Məhkəmə qərarları › İş №1(022)-177/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-177/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-177/2023 28.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X23 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1, 25 avqust 1984-cü il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, 15 avqust 1988-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(022)-29/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 02 mart 2023-cü il tarixdə, saat 14 radələrində 11 oktyabr 2022-ci il tarixli Biləsuvar rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı, yəni qardaşı Təqsirləndirilən şəxs2 uşaqları X4 və X9 anası Zərərçəkmiş şəxs1 verilməsi üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının dəvəti ilə Biləsuvar rayon Məhkəməsinin inzibati binasının qarşısına gəldikdən sonra qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ünvan 2 ünvanında yerləşən Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələr ilə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, Təqsirləndirilən şəxs2 heç bir əsaslı səbəb olmadan keçmiş arvadı Zərərçəkmiş şəxs1 qucağında olan oğlu H.Təqsirləndirilən şəxs2 almaq bəhanəsi ilə onunla mübahisə edib ucadan nalayiq ifadələrlə təhqir etmiş, daha sonra həmin mübahisəni davam etdirərək, insanların çox olduğu yerdə sonuncunun üzərinə hücum edib, sifət nahiyəsinə bir-iki dəfə sillə ilə vuraraq yerə yıxdıqdan sonra onu yerdə sürüyərək, sağ diz oynağının sıyrıqları, sağ diz oynağının yumşaq toxumalarının əziyi, sağ diz oynağında travmadan sonra qalıq əlamətləri, nisbi funksiya pozğunluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmış şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşmaq istədiyi zaman o, qardaşı Təqsirləndirilən şəxs2 keçmiş arvadı Zərərçəkmiş şəxs1 qucağında olan qardaşı oğlu H.Təqsirləndirilən şəxs2 almağı bəhanə edərək Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edərək, mübahisə etmiş, mübahisə zamanı sonuncunun üzərinə hücum edərək kürəyindən itələmiş və sol gicgah nahiyyəsinə bir dəfə yumruqla vurub ona başın sol gicgah nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərini davam etdirərək, silah qismində əşyadan istifadə elməklə onun qanunsuz hərəkətlərini mobil telefon vasitəsi ilə videosunu çəkmək istəyərək qarşısını almağa cəhd edən X3 hücum edərək, sifətinin sağ nahiyəsinə və sağ qoluna əlində olan istintaqa məlum olmayan dəmir parçası ilə bir dəfə vurmaqla ona hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı və sağ qulaq keçəcəyinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən və dodaq nahiyəsinin əzilmiş yarası, şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra M.X.Yariyev yerdə olan zaman onun baş və sifət nahiyəsinə bir neçə dəfə təpiklə döyməklə ona sol gicgah və ənsə nahiyəsinin dərialtı hematomaları, qançırı, sol göz almasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, Təqsirləndirilən şəxs1 dava-dalaş vaxtı M.X.Yariyevin bud və xaya nahiyəsinə bir neçə dəfə təpiklə vuraraq, sonuncuya sol baldır nahiyəsinin əzilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, xaya və sol bud nahiyəsinin şişkinlikləri ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 02 mart 2023-cü il tarixdə, saat 14 radələrində 11 oktyabr 2022-ci il tarixli Biləsuvar rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı, yəni uşaqları X4 və X9 anası Zərərçəkmiş şəxs1 verilməsi üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının dəvəti ilə Biləsuvar rayon Məhkəməsinin inzibatı binasının qarşısına gəldikdən sonra qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında, ünvan 2 ünvanında yerləşən Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələr ilə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydam kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan keçmiş arvadı Zərərçəkmiş şəxs1 qucağında olən oğlu H.Təqsirləndirilən şəxs2 almaq bəhanəsi ilə sonuncu ilə mübahisə edib, onu ucadan nalayiq ifadələrlə təhqir etmiş, daha sonra həmin mübahisəni davam etdirərək insanların çox olduğu yerdə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib sifət nahiyəsinə bir-iki dəfə sillə ilə vuraraq, yerə yıxdıqdan sonra onu yerdə sürüyərək sağ diz oynağının sıyrıqları, sağ diz oynağının yumşaq toxumalarının əziyi, sağ diz oynağında travmadan sonra qalıq əlamətləri, nisbi funksiya pozğunluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmış şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşmaq istəyən zaman Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 keçmiş arvadı Zərərçəkmiş şəxs1 qucağında olan qardaşı oğlu H.Təqsirləndirilən şəxs2 almağı bəhanə edərək, Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edərək mübahisə etmiş, mübahisə zamanı sonuncunun üzərinə hücum edərək kürəyindən itələmiş və sol gicgah nahiyyəsinə bir dəfə yumruqla vurub ona başın sol gicgah nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs2 xuliqanlıq hərəkətlərinə davam etdirib silah qismində əşyadan istifadə etməklə onun qanunsuz hərəkətlərini mobil telefon vasitəsi ilə videosunu çəkmək istəyərək, qarşısını almağa cəhd edən X3 hücum edərək, sifətinin sağ nahiyyəsinə və sağ qoluna əlində olan istintaqa məlum olmayan dəmir parçası ilə bir dəfə vurmaqla ona hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı və sağ qulaq keçəcəyinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən və dodaq nahiyəsinin əzilmiş yarası, şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra M.X.Yariyev yerdə olan zaman onun baş və sifət nahiyəsinə bir neçə dəfə təpiklə vuraraq döyməklə ona sol gicgah və ənsə nahiyəsinin dərialtı hematomaları, qançırı, sol göz almasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, Təqsirləndirilən şəxs1 isə dava-dalaş vaxtı M.X.Yariyevin bud və xaya nahiyəsinə bir neçə dəfə təpiklə vuraraq, sol baldır nahiyəsinin əzilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, xaya və sol bud nahiyəsinin şişkinlikləri ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısına alan şəxsə qarşı müqavimət göstərməklə, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri elmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhərində işləyir və buna görə də orada yaşayır. Qardaşı Təqsirləndirilən şəxs2 17 aprel 2016-ci il tarixdə Günəşli kənd sakini Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuşdur. Bu ailədən onların iki uşağı olmuşdur. Lakin 2022-ci ildə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 rəsmi olaraq ayrılmış və məhkəmə qətnaməsi ilə uşaqların anaya verilməsi qət edilsə də, həmin uşaqlar analarını istəmədiklərinə görə atalarının yanında qalmışlar. 02 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin uşaqların anaları ilə görüşdürlməsi məqsədi ilə getdiyi zaman o da sonuncu ilə getmişdir. Həmin gün saat 14 radələrində onlar Biləsuvar rayon Məhkəməsinin inzibati binasının qarşısında avtomobili saxlamışlar və avtomaşından yerə enmişlər. Təqsirləndirilən şəxs2 uşaqların əlindən tutaraq, məhkəmənin binasına tərəf getməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 uşaqların yanına gəlmiş və sonuncuları qucaqlamış, məhkəmədən əks istiqamətdə qaçaraq uşaqları oğurlamağa cəhd göstərmişdir. Buna görə də o, qardaşı Təqsirləndirilən şəxs2 xahişi ilə, Zərərçəkmiş şəxs1 arxasınca qaçaraq, uşaqları çətinliklə həmin şəxsdən almış və geri gətirmişdir. Həmin vaxt nə o, nə də qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və ya digər şəxsləri təhqir etməmiş və ya döyməmişlər. O, heç bir cinayət törətməmişdir. Sonda, Təqsirləndirilən şəxs1 barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona istinad edilən əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu, Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayır. O. 17 aprel 2016-ci il tarixdə Zərərçəkmiş şəxs1, qızı ilə nikah bağlamış və onların iki uşağı doğulmuşdur. 11 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayon Məhkəməsinin qərarı ilə onlar arasında bağlanmış nikah pozulmuş və onların birgə nikahından doğulmuş uşaqları anaları Zərərçəkmiş şəxs1 himayəsinə verilmişdir. Lakin həmin uşaqlar analarını istəmədiklərinə görə onun yanında yaşamağa davam etmişlər. O, həmişə övladlarını anaları ilə görüşdürmüş və bu görüşlərin hamısı Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının iştirakı ilə baş tutmuşdur. Sonuncu dəfə 02 mart 2023-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 onu övladları ilə birlikdə anası Zərərçəkmiş şəxs1 ilə görüşdürmək üçün çağırmışdır. Həmin gün onun qardaşı Təqsirləndirilən şəxs1 Bakı şəhərindən gəlmişdir. Təqsirləndirilən şəxs1 da həmin görüşə onunla birlikdə gəlmişdir. Onlar həmin gün saat 14:30-da övladları ilə birlikdə məhkəmənin inzibati binasının qarşısına getmişlər. O, nəqliyyat vasitəsini Biləsuvar rayon Məhkəməsinin kameralarının çəkiliş apardığı perspektivdə saxlamışdır. Buna səbəb isə onun keçmiş arvadı və ya onun qohumları tərəfindən tələyə salınmasından qorxması olmuşdur. O, avtomobildən düşmüş və uşaqlarının əlindən tutaraq məhkəmənin binasına tərəf getməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona tərəf gəlmiş və uşaqlarla görüşmüşdür. Zərərçəkmiş şəxs1 oğlunun qolundan dartmağa başlamış, o da uşağın qolunun çıxmasından qorxduğuna görə uşağın əlini buraxmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin uşağı qucağına almış və oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt isə Şahid4 və M.X.Yariyev onların yanına gəlmişlər. Həmin şəxslər məhkəmənin inzibati binasından deyil, qara rəngli avtomaşından çıxaraq onlara tərəf gəlmişlər. O, Zərərçəkmiş şəxs1 oğlunu qaçırmasından ehtiyat edərək, qardaşı Təqsirləndirilən şəxs1 sonuncunu saxlamaq və uşağı geri almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 arxasınca göndərmişdir. Zərərçəkmiş şəxs1 Biləsuvar rayon Gömrük Komitəsinin yaxınlığında olduğu zaman Təqsirləndirilən şəxs1 sonuncuya çatmış və uşağı Zərərçəkmiş şəxs1 almağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döyməmiş və ya təhqir etməmişdir, o, sonuncunu uşağı əlindən almaq üçün sadəcə itələmişdir. Həmin vaxt Şahid4 onun üzərinə gəlmiş və Zərərçəkmiş şəxs1 toxunmamalırını bildirmişdir. O, Şahid4 heç bir fiziki şiddət göstərməmiş və ya təhqir etməmişdir. O, Şahid4 özünü müdafiə etmək məqsədi ilə əli ilə itələmiş və sonuncu yerə yıxılsa da, dərhal ayağa qalxmışdır. Həmin vaxt o, M.X.Yariyevin telefon vasitəsi ilə videoçəkiliş aparmasını görmüş və sonuncuya yaxınlaşıb, söyüş söyərək, bacısı qızını yığışdırmasını söyləmişdir. M.X.Yariyev onu söyməyə başlamış və həmin vaxt Şahid4 onun sağ gicgah nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra M.X.Yariyev onun üzərinə hücum etmək istəmiş və həmin vaxt qardaşı Təqsirləndirilən şəxs1 onların arasına girərək, onları ayırmışdır. Bundan başqa, o bildirdi ki, dava-dalaş zamanı Şahid4 ağac budağı ilə onun üzərinə hücum çəkmişdir. Hadisə vaxtı ətrafda olan insanlar onları ayırmışlar, habelə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları da onlara köməyə gəlmişlər və N.B.Bəhmənov onun qızını sakitləşdirmək məqsədi ilə ona su da vermişdir. O, heç bir qanunsuz hərəkətə yol verməmiş, əksinə uşaqları yanında olduğuna görə nizam-intizamlı davranmışdır. Lakin Zərərçəkmiş şəxs1 və onun qohumları ona qarşı belə bir böhtan atmaqla, uşaqlarını onun əlindən almaq istəyirlər. Həmin vaxt nə o, nə də qardaşı Zərərçəkmiş şəxs1 və ya digər şəxsləri təhqir etməmiş və ya döyməmişdir. Onlar heç bir cinayət törətməmişlər. Sonda, Təqsirləndirilən şəxs2 barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla öz təsdiqini tapsa da, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə deyil, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, o, 06 fevral 2017-ci il tarixdə Biləsuvar rayonu, Ağayrı kənd sakini Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurmuşdur. Bu ailədən onların iki övladı doğulmuşdur. Lakin evli olduqları dövrdə Təqsirləndirilən şəxs2 ona fiziki şiddət göstərmiş və onların münasibəti pisləşmişdir. Biləsuvar rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş və övladlarının ikisi də onun himayəsinə verilmişdir. Lakin həmin vaxtdan indiyə qədər Təqsirləndirilən şəxs2 məhkəmə qərarını icra etməyərək, uşaqlarını ona verməmiş, həmçinin uşaqları ilə onun görüşməyinə hər dəfə mane olmuşdur. O, öz övladları ilə görüşmək üçün dəfələrlə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, Təqsirləndirilən şəxs2 hər dəfə dava-dalaş salaraq, uşaqlarını görməyə ona imkan verməmişdir. Sonuncu dəfə 02 mart 2023-cü il tarixdə, saat 14:00 radələrində o, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə uşaqlarla görüşmək üçün dəvət edilmişdir. O, görüşə əmisi Şahid4 və dayısı X5 ilə getmişdir. Onlar Biləsuvar rayon Məhkəməsininin inzibati binasında təyin edilmiş vaxtdan daha erkən çatmışlar və o, əmisinə məxsus olan avtomobildə gözləmiş, lakin əmisi və dayısı Biləsuvar rayon Məhkəməsinin inzibati binasına daxil olmuşlar. Həmin vaxt keçmiş əri Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 avtomobillə oraya gəlmişlər və uşaqlarını məhkəməninin inzibati binasına aparmışlar. Lakin həmin vaxt o, uşaqları ilə görüşmək üçün əyləşdiyi nəqliyyat vasitəsindən düşmüş və sonuncuların yanına getmişdir. O, uşaqlarını qucaqlamış və üzlərindən öpmüş, həmçinin oğlunu qucağına götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 uşaqları onun əlindən almağa çalışmış və onun üzərinə qışqıraraq, habelə sifət və baş nahiyələrinə vuraraq, uşaqlara toxunmamasını bildirmişlər. Lakin o, oğlunu buraxmamış və qaçaraq, həmin yerdən uzaqlaşmaq istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onu təhqir edərək üzərinə qışqırmış və uşağı yerə qoymağını tələb etmişdir. Təqsirləndirilən şəxs2 onu söydüyü üçün o, oğlu qucağında olarkən məhkəmənin qarşısından uzaqlaşmaq istəmişdir Bu zaman Təqsirləndirilən şəxs2 onun üzərinə gələrək, uşağı almaq məqsədi ilə onun sifət nahiyyəsindən bir-iki dəfə sillə ilə vuraraq, yerə yıxmış və o, yerdə olan zaman da onu sürümüşdür. O, həmin vaxt sağ diz nahiyəsindən xəsarət almışdır. O, qışqıraraq əmisini və dayısını köməyə çağırmış və sonuncular Biləsuvar rayon Məhkəməsindən çıxaraq, dərhal ona köməyə gəlmişlər. Onun əmisi Şahid4 Təqsirləndirilən şəxs2 mane olmaq istəmiş və onun qarşısını kəsmişdir. O isə həmin vaxt oğlunu da götürüb, yolun digər tərəfinə keçmişdir. O Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında səki ilə piyada getdiyi vaxt Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 onun qarşısını kəsmiş və uşağı ondan almaq istəmişdir. Lakin o, müqavimət göstərmiş və Təqsirləndirilən şəxs1 onu kürək nahiyəsindən əli ilə itələmiş və o da səkidə olan daş hasara dəymişdir. Daha sonra Təqsirləndirilən şəxs1 onu itələyərək yerə yıxmış və oğlunu ondan almaq istəmiş, lakin o yenə də müqavimət göstərmiş, buna görə də sonuncu onun başından bir neçə dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 uşağı ondan dartaraq almağa çalışmış və uşağın paltarı əynindən çıxmışdır. O, həmin vaxt əmisi Şahid4 Təqsirləndirilən şəxs2 itələdiyini və həmin zərbə nəticəsində Şahid4 həmin yerdə olan çuxura bənzər yerə yıxılmışdır. Bundan sonra onun dayısı M.X.Yariyev əlində olan telefonla baş verənləri çəkməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 onu döyən qardaşı Təqsirləndirilən şəxs1 yanına çağırmışdır. Bundan sonra onlar ikisi də onun dayısı M.X.Yariyevi döyməyə başlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 M.X.Yariyevi döydükləri zaman Şahid4 orada olan ağacdan bir ədəd budaq qırıb, sonuncuları vurmaqla hədələmişdir ki, M.X.Yariyevi döyməsinlər. Həmin vaxt ətrafa çoxlu insan toplaşmış və onlar baş verənlərə şahid olmuşlar. Hadisə davam etdiyi vaxt M.X.Yariyev “102” qaynar xəttinə zəng vuraraq, hadisə barədə məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra onu sonuncular Biləsuvar rayon Məhkəməsinin inzibati binasına sakitləşdirmək üçün aparmışlar. M.X.Yariyevin vəziyyəti yaxşı olmadığına görə hadisə yerinə təcili tbbi yardım avtomobili çağırıılmış və sonuncu xəstəxanaya aparılmışdır. Bundan başqa, o bildirdi ki, baş vermiş hadisə Biləsuvar rayon Məhkəməsinin inzibati binasının qarşısında başlasa da, Biləsuvar rayon Prokurorluğunun inzibati binasının qarşısında davam etmiş və təxminən 15-20 dəqiqə davam etmişdir. Sonda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəza növünü məhkəmənin mülahizəsinə buraxdığını və onun yeganə istəyinin uşaqlarını geri almaq olduğunu bildirdi. Zərərçəkmiş şəxs X5 məhkəmədə göstərdi ki, o,Yardımlı rayonunun Aruz kəndində qeydiyyatda olmaqla, yaşayır. Zərərçəkmiş şəxs1 onun bacısı qızıdır və o, Təqsirləndirilən şəxs2 sonuncuya nəsə edə biləcəyindən ehtiyat etdiyinə görə 02 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Biləsuvar rayon Məhkəməsinin inzibati binasına gəlmişdir. Onlar Zərərçəkmiş şəxs1 əmisi Şahid4 idarə etdiyi nəqliyyat vasitəsində həmin yerə gəlmişlər və görüş vaxtından erkən təyinat nöqtəsinə çatdıqları üçün o və Şahid4 maşından düşmüşlər və Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsində gözləməsini bildirmişlər. O və Şahid4 Biləsuvar rayon Məhkəməsinin inzibati binasına icra məmurları ilə salamlaşmaq məqsədi ilə daxil olmuşlar və şöbənin əməkdaşları ilə söhbət etməyə başlamışlar. Lakin təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs1 qışqırıq səsini eşitmişlər və buna görə də dərhal məhkəmə binasının qarşısına çıxmışlar. Onlar məhkəmə binasının qaşısına çıxdıqları zaman Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində yerləşən bir mərtəbəli Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında Zərərçəkmiş şəxs1 yerdə oturmuş vəziyyətdə qucağında oğlunu tutmasını və Təqsirləndirilən şəxs2 da uşağı almaq məqsədi ilə sonuncunu özünə tərəf çəkərək, yerdə sürüməyini görmüşlər. Buna görə də o, dərhal Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 döyməsini videoya çəkmək üçün mobil telefonunu çıxarmış və onlara tərəf tutmuşdur, lakin mobil telefonu yaxşı işlədə bilmədiyi uçun videoçəkiliş edə bilməmişdir. Həmin vaxt Şahid4 Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 əlindən almaq istəmiş, lakin sonuncu Şahid4 sinə nahiyəsindən 3 dəfə yumruqla vurmuşdur. Həmin zərbənin təsirindən Şahid4 kanala yıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 onun əlində telefonla videoçəkiliş etməyini gormuş və gəldiyi avtomobilin yuk yerini açaraq, oradan bir ədəd dəmir parçası götürüb, onun üzərinə hücum etmişdir. Təqsirləndirilən şəxs2 onu söymüş və o da sonuncuya qarşılıq vermişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 da yanına çağırmış və onlar ikisi birlikdə ona hücum çəkmişlər. Təqsirləndirilən şəxs2 dəmir parçasını onun başına vurmaq üçün zərbə endirmiş, lakin o, başına zərbə vurmasının qarşısını almaq üçün sağ qolunu yuxarı qaldırmış və həmin dəmir parçası onun sağ qolunun dirsək hissəsinə və sifətinin sağ tərəfinə dəyib xəsarət yetirmişdir. O, zərbələrdən yayınmaq üçün Təqsirləndirilən şəxs2 təpiklə bir neçə dəfə vurmuşdur. Həmin vaxt onun əlində olan mobil telefon yerə düşmüşdür. O, yerə yıxılmış və yerdə olduğu vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu döyməyə davam etmişlər. Təqsirləndirilən şəxs2 onun başına və sifətinə təpik zərbələri vurmuş və o, xəsarət almağının qarşısını almaq üçün əynində olan qış gödəkçəsini başına örtməyə cəhd etmiş, lakin təpik zərbələri onun başına dəymişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 bud və xaya nahiyələrinə təpiklə zərbə vuraraq, onu döymüşdür. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis avtopatrulları gəlmişlər. Onun dava nəticəsində xayasında şiddətli ağrı və şişkinlik olduğuna görə polis əməkdaşları hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar və o, həmin nəqliyyat vasitəsində xəstəxanaya aparılmışdır. O, xəstəxanada olduğu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona hədə-qorxu gələrək, bir daha qarşılaşacaqları təqdirdə onu güllə ilə vuracaqlarını da bildirmişlər və o, bu barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə də müraciət etmişdir. Bundan başqa, o bildirdi ki, baş vermiş hadisə Biləsuvar rayon Prokurorluğunun inzibati binasının qarşısında olmuş və təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin hadisəni ətrafda çoxlu tanımadığı insanlar görmüşdür. O, yerdə uzanan zaman başını gödəkçəsi ilə örtərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərbələrindən yayınmağaçalışdığı üçün Şahid4 kimi isə vurmasını görməmişdir. Sonda, M.X.Yariyev Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bağışlamadığını bildirərək, onlar barəsində ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Ukrayna Respublikasının Krım vilayətində yaşayır və fərdi sahibkarlıqla məşğul olur. O, hərdən Azərbaycan Respublikasına gəlir və Bakı şəhərində qardaşının evində və ya Biləsuvar rayonunda qalır. Zərərçəkmiş şəxs1 onun qardaşının qızıdır. 02 mart 2023-cü il tarixdə o, idarə etdiyi nəqliyyat vasitəsində Zərərçəkmiş şəxs1 və M.X.Yariyevi Biləsuvar rayon Məhkəməsinin inzibati binasına gətirmişdir və maşınını məhkəmənin inzibati binasının qarşısında saxlamışdır. Belə ki, həmin gün Zərərçəkmiş şəxs1 Biləsuvar rayon İcra və Probasiya Şöbəsində uşaqları ilə görüşməli idi. Onlar görüş yerinə tez gəldiklərinə görə o və M.X.Yariyev Biləsuvar rayon Məhkəməsinin inzibati binasına daxil olmuşlar və Zərərçəkmiş şəxs1 maşında onları gözləmişdir. Onlar ikisi birlikdə Biləsuvar rayon Məhkəməsinin inzibati binasına daxil olduqdan bir neçə dəqiqə sonra küçəyə çıxmışlar. O, həmin vaxt Təqsirləndirilən şəxs2 öz nəqiyyat vasitəsini onun maşının arxasında tam əks istiqamətdə saxlamış və nəqliyyat vasitəsindən Zərərçəkmiş şəxs1 oğlu düşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 qaçaraq, uşağı qucaqlamışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 uşağı buraxmasını bildirsə də, sonuncu həmin yerdən bir neçə metr uzaqlaşmış və onun ayağı büdrəmiş və yerə yıxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 uşağı almasını tapşırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 vurmağa başlamışdır. O da dərhal qaçaraq Təqsirləndirilən şəxs2 yanına getmiş və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 döyməməsini söyləməsini istəmişdir. Lakin Təqsirləndirilən şəxs2 onu vurmuş və o, şum əraziyə yıxılmış və dərhal da ayağa qalxaraq, Təqsirləndirilən şəxs2 yanına getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onu təkrarən vurmuşdur. Həmin vaxt isə M.X.Yariyev Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərini telefon vasitəsilə videoya çəkməyə başlamışdır. Təqsirləndirilən şəxs2 M.X.Yariyevin videoçəkiliş aparmasını görüb, onu buraxmış və qaraşı Təqsirləndirilən şəxs1 M.X.Yariyevi döyməyə çağırmışdır və Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə gedərək, həmin maşının yük yerindən armatura bənzər dəmir parçası götürərək, M.X.Yariyevin üzərinə hücum etmişdir. O, həmin vaxt özünü və M.X.Yariyevi müdafiə etmək məqsədi ilə Biləsuvar rayon Məhkəməsinin inzibati binasının qarşısında, yolun digər tərəfində olan ağacların dibindən qurumuş budaq sındırmışdır. Həmin budağın sındırılması çox vaxt aparmış və həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 M.X.Yariyevi döymüşlər. Təqsirləndirilən şəxs2 əlindəki dəmir parçası ilə M.X.Yariyevin başına vurmuş və Təqsirləndirilən şəxs1 isə sonuncunun digər bədən nahiyələrinə təpiklə vurmuşdur. O, həmin ağac parçası ilə M.X.Yariyevi qorumaq üçün Təqsirləndirilən şəxs2 vurmuşdur. Daha sonra hadisə yerinə gəlmiş şəxslər onları ayırmışlar və o, M.X.Yariyevin yanına getmişdir. Zərərçəkmiş şəxs1 isə onların yanında olmamışdır. O, M.X.Yariyevin burnundan qan gəldiyini və halsız olduğunu görmüşdür. M.X.Yariyev “102” qaynar xəttinə zəng vurmuş və hadisə yerinə polis əməkdaşlarını çağırmışdır. Bundan sonra isə artıq M.X.Yariyev dözə bilməmiş və onu xəstəxanaya aparmasını xahiş etmişdir. O, M.X.Yariyevi öz maşını vasitəsilə ilk olaraq Biləsuvar rayon polis şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs1 isə hadisə yerində qalmışdır. O, M.X.Yariyevi Biləsuvar rayon polis şöbəsinə apardıqdan təxminən 1 saat sonra hadisə yerinə geri qayıtmış və orada Zərərçəkmiş şəxs1 tapa bilməmişdir. O, bir neçə dəqiqə axtarışdan sonra Zərərçəkmiş şəxs1 Biləsuvar rayon Məhkəməsinin inzibati binasında tapa bilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 üst-başı bərbad gündə olmuş, dizləri sıyrıqlar içində olmuşdur. O, Zərərçəkmiş şəxs1 nə baş verdiyini soruşduğu zaman sonuncu ona onlar getdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu döydüklərini bildirmişdir. Bundan başqa, o qeyd etdi ki, əvvəllər də o, Təqsirləndirilən şəxs2 ilə Bİləsuvar rayon Məhkəməsinin inzibati binasında uşaqlarla görüş vaxtı qarşılaşmış və bir böyük kimi uşaqları anasına verməsini məsləhət görmüşdür. Hətta bir dəfə Zərərçəkmiş şəxs1 uşaqları götürüb, aparmaq istədiyi zaman o, sonuncuya mane olmuş və uşaqları Zərərçəkmiş şəxs1 alaraq, Təqsirləndirilən şəxs2 təhvil vermişdir. O, götürdüyü təxminən 7-8 santimetr uzunluğunda olan quru ağac parçası ilə Təqsirləndirilən şəxs2 vursa da, onun məqsədi özünü və M.X.Yariyevi müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxs2 əlindən dəmir parçasını ətrafda olan insanlar almış, lakin həmin dəmir parçasının sonradan hara yox olmasından o, məlumatsızdır. O, Təqsirləndirilən şəxs2 vurduğu ağac parçasını öz maşının yük yerinə qoymuş və iki gün sonra isə xatırlamadığı yerdə tullamışdır. İş üzrə şahid qismində dindirilmiş X10 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsində işləyir. Onun işlədiyi muzey Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində yerləşir. 02 mart 2023-cü il tarixdə, saat 15 radələrində o, işdə olduğu vaxt küçədən bir neçə şəxsin qışqırmasını eşitmiş və nə baş verməsini anlamaq üçün əvvəlcə müzeyin inzibati binasında yerləşdirilmiş video-kamera vasitəsilə qeyd edilmiş videoya baxmış və sonradan isə muzeyin binasından çölə çıxmışdır. O, çölə çıxdığı zaman muzeyin digər işçiləri Şahid1 və X13 muzeyin qarşısında olmasını və tanımadığı bir neçə şəxsin isə onlardan kənarda dava-dalaş etmələrinin şahidi olmuşdur. Belə ki, həmin vaxt o, bir qadın küçədə oturmasını və qucağında oğlu dediyi uşağı tutmasını, habelə həmin qadının yanında bir nəfər şəxsin sonuncudan uşağı almağa çalışmasını şahidi olmuşdur. Daha sonra həmin qadın ayağa qalxmış və muzeyin qarşısında olan səki ilə Biləsuvar rayon Gömrük İdarəsi istiqamətində piyada getmək istəmişdir. Bu zaman həmin şəxs qadının qarşısını kəsərək, əlindən uşağı almaq işləmişdir. Həmin vaxt qadın yerə yıxılmışdır. Həmin qadın yerdə olduğu vaxt həmin şəxs onun başından bir-iki dəfə yumruq zərbəsi vuraraq, uşağı sonuncunun əlindən almaq istəmiş, lakın qadın uşağı vermək istəməmişdir. Həmçinin o, küçədə iki şəxsin qarşılıqlı dava-dalaş etdiklərini görmüşdür. Daha sonra qadının yanında olan şəxs digər şəxslərin yanına getmiş və onlar ikisi birlikdə bir nəfər şəxsi yerdə təpikləməyə başlamışlar. O, bundan sonra digər işçilərlə birlikdə muzeyin binasına daxil olmuşdur. Bundan bir qədər sonra o, polis əməkdaşlarının hadisə yerinə gələrək, həmin şəxsləri apardığını eşitmişdir. O, işlədiyi binaya girdikdən sonra baş verən proseslərdən heç bir məlumatı olmamışdır. O, muzeydən küçəyə çıxdığı vaxt artıq dava-dalaş başlamış, buna gorə də hadisə zamanı kimin kimi nə ilə vurduğunu görməmişdir. Həmçinin o, hadisə iştirakçılarını tanımamış və üzlərini hazırda xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi vəzifəsində işləyir. Onun işlədiyi muzeyinin binası Biləsuvar şəhəri, İqbal Aslanlı küçəsində yerləşir. O, 02 mart 2023-cü il tarixdə, saat 15 radələrində həmkarı X16 ilə Biləsuvar şəhəri, 1 May küçəsi ilə piyada hərəkətdə olduğu zaman Biləsuvar rayon Prokurorluğunun inzibati binasının qarşısında dava-dalaş səsləri eşitmişdir. Onlar muzeyin binasına çatdıqları zaman isə orada bir neçə şəxsin əlbəyaxa dava etməsini görmüşlər. Həmin vaxt bir nəfər şəxs əlində olan telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra onlar ikisi birlikdə muzeyin həyətinə daxil olmuşlar. Videoçəkiliş aparan şəxsi bir nəfər telefonu əlindən almaq məqsədi ilə vurmuş, lakin o, nə ilə vurmasını görməmişdir. Həmin vaxt bir nəfər qadın küçədə oturmuş və qucağında oğlu dediyi uşaq olmuş, bir nəfər şəxs uşağı həmin qadından almağa çalışmışdır. Daha sonra həmin qadın ayağa qalxmış və muzeyin qarşısında olan səki ilə Biləsuvar rayon Gömrük İdarəsi istiqamətində piyada getməyə çalışmışdır. Digər şəxs isə qadının qarşısını kəsərək ona mane olmuş və sonuncunun əlindən uşağı almağa cəhd göstərmişdir. Bundan sonra qadın yerə yıxılmış və həmin şəxs qadının baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Eyni zamanda o, digər tərəfdə iki nəfərin bir-biri ilə əlbəyaxa dava etməsinin və qadını döyən şəxsin də onların yanına getməsinin, habelə digər şəxslər birləşərək bir nəfəri yerdə döymələrinin şahidi olmuşdur. Həmin vaxt o, muzeyin binasına daxil olmuş və sonradan baş verən proseslərdən onun heç bir məlumatı olmamışdır. O, hazırda həmin qadının simasını xatırlamasa da, qadın həmin hadisə baş verdiyi vaxt hicab geyimindən istifadə etmişdir. O, iki müxtəlif yerdə dava baş verməsini görmüş, lakin direktor Şahid3 onları çağırdığına görə, o və Şahid2 muzeyin inzibati binasına daxil olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş X16 şahidlər Şahid3 və Şahid1 ifadələri ilə eyni məzmunlu ifadə verərək, həmin şəxslərin ifadələrində qeyd etdikləri xüsusatları təsdiq etdi. Cinayət işi materiallarına əlavə edilmiş 05 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, görüntü ünvan 4 ünvanında yerləşən Biləsuvar rayon Tarix- Diyarşünaslıq Muzeyinin qarşısında olan bir ədəd təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmişdir və görüntü 03 dəqiqə 23 saniyə müddəti əhatə edir. Görüntülərdən məlum olur ki, ətrafda olan insanların gözü qarşısında əvvəlcə Qurbanov X7 şəhəri, İqbal Aslanlı küçəsində keçmiş arvadı Zərərçəkmiş şəxs1 yerə yıxaraq, qucağında tutub saxladığı oğlu Həsənəli Qurbanovu almaq məqsədi ilə Zərərçəkmiş şəxs1 sillə vurur və sonuncunu yerdə sürüyür. Daha sonra Şahid4 Təqsirləndirilən şəxs2 üzərinə hücum etdiyinə görə sonuncu Zərərçəkmiş şəxs1 buraxaraq, ondan kənarlaşmışdır. Buna gorə də Zərərçəkmiş şəxs1 ayağa qalxaraq, Biləsuvar rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında oları səki ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsi istiqamətində hərəkət etmək istəyir, lakin Təqsirləndirilən şəxs1 onun qarşısını kəsərək, onu əli ilə itələyərək geri qaytarır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 itələdiyi vaxt sonuncu Biləsuvar rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısında daş hasara dəyir və daha sonra Təqsirləndirilən şəxs1 sonuncunu yerə yıxaraq, əlindən uşağı almaq istəyir. Lakin Zərərçəkmiş şəxs1 qucağında olan oğlu Həsənəli Qurbanovu verməmək üçün Təqsirləndirilən şəxs1 müqavimət göstərdiyi vaxt sonuncu bir-iki dəfə şillə və yumruqla onun baş nahiyəsinə zərbələr vurur. Həmin vaxt Biləsuvar rayon Prokurorluğunun inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2, M.X.Yariyev və Şahid4 mübahisə edir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 buraxaraq, qardaşı Təqsirləndirilən şəxs2 yanına gedir. Həmin vaxt M.X.Yariyev yerə yıxılır və eyni zamanda Şahid4 yaxınlıqda olan ağac kolunun budağını sındırıraq, həmin ağac parçası ilə Təqsirləndirilən şəxs2 üzərinə hücum edir. Daha sonra hadisə yerində olan və şəxsiyyəti istintaqa məlum olmayan şəxslər mübahisə edən şəxsləri ayırırlar. İşdə olan canlı şəxsin ekspertizasının 04 mart 2023-cü il tarixli, 88 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş başın sol gicgah nahiyəsinin qançırı və sağ diz oynağının sıyrıqları xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə, təpiklə, yerə yıxılma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti 02 mart 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 05 mart 2023-cü il tarixli, 89 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş sağ gicgah, sol əlin arxası, boyunun arxasl nahiyələrinin sıyrıqları, sağ gözaltı və sol əlin 5-ci barmağının qançırları, sağ gözün ağlı qişasına yayılmış qansızma xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti 02 mart 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 16 mart 2023-cü il tarixli, 87 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş a) hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, xaya və bud nahiyəsinin şişkinlikləri, sağ bazu oynağının qançırı, sağ qulaq keçəcəyinin sıyrığı, b) sol gicgah və ənsə nahiyəsinin dərialtı hematomaları, qançırı, sol göz almasına qansızma, sol baldır nahiyəsinin əzilmiş yarası, dodaq nahiyəsinin əzilmiş yarası və şişkinliyi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarda qeyd olunan 02 mart 2023-cü il tarixə uyğun gəlir, əllə və təpiklə vurulma nəticəsində törənə bilərdi. Göstərilən xəsarətlərdən “a” bəndindəki xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, “b” bəndində göstərilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 19 mart 2023-cü il tarixli, 181 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş başın sol gicgah nahiyəsinin qançırı və sağ diz oynağının sıyrıqları, sağ diz oynağının yumşaq toxumalarının əziyi, sağ diz oynağında travmadan sonra qalıq əlamətləri, nisbi funksiya pozğunluğu xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti 02 mart 2023-cü il tarixə uyğun gəlir və qərarda qeyd olunan və zərərçəkənin göstərdiyi şəraitdə, yəni əllə başına vurulması, yıxılması nəticəsində törənə bilər. Qeyd edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X17 tərəfindən qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi olduğuna görə cinayət işi ayrıca icraata ayrılmışdır. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(022)- 598/2022 saylı qətnaməsinin surətindən görünür ki, Qurbanova (Yusubova) Kifayət Təbriz qızı ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 14 fevral 2017-ci ildə anadan olmuş X9 və 02 iyul 2018-ci ildə anadan olmuş X4 anaları Qurbanova (Yusubova) Kifayət Təbriz qızının yanında qalması, 14 fevral 2017ci ildə anadan olmuş X15 və 02 iyul 2018-ci ildə anadan olmuş X1 Şamxal İmanəli oğlundan alınaraq Qurbanova (Yusubova) Kifayət Təbriz qızına verilməsi və həmin uşaqların saxlanması üçün Təqsirləndirilən şəxs2 Qurbanova (Yusubova) Kifayət Təbriz qızının xeyrinə hər ay hər uşağa görə 120 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,4 misli miqdarında, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cinayət işində olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın 28 mart 2023-cü il tarixli rəyinin surətindən görünür ki, uşaqların mənafeyini və psixoloi durumunu nəzərə alaraq, Biləsuvar rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(022)-598/2022 saylı icra sənədinə əsasən 14 fevral 2017-ci ildə anadan olmuş X9 və 02 iyul 2018-ci ildə anadan olmuş X4 ata - Təqsirləndirilən şəxs2 alınıb, ana X6 verilməsinin təmin edilməsi uşaqların hazırki psixoloji durumunda mümkün deyil və uşaqların mənafeyinə ziddir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 06 aprel 2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının surətindən görünür ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın 28 mart 2023-cü il tarixli rəyinə, X9 və X4 anaları X6 getməkdən qəti imtina etmələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Biləsuvar rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(022)- 598/2022 saylı icra sənədi geri qaytarılmışdır. Cinayət işi materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 28 noyabr 2023-cü il tarixli, xx-xx/2022 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2Biləsuvar rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(022)-29/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, ona təyin edilmiş islah işləri cəzasını çəkib qurtardığı üçün 19 may 2023cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayən işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslər arasında mübahisə şəxsi münasibətlər zəminində yaransa da, sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 günorta vaxtı, gediş-gəlişin gur olduğu küçədə, hadisə yerinə toplaşmış şəxslərin yanında, zərərçəkmiş şəxslərə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişlər. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.1-ci maddələri əhatə olunmuş əməlləri törətməməsi, habelə zərərçəkmiş şəxslərlə fiziki və ya sözlü şəkildə heç bir mübahisəyə daxil olmaması barədə həmin təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri cəzanın məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dospozisiyasına görə həmin Məcəllənin 221.1 və 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllər (xuliqanlıq) silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq edilməklə törədildikdə, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən silah canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında göstərmişdir ki, silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Cinayət qanununun bu müddəasının tərkibi üçün istər əşyaların məhvetmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs M.X.Yariyevi vurmaqda ittiham olunsa da, həmin predmet ümumiyyətlə iş üzrə müəyyən edilməmiş, maddi sübut kimi tanınmamış və iş materiallarına əlavə edilməmişdir. Habelə ittiham tərəfinin Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs M.X.Yariyevi vurmaqda ittiham etdiyi dəmir parçası işdə olan sübutlarla təsdiq olunmamaqla yanaşı, məhkəmə istintaqı zamanı baxış keçirilmiş videolentdə də görünmür. Bundan başqa, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda “...Təqsirləndirilən şəxs2 ...X3 hücum edərək, sifətinin sağ nahiyyəsinə və sağ qoluna əlində olan istintaqa məlum olmayan dəmir parçası ilə bir dəfə vurmaqla ona hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı və sağ qulaq keçəcəyinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən və dodaq nahiyəsinin əzilmiş yarası, şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir...” kimi ifadələrə yer verilsə də, canlı şəxsin ekspertizasının 16 mart 2023-cü il tarixli, 87 saylı rəyində X2 bədəni üzərində aşkar edilmiş hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı, sağ qulaq keçəcəyinin sıyrığı, sol gicgah və ənsə nahiyəsinin dərialtı hematomaları, qançırı, sol göz almasına qansızma, sol baldır nahiyəsinin əzilmiş yarası, dodaq nahiyəsinin əzilmiş yarası və şişkinliyi xəsarətlərinin əllə və təpiklə vurulma nəticəsində törənə bildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda həmin şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəmir parçası ilə bir dəfə vurmaqla, həmin şəxsin hər iki gözaltı qançır və burun nahiyəsində sıyrıqlar göstərilsə də, məhv etmə qabiliyyətinə malik dəmir parçası ilə vurulması nəticəsində həmin xəsarətlərin yaranması inandırıcı deyil. Belə ki, əllə və təpiklə vurulma nəticəsində nisbətən daha ağır xəsarətlər yetirildiyi müəyyən edildiyi halda, məhv etmə qabiliyyətinə malik dəmir parçası ilə vurulma nəticəsində daha ağır xəsarətlər törənməli idi. Buna görə də məhkəmə hesab edir ki, canlı şəxsin ekspertizasının rəyində öz əksini tapmış, M.X.Yariyevin bədəni üzərində müəyyən edilmiş hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı və sağ qulaq keçəcəyinin sıyrığı xəsarətlərinin dəmir parçası ilə vurulma nəticəsində törənməsi ehtimalı həmin predmetin məhvetmə qabiliyyətinə və ya insan bədəni ilə yüksək təzyiqlə təmas etməsi zamanı bədən üzərində təsir gücünə nisbətdə inandırıcı deyil. Bundan başqa, Təqsirləndirilən şəxs2 M.X.Yariyevi dəmir parçası ilə vurması yalnız zərərçəkmiş şəxslərin və zərərçəkmiş K.İ.Yusubovanın doğma əmisi Şahid4 ifadələrində öz əksini tapmış, iş üzrə şahid qismində dindirilmiş digər şəxslərin ifadələrində öz təsdiqini tapmamışdır. Habelə cinayət işi materiallarına əlavə edilmiş sübuti əhəmiyyətə malik videgörüntülərdə hadisə zamanı silah qismində istifadə edilən predmet qismində Şahid4 təqsirləndirilən şəxslərə hücum etdiyi zaman istifadə etdiyi ağac parçası (taxta parçası) görülsə də, ittiham tərəfi tərəfindən Təqsirləndirilən şəxs2 M.X.Yariyevi vurduğu bildirilən dəmir parçasına dair heç bir görüntü müşahidə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsindən 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona istinad olunmuş əməlləri törətməməsi, habelə zərərçəkmiş şəxslərlə fiziki şəkildə heç bir mübahisəyə daxil olmaması barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 azyaşlı uşağının olmasını və həmin uşaqları təkbaşına böyütməsini məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri cəzanın məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar