Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-181/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İsmayılov X1 rayonu Zəhmətabad kəndində birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət münasibətləri zəminində yəni, xx.xx.2023-cü il tarixdə övladı Şahid2 elektron siqaret çəkdiyinə görə tənbeh etmək istəməsinə Zərərçəkmiş şəxs mane olmaq səbəbindən 19 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində sonuncunun yaşadıqları evdən çıxmasını tələb etməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir neçə dəfə əli ilə zərbə vuraraq ona “üst dodağın selikli qişasında qansızma və əzilmiş yara” ilə nəticələnən xəsarət yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. Onlar 2005-ci ildə ailə həyatı qurmuşlar. Onların nikahlarından üç övladları vardır. Evli olduqları müddətdə arvadı ilə aralarında ara-sıra söz-söhbətlər olmuşdur. 18 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə sipirtli içki içmişdir. O, sipirtli içdikdən sonra oğlu Nicat İsmayılovun elektron siqaret çəkdiyini bilmişdir. Buna görə oğlu Nicat İsmayılovu tənbeh etmək istəmişdir. Oğlu Şahid2 evdə olmadığı üçün zəng edərək yaşadıqları evə gəlməsini demişdir. O bir müddət sonra oğlu Şahid1 zəng vuraraq ona araq alması üçün yaşadıqları evə çağırmışdır. Saat 22 radələrində oğlanları Nicat İsmayılov və Şahid1 birlikdə yaşadıqları evə gəlmişlər. Həmin vaxt o, yaşadığı evin giriş hissəsində əyləşmiş, arvadı Zərərçəkmiş şəxs isə həyətdə olmuşdur. O, oğlu Şahid1 yanına çağıraraq 10 manat məbləğində pul verərək 0,5 litirlik araq almasını demişdir. Bundan sonra Şahid1 özünə məxsus velosipedə minərək uzaqlaşmışdır. O, Nicat İsmayılovu yanına çağıraraq niyə elektron siqaret çəkdiyini soruşmuşdur. Bu zaman arvadı Zərərçəkmiş şəxs buna mane olaraq içkili olduğunu bildirmişdir. Bundan sonra arvadı ilə onun arasında mübahisə başlamışdır. Mübahisə zamanı arvadı ünvanına nalayiq ifadə işlətmişdir. Bu ona içkili olduğu üçün pis təsir etmişdir. O bundan sonra arvadının üzərinə hücum eləmişdir. Oğlu Şahid2 ilə arvadı Zərərçəkmiş şəxs yaşadıqları fərdi yaşayış evinin bağ hissəsinə qaçmışlar. O da həmin şəxslərin arxasınca qaçmışdır. Həmin vaxt bağ palçıq olduğu üçün ayaqları batmışdır. O, əl-ayağını baseynada yuyaraq evin giriş hissəsində əyləşmişdir. Bu zaman oğlu Şahid1 əlində araq butulkası ilə həyətə daxil olaraq, həmin sipirtli içkini gətirərək ona vermişdir. O bundan sonra yaşadıqları evə daxil olaraq həmin sipirtli içkini qəbul etməyə başlamışdır. Bir müddət sonra sipirtli içkinin təsirindən yuxulayarq yatmışdır. 19 sentyabr 2023-cü il tarixdə o, yuxudan ayıldıqda sonra oğlu Şahid2 yatmasını görmüşdür. Bu ona pis təsir etmişdir. Qonaq otağında masa arxasında əyləşərək səhər yeməyi yeməyə başlamışdır. Arvadı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ünvanına nalayiq ifadə işlətməsini xatırlamışdır. O, arvadı Zərərçəkmiş şəxs evdən çölə çıxmasını demişdir. Zərərçəkmiş şəxs isə çıxmayacağını bildirmişdir. O, əyləşdiyi yerdən qalxaraq arvadını həyətə çıxartmaq üçün itələməyə başlamışdır. Onlar bundan sonra bir-birlərinin yaxasından tutaraq dartışmışlar. O, arvadının saçlarından tutaraq çölə çıxartmışdır. Bu zaman yaranmış səs-küyə oğlanları Şahid1 və Şahid2 gəlmişlər. Onları aralaşdırmaq istəmişlər. O, arvadını çölə çıxartdıqdan sonra oğlanları da analarının arxasınca həyətə qaçmışlar. Hazırda əməlindən peşmandır və buna görə Zərərçəkmiş şəxs üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuşlar. Onların nikahlarından 3 övladları vardır. Evli olduğu müddətdə əri ilə arasında ara-sıra söz-söhbətlər olmuşdur. 18 sentyabr 2023-cü il tarixdə saat 12:00-dan yaşadıqları evdə əri Təqsirləndirilən şəxs sipirtli içki qəbul etməyə başlamışdır. Sipirtli içki içdikdən sonra yenisini almaq üçün oğlu Nicat İsmayılova zəng etməyini və sipirtli içki almağını deməsini bildirmişdir. O, oğlunun iş yerində olmasını, oradan çıxa bilmədiyini demişdir. Əri təkidlə oğlu Nicat İsmayılova zəng etməyini demişdir. Buna etiraz etdikdə Təqsirləndirilən şəxs əlindəki telefonu onun alın nahiyəsinə vuraraq ünvanına nalayiq sözlər işlədərək üzərinə gəlmişdir. O da qorxduğu üçün ərindən qaçaraq evlərinin həyətinə getmişdir. Əri evin giriş qapısında dayanaraq evə qayıtmağını demişdir. O, qorxduğu üçün evə qayıtmamışdır. O, Nicat İsmayılova özünün zəng etməsini demişdir. Əri Təqsirləndirilən şəxs ondan 10 manat pul istəmişdir. O da evə girərək pulu ərinə vermək üçün uzatmışdır. Əri onun əlindən tutmaq istəmişdir. O pulu Cabirin üzərinə ataraq həyətə qaçmışdır. Həmin gün saat 21 radələrində oğlanları Nicat İsmayılov və Şahid1 yaşadıqları evə gəlmişlər. O həmin vaxt həyətdə olmuşdur. Əri Təqsirləndirilən şəxs evin giriş qapısına oturaraq ünvanına nalayiq ifadələr işlətmişdir. Əri Şahid1 yanına çağıraraq 10 manat pulu sonuncuya verərək araq almasını demişdir. Bundan sonra Şahid1 yaşadıqları ünvandan uzaqlaşmışdır. O, oğlu Nicat İsmayılovla həyətdə qalmışdır. Təxminən 20 dəqiqə sonra oğlu Şahid1 sipirtli içkini gətirərək atasına verərək yaşadıqları ünvandan uzaqlaşmışdır. X7 İsmayılovun üzərinə gələrək ondan niyə elektron siqaret çəkdiyini soruşaraq nalayiq ifadələrlə təhqir etmişdir. O, ərinin oğlu Nicat İsmayılova xəsarət yetirəcəyindən qorxaraq Təqsirləndirilən şəxs sakitləşdirmək istəmişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs əl ataraq saçlarından tutaraq onu özünə tərəf çəkərək üzündən bir dəfə sillə, sol qulaq nahiyəsindən isə bir dəfə yumruqla zərbə vurmuşdur. Nicat İsmayılov onu müdafiə etmək istəmişdir. Əri onu buraxaraq Nicat İsmayılovun üzərinə hücum eləmişdir. Nicat İsmayılov qaçaraq bağa getmişdir. O da oğlunun ardınca bağa qaçmışdır. Onları bağda qovan zaman əri Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yerdən qalxaraq həyətə gedərək su baseynasında əl-ayağını yuyaraq yaşadıqları evə daxil olmuşdur. O bir müddət sonra evin giriş qapısından içəri daxil olaraq foedən yataq otaqlarına getmək istəmişdir. O, ərinin sipirtli içki qəbul etməsini görmüşdür. Əri masa arxasından qalxaraq qapını örtərək ünvanına nalayiq ifadələr işlədib getməyini demişdir. Bundan təxminən 30 dəqiqə sonra yenidən evə daxil olmuşdur. Həmin vaxt ərinin tam içkili şəkildə olmasını və yuxulamasını görmüşdür. O bundan sonra oğlu Nicat İsmayılovu çağıraraq evə daxil olmuşdur. O qonaq otağında əyləşərək televizora baxmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs içkili şəkildə onu təhqir edərək ayaq üstə qalxmaq istəmiş, lakin oturduğu yerdən ayaq üstə qalxa bilməmişdir. 19 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində əri yuxudan durduqdan sonra mətbəxə keçmişdir. Əri özünə mətbəxdə çay süzərək qonaq otağına qayıtmışdır. Əri masanın üzərindən çörəyi götürərək döşəməyə atmış və ona yaşadıqları evdən getməsini söyləmişdir. Əri mətbəxə daxil olaraq saçından tutaraq üz nahiyəsinə əli ilə zərbələr vurmağa başlamışdır. O güclə ərinin əlindən çıxaraq qonaq otağına qaçmışdır. Həmin vaxt oğlanları Şahid2 və Şahid1 qonaq otağına daxil olmuşlar. Həmin vaxt əri Təqsirləndirilən şəxs onun ağız nahiyəsindən vurmuşdur. X4 üzərinə hücum edərək Nicatın yaxasından tutmuşdur. O, ərini tutaraq Nicatdan uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt X3 buraxaraq qollarından tutaraq təpiklə qıçlarına zərbələr vuraraq onu həyətə atmışdır. O bundan sonra baş vermiş hadisə barədə DİN-nin 102 Zəng- xidmət mərkəzinə müraciət etmişdir. 18 sentyabr 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməyi nəticəsində sol qulaq nahiyəmdən üz nahiyəsindən xəsarət almışdır. 19 sentyabr 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməyi nəticəsində ağız nahiyəsindən xəsarət almışdır. 18 sentyabr 2023-cü il tarixdə və 19 sentyabr 2023-cü il tarixlərdə əri X2 yaşadığı evdə və evin həyətyanı sahəsində onu döymüşdür, bu hadisləri başqa kənar şəxslərdən görən olmamışdır.Daha sonra Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Ona görə də ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bu barədə zərərçəkmiş Zərərçəkmiş şəxs yazılı ərizəsini məhkəməyə təçqdim etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Cəlilabad rayon MTE və PA ETT-in xx.xx.2023-cü il tarixli 1007 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs üst dodağın selikli qişasında qansızma və əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18-xx.xx.2023-cü il tarixlərə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın xx.xx.2023-cü il tarixli 18-1/30/2- 266/2023 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayonu Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxs “Biləsuvar RMX” publik hüquqi şəxsinin Poliklinika şöbəsinin Ruhiəsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72-74cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №1(022)-181/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-181/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver