Məhkəmə qərarları › İş №1(022)-174/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-174/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-174/2024 18.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Saibəli oğlunun, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs3, onun müdafiəçisi Müdafiəçi2 və qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.2006-cı ildə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məktəbli, subay, məhkumluğu olmayan, işsiz, xx.xx.2024-cü il tarixli qərarla barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu Ağayrı kəndində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2008-ci ildə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, xx.xx.2024-cü il tarixli qərarla barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2010-cu ildə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, xx.xx.2024-cü il tarixli qərarla barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 qızma məxsus Biləsuvar rayonu Günəşli kəndində yerləşən evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən evin həyətyanı sahəsində tikilmiş mağaza kimi istifadə olunan binanın həyətyanı sahəsi tərəfində olan qapısının qıfılını güc tətbiq etməklə sındırıb birlikdə mağazaya qanunsuz daxil olaraq oradan o, sonuncuya məxsus bir qutusunun qiyməti iki manat olan cəmi 70 manat dəyərində 35 qutu “Manchester” markalı siqareti və piştaxtanın üzərindən 90 (doxsan) manat nağd pulu gizli olaraq talayıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində Zərərçəkmiş şəxs1 məxsus Biləsuvar rayonu Ağayrı kəndində yerləşən evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 pusquda dayanmış, o isə evin həyətyanı sahəsində tikilmiş mağaza kimi istifadə olunan binanın qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb Təqsirləndirilən şəxs2la birlikdə binaya qanunsuz daxil olaraq oradan piştaxtanın üzərindən 20 (iyirmi) manat nağd pulu, 1 kiloqramı 2 manat 20 qəpik olmaqla dəyəri 13 manat 20 qəpik olan 6 kiloqram kəllə qəndi, 1 ədədi 5 manat 50 qəpik olmaqla dəyəri 22 manat olan 4 ədəd 250 qramlıq final çaylarını, 1 ədədi 50 qəpik olan dəyəri 5 manat olan 250 milliqramlıq “Full” içkisini, 1 ədədi 70 qəpik olan 7 manat dəyərində 10 ədəd üzərində “Predator” yazılmış içkini, üzərində “Memo” yazılmış sellofanda qablaşdırılmış 7 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Burenka” yazılmış sellofanda qablaşdırılmış 1 ədədi 7 manat 40 qəpik olan 2 ədəd 1 kiloqramlıq qablaşdırmada ümumi dəyəri 14 manat 80 qəpik olan konfeti, üzərində “vasətka” yazılmış sellofanda qablaşdırılmış 8 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Raçkı” yazılmış sellofanda qablaşdırılmış 6 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Tango” yazılmış sellofanda qablaşdırılmış 9 manat dəyərində 1 kiloqramlıq konfeti və yerdə olan 1 ədədi 2 manat 20 qəpik olan dəyəri 11 manat olan 2 litrlik “Coco-cola” qazlı içkisini gizli olaraq talayıb ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 123 (bir yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar rayonu Nəsimi kəndində yerləşən mağaza kimi sitifadə olunan binanın qarşısına gələrək orada Təqsirləndirilən şəxs3 pusquda dayanmış, o isə mağazanın qapısmdakı kilidləri özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb dəmir jalüzü qaldırıb Təqsirləndirilən şəxs2la birlikdə binaya qanunsuz daxil olaraq orada o, masanın üzərində olan saxlanc yeri hesab olunan kassa aparatını açaraq qanunsuz daxil olub kassanın içərisindən 20 manat məbləğində qəpik pulu, 25 ədəd 3 manatlıq və 30 ədəd 2 manatlıq olmaqla cəmi 135 manat dəyərində “Azercell” mobil operatoruna aid danışıq kartları, 15 ədəd 2 manatlıq olmaqla cəmi 30 manat dəyərində “Nar” mobil operatoruna məxsus danışıq kartlarını, masanın aşağı hissəsindəki saxlanc yeri hesab olunan dolabı açıb qanunsuz daxil olaraq içərisində olan pul kisəsindən 1300 (bir min üç yüz) manat nəğd pulu, Tural Rəhmanov isə piştaxtanın üzərindən 1 qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla, cəmi 22 manat 40 qəpik dəyərində 7 ( yeddi) ədəd “LD” markalı siqaret qutularını gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1487 (bir min dörd yüz səksən yeddi) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü X5 və qardaşı xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində Zərərçəkmiş şəxs1 məxsus Biləsuvar rayonu Ağayrı kəndində yerləşən evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə evin həyətyanı sahəsində tikilmiş mağaza kimi istifadə olunan binanın qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb sonuncu ilə birlikdə binaya qanunsuz daxil olaraq oradan piştaxtanın üzərindən 20 (iyirmi) manat nağd pulu, 1 kiloqramı 2 manat 20 qəpik olmaqla dəyəri 13 manat 20 qəpik olan 6 kiloqram kəllə qəndi, 1 ədədi 5 manat 50 qəpik olmaqla dəyəri 22 manat olan 4 ədəd 250 qramlıq final çaylarını, 1 ədədi 50 qəpik olan dəyəri 5 manat olan 250 milliqramlıq “Full” içkisini, 1 ədədi 70 qəpik olan 7 manat dəyərində 10 ədəd üzərində “Predator” yazılmış içkini, üzərində “Memo” yazılmış sellofanda qablaşdırılmış 7 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Burenka” yazılmış sellofanda qablaşdırılmış 1 ədədi 7 manat 40 qəpik olan 2 ədəd 1 kiloqramlıq qablaşdırmada ümumi dəyəri 14 manat 80 qəpik olan konfeti, üzərində “vasətka” yazılmış sellofanda qablaşdırılmış 8 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Raçkı” yazılmış sellofanda qablaşdırılmış 6 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Tango” yazılmış sellofanda qablaşdırılmış 9 manat dəyərində 1 kiloqramlıq konfeti və yerdə olan 1 ədədi 2 manat 20 qəpik olan dəyəri 11 manat olan 2 litrlik “Coco-cola” qazlı içkisini gizli olaraq talayıb ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 123 (bir yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü X5 və qardaşı xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar rayonu Nəsimi kəndində yerləşən mağaza kimi istifadə olunan binanın qarşısına gələrək orada Təqsirləndirilən şəxs3 pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə mağazanın qapısmdakı kilidləri özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb dəmir jalüzü qaldırıb birlikdə binaya qanunsuz daxil olaraq orada o, piştaxtanın üzərindən 1 qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla cəmi 22 manat 40 qəpik dəyərində 7 ( yeddi) ədəd “LD” markalı siqaret qutularını, Təqsirləndirilən şəxs1 isə masanın üzərində olan saxlanc yeri hesab olunan kassa aparatını açaraq qanunsuz daxil olub kassanın içərisindən 20 manat məbləğində qəpik pulu, 25 ədəd 3 manatlıq və 30 ədəd 2 manatlıq olmaqla cəmi 135 manat dəyərində “Azercell” mobil operatoruna aid danışıq kartları, 15 ədəd 2 manatlıq olmaqla cəmi 30 manat dəyərində “Nar” mobil operatoruna məxsus danışıq kartlarını, masanın aşağı hissəsindəki saxlanc yeri hesab olunan dolabı açıb qanunsuz daxil olaraq içərisində olan pul kisəsindən 1300 (bir min üç yüz) manat nəğd pulu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1487 (bir min dörd yüz səksən yeddi) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü X5 və qardaşı xx.xx.2008-ci təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2024-cü il tarixdə saat 23:50 radələrində Zərərçəkmiş şəxs1 məxsus Biləsuvar rayonu Ağayrı kəndində yerləşən evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən pusquda dayanmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsində tikilmiş mağaza kimi istifadə olunan binanın qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb sonuncu ilə birlikdə binaya qanunsuz daxil olaraq oradan piştaxtanın üzərindən 20 (iyirmi) manat nağd pulu, 1 kiloqramı 2 manat 20 qəpik olmaqla dəyəri 13 manat 20 qəpik olan 6 kiloqram kəllə qəndi, 1 ədədi 5 manat 50 qəpik olmaqla dəyəri 22 manat olan 4 ədəd 250 qramlıq final çaylarını, 1 ədədi 50 qəpik olan dəyəri 5 manat olan 250 milliqramlıq “Full” içkisini, 1 ədədi 70 qəpik olan 7 manat dəyərində 10 ədəd üzərində “Predator” yazılmış içkini, üzərində “Memo” yazılmış sellofanda qablaşdırılmış 7 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Burenka” yazılmış sellofanda qablaşdırılmış 1 ədədi 7 manat 40 qəpik olan 2 ədəd 1 kiloqramlıq qablaşdırmada ümumi dəyəri 14 manat 80 qəpik olan konfeti, üzərində “vasətka” yazılmış sellofanda qablaşdırılmış 8 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Raçkı” yazılmış sellofanda qablaşdırılmış 6 manat dəyərində 1 kiloqramlıq konfeti, üzərində “Tango” yazılmış sellofanda qablaşdırılmış 9 manat dəyərində 1 kiloqramlıq konfeti və yerdə olan 1 ədədi 2 manat 20 qəpik olan dəyəri 11 manat olan 2 litrlik “Coco-cola” qazlı içkisini gizli olaraq talayıb ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 123 (bir yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları yetkinlik yaşma çatmayanlar, xx.xx.2006-cı il təvəllüdlü X5 və qardaşı xx.xx.2008-ci təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar rayonu Nəsimi kəndində yerləşən mağaza kimi istifadə olunan binanın qarşısına gələrək orada o, pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə mağazanın qapısındakı kilidləri özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb dəmir jalüzü qaldırıb Təqsirləndirilən şəxs2la birlikdə binaya qanunsuz daxil olaraq sonuncu piştaxtanın üzərindən 1 qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla cəmi 22 manat 40 qəpik dəyərində 7( yeddi) ədəd “LD” markalı siqaret qutularını, Təqsirləndirilən şəxs1 isə masanın üzərində olan saxlanc yeri hesab olunan kassa aparatını açaraq qanunsuz daxil olub kassanın içərisindən 20 manat məbləğində qəpik pulu, 25 ədəd 3 manatlıq və 30 ədəd 2 manatlıq olmaqla cəmi 135 manat dəyərində “Azercell” mobil operatoruna aid danışıq kartları, 15 ədəd 2 manatlıq olmaqla cəmi 30 manat dəyərində “Nar” mobil operatoruna məxsus danışıq kartlarını, masanın aşağı hissəsindəki saxlanc yeri hesab olunan dolabı açıb qanunsuz daxil olaraq içərisində olan pul kisəsindən 1300 (bir min üç yüz) manat nəğd pulu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1487 (bir min dörd yüz səksən yeddi) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. 13 may 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək görüşməyi təklif etmiş, o da qardaşı Təqsirləndirilən şəxs3 ilə Cəfərağa ilə görüşmək üçün Biləsuvar rayonu, Günəşli kəndində yerləşən Eldar adlı şəxsə məxsus kafeyə gedərkən Cəfərağa ilə əlaqə saxlamışdır. Cəfərağaya qardaşı ilə kafeyə doğru getdiyini bildirmişdir. Cəfərağa isə qardaşını niyə gətirdiyini soruşaraq qardaşını evə göndərməyini bildirmişdir. O da evdə heç kəsin olmadığını, ona görə qardaşının onunla gəldiyini bildirmişdir. Onlar Günəşli kəndinin ərazisində Cəfərağa ilə görüşərək kafeyə doğru getməyə başlamışlar. Onlar kafeyə çatdıqdan sonra həmkəndliləri Kənan Hüseynov da oraya gəlmişdir. Bir qədər sonra Kənan başının ağrımasını deyərək kafedən çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 ona oğurluq etməyi təklif etmişdir. O, ilk öncə getmək istəmədiyini desə də, sonradan Cəfərağa ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 hara getdiklərini soruşmuş, Cəfərağa Biləsuvar rayonu Ağayrı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq edəcəklərini demişdir. Onlar bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Onlar küçədə gözləmiş, Cəfərağa yaşadığı evə daxil olaraq bir neçə dəqiqə sonra əlindəki dəmir parçası ilə geri qayıtmışdır. Bundan sonra onlar Zərərçəkmiş şəxs1 yaşadığı evə gəlmişlər. Aralarında olan razılaşmaya görə qardaşı küçədə gözləyərək gəlib-gedən adamlara göz qulaq olacaq, onlar isə mağazaya girərək oradan nağd pul oğurlayacaqdırlar. Təqsirləndirilən şəxs1 əlindəki dəmir parçası ilə qapıdakı qıfılı sındırmış, bundan sonra mağazaya daxil olmuşlar. O, mağazadan 3 ədəd “Full” içkisi götürmüş, Cəfərağa isə kassada olan təxminən 7-8 manat məbləğində pul götürmüşdür. Onlar bundan sonra oradan uzaqlaşmışlar. Həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 düzgün ifadə verməmiş, ifadəsində qeyd edilən pulu və ərzaq məhsullarını oğurlamamışlar. Belə ki, o, həmin mağazadan 3 ədəd 250 milliqramlıq “Full” içkisi götürmüş, Cəfərağa isə 1 manatlıq pul əskinazları və dəmir qəpikləri və 2 ədəd 250 milliqramlıq “Full” enerjetik içkisini götürmüşdür. Onlar həmin mağazadan başqa əşyaları oğurlamamışlar. Təqsirləndirilən şəxs1 mağazada nağd pulun az olduğunu deyərək Biləsuvar rayonu Nəsimi kəndində yerləşən Əlizamin adlı şəxsə məxsus mağazanın olmasını, həmin mağazaya əvvəllər meyvə apardığını və orada pul olacağını demişdir. Həmin vaxt qardaşı Təqsirləndirilən şəxs3 da təklif etmişlər ki, onlarla birlikdə oğurluq etmək üçün getsin, əldə edəcəkləri puldan ona da verəcəklər. Buna görə də Tural onlarla birlikdə oğurluq etmək üçün razılaşmışdır. 13 may 2024-cü il tarixdə saat 23:40 radələrində kafedən çıxmışlar. Cəfərağa yaşadığı evə gedərək kilidi sındırmaq üçün dəmir parçası götürmüşdür. Bundan sonra kəndin örüş sahəsi ilə Nəsimi kəndinin örüş sahəsinə keçərək mağazanın yerləşdiyi tərəfə getmişlər. 14 may 2024-cü il tarixdə saat 01 radələrində Əzizbəyov kanalının üzərindəki daş körpünü keçərək Cəfərağa ilə Biləsuvar-Bəhramtəpə yolunun üzərində yerləşən Əlizamin adlı şəxsə məxsus mağazanın qarşısına getmişlər. Qardaşı Təqsirləndirilən şəxs3 isə Əzizbəyov kanalının üzərindən keçən körpünün üzərində gözləmişdir ki, kənar adam gəlsə onlara məlumat versin. O, mağazanın qarşısında olan videokameranı əli ilə vuraraq digər tərəfə çevirmişdir ki, oranı çəkməsin. Təqsirləndirilən şəxs1 həmin vaxt mağazanın giriş hissəsində olan jalüzləri saxlayan kilidləri dəmir parçası ilə sındırmışdır. Cəfərağa jalüzü yuxarı qaldırmışdır. Mağazanın plastik qapısını təpiklə vuraraq açmağa Cəfərağaya kömək etmişdir. Qapı açılan kimi Cəfərağa ilk öncə mağazaya daxil olmuşdur. Cəfərağanm ardından o, mağazaya daxil olmuşdur. Cəfərağa kassanın aşağısında olan dolabı açmışdır. Dolabda pul qabısı olmasını görmüşdür. O, pulqabının içərisində olan 100 manatlıq pul əskinazlarını götürərək cibinə qoymuşdur. Daha sonra kassada olan 1 manatlıq pul əskinazları, dəmir qəpikləri və 2 manatlıq və 3 manatlıq “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, 2 manatlıq “Nar” operatoruna məxsus danışıq kartlarını götürmüşdür. O isə oradan bir neçə qutu “LD” markalı siqaret götürmüşdür. Bundan sonra mağazadan çıxaraq yaşadıqları kəndə doğru qaçmağa başlamışlar. Onlar mağazadan təxminən 1 kilometr uzaqlaşdıqdan sonra mağazadan birlikdə oğurladıqları pulları, siqaret qutularını və mobil operatorlara məxsus danışıq kartlarını bölüşdürmüşlər. Həmin pulları saydıqda 10 ədəd 100 manatlıq, 35 manatlıq pul əskinaslarının olmasını bilmişdir. Qardaşı Turala 21 manat və mobil operatorlara məxsus danışıq kartlarını vermişdir. Cəfərağa ilə birlikdə oğurladıqları pulları bölüşdükdə ona 500 (beş yüz) manat pul, 5-6 ədəd “LD” markalı siqaret qutusu çatmışdır. Cəfərağaya isə 511 manat pul, dəqiq sayını bilmədiyi mobil operatorlara məxsus danışıq kartları çatmışdır. Onlar gecəni Təqsirləndirilən şəxs1 yaşadığı evdə qalmışlar. 14 may 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında küçədə Cəfərağa və qardaşı Təqsirləndirilən şəxs3 ilə birlikdə olan zaman Biləsuvar Rayon Səmədabad Polis şöbəsinin tanımadığı əməkdaşları gəlmişlər və onları Biləsuvar Rayon Polis şöbəsinin Səmədabad Polis bölməsinə aparmışlar. Oradan isə Biləsuvar RPŞ-nə gətirmişlər. Həmçinin o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar rayonu Nəsimi kəndində yerləşən mağazadan 1035 manat nağd pul oğurlamışlar. Lakin oğurladıqları mobil operatorlara məxsus danışıq kartlarını saymamışlar. Onlar oğurluq edib qayıdan zaman danışıq kartlarından bir neçəsini özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə 7 manat məbləğində 2 ədəd 2 manatlıq və bir ədəd 3 manatlıq danışıq kartlarını yükləmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələblərinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olmaqla Biləsuvar şəhəri, Təyyarə Meydanənda yaşayır. Təqsirləndirilən şəxs1 onun qardaşı Tunarın dostudur. 13 may 2024-cü il tarixdə saat 21 radələrində Cəfərağa qardaşı Tunarın istifadəsində olan mobil nömrəyə zəng edərək görüşməyi təklif etmişdir, qardaşı onunla görüşməyə razı olmuşdur. Qardaşının kafeyə getməsini görüb birlikdə Biləsuvar rayonu Ağayrı kəndində yerləşən Eldar adlı şəxsə məxsus kafeyə getmişlər. Təqsirləndirilən şəxs1 qardaşı Tunara oğurluq etməyi təklif etmişdir. Qardaşı haradan oğurluq edəcəyini soruşmuşdur. Cəfərağa Ağayrı kəndində yerləşən mağazadan oğurluq edəcəklərini demişdir. Qardaşı Cəfərağa ilə razılaşmamışdır. Cəfərağa təkidlə oğurluq etməyi bildirdikdə qardaşı onunla razılaşmışdır. Cəfərağa Ağayrı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq edəcəklərini deyərək, onun mağazaya girməməsini, küçədə gözləmələrini, kənar şəxslər gəldikdə fit çalmasını bildirmişdir. O da Cəfərağa ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Onlar küçədə gözləmişlər. Cəfərağa yaşadığı evə daxil olaraq bir neçə dəqiqə sonra əlindəki dəmir parçası ilə geri qayıtmışdır. Onlar bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı evə gəlmişlər. Aralarında olan razılaşmaya görə o, küçədə gözləmişdir ki, həmin vaxt gəlib-gedən adam olsa fit çalaraq içəridə olan qardaşına və Cəfərağaya məlumat versin. Bir qədər sonra qardaşı və Cəfərağa mağazadan çıxaraq ona doğru gəlmişlər. Onlar mağazadan oğurluq etdikləri “Full” enerji içkisindən, bir qutu saqqız və “tutku” şirniyyatından ona vermişlər. Cəfərağa Biləsuvar rayonu Nəsimi kəndində Əlizamin adlı şəxsə məxsus mağazanın olmasını, həmin mağazada çoxlu pulun olacağını deyərək oraya oğurluq etməyə birlikdə getməklərini demişdir. Qardaşı Tunarla razılaşmışdır. Onlar bundan sonra Biləsuvar rayonu Nəsimi kəndində yerləşən Əlizamin adlı şəxsə məxsus mağazaya getməyə başlamışlar. Yaşadıqları Ağayrı kəndinin örüş sahəsi ilə Nəsimi kəndinə getmişlər. 15 may 2024-cü il tarixdə saat 02:40 radələrində Əzizbəyov kanalının üzərindəki daş körpüyə çatmışlar. Əzizbəyov su kanalının üzərindən keçən körpünün üzərində gözləmişdir ki, kənar adam gəlsə onlara bu barədə məlumat versin. O, təxminən körpünün üzərində 40 dəqiqə gözləmişdir. Qardaşı Tunar və Cəfərağa ona tərəf qaçaraq oradan uzaqlaşmalarını demişdir. Onlar mağazadan təxminən 1 kilometr uzaqlaşdıqdan sonra mağazadan birlikdə oğurladıqları pulları, siqaret qutularını və mobil operatorlara məxsus danışıq kartlarını bölüşdürmüşlər. Həmin pulları saydıqda 10 ədəd 100 manatlıq, 35 manatlıq pul əskinaslarının olmasını bilmişlər. Cəfərağa ilə birlikdə oğurladıqları pulları bölüşdükdə ona 21 manat nağd pul, sayını dəqiq bilmədiyi danışıq kartları, qardaşına 500 (beş yüz) manat pul, 5-6 ədəd “LD” markalı siqaret qutusu çatmışdır. Cəfərağa isə 511 manat pul, dəqiq sayını bilmədiyi mobil operatorlara məxsus danışıq kartları çatmışdır. O, danışıq kartlarından ***-***-**-** istifadəsində olan mobil nömrəyə 16 manatlıq danışıq kartını yükləmişdir. Onlar gecəni Təqsirləndirilən şəxs1 yaşadığı evdə qalmışlar. 14 may 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında küçədə Cəfərağa və qardaşı Təqsirləndirilən şəxs2la birlikdə olan zaman Biləsuvar Rayon Səmədabad Polis şöbəsinin tanımadığı əməkdaşları gəlmişlər və onları Biləsuvar Rayon Polis şöbəsinin Səmədabad Polis bölməsinə aparmışlar. Oradan isə Biləsuvar RPŞ-nə gətirmişlər. Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən mağazadan 1035 manat nağd pul oğurlamışlar. Lakin oğurladıqları mobil operatorlara məxsus danışıq kartlarını saymamışlar. Onlar oğurluq edib qayıdan zaman danışıq kartlarından bir neçəsini özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə 16 manat məbləğində 2 ədəd 2 manatlıq və 4 ədəd 3 manatlıq danışıq kartlarını yükləmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələblərinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Günəşli kənd ortra məktəbində 9-cu sinifdə təhsil alır. 13 may 2024-cü il tarixdə sol qolu zədələnmiş və həmin qolunu hərəkət etdirə bilməmişdir. Buna görə yaşadığı kənd ərazisində olan xalq təbabəti ilə məşğul olan Ramal adlı şəxsin yanına getmişdir. Həmin şəxs onun sol qolunu yerinə salaraq sarımışdır. Axşam yaşadığı kənd ərazisində olan aptekdən spirt alaraq yaşadığı evə qayıdarkən həyət darvazasının qarşısında X6 və Kənan Tehran oğlunun onun atası Çingiz Əzizovla söhbət etməsini görmüşdür. Kənan ona qazlı su almağı təklif etmiş, bundan sonra onlar yaşadıqları ünvandan uzaqlaşmışlar. Onlar yolla kənd ərazisində yerləşən “Günəşli” marketə siqaret almaq üçün birlikdə söhbət edə-edə getmişlər. Onlar “Günəşli” marketə çatdıqda mağazanın bağlı olmasını görmüşlər. Bundan sonra Biləsuvar rayonu, Ağayrı kəndində İsmayıl adlı şəxsə məxsus kafeyə siqaret almaq üçün getmişlər. Yusif Rüstəmli siqaret almışdır. Onlar bundan sonra İsmayıl adlı şəxsə məxsus kafedən Biləsuvar rayon Ağayrı tam orta məktəbinə tərəf getməyə başlamışlar. Yusif Rüstəmli oğurluq etmək istədiyini, Günəşli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mağazaya getməyi təklif etmişdir. O, bir neçə dəfə Yusifə oğurluq etmək istəmədiyini demiş, Yusif Rüstəmli isə tək getmək istəmədiyini demişdir. Həmin vaxt yanlarında olan Kənan Yusifə onu oğurluq etməyə məcbur etməməyi bildirmişdir. Bundan sonra o, Yusiflə Zərərçəkmiş şəxs2 məxsus mağazada oğurluq etməyə razılaşmışdır. X14 mağazadan oğurluq etməyi təklif etsə də, Kənan bu təklifi qəbul etməmişdir. Kənan başının ağrımasını deyərək yaşadığı ünvana getmişdir. Bundan sonra gecə saat 00 radələri olan zaman Yusif Rüstəmli ilə birlikdə Adilənin yaşadığı evin qarşısına gəlmişlər. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra darvazadan həyətə daxil olmuşlar. Həyətdə heç kimin olmadığından əmin olduqdan sonra mağazanın həyətə olan qapısına yaxınlaşmışlar. Qapıya qıfıl vurulduğuna görə Yusif qapının qıfılını əlindəki bıçaqla açmaq istəsə də aça bilməmişdir. Yusif Rüstəmli qapının kilidini bıçaqla aça bilməyəcəyini görüb, məcburi şəkildə bir neçə dəfə irəli-geri edib qıfılı yerindən çıxartmışdır. Həmin vaxt səs-küy yaranmışdır. O, Yusifə səs-küy salmamasmı bildirmişdir. Qapı açıldığı üçün onlar birlikdə mağazaya daxil olmuşlar. İçəridə olan qutudakı pulları, orada olan bir qutu “Manchester” markalı siqaret qutusunu götürmüş, Yusif Rüstəmlinin isə əlində bir qədər bükülmüş şəkildə pulu götürüb cibinə qoyduğunu, 10 qutu “Manchester” markalı siqaret qutularını isə qarın nahiyəsinə qoyduğunu görmüşdür. Onlar bundan sonra mağazadan çıxmışlar. Yusif Rüstəmli mağazadan 21 (iyirmi bir) manat pul götürdüyünü, o isə 9 manat pul götürdüyünü demişdir. Lakin o, Yusif Rüstəmlinin əlində götürərək cibinə qoyduğu pulların çox olduğunu görmüşdür. Onlar mağazadan götürdükləri pulları hər birinə 15 manat olmaqla bölmüşlər. Onlar 14 may 2024-cü il tarixdə bir blok “Manchester” markalı siqaret qutusunu Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın içərisində tanımadığı şəxsə 20 manata satmışlar. Onlar həmin pulu da bərabər şəkildə olmaqla bölmüşlər. 13 may 2024-cü il tarixdə günorta saatlarında Kənan onu qonşusu olan, lakin Rusiya Federasiyasında yaşayan bibisi evinə çağırmışdır. O, bundan sonra Kənanın qohumu evinə getmişdir. Həmin evdə Kənanla Təqsirləndirilən şəxs2 görmüşdür. Təqsirləndirilən şəxs2 evdən ona pul verilmədiyini, Zərərçəkmiş şəxs2nm mağazasından oğurluq etdiyini bildiyini, oğurluq etmək istədiyini bildirmişdir. 13 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 onunla həmkəndlisi X7 ilə əlaqə saxlayaraq Biləsuvar rayonu Günəşli kəndində yerləşən Eldar adlı şəxsin kafesində görüşmələrini təklif etmişdir. 13 may 2024-cü il tarixdə Biləsuvar rayonu Günəşli kəndində yerləşən Eldar adlı şəxsə məxsus kafeyə gedən zaman Təqsirləndirilən şəxs2la əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 qardaşı Turalla kafeyə gəldiyini bildirmişdir. O, Tunara qardaşını gətirməməsini bildirmişdir. Tunar yaşadıqları evdə heç kəsin olmadığını, buna görə qardaşının onunla gəldiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Kənan Hüseynovla görüşərək Eldar adlı şəxsə məxsus kafeyə getmişlər. Onlar dördü bir masada əyləşmişlər. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 məxsus Biləsuvar rayonu Ağayrı kəndində mağazanın olmasını, həmin mağazaya oğurluğa getməklərini təklif etmişdir. O da həmin mağazaya oğurluğa getməkləri ilə razılaşmışdır. Kənan başının ağrımasını, yaşadığı evə gedəcəyini demişdir. Onlar gecə saatlarında kafedən çıxmışlar. Bundan sonra Kənan yaşadığı evə getmişdir. Aralarında olan razılaşmaya görə Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahəyə getmişlər. Razılaşmaya əsasən X9 evinin qarşısında olan transformatorun yanında gözləmişdir. Tunarla o, mağazaya yaxınlaşmışdır. O, mağazanın qapısında olan dəmir kilidi dəmir sancaqla açmışdır. Bundan sonra Tunarla birlikdə mağazanın içərisinə girmişlər. O, mağazadan saqqız, iki ədəd 250 milliqramlıq meyvə şirəsi, 2 ədəd üzərində “tutku” yazılmış şirniyyatı, 2 ədəd üzərində 250 milliqramlıq “Full” enerjetik içkisini götürmüşdür. Təqsirləndirilən şəxs2 içəridə pul axtarıraraq oradan dəqiq sayını bilmədiyi 1 manatlıq pul əskinazları və dəmir qəpikləri götürüşdür. Tunar içmək üçün 2 ədəd 250 milliqramlıq “Full” enerjetik içkisini götürmüşdür. Onlar bundan sonra mağazadan çıxmışlar. Tunar Nəsimi kənddə mağaza olduğunu, qapısının plastik olmasını, oradan oğurluq edə biləcəklərini demişdir. Onlar bundan sonra həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə kəndin örüş sahəsi ilə Nəsimi kəndinin örüş sahəsinə keçərək mağazanın yerləşdiyi tərəfə getmişlər. Onlar mağazaya çatmışlar. Təqsirləndirilən şəxs3 kənddən kənar şəxslər gəldikdə onlara məlumat vermək üçün Əzizbəyov kanalının üzərində olan körpünün üzərində gözləməyə başlamışdır. O, Tunarla birlikdə mağazanın qarşısına getmişdir. Ora çatan kimi mağazanın qarşısında olan müşahidə kamerasına Tunar əli ilə zərbə vurmuşdur. Kamera əks tərəfə çevrilmişdir. O, həmin vaxt mağazanın giriş hissəsində olan jalüzləri saxlayan kilidləri dəmir parçası ilə sındırmışdır. İkisini də jalüzü yuxarı qaldırmışlar. O ilk öncə mağazanın plastik qapısını açaraq içəri girmişdir. O, kassanın aşağısında olan dolabı açmışdır. Dolabda pul qabısı olmasını görmüşdür. O, pulqabının içərisində olan 100 manatlıq pul əskinazlarını götürmüşdür. Həmin pulları saydıqda 10 ədəd 100 manatlq pul əskinası olmasını görmüşdür. O, həmin pulları cibinə qoymuşdur. Bundan sonra kassada olan 1 manatlıq pul əskinaslarını, dəmir qəpikləri və 2 manatlıq və 3 manatlıq “Azercell” mobil operatoruna məxsus danışıq kartlarını, 2 manatlıq “Nar” operatoruna məxsus danışıq kartlarını götürmüşdür. Təqsirləndirilən şəxs2 5-6 ədəd “LD” markalı siqaret qutularını götürmüşdür. Onlar bundan sonra mağazadan çıxaraq gəldikləri yolla yaşadıqları ünvana qayıtmışlar. Onlar geri qayıdarkən yolda əldə etdikləri pulları saymışlar. O, Tunara 500 manat, Turala 30 manat vermişdir. Danışıq kartlarını isə hər üçü aralarında bir-bir bölüşdürmüşlər. Onlar bundan sonra yaşadıqları ünvana getmişlər. Tunar və qardaşı Tural gecəni onlarda qalmışdır. 14 may 2024-cü il tarixdə səhər saatlarında yaşadıqları ünvanda olan zaman Biləsuvar Rayon Səmədabad Polis şöbəsinin tanımadığı əməkdaşı istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmə zəng etmişdir. O həmin zəngi açanda polis əməkdaşı oğurluq olduğunu bildirmiş və harada olduğunu soruşmuşdur. O da evdə olduğunu demişdir. O, evinin giriş qapısını açanda tanımadığı polis əməkdaşı qapıyı təpik vuraraq evə daxil olmuşlar. Polis əməkdaşları o, Tunar və Turaldan niyə oğurluq etdiklərini soruşmuşdur. O da oğurluq etmədiklərini demişdir. Polis əməkdaşlarından biri əlini onun cibinə salmışdır. Əlini cibinə saldıqda cibindən mobil operatora məxsus danışıq kartları aşkar edilmişdir. Polis əməkdaşları evi axtaran zaman yaşadıqları evdə döşəmənin üzərində nalçanm altında gizlədilmiş pulları və mobil operatora məxsus danışıq kartlarını tapmışlar. Yaşadığı evdə olan seyfin qapısını açmasını bildirmişlər. O da həmin seyfin atasına məxsus olmasım demişdir. Polis əməkdaşları seyfin qapısını sındırmışlar. Bundan sonra polis əməkdaşları onları Biləsuvar Rayon Polis şöbəsinin Səmədabad Polis bölməsinə aparmışlar. O, mağazadan 9 manat nağd pulu, dəmir qabda olan təxminən 2 manat dəyərində olan qəpik pulları və bir qutu “Manchester” markalı siqaret qutusunu götürmüşdür, Yusifin isə əlində bükülmüş şəkildə kağız pulları cibinə qoymasını və içərisində 10 ədəd qutusu olan bir blok “Manchester” markalı siqaret qutularını götürməsini görmüşdür. Mağazadan uzaqlaşan zaman isə Yusif 21 manat nağd pul götürməsini demişdir. O, Yusifin götürdüyü pulun çox olmasından şübhələnsə də, bu barədə ona heç bir söz deməmişdir. Lakin həmin mağazadan 90 manat pul və 35 qutu siqaret oğurlamamışlar. Zərərçəkmiş şəxs3 məxsus Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən mağazadan 1030 manat nağd pul oğurlamışlar. Lakin oğurladıqları mobil operatorlara məxsus danışıq kartlarını saymamışdır. Onlar oğurluq edib qayıdan zaman danışıq kartlarından bir neçəsini özünə məxsus ***-***-**-** saylı mobil nömrəyə 10 manat məbləğində 5 ədəd 2 manatlıq danışıq kartlarını yükləmişdir. Lakin həmin mağazadan 1300 manat pul və 165 dəyərində danışıq kartları oğurlamamışlar. X1 ilə dostluq münasibətləri olduğuna görə 14 may 2024-cü il tarixli izahatında Zərərçəkmiş şəxs2 məxsus olan ərzaq mağazasından birlikdə oğurluq etməyini bildirməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 ilkin ərizəsində və izahatında ona məxsus mağazadan 90 manat pul və 35 qutu siqaretin oğurlanmasını qeyd etdiyinə görə o da oxşar məzmunlu izahat vermişdir. Əsl həqiqətdə isə həmin mağazadan o, 9 manat nağd pulu, dəmir qabda olan təxminən 2 manat dəyərində olan qəpik pulları və bir qutu “Manchester” markalı siqareti, Yusif isə 21 manat kağız pulları içərisində olan bir blok, yəni 10 qutu “Manchester” markalı siqareti oğurlamışdır. Sonda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və ondan şikayət və tələblərinin olmaması səbəbindən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 onun həyətində olan dükanından 160 (yüz altmış) manat dəyərində malları oğurlamaqla ona ziyan vurduğunu, hazırda ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ona ödənildiyini, ona görə də ondan heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ona görə də ərizəsinin nəzərə alınaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Günəşli kəndində yaşadığı fərdi yaşayış evinin həyətində özünə məxsus ərzaq mağazası vardır. Mağazanın iki qapısı vardır. Əsas qapı yaşadığı evin qarşısından keçən küçəyə açılır, digəri isə həyətyanı sahəyə açılır. Həmin mağazada ərzaq məhsulları və siqaret satır. 13 may 2024-cü il tarixdə saat 03:30 radələrində yuxudan ayıldıqdan sonra evinin həyətinə düşdükdə, özünə məxsus mağazanın həyətin içərisinə olan qapısının açıq olmasını görmüşdür. O, qapıya yaxınlaşdıqda qapının qıfılını saxlayan dəmir parçasının taxtadan aralanması və qapınının açılmasını başa düşmüşdür. Bundan sonra mağazaya daxil olmuşdur. Piştaxtanın üzərində konfet qutusunun altına baxdıqda ora qoyduğu 90 manat nəgd pulun olmamasımı görmüşdür. Mağazada olan ərzaq məhsullarına və siqaretlərə baxış keçirdikdə 35 qutu “Manchester” markalı siqaret qutusunun oğurlanmasını müəyyən etmişdir. Bundan sonra baş vermiş hadisə barədə DİN-nin 102 Zəng-xidməti mərkəzinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, baş vermiş hadisə ilə bağlı Biləsuvar Rayon Polis şöbəsinin Səmədabad Polis bölməsinə ərizə ilə müraciət etmişdir. 14 may 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı özünə məxsus mağazadan oğurluq edən şəxsin Biləsuvar rayonu Ağayrı kənd sakini Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. Həmin gün Çingiz Əzizov arvadı Səadət Cəfərova və övladları Təqsirləndirilən şəxs1 onun yaşadığı üvana gəlmişlər. Təqsirləndirilən şəxs1 ona məxsus mağazadan oğurluq etməsini etiraf edərək, səhv etdiyini deyərək üzrxahlıq etmişdir. Çingiz Əzizov ona dəymiş ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində pulu nağd şəkildə vermişdir. Şikayət və tələbinin olmaması barədə 14 may 2024-cü il tarixdə Biləsuvar Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Özünə məxsus Biləsuvar rayonu Günəşli kəndində yerləşən yaşadığı evin həyətində olan mağazadan 13 may 2024-cü il tarixdə 90 manat məbləğində nəğd pul və bir qutusunun qiyməti iki manat olmaqla ümumilikdə 70 (yetmiş) manat olan 35 qutu “Manchester” markalı siqaret qutusu oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində maddi ziyan dəymişdir. Qapının kilidini saxlayan dəmirin yerindən çıxarılmasına görə ona maddi ziyan dəyməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olmaqla yaşayır. Özünə məxsus Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayonu Nəsimi kəndindən keçən hissəsində “Nihad” adlı marketi vardır. 14 may 2024-cü il tarixdə saat 07 radələrində atası istifadəsində olan mobil nömrəyə zəng edərək mağazadan oğurluq olmasını demişdir. O bundan sonra yaşadığı evdən mağazaya getmişdir. Mağazanın dəmir jalüz qapısının hər iki tərəfdən kilidlərinin sındırılmasına cəhd olunmasını, lakin sındırıla bilmədiyini, həmin kilidləri saxlayan dəmir parçalarının sındırılmasını və jalüzü qaldıraraq mağazaya daxil olunmasını görmüşdür. Atası baş vermiş hadisə barədə DİN-nin 102 Zəng-xidməti mərkəzinə məlumat verdiyi üçün oraya polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlarının iştirakı ilə mağazaya baxış keçirilmişdir. Mağazaya baxış keçirilən zaman kassada olan təxminən 30 manat nağd pul, 25 ədəd 3 manatlıq və 30 ədəd 2 manatlıq “Azercell” mobil operatoruna məxsus danışıq kartları, 15 ədəd 2 manatlıq “Nar” mobil operatoruna məxsus, ümumilikdə 165 (bir yüz altmış beş) manat dəyərində danışıq kartlarının, 7 (yeddi) ədəd “LD” markalı siqaret qutusunu, kassanın aşağı hissəsində olan dolabdan 10 (on) ədəd bir yüz manatlıq, təxminən 300 manat dəyərində 1 manatlıq və 5 manatlıq pul əskinazlarm oğurlanması məlum olmuşdur. Baş vermiş hadisə nəticəsində ona təxminən 1500 (bir min beş yüz) manat dəyərində maddi ziyan dəymişdir. Aparılan istintaq araşdırması zamanı ona məxsus mağazadan oğurluq edən şəxslərin Biləsuvar rayon Ağayrı kənd sakinləri yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olması müəyyən olunmuşdur. Sonda Zərərçəkmiş şəxs3 iş üzrə təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmaması səbəbindən onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Biləsuvar rayonu Ağayrı kəndində yaşadığı evin həyatyanı sahəsində özünə məxsus ərzaq mağazası vardır. Ərzaq mağazasına həyətyanı sahədən və evinin qarşısından keçən küçədən qapısı vardır. Mağazanın küçə tərəfdən olan qapısının dəmir çərçivəsi vardır. Həmir dəmir çərçivəni hər gün kılıdiəyır. Bundan başqa ön qapısı plastikdəndir. Çərçivəyə vurdğu kilidlə yanaşı plastik qapını da kildləyir. 14 may 2024-cü il tarixdə saat 08 radələrində oyandıqda, mağazaya həyətdəki qapıdan daxil olmuşdur. Bundan sonra mağazaya baxış keçrirdikdə küçə tərəfdə qapıda olan kilidin ümumiyyətlə olmamasını, həmin qapıdan özünə məxsus mağazaya kənar şəxslərin daxil olmasını, kassada olan qəpiklər və 1 manatlıq pul əskinazları ilə ümumilikdə 20 manat pulun olmadığını, 1 kiloqramı 2 manat 50 qəpik olmaqla dəyəri 15 (on beş) manat olan 6 kiloqram kəllə qəndin, 1 ədədi 5 manat 50 qəpik olmaqla dəyəri 22 manat olan 4 ədəd 250 qramlıq final çayların, 1 ədədi 2 manat 30 qəpik olan 5 ədəd ümumilikdə dəyəri 11 manat 50 qəpik olan 2 litrlik “Coco-cola” qazlı içkisinin, 1 ədədi 1 manat olan dəyəri 10 manat olan 250 milliqramlıq “Full” içkisinin, 1 ədədi 1 manat olan 10 manat dəyərində 10 ədəd üzərində “Predator” yazılmış içkinin, üzərində “Memo” yazılmış sellofanda qablaşdırılmış 7 manat dəyərində 1 kiloqramlıq konfetin, üzərində “vasətka” yazılmış sellofanda qablaşdırılmış 8 manat dəyərində olan 1 kiloqramlıq konfetin, üzərində “Burenka” yazılmış 1 kiloqramlıq selofanda qablaşdırılmış bir ədədi 7 manat 40 qəpik manat dəyərində olan 2 ədəd konfet bağlamasının, üzərində “Raçkı” yazılmış sellofanda qablaşdırılmış 6 manat dəyərində olan 1 kiloqramlıq konfetin, üzərində “Tango” yazılmış sellofanda qablaşdırılmış 9 manat dəyərində olan 1 kiloqramlıq konfetin oğurlanmasını aşkar etmişdir. İlk olaraq oğurluq edən şəxsləri özü tapmaq istəsə də, lakin həmin oğurluğun kimlər tərəfindən törədilməsini öyrənə bilmədiyinə görə 17 may 2024-cü il tarixdə bununla bağlı Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan araşdırma zamanı ona bildirilmişdir ki, həmin oğurluğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində 20 manat nağd pul vəsaiti və 113 manat 30 qəpik dəyərində ərzaq məhsulları oğurlanmış, ümumilikdə oğurluq nəticəsində ona təxminən 133 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, oğurluq etmiş şəxslər mağazanın qapısına vurduğu 2024-cü ilin yanvar ayında Biləsuvar rayonunda yerləşən inşaat materialları mağazasından aldığı 10 ( on) manat dəyərində bir ədəd kilidi də yararsız hala salmışlar. Sonda Zərərçəkmiş şəxs1 iş üzrə təqsirləndirilən şəxslərin ona dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmaması səbəbindən onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsiri təqsirləndirilən şəxslərin öz ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla da təsdiq edilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin Səmədabad Polis bölməsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. 14 may 2024-cü il tarixdə ona 13 may 2024-cü il tarixdə Günəşli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus və 14 may 2024-cü il tarixdə Biləsuvar rayon Nəsimi kənd sakini Zərərçəkmiş şəxs3 məxsus mağazalardan baş vermiş oğurluq hadisələrini Biləsuvar rayon Ağayrı kənd sakinləri yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətməli ilə bağlı məlum və qərəssiz mənbədən məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlayaraq Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2nm müraciətləri əsasında araşdırma aparılan istintaq bölməsinə təhvil vermək üçün Biləsuvar RPŞ-nin Səmədabad PB-nin əməkdaşları X11, X12, Kamilli Ceyhun Cəmil oğlu, X8 ilə Biləsuvar rayonu Ağayrı kəndinə getmişlər. Çingiz Əzizovun evinin yaxınlığında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 piyada hərəkətdə olduqlarını görmüşlər. Onlar yetkinlik yaşlarına çatmayan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxınlaşaraq gəlişlərinin səbəbini izah etmişlər. Həmin şəxslər oğurluq hadisəsini törətmələrini səmimi etiraf etmişlər. Bundan sonra həmin yetkinlik yaşma çatmayan uşaqları Biləsuvar RPŞ-nə gətirmişlər. O bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 14 may 2024-cü il tarixdə Biləsuvar rayonu Ağayrı kəndi ərazisində Çingiz Əzizova məxsus fərdi yaşayış evinin yaxınlığında saxlayaraq Biləsuvar RPŞ-nə gətirmişlər. Həmin şəxslərə qarşı heç bir zorakılıq hadisəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” Publik Hüquqi şəxsinin Təqsirləndirilən şəxs1 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasından keçməsinə dair xx.xx.2024-cü il tarixli 1722 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan Təqsirləndirilən şəxs1 üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 qeyd olunan üzvi şəxsiyyət pozuntusunun dinamik müşahidəsi və ehtiyac olarsa korreksiyası məqəsdi ilə yaşadığı ərazi üzrə psixiatriya müraciəti tövsiyə olunur. Təqsirləndirilən şəxs1 barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Həmin şəxsdə müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarın təsviri hissəsində şərh edilən cinayət əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. O, qərarın təsviri hissəsində şərh edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 onda müəyyən edilən üzvi (epilepsiya mənşəli) şəxsiyyət pozuntusu nəticəsində qərarda qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək, onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Bununla əlaqədar olaraq, onun törətdiyi əməl Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 qıcığa qarşı həssaslıq, davranışı üzərində iradi nəzarətin aşağı enməsi, inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusuiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 onda müəyyən edilən şəxsiyyət pozuntusuna görə etdiyi hərəkətlərin xarakterini və mənasını dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla başqalarının təsiri altında uydurmağa meyillilik müəyyən edilmədi. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin Təqsirləndirilən şəxs2 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasından keçməsinə dair xx.xx.2024-cü il tarixli 2012 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxsdə hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyən edilmir. O barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Təqsirləndirilən şəxs3 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasından keçməsinə dair xx.xx.2024-cü il tarixli 2011 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxsdə hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyən edilmir. O barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, barəsində aparılan istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğun olması müəyyən edilir. Təqsirləndirilən şəxs3 yaş xüsusiyyətləri və intellektual inklişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs3 başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsinin 28 avqust 2024-cü il tarixli 19/613 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, M Təqdim edilən mal K 6 1 2 4 2 2 5 1 2 1 5 “ 1 7 “ 1 7 “ 1 8 “ 2 1 “ 1 6 “ 1 9 C 1 Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 103,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-6617/2024 nömrəli məktubda göstərilmişdir ki, Biləsuvar rayonu Nəsimi kəndində yaşayan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus “Nihad” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS məlumat bankına Biləsuvar RPŞ-dən daxil olan) xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağı (siqaret olan polkanın üzərindən), digər 04 ədəd isə (ADİS məlumat bankına Biləsuvar RPŞ-dən daxil olan) xx.xx.2008-ci ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin orta, sol əlinin isə böyük (02 dəfə) və şəhadət barmaqları (qapının içəri tərəfindən) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materiallarında olan Biləsuvar "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13\69-240690107\2024 nömrəli məktubda göstərilmişdir ki, “Manshester” markalı siqaretin xx.xx.2024-cü il tarixə olan alqı-satqı qiyməti 2,0 (iki) manat, “LD” markalı siqaretin xx.xx.2024-cü il tarixə olan orta bazar alqı-satqı qiyməti 3,60 manat (iki manat altmış qəpik) olmuşdur. İş materiallarında olan Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13- 479\2024 nömrəli məktubda göstərilmişdir xx.xx.2006-cı il təvəllüdlü, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan, faktiki olaraq Ağayrı kəndində yaşayan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hər hansı xəsarət alması, qollarında sınıq və çıxıqların yaranma ilə bağlı RMX-na müraciət etməmiş, həmçinin yaşadığı ünvana təcili tibbi yardım çağırmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin hərəkətlərində CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin tərkibi vardır. Odur ki, onlar qeyd edilən maddələr üzrə təqsirli bilinib cəzalanmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əzizov X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə etmə cəzasına məhkum edilərək, 06 ay şərti sınaq müddəti tətbiq edilmişdir. CM-nin 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət əməlini yetkinlik yaşlarına çatmayan şəxs kimi törətmələrini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə onlarla barışıq əldə etmələrini, əməllərindən səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar