Məhkəmə qərarları › İş №1(022)-183/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-183/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-183/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Mirzəyev Nüsrət Fətulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar rayonu Yuxarı Ağalı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi iləittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Biləsuvar rayonu Yuxarı Ağalı kənd ərazisində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yəni, sonuncunun onun yanından keçib gedərkən əsəbi baxmasının səbəbini soruşduğuna görə Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş, bu səbəblə də yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir-iki dəfə yumruqla vurub ona "sağ gözyuvası ətrafı-almacıq nahiyəsində və başın ənsə nahiyəsində qançır, üst dodağın selikli qişasında əzilmiş yara, sağ qulaq seyvanında sıyrıq və sağ qulağın təbil pərdəsinə qansızma" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, barəsində edilən şikayətlə tanış olmuşdur. evlidir, himayəsində iki azyaşlı övladı var, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla əvvəllər aralarında ədavət və qərəz olmamış, normal münasibətləri olmuşdur. 12 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində Biləsuvar rayonu Yuxarı Ağalı kənd ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman həmkəndlisi Zərərçəkmiş şəxslə rastlaşmış, həmin vaxt Məhəmməd ona əsəbi baxdığı üçün ondan əsəbi baxmasının səbəbini soruşduqda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş, nəticədə aralarında mübahisə yaranmış, mübahisə zamanı sonuncunun üz nahiyəsinə bir dəfə və dodaq nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Geri çəkilib aralaşmaq istəyən zaman ayağının büdrəməsi nəticəsində yerə yıxılmış, ayağa durduqdan sonra sağ əlində kəskin ağrı hiss etdiyindən oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Bir neçə dəqiqədən sonra sağ əlində şişkinlik yaranmışdır. Aralarındakı mübahisə 3-5 dəqiqə ərzində bitmiş, mübahisəni görən və hadisə yerinə toplaşan kənar şəxs və ya şəxslər olmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs arvalaşıb geri çəkilmək istəyən zaman ayağının büdrəməsi nəticəsində yerə yıxılıb sağ əlindən xəsarət almış, Zərərçəkmiş şəxs ona hər hansı formada təmas etməmiş, əli ilə itələməmiş, digər formada zərbə vuraraq xəsarət yetirməmişdir. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə zərərçəkmiş şəxs X2 üzr istəyib, Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldırmış və Zərərçəkmiş şəxs ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Həbiyev Şahın ibrahimxəlil oğlu həmkəndlisidir. Onunla əvvəllər zarafatlaşan zaman narazılıq yaranmış, buna görə də aralarında sözlü mübahisə olmuşdur. 12 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı Biləsuvar rayonu Yuxarı Ağalı kənd ərazisində yol kənarı ilə piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs ilə rastlaşmış, onunla yolda rastlaşan vaxt əvvəlki mübahisələrindən əsəbi olduğu üçün ona göz ağardaraq yanından ötüb keçmiş, Şahin onu səsləyərək çağırıb yanından keçərkən niyə göz ağartdığını soruşduqda ona “sənə ləzzət eləmir ? ” deyə cavab vermiş, Şahin “ mənə ləzzət eləmir” deyə cavab verdikdə, “mənə belə ləzət edir ” deyə cavab qaytarmışdır. Şahin söhbət etmək üçün kənara çəkilməsini istəmiş, bir qədər kənara çəkilmişlər. Onunla söhbət edən zaman sonuncu qəfildən sağ göz nahiyəsinə və üz nahiyəsinə yumruqla zərbə vurmuş, zərbə nəticəsində başı hərlənmiş, Şahin ikinci dəfə dodaq nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. Həmin zərbədən sonra Şahini özündən kənarlaşdırmaq üçün yaxasından tutmuş, yumruq zərbəsi vurmaq istəyən zaman Şahin əli ilə yaxasından tutub özünə tərəf çəkmiş və qarın nahiyəsinə təpiklə zərbə vurmuşdur. Zərbə nəticəsində sancıdan yerə oturmuş, Şahin geri çəkilib qaçıb aralaşmaq istəyəndə yerə yıxılmış, daha sonra Şahin hadisə yerindən uzaqlaşaraq getmişdir. Aralarındakı mübahisə 3-5 dəqiqə ərzində bitmiş, mübahisəni görən və hadisə yerinə toplaşan kənar şəxs və ya şəxslər olmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs sağ əl nahiyəsinə hər hansı formada vuraraq xəsarət yetirməmiş, sonuncu onu yumruqla vurub qaçmaq istəyərkən yer palçıq olduğundan ayağı sürüşüb yıxılaraq sağ əl nahiyəsindən xəsarət almışdır. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyib, dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2023-ci il tarixli 978 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1. Vət. Zərərçəkmiş şəxs "sağ gözyuvası ətrafı-almacıq nahiyəsində və başın ənsə nahiyəsində qançır, üst dodağın selikli qişasında əzilmiş yara, sağ qulaq seyvanında sıyrıq və sağ qulağın təbil pərdəsinə qansızma" müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əl, yumruq və təpiklə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. 2. Vət. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Biləsuvar RMX-nın xx.xx.2023-cü il tarixli 18-30/2-223/2023 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayonu Yuxarı Ağalı kəndində yaşayan Həbiyev X1 RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və nevroloji kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. CM-in 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72-74cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar