Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-19/2023 18.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, AR Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən "xxxx" MMC-də baş proqramlaşdırıcı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində olarkən istintaqla şəxsiyyəti müəyyən edilməyən Afşin adlı şəxsdən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilmiş, üzərində fars dilində sözlər yazılan bir ədəd göy rəngli qab şampununun içərisində rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə bir bükümdə bir həbin tərkibindəki narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tramadol güclü təsiredici maddəsinin miqdarı 0,1 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı 7 qram təşkil edən 70 həb tramadol hidroxlorid güclü təsir edən maddəsi və bir bükümdə bir həbin tərkibindəki tramadol güclü təsiredici maddəsinin miqdarı 0,1 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı 1 qram təşkil edən üzərində “Tramadol 100” markalanma göstəricisi olan hər birində 5 ədəd olan iki konvalyut kəsiyində 10 həb tramadol hidroxlorid güclü təsir edən maddəsini, bundan başqa, bir ədəd ağ rəngli saç şampununun içərisində rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə bir bükümdə 16 həb, digər bükümdə isə 15 bütov, 3 ədəd həb qırıntısı olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki təsiredici maddəsinin miqdarı ümumilikdə 1,278 qram təşkil edən üzərində “F/M40” yazısı həkk olunmuş cəmi 31 ədəd bütöv və 3 ədəd həb qırıntısı metadon narkotik vasitəsini, həmçinin, üzərində “Pegah” yazısı olan bir ədəd xama qutusunun içərisində eyni üsulla qablaşdırılmış formada 1 ədəd polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 2,509 qram təşkil edən tiryək narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, əl yükündə saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasınadək daşımış və 29 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonunun inzibati ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindəng gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, əl yükünə keçirilmiş yoxlama nəticəsində sözügedən maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ilk dəfə 2010-cu ildə qardaşını müalicə məqsədilə İrana aparan zaman taksi sürücüsü Afşin adlı iranlı ilə tanış olmuş, həmin vaxtdan 3 dəfə İrana gedib-gəlmiş, hər gedəndə Afşinlə əlaqə saxlamış və Afşin onlara köməklik göstərmişdir. Əvvəllər bir neçə dəfə Afşinlə narkotik barədə söhbət etdiyi olmuş, amma ondan əvvəl, İranda olduğu zaman da narkotik almamışdır. Son 2 ayda Afşinlə bir neçə dəfə narkotik barədə danışmış, onunla danışanda İranda narkotikin ucuz qiymətə satıldığını demişdir deyə onun marağını çəkmiş və ondan narkotik almaq qərarına gəlmişdir. İstifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Afşinə məxsus ***-***-**-** saylı nömrə ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixdə Afşinlə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayan zaman şəxsi istifadəsi üçün ona tiryək narkotik vasitəsi təşkil etməsini istəmiş, Afşin də, tiryək təşkil edə biləcəyini demiş, əlavə olaraq metadon və tramadol həbləri də təklif etmişdir. O da əlavə olaraq metadon və tramadol həbləri istədiyini bildirmişdir. Afşindən həmin maddələri necə ala biləcəyini danışanda demişdir ki, Naxçıvana gedən avtobuslar İran ərazisinə daxil olur və İranın Biləsuvar şəhərində dayanır. Afşin demişdir ki, İranın Biləsuvar şəhərində onunla görüşə bilər. Beləliklə, tiryək narkotik vasitəsi, metadon və tramadol həblərini əldə etmək məqsədilə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalına getmiş və oradan Bakı-Naxçıvan marşrutu ilə Naxçıvan Muxtar Respublikasına getmək üçün həmin tarixə bilet almışdır. Günorta saatlarında yola çıxmış, gedərkən İran İslam Respublikasının Biləsuvar şəhərində Afşinlə görüşmüş və ona narkotik vasitələri əldə etmək üçün 80 manat və əlavə ərzaq alması üçün 80 manat, ümumilikdə 160 manat pul vermişdir. Afşinlə danışanda tiryəki, metadonu və tramadolu ayrı-ayrılıqda müxtəlif ərzaq mallarının arasına qoyacağı barədə razılığa gəlmiş və o da bu şəkildə həmin maddələri gömrükdən keçirə biləcəyini düşünmüşdür. Bir gün Naxçıvan Muxtar Respublikasında bir gecəlik ev kirayələmiş, gününə 10 manat pul verib gecəni orada qaldıqdan sonra, xx.xx.2022-ci il tarixdə qayıtmaq üçün bilet almış və yola çıxmışdır. Daha sonra yolboyu Afşinlə telefon vasitəsilə bir neçə dəfə danışmış, qayıdarkən Afşinlə əlaqə saxlayaraq sifarişinin hazır olub-olmadığını və haradan götürəcəyini soruşduqda Afşin hazır olduğunu, xamanın içərisində narkotik vasitə tiryəki, saç şampununun içərisində metadon həblərini və qab şampununun içərisində isə, tramadol həblərini yerləşdirdiyini və İran İslam Respublikasının Biləsuvar gömrük postunun qarşında görüşərək təhvil verəcəyini bildirmişdir. Təxminən 16:00 radələrində Afşinlə razılaşdıqları yerdə görüşmüş və Afşin sözügedən içərisində narkotik vasitələr olan sellofan torbanı ona təhvil vermişdir. O da həmin sellofanı əl yükünün içərisinə yerləşdirmişdir. Bundan sonra, İranın Biləsuvar gömrüyünü keçib piyada yolla Azərbaycanın Biləsuvar gömrük postuna daxil olmuş, gömrük nəzarətindən keçərkən, gömrük işçiləri onunla şifahi sorğu-sual aparmış, əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmet, narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə, dərman və sair olubolmamasını soruşmuşlar. O, isə əl yükündə narkotik olmasını gömrük əməkdaşlarına deyə bilmədiyindən əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan olunası heç nəyin olmadığını demişdir. Bunu dedikdən sonra, əl yüklərinə baxış keçirilməli olduğunu demişlər və bir qədər keçdikdən sonra, 2 nəfər şəxs çağırıb onların hal şahidi olduğunu və baxışda iştirak edəcəklərini demişlər. Onların iştirakı ilə əl yüklərinə baxış keçirilmişdir. Baxış zamanı əl yüklərinə daxil olan bir ədəd göy rəngli sellofan torbanın içərisindəki ərzaq mallarının yanında olan - göy rəngli, üzəri fars dilində yazılı bir ədəd qab şampununun içərisindən gömrük nəzarətindən gizlədilmiş rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə iki ədəd ayrı-ayrılıqda bükümdə, bir ədəd ağ rəngli saç şampun qabının içərisindən gömrük nəzarətindən gizlədilmiş rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə iki ədəd ayrı-ayrılıqda büküm və üzərində “Pegah” yazısı olan bir ədəd xama qutusunun içərisindən eyni üsulla qablaşdırılmış vəziyyətdə bir büküm aşkar edilmişdir. Aşkar edilmiş həmin bükümlər açılaraq baxış keçirilmiş, baxış zamanı göy rəngli, üzəri fars dilində yazılı bir ədəd qab şampununun içərisindən aşkar edilmiş bükümlərin içərisində - bir bükümdə ağ rəngli, dairəvi formalı 70 ədəd tramadol həbi, digər bükümdə isə, üzərində “Tramadol 100” yazısı olan iki ədəd konvalyut kəsiyində hər birində 5 ədəd olmaqla cəmi 10 ədəd həb, bir ədəd ağ rəngli saç şampun qabının içərisindən aşkar edilmiş bükümlərin içərisində - bir bükümdə 16 ədəd, digər bükümdə 15 ədəd bütöv, 3 ədəd həb qırıntısı olmaqla cəmi 31 ədəd bütöv və 3 ədəd həb qırıntısı miqdarında üzərində “F/M40” nişanəsi olan, qəhvəyi rəngli, dairəvi formalı metadon həbləri, üzərində “Pegah” yazısı olan bir ədəd xama qutusunun içərisindən aşkar edilmiş bir ədəd bükümdə isə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 3 qrama yaxın tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra, baxışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra, tanış olmuş və imzalamışdır. O, bu əməlinin cinayət əməli olduğunu bilmiş, əvvəllər tiryək narkotik vasitəsindən həftədə 2-3 dəfə istifadə etmişdir. Metadon həblərindən də tiryək istifadə etmədiyi zamanlarda bir həbi 3-4 yerə bölüb istifadə etmiş, tramal həblərini də bir dəfəyə bir həb olaraq istifadə etmişdir. Bakı şəhərində heç vaxt heç kimdən narkotik vasitə almamışdır. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iş bölgüsünə əsasən Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirərkən həmin gün bir nəfər vətəndaşın İran ərazisindən daxil olan avtobusla gələrkən ölkə ərazisinə qanunsuz predmet gətirəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün, saat 17 radələrində İrandan tranzit keçərək gələn Naxçıvan MR-Bakı marşurutu üzrə hərəkət edən avtobus Biləsuvar gömrük postuna daxil olduqdan sonra, ciddi yoxlamaya başlanılmış, həmin avtobusda sərnişin qismində gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs piyada keçid xəttində gömrük nəzarətindən keçən zaman onunla ilkin olaraq şifahi şəkildə sorğu-sual aparılmış və əl yükündə, həmçinin üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olub-olmaması barədə sual verilmişdir. Əgər varsa təqdim etməyi təklif edilmiş, Ceyfun isə üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi heç bir əşyanın olmadığını və əl yükündə şəxsi geyim əşyalarının və ərzaq mallarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əl yüklərində narkotik vasitə gizlədə biləcəyini ehtimal edib əl yüklərini yoxlamaq zərurəti olduğundan bu barədə aidiyyəti üzrə məruzə edilmiş və hal şahidlərinin iştirakı ilə onun əl yüklərini əsaslı şəkildə yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əl yüklərinə daxil olan bir ədəd göy rəngli sellofan torbanın içərisindəki ərzaq mallarının yanında olan - göy rəngli, üzəri fars dilində yazılı bir ədəd “qab şampun”unun içərisindən gömrük nəzarətindən gizlədilmiş rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə iki ədəd ayrı-ayrılıqda büküm, bir ədəd ağ rəngli “saç şampun” qabının içərisindən gömrük nəzarətindən gizlədilmiş rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə iki ədəd ayrı-ayrılıqda büküm və üzərində “Pegah” yazısı olan bir ədəd “xama” qutusunun içərisindən eyni üsulla qablaşdırılmış vəziyyətdə bir büküm aşkar etmişdir. Aşkar edilmiş həmin bükümlərə açaraq baxış keçirdikdə göy rəngli, üzəri fars dilində yazılı bir ədəd “qab şampun”unun içərisindən aşkar edilmiş bükümlərin içərisində - bir bükümdə ağ rəngli, dairəvi formalı 70 ədəd naməlum həb, digər bükümdə isə, üzərində “Tramadol 100” yazısı olan iki ədəd konvalyut kəsiyində hər birində 5 ədəd olmaqla cəmi 10 ədəd həb, bir ədəd ağ rəngli “saç şampun” qabının içərisindən aşkar edilmiş bükümlərin içərisində - bir bükümdə 16 ədəd, digər bükümdə 15 ədəd bütöv, 3 ədəd həb qırıntısı olmaqla üzərində “F/M40” nişanəsi olan, qəhvəyi rəngli, dairəvi formalı cəmi 31 ədəd bütöv və 3 ədəd həb qırıtıntısından ibarət naməlum həblər, üzərində “Pegah” yazısı olan bir ədəd “xama” qutusunun içərisindən aşkar edilmiş bir ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi təqribən 3 (üç) qram təşkil edən tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, lakin, onun üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan başqa qanunsuz predmet aşkar olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinin əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə keçirilməsi üçün məhkəmə qərarı əsasında ünvan 3 ünvanında axtarış keçirilməli olduğundan axtarışda əməliyyat idarəsindən əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili qismində onun və həmin şöbənin digər əməliyyat müvəkkili Ülvi Tarquluyevin, həmçinin hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid3 də iştirak etməsi nəzərdə tutulmuşdur. Beləliklə, onlar xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına getmişlər, həmin tarixdə, saat 12-13 radələrində göstərilən ünvanda yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində sol tərəfdəki mənzilə daxil olmuş, əvvəlcə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ev sakini Təqsirləndirilən şəxs həyat yoldaşı Hacarxanım Nəzərovaya elan edilmiş, evdə axtarış və götürmə keçirilməsinə hər hansı bir etiraz daxil olmamışdır. Daha sonra Fərid qeyd etmişdir ki, axtarış istintaq şöbəsinin müstəntiqi Yusif Bağırov tərəfindən həyata keçirilirmiş və axtarışda onlardan əlavə, Təqsirləndirilən şəxs, vəkil Faiq Qarayev, Təqsirləndirilən şəxs həyat yoldaşı Hacarxanım Nəzərova və iki nəfər hal şahidi iştirak edirlərmiş. Evə daxil olduqdan sonra, məlum olmuşdur ki, yaşayış evi bir qonaq, bir yataq otağından, bir sanitar qovşaq, bir mətbəxdən və qonaq otağındakı bir eyvandan ibarətdir. Axtarış zamanı ilkin olaraq giriş qapısından sol tərəfdə olan qonaq otağına daxil olmuşlar, qonaq otağında bir divan, qarşısında bir masa, 3 stul və qarşısında bir televizor var imiş. Divanın üzərində içərisində enerji kabeli, yaddaş kartı taxılması üçün flash yuva, bir ədəd disk və Toshiba Satellite markalı boz rəngli noutbuk olan çanta var imiş. Həmin noutbuk çantasının içərisində bir A4 kağızında üzərində ad, soyad və telefon nömrələri olan adlı siyahı, 3 ədəd Azercell simkartlarının pinkodu olan kartlar da var imiş. Axtarışın davamında divanın altından on bir vərəqdən ibarət dəftər aşkar edilmiş, dəftərin içərisində iki vərəqədə müxtəlif qeydlər var imiş. Həmin predmetlər götürülməsi üçün masaya qoyulmuş, bundan başqa, otağın sağ tərəfdən eyvana bitişik küncündə qaz peçinin üzərindəki rəfdə olan bank kartı da götürülmüşdür. Qonaq otağından sonra, sanitar qovşağa, koridorun sonundakı mətbəxə daxil olunmuş və istintaq əhəmiyyəti kəsb edən predmet aşkar edilməmişdir. Daha sonra, koridorun sonunda, sol tərəfdə qapısı olan yataq otağına daxil olunmuş, yataq otağında yataq mebeli, iki paltar rəfi, bir uşaq beşiyi, bir kiçik rəf var imiş. Paltar rəfini açdıqda bir ədəd tünd boz rəngli kişi kostyumu olduğu məlum olmuş, pencəyin iç tərəfdən döş cibində bir ədəd ağ rəngli İphone 4S markalı telefon var imiş. Bundan başqa, digər paltar rəfindən paltarlarının arasından bir ədəd disk aşkar edilmişdir. Axtarışın davamında yataq mebelinin, uşaq beşiyinin və rəfin içərisinə baxılmış və başqa istintaq əhəmiyyəti kəsb edən predmet aşkar edilməmişdir. Həmin otağın axtarışından sonra, axtarış prosesi başa çatmış, axtarış nəticəsində Toshiba markalı noutbuk, noutbuk çantası, içərisində olan pinkod kartları, bir A4 kağızda adlı siyahı, yaddaş kartı taxılması üçün flash yuva, enerji kabeli, bir ədəd disk, 11 vərəqdən ibarət dəftər, bank kartı, 1 ədəd ağ rəngli İphone 4S markalı telefon və bir ədəd disk araşdırma üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinin hüquqpozmalarla mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X2 Şahid2 eyni məzmunda ifadə verdi. İş üzrə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 29 iyul 2022-ci il tarixdə Nurəddin ilə postun ərazisində olub. Həmin gün, saat 17 radələrində postda işləyən Bəhruz adlı gömrükçü ona və Nurəddinə yaxınlaşmış və onlara İrandan tranzit keçərək Naxçıvan-Bakı marşrutu ilə Azərbaycana daxil olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əl yüklərinə və üzərinə baxış keçirilməli olduğunu demiş, onları baxış zamanı hal şahidi qismində iştirak etmək üçün dəvət etmişdir. Onlar da, gömrükçü ilə razılaşmış və onunla Biləsuvar gömrük postunun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə getmişlər. Əvvəlcə gömrükçü onları əl yükündə baxış keçiriləcək Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin şəxsi əvvəllər tanımamış, ilk dəfə görmüş, o da bunları tanımamışdır. Onların əl yüklərinin yoxlanmasında hal şahidi kimi iştirak edəcəkləri barədə Ceyfuna məlumat vermişdir. Bundan sonra onlara hüquq və vəzifələri izah edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq, onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs isə, əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını, yüklərinin ev üçün aldığı ərzaqlardan və şəxsi geyim paltarlarından ibarət olduğunu bildirmişdir. Sonra, onların iştirakı ilə onun əl yükləri yoxlanılmış, Təqsirləndirilən şəxs əl yüklərinə daxil olan bir ədəd göy rəngli sellofan torbanın içərisindəki ərzaq mallarının yanında göy rəngli, üzəri fars dilində yazılı bir ədəd “qab şampun” olmuşdur. Həmin şampun qabının içərisindən gömrük nəzarətindən gizlədilmiş rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə iki ədəd ayrı-ayrılıqda büküm aşkar edilmişdir, həmçinin, bir ədəd ağ rəngli “saç şampun” qabının içərisindən gömrük nəzarətindən gizlədilmiş rezin prezervativdə qablaşdırılaraq sellofana bükülmüş vəziyyətdə iki ədəd ayrı-ayrılıqda büküm aşkar edilmişdir. Bundan başqa, üzərində “Pegah” yazısı olan bir ədəd “xama” qutusunun içərisindən eyni üsulla qablaşdırılmış vəziyyətdə bir büküm aşkar edilmişdir. Gömrükçü aşkar edilmiş həmin bükümlərə açaraq baxış keçirdikdə göy rəngli, üzəri fars dilində yazılı bir ədəd “qab şampun”unun içərisindən aşkar edilmiş bükümlərin içərisində, bir bükümdə ağ rəngli, dairəvi formalı həblər olduğu məlum olmuşdur. Həbləri sayanda sayının 70 ədəd olduğunu bilmişlər. Digər bükümdə isə, üzərində “Tramadol 100” yazısı olan iki ədəd konvalyut kəsiyi var idi və hər birində 5 ədəd olmaqla cəmi 10 ədəd həb də həmin konvalyut kəsiklərində olmuşdur. Bir ədəd ağ rəngli “saç şampun” qabının içərisindən aşkar edilmiş bükümlərin içərisində, bir bükümdə 16 ədəd, digər bükümdə 15 ədəd bütöv, 3 ədəd isə, həb qırıntısı olmuşdur. Həmin həblərin üzərində “F/M40” nişanəsi olmuş və həblər qəhvəyi rəngli, dairəvi formalı olmaqla cəmi 31 ədəd bütöv və 3 ədəd həb qırıtıntısı olub. Həmçinin, üzərində “Pegah” yazısı olan bir ədəd “xama” qutusunun içərisindən aşkar edilmiş bir ədəd bükümdə isə, tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Gömrükçü həmin maddənin tiryək narkotik vasitəsinə bənzər olduğunu demişdir. Çəkisini müəyyən etmək üçün tərəziyə qoyanda qablaşdırılması ilə birlikdə çəkisi təqribən 3 qram təşkil etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama da aparılmış, lakin, şəxsi yoxlama nəticəsində onun üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Yoxlama bitdikdən sonra, gömrükçü aşkar edilən predmetləri qablaşdırıb götürmüş, sonda, yoxlama ilə bağlı protokollar tərtib edilmiş, onlar da, protokolla tanış olub imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid6 da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin dindirilməsini (Şahid3) tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Şahid3 da Şahid2 eyni məzmunda ifadə verdiyi müəyyən olundu. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli 6/4108 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 2,509 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata sərf edilmişdir 0,1 qram, qalıq 2,409 qram. Tədqiqata təqdim edilmiş üzərində “Tramadol 100” markalanma göstəricisi olan 2 ədəd kəsilmiş konvalyutda, hər konvalyutda 5 ədəd, ümumilikdə 10 ədəd ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 10 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 1 qramdır (bir həbdə 0,1 qram tramadol hidroxlorid olmaqla) tədqiqata 2 ədəd həb istifadə edilmişdir, qalıq 8 həb. Tədqiqata təqdim edilmiş 70 ədəd ağ rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 70 ədəd həbdən ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 7 qramdır. (bir həbdə 0,1 qram tramadol hidroxlorid olmaqla) tədqiqata 3 ədəd həb istifadə edilmişdir, qalıq 67 həb. Tramadol hidroxloridin ümumi miqdarı 8 qramdır. Tədqiqata təqdim edilmiş 31 ədəd üzərlərində “F/M40” yazsı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və 3 ədəd qəhvəyi rəngli həb hissələri (ayrı-ayrılıqda təmiz çəkiləri 0,15qr, 0,12qr, 0,154qr) metadon tərkibi dərman preparatıdır və 31 ədəd həbdə və 3 ədəd həb hissələrdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,278 qramdır (bir həbdə 0,04 qr, 31 ədəd həbdə 1,24 qr və 3 ədəd həb hissədə 0,038 qr metadon olmaqla) tədqiqata sərf edilmişdir 2 həb və 0,09 qram, qalıq 29 həb və 0,339 qram. Təmiz halda çəkisi 2,509 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, üzərində “Tramadol 100” markalanma göstəricisi olan 2 ədəd kəsilmiş konvalyutda, hər konvalyutda 5 ədəd, ümumilikdə 10 ədəd ağ rəngli dairəvi formalı həblər, 70 ədəd ağ rəngli dairəvi formalı həblər, 31 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon həbləri iş üzrə 05 avqust 2022-ci il tarixdə maddi sübut kimi tanınmış və eyni tarixli aktla faktiki 2.409 qr tiryək, 67 və 8 tramadol həbi, 29 ədəd (0.339 qr) metadon həbi məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X3 məhkəmə psixiatrik ekspertizası keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 2132 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji tibbi yoxlamanın keçirilməsinə dair 11 avqust 2022-ci il tarixli 4434 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sinetik Opioidlərin və opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2022-ci il tarixli 4(004)-637/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-in 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-in 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 04 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hmayəsində 1 (bir) nəfər azyaşlı uşağının – (xx.xx.2011-ci il təvəllüdlü X1) olması, ailəsində yeganə qazanc gətirən olması Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də həmin cinayəti törədilmə hallarını, cinayətin predmeti olan narkotik vasitəni və onun miqdarını, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, onun hərəkətlərində CM-in 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunması imkanlarına və ailəsinin həyata şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, CM-in 93 və 94-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində saxlanılan narkotik vasitə 2,409 qr tiryək, 29 ədəd (0, 339 qr) metadon həbi, güclü təsir edən dərman maddəsi 67 və 8 ədəd tramadol həbləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində saxlanılan 01 vərəqədə adlı siyahı, 11 vərəqədə yazı dəftəri,01 ədəd «Toshiba Satellite P875-s7200» markalı notbuk, 01 ədəd «İphone 4S» markalı telefon, 03 ədəd "xxxx" MMC-yə məxsus Sim kartlar, 01 ədəd «Kapital Banka» məxsus kart, 01 ədəd yaddaş kartının taxılması üçün fləş yuva, 01 ədəd Honor markalı telefon, 01 ədəd Nokia markalı telefon, 02 ədəd CD disk hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü və onun barəsində həbs qətimkan seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 29 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində saxlanılan narkotik vasitə 2,409 qr tiryək, 29 ədəd (0, 339 qr) metadon həbi, güclü təsir edən dərman maddəsi 67 və 8 ədəd tramadol həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsində saxlanılan 01 vərəqədə adlı siyahı, 11 vərəqədə yazı dəftəri,01 ədəd «Toshiba Satellite P875-s7200» markalı notbuk, 01 ədəd «İphone 4S» markalı telefon, 03 ədəd "xxxx" MMC-yə məxsus Sim kartlar, 01 ədəd «Kapital Banka» məxsus kart, 01 ədəd yaddaş kartının taxılması üçün fləş yuva, 01 ədəd Honor markalı telefon, 01 ədəd Nokia markalı telefon, 02 ədəd CD disk hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(022)-19/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-19/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver