Məhkəmə qərarları › İş №1(022)-175/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-175/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-175/2023 10.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Biləsuvar rayonu Nərimankənd kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə saat 16 radələrində Biləsuvar rayonu Nərimankənd kəndində yerləşən yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailə münasibətləri zəminində, yəni sonuncunun ona qısqanclıq etməsi səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə sifət nahiyəsindən vuraraq ona "sol gözyuvası ətrafında qançır və sağ gözün ağlı qişasına yayılmış qansızıma" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 4 ildir ki, evlidir. Bu evlilikdən bir azyaşlı övladları vardır. 31 avqust 2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə qardaşı Samirin övladlarını Biləsuvar rayonuna gətirmək üçün Lənkəran rayonuna getmişlər. Onlar uşaqları götürüb geri qayıdan zaman yolda Zərərçəkmiş şəxs ondan yoldakı marketdən içməli su və digər ərzaq məhsulları almasını xahiş etmişdir. O Zərərçəkmiş şəxs üstündə olan pulun az olması səbəbindən xahişini yerinə yetirə bilməyəcəyini demişdir. Bu səbəbdən avtomobildə aralarında sözlə mübahisə olmuşdur. Onlar Biləsuvar rayonu Nərimankənd kəndində yerləşən evlərinə çatmışlar. Evdə təkrar müxtəlif səbəblərdən mübahisə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona əsassız qısqanclıq edərək digər qadınlarla münasibəti olmasını iddia etmişdir. O mübahisəni bitirmək üçün evdən çıxmaq qərarına gəlmişdir. Daha sonra o, avtomobilinə əyləşərək həyətdən çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs darvazanı avtomobilə çırpmaq istəmişdir. O bunu görən kimi avtomobildən düşərək Zərərçəkmiş şəxs üzərinə getmiş, hərəkətlərinə fikir verməsini bildirmişdir. Zərərçəkmiş şəxs ona məhəl qoymayaraq təkrar qışqıran zaman isə o əsəbləşmiş və yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən 1 dəfə vurmuşdur. Lakin Zərərçəkmiş şəxs hərəkətlərinə davam etdiyi üçün sonuncunun qolundan tutaraq evə salmışdır. Daha sonra o, evi tərk etmişdir. Bundan sonra da hər gün aralarında sözlə mübahisə olmuşdur. 06 sentyabr 2023-cü il tarixdə o Biləsuvar şəhəri ərazisində yerləşən “BOL” marketdən ev üçün bazarlıq edib yaşadığı evə gəlmişdir. Evdə Zərərçəkmiş şəxs alınan əşyaların qəbzinə baxanda əlavə ərzaq məhsullarının alınmasını görmüş və həmin məhsulları kimə almasını soruşmuşdur. O Zərərçəkmiş şəxs həmin məhsulları onun almadığını, marketdə səhv qəbzin onun sellofanına atılmasını demişdir. Zərərçəkmiş şəxs ona inanmamış və əsassız qısqanclıq etdiyi üçün yenidən aralarında mübahisə yaranmışdır. Bu səbəbdən o Zərərçəkmiş şəxs atasına zəng edərək evlərinə çağırmışdır. Bir neçə saat sonra Zərərçəkmiş şəxs valideynləri onların evinə gəlmiş və arvadını özləri ilə aparmışlar. Təxminən bir neçə saatdan sonra qaynatası Zəfər və onun yoldaşı onlara gəlmiş və qızının günahının olmadığını demiş və Mənzurəni də götürüb çıxıb getmişlər. Hadisə 31 avqust 2023-cü il tarixdə saat 16 radələrində Biləsuvar rayonu Nərimankənd kəndində yaşadıqları evdə baş vermiş, mübahisə ilə birlikdə 30 dəqiqə davam etmiş və kənar şəxslərdən görən olmamışdır. Mübahisə zamanı o Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsindən 1 dəfə vurmuşdur. Hazırda əməlindən peşmandır və buna görə Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayından Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların bu nikahdan 1 azyaşlı övladları vardır. Ailə qurandan 5 ay sonra onların arasında narazılıqlar başlamış və Təqsirləndirilən şəxs onu mütəmadi olaraq həmişə təhqir edib döyməyə başlamışdır. Lakin o, ailəsinin dağılmaması üçün nə valideynlərinə, nə də polisə bu barədə məlumat verməməmişdir. Əri Təqsirləndirilən şəxs valideynləri 1-ci qrup əlil olduğundan onların hər işini o görmüşdür. Amma buna baxmayaraq evlərində həmişə söz-söhbət olmuşdur. 31 avqust 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs Lənkəran rayonundan evə çatandan sonra onunla heç bir səbəb olmadan mübahisə yaratmış və onu yumruqla göz nahiyəsindən, boynundan və başından vuraraq döymüşdür. O, ailəsində narahatçılıq yaranmasın deyə döyülməsi ilə bağlı heç kimə heç bir söz deməmişdir. 06 sentyabr 2023-cü il tarixdə atası Zəfər anası Ülviyyə ilə birlikdə onun yaşadığı evə gəlmişlər. Valideynləri onun sifətində olan ləkələri görüb ondan sifətindəki xəsarətlərin hansı səbəbdən yaranmasını soruşanda o da əri Təqsirləndirilən şəxs onu döyməsini bildirmişdir. Bundan sonra atası onu oradan götürüb rayon xəstəxanasına və polis bölməsinə aparmışdır. Hadisə 31 avqust 2023-cü il tarixdə saat 16 radələrində Biləsuvar rayonu Nərimankənd kəndində yaşadıqları evdə baş vermiş, mübahisə ilə birlikdə təxminən 30 dəqiqə davam etmiş və kənar şəxslərdən görən olmamışdır. Əri Təqsirləndirilən şəxs onu döyməsi nəticəsində o, baş, sifət və boyun nahiyəsindən müxtəlif bədən xəsarətləri almışdır. Daha sonra Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Ona görə də ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu barədə zərərçəkmiş Zərərçəkmiş şəxs yazılı ərizəsini məhkəməyə təçqdim etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in xx.xx.2023-ci il tarixli 938 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş "sol gözyuvası ətrafında qançır və sağ gözün ağlı qişasına yayılmış qansızma" bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023cü il tarixə uyğun gəlir, əllə vurulma nəticəsində törənmişdir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72-74cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar