etməyi və üzərində daşımağı barədə məlumatları olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan əvvəlcədən istifadə etməmişdir. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. Naxçıvan MR-ın Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 03 avqust 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Talıb İsayev, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, RPŞ-nin Səmədabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə, saat 18:00 radələrində Biləsuvar rayonu Gömrük yolunda yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 tərəfindən «Xiaomi» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sol cibindən 1 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd Xiaomi markalı mobil telefon, 1 (bir ) ədəd 5239 1517 9291 9899 nömrəli plastik bank kartı, 1(bir) ədəd sürücülük vəsiqəsi və 27 (iyirmi yeddi) AZN pul aşkar olununmuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi -7,97 qram (yeddi tam yüzdə doxsan yeddi qram) olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Xiaomi markalı mobil telefon, 1 (bir) ədəd 5239 1517 9291 9899 nömrəli plastik bank kart götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni 3-4 gün bundan qabaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanması Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd DVD diski əlavə olunmuşdur. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Surac Əhmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqda hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil Mehman Mütəllimov dəvət edilmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə, saat 18:00 dəqiqədə Biləsuvar rayonu Gömrük yolunda yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 tərəfindən «Xiaomi» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sol cibindən 1 (bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd Xiaomi markalı mobil telefon, 1 (bir ) ədəd 5239 1517 9291 9899 nömrəli plastik bank kartı, 1(bir) ədəd sürücülük vəsiqəsi və 27 (iyirmi yeddi) AZN pul aşkar olununmuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi -7,97 qram (yeddi tam yüzdə doxsan yeddi qram) olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Xiaomi markalı mobil telefon, 1 (bir) ədəd 5239 1517 9291 9899 nömrəli plastik bank kart götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni 3-4 gün bundan qabaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerdən tapmasını və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD diski əlavə olunmuşdur. Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsində, saxlamasında, istifadəsində və daşınmasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirləri keçirilərək 03 avqust 2024-cü il tarixdə saat 18:00 radələrində Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq üzərinə baxış keçirilmiş və üzərindən 01 ədəd qara rəngli sellofana bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək qablaşdırılıb götürülmüş və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) ədəd qara rəngli sellofanda yaşıl rəngli, spesifik iyə məxsus qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra aşkar edilmiş kütlə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 7,97 qram olması müəyyən edilərək yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntüdə təhqiqata təqdim olunan qurudulmuş marixuanaya bənzər kütlənin Təqsirləndirilən şəxs tərəfindən əynində olan boz rəngli şalvarının arxa sol cibindən çıxardıb təqdim edərək həmin kütləni yol kənarından tapdığını bildirməsi və aşkar olunmuş kütlənin büküldüyü qara rəngli sellofanla birlikdə Təqsirləndirilən şəxs saxlanıldığı Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında yol kənarında elektron tərəzidə çəkilərək çəkisinin 7,97 qram olması müəyyən edilərək qablaşdırılıb götürülməsi müşahidə edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD diski əlavə olunmuşdur. Məhkəmədə 03 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman çəkilmiş videogörünütülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə, saat 18:00 radələrində Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında saxlanımışdır. Ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4, Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirak etmişdir. Üzərinə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sol cibindən 1(bir) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 1(bir) ədəd Xiaomi markalı mobil telefon, 1(bir ) ədəd 5239 1517 9291 9899 nömrəli plastik bank kart, 1(bir) ədəd sürücülük vəsiqəsi və 27 (iyirmi yeddi) AZN pul aşkar olunundu. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7,97 qram (yeddi tam yüzdə doxsan yeddi) olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Xiaomi markalı mobil telefon, 1(bir) ədəd 5239 1517 9291 9899 nömrəli plastik bank kart götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni 3-4 gün bundan qabaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 04 avqust 2024-cü il tarixli 19/596 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -6,078 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 6,078 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 5,978 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 6,078 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 5,978 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2024-cü il tarixli 643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan Asılılıq Sindromu (Narkomoniya Xəstələyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 avqust 2024-cü il tarixli 2314 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Quliyev X1 MR Hərbi məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 03 il azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hal əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 03 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 avqust 2024-cü il saat 15:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan MR-nin Şərur rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 avqust 2024-cü il tarixli 643 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 5,978 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıdakıları nəzərə alaraq və CPM-in 132, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 avqust 2024-cü il tarixindən 05 avqust 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan MR-nin Şərur rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,978 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar