Məhkəmə qərarları › İş №1(022)-18/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-18/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-18/2025 22.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 19 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan edilmiş, barəsində eyni tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi, üzərində heç bir markalanma göstəriciləri olmayan 1 flakonda 16 qram olmaqla, 20 plastik flakonda ümumilikdə çəkisi 320 qram təşkil edən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar" siyahısına daxil edilmiş kalium permanqanat prekursorunu malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynində olan uzunqol gödəkçəsinin altından geyindiyi qara rəngli qısaqol gödəkçənin içəri tərəfində yerləşən sağ və sol ciblərin hər birində 10 flakon olmaqla gizlədib İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Biləsuvar rayonuna gələrkən 25 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunun piyada keçid xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən kalium permanqanat prekursoru gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsinin dolanışığını fəhləlik etməklə, həmçinin ayda bir-iki dəfə rayonda sahibkarlıqla məşğul olan şəxslərlə İran İslam Respublikasına gedərək 30-40 manat qarşılığında ərzaq alıb gətirməkdə onlara köməklik göstərir. Sonuncu dəfə cari ilin fevral ayında həmyerlisi Şahid4 ona 40 manat qarşılığında birlikdə İrana gedib alacağı malları gömrükdən öz adına rəsmiləşdirib keçirməyi təklif etmiş, o da Camaləddinlə razılaşaraq 24 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasına gedən marşruta minərək birlikdə yola düşmüşdür. Bütün yol xərclərini Camaləddin qarşılamış və İran İslam Respublikasından mal ala bilmək üçün Naxçıvana gedib yenidən eyni nəqliyyat vasitəsilə geri qayıtmışlar. 24 fevral 2024-cü il tarixdə İran İslam Respublikasının Culfa şəhərində sürücü təxminən 1-2 saatlıq nəqliyyat vasitəsini saxlamış və hər kəs üçün lazım olan əşyalar almışdır. Bu müddət ərzində Camaləddin satmaq üçün lazım olan mallarını alıb özü qablaşdırmış, o da həmin yerdə olan aptekə daxil olaraq 11 manat qarşılığında bir qutu, 20 flakon “marqanızovka” adlanan maddə, 2 qutu isə övladının xəstəliyi üçün adını xatırlamadığı başqa dərmanlar almşdır. Həmin dərmanların hamısını sellofan paketə qoyub mağazadan çıxmış və nəqliyyat vasitəsinə əyləşmişdir. 25 fevral 2024-cü il tarixdə, gecə saat 1-2 radələrində İran İslam Respublikasının gömrük sərhədini keçərək Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. Pasport qeydiyyatından keçdikdən sonra postda olan sərnişin xəttinə yaxınlaşmışdır. Həmin gün sərnişinlərin gətirdikləri bağlamalar bir-bir açılaraq yoxlanıldığından gömrükdə buraxılış yubanmışdır və bir neçə saat gözləməli olmuşdurlar. Həmin gün saat 10-11 radələrində sərnişin xəttinə daxil olmuş və onun ardınca Camaləddin aldığı malları zala daşımışdır. Bundan sonra Camaləddin orada olan gömrük əməkdaşına yaxınlaşıb ona pasportu təqdim etmiş və adına sadələşdirilmiş bəyannamə tərtib edilməsinə kömək istəyərək gətirdiyi malları bir-bir bəyan etmişdir. Bu zaman gömrük əməkdaşı ondan üzərində telefon, dərman vasitələri və ya bəyan olunmalı malların olub-olmadığını soruşmuş, o da öz növbəsində üzərində dərman vasitəsinin olduğunu demiş və gömrük nəzarətini həyata keçirən gömrük əməkdaşına yaxınlaşıb ona da üzərində dərman vasitəsinin olduğunu deyərək cibində yerləşdirdiyi 2 qutu dərmanı çıxarıb gömrük əməkdaşına təqdim etmişdir. Həmin gömrük əməkdaşı isə öz növbəsində dərman vasitələrini və ciblərində olan əşyaları çıxarıb masanın üzərinə qoymağı, əynində olan gödəkçəni isə rentgen qurğusuna yerləşdirməyi təklif etmişdir. Bu zaman o şalvarının cibində olan 2 ədəd telefonu, 1 ədəd siqaret qutusunu və alışqanı masanın üzərinə, əlində olan 2 qutu dərman vasitəsini və əynində olan uzunqol gödəkçəni isə rentgen qurğusuna qoymuşdur. Həmin vaxt gömrük nəzarətini həyata keçirən əməkdaş əynində olan qısaqol gödəkçəni də çıxarıb gömrük nəzarətinə təqdim etməsini istəmişdir. Bu zaman o həmin qısaqol gödəkçəni də soyunub həmin rentgen qurğusunun qabına yerləşdirmişdir. Daha sonra özü də metalaxtaran detektordan keçmişdir. Paltarları rentgen qurğusundan keçərkən onun ciblərində çoxsaylı dərman vasitələri aşkar edilmişdir. Bundan sonra onun üzərində şəxsi yoxlama aparılmış, lakin heç bir qanunla qadağan edilmiş, bəyan edilməmiş və sair əşya aşkar edilməmişdir. Əynindən çıxardığı qara rəngli qısaqol gödəkçənin ciblərindən aşkar edilmiş 20 flakon marqanızovka maddəsi isə protokol əsasında götürülmüşdür. O, 25 fevral 2024-cü il tarixdə Biləsuvar gömrük postunda ona məxsus qara rəngli qısaqol gödəkçənin ciblərindən aşkar edilmiş 20 flakon marqanızovka maddəsinin onun özünə məxsus olduğunu, onları şəxsi istifadəsi üçün ölkə ərazisinə gətirdiyini, təxminən 2003-cü ildən marqanızovkadan istifadə etdiyini, 20 ildir marqanızovkanı hər gün və ya iki gündən bir suya əlavə edərək içdiyini, bəzən də bədənində olan yaraların müalicəsi məqsədilə marqanızovkalı su ilə vanna qəbul etdiyini, hər dəfəsində bir flakonun təxminən beşdə biri miqdarında suya əlavə edərək içdiyini, həmçinin eyni miqdarda suya əlavə edərək vanna qəbul etdiyini, bir flakon marqanızovkanın həm vanna qəbul etmək, həm də içmək üçün təxminən 10 gün ona kifayət etdiyini, sonuncu dəfə aldığı 20 flakon marqanızovkanı 5-6 ay istifadə etmək fikrində olduğunu, son illər marqanızovkanın sərbəst satışına qadağa qoyulduğundan tapmaqda çətinlik çəkdiyini, bu məqsədlə bir dəfəlik İrandan alıb gətirmək qərarına gəldiyini, həmin dərman vasitələrinin hamısını İran İslam Respublikasının Culfa şəhərində eyni aptekdən alıb bir paketdə yerləşdirdiyini, marqanızovkanı alarkən onların hamısının bir qutuda olduğunu, lakin İranın gömrüyündən keçərkən gömrük əməkdaşı onların bağlamada keçirilməsinə icazə verilmədiyini dediyindən qabdan çıxarıb cibində yerləşdirdiyini və gömrük sərhədini keçdiyini bildirmişdir. 20 flakon kalium-permanqanat maddəsini İran İslam Respublikasının gömrük orqanına təqdim etdiyi halda, Azərbaycan Respublikasının gömrük orqanında həmin maddəni təqdim etməməsinin səbəbi həmin vaxt əsəbi və bir qədər yorğun olduğundan marqanızovkanı çıxarıb gömrük əməkdaşına təqdim etməyi unutması olmuş, üzərində 20 flakon kalium-permanqanat maddəsinin olduğu barədə gömrük əməkdaşlarına heç bir söz deməmiş, sadəcə olaraq dərmanların olduğunu bildirmiş, gömrük əməkdaşına ümumiyyətlə cibində dərmanların olduğunu demiş, xüsusi olaraq qısaqol gödəkçəsinin ciblərində dərman vasitələrinin olduğunu deməmişdir. Həmin vaxt əsəbi və yorğun olduğundan gömrük nəzarətindən keçərkən əynində olan şalvarın və uzunqol gödəkçənin ciblərini boşaldaraq gömrük nəzarətinə təqdim etdiyi halda, qısaqol gödəkçənin ciblərində olan malları boşaltmağı və ciblərində olan mallar barədə gömrük əməkdaşına ətraflı məlumat verməyi unutmuş, gömrük yoxlanışında çox gözlədiyindən yorulmuş və səbrsiz olmuş, bu səbəbdən cibində olan dərman vasitələrini dəqiqliklə bəyan etməmişdir. Üzərində dərman vasitələrinin olduğunu bildirərkən onların sayları barədə heç nə deməmiş, sadəcə olaraq üzərində dərman vasitələrinin olduğunu bildirmişdir. Saylarını isə deməmişdir. Lakin dərmanların olduğunu deyərkən ancaq cibində olan övladı üçün almış olduğu 2 ədəd dərmanı çıxarıb göstərmişdir. Əynində olan qara rəngli uzunqol gödəkçənin cibləri dayaz və sökülü olduğundan 2 ədəd dərman vasitəsini həmin gödəkçənin cibində yerləşdirdiyi halda, 20 flakon kalium-permanqanat maddəsini qısaqol gödəkçəsinin iç ciblərində yerləşdirmişdir. Həmin vaxt qısaqol gödəkçəsinin ciblərində kalium-permanqanatdan əlavə bir neçə qutu siqaret də olmuş, onları həmin ciblərdə yerləşdirməsinin səbəbi isə gömrükdən rahatlıqla keçirə bilməyi olmuşdur. Xatırladığı qədəri ilə, qısaqol gödəkçəni öz təşəbbüsü ilə gömrük nəzarətinə təqdim etmişdir. Əvvəllər kalium-permanqanat lazım olduqda, tanımadığı şəxslərdən və ya apteklərdən əldə etmişdir. Təxminən 2015-ci ildən etibarən narkotik vasitələrdən istifadə etmir. Sadəcə həftədə 3-4 dəfə bir stəkan kalium-permanqanat içir. Azərbaycan Respublikası ərazisinə malların bəyan edilmədən və ya düzgün bəyan edilmədən, habelə gizli yolla gətirilməsinin məsuliyyətə səbəb olduğu barədə məlumatı olmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən etibarən gömrük orqanlarında xidmət edir. Elə həmin tarixdə X5 İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin hədəfləmə və koordinasiya bölməsinin inspektoru vəzifəsinə təyin edilmiş və Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postuna təhkim edildiyindən xidməti fəaliyyətini orada davam etdirir. Gömrük xidməti kiçik leytenantı xüsusi rütbəsi daşıyır. Bölgüyə əsasən idxal və ya ixrac xəttində yüklərin və ya sərnişinlərin üzərində gömrük nəzarətini həyata keçirir. 25 fevral 2024-cü il tarixdə tərtib edilmiş iş qrafikinə uyğun olaraq “Biləsuvar” gömrük postunun sərnişin xəttində quraşdırılmış detektor vasitəsilə sərnişinlərin üzərində gömrük yoxlamasını həyata keçirmişdir. Həmin gün sərnişin xəttində onunla birlikdə Şahid2, Şahid1 adlı gömrük inspektorları və Şücayət adlı mühafizəçi də xidmət göstərmişlər. Bir neçə gün əvvəl Biləsuvar gömrük postunda fərdi sahibkarlıqla məşğul olan yerli sakinlər tərəfindən gətirilən mallarda hüquqpozma predmeti aşkar edildiyindən postun rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən bütün alverçilərin yükləri bir-bir açılaraq yoxlanılması təmin edilmişdir. Bu səbəbdən gecə saat 04 radələrində çatmış 10AB221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişinlərinin gömrük nəzarətindən keçərək yola salınması gündüz saat 12-dək davam etmişdir. Həmin nəqliyyat vasitəsində gələn sərnişinlər ya Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər, ya da mütəmadi olaraq İran İslam Respublikasından alış-veriş edərək Azərbaycanın Biləsuvar şəhərində satış həyata keçirən yerli sakinlərdən ibarət olmuşdur. Biləsuvar şəhərinin alış-verişlə məşğul olan sakinləri İrana getmək üçün başqa vasitələri olmadığından Naxçıvan MR-na sərnişin daşıyan marşrutlarla Naxçıvana gedərək geri qayıdır və geri qayıdan yolda İran İslam Respublikası ərazisində zəruri mallar alaraq satmaq üçün Azərbaycan Respublikasına gətirirlər. Həmin gün, saat 11 radələrində sözügedən nəqliyyat vasitəsinin sərnişinlərindən biri Təqsirləndirilən şəxs növbə ona çatdıqda sərnişin xəttinə daxil olaraq özü ilə birlikdə gətirdiyi yükləri zala daşımış və rentgen qurğusunun qarşısına yığmışdır. Həmin vaxt Samirlə birlikdə bu yüklərin daşınmasına müntəzəm olaraq İrandan mal gətirib satan Camaləddin adlı şəxs də köməklik göstərmişdir. Gətirilən mallar zala yığıldıqdan sonra Samir və Camaləddin sadələşdirimiş bəyannamənin tərtib edilməsinə köməklik göstərməsi üçün Şahid1 yaxınlaşmış və gətirdikləri malları bir-bir şifahi şəkildə bəyan edərək sadələşdirilmiş bəyannamə tərtib edilmişdir. Bəzi hallarda sahibkarlıqla məşğul olan şəxslər aylıq limiti keçməmək məqsədilə öz yanlarında başqa şəxsləri gətirərək sadələşdirilmiş bəyannamələri onların adına tərtib edirlər. Buna görə də həmin vaxt o belə güman etmişdir ki, həmin mallar Camaləddinə məxsusdur. Lakin Təqsirləndirilən şəxs bu malların hamısının özünə məxsus olduğunu bildirdiyindən bəyannamə onun adına tərtib edilmişdir. Təqsirləndirilən şəxs sərnişin xəttinə daxil olduğu vaxtdan onun hərəkətləri onda şübhə yaratmış, onunla ifrat dərəcədə səmimiyyət qurmağa çalışmışdır. Bu səbəbdən Samirin üzərində artıq sayda tütün məmulatları olduğunu güman edib diqqətli şəkildə müşahidə etməyə başlamışdır. Təqsirləndirilən şəxs adına bəyananmə tərtib edildikdən sonra o, gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə zalda quraşdırılmış detektora yaxınlaşan zaman detektordan keçməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoymasını və üst geyimini çıxararaq detektordan keçməsini xahiş etmişdir. Bu zaman Samir əynində olan şalvarın cibindən mobil telefonunu və siqaret qutularını çıxararaq masanın üzərinə qoymuş və üzərində olan uzunqol qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd sellofan paketə qoyulmuş vəziyyətdə 2 qutu dərmanı çıxararaq ona göstərmiş və onun deməsinə əsasən, “Heimann X-ray” markalı rentgen yük yoxlama qurğusunun üzərindəki qabın içərisinə yerləşdirmişdir. Bundan sonra əynində olan qara rəngli uzunqol gödəkçəsini çıxararaq həmin dərmanların üzərinə qoymuşdur. Daha sonra o, Təqsirləndirilən şəxs üzərində olan qısaqol gödəkçəni də çıxarmasını və qaba yerləşdirməsini tələb etmişdir. Təqsirləndirilən şəxs isə ondan “gödəkçəni də çıxarım?” deyə soruşaraq onun təsdiqini aldıqdan sonra qısaqol gödəkçəsini də çıxarıb qaba qoymuşdur. Həmin gödəkçəni qaba qoyarkən qabda olan uzunqol gödəkçəni qaldırıb qısaqol gödəkçəni onun altına yerləşdirmişdir. Bundan sonra o detektora yenidən yaxınlaşmış və əynindəki və soyunub qaba yerləşdirdiyi paltarların ciblərinin boş olub-olmadığı barədə suala “hamısı boşdur” deyə cavab verdikdən sonra detektordan keçmişdir. Təqsirləndirilən şəxs detektordan keçdikdə üzərində hər hansı yad cisim, qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, habelə gömrük orqanına bəyan edilməmiş hər hansı əşya, predmet aşkar edilməmişdir. Lakin adına sadələşdirilmiş bəyannamə tərtib edilmiş və özünə məxsus olduğunu bildirərək gömrük nəzarətinə təqdim etdiyi mallar rentgen yoxlanışından keçərkən əynindən soyunub qaba yerləşdirdiyi qara rəngli qısaqol gödəkçədə yad cisimlərin olduğu aşkar edildiyindən həmin gödəkçə onun tərəfindən qabdan götürülərək qanunvericiliyin tələblərinə uyğun olaraq hal şahidləri dəvət edilərək baxış keçirilmişdir. Baxış zaman həmin gödəkçənin sağ və sol iç ciblərinin hər birində 10 ədəd olmaqla, ümumilikdə 20 ədəd plastik qabda, tünd bənövşəyi rəngli, kristal quruluşlu kalium-permanqanata oxşar maddənin və hər cibində 2-3 qutu tütün məmulatlarının olduğu aşkar edilmişdir. Həmin mallar barədə Təqsirləndirilən şəxs sual verdikdə sonuncu, uşaq yaşlarından əsəb və dəri xəstəliklərindən əziyyət çəkdiyini, bu səbəbdən kalium-permanqanatı müalicəsi üçün istifadə etdiyini, siqaretləri isə şəxsi istifadə məqsədilə gətirdiyini bildirmişdir. Daha sonra bununla bağlı onun tərəfindən protokol tərtib edilmiş, aşkar edilmiş maddə protokol əsasında qablaşdırılaraq götürülmüş və araşdırma aparılması məqsədilə sənədlər təhqiqat orqanına göndərilmişdir. Bundan əlavə o, verilən suallara cavab olaraq bildirmişdir ki, 02 fevral 2024-cü il tarixdən etibarən “Biləsuvar” gömrük postunda xidmət göstərməyə başladığından, orada gəlib-gedən sərnişinlərə bələd olmamış və Təqsirləndirilən şəxs 25 fevral 2024-cü il tarixdə ilk dəfə görmüşdür. Təqsirləndirilən şəxs adına tərtib edilmiş **********542 nömrəli sadələşdirilmiş gömrük bəyannaməsində dərman vasitələrinin iki ayrı-ayrı bəndlərdə yazılmasının səbəbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 305 saylı Qərarına əsasən, fiziki şəxslər tərəfindən rüsumsuz keçirilməsinə icazə verilən həddən artıq malların sadələşdirilmiş bəyannamədə ayrıca qeyd olunması və bu malların akt tərtib edilərək sistem üzərindən anbara təhvil verilməsi üçün göndərilməsindən ibarət olduğunu bildirmişdir. Anbara təhvil verilən mallar konkret əmtəə nişanları, adları və sayları göstərilməklə bəyannamədə qeyd edilmiş, artıq çıxan malların hansı hissəsinin anbara təhvil verilməsi vətəndaşın özü tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində kalium-permanqanat maddəsinin olduğunu və ya qısaqol gödəkçəsinin ciblərində hər hansı dərman vasitələrinin olduğu barədə məlumat verməmişdir. Belə ki, Samir detektordan keçməzdən qabaq ona yaxınlaşaraq üzərində dərman vasitələrinin olduğunu bildirib əyninə geyindiyi qara rəngli uzunqol gödəkçəsinin sağ cibində olan dərman vasitələrini göstərmiş və onları rentgen qurğusundan keçməsi üçün qaba yerləşdirmişdir. Lakin həmin uzunqol gödəkçənin altından geyindiyi qısaqol gödəkçəsinin iç ciblərində yerləşdirdiyi ümumilikdə 20 flakon kalium-permanqanat maddəsi və bir neçə qutu tütün məmulatları barədə heç bir məlumat verməmişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyması barədə tələb edilsə də, Samir ancaq şalvarının və üst gödəkçəsinin ciblərində olan əşyaları gömrük nəzarətinə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində olan kalium-permanqanat maddəsini digər gömrük əməkdaşlarına da şifahi və ya yazılı şəkildə bəyan etməmişdir. Hətta həmin maddə aşkar edilərkən orada olan Camaləddin də Samirdən bu maddənin gətirilməsinin qadağan olduğunu bildiyi halda, niyə gətirdiyini və belə bir malının olduğunu niyə demədiyini bildirərək sözlü mübahisə yaratmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçəsinin ciblərində dərman vasitəsinin və ya hər hansı predmetin olduğu barədə ona məlumat verməmişdir. Bu malların Camaləddinə məxsus olması barədə onda dəqiq məlumat yoxdur. Mütəmadi olaraq mal gətirən alverçilər öz limitlərini keçməmək üçün hər dəfəsində bunu 20 manat qarşılığında başqa vətəndaşdan xahiş etdiklərinə görə təxmin etmişdir ki, Samir də bu səbəbdən öz adına bəyan etmişdir. Lakin ola da bilsin ki, bu mallar elə Təqsirləndirilən şəxs məxsus olmuşdur. Həmin maddə aşkar edildikdə Samir özü maddənin özünə məxsus olduğunu etiraf edərək dəri xəstəliyi ilə əlaqədar istifadə etdiyini bildirmişdir. Camaləddin isə Samirdə belə bir dərmanın olmasından xəbərsiz olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs yalnız o dedikdən sonra qısaqol gödəkçəsini çıxararaq qaba yerləşdirmişdir. Təqsirləndirilən şəxs adına sadələşdirilmiş bəyannamə tərtib edilərkən ondan üzərində dərman vasitələri olub-olmadığı soruşulduqda belə mallarının olduğunu demiş və eləcə də ona yaxınlaşıb şifahi şəkildə dərman vasitələrinin olduğunu bildirib əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ cibində olan dərmanları göstərmişdir. Həmin dərmanlar bir ədəd sellofan paketdə olmuşdur və onların adlarını və saylarını isə dəqiq xatırlamır. Bundan başqa gömrük nəzarətinə heç bir dərman vasitəsi bəyan və ya təqdim etməmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq detektordan keçməzdən qabaq üzərində dərman vasitələrinin olduğunu bildirdikdə və təqdim etdikdə üzərində nə varsa, çıxarıb təqdim etməsini və baxılması üçün qaba yerləşdirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə ancaq uzunqol gödəkçəsinin ciblərində olan dərmanları gömrük nəzarətinə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində gömrük yoxlaması həyata keçirməzdən qabaq üzərində qanunla qadağan edilmiş, mülki dövriyyəsi məhdudlaşdırılmış və ya bəyan edilməmiş mallarının olub-olmadığı barədə sual verdikdə ciblərinin boş olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs adına tərtib edilmiş **********542 nömrəli sadələşdirilmiş gömrük bəyannaməsinin 11-ci qrafasında göstərilmiş “XYLA-P” adlı 7 ədəd mazın mütəmadi olaraq ölkə ərazisinə gətirilən dərmanlardan olduğundan onun ölçülərini dəqiq bilir. Həmin dərmandan 7 ədədinin bir paketdə cibə yerləşdirilməsi mümkün deyildir. Həmin dərmanların bağlamaların içərisindən aşkar edildiyini güman etmişdir. İlkin izahatını verərkən hadisəni ətraflı təsvir edə bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əynində olan üst geyimini çıxarıb rentgen qurğusuna qoymasını xahiş etdikdən sonra uzunqol gödəkçəsinin sağ cibindən 2 qutu dərman vasitələrini çıxarıb üzərində dərman vasitələrinin olduğunu ona demişdir. O da həmin dərman vasitələrini də yoxlamaya təqdim etməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs kalium-permanqanat maddəsi barədə heç bir məlumat verməmiş, onları yoxlamaya təqdim etməmiş, yazılı və ya şifahi bəyan etməmiş, həmin maddənin yerləşdirildiyi qısaqol gödəkçəni də onun deməsindən sonra çıxarıb rentgen qurğusuna qoymuşdur. Əvvəlki izahatlarında dərman vasitəsini təqdim etdiyini qeyd edərkən kalium-permanqanat maddəsini nəzərdə tutmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.1993-cü il tarixdə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatda olmaqla Qax rayonu, Ənvərçay kəndində yaşayır. Ailəlidir. 2018-ci ildən etibarən gömrük orqanlarında xidmət edir. 11 sentyabr 2024-cü il tarixdən etibarən Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun inspektoru vəzifəsində xidmətini davam etdirir. Xidmətə qəbul olduğu vaxtdan sonuncu təyinatına qədər isə Biləsuvar Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunun inspektoru vəzifəsində xidmət göstərmişdir. Gömrük xidməti kapitanı xüsusi rütbəsi daşıyır. Xidməti vəzifəsi ölkə ərazinə idxal və ixrac olunan mallara gömrük nəzarətinin həyata keçirilməsi çərçivəsində təqdim edilən sənədlərin uyğunluğunun yoxlanılması və sistem üzərindən qeydiyyatının aparılmasından ibarətdir. Bəzən isə rəhbərliyin göstərişinə əsasən, sərnişin xəttində xidmətə cəlb olunmuş və qadın cinsli sərnişinlərin üzərində gömrük yoxlamasının həyata keçirilməsi və sərnişinlər tərəfindən sadələşdirilmiş gömrük bəyannaməsinin tərtib edilməsinə köməklik göstərilməsini təmin etmişdir. 25 fevral 2024-cü il tarixdə, saat 09-da işə gələrək tərtib edilmiş iş qrafikinə uyğun olaraq “Biləsuvar” gömrük postunun sərnişin xəttində xidmət göstərməyə başlamışdır. Həmin gün sərnişin xəttində onunla birlikdə Şahid3, Şahid2 adlı gömrük inspektorları və Şücayət adlı mühafizəçi də xidmət göstərmişlər. Bir neçə gün əvvəl Biləsuvar gömrük postunda fərdi sahibkarlıqla məşğul olan yerli sakinlər tərəfindən gətirilən mallarda hüquqpozma predmeti aşkar edildiyindən postun rəhbərliyi tərəfindən verilmiş göstərişə əsasən bütün alverçilərin yükləri bir-bir açılaraq yoxlanılması təmin edilmişdir. Bu səbəbdən gecə saat təxminən 04 radələrində çatmış 10AB221 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişinlərinin gömrük nəzarətindən keçərək yola salınması gündüz saat 12-dək davam etmişdir. Həmin nəqliyyat vasitəsində gələn sərnişinlər ya Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər, ya da mütəmadi olaraq İran İslam Respublikasından alış-veriş edərək Azərbaycanın Biləsuvar şəhərində satış həyata keçirən yerli sakinlərdən ibarət olmuşdur. Biləsuvar şəhərinin alışverişlə məşğul olan sakinləri İrana getmək üçün başqa vasitələri olmadığından Naxçıvan MR-na sərnişin daşıyan marşurutlarla Naxçıvana gedərək geri qayıdır və geri qayıdan yolda İran İslam Respublikası ərazisində zəruri mallar alaraq Azərbaycan Respublikasına gətirirlər. Həmin gün, saat 11 radələrində sözügedən nəqliyyat vasitəsinin sərnişinlərindən biri Təqsirləndirilən şəxs növbə ona çatdıqda sərnişin xəttinə daxil olaraq özü ilə birlikdə gətirdiyi yükləri zala daşımış və rentgen qurğusunun qarşısına yığmışdır. Həmin vaxt Samirlə birlikdə bu yüklərin daşınmasına müntəzəm olaraq İrandan mal gətirib satan Cəmaləddin adlı şəxs də köməklik göstərmişdir. Gətirilən mallar zala yığıldıqdan sonra Samir və Cəmaləddin sadələşdirimiş bəyannamənin tərtib edilməsinə köməklik göstərməyi üçün ona yaxınlaşmış və Təqsirləndirilən şəxs məxsus pasportu və bir ədəd mobil telefonu təqdim edərək gətirilən mallara dair sadələşdirilmiş gömrük bəyannaməsinin yazılmasına köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o, sərnişin xəttində olan köşkə yaxınlaşaraq Təqsirləndirilən şəxs adına sadələşdirilmiş bəyannamə tərtib etməyə başlamışdır. Bu zaman Camələddinin və Samirin deməsinə uyğun olaraq bəyannamənin bəndlərini doldurmuşdur. Bəyannaməni tərtib edərkən verilən suallara uyğun olaraq Cəmaləddin mobil telefon, ərzaq və digər məişət malları barədə, Samir isə ancaq dərman vasitələrinə dair suallara cavab vermişdir. Bəzi hallarda sahibkarlıqla məşğul olan şəxslər aylıq limiti keçməmək məqsədilə öz yanlarında başqa şəxsləri gətirərək sadələşdirilmiş bəyannamələri onların adına tərtib edirlər. Buna görə də belə güman etmişdir ki, dərman vasitələri istisna olmaqla, həmin malların əksəriyyəti Cəmaləddinə məxsusdur. Lakin Təqsirləndirilən şəxs bu malların hamısının özünə məxsus olduğunu bildirdiyindən bəyannamə onun adına tərtib edilmişdir. Dərman vasitələri barədə sual verdikdə isə Samir bu suala cavab olaraq qaşıntı əleyhinə 2 qutu mazının olduğunu bildirib bəyannaməyə əlavə etdirmişdir. Alverçilərin bəyan etdiklərindən əlavə olaraq mallar gətirdikləri geniş yayılmış hal olduğundan vətəndaşların dediyinə əsasən bəyannaməni tərtib edib onların adından təsdiqləyir, lakin gömrük yoxlanışı başa çatanadək bəyannəməni öz adlarından təsdiqləmirlər. Çünki əlavə mallar aşkar edildiyi halda, bu malları yenidən bəyannaməyə əlavə edir, lakin limitdən artıq olan həddi akt üzrə anbara təhvil verilir. Təqsirləndirilən şəxs adına tərtib edilən bəyananməni də təsdiq edib gömrük nəzarətinin başa çatmasını gözləmiş və gömrük nəzarəti zamanı onun əşyalarının içərisində bəyan edildiyindən artıq sayda tütün məmulatlarının, ərzaq mallarının və dərman vasitələrinin olduğunu aşkar etmişlər. Bundan sonra bu barədə müvafiq məlumatın verilməsini təmin edərək həmin bəyananməyə düzəliş edib artıq aşkar edilən hissəni akt üzrə anbara təhvil vermişlər. Mallar gömrük nəzarətindən keçərkən sadələşdirilmiş bəyannamədə qeyd olunandan artıq mallardan əlavə Təqsirləndirilən şəxs əynindəki uzunqol gödəkçənin altından geyindiyi qısaqol gödəkçənin sağ və sol iç ciblərindən ümumilikdə 20 flakonda kalium-permanqanat maddəsi aşkar edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin maddənin gətirilməsinə icazə verilmədiyindən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra inspektor Şahid3 tərəfindən bununla bağlı protokol tərtib edilmiş, aşkar edilmiş maddə protokol əsasında qablaşdırılaraq götürülmüş və araşdırma aparılması məqsədilə sənədlər təhqiqat orqanına göndərilmişdir. Təqsirləndirilən şəxs qabaqcadan yerli sakin kimi, mütəmadi olaraq İran İslam Respublikasından mal alıb gətirən vətəndaş kimi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs hər ay ən azı bir dəfə İrana gedərək mal alıb gətirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs gömrük əməkdaşları və rayon sakinləri tərəfindən narkotik vasitələrin istifadəçisi kimi tanınmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs adına tərtib edilmiş **********542 nömrəli sadələşdirilmiş gömrük bəyannaməsində dərman vasitələrinin, ərzaqların və tütün məmulatlarının iki ayrı-ayrı bəndlərdə yazılmasının səbəbləri barədə onu qeyd etmişdir ki, gündəlik olaraq gömrük buraxılış məntəqəsindən keçən alverçilərin bəyan etdiklərindən əlavə olaraq mallar gətirdikləri geniş yayılmış hal olduğundan vətəndaşların dediyinə əsasən bəyannaməni tərtib edib onların adından təsdiqləyir, lakin gömrük yoxlanışı başa çatanadək öz adlarından təsdiqləmirlər. Çünki əlavə mallar aşkar edildiyi halda, bu malları yenidən bəyannaməyə əlavə edir, lakin limitdən artıq olan həddi akt üzrə anbara təhvil verirlər. Təqsirləndirilən şəxs adına tərtib edilmiş **********542 nömrəli sadələşdirilmiş gömrük bəyannaməsinin ilk 8 bəndində göstərilən mallar ilkin olaraq bəyan edilən və Nazirlər Kabinetinin 305 saylı Qərarına əsasən fiziki şəxslər tərəfindən rüsumsuz keçirilməsinə icazə verilən həddə olmuşdur. Artıq çıxan mallar isə akt üzrə anbara təhvil verildiyindən və vətəndaş tərəfindən müvafiq ödəniş edildikdən sonra ona geri qaytarıldığından limiti keçən mallar, konkret əmtəə nişanları adları göstərilməklə ayrıca yazılır. Təqsirləndirilən şəxs tərəfindən dərman vasitələri ona sadələşdirilmiş bəyannaməyə yazılması üçün bəyan edilərkən ilkin olaraq 2 ədəd mazın olduğunu bildirmiş, digər 7 ədəd isə sonradan aşkar edilmişdir. Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçməzdən əvvəl əynində olan qısaqol gödəkçəsinin ciblərində hər hansı predmetin olduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs tərəfindən mallar şifahi qaydada ona bildirilərkən kalium-permanqanat maddəsi barədə nə ona, nə də digər əməkdaşlara heç bir məlumat verməmişdir. Ümumiyyətlə, Samirin gətirdiyi kalium-permanqanat maddəsi 20 ədəd flakonda olmuş, lakin yekunda bəyannamədə bəyan edilən dərmanlar 9 ədəd mazdan ibarət olmuşdur. Qanunvericiliyə əsasən, eyni maldan 2 ədəddən artıq rüsumsuz gətirilməsinə icazə verilmədiyindən yəqin ki, 20 flakon kalium-permantqanatın bəyan edilə bilməyəcəyini Təqsirləndirilən şəxs özü də bilmişdir. Ümumiyyətlə, isə ona kalium-permanqanat haqda heç bir məlumat verməmişdir. Dərman vasitələri və mobil telefonların sərnişinlərdən xüsusilə soruşulması tələb olunduğundan, Təqsirləndirilən şəxs malları şifahi şəkildə bildirərkən üzərində mobil telefonun və dərmanın olub-olmadığını xüsusilə soruşmuş, Təqsirləndirilən şəxs isə ona ancaq bəyannamədə ilkin yazılan malları bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan kalium-permanqanat maddəsini digər gömrük əməkdaşlarına bəyan etdiyini eşitməmişdir. Hətta həmin maddə aşkar edilərkən orada olan Cəmaləddin də ondan bu maddənin gətirilməsinin qadağan olduğunu bildiyi halda, niyə gətirdiyini deyərək sözlü mübahisə yaratmışdır. Samir isə maddənin qadağan olunduğunu bilmədiyini demişdir. Bu malların Cəmaləddinə məxsus olması barədə onda dəqiq məlumat yoxdur. Bunu sadəcə təxmin etmişdir. Mütəmadi olaraq mal gətirən alverçilər öz limitlərini keçməmək üçün hər dəfəsində bunu 20 manat qarşılığında başqa vətəndaşdan xahiş edirlər. Ola bilsin Samir də buna görə malları öz adına bəyan etmişdir. Lakin ola da bilsin bu mallar elə Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs detektordan keçməzdən əvvəl onun tərəfindən üzərində olan bütün dərman vasitələri soruşulmuş, eləcə də gömrük inspektoru Şahid3 Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoymağı və üst geymini çıxararaq rentgenə yerləşdirməyi təklif etmiş, bu zaman Samir ancaq cibində olan siqareti, 2 ədəd mobil telefonu, 2 ədəd maz şəkilli dərman vasitələrini çıxararaq yoxlamaya təqdim etmiş, digər dərmanları isə təqdim etməmişdir. Həmçinin cibində kalium-permanqanat olan qısaqol gödəkçəsini də yalnız Şahid3 dedikdən sonra çıxararaq rentgen aparatından keçməsi üçün qaba yerləşdirmişdir. Şahidlərdən Şahid4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini, istintaq araşdırması zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.1970-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Fərdi sahibkarlıqla məşğul olur. X9 Respublikasından müxtəlif ərzaq və məişət əşyaları alaraq Biləsuvar şəhərində satışını həyata keçirir. Qanunvericiliyə əsasən, bir nəfər şəxsin gömrük sərhədindən güzəştli şərtlərlə, rüsumsuz keçirməyə icazə verilən malların miqdarına limit müəyyən edildiyindən İran İslam Respublikasından məhsul alıb gətirə bilməyi üçün özü ilə birlikdə 2-3 nəfər də aparır və onların adlarına da məhsul alıb ölkə ərazisinə gətirir. Bunun qarşılığında həmin şəxslərə 30-40 manat məbləğində ödəniş edir. Təxminən ayda 2-3 dəfə İrana gedib gəlir. Sonuncu dəfə cari ilin fevral ayında rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs yolda ona yaxınlaşaraq maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və növbəti dəfə İrana gedərkən onu da özü ilə aparmasını xahiş etmişdir. O daha əvvəllər Samirlə İrana getmədiyindən və onu yaxından tanımadığından ehtiyat edərək əvvəl tərəddüd etsə də, onun maddi vəziyyətinin acınacaqlı olduğunu görüb növbəti dəfə Samiri özü ilə aparmağa razılaşmışdır. 24 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs və əlavə 2 nəfəri özü ilə birlikdə götürüb Naxçıvan Muxtar Respublikasına gedən marşrut avtobusu ilə yola düşmüşlər. İran İslam Respublikasına getmələri üçün başqa yol olmadığından hər dəfə Naxçıvan reysindən istifadə etmişlər. Naxçıvan Muxtar Respublikasından geri qayıdarkən avtobus İranın Culfa şəhərində “Rus bazarı” adlanan yerin yanında nəqliyyat vasitəsini saxlayaraq bir qədər gözləyir. Bu müddət ərzində sərnişinlər ətrafda olan mağazalardan özləri üçün zəruri olan malları alıb bağlamalarda yerləşdirirlər. Həmin vaxt o da özü üçün lazım olan məhsulları alıb paketlərdə yerləşdirmiş və avtobusun yük yerinə qoymuşdur. Bundan sonra sərnişinlər toplaşmış və avtobus yola düşmüşdür. 25 fevral 2024-cü il tarixdə, gecə saatlarında İran İslam Respublikasının gömrük sərhədini keçib Azərbaycanın Biləsuvar gömrük postuna çatmışlar. Pasport qeydiyyatından keçdikdən sonra sərnişin xəttinə daxil olmaq üçün növbə gözləmişlər. Həmin gün bütün sərnişinlərin yükləri açılıb baxıldığından bir qədər növbədə gözləməli olmuşlar. Bu müddət ərzində o özü ilə apardığı şəxslərdən dönə-dönə üzərlərində hər hansı əşyanın, predmetin olub-olmadığını, dərman alıb almadıqlarını soruşmuş və aldıqları hər bir malı, xüsusilə də dərman vasitələrini gömrük əməkdaşına ayrıca bəyan etmələrini tapşırmışdır. Lakin heç bir şəxs dərman vasitəsi aldığını bildirməmişdir. Növbə Samir və ona çatdıqda sərnişin xəttinə daxil olmuşlar və malları da zala keçirmişlər. Bundan sonra orada olan köşkdə xidmət göstərən gömrük əməkdaşına yaxınlaşıb Təqsirləndirilən şəxs pasportunu təqdim etmiş və aldığı malları bir-bir bəyan etməyə başlamışdır. Bu zaman gömrük əməkdaşı ondan və Təqsirləndirilən şəxs bəyan edilməli dərman vasitələrini və mobil telefonların olubolmadığını xüsusilə soruşmuşdur. O, mobil telefonun olduğunu bildirib təqdim etmiş və bir ədəd də gel aldığını demişdir. Samir isə həmin vaxt dərman vasitələrinin olduğunu deyib cibində iki qutu dərman vasitələrini çıxarıb göstərmişdir. Bundan sonra Samir əynində olan üst geyimini çıxarıb rentgen qurğusuna yerləşdirmiş və detektordan keçmişdir. Geyimlər rentgen qurğusundan keçərkən Təqsirləndirilən şəxs məxsus qısaqol gödəkçənin iç ciblərindən 20 qutu marqanızovka deyilən kalium-permanqanat maddəsi və bir neçə qutu siqaret aşkar edilmişdir. Bu zaman gömrük əməkdaşları Samirdən onları hansı səbəbdən aldığını və bəyan etmədiyini soruşduqda malları bədənində olan yaraların müalicəsi üçün aldığını və gətirilməsinin qadağan olduğunu bilmədiyini söyləmişdir. O, Təqsirləndirilən şəxs bu əməlinə əsəbiləşib dəfələrlə soruşulmasına və hər şeyi bəyan etməsini tapşırdığıma baxmayaraq, niyə belə bir əməl etdiyini soruşub sözlü mübahisə etmişdir. Bu zaman Samir aqressivlik göstərib gömrük əməkdaşları ilə mübahisə yaratmış və həmin malları özü üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunan faktla bağlı sənədləşmə aparılmış və aşkar edilmiş mallar götürülmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs məxsus qara rəngli qısaqol gödəkçənin ciblərindən aşkar edilmiş 20 qutu kalium-permanqanatın gömrük əməkdaşlarına yazılı və ya şifahi şəkildə bəyan edilibedilmədiyi görmədiyini və eşitmədiyini, hətta Samirin ciblərindən kalium-permanqanatdan əlavə siqaret qutuları, eləcə də əl çantasında pendir və corabın da olduğunu, onların da heç birini gömrük orqanına bəyan etmədiyini, bu səbəbdən həmin pendirin gömrük əməkdaşları tərəfindən saxlanca götürüldüyünü, 25 fevral 2024-cü il tarixdə Biləsuvar gömrük postunda Təqsirləndirilən şəxs məxsus qara rəngli qısaqol gödəkçənin sağ və sol iç ciblərindən aşkar edilmiş 20 flakon kalium-permanqanat maddəsinin hamısının Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, Samirin deməsinə görə bu maddələri bədənində olan yaraları müalicə etmək məqsədilə aldığını, lakin onları haradan almasını özünün görmədiyini, ümumiyyətlə Samirin üzərində belə malların olduğunu gömrük əməkdaşları tərəfindən aşkar edildikdən sonra bildiyini, xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üst geyimini öz təşəbbüsü ilə çıxardıqdan sonra gömrük əməkdaşının deməsindən sonra qısaqol gödəkçəsini də çıxarıb gömrük nəzarətinə təqdim etdiyini, Təqsirləndirilən şəxs İran İslam Respublikasının gömrük orqanında nəzarətdən keçərkən həmin kalium-permanqanat maddəsini bəyan etdiyini görmədiyini, İran İslam Respublikasında bu malları həmin sayda bəyan etsəydi, malların buraxılışına icazə verilməyəcəyini, çünki İranda şəxsi istifadədən artıq malın keçirilməsinə icazə verilmədiyini, 20 flakonda kalium-permanqanatı İranda görmüş olsaydılar, buraxılışına icazə verməyəcəklərini güman etdiyini, İran İslam Respublikasını tərk edərkən gömrük əməkdaşlarının şəxslərin üzərində yoxlama aparmadığını, eləcə də üst geyimlərinin yoxlanışa təqdim edilmədiyini, ancaq əl yüklərinin gömrük yoxlanışına təqdim edildiyini, Azərbaycan Respublikasının Biləsuvar gömrük postunda olarkən gömrük əməkdaşının gömrük nəzarətindən keçməzdən qabaq ona və Təqsirləndirilən şəxs üzərilərində olan bütün əşyaları boşaldıb təqdim etməyi təklif etdiyini, həmçinin bəyan olunmalı mallarının olub-olmadığını soruşduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, xx xxxxxx 1968ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş və hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Evlidir. Rəsmi olaraq heç yerdə işləmir. Ailəsinin dolanışığını fəhləliklə məşğul olaraq təmin edir. 25 fevral 2024-cü il tarixdə o həmyerlisi Şahid6lə birlikdə Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin qarşısında olarkən əvvəlcədən tanımadığı bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və Naxçıvan-Bakı avtobusunda sərnişin qismində gələn bir nəfər şəxsin gödəkçəsi yoxlanılacağını bildirmişdir. Gömrük əməkdaşı həmin şəxsin gödəkçəsinin yoxlanılmasında onun da hal şahidi qismində iştirak etməsini xahiş etmiş, o gömrük əməkdaşının xahişi ilə könüllü şəkildə razılaşmış və Biləsuvar Gömrük İdarəsinin Biləsuvar gömrük postunun piyada xəttinə daxil olmuşdur. Orada olarkən ona məlum olmuşdur ki, gödəkçəsinə gömrük yoxlaması həyata keçiriləcək şəxs Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxsdur. Gömrük əməkdaşı orada olan şəxslərə onun və Şahid6 hal şahidi qismində iştirak edəcəyi barədə məlumat verərək, hüquq və vəzifələrini izah etmiş və məsuliyyətləri barədə xəbərdarlıq etmişdir. Bundan sonra gömrük əməkdaşı onların da iştirakı ilə Təqsirləndirilən şəxs məxsus qara rəngli qısaqol gödəkçəyə baxış keçirməyə, ciblərini yoxlamağa başlamışdır. Yoxlama zamanı həmin qısaqol gödəkçənin sağ və sol iç sinə ciblərinin hər birində 10 flakon olmaqla, ümumilikdə 20 flakon “marqanizovka” kimi tanıdığı, kalium-permanqanat maddəsinə oxşar maddənin və sayını, markasını xatırlamadığı bir neçə siqaret qutularının olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “marqanizovka” olduğunu, onları dəri xəstəliyi olduğuna görə yaralarına sürtmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin maddələr ilk növbədə tərəzidə çəkilmişdir. Hər bir flakonun 22 qram olmaqla, ümumilikdə 440 qram çəkidə 20 flakon maddə olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində onların da iştirakı ilə şəxsi yoxlama aparılmış və qanunla qadağan olunmuş və ya bəyan edilməmiş heç bir əşya, predmet aşkar olunmamışdır. Yekunda gömrük əməkdaşı tərəfindən malların yoxlanılması və şəxsi yoxlamanın aparılması haqqında protokollar tərtib edilmişdir. Gödəkçədən aşkar edilmiş kalium-permanqanat maddəsi qablaşdırılaraq götürülmüş və tərtib edilmiş sənədlər onlar, eləcə də digər iştirakçılar tərəfindən oxunaraq imzalanmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs uşaq yaşlarından əsəb və dəri xəstəliklərindən əziyyət çəkdiyindən həmin maddədən mütəmadi olaraq istifadə etdiyini bildirmiş, bu maddəni də o məqsədlə alıb şəxsi istifadəsi üçün gətirdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 25 fevral 2024-cü il tarixli “Malların yoxlanılması haqqında” protokoldan görünür ki, 25 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs məxsus malların yoxlanılması zamanı əyninə geyindiyi qara rəngli qısaqol gödəkçənin sağ və sol sinə ciblərindən gömrük nəzarətinə bəyan olunmayan 20 ədəd qırmızı qapaqlı, uzunsov tipli, şəffaf plastik qabda, qablaşdırılması ilə birgə 1 ədədinin təqribi çəkisi 22 qram olmaqla, ümumi təqribi çəkisi 440 qram təşkil edən kalium permanqanata oxşar tünd-bənövşəyi rəngli maddə aşkar edilmiş və aşkar edilmiş maddə xüsusi qaydada qablaşdırılaraq gödəkçə ilə birlikdə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1203 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Biləsuvar Gömrük... 3-33- 1500/012/000485...” qeydlər olan kağız paketdəki üzərilərində heç bir markalanma göstəriciləri olmayan 20 ədəd plastik flakonda ümumi təmiz çəkisi 320 qram (01 flakonda 16 qram) tünd bənövşəyi rəngli kristal şəkilli maddə kütlələri kalium permanqanatdır. Kalium permanqanat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na daxildir. Qeyd: tədqiqat zamanı kalium permanqanat maddəsinin 01 flakonu sərf edilmiş, qalıq 19 flakon təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X4 daxil olmuş 30 oktyabr 2024-cü il tarixli, 955/KEŞ saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda “məhdud neyrodermit” xəstəliyindən əziyyət çəkir, onun bədən səthinin üzərində hər hansı travmatik xəsarət, xəsarət izi, səpki, yara və s. aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq vəziyyəti ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. “Kalium permanqanat”ın təxminən 0,1 % məhlulları tibbdə antiseptik olaraq qarqara, yaraları yumaq və yanıq sahələrini müalicə etmək məqsədilə istifadə edilir. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı səpki, yara olduğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 daxil olmuş 16 oktyabr 2024-cü il tarixli, 6857 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən, opioidlərdən, o cümlədən kalium permanqanat tərkibli maddədən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 daxil olmuş 16 oktyabr 2024-cü il tarixli, 3018 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə emosional dayanıqsız, qıcığa qarşı həssas, neqativ amillərin təsirinə qarşı dözümsüz, hövsələsiz, impulsiv davranışlara meyilli şəxsdir. Törtədiyi əməl zamanı Təqsirləndirilən şəxs psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan 27 mart 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2005-ci il tarixdən mütəmadi olaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş və geri qayıtmış, sonuncu dəfə 24 fevral 2024-cü il tarixdə, saat 00:02-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, həmin gün saat 10:45-də “Culfa” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Naxçıvan MR-na getmiş, saat 21:04-də yenidən həmin nəzarət məntəqəsi vasitəsilə İran İslam Respublikası istiqamətinə keçmiş və 25 fevral 2024-cü il tarixdə, saat 10:55-də isə “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması və saxlanılma yerlərinin müəyyən olunması haqqında” qərardan görünür ki, iş üzrə 1 flakonda 16 qram olmaqla, 20 flakonda ümumi çəkisi 320 qram təşkil edən kalium permanqanat maddəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 flakon kalium permanqanat maddəsinin iş üzrə icraat başa çatanadək saxlanılması üçün Əməliyyat-İstintaq Baş İdarəsinin Sənəd dövriyyəsi şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 20 sentyabr 2024-cü il tarixli “Predmetin saxlanc üçün təhvil verilməsi haqqında” protokoldan görünür ki, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 19 flakon kalium permanqanat maddəsi cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Hədəf və koordinasiya mərkəzi vasitəsi ilə Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində 20 flakon kalium-permanqanat maddəsini İran İslam Respublikasının gömrük orqanına təqdim etməsi ilə yanaşı, Azərbaycan Respublikasının gömrük orqanında üstündə marqanızovka olmasını göstərməsə də, üstündə dərman vasitələrinin olmasını qeyd etməklə, eyni zamanda marqanizovkanı da dərman vasitəsi hesab etdiyinə görə bəyan etmədiyi kimi izah etsə də, Təqsirləndirilən şəxs həmin ifadəsi onun üzərinə «baxış keçirilməsi haqqında» protokol, «malların yoxlanılması haqqında» protokol, şəxsi müayinə protokolu, ekspetiza rəyləri, həmçinin iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmişdir. Ona görə də məhkəmə onun ifadəsini özünü müdafiə xarekterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtamaq məqsədi ilə verilməsi kimi qiymətləndirir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-in 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-in 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq güclü təsir edən maddələri əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər yetkinlik yaşlarına çatmamış uşaqlarının (xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3) olması ona təyin ediləcək cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də həmin cinayəti törədilmə hallarını, cinayətin predmeti olan maddələri və onun miqdarını, təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşlarına çatmamış övladlarının olmasını, onun hərəkətlərində CM-in 61ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 19 flakon kalium permanqanat maddəsi məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan 19 (on doqquz) flakon kalium permanqanat maddəsi məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar