Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-18/2024 17.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 28 oktyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n etdi: Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə saat 20:45 radələrində özünə məxsus «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Çaylı kəndindən keçən 5-ci kilometrliyində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində idarə etməklə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobillə istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq yük kütləsi daşımış, həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saatdan artıq, 70 km/saat sürətlə hərəkət etdirmiş, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, nəticədə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Biləsuvar rayonu Çaylı kəndində yaşayan, 18 noyabr 1968-ci il təvəllüdlü X7 yolun özünə aid hərəkət hissəsində avtomobilin qabaq sol qanadı ilə ehtiyatsızlıqdan vuraraq ona «ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcli əzilməsi, başm ənsə nahiyəsində və sağ baldır nahiyəsində əzilmiş yara, sağ baldır sümüklərinin açıq sınığı, burun sümüyünün qapalı sınığı, alının sol yarısında, burun belində və sol çənə nahiyəsində sıyrıq, sağ gözyuvası ətrafında və sol bud nahiyəsində qançır» kimi törəndiyi anda həyat üçün təhlükəli olduğu üçün dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, bununla da idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı vardır. Heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü özünə məxsus «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə meyvə-tərəvəz alveri edir. Avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. 15 avqust 2023cü il tarixdə saat 20:45 radələrində idarə etdiyi «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili 70 km/saat sürətlə idarə edib Biləsuvar rayon mərkəzindən yaşadığı Çaylı kəndinə tərəf getmişdir. Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndində keçən hissəsində öz yolunda hərəkətdə olarkən təxminən 45-50 metr məsafədən görmüşdür ki, mikroavtobus üzü Biləsuvar rayon mərkəzinə doğru dayanmış, mikroavtobusun qabaq sağ və arxa sağ təkərləri yolun ehtiyyat hissəsində, qabaq sol və arxa sol təkərləri isə yolun asfalt örtüyünün üzərindədir. Həmin mikroavtobusa çatmağa az qalmışdır ki, qəfildən bir qadın həmin mikroavtobusun arxasından çıxaraq yolun əks tərəfinə keçmək üçün iti addımlarla yolu çəpəki formada hərəkət etməyə başlamışdır. Elə bu vaxtı əyləcdən istifadə etmiş, lakin buna baxmayaraq avtomobilinin qabaq sol tərəfi ilə onu vurmuşdur. Bundan sonra avtomobili təxminən 10-15 metr kənara çəkib yolun sağ kənarında saxlamış və maşından düşüb dərhal qadına yaxınlaşmışdır. Qadına yaxınlaşanda görmüşdür ki, avtomobillə vurduğu qadın həmkəndlisi X8r. X16 yardıma zəng edib məlumat vermiş, həkim briqadası hadisə yerinə gələnə qədər onun əl-üzünü yumuşdur. X17 briqadası hadisə yerinə gələndə artıq Sələmə vəfat etmiş, Sələmənin nəşini təcili yardım avtomobilinə qoyub xəstəxanaya yola salmışdır. Daha sonra yol nəqliyyat hadisəsi yerinə polis əməkdaşları gəlmişlər. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, onun iştirakı ilə hadisə yerində fotoşəkillər çəkilmiş, sərxoşluqla bağlı həkim müayinəsindən keçmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olub imzalamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Çaylı kəndindən keçən 5-ci kilometrliyində baş vermiş, hadisə vaxtı maşında alver üçün almış olduğu üç ton pomidor olmuş, özündən və yükdən başqa maşında başqa kimsə olmamışdır.Hadisə vaxtı həmkəndlisi Sələmə Soltanovanı avtomobillə ehtiyatsızlıqdan vurması öz diqqətsizliyindən baş vermişdir. Həmin vaxtı mikroavtobusu 45-50 metr məsafədən görmüş, lakin buna baxmayaraq yenə də 70 km/saat sürətlə maşını idarə edib öz yoluna davam etmiş, bu zaman mikroavtobusun arxasından bir qadının çıxaraq yolu keçəcəyini, nəticədə onu vurmaqla avtoqəza edə biləcəyini güman etməmişdir. Yol-nəqliyyat hadisəsi törətməkdə özünü təqsirkar bilir, çünki hər bir halda nəqliyyat vasitəsini idarə edən sürücü avtomobili idarə edərkən ayıq-sayıq və ehtiyyatlı olmalıdır. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Özbək oğlu ilə barışıq əldə etməklə ona vurulmuş zərəri ödədiyini, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X2 onun həyat yoldaşıdır. Sələmə ilə 1988-ci ildə ailə həyatı qurmuş, nikahı isə 17 oktyabr 1989-cu ildə rəsmi qeydiyyata alınmışdır. 2006-cı ilin iyun ayının 01dən Biləsuvar rayonu Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləyir. Mərhum həyat yoldaşı Sələmə isə Biləsuvar rayonu Arazbarı kəndi ərazisində yerləşən "xxxx" MMC-də fəhlə işləmiş, hər gün səhər saat 09 radələrində işə gedib, saat 20 radələrində evə qayıtmışdır. 15 avqust 2023-cü il tarixdə 21 radələrində həmkəndlisi Şahid1 istifadə etdiyi mobil telefona zəng edib bildirmişdir ki, həyat yoldaşı Sələmə asfalt yolu keçmək istəyərkən maşın vurubdur. Bunu eşidən kimi oğlu Ağasalaha zəng edib bu barədə məlumat vermişdir. Hadisə yerinə çatana qədər ona çox adam zəng etmiş, demək olar ki, həyəcandan və qorxudan heç nə xatırlamır, ancaq onu bilirmiş ki, telefonda ona zəng edən şəxslərin əksəriyyəti həyat yoldaşı Sələməni maşınla vuran şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu ona deyib məlumatlandırmışlar. Hadisə yerinə gələndə görmüşdür ki, həyat yoldaşı Sələməni təcili yardım maşınına qoyub xəstəxanaya yola salırlar, həmkəndlisi Təqsirləndirilən şəxs hadisə yerindədir, idarə etdiyi «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşadığı Çaylı kəndi istiqamətində yolun sağ ehtiyyat hissəsində dayanmışdır. Həyat yoldaşı Sələmənin arxasınca xəstəxanaya getmişdir. Xəstəxanada olan zaman bilmişdir ki, Sələmə aldığı xəsarətlərdən vəfat etmişdir. Daha sonra həyat yoldaşı Sələmənin nəşini evə gətirib adətə uyğun olaraq aparıb kənd qəbirstanlığmda dəfn etmişlər. Həmin yol-nəqliyyat hadisəsini görməmiş, hadisənin baş verməsi barədə ona zəng olunandan sonra xəbəri və məlumatı olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Çaylı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Münasibəti onlarla bir həmkəndli kimi həmişə yaxşı olubdur. 15 avqust 2023-cü il tarixdə saat 20:50 radələrində özünə məxsus idarə etdiyi «Mercedes-benz» markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon mərkəzinə doğru gəlmişdir. Biləsuvar-Bəhrəmtəpə yolunun yaşadığı Çaylı kəndindən keçən hissəsində, çoxlu maşınların dayandığını görüb başa düşmüşdür ki, avtoqəza baş veribdir. Maşını yolun kənarında saxlayaraq hadisə yerinə yaxınlaşanda həmkəndlisi Təqsirləndirilən şəxs asfalt yolda uzanıqlı vəziyyətdə olan bir qadını qucaqladığını görmüşdür. Ziyafəddinə və qadına yaxınlaşanda qadının həmkəndlisi Zərərçəkmiş şəxs həyat yoldaşı Sələmə Soltanova olduğunu bilmiş və dərhal da Hikmətə zəng edib ona bu barədə məlumat verməklə hadisə yerinə çağırmışdır. Bundan sonra ora X17 briqadası gəlmiş, Ziyafəddin təcili yardımın həkimləri ilə birlikdə Sələmə Soltanovanı qucaqlayıb təcili yardım maşınına qoymuşdur. Bundan sonra o, rayon mərkəzinə gəlmiş, sonradan bilmişdir ki, Sələmə Soltanova aldığı xəsarətlərdən vəfat edibdir. O, həmçinin ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsini necə və hansı şəraitdə baş verməsini görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu Göyərçin Veysəlli kəndində qeydiyyatda olsa da, hazırda Cəbrayıl rayonu 11 saylı qəsəbədə ailə üzvləri ilə birlikdə yaşayır. Cəbrayıl şəhərində yerləşən X15 Mərkəzində böyük məsləhətçi vəzifəsində işləyir. 15 avqust 2023-cü il tarixdə saat 20:50 radələrində Biləsuvar rayonundan yaşadığı Cəbrayıl rayonuna gedən vaxtı Biləsuvar rayonu Çaylı kəndinin qarşısında asflat yolla hərəkətdə olarkən yolda çoxlu adamların toplaşdığını və maşınların dayandığını görmüşdür. Maşını aşağı sürətlə idarə etdiyi üçün görmüşdür ki, «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayanıb, onun sürücüsü bir qadına köməklik edir. Başa düşmüşdür ki, sürücü həmin qadını avtomobillə vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerində polis əməkdaşlarını görmədiyi üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu Çaylı kəndindən keçən 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat vermişdir. Bundan sonra yoluna davam edib evinə gəlmişdir. Həmin vaxtı «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili və onun sürücüsünü, həmin sürücünün asfalt yolda uzanmış vəziyyətdə olan bir qadına köməklik etməsindən başqa heç nə görməmiş, nə avtomobilin sürücüsünü, nə də ki, xəsarət alan qadını tanımır və onlarla heç bir münasibəti olmamışdır. Sonradan bilmişdir «Ford Tranzit» markalı 99- GN-433 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Biləsuvar rayonu Çaylı kəndində yaşayan Təqsirləndirilən şəxs, avtomobillə vurulan şəxs də X8r. Hadisənin necə və hansı şəraitdə baş verməsini görməmişdir. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokol və yolnəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndindən keçən 5-ci kilometrliyində asfalt yolda baş vermişdir. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə yerinə baxış keçirilməsi Biləsuvar rayonundan İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində keçirilmişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür, qurudur. Görmə məsafəsi kifayət qədərdir, yol işıqlandırılmır. Yolda hərəkət hissəsini qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa, ağ rəngli, qırıq-qırıq nişanlama xətləri çəkilmişdir. Hərəkət zolaqlarının sayı ikidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 9,0 metr, hərəkət hissəsinin eni 7,2 metrdir. Hərəkət zolaqlarının hər birinin eni 3,6 metrdir. Yolun hərəkət hissəsinin sağ və sol kənarları ilə 0,90 metr enində sarı rəngli nişanlama xətləri çəkilmişdir. Yol örtüyünün sol və sağ tərəflərində 3,5 metr enində torpaq örtüklü ehtiyat hissə vardır. Hadisə baş verən yerdə sürət həddi 60 km/saat müəyyən edilmişdir. Hadisə yerindən 7,50 metr məsafədə yerləşən və Çaylı kəndinə gedən 7,20 metr enində yol vardır. Hadisədən sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili piyadanın vurulduğu yerdən 15 (on beş) metr kənarda, yolun sağ ehtiyat hissəsində saxlamışdır. Hadisə yerində tormoz izləri yoxdur. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanı vurduğu yeri göstərib təqdim etmiş, həmin yer ölçüldükdə məlum olmuşdur ki, hadisə Biləsuvar şəhərindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində baxdıqda asfalt yolun sağ kənarından mərkəzə doğru 2,4 metr məsafədə baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 8/2981 nömrəli rəyindən görünür ki, «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıdığı yükün kütləsi istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətdən artıq olduğundan onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 25 avqust 2023-cü il tarixli 27 №-li rəyində aşağıdakılar göstərilmişdir:
1. X1 meyitinin xaraici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına yayılmış qansızına, baş beyin toxumasının ağır dərəcli əzilməsi, başın ənsə nahiyəsində və sağ baldır nahiyəsində əzilmiş yara, sağ baldır sümüklərinin açıq sınığı, burun sümüyünün qapalı sınığı, alının sol yarısında, burun belində və sol çənə nahiyəsində sıyrıq, sağ gözyuvası ətrafında və sol bud nahiyəsində qançır. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti 15 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir.
2. X1 ölümünə ağır qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyin toxumasına yayılmış qansızına və baş beyin toxumasının ağır dərəcəli əzilməsi səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən, demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, «Ford Tranzit» markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil BD30982 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasma əsasən Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş AE seriyalı 818171 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəli sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş 15 avqust 2023-cü il tarixli 372 nömrəli tibbi müayinə protokolunda göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs sərxoş deyildir. İş materiallarında olan DİN-in BDYP-nin X6 vasitəsi ilə yoxlanılmış məlumatda göstərilmişdir ki, Təqsirləndirilən şəxsun adına AE seriyalı 818171 nömrəli sürücülük vəsiqəsi vardır, o, yol hərəkəti qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunmamış və sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə tərəfindən hazırkı iş üzrə cəzaya təsir edə biləcək Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışı, belə ki, əməlindən peşman olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs maddi köməklik etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və digər hallar nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in göstərilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ölmüş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və himayəsində 2 azyaşlı uşağının (xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3) olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu ona təqsirləndirildiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə müsadirə olunmalı olan əmlak və ya mülki iddia yoxdur. Göstərilənlərə əsasən, CPM-in 197, 198, 344-349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
X14