Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-178/2023 21.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçisi Müdafiəçi, tərcüməçi X1 iştirakı ilə, xx xxx 1983-cü ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İran İslam Respublikasının Tehran şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1987-ci ildə İran İslam Respublikasının Zəncan şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İran İslam Respublikasının Zəncan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, xx xxxxxx 1991-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İran İslam Respublikasının Tehran şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 iyul 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2023-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra mühəndis texniki çəpərindən 1200 metr içəridə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2023-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra mühəndis texniki çəpərindən 1200 metr içəridə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2023-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra mühəndis texniki çəpərindən 1200 metr içəridə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə İran İslam Respublikasında mitinqlərdə iştirak etmiş, bununla bağlı İran İslam Respublikasında bir neçə dəfə İran İslam Respublikası hüquq-mühafizə orqanları tərəfindən incidilmiş, bundan sonra dostları ilə birlikdə Azərbaycan Respublikasına gəlmək istəmişlər. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə İran və Azərbaycan sərhədinə yaxınlaşmış və saat 21 radələrində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməyə başlamış, dövlət sərhədini keçdikdən sonra, hərbi qulluqçular tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət sərhəddini pozmasının səbəbi olaraq pənah gətirdiyini bildirməklə onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasında mitinqlərdə iştirak etmiş, bununla bağlı İran İslam Respublikasında bir neçə dəfə İran İslam Respublikası hüquq-mühafizə orqanları tərəfindən incidilmiş, bundan sonra dostları ilə birlikdə Azərbaycan Respublikasına gəlmək istəmişlər. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə İran və Azərbaycan sərhədinə yaxınlaşmış və saat 21 radələrində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməyə başlamış, dövlət sərhədini keçdikdən sonra, hərbi qulluqçular tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının dövlət sərhəddini pozmasının səbəbi olaraq pənah gətirdiyini bildirməklə onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasında mitinqlərdə iştirak etmiş, bununla bağlı İran İslam Respublikasında bir neçə dəfə İran İslam Respublikası hüquq-mühafizə orqanları tərəfindən incidilmiş, bundan sonra dostları ilə birlikdə Azərbaycan Respublikasına gəlmək istəmişlər. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə İran və Azərbaycan sərhədinə yaxınlaşmış və saat 21 radələrində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməyə başlamış, dövlət sərhədini keçdikdən sonra, hərbi qulluqçular tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət sərhəddini pozmasının səbəbi olaraq pənah gətirdiyini bildirməklə onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri və onların müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onların təqsiri özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri, baxış protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının komendantı kapitan Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5-ci sərhəd zastavasının 16-cı sahəsi istiqamətində dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulacağı barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı onun başçılığı altında 5-ci sərhəd zastavasının 16-cı sahəsində xx.xx.2023-cü il tarixdə saat 20:00-dan 00:00-dək “Pusqu” xidməti təşkil olunmuşdur. Xidmətin təşkili zamanı saat 21:16 radələrində 3 nəfər naməlum şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etdiklərini müşahidə etmiş, həmin şəxslərə “Dayan, dur” komandası vermiş və sərhəd pozucularını saxlayaraq sərhəd zastavasına gətirmişlər. İlkin sorğu zamanı sərhəd pozucuları özlərini İran İslam Respublikası vətəndaşları kimi təqdim etmişlər. İş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının hərbi qulluqçusu gizir Şahid2 da, kapitan Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının komendantı kapitan Şahid1 raportunda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə 5-ci sərhəd zastavasının 16-cı sahəsində saat 20:00-dan saat 00:00-dək onun başçılığı altında “Pusqu” xidməti təyin olunmuşdur. Xidmət zamanı ərazini müşahidə edən zaman saat 21:16 radələrində 3 (üç) nəfər şəxsin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etmələri müşahidə olnmuşdur. Əlverişli mövqe seçərək dövlət sərhəd xəttindən 100 metr aralı, 73/1 nömrəli sərhəd nişanından 150 metr sola, MTÇ-dən 1200 metr içəridə həmin şəxslər saxlanılmışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış yeri Biləsuvar rayonunun ərazisində yerləşən 5-ci sərhəd zastavasının 16-cı sahəsidir, ərazi düzənli və əkin sahələrindən ibarətdir. 5-ci sərhəd zastavasında Azərbaycan Respublikası istiqamətində Biləsuvar rayonunun Səmədabad kəndi yerləşir, 5-ci sərhəd zastavasından həmin kəndə qədər olan məsafə 5000 metrdir, İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Biləsuvar şəhərinin Babək kəndi yerləşir, oraya qədər olan məsafə 3000 metrdir. 5-ci sərhəd zastavasından 16-cı sahəyə qədər olan məsafə 4000 metr, 16-cı sahədən dövlət sərhəd xəttinə qədər olan məsafə 1200 metr təşkil edir. 16-cı sahədə dövlət sərhəd xəttinə, sərhəd boyu zolağa və mühəndis texniki çəpərə baxış keçirilmişdir. 16-cı sahədə mühəndis texniki çəpərinə baxış keçirilən zaman əyilmənin olması, nəzarət iz zolağında izin olması aşkar edilmişdir. 16-cı sahə istiqamətində dövlət sərhəd xəttində, qarışıq izlərin olması və köməkçi nəzarət iz zolağında 3 nəfərə məxsus ayaq izinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə olması müşahidə olunmuşdur. Saxlanılan şəxslər həmin izlərin onlara məxsus olduğlarını bildirmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan (tələbnamələrdən) görünür ki, İran İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, İran İslam Respublikası vətəndaşları - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət sərhədindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemində (İAMAS) məlumat mövcüd deyil. Beləliklə, yuxarıda qeyd edilən sübutlarla Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəzalandırılmalıdırlar. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alır. CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cəzanı yüngülləşdirici hallar müəyyən edilmədi. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 12ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, onlar qeyd edilən maddə ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə müvafiq maddədə nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(009)-467/23 saylı qərarı ilə həbs etmənin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə, iş materialları və işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın şamil olunmasını istisna edən CM-in 52.2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədi. Buna görə də məhkəmə CM-in 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunacaq əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüquqları onların məhkumluqları ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması qanuna və məqsədə müvafiqdir. İş üzrə məhkəmə xərcləri, mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumii rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 CM-in 52-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumii rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 CM-in 52-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumii rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 CM-in 52-ci maddəsinə əsasən əsas cəza növünü çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə məhkəmə xərcləri, mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(022)-178/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-178/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver