Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-180/2024 11.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1960-cı ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan 28 iyun 2024-cü il tarixdə saat 14:50 radələrində etibarnamə əsasında idarə etdiyi, saz vəziyyətdə olan, “Mercedes Benz 208 D” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu Biləsuvar şəhəri M.Əsədov küçəsindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsi istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni “Yol verin” üstünlük yol nişanının tələblərinə əsasən digər avtomobillərə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq mikroavtobusu yolayrıcına daxil etməli olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolayrıcına daxil olmaqla Biləsuvar şəhəri M.İbrahimov küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Peugeot 406” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs “sağ bud-çanaq oynağının yüngül dərəcəli, sağ diz oynağının güclü dərəcəli kontrakturaları ilə nəticələnən sağ bud sümüyünün, sağdan çanaq sümüyünün və sağ diz qapağının sınıqları, sağ əlin və hər iki diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-də az hissəsinin (30%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirərək sürücülük vəsiqəsi olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. X1 məxsus “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu etibarnamə ilə idarə edir. Özünə məxsus BC ******* nömrəli sürücülük vəsiqəsi vardır. Həmin mikroavtobus ilə o, rayon ərazisində qadın işçiləri əkin sahələrinə işləməsi üçün səhər vaxtlarında aparır və axşam vaxtlarında isə geri qaytarır. 28 iyun 2024-cü il tarixdə eyni qaydada səhər vaxtlarında o, 12 nəfər qadın işçiləri rayon ərazisində müxtəlif ünvanlarda yaşadıqları evdən götürərək işləmələri üçün Biləsuvar rayonu Çinarlı kəndinə əkin sahəsinə aparmışdır. Eyni qaydada həmin qadın işçiləri gözlədikdən sonra saat 14 radələrində Çinarlı kəndindən çıxaraq Biləsuvar şəhər mərkəzinə doğru hərəkət etmişdir. Bu zaman onun idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusda ondan başqa 12 nəfər işçi qadın olmuşdur. 28 iyun 2024-cü il tarixdə saat 14:50 radələrində ikinci dərəcəli yol olan Biləsuvar şəhəri M.Əsədov küçəsindən baş yola, yəni Biləsuvar şəhəri, M.İbrahimov küçəsinə doğru hərəkət edən zaman o, sol istiqamətə baxsa da sağ istiqamətə baxmamış və hərəkətə başlamışdır. Bu zaman anidən sağ istiqamətdən gələn “PEUGEOT” markalı avtomobil onun idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusu orta hissəsindən vurmuş və nəticədə həmin yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma nəticəsində mikrovatobusda olan sərnişinlər, eyni qayadada “PEUGEOT” markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisədən sonra onlar ətrafda olan insanların, TTY-nin və polis əməkdaşlarının köməkliyi ilə Biləsuvar RMX-ya çatdırılmışlar. Yol-nəqliyyat hadisəsi yolun sol hərəkət hissəsində baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi aydın hava şəraitində, gündüz vaxtında baş vermişdir, hadisədən əvvəl yolu normal şəkildə görmüşdür. Hadisə zamanı idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusda ondan başqa 12 nəfər sərnişin olmuşdur. O, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmişdir. O, hadisə baş verməzdən əvvəl köməkçi yoldan əsas yola doğru hərəkət etdiyi üçün dayanaraq hərəkətə başlamış və bu səbəbdən onun idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusun hərəkət sürəti təxminən 5-10 km/saat olmuşdur. Həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl yolun sağ hərəkət zolağı ilə hərəkət edən həmin avtomobili görməmiş, həmin yol nəqliyyat hadisəsi anidən baş vermişdir. Həmin yol nəqliyyat hadisəsi anidən baş verdiyi üçün hadisənin şahidləri barədə hər hansı bir məlumatı yoxdur. Hadisə baş verən anda və ondan əvvəl idarə etdiyi avtomobildə hər hansı nasazlıq olmamışdır. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Belə ki, o, yolun sağ istiqaməti ilə hərəkət edən “PEUGEOT” markalı avtomobili görməyərək hərəkətinə davam etdiyi üçün həmin yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs 1500 manat ödəməklə onun müalicəsinə kömək etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də zərərçəkimiş şəxslə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qimsində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğuldur. “Peugeot 406” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur. B1, B, C1, C dərəcəli BD 033507 nömrəli sürücülük vəsiqəsi vardır. O, qeyri-iş günlərində Biləsuvar rayonuna gəlib bir neçə gün qaldıqdan sonra geri qayıdır. Belə ki, 28 iyun 2024-cü il tarixdə Bakı şəhərinə qayıdacağı üçün Biləsuvar rayon “Mərkəzi bazarın”-dan alış-veriş etmək qərarına gəlmişdir. 28 iyun 2024-cü il tarixdə saat 14:50 radələrində Biləsuvar şəhəri S.Vurğun küçəsindən hərəkətə başlamışdır. O, hərəkət edərək Biləsuvar şəhəri M.İbrahimov küçəsinə daxil olmuşdur. Belə ki, “Rest-Aran” restoranı istiqamətindən sağ zolaqla Biləsuvar rayonu “Mərkəzi bazarı”-na doğru hərəkətinə davam etmişdir. Bir qədər irəli getdikdən sonra o, ikinci dərəcəli yol olan Biləsuvar şəhəri M.Əsədov küçəsi ilə hərəkətdə olan “Mercedes Benz 208” markalı mikroavtobusun o, hərəkətdə olduğu yola baxmadan əsas yola çıxmasını görmüşdür. Bu zaman o, əvvəlcə tormozdan istifadə etmək istəsə də, mikroavtobusun artıq yolun sol zolağını keçərək sağ zolağına daxil olmasını gördüyü üçün manevr edərək mikroavtobusun arxa hissəsindən keçərək hadisədən yayınmaq qərarına gəlmiş və hərəkətini əks istiqamətli hərəkət zolağına çıxmaqla davam etdirmişdir. Lakin bu zaman mikroavtobusun sürücüsü onun idarə etdiyi avtomobili görərək tormozdan istifadə edərək hərəkətini dayandırdığı üçün o, manevr edərək mikroavtobusun arxasından keçə bilməyəcəyini bilmiş və bu səbəbdən öz hərəkət zolağına qayıdaraq toqquşmanın qarşısını almaq istəsə də toqquşma baş vermişdir. Belə ki, idarə etdiyi “Peugeot 406” markalı avtomobilinin qabaq hissəsi “Mercedes Benz 208” markalı mikroavtobusun sağ arxa və orta hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil yarasız hala düşmüşdür. O, ətrafda olan şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmış və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdır. Həmçinin “Mercedes Benz 208” markalı mikroavtobusda olan sərnişinləri də müxtəlif bədən xəsarətləri aldıqları üçün Biləsuvar RMX-na aparmışlar. Yol-nəqliyyat hadisəsi o, hərəkətdə olduğu, yəni yolun sağ hərəkət hissəsində baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi aydın hava şəraitində, gündüz vaxtında baş vermişdir, hadisədən əvvəl yolu normal şəkildə görmüdür. Hadisə zamanı idarə etdiyi “Peugeot 406” markalı avtomobildə tək olmuş və avtomobilində heç bir yük olmamışdır. O, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, heç bir spirtli içki qəbul etməmişdir. O, toqquşma baş verməzdən əvvəl manevr edərək hadisədən yayınmaq məqsədilə sürətini təxminən 60 km/saat həddində qaldırmışdır. Həmin yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl o, “Mercedes Benz 208” mikroavtobusu təxminən 20-30 metr məsafədən görmüşdür. Həmin yol nəqliyyat hadisəsi anidən baş verdiyi üçün hadisənin şahidləri barədə hər hansı bir məlumatı yoxdur. Hadisə baş verən anda və hadisədən əvvəl idarə etdiyi avtomobildə hər hansı nasazlıq olmamışdır. Hadisənin baş verməsində özünü təqsirli bilmir. Hadisə “Mercedes Benz 208” markalı mikroavtobusun sürücüsünün təqsiri ucbatından baş vermişdir. Hadisədən sonra təqsirlndirilən şəxs tərəfindən ona vurulmuş zərərə görə 1500 manat ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Dəvrişli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, qrup yaradaraq bir neçə nəfər qadınlarla birlikdə əkin sahələrinə gedərək işləyirlər və ailələrinin dolanışığını bununla təmin edirlər. Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə aralarında olan razılığa əsasən Arif səhər saatlarında onları ünvanlarından götürərək Biləsuvar rayonu ərazisində yerləşən əkin sahələrinə aparır, günün ikinci yarısı yaşadıqları ünvanlara geri qaytarır. Onlar Arifin idarə etdiyi “Mercedes Benz 208 D” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla işə gedib-gəlirlər. 28 iyun 2024-cü il tarixdə saat 14 radələrində onlar Biləsuvar rayonu Çinarlı kəndi ərazisində əkin sahəsində işlədikdən sonra Arifin idarə etdiyi mikroavtobusla Biləsuvar şəhəri ərazisinə qayıtmışlar. Biləsuvar şəhəri S.Vurğun küçəsində “Beşmərtəbə” deyilən yerdə bir nəfər işçini evlərinə düşürdükdən sonra Təqsirləndirilən şəxs Biləsuvar şəhəri M.Əsədov küçəsi ilə hərəkət edərək M.İbrahimov küçəsindən keçərək digər işçiləri düşürmək istəmişdir. Saat 14:50 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusla Biləsuvar şəhəri M.Əsədov küçəsi ilə hərəkət edərək ikinci dərəcəli yoldan əsas yola, yəni Biləsuvar şəhəri M.İbrahimov küçəsinə doğru hərəkət etmişdir. Bu zaman əsas yol ilə sürətlə hərəkət edən digər marka və nömrəsini bilmədiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə bir neçə nəfər şəxsin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə anidən baş verdiyinə görə olanları tam olaraq xatırlamır. Hadisənin hansı şəraitdə baş verməsini bilmir. Toqquşma onlar əyləşdiyi mikroavtobus Biləsuvar şəhəri M.Əsədov küçəsindən M.İbrahimov küçəsinə doğru hərəkətdə olan zaman baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizəsində hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokol və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs idarə etdikləri nəqliyyat vasitələrinin toqquşması nəticəsində yerə tökülmüş qırıntılar vasitəsilə müəyyən edilmişdir. Baxış Biləsuvar şəhəri, M.İbrahimov küçəsindən “Mərkəzi bazar” istiqamətində və əks istiqamətdə yerləşən “Rest-Aran” restoranı istiqamətində keçirilmişdir. Həmin hissədə yolda hərəkət iki tərəflidir. Sürət həddi 50 km/saatdır. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur, görmə məsafəsi kifayət qədərdir, yol işıqlandırılır. Hərəkət zolaqlarının sayı 2-dir. Hadisə baş verən yerdə yol örtüyünün eni 13,0 metr, hərəkət hissəsinin eni 11,2 metr, hərəkət zolaqlarının hər birinin eni 5,6 metrdir. Yolun hərəkət hissəsinin sağ və sol kənarları ilə sarı nişanlanma xətti çəkilmişdir. Sarı nişanlanma xəttindən sağ və sol tərəflərdə 0,9 metr enində yol örtüyü vardır. Bundan sonra yolun sağ və sol kənarlarında piyada səkisi, daha sonra isə hər iki tərəfdə yaşayış evləri yerləşir. Hadisənin baş verdiyi yerdə M.İbrahimov küçəsi baş yol hesab olunur. Yolun ortasında nəqliyyat axının ayırmaq üçün uzununa nişanlanma xətti çəkilmiş, M.Əsədov küçəsi ilə kəsişmədə isə sağ və sol tərəflərdən hərəkət edən nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün qırıq-qırıq nişanlanma xətti vardır. Biləsuvar şəhəri, M.Əsədov küçəsi ikinci dərəcəli yoldur, həmin yolda yol örtüyünün eni 6,0 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolda hərəkət hissəsinin eni 3,0 metr, hər hərəkət zolağının eni 3,0 metrdir. Bundan sonra yolun sağ və sol kənarlarında piyada səkisi, daha sonra isə hər iki tərəfdə yaşayış evləri yerləşir. Yolda sürət həddi 60 km\saat müəyyən edilmişdir. Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə kəsişən M.Əsədov küçəsi isə ikinci dərəcəli yoldur, həmin yolda “yol ver” yol nişanı quraşdırılmışdır. Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Rest Aran” restoranı istiqamətindən mərkəzi bazar istiqamətində baxdıqda yolun sol hərəkət zolağında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 208 D” markalı, mikroavtobus modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil bazar istiqamətində çəpəki şəkildə dayanmış, həmin avtomobilin sağ qabaq təkəri ilə yolun mərkəzində olan qoşa nişanlanma xəttinin üzərində, sağ arxa təkəri ilə həmin qoşa nişanlanma xəttindən 0,50 metr məsafədə çəpəki şəkildə yerləşir. Bundan başqa, Zərərçəkmiş şəxs idarə etdiyi “PEUGEOT” markalı, 406 minik modelli, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil də Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Rest Aran” restoranı istiqamətindən mərkəzi bazar istiqamətində baxdıqda yolun sol hərəkət zolağında, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ arxa tərəfində çəpəki şəkildə dayanmış, həmin avtomobilin sağ qabaq təkəri yolun mərkəzində olan qoşa nişanlanma xəttinin üzərində yolun mərkəzində olan qoşa nişanlanma xəttinin üzərindən 0,55 metr məsafəni keçmişdir. Həmin avtomobilin sağ arxa təkəri isə qoşa nişanlanma xəttinin üzərində dayanmışdır. Yol-nəqliyyat hadisəsi yerində toqquşma nöqtəsi Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Mərkəzi bazar”dan “Rest- Aran” restoranı istiqamətində baxdıqda yolun sağ kənarından mərkəzə doğru 1,5 metr məsafədə (əks istiqamətdə baxdıqda isə yolun sol kənarından mərkəzə doğru) M.Əsədov küçəsində isə yolun sol kənarından mərkəzə doğru 1,1 metr məsafədə yerləşir. Toqquşma yerindən “Mərkəzi bazar” istiqamətində nəqliyyat vasitələrinə aid yağ və su tökülmüşdür. Biləsuvar şəhəri, M.İbrahimov küçəsində “Rest-Aran” restoranı istiqamətindən toqquşma yerinə qədər Zərərçəkmiş şəxs idarə etdiyi “PEUGEOT” markalı, 406 minik modelli, **-RA- *** dövlət qeydiyyat nişanlı avtomobilə aid 3 metr uzunluğunda şin izlərinin olması müəyyən edilmişdir. Hadisənin baş verdiyi yerdə hər hansı nəzarət-müşahidə kameraları və təhlükəsiz şəhər kameraları olmadığından həmin hadisənin baş verməsini özündə əks etdirən videogörüntülər yoxdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 208 D” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini X3 məxsus olması, Təqsirləndirilən şəxs avtomobili etibarnamə əsasında idarə etməsi, həmçinin Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün DİN-nin BDYPİ-nin Qİİ\2 saylı Səyyar ASAN xidmət tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş B1, B, C1, C, dərəcəli, BC 680717 nömrəli sürücülük vəsiqəsinin olması, lakin onun mikroavtobus idarə etmək üçün D dərəcəli sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2024-cü il tarixli 133 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən anda sərxoş olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx.xx.2024-cü il tarixli 02/MEŞ saylı əlavə məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “sağ bud-çanaq oynağının yüngül dərəcəli, sağ diz oynağının güclü dərəcəli kontrakturaları ilə nəticələnən sağ bud sümüyünün, sağdan çanaq sümüyünün və sağ diz qapağının sınıqları, sağ əlin və hər iki diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları” xəsarətləri müəyyən edilmiş, müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomaşının salonunda əmələ gəlmələri mümkündür, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az hissəsinin (30%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının 04 oktyabr 2024-cü il tarixli 8\2513 nömrəli ekspert rəyində göstərilmişdir ki; 1.“Mercedes Benz 208 D” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz 208 D” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-dan daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-30/3-1055/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ruhi-əsəb xəstəlikləri üzrə nevrolojidə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmiş və ibtidai istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham irəli sürülmüş maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında həmin cinayət üçün üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu ona təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələbləri baxımından belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən CPM-in 197, 198, 344-349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(022)-180/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-180/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver