Məhkəmə qərarları › İş №1(022)-180/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-180/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-180/2023 13.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 20 avqust 1999-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 1-ci kurs şagirdi, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M.Ə.Sabir küçəsi, 8B saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə, saat 22 radələrində “Bəhrəmtəpə- Biləsuvar” yolunun Biləsuvar rayonu, Nəsimi kəndinin ərazisindən keçən hissəsində, yolun sağ tərəfində yerləşən “Nicat” şadlıq evinin yaxınlığında yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı, heç bır əsaslı səbəb olmadan, özünün üstünlüyünü nümayiş etdirərək, xuliqanlıq niyyəti ilə bir dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vurmaqla, sonuncuya burun nahiyəsinin şişkinlik və qançırı, burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda əvvəlcə özünü təqsirli bilməyərək, göstərdi ki, 10 mart 2023-cü il tarixdə dostu Şahid1 onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq, həmkəndliləri B.E.Babayevin onun qohumu M.N.Qurbanlının Zərərçəkmiş şəxs ilə intim videosunu ona göstərdiyini bildirmişdir. Həmin gün, saat 20 radələrində o, X4 və Şahid1 kənd ərazisində olan bərbərdən çıxmışlar və əmisi Şahid2 evinə getmişlər. Onlar həmin ünvana çatdıqdan sonra zəng vuraraq, Şahid2 çölə çağırmışlar. Şahid2 onların yanına gəldikdən sonra o, sonuncuya baş vermiş hadisə barədə danışmışdır. Həmin söhbət zamanı S.Ə.Qurbanov evə getmiş, o və Şahid1 isə küçədə Şahid2 ilə söhbət etmişlər. Bundan sonra Şahid2 B.E.Babayevə zəng vuraraq, sonuncu ilə görüşmək istədiyini bildirmişdir. B.E.Babayev onlara özünün olduğu yeri bildirdikdən sonra Şahid2 özünə məxsus “Khazar” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobili S.Ə.Qurbanova vermiş və gedib B.E.Babayevi gətirməsini sonuncuya bildirmişdir. Bundan sonra S.Ə.Qurbanov “Khazar” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobillə çıxıb gedərək B.E.Babayevi onların yanına gətirmiş və onlar da birlikdə həmin nəqliyyat vasitəsinə əyləşmişlər. Onlar bir qədər yol getdikdən sonra Zərərçəkmiş şəxs da yolda piyada hərəkətdə olduğunu görmüş və sonuncunu avtomobilə çağırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs arxa hissədən nəqliyyat vasitəsinin içinə boylanmış və B.E.Babayevin də avtomaşında olduğunu gördükdən sonra həmin avtomobilə minmişdir. Onlar kənd ərazisində söhbətin yayılmaması məqsədi ilə kənddən kənara çıxmaq istəmişlər və S.Ə.Qurbanov onları kənd ərazisində yerləşən “Nicat” şadlıq evinin yaxınlığına aparmışdır. Həmin yerə çatdıqdan sonra onlar avtomaşından düşmüşlər. O, Zərərçəkmiş şəxs kənara çəkərək, Şahid1 dediklərinin doğru olub-olmamasını və M.N.Qurbanlı ilə aralarında nə baş verdiyi soruşmuşdur. Lakin Zərərçəkmiş şəxs Şahid1 dediklərini inkar etmiş və B.E.Babayevin M.N.Qurbanlı ilə əlaqəsi olduğunu və qızı videoya çəkdiyini bildirmişdir. O, birinci dəfə Zərərçəkmiş şəxs ilə avtomaşının yanında söhbət etmiş, həmin söhbət təxminən 7-8 dəqiqə davam etmişdir və onun yanında həmin vaxt Şahid1 olmuşdur. Şahid2 və S.Ə.Qurbanov isə avtomaşının arxa hissəsində olmuşlar. Daha sonra o B.E.Babayev ilə söhbət etmək üçün həmin şəxslə yolun əks tərəfinə keçmiş, onun arxasınca Zərərçəkmiş şəxs və Şahid2 da gəlmişlər. Həmin yerdə onların arasında təxminən 50-100 metr məsafə olmuşdur. B.E.Babayev onunla söhbət zamanı hər şeyi inkar etmiş, daha sonra isə onu ayaq nahiyəsindən bıçaqlayaraq qaçmışdır. Bundan sonra o, yaralı olmasına baxmayaraq, Zərərçəkmiş şəxs yanına geri qayıdaraq, həmin şəxslə söhbətinə davam etmişdir. O, Zərərçəkmiş şəxs nə etdiyini soruşmuş və Zərərçəkmiş şəxs ona sərt şəkildə “mən çox şey etmişəm, sən hansını deyirsən?” məzmununda cavab vermişdir. Təqsirləndirilən şəxs onun üstünə dartındığına görə o, əsəblərini cilovlaya bilməmiş və sonuncunu bir dəfə yumruqla başın yan nahiyəsindən vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs büdrəmiş, lakin yıxılmamışdır. Zərərçəkmiş şəxs onu vurmaq istədiyi zaman isə Şahid1 sonuncuya üz nahiyəsindən bir dəfə yumruqla zərbə endirmiş və Zərərçəkmiş şəxs həmin zərbənin təsirindən yerə yıxılmışdır. O, Zərərçəkmiş şəxs yalnız bir-iki dəfə ayaq və diz nahiyələrindən təpiklə vurmuşdur. Bundan sonra Şahid2 və S.Ə.Qurbanov onları ayırmışlar. O, həmin vaxt yarası isti olduğuna görə ağrı hiss etməsə də, sonradan onun ağrıları kəskinləşmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bildirdi ki, sonradan Şahid3 da hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs əl-üzünü yumaqda kömək etmişdir. Buna görə də onlar yaxınlıqda olan kanala getmişlər və təxminən 3-5 dəqiqə sonra geri dönmüşlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs burnundan və ya üz nahiyəsinən qan gəldiyini görməmişdir. Bundan sonra onlar nəqliyyat vasitəsinə əyləşərək, M.N.Qurbanlının evinə getmişlər. Həmin evə sonradan Zərərçəkmiş şəxs atası Şahid4 da gəlmişdir. O, Zərərçəkmiş şəxs öz atası tərəfindən şillələndiyini və ya yumruqla vurulduğunu görməmişdir. Həmin evdə onlar M.N.Qurbanlı ilə Zərərçəkmiş şəxs üzləşdirmişlər. Lakin o, özünü yaxşı hiss etmədiyinə görə oradan çıxmış və buna görə də ondan sonra baş vermiş proseslərdən məlumatı olmamışdır. Bundan başqa, o bildirdi ki, onların B.E.Babayev ilə görüşmək istəmələrinə səbəb həmin videonun sildirilmək niyyətləri olmuşdur. Onlar Zərərçəkmiş şəxs avtomobilə çağırmamışlar, sonuncunu B.E.Babayev avtomaşına çağırdıqdan sonra o, Zərərçəkmiş şəxs avtomobilə əyləşməsinə və onlarla getməsinə etiraz etməmişdir. Zərərçəkmiş şəxs özü könüllü şəkildə nəqliyyat vasitəsinə əyləşmişdir. O, Zərərçəkmiş şəxs bir dəfə başın yan nahiyəsindən vurmuş, burun nahiyəsindən isə vurmamışdır. Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla zərbə yetirən Şahid1 olmuşdur. Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirilməsinə səbəb olan zərbəni o vurmadığına görə heç bir təqsirinin olmadığına görə o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonradan Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ona elan olunmuş ittihamda və Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü tam təqsirli bilərək göstərdi ki, məhkəmədəki əvvəlki ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. O, 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla, bədəninin müxtəlif nahiyələrinə isə təpiklə zərbələr yetirərək, sonuncunu döymüşdür. O, ahazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və cəzasının icrası ilə əlaqədar onun üzərinə vəzifələr qoyularkən onun Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində təhsil alması ilə əlaqədar Bakıda yaşamasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, 10 mart 2023-cü il tarixdə, yaşadığı evə getmək üçün Biləsuvar rayonu, Nəsimi kəndində yolda piyada hərəkətdə olabn zaman “Khazar” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobil onun yanında dayanmışdır. Həmin vaxt nəqliyyat vasitəsini həmkəndlisi S.Ə.Qurbanov idarə etmişdir. Həmin avtomaşında əyləşmiş B.E.Babayev və digər 4 nəfər onu nəqliyyat vasitəsinə çağırmışlar və o, könüllü surətdə avtomaşına əyləşmişdir. Bundan sonra S.Ə.Qurbanov avtomaşını kənd ərazisində yerləşən “Nicat” şadlıq evinin yaxınlığında saxlamış və onların hamısı nəqliyyat vasitəsindən düşmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs onun üstünə gələrək, onunla M.N.Qurbanlı arasında nə baş verdiyini soruşmuşdur. O, M.N.Qurbanlı ilə sevgili olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə yumruqla zrbə endirmiş və o, yerə yıxılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs, S.Ə.Qurbanov və Şahid2 onu yerdə təpikləmişlər. Onu təpiklədikdən sonra həmin şəxslər B.E.Babayevin üstünə getmişlər və həmin vaxt ona Şahid1 və Şahid3 ona əl-üzünü yumaqda kömək etmişlər. O, hadisə yerinə qayıtdıqdan sonra B.E.Babayevin Təqsirləndirilən şəxs bıçaqladığını və hadisə yerindən qaçdığını bilmişdir. O, Təqsirləndirilən şəxs ilə söhbət etdiyi zaman Şahid1 onların yanında olmamış, sonuncu avtomaşının arxa hissəsində siqaret çəkmişdir və onlar arasında təxminən 5 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs onu döydükdən sonra B.E.Babayev ilə söhbət etmişdir. O, yerdə olduğu vaxt Təqsirləndirilən şəxs, S.Ə.Qurbanov və Şahid2 onu 5-10 dəqiqə təpikləmişlər. Təqsirləndirilən şəxs xüsusilə onun baş nahiyəsinə zərbələr endirmişdir. Daha sonra isə onlar gəldikləri nəqiyyat vasitəsinə əyləşərək, M.N.Qurbanlının atasının evinə getmişlər. Həmin evdə onu heç kim vurmamışdır. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini və təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışaldığını bildirərək, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşının oğludur. 10 mart 2023-cü il tarixdə, saat 20 radələrində həmkəndlisi Şahid1 ona zəng vuraraq, küçəyə çağırmışdır. Onlar görüşdüyü zaman Şahid1 həmkəndilələri B.E.Babayevin ona M.N.Qurbanlının intim videosunu göstərdiyini bildirmişdir. O, Şahid1 həmin videoya nə vaxt baxdığını soruşduqda, Şahid1 təxminən 1-2 saat əvvəl B.E.Babayevin həmin videonu ona göstərdiyini bildirmişdir. O və Şahid1 söhbət etdikləri vaxt yanlarında Təqsirləndirilən şəxs da olmuşdur. Bundan sonra o, B.E.Babayevə zəng vurmuş və harada olduğunu soruşmuş, sonuncu ona kənd ərazisində olduğunu demişdir. B.E.Babayev onunla görüşməyə razı olduqdan sonra o, sonuncuya onun arxasınca avtomaşın göndərəcəyini bildirmişdir. O özünə məxsus “Khazar” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı oğlu S.Ə.Qurbanova vermiş və sonuncuya B.E.Babayevi gətirməsini tapşırmışdır. Bundan bir neçə dəqiqə sonra, saat 10 radələrində S.Ə.Qurbanov və B.E.Babayev onların yanına gəlmişlər. O, Təqsirləndirilən şəxs və Şahid1 nəqliyyat vasitəsinə əyləşmişlər və yola düşdükdən təxminən 50 metr sonra, kənd ərazisində olan “bulaq” adlanan yerin yaxınlığında Zərərçəkmiş şəxs görmüşlər və S.Ə.Qurbanov avtomaşını saxladıqdan sonra o, Zərərçəkmiş şəxs nəqliyyat vasitəsinə çağırmışdır. Zərərçəkmiş şəxs arxa hissədən avtomaşının içinə baxmış və B.E.Babayev “mən də burdayam, gəl otur” dedikdən sonra Zərərçəkmiş şəxs avtomaşına əyləşmişdir. Bundan sonra S.Ə.Qurbanov avtomaşını idarə etməyə başlamışdır. Onlarıın niyyəti əslində məsələni aydınlaşdırmaq üçün M.N.Qurbanlının yaşadığı evə getmək olsa da, S.Ə.Qurbanov həmin küçədən sola dönüb, 100 metr getdikdən sonra, təkrar sola dönməli olduğu halda, nəqliyyat vasitəsini düz istiqamətdə hərəkət etdirmişdir. Həmin vaxt nəqliyyat vasitəsində heç bir söz-söhbət olmamışdır. O, S.Ə.Qurbanova əslində M.N.Qurbanlının evinə getməli olduqlarını bildirdiyi zaman sonuncu geri qayıtmaq üçün avtomaşını döndərmək məqsədi ilə nəqliyyat vasitəsini saxlamışdır. Bu zaman avtomaşında olan şəxslər avtomaşından yerə düşmüşlər. Həmin vaxt hava artıq qaraldığına və onların olduğu yerlə “Nicat” şadlıq sarayı arasında təxminən 50-100 metr məsafə olduğuna görə həmin ərazidə işıqlandırma olmamışdır. Nəqliyyat vasitəsindən düşdükdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq, nə baş veriyini soruşmuş və həmin vaxt B.E.Babayev Təqsirləndirilən şəxs qoluna girərək, söhbət etmək üçün yolun sol tərəfinə aparmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilk söhbətləri təxminən 1-2 dəqiqə çəkmişdir. O da B.E.Babayevin və Təqsirləndirilən şəxs arxasınca getmiş və onlar arasında təxminən 5-6 metr məsafə olmuşdur. Zərərçəkmiş şəxs, S.Ə.Qurbanov və Şahid1 isə avtomaşının yanında qalmışlar. B.E.Babayev təxminən 2-3 dəqiqə ərzində Təqsirləndirilən şəxs bıçaqlayaraq, hadisə yerindən qaçmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına gələrək, “sənə görə bıçaqlandım” məzmununda söz demiş və sonuncu Təqsirləndirilən şəxs üzərinə dartınmışdır. Həmin vaxt onlar arasında söz-söhbət düşmüş, lakin dava-dalaş baş verməmişdir. O, nə Təqsirləndirilən şəxs, nə də Şahid1 Zərərçəkmiş şəxs vurduğunu görməmişdir. O, B.E.Babayev qaçdıqdan sonra sonuncunun arxasınca bir neçə dəqiqə getmiş və sonradan nəqliyyat vasitəsinin yanına qayıtdığı zaman Zərərçəkmiş şəxs burnundan qan gəldiyini görmüşdür. Onlar daha sonra avtomaşına əyləşərək, M.N.Qurbanlının evinə getmişlər. O, yolda olduqları zaman avtomaşında olan şəxsləri söhbət etməli olduqları halda, dava salmalarına görə danlamışdır. Onlar M.N.Qurbanlının atasının evinın yerləşdiyi küçəyə çatmış və S.Ə.Qurbanov körpünü keçməyərək, nəqliyyat vasitəsini kanalın digər hissəsində saxlamışdır. O, avtomaşından düşüb, M.N.Qurbanlının atası Namiki çağırmağa getmişdir. O, Namikin darvazasını çox döysə də, heç kim qapını açmamış və yalnız bir neçə dəqiqə sonra Namik qapını açmışdır. O, M.N.Qurbanlının atasını da götürərək, kanalın yanına aparmışdır. Onlar nəqliyyat vasitəsinin yanına gəldikləri vaxt Təqsirləndirilən şəxs ilə Şahid1 dalaşdıqlarını görmüşlər. Lakin həmin vaxt o, Şahid1 Zərərçəkmiş şəxs vurub-vurmadığını görməmişdir. Həmin dava baş verdiyi vaxt hadisə yerində S.Ə.Qurbanov, Təqsirləndirilən şəxs, Şahid3, Şahid5 və Şahid6 olmuşlar. Bundan sonra onlar Zərərçəkmiş şəxs ilə M.N.Qurbanlını üzləşdirmək məqsədi ilə sonuncunun atası Namikin evinə getmişlər. Həmin evdə heç bir dava baş verməmiş, yalnız Zərərçəkmiş şəxs atası Şahid4 oğlunu bir dəfə şillə ilə vurmuşdur. Bundan başqa, o bildirdi ki, o, nəqliyyat vasitəsində əvvəlcə qabaqda əyləşmiş, Zərərçəkmiş şəxs isə avtomaşına mindikdən sonra o, arxaya keçmişdir. Onun B.E.Babayev ilə görüşmək istəməsinə səbəb intim video illə bağlı məsələnin nə olmasını bilmək olmuşdur. Həmçinin B.E.Babayev hadisə yerindən qaçdıqdan sonra o, sonuncuya dəfələrlə zəng vurmuş, lakin B.E.Babayev onun zənglərinə cavab verməmişdir. Həmin gecə saat 01 radələrində isə B.E.Babayev onun zənginə cavab verərək, Zərərçəkmiş şəxs ilə M.N.Qurbanlını videoya çəkdiyini etiraf etmiş və videonu sildiyini bildirərək, ondan üzr istəmişdir. O, Zərərçəkmiş şəxs döyülməsini və ya yıxılmasını, habelə Təqsirləndirilən şəxs və Şahid1 sonuncunu yumruqla vurduğunu görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, 10 mart 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Nəsimi kəndi ərazisində fəaliyyət göstərən bərbərə getmişdir. O, içəri daxil olduğu zaman Şahid1 və Təqsirləndirilən şəxs da orada olduqlarını görmüşdür. O, bərbərdə saçını kəsdirdikdən sonra qeyd edilən şəxslərlə birlikdə oradan çıxmış və piyada evə getməyə başlamışlar. Onlar yolda piyada hərəkət etdikləri vaxt Şahid1 və Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs ilə M.N.Qurbanlı arasında nəsə olubolmaması barədə soruşmuş, o da sonunculara bu barədə heç nə bilmədiyini söyləmişdir. Şahid1 və Təqsirləndirilən şəxs evə çatdıqları vaxt onun əmisi Şahid2 çölə çağırmış və sonuncular birlikdə söhbət etmişlər. Kənd ərazisində toy olduğuna görə Şahid2 qonşuda olmuş və bir qədər keçdikdən sonra gələ bilmişdir. O isə Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs söhbət etdikləri vaxt evə getmişdir. Onun valideynləri və Şahid2 eyni həyətdə yaşadıqlarına görə onlarla əmisinin evi yaxındır. Daha sonra isə Şahid2 onu yanına çağırmış və ona “Khazar” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili vermiş və B.E.Babayevi gətirməsini tapşırmışdır. Bundan sonra o, həmin avtomobillə B.E.Babayevi götürüb, geri qayıtmış və yaşadıqları küçənin “vaqon” adlanan hissəsində Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs avtomaşına minmişlər. O, nəqliyyat vasitəsi ilə bir qədər məsafə qət etdikdən sonra yolda onların qarşısına Zərərçəkmiş şəxs çıxmışdır. B.E.Babayev Zərərçəkmiş şəxs çağırdıqdan sonra sonuncu da nəqliyyat vasitəsinə əyləşmişdir. Bundan sonra əmisi Şahid2 M.N.Qurbanlının atası Namikin evinə getmələrini və söhbət edəcəklərini bildirmişdir. Lakin B.E.Babayev kənd içində yox, kənddən kənarda söhbət edilməsinin doğru olduğunu bildirmişdir. Bundan sonra o, avtomaşını kənddən bir qədər kənarda yerləşən “Nicat” şadlıq evinin yaxınlığına sürmüşdür. O, avtomaşında Zərərçəkmiş şəxs dəqiq harada əyləşməsini xatırlamasa da, B.E.Babayevin onun arxasında oturduğunu dəqiq xatırlayır. Həmin yerə çatdıqları vaxt Şahid2 M.N.Qurbanlının atası Namikin evinə getməli olduqlarını ona bildirmiş və o, nəqliyyat vasitəsini geri döndərmək məqsədi ilə saxlamışdır. O, avtomaşını saxlayan kimi ilk olaraq B.E.Babayev, daha sonra isə Zərərçəkmiş şəxs avtomaşından düşmüşlər. Hətta nəqliyyat vasitəsinin o, oturduğu hissəsində qapıda nasazlıq olduğuna görə həmin qapını düşdüyü vaxt B.E.Babayev açmaqda ona kömək etmişdir. Təqsirləndirilən şəxs avtomaşından düşdükdən sonra Zərərçəkmiş şəxs yanına gedərək, məsələ barədə soruşmuş, sonuncu da hər şeyi B.E.Babayevin üstünə atmışdır. Bundan sonra B.E.Babayev və Təqsirləndirilən şəxs söhbət etmək məqsədi ilə yolun digər hissəsinə keçmişlər və əmisi Şahid2 da onların arxası ilə getmişdir. O, həmin vaxt avtomaşının qapısını təmir etməyə çalışmışdır. Təqsirləndirilən şəxs da nəqliyyat vasitəsinin yanında qalmışdır. Bundan təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs geri qayıdaraq, B.E.Babayevin onu bıçaqladığını xəbər vermişdir. Daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəsə demiş, lakin həmin sözü eşitməmişdir və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “mən çox şey etmişəm, hansını deyirsən?” məzmununda cavab vermişdir. Təqsirləndirilən şəxs həmin cavabdan sonra Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Həmin zərbədən dərhal sonra isə Şahid1 Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Zərərçəkmiş şəxs həmin zərbələrin təsirindən büdrəsə də, yerə yıxılmamışdır. Şahid3 hər üç şəxsi ayrıraraq, mübahisəni sakitləşdirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs üzündən qan gəlmiş və Şahid3 və Şahid1 sonuncunu əl-üzünü yumaq məqsədi ilə həmin yerdən təxminən 20 metr kənarda yerləşən kanala aparmışlar. Daha onlar hamısı nəqliyyat vasitəsinə əyləşərək, M.N.Qurbanlının evinə getmişlər. O, avtomaşını M.N.Qurbanlının evinə çatmamış, təxminən 30-40 metr məsafədə yerlşən körpünü keçmədən saxlamışdır. Şahid2 nəqliyyat vasitəsindən düşərək, M.N.Qurbanlının atasını çağırmaq üçün getmişdir. Bundan bir neçə dəqiqə sonra Şahid2 M.N.Qurbanlının atası Namik ilə birlikdə geri qayıtmış, daha sonra isə Şahid2, Zərərçəkmiş şəxs və Namik sonuncunun evinə getmişlər. Təqsirləndirilən şəxs isə ayağından qan gəldiyinə görə o, Təqsirləndirilən şəxs və Şahid1 10-15 dəqiqə yubandıqdan sonra M.N.Qurbanlının evinə getmişlər və Təqsirləndirilən şəxs ağrıları kəskinləşdiyinə görə o, sonuncu ilə birlikdə evi erkən tərk etmişdir. O, həmin evdə olduğu müddətdə Zərərçəkmiş şəxs heç kim vurmamışdır. Onun həmin evdə baş vermiş sonrakı hadisələr barədə məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, 10 mart 2023-cü il tarixdə Namik Qurbanovun evində olduğu zaman Zərərçəkmiş şəxs ağzına kağız dəsmal tutduğunu görmüş və sonuncudan onu kimin döydüyünü soruşmuşdur. O, həmin evdə olan şəxslərdən də oğlunu kimin vurduğunu soruşduğu zaman Təqsirləndirilən şəxs və Şahid1 “biz vurmuşuq” məzmununda ona cavab vermişlər. O, Namik Qurbanovun evində Zərərçəkmiş şəxs vurmamışdır. Bundan başqa, o bildirdi ki, o, M.N.Qurbanlı və Təqsirləndirilən şəxs ailəsi ilə barışıq əldə etmiş və onun sonunculara qarşı heç bir tələbi və ya şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı oğlu Şahid4 oğludur. 10 mart 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ona zəng vuraraq, ondan kömək istəmişdir. O da dərhal buna görə əmisi oğlu Şahid6 ilə birlikdə Zərərçəkmiş şəxs ona dediyi yerə, yəni Qurbanov Namikin evinin yaxınlığında yerləşən şor kanalının yanına getmişdir. O, həmin yerə çatan zaman Zərərçəkmiş şəxs burnundan qan axdığını görmüşdür. Zərərçəkmiş şəxs yanında kənd sakinləri Təqsirləndirilən şəxs, S.Ə.Qurbanov, Şahid2 və tanımadığı digər şəxslər olmuşdur. O, həmin şəxslərən nə baş verdiyini soruşmuş və Şahid2 ona Zərərçəkmiş şəxs və B.E.Babayevin M.N.Qurbanlıya qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra isə həmin yerə M.N.Qurbanlının atası Namik də gəlmişdir. O, Zərərçəkmiş şəxs atasına zəng vuraraq, məsələ barədə sonuncuya xəbər vermək istəsə də, Şahid4 onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, hadisə barədə Şahid4 xəbər verməsi məqsədi ilə oğlunu həmin şəxsin evinə göndərmişdir. Şahid4 bir qədər sonra Namikin evinə gəldikdən sonra oda M.N.Qurbanlının evinə getmişdir. Orada heç bir davadalaş baş verməmiş, Şahid4 Zərərçəkmiş şəxs vurmamışdır. O, həmin hadisədən sonrakı günlər ərzində Zərərçəkmiş şəxs bir daha görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid5 onun əmisi oğludur. 10 mart 2023-cü il tarixdə Şahid5 ona zəng vuraraq, Zərərçəkmiş şəxs dava etdiklərini bildirmiş və onunla həmin yerə getməsini ondan xahiş etmişdir. Həmin gün kənd ərazisində toy olduğu üçün o düşünmüşdür ki, yəqin toyda dava-dalaş baş vermişdir. O, geyinərək çıxmış və Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs dediyi yerə, yəni M.N.Qurbanlının evinin yaxınlığına getmişlər. Həmin yerdə Zərərçəkmiş şəxs da daxil olmaqla, təxminən 5-6 nəfər olmuşdur. O və Şahid5 nə baş verdiyini soruşduqları zaman Şahid2 onları kənara çəkmiş və M.S.X1 M.N.Qurbanlını harasa apardığını və sonuncuya qarşı əxlaqsız hərəkətlər etdiyini onlara bildirmişdir. O, Şahid2 məsələni yalnız Zərərçəkmiş şəxs atası Şahid4 ilə həll edə biləcəklərini, onun söhbətə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra Şahid5 Şahid4 dəfələrlə zəng vursa da, sonuncu telefona cavab verməmişdir. Onlar məcbur qalıb Şahid4 arxasınca adam göndərmişlər. Şahid4 bir neçə dəqiqə sonra M.N.Qurbanlının evinə öz idarə etdiyi nəqliyyat vasitəsində getmişdir. O, hazırda dəqiq xatırlamasa da, digərləri həmin evə, deyəsən, piyada şəkildə, körpünü keçərək getmişlər. O və Şahid5 da Namik Qurbanovun evində dava-dalaş baş verəcəyindən ehtiyat etdiklərinə görə həmin evə getmişlər. Namik Qurbanovun evində Zərərçəkmiş şəxs atası Şahid4 və ya digər şəxslərdən heç kəs vurmamışdır. Həmin evdə yalnız X3 qardaşı qızı M.N.Qurbanlının saçından tutmuşdur. Namik Qurbanovun evində olduqları vaxt Şahid4 Zərərçəkmiş şəxs danlamışdır. Bundan başqa, o, M.N.Qurbanlının evinin yaxınlığına getdiyi zaman Təqsirləndirilən şəxs başıaşağı şəkildə nəqliyyat vasitəsində oturmuşdur və o, həmin şəxsin hər hansı nahiyəsində qan görməmişdir. Şahid5 baş verənlər barədə xəbər tutduqdan sonra Zərərçəkmiş şəxs yüngülcə vurmaq istədiyi zaman Namik Qurbanov buna icazə verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında bildirdi ki, 10 mart 2023-cü il tarixdə, saat 19 radələrində o, sinif yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları kənd ərazisində olan bərbərxanaya getmişdir. O, saçlarını kəsdirdikdən sonra birlikdə bərbərdən çıxmaq istəmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs əmisi oğlu S.Ə.Qurbanov gəlmiş və onlardan onu da gözləməsini xahiş etmişdir. S.Ə.Qurbanov saçını kəsdirdikdən sonra onlar sonuncunun idarə etdiyi avtomobillə ilə yaşadıqları evə getmək üçün yola düşmüşlər. Yolda olduqları zaman Təqsirləndirilən şəxs S.Ə.Qurbanovdan M.N.Qurbanlını istəyən olub-olmasını, habelə Zərərçəkmiş şəxs ilə M.N.Qurbanlı arasında münasibət olub-olmadığını soruşmuşdur. S.Ə.Təqsirləndirilən şəxsN.Qurbanlı ilə Zərərçəkmiş şəxs bir-birilərini sevdiklərini Təqsirləndirilən şəxs bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə danışmaq lazım olduğunu söyləmişdir. Bundan sonra o, yaşadığı evə getmiş və saçlarını yuduqdan sonra yenidən Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ondan əmisi Şahid2 zəng vurmasını xahiş etmiş, o da sonuncuya zəng vuraraq, Təqsirləndirilən şəxs onunla işi olduğunu bildirmiş və küçəyə çıxmasını xahiş etmişdir. Daha sonra Şahid2 gəlmiş və Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamışdır. O, həmin vaxt telefon vasitəsi ilə danışdığı üçün həmin şəxslərin söhbətini dinləməmişdir. Bundan sonra onlar S.Ə.Qurbanovun idarə etdiyi “Khazar” markalı, **-PF-*** qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və hərəkətə başlamışlar. Onlar bir qədər yol getdikdən sonra küçədə kənd sakini B.E.Babayevi görmüşlər. Onlar B.E.Babayevi avtomaşına əyləşdirmişlər və yollarına davam etmişlər. Daha sonra isə onlar küçədə Zərərçəkmiş şəxs da görmüşlər və onu da nəqliyyat vasitəsinə mindirmişlər. Onlar “Nicat” şadlıq evinin yaxınlığında avtomaşını saxlamışlar və nəqliyyat vasitəsindən yerə düşmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs M.N.Qurbanlı ilə nə münasibətinin olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs “Sən kimsən?” sualını vermişdir. Buna görə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətindən bir neçə dəfə yumruqla zərbə vurmuş, zərbələr nəticəsində sonuncu yerə yıxılmışdır. Zərərçəkmiş şəxs yerdə olduğu zaman Təqsirləndirilən şəxs bir neçə dəfə də təpiklə həmin şəxsə zərbələr vurmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs burnundan qan gəlmiş, o da həmin şəxsi su arxına apararaq, üzünü yumağa köməklik etmişdir. O, Zərərçəkmiş şəxs geri gətirdiyi zaman B.E.Babayevin Təqsirləndirilən şəxs bıçaqla vuraraq, qaçdığını hadisə yerində olan digər şəxslərdən eşitmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs M.N.Qurbanlının evinə aparmaq məqsədi ilə avtomobilə əyləşdirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs dayısına zəng vuraraq, olduğu yer barədə məlumat vermişdir. Daha sonra isə Şahid2 və digərləri Təqsirləndirilən şəxs M.N.Qurbanlının valideynlərinin evinə aparmışlar. O isə M.N.Qurbanlının evinə getməmiş və küçədə bulağın yanında qalmışdır. İşdə olan məhkəmə-tibb ekspertizasının 16 mart 2023-cü il tarixli, 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin şişkinlik və qançırı, burun sümüyünün yerinidəyişən sınığı müəyyən olunmuşdur, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərin əmələ gəlmə müddəti 10 mart 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla zərbələr endirərək, həmin şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir və onun Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əhatə olunmuş əməli törətməməsi barədə məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən özünün sonrakı ifadəsi ilə təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını, peşə təhsili almasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 06 altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar