Məhkəmə qərarları › İş №1(022)-179/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-179/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-179/2024 18.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Biləsuvar rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Biləsuvar rayonu, Əsgərabad kəndində Zərərçəkmiş şəxs müvəqqəti yaşadığı anası Nəzakət Cəfərovanın evinin qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun azyaşlı oğlu X2 ilə Zərərçəkmiş şəxs və Şahid azyaşlı özladları ilə aralarında baş vermiş mübahisə səbəbilə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə şillə ilə vuraraq ona “üst və alt dodaq nahiyəsində əzilmiş yara, sağ əl və sağ said nahiyəsində sıyrıq” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində işdən evə gələn zaman 8 yaşlı oğlu İmaməlinin ağladığını görərək ondan nə olduğun soruşduqda, İmaməli həmkəndlisi hazırda vəfat etmiş Hacıağanm nəvələrinin onu döydüyünü bildirmişdir. O oğlu İmaməlini götürüb Hacıağanm hazırda arvadı Nəzakətin və qızı Ramilənin yaşadığı evə getmişdir. Nəzakət evdə olmamış, Nəzakətin digər qızı Bənövşə çölə çıxmışdır. O, Bənövşəyə nə üçün uşaqlarının onun oğlunu döydüyünü soruşduqda Bənövşə bu səbəbdən Ramilənin öz uşaqlarına acıqlandığını bildirmişdir. Daha sonra isə Bənövşə ona qarşı nalayiq ifadə işlədərək «bağırma» demişdir. Sonra isə Ramilə evdən çölə çıxaraq ona qarşı nalayiq ifadələr işlətmiş və onu itələyərək həyətindən çölə çıxartmışdır. Sonra isə Ramilə oğlu İmaməliyə əl atmaq istədikdə o oğlunu arxasına çəkərək Ramilənin qarşısına keçmiş, Ramilə onun sinəsindən tutmuşdur, bu zaman o da Ramilənin sifətinə əl atmışdır. O, Ramiləyə əl atan zaman dırnağı Ramilənin dodağını cırmışdır. Ramilə təkrar olaraq ona qarşı nalayiq ifadələr işlətməyə davam etmiş və o oranı tərk edib evə getmişdir. Bədənində xəsarət olmadığından məhkəmə - tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, ona görə də barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində bacısı Bənövşənin 9 yaşlı qızı Selcan və 11 yaşlı oğlu Yılmaz evə gələrək məktəbdə İmaməli İsmayıl oğlu ilə aralarında mübahsiə olduğunu bildirmişdir. Təxminən bir saat sonra İmaməlinin əmisi Anar onun ünvana gələrək uşaqlar arasında olan mübahsiə ilə bağlı soruşaraq Bənövşənin oğlunun İmaməlini vurduğunu bildirmişdir. O, Anara uşaqlar səhv edərək mübahisə etdiyini bildirmiş və Anar getmişdir. Axşam saat 18 radələrində İmaməlinin anası Fatma onun ünvanına gələrək bacısı Bənövşə ilə mübahisə edən zaman o evdən həyətə çıxmiş və Fatma nalayiq ifadələr işlətmişdir. Fatma onun və bacısının uşaqları haqqında nalayiq ifadələr işlətdiyinə görə onun üzərinə gedərək onu həyətindən çölə çıxmağa məcbur etmişdir. Bu zaman Fatma onun sifətinə şillə və yumruqla vuraraq onun üst dodağına sol tərəfinin həm çöl, həm də iç tərəfdən xəsarət yetirmiş və dodağı qanamışdır. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ona görə də onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, şahidi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, müvəqqəti olaraq Əsgərabad kəndində yaşayan anası Nəzakət Cəfərovanın evində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində 9 yaşlı qzı Selcan və 11 yaşlı oğlu Yılmaz evə gələrək məktəbdə İmaməli İsmayıl oğlu ilə aralarında mübahisə olduğunu bildirmişdir. Txminən bir saat sonra İmaməlinin əmisi Anar həmin ünvana gələrək uşaqlar arasında olan mübahisə ilə bağlı soruşmuş, onun oğlunun İmaməlini vurduğunu bildirmişdir. Onlar Anara bildirmişlər ki, uşaqlar səhv edib mübahisə etmişlər. Daha sonra Anar getmişdir. Axşam saat 18 radələrində İmaməlinin anası Fatma onların ünvanına gələrək onunla mübahisə etmiş, onun və bacısının uşaqlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. X4 üzərinə gedərək onu həyətdən çölə çıxarmağa məcbur etmişdir. Bu zaman Fatma bacısının sifətinə sillə və yumruqla vuraraq onun üst dodağına xəsarət yetirmiş və dodağı qanamışdır. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in Şöbəsinin xx.xx.2024-cü il tarixli 441 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “üst və alt dodaq nahiyəsində əzilmiş yara, sağ əl və sağ said nahiyəsində sıyrıq” müəyyən olundu, müəyyən olunan bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Biləsuvar rayonu Əsgərabad İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. İş materiallarında olan Biləsuvar MRX-nin xx.xx.2024-cü il tarixli 18-1-30/3- 2954/2024 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayon sakini Bayramova X1 RMXnın Poliklinika şöbəsinin Nevroloji və Narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını və himayəsində 1 nəfər azyaşlı uşağının (xx.xx.2016-cı il təvəllüdlü) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, məhkumluğunun olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri növündə cəza cəzanın məqsədini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar