Məhkəmə qərarları › İş №1(022)-181/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-181/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-181/2024 18.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağdam rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(013)-31/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 09 ay 09 gün çəkilməmiş cəzası qalmış, Ağdam şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 71-də qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı kəndində yaşayan, barəsində 26 avqust 2024-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -0,627 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, 24 avqust 2024-cü il tarixdə saat 19:00 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Gömrük dairəsi” yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, orada üzərinə yoxlama keçirilərkən əynindəki şalvarın arxa sol cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi -0,627 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o arada bir narkotik vasitə istifadə edir. Buna görə də barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Ağdam rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkir. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir və rəsmi olaraq heç yerdə işləmir. 21 avqust 2024-cü il tarixdə yaşadığı Ağdam rayonu Quzanlı kəndində küçədə gedən zaman yerdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü görmüşdür. O, bükülünü götürüb içinə baxanda içərisində psoxotrop maddə metamfetamin olduğunu bilmişdir. Sonra da həmin bükülünü siqaret qutusunun içərisinə qoyub əynindəki şalvarın cibinə qoymuşdur ki, özü sonra istifadə edər. O, əvvəllər Bakı şəhərində YDM-də operator işləmişdir. Hazırda işsizdir. Ona görə də bir neçə gün sonra, yəni 24 avqust 2024-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. Həmçinin dayısı X12 da onunla işləmək üçün getmək istədiyini bildirmişdir. O da etiraz etməmişdir. Onların pulu olmadığı üçün qərara gəlmişlər ki, Bakı istiqamətində gedən avtomobillərə xahiş etsinlər ki, onları da aparsınlar. Harada düşsələr yenidən həmin istiqamətdə gedən avtomobil sürücülərindən xahiş edib bu yolla Bakıya getsinlər. Sonra da yola çıxıb Ağcəbədi rayonu ərazisində magistral yoldan keçən bir avtomobilə yaxınlaşmışlar. Ondan hara getdiyini soruşmuşlar. Həmin şəxs Biləsuvara getdiyini demişdir. Onlar da pulları az olduğu üçün ona heç bir söz demədən onun avtomobilinə əyləşmişlər və onların da Biləsuvara getdiklərini demişlər. Həmin vaxt avtomobildə onlardan başqa da adam olmuşdur. Onlar saat 18 radələrində Biləsuvara çatmışlar. Avtomobldən düşəndə pulu olmadığını bildirdikdə sürücü narazılıq etmişdir. Həmin vaxt onlarla həmin avtomobildə gələn adını sonradan öyrəndiyi Ruslan Ağdamlı olduqlarını bilib onların da pulunu vermişdir. Hətta onlara demişdir ki, qonaqsız, nəsə yemək-içmək lazımdırsa qonağım ola bilərsiz. Onlar da etiraz etməmişlər. Sonra da bir kafeyə getmişlər, orada pivə sifariş etmişdir. Pivə içən zaman ona mesaj gəlmişdir. O, Bakıya getmək üçün rayondan magistral yola çıxmaq üçün yalandan demişdir ki, “dostumla görüşəcəm”. Onu dediyi ünvana aparmağı xahiş etmişdir. Onlar kafedən qalxıb bir qədər aralıda olan dairənin yanına gəlmişlər. Orada Ruslan yolun o biri tərəfinə keçib taksi saxlatdırmış və onları da götürmüşdür. Onlar “Gömrük dairəsi” deyilən yerə çatanda demişdir ki, “burda saxla”. Sonra da avtomobildən düşüb bir qədər aralıda telefonla danışmağa başlamışdır. Dayısı Zöhrab da yanında olmuşdur. Bir neçə dəqiqə sonra Ruslan onlara yaxınlaşmış, o demişdir ki, “dostum burda deyil, irəlidə gözləyir” və gəldikləri taksiyə əyləşib bir qədər getdikdən sonra YPX əməkdaşları onların olduğu avtomobilə saxla işarəsi vermişdir. Sürücü avtomobili yolun kənarına verib saxlamış, bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişdir. Sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib, hüquqları ona izah olunmuş və üzərilərinə videoçəkilişlə şəxsi müayinə keçiriləcəyini bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandıqları yerdən bir qədər aralıda polis əməkdaşı ona təklif etmişdir ki, paltarlarında, üzərində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və sənədlər varsa təqdim etsin. O da əynindəki şalvarın arxa sol cibindən siqaret qutusuna qoyduğu içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülünü və mobil telefonu çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində metamfetamin vardır, ona məxsusdur, onu bir neçə gün əvvəl yaşadığı ərazidə yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərində yoxlama keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən yoxlama barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Bundan sonra onların iştirakı ilə sonradan adını bildiyi sürücü X3 idarə etdiyi VAZ 2107 markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra isə onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X6 vəkil kimi dəvət olunmuşdur. Müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. O, həmin metamfetamini 21 avqust 2024-cü il tarixdə yaşadığı Ağdam rayonu Quzanlı kəndində yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərində metamfetamin olmasından heç kimin məlumatı olmamışdır. Bu barədə X7, X8, X9 və heç kimə heç bir söz deməmişdir. O, X10 əvvəllər tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Onun Zöhrabın üzərində narkotik vasitə olmasından məlumatı yoxdur, haradan, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsini bilməmişdir. O, içərisində metamfetamin olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, əvvəllər də narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Ona görə də içərisində metamfetamin olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş metamfetamin ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşamandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdam şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 avqust 2024-cü il tarixdə onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixli qərara əsasən o, Biləsuvar RPŞ-nin NMQnın baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, RPŞ-nin PPXB-nin polis nəfərləri polis baş serjantları Şahid3, Şahid2, RPŞ-nin DYPB-nin inspektorları, polis baş serjantları X13 və X11 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 24 avqust 2024-cü il tarixdə, saat 19:00 radələrində Biləsuvar rayonu “Gömrük dairəsi” adlanan yerin yaxınlığında içərisində olması ehtimal olunan VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuş, bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda videoçəkiliş ilə yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sol cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun əynində olan həmin şalvarın arxa sağ cibindən 1(bir) ədəd adabter, 2 ədəd 20 (iyirmi) qəpiklik, bir ədəd 10 ( on) qəpiklik, bir ədəd bir (bir) manatlıq pul və sağ yan cibindən 1 (bir) ədəd Xiaomi markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 1,05 qram (bir tam yüzdə beş qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Xiaomi markalı mobil telefon götürülmüş, iş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddəyə bənzər kütləni 2-3 gün bundan əvvəl Ağdam rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Onun üstünə yoxlama Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmişdir. Yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Bundan sonra VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X7 videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Onun saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən X4 üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. X4 üstünə yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra X12 əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim etmişdir. X1 üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Sonra da X4 təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 1,64 qram (bir tam yüzdə altmış dörd qram) olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqan sonra götürülmüşdür. X12 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Bərdə rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Onun üstünə yoxlama Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmiş, yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X8 videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Onun saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən X5 üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. X14 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra X5 üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Onun üstünü yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Onun saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən X3 üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Onun üstünün yoxlanması və götürmə aparılması zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs, X4, X5 və X3 iştirakları ilə sonuncunun idarə etdiyi VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs, X4, X5 və X3 üstünün yoxlanılması və VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞnin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 5 (beş) ədəd DVD protoloka əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 işin mahiyyəti üzrə dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan ilkin araşdırma zamanı tərtib edilmiş 24 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 avqust 2024-cü il tarixdə, saat 19:00 radələrində Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sol cibindən üzərinə “Bakı” sözləri yazılmış siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun əynində olan həmin şalvarın arxa sağ cibindən 1(bir) ədəd adabter, 2 ədəd 20 (iyirmi) qəpiklik, bir ədəd 10 ( on) qəpiklik, bir ədəd bir (bir) manatlıq pul və sağ yan cibindən 1 (bir) ədəd Xiaomi markalı mobil telefon aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edildi və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi 1,05 qram (bir tam yüzdə beş qram) oldu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Xiaomi markalı mobil telefon götürüldü. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddəyə bənzər kütləni 2-3 gün bundan əvvəl Ağdam rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Xiaomi markalı mobil telefon götürüldü. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və digər əşyalar sonuncuya geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddəyə bənzər kütləni 2-3 gün bundan əvvəl Ağdam rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Onun üstünün yoxlanılması Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmiş, yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 25 avqust 2024-cü il tarixli 19/622 nömrəli rəyində göstərilmişdir ki; Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,627 qram ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,627 qram., tədqiqata sərf olundu-0,05 qram., qalıq 0,577 qramdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş -0,627 qram metamfetaminin tədqiqatdan sonrakı -0,577 qram qalığı 27 avqust 2024-cü tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 668 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(013)-31/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan 24 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 avqust 2024-cü il saat 15:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Ağdam rayon İcra və Probasiya Şöbəsinin 13 dekabr 2024-cü il tarixli, 292606/2024-6-1 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göstəriş xx.xx.2024-cü il tarixdə Ağdam rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum Təqsirləndirilən şəxs həmin tarixdə qeydiyyata alınmış, 13 dekabr 2024-cü il tarixdə ona təyin olunmuş cəzanın 02 ay 12 gün hissəsini çəkmiş, sonuncunun çəkilməmiş cəzası 01 il 09 ay 14 gün təşkil edir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının bu günə 02 ay 17 gün hissəsini çəkmiş, cəzasının 01 il 09 ay 09 gün hissəsi çəkilməmiş qalmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ilə qismən toplamaq yolu ilə çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024cü il tarixli, 668 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan 0,577 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla üzərində 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə iki gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun Ağdam rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 0,577 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar