Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-173/2023 21.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyinin Tikinti və təchizat şöbəsinin texniki vəzifəsində işləyən, Vətən Müharibəsi iştirakçısı, Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsində yerləşən 112 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktorunun 27 yanvar 2021-ci il tarixli, 2300/022Ş əmri ilə “Azərterminalkompleks” Birliyinin Tikinti və Təchizat şöbəsinin texniki vəzifəsinə təyin edilərək, Dövlət Gömrük Komitəsinin sədrinin 02 fevral 2021-ci il tarixli, 1000/119Ş nömərli əmri ilə Cənub Ərazi Baş Gömrük İdarəsinin X2 təhkim edilməklə həmin vəzifədə işləyərkən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs işlə təmin edilməsinə köməklik göstərilməsi üçün özünə müraciəti ilə əlaqədar, 2023-cü ilin fevral ayında ünvan 1 ünvanında görüşləri zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunun rəhbərliyi ilə yaxın münasibətlərinin olduğunu, güya Zərərçəkmiş şəxs Cənub Ərazi Baş Gömrük İdarəsinin X2 təhkim edilməklə “Azərterminalkompleks” Birliyinin Tikinti və Təchizat şöbəsinə texniki vəzifəsinə, gömrük xidməti giziri rütbəsi ilə işlə təmin ediləcəyinə nail olacağını, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu X1 rəhbər vəzifədə işləyən səlahiyyətli şəxsə maddi nemət olan 6.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləcəyini, həmin puldan özünə təxminən 200-300 manat məbləğində pul çatacağını bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 01 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində 6.000 manat pul vəsaitini alıb, şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 6.000 manat pul vəsaitini ələ keçirib, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və bir övladı var. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onlar Vətən müharibəsi dövründə tanış olmuşlar və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə birgə döyüşmüşlər. Həmin vaxtdan sonra da həmkəndli olduqları üçün onların münasibətləri davam etmişdir. O, 2018-ci ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin əməkdaşı olmuş və 2019-cu ilin may ayında Cənub Ərazi Baş Gömrük İdarəsinə, 2021-ci ildə isə Cənub Ərazi Baş Gömrük İdarəsinin X2 təhkim edilmişdir. 2023-cü ilin avqust ayında o, işdən çıxarılaraq sərəncama götürülmüşdür. O, Zərərçəkmiş şəxs işlədiyi “Azərterminalkompleks” birliyinin Tikinti və təhcizat şöbəsinə texnik, gömrük xidməti giziri kimi işə düzəldəcəyini bildirərək, həmin şəxsin 6.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilə münasibətləri olduğu üçün onlar tez-tez görüşmüşlər və həmin görüşlərin birində sonuncu işsiz olduğunu və iş axtardığını ona bildirərək, iş tapmaqda kömək etməsini ondan xahiş etmişdir. 25 fevral 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və həyətdə ikisi birlikdə söhbət etməyə başlamışlar. O, həmin söhbət əsnasında Zərərçəkmiş şəxs özünün hazırda işlədiyi yerdə sonuncuya da iş tapa biləcəyi barədə yalan demişdir. Lakin onun həmin vaxt əsas məqsədi maddi vəziyyəti aşağı olduğuna görə Zərərçəkmiş şəxs pul əldə etmək olmuşdur. O, Zərərçəkmiş şəxs təhkim olunduğu Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunun rəhbərliyi ilə yaxşı münasibətləri olduğunu, Biləsuvar gömrük postunun rəisi Şahid2 köməkliyi ilə sonuncunu gömrük xidməti giziri kimi işə düzəldə biləcəyini və bu köməyinin qarşılığında isə 6.000 manat məbləğində pul vəsaitinin Şahid2 verilməli olduğunu Zərərçəkmiş şəxs bildirərək, yalan söyləmişdir. O, həmin vaxt Biləsuvar gömrük postunun rəisi Şahid2 adını Zərərçəkmiş şəxs ona inanması məqsədi ilə söhbət vaxtı qeyd etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs həmin məbləğdən ona təxminən 200-300 manat pul çatacağını, işə bir ay sonra düzələcəyini və işlədiyi müddət ərzində təxminən 1000-1200 manat əmək haqqı alacağını, habelə əlavə qazancının da olacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona hazırda həmin miqdarda pulunun olmadığını, onun təklifi barədə düşünüb, qərar verəcəyini və onu məlumatlandıracağını bildirmişdir. O, daha sonra Zərərçəkmiş şəxs ilə sağollaşaraq, sonuncunun yaşadığı evi tərk etmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***- **-** GSM nömrəli mobil telefona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. O, həmin zəngdən sonra 01 mart 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. Onlar həyətdə təklikdə görüşmüşlər. O, Zərərçəkmiş şəxs təkrarən yalan vədlər verərək, sonuncunu özünün çalışdığı yerdə işlə təmin edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bundan sonra ona 6.000 manat məbləğində pul vəsaitini ona vermişdir. O da pulu qəbul edib saymış və cibinə qoymuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs yalandan bildirmişdir ki, həmin pul vəsaitini Biləsuvar gömrük postunun rəisi Şahid2 verəcək və 1 ay ərzində, yəni 2023-cü ilin mart ayının sonunda işlə təmin olunacaqdır. O, inandırıcı olması üçün Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona sonuncu pulunu ona verdiyini və bu məsələ barədə bir az narahat olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs inandırmaq məqsədi ilə həmin gün bir kağız vərəqə üzərində öz xətti ilə sonuncuya işə düzəlməyinə köməklik göstərdiyini və həmin məqsədlə ondan 6.000 manat məbləğində pul aldığını yazmış, habelə həmin kağız parçasını imzalamışdır. Bundan sonra onlar sağollaşmış və o, həmin vaxt Zərərçəkmiş şəxs 10-15 gün ərzində sonuncunu Azərbaycan Respublikası DGK-yə çağıracaqlarını bildirmişdir. Həmin müddətdə 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs heç bir xəbər çıxmadığını görüb, onunla telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. O, bir neçə dəfə Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə danışmış və sonuncuya səbrli olmasını, tezliklə işə dəvət ediləcəyini bildirmişdir. O, həmin vədləri ilə vaxtı uzatmağa çalışmış və daha sonra Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayında Cəlilabad şəhərində onunla görüşmüş və həmin görüş zamanı daha işə ehtiyacı olmadığını və pulunu geri qaytarmasını ona bildirmişdir. O, Zərərçəkmiş şəxs bankdan kredit götürüb onun pulunu geri qaytaracağını bildirmişdir. Lakin o, Zərərçəkmiş şəxs ona verdiyi 6.000 manat məbləğində pul vəsaitini sonuncuya geri qaytara bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs 2023-cü ilin may ayının əvvəllərində Cənub Ərazi Baş Gömrük İdarəsinə onun barəsində şikayət etmişdir. Bundan başqa, o bildirdi ki, Zərərçəkmiş şəxs ilə görüşü zamanı qəsdən Biləsuvar gömrük postunun rəisi Şahid2 adını çəkmişdir. Şahid2 məsələ barədə heç bir məlumatı olmamışdır, həmçinin onun Zərərçəkmiş şəxs işə düzətmək niyyəti olmamış, yalnız həmin vaxt maddi vəziyyəti aşağı olduğuna görə pula ehtiyacı olmuş və həmin ehtiyacını sonuncudan aldığı pul vəsaiti ilə qarşılamışdır. Onunla Zərərçəkmiş şəxs arasında baş tutmuş söhbətlərdə onların ikisindən başqa hər hansı üçüncü şəxs iştirak etməmişdir. O, hazırda törətdiyi əməldən peşmandır və yaxın Zərərçəkmiş şəxs pulunu qaytarmışdır. O, hazırda həmin pulu zərərçəkmiş şəxsə qaytarmaqla, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onlar Vətən müharibəsi dövründə tanış olmuşlar və Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə birlikdə döyüşmüşlər. Həmin vaxtdan sonra da həmkəndli olduqları üçün onların münasibətləri davam etmişdir. Onun Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində çalışmasından xəbəri olmuşdur. O, dəfələrlə Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin görüşlər zamanı o, sonuncuya işsiz olduğunu bildirmiş və ona iş tapmaqda kömək etməsini xahiş etmişdir. 25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı evə gəlmiş və o və atası sonuncunu qarşılamışlar. Bundan sonra o və Təqsirləndirilən şəxs təklikdə həyətdə söhbət etmişlər. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs ona öz işlədiyi yerdə texnik, gömrük xidməti giziri kimi onu işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona Biləsuvar gömrük postunun rəhbərliyi ilə yaxşı münasibətləri olduğunu və rəis Şahid2 ona işə düzəlməkdə kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin işin baş tutması üçün onun Şahid2 6.000 manat məbləğində pul verməli olmasını, lakin işlədiyi zaman aylıq təxminən 1000- 1200 manat əmək haqqı alacağı, bundan başqa əlavə qazancları da olacağı üçün həmin pulu özündə bərpa edəcəyini də ona söyləmişdir. Həmçinin Təqsirləndirilən şəxs 6.000 manat məbləğində puldan özünə cəmi 200-300 manat pul çatacağını demişdir. O, Təqsirləndirilən şəxs hazırda həmin məbləğdə pulu olmadığını, düşünüb qərar verəcəyini bildirmiş və onlar sağollaşmışlar. Bundan sonra o, atası Şahid1 ilə məsləhətləşmiş və sonuncu ona Təqsirləndirilən şəxs təklifini qəbul etməsini bildirmişdir. Onun atası Şahid1 bundan sonra tikintidə işlədiyi vaxt yığdığı puldan 6.000 manat ona vermişdir ki, həmin pul vəsaitini Təqsirləndirilən şəxs versin. Bundan sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəli mobil telefona zəng edərək, sonuncu ilə görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdə axşam saatlarında onların yaşadığı evə gəlmiş və onlar həyətdə təklikdə görüşmüşlər. Təqsirləndirilən şəxs bir daha onu işə düzəldəcəyi barədə bütün məlumatları ona söyləmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs 6.000 manat məbləğində pulu vermiş və sonuncu həmin pulları sayaraq, cibinə qoymuşdur. Təqsirləndirilən şəxs ona həmin pul vəsaitini Şahid2 təqdim edəcəyini və 1 ay ərzində onu işə çağıracaqlarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini də almışdır. O, həmin pul vəsaitini Təqsirləndirilən şəxs verdiyi zaman sonuncuya axırıncı pulunu ona verdiyini və başqa pulu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra kağız vərəqə üzərində öz xətti ilə onun işə düzəlməsinə kömək etdiyini və bunun müqabilində ondan 6.000 manat pul vəsaiti aldığını yazmış və imzalamışdır. O, Təqsirləndirilən şəxs barədə şiakyət etdiyi zaman həmin qəbzi də təqdim etmişdir. Həmin vaxtdan 1 ay keçmiş, lakin onunla heç kim əlaqə saxlayaraq, işə dəvət etməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs dəfələrlə zəng vuraraq, iş barədə maraqlansa da, sonuncu hər dəfə vaxt qazanmağa çalşaraq, onu müxtəlif bəhanələrlə aldatmış və səbr etməli olmasını bildirmişdir. O, hər dəfə Təqsirləndirilən şəxs inanmış və dövlət işi olduğuna görə gecikmələrin olmasının normal olduğu qənaətinə gəlmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş və o, başa düşmüşdür ki, sonuncu onu aldatmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə Cəlilabad şəhərində görüşmüş və daha ona iş lazım olmadığını bildirərək, sonuncudan verdiyi pul vəsaitini geri qaytarmağını tələb etmişdir. Təqsirləndirilən şəxs ona bankdan kredit götürüb onun pulunu qaytaracağını bildirsə də, sonuncu pulunu qaytarmamış və buna görə də o, X2 getmiş və sonuncunu orada tapa bilməmişdir. O, 2023-cü ilin may ayının əvvəllərində rəsmi ərizə ilə Cənub Ərazi Baş Gömrük İdarəsinə Təqsirləndirilən şəxs onu aldatması və ondan 6.000 manat məbləğində pul alması barədə şikayət etmişdir. Bundan başqa, o bildirdi ki, Şahid2 adlı şəxsi o, şəxsən tanımır və həmin şəxslə heç vaxt görüşməmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir, təqsirləndirilən şəxs ona vurulmuş zərəri aradan qaldırdığına görə o, Təqsirləndirilən şəxs ilə barışmışdır və təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin baş inspektoru vəzifəsində işləyir. O, Ə.M.X3 Komitəsinin “Azərterminalkompleks” Birliyinin texniki kimi tanımışdır. O, zərərçəkmiş Zərərçəkmiş şəxs yalnız həmin şəxs Təqsirləndirilən şəxs barədə şikayət etdikdən sonra tanımışdır. Onun Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunu işə düzəltmək vədi ilə 6.000 manat məbləğində pul vəsaitini mənimsəyərək, dələduzluq etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun adından sui-istifadə etmiş və xəbəri olmadığı halda onun adından Zərərçəkmiş şəxs pul almışdır. Onun nə Təqsirləndirilən şəxs ilə, nə də Zərərçəkmiş şəxs ilə aralarında heç bir şəxsi münasibət olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 05 dekabr 2018-ci il tarixli, 2300/899Ş nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım xidmətinin fəhləsi vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 22 may 2019-cu il tarixli, 1000/527Ş nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cənub Ərazi Baş Gömrük İdarəsinə təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 27 yanvar 2021-ci il tarixli, 2300/022Ş nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin tikinti və təchizat şöbəsinin texniki vəzifəsinə keçirilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 02 fevral 2021-ci il tarixli, 1000/119Ş nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 təhkim edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 17 aprel 2023-cü il tarixli, 2300/103Ş nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 30 yanvar 2022-ci il tarixli, 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik davranış Kodeksi”nin prinsip və normalarına əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə sonuncu xəbardarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi 1 ədəd “CD” diskə baxış keçirilməsi barədə 15 iyul 2023-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş audioyazıdan görünür ki, “CD” diskdə 1 ədəd səs yazısı olan fayl vardır. Baxış zamanı “AUDİO-2023-08-08-19-17-34” faylında ümumi müddəti 04 dəqiqə 06 saniyə olan audioyazı aşkar edilmişdir. Həmin audioyazıda bir nəfər kişi cinsindən olan şəxsin qarşı tərəf bir nəfər kişi cinsindən olan şəxsə işə düzəlmək barədə təklif etdiyini, kənar şəxsi deyil, döyüş yoldaşı olduğu üçün onu işlədiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin tikinti və təhcizat şöbəsinə texnik, gömrük xidməti giziri kimi işə düzəldəcəyini, özünün zamin duracağını, işlədiyi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun rəhbərliyi ilə yaxşı münasibətlərinin olduğunu, Biləsuvar pömrük postunun rəisi Şahid2 arxalı adam olduğunu, bu işin müqabilində 6.000 manat pulun həmin şəxsə verilməli olduğunu, 1 ay ərzində işə başlayacağını bildirir. Qarşı tərəf isə cavabında bu təklifə razı olduğunu, amma narahat olduğunu, 6.000 manat pulun az pul olmadığını, dəqiq işə düzələ bilib-bilmiyəcəyini soruşmuşdur. Cinayət işində olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 10 avqust 2023-cü il tarixli, AZF/LGL-9073/23 saylı məktubundan və telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 yanvar 2023-cü il tarixdən 04 iyul 2023cü il tarixədək olan dövrdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə düzəlmə məsələsi ilə bağlı çoxsaylı mesajlaşmalar həyata keçirilmişdir. Həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 yanvar 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək olan dövrdə 148 dəfə telefon danışıqları həyata keçirilmişdir. İşdə olan «Azercell Telecom» məhdud məsuliyyətli cəmiyyətinin 14 avqust 2023-cü il tarixli, 17630 saylı məktubundan və telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında 01 yanvar 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korruspsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi X4 tərəfindən tərtib edilmiş 22 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Şahid2 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrindı ilə nəzərdə tutulmuş cinayətləri ilk dəfə törətdiyini və ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin ilk dəfə dələduzluq cinayəti törətdiyini, ona vurulmuş zərəri tam aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmişi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə görə həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış, sonuncu ilə barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmişə vurulmuş zərəri tam ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-173/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-173/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver