Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-19/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1961-ci il tarixdə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, faktiki nikah münasibətlərində olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Yardımlı şəhəri, R.İsmayılov küçəsi, 1 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 101 nömrəli evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, həmin şəxsə qızı Şahid3 əlillik dərəcəsi ilə əlaqədar aldığı və sonradan dayandırılmış təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu məqsədlə 01 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi qəsəbəsində verdiyi 1.000 manat, Zərərçəkmiş şəxs1 yaşadığı Biləsuvar şəhəri, 1 May küçəsi, dalan 2, ev 2 ünvanından “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus 4098 5844 9698 9136 nömrəli bank kartı hesabına 03 fevral 2024-cü il tarixdə, saat 16:11-də göndərdiyi 500 manat, həmin gün, saat 21:46-da göndərdiyi 500 manat və 02 mart 2024-cü il tarixdə, saat 20:12də göndərdiyi 100 manat pulunu ələ keçirərək, vədinə əməl etməyib, zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2.100 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-stifadə edərək, həmin şəxsə əlillik dərəcəsi ilə əlaqədar aldığı və sonradan dayandırılmış təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 ona məxsus 4098 5844 9698 9136 nömrəli bank kartı hesabına ünvan 3 ünvanında yerləşən “Aran” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 05 fevral 2024cü il tarixdə, saat 19:31-də göndərdiyi 1.000 manat, 06 fevral 2024-cü il tarixdə, saat 16:06-da göndərdiyi 1.000 manat, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 08 fevral 2024-cü il tarixdə, saat 15:35-də göndərdiyi 1.000 manat, Biləsuvar rayonu, Amankənd kəndində yerləşən marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə 15 fevral 2024-cü il tarixdə, saat 09:45-də göndərdiyi 1.000 manat, ünvan 3 ünvanında yerləşən “Aran” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə 17 fevral 2024-cü il tarixdə, saat 10:05-də göndərdiyi 500 manat və Biləsuvar rayonu, Amankənd kəndində yerləşən marketdə quraşdırılmış ““eManat” ödəniş terminalı vasitəsilə 19 fevral 2024-cü il tarixdə, saat 18:57-də göndərdiyi 300 manat pulunu ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş şəxsə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4.800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Yardımlı şəhəri, R.İsmayılov küçəsi, 1 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır, evlidir və uzun müddətdir ki, uroloji xəstəliklərdən əziyyət çəkir. O, 1998ci ildən 2008-ci ilədək Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor, sonradan isə müxtəlif klinikalarda həkim və Yardımlı rayon xəstəxanasında baş həkim vəzifələrində çalışmışdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Zaqatala rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli hökmü ilə isə həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 1 il 6 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin cəza 1 il sınaq müddəti tətbiq edilməklə, şərti hesab edilmişdir. O, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, həmin şəxsin babası ilə onun babası yaxın olmuşlar. O, Zərərçəkmiş şəxs1 əmisi oğlu kimi tanımış və həmin şəxslə araları yaxşı olmuşdur. Lakin sonradan o, Salyan rayonuna işləmək üçün getdiyinə görə münasibətləri kəsilmiş və onlar uzun müddət əlaqə saxlamamışlar. Həmin müddətdən sonra ilk dəfə 01 fevral 2024-cü il tarixdən 1-2 ay əvvəl Zərərçəkmiş şəxs1 ona məxsus mobil telefona zəng edərək, onunla hal-əhval tutmuşdur. Həmin telefon danışığı zamanı zərərçəkmiş şəxs ona qızının əlillik dərəcəsinə görə aldığı pensiyanın kəsilməsi barədə heç bir söz deməmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 təkrarən ona zəng edərək, qızı Şahid3 İİ dərəcəli əlil olduğu üçün pensiya aldığını, lakin sonradan həmin pensiyanın kəsildiyini və hazırda sənədlərinin Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyində yoxlanıldığını bildirmiş və əgər Agentlikdə tanışlığı olan həkimlər varsa, vasitəçilik edərək, qızının təqaüdünü bərpa etdirməsinə kömək etməsini ondan xahiş etmişdir. O, uzun müddətdir ki, prostat vəzi xərçəngindən əziyyət çəkir və həmin xəstəliyin müalicəsi çox baha olduğu üçün müalicələrinə çoxlu pul xərcləyir. Zərərçəkmiş şəxs1 ondan qızının əlilliyə görə aldığı təqaüdün bərpa etməsinə kömək etməsini ondan xahiş etdiyi vaxt onun pula ehtiyacı olmuşdur. O, həqiqətən də, Zərərçəkmiş şəxs1 tanış həkimlərin vasitəçiliyi ilə kömək edə biləcəyini fikirləşmiş və buna görə də zərərçəkmiş şəxsin təklifi ilə razılaşmışdır. O, həmin işi həll etmək üçün 2.000 manat pul lazım olduğunu Zərərçəkmiş şəxs1 bildirmiş, sonuncu isə onun dediyi məbləğlə razı olmuşdur. O, həmin şəxsə pul vəsaitini kiməsə verəcəyi barədə heç bir söz deməmişdir. Maddi imkanı olmadığına görə Zərərçəkmiş şəxs1 həmin pulu ona hissəhissə vermişdir. Belə ki, o, zərərçəkmiş şəxslə 01 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsində görüşmüş və həmin şəxs ona nağd şəkildə 1.000 manat pul vermişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 ona məxsus 4098 5844 9698 9136 nömrəli bank kartı hesabına 03 fevral 2024-cü il tarixdə hissə-hissə 500 manat olmaqla, cəmi 1.000 manat pul göndərmişdir. O, bundan sonra Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedərək, ümumi şöbədən Zərərçəkmiş şəxs1 qızına məxsus sənədlərin harada olması barədə maraqlanmışdır. Həmin vaxt ona zərərçəkmiş şəxsin qızına məxsus sənədlərin yoxlama mərhələsində olduğunu və hələ ki cavab gəlmədiyi bildirilmişdir. O, həmin vaxtdan təxminən bir ay sonra yol pulu olmadığı üçün Zərərçəkmiş şəxs1 100 manat pul borc istəmiş və zərərçəkmiş şəxs 02 mart 2024-cü il tarixdə ona məxsus bank kartına həmin məbləğdə pul vəsaitini göndərmişdir. O, Zərərçəkmiş şəxs1 yardım etməyə çalışsa da, həmin şəxsin qızına əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. Sonradan Zərərçəkmiş şəxs1 pulunu ondan tələb etsə də, o, sonuncunun ona verdiyi pul vəsaitini müalicəsinə xərclədiyinə görə zərərçəkmiş şəxsə pulunu tam şəkildə qaytara bilməmiş, yalnız 1.000 manat qaytara bilmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 onunla bağlı Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun hazırda zərərçəkmiş şəxsə 1.100 manat borcu qalmışdır. O, Zərərçəkmiş şəxs2 Yardımlı rayonunda işlədiyi vaxtdan tanımış, lakin sonuncu ilə əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 onun kiçik qardaşı İqballa münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vasitəçiliyi ilə onunla əlaqə yaratmışdır. Belə ki, 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 ona mobil telefon vasitəsilə zəng edərək, Zərərçəkmiş şəxs2 “bacı oğlu” kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 telefonda ona Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət əmlakını talama əməli ilə bağlı şikayət edildiyini, həmçinin həmin şəxsin 08 fevral 2024-cü il tarixdə izahatının alınması üçün çağırıldığını bildirərək, ondan sonuncuya kömək etməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 zəhmət haqqı kimi 2.000 manat pul istəmişdir. Həmin şəxs ona məxsus 4098 5844 9698 9136 nömrəli bank kartı hesabına 05 fevral 2024-cü il tarixdə 1.000 manat pul göndərmişdir. Səhəri gün, 06 fevral 2024-cü il tarixdə isə qalıq 1.000 manat pulu da ona məxsus kart hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onunla bağlı başlanmış iş üzrə kömək etmiş və həmin işə xitam verilmişdir. Daha sonra isə o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bakı şəhərində görüşmüşlər və həmin vaxt sonuncu ona əllliyə görə aldığı pensiyanın kəsildiyini bildirərək, təqaüdünü bərpa etməkdə kömək etməsini ondan xahiş etmişdir. O, zərərçəkmiş şəxsə pensiyasını bərpa etdirməyə kömək edəcəyi təqdirdə 2.500 manat pul verməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 isə həmin məbləğdə pul vəsaitini ona verməyə razı olmuşdur. Buna görə də zərərçəkmiş şəxs ona məxsus bank kartına 2.500 manat məbləğində pul vəsaitini hər dəfə 1.000 manat olmaqla, 08 fevral və 15 fevral 2024-cü il tarixlərdə 2.000 manat, 17 fevral 2024-cü il tarixdə isə 500 manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs2 borc kimi 300 manat pul istəmiş və sonuncu ona məxsus bank kartı hesabına 19 fevral 2024-cü il tarixdə 300 manat pul göndərmişdir. O, səhhətində olan problemlərlə əlaqədar Zərərçəkmiş şəxs2 pensiyasını bərpa etdirə bilməmiş və buna görə də zərərçəkmiş şəxsə əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. O, Zərərçəkmiş şəxs2 ona verdiyi pul vəsaitlərini müalicəsinə xərcləmişdir. Sonradan isə həmin şəxs ondan pulunu geri qaytarmasını tələb etsə də, o, Zərərçəkmiş şəxs2 həmin pul vəsaitlərini qaytara bilməmişdir. Buna görə Zərərçəkmiş şəxs2 onunla bağlı Biləsuvar rayon polis şöbəsinə şikayət ünvanlamışdır. O, hazırki cinayət işinin ibtidai istintaqı aparıldığı vaxt Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitinin 500 manat məbləğində hissəsini sonunucuya geri qaytarmışdır. Onun Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 700 manat pul verməsindən məlumatı olmamışdır. Həmçinin o bildirdi ki, əvvəllər həkim işlədiyinə görə həmkarlarının zərərçəkmiş şəxslərin pensiyalarını bərpa etməkdə ona kömək edəcəklərini fikirləşdiyi üçün Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul vəsaitləri alaraq, həmin şəxslərə pensiyalarını bərpa etdirəcəyinə dair vəd vermişdir. O, zərərçəkmiş şəxslərə Töhfə adlı həkimin ona kömək edəcəyini bildirsə də, həmin həkim əvvəllər Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyində işləmiş, lakin hazırda həmin müəssisədə çalışmır. O, Zərərçəkmiş şəxs2 ona qarşı qaldırdığı mülki iddianı qəbul edir və iddianın təmin edilməsinə razıdır. O, bankdan kredit götürərək, zərərçəkmiş şəxslərə olan borcunu ödəməyə çalışsa da, buna müvəffəq ola bilməmişdir. Sonrdan isə o, həbs olunduğuna görə zərərçəkmiş şəxslərə vurulmuş maddi ödəmək istiqamətində heç bir tədbir görə bilməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəyərək, həmin şəxslərlə barışıq əldə etməyə cəhd göstərdiyini, hazırda prostat vəzi xəstəliyindən əziyyət çəkdiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki cavabdeh Zərərçəkmiş şəxs2 və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Biləsuvar rayonu, Amankənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır və taksiçilik fəaliyyət ilə məşğul olmaqla dolanışığını təmin edir. O, Təqsirləndirilən şəxs həmyerlisi kimi tanımış və sonuncuya qarşı hörməti və inamı olmuşdur. O, 2023-cü ilin sonlarında qohumu X2 qarşı törədilmiş cinayət işinin ibtidai istintaqı ilə əlaqədar olaraq tez-tez Biləsuvar rayon polis şöbəsində olmuşdur. O, vaxtaşırı olaraq şöbədən çıxıb, yaxınlıqda yerləşən çayxanada yemək yemişdir. Həmin vaxtlar o, mütəmadi olaraq çayxanada Zərərçəkmiş şəxs1la söhbət etmişdir. 05 fevral 2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs1 ilə çayxanada oturduğu vaxt Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Rəşad adlı müstəntiq ona zəng edərək, onun haqqında şikayət edildiyini və 08 fevral 2024-cü il tarixdə izahat vermək üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gəlməli olduğunu bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 onu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırdıqlarını bildirmiş, sonuncu isə tanışı Təqsirləndirilən şəxs adlı şəxsin həmin məsələdə ona kömək edəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 öz telefonu vasitəsilə Təqsirləndirilən şəxs zəng etmiş və baş vermiş hadisə barədə sonuncuya məlumat vermişdir. O, həmin vaxt təqsirləndirilən şəxsi tanımamış, yalnız həmin şəxsin İqbal adlı qardaşını tanımışdır. Zərərçəkmiş şəxs1 həmin telefon danışığı vaxtı onu Təqsirləndirilən şəxs “bacı oğlu”, yəni yaxın tanışı kimi tanıtmışdır. Təqsirləndirilən şəxs zəng zamanı ona kömək edə biləcəyini Zərərçəkmiş şəxs1 bildirmişdir. Onlar şöbədən qayıtdığı vaxt Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə telefonla danışmış və sonuncunun əvvəlcə 500 manat, daha sonra 1.000 manat pul müqabilində ona kömək edəcəyini söyləmişdir. O, Zərərçəkmiş şəxs1 həmin məbləğdə pulu verə biləcəyini bildirmiş və buna görə də qohumu Şahid2 1.000 manat borc alaraq, həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs göndərdiyi 4098 5844 9698 9136 nömrəli bank kartı hesabına Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə 1.000 manat pul mədaxil etmişdir. O, sonradan tanışlarından öyrənmişdir ki, qohumu F.H.Həziyevə qarşı cinayət törətmiş X4 və sonuncunun qohumları onun barəsində “Facebook” sosial şəbəkəsində əvvəllər korrupsiya cinayəti ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş Xoşbəxt adlı həkimlə əlbir olaraq, dövlət əmlakını mənimsəməsi barədə böhtan xarakterli məlumatlar yaymışlar və həmin paylaşımlara görə də o, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə izahat vermək üçün çağırılmışdır. 06 fevral 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə ondan təkrarən 1.000 manat pul göndərməsini istəmişdir. O, yenə də dostu Şahid21.000 manat borc alaraq, həmin gün Təqsirləndirilən şəxs məxsus kart hesabına həmin məbləğdə pul vəsaitini göndərmişdir. O, 08 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək, Rəşad adlı müstəntiqlə görüşmüşdür. Həmin müstəntiq ondan izahat almış və daha onunla əlaqədar heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən çayxanaların birində oturub söhbət etmişlər. O, ilk dəfə Təqsirləndirilən şəxslə şəxsən tanış olmuşdur. Onlar söhbət etdikləri vaxt onun əlilliyi ilə bağlı söhbət açılmışdır. Belə ki, o, 1999-cu ildə ordudan əlilliyi ilə əlaqədar tərxis edilmişdir. 2018-ci ildə ona İİ qrup əllillik dərəcəsi təyin edilmişdir. O, əlilliyi ilə əlaqədar hər 5 ildə bir dəfə tibbi komissiyadan keçməli olduğu üçün 2023-cü ilin fevral ayında o, komissiyadan keçmiş, lakin onun əlillik dərəcəsi ləğv edilərək, ona verilən təqaüd dayandırılmışdır. Buna görə də o, 2024-cü ilin fevral ayında sənədlərini toplayaraq, əlillik dərəcəsinin bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdir. Onlar görüşdükləri vaxt, yəni 08 fevral 2024-cü il tarixdə onun sənədləri hələ də yoxlama mərhələsində olmuşdur. Onlar söhbət etdikləri vaxt Təqsirləndirilən şəxs ona tanış həkimlər vasitəsilə sənədlərini təsdiq etməkdə ona kömək edə biləcəyini bildirmişdir. Həmin vaxt təqsirləndirilən şəxs ona ödəməli olduğu dəqiq məbləğ barədə heç bir söz deməmişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs ona məxsus mobil telefon nömrəsinə zəng edərək, 2 dəfə 1.000 manat, 1 dəfə isə 500 manat pul istəmişdir. O, təqsirləndirilən şəxsə məxsus bank kartı hesabına 08 fevral və 15 fevral 2024-cü il tarixlərdə 2 dəfə hissə-hissə 1.000 manat olmaqla, cmi 2.000 manat, 17 fevral 2024-cü il tarixdə isə 500 manat pul göndərmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ona zəng edərək, sənədlərinin yaxın vaxtda təsdiq ediləcəyini bildirmiş və ondan şəxsi ehtiyacları üçün 300 manat pul borc istəmişdir. O, 19 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxsə məxsus bank kartı hesabına 300 manat göndərmişdir. Hər dəfə təqsirləndirilən şəxs ondan pul istədiyi vaxt o, Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs ondan pul istəməsi barədə məlumat vermişdir. Həmçinin o, əlilliyi ilə əlaqədar sənədlərini təsdiq etməkdə ona köməklik göstərdiyi üçün Zərərçəkmiş şəxs1 700 manat pul vermişdir. Lakin onun Zərərçəkmiş şəxs1 700 manat pul verməsi barədə Təqsirləndirilən şəxs məlumatı olmamışdır. O, həmin məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs1 sonuncu ona əllilik dərəcəsinin təyin edilməsi məsələsində zəhmət çəkdiyinə görə vermişdir. Həmi vaxtdan sonra o, Təqsirləndirilən şəxs zəng edərək, sənədləri barədə məlumat almağa çalışsa da, sonuncu hər dəfə sənədlərinin yaxın zamanda təsdiq ediləcəyini bildirməklə, vaxt qazanmışdır. O, təqsirləndirilən şəxsə verdiyi 5.000 manat pulu dostu Şahid2 aldığı üçün sonuncuya olan borcunu 2024-cü ilin mart ayında qaytarmalı olmuşdur. Buna görə də o, bankdan 5.000 manat məbləğində kredit götürərək, Şahid2 olan borcunu qaytarmışdır. O, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq, məsələnin nəticəsi barədə soruşsa da, sonuncu hər dəfə ona fərqli tarixlərə qədər gözləməsini bildirmişdir. O isə artıq dözməyərək, Zərərçəkmiş şəxs1la birlikdə xəsətxanaya getmiş və ona əlillik dərəcəsi təyin edilməsindən imtina edildiyini öyrənmişdir. O, həmin vaxt dərhal Təqsirləndirilən şəxs zəng edərək, sənədlərinin harada olduğunu soruşmuş, sonuncu isə ona sənədlərinin təsdiq edilmək üzrə olduğunu bildirmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs onu aldatdığını və ona uzun müddət yalan deyərək, vaxt qazanamağa çalışdığını anlamışdır. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 dərhal pulunu qaytarmalarını, əks halda onlar barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bidlirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 onun barəsində Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ondan 6.000 manat məbləğində borcunu qaytarmasını tələb etmişdir. Halbuki onun həmin şəxsə hər hansı məbləğdə borcu olmamış, sadəcə olaraq Zərərçəkmiş şəxs1 polisə şikayət etməklə, onu qabaqlamağa çalışmışdır. O, 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Həmçinin o bildirdi ki, o, Təqsirləndirilən şəxs tanımamış, həmin şəxsə pul vəsaitlərini isə Zərərçəkmiş şəxs1 inamı və hörməti olduğu üçün göndərmişdir. O, 2018-ci ildə ona əlllik dərəcəsi təyin edildiyi vaxt heç bir qanunsuzluğa yol verməmiş, tam şəffaf surətdə sənədləri təsdiq edilmişdir. Lakin 2023-cü ildə yoxlamalar 2018-ci ilə nisbətdə daha ciddi aparıldığı üçün ona əlillik dərəcəsinin təyin etməkdən imtina ediləcəyindən ehtiyat etdiyinə görə o, Təqsirləndirilən şəxs sənədlərini təsdiq etməkdə ona köməklik göstərəcəyi barədə təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxladığı vaxt Töhfə adlı həkimin adını çəkmiş, lakin o, həmin həkimin harada işlədiyini və ya hansı işlə məşğul olduğunu bilməmişdir. Hazırki cinayət işinin ibtidai istintaqı vaxtı təqsirləndirilən şəxs ona vurduğu maddi zərərin cəmi 500 manat məbləğində hissəsini geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxsin ona 4.300 manat məbləğində borcu olsa da, Təqsirləndirilən şəxs 300 manat məbləğində pul vəsaitini ondan şəxsi ehtiyacları üçün aldığı üçün o, hazırda həmin pul vəsatinin iddiasını irəli sürmür və həmin vəsaitin də ona ödənilməməsi ilə barışsa da, qalan 4.000 manat məbləğində pul vəsaitinin ona ödənilməsini tələb edir. Buna görə də o, cinayət işinin icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmışdır. Sonda, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri tam ödəmədiyini və onunla barışığa nail olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, uzun müddət Biləsuvar rayon polis şöbəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs uzun müddət tanımış və sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin babası ilə onun babası yaxın olmuşlar. O, Təqsirləndirilən şəxs ilə Salyan, Yardımlı və Biləsuvar rayonlarında görüşsə də, onlar ayrı-ayrı rayonlarda yaşadıqları üçün tez-tez əlaqə saxlaya bilməmişlər. Onun qızı Şahid3 anadan gəlmə epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün davamlı olaraq müalicə alır. Buna görə də Şahid3 1998-ci ildə İİ qrup əlillik dərəcəsi təyin edilmiş və sonuncuya dövlət tərəfindən əlilliyinə görə pensiya verilmişdir. Lakin Şahid3 2022-ci ildə tibbi komissiyadan keçirilmiş və müayinənin nəticələrinə görə sonuncuya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Buna görə də onun qızın əlillik dərəcəsi ləğv edilmiş və sonuncuya verilən təqaüd dayandırılmışdır. O, qızına təkrarən əlillik dərəcəsinin təyin olunması üçün lazım olan tibbi sənədləri hazırlayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yoxlanılması üçün təqdim etmişdir. Həmin sənədlər yoxlanıldıqdan sonra təkrarən Şahid3 əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. O, başqa edə biləcəyi nəsə olmadığı üçün 2024-cü ilin yanvar ayının əvvəllərində əvvəllər həkim kimi çalışmış Təqsirləndirilən şəxs zəng edərək, qızının əlliliyə görə aldığı pensiyanın kəsildiyini bildirmiş və həmin şəxsdən tanışı olan həkimlərin vasitəçiliyi ilə Şahid3 pensiyasını bərpa etdirməkdə ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona bir neçə həkim ilə əlaqə saxlayacağını və həmin vaxta qədər ondan cavab gözləməsini demişdir. 01 fevral 2024-cü il tarixdə həmin şəxs ona zəng edərək, tanış həkimin 4.000 manat pul qarşılığında ona kömək edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs 4.000 manat pul verməyə imkanı olmadığını, maddi vəziyyəti ilə əlaqədar cəmi 1.000-2.000 manat pul verə biləcəyini bildirmişdir. Onlar 01 fevral 2024-cü il tarixdə Bakı şəhərində görüşmüşlər vəo, həmin gün Təqsirləndirilən şəxs nağd şəkildə 1.000 manat vermişdir. Daha sonra isə o, təqsirləndirilən şəxsə məxsus kart hesabına 03 fevral 2024-cü il tarixdə 2 dəfə hissə-hissə 500 manat olmaqla, cəmi 1.000 manat pul göndərmişdir. Ümumilikdə isə o, Təqsirləndirilən şəxs qızının pensiyasını düzəltmək məqsədi ilə 2.000 manat pul vermişdir. 02 mart 2024-cü il tarixdə isə həmin şəxs onunla əlaqə saxlayaraq, Şahid3 sənədləri ilə bağlı Bakı şəhərinə getmək üçün yol pulu qismində əlavə 100 manat da ondan borc pul istəmişdir. O, həmin gün Təqsirləndirilən şəxs bank kartı hesabına 100 manat pul göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs onunla əlaqə saxladığı vaxt tez-tez Töhfə adlı həkimlə danışdığını bildirsə də, o, həmin həkimi tanımamışdır. O, Zərərçəkmiş şəxs2 Biləsuvar rayon sakini kimi tanımış, sonuncu tez-tez onun evinə gəlib-getmişdir. 2024-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs2 onunla qohumu F.S.Həziyevin Biləsuvar rayon polis şöbəsində aparılan işi ilə bağlı mütəmadi olaraq əlaqə saxlayaraq, uzun müddət Biləsuvar rayon polis şöbəsində işlədiyi üçün ona kömək etməsini xahiş etmişdir. 05 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona zəng edərək, onunla görüşmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 söhbət etmək üçün yaşadığı evə gəlməsini xahiş etmişdir. Bundan sonra həmin şəxs onun evinə gəlmiş və onunla söhbət etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Rəşad adlı müstəntiqin zəng edərək, barəsində Xoşbəxt adlı həkimlə birlikdə dövlət əmlakını mənimsədiyinə görə şikayət edildiyini və 08 fevral 2024-cü il tarixdə izahat vermək üçün həmin müəssisəyə gətməli olduğunu ona bildirmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanımasa da, sonuncunun ona qızının pensiyasını bərpa etməkdə kömək etdiyini bilmişdir. Buna görə də Zərərçəkmiş şəxs2 ondan həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxslə danışmasını xahiş etmişdir. O, zərərçəkmiş şəxsin xahişini yerə salmamış və özünəməxsus mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng etmişdir. O, baş vermiş hadisə barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. O, həmin telefon danışığı vaxtı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs “bacı oğlu”, yəni yaxın tanışı kimi tanıtmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2la danışmaq istəmiş və buna görə də o, telefonu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edildiyini bildirmişdir. Həmin şəxslər bir neçə dəqiqə telefonda söhbət etmişlər, bir-birilərinə əlaqə saxlamaları üçün nömrələrini vermişlər və həmin vaxt o da Zərərçəkmiş şəxs2 yanında olmuşdur. Telefon zəngi bitdikdən sonra o, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs kömək edibetməyəcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə ona 2.000 manat pul müqabilində Təqsirləndirilən şəxs kömək edəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona 2.000 manat pul tapmalı olduğunu bildirərək, getmişdir. Həmçinin onlar 08 fevral 2024-cü il tarixdə, səhər erkəndən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə birlikdə getməyə razılaşmışlar. Zərərçəkmiş şəxs2 05 fevral və 06 fevral 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs cəmi 2.000 manat pul göndərmişdir. 08 fevral 2024-cü il tarixdə isə o, Zərərçəkmiş şəxs2la birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə getmək üçün yola çıxmışlar. O, yolda olduğu vaxt Təqsirləndirilən şəxslə əlaqə saxlamış və onlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında görüşməyə razılaşmışlar. Onlar Bakı şəhərinə çatdıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında yerləşən kafelərdən birində əyləşib çay içmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona zəng edərək, yaxınlıqda olduğunu bildirərək, kafedən çölə çıxmalarını xahiş etmişdir. Onlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs sonuncunun qardaşı İqbalı tanıdığını da bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsən qardaşını hardan tanıdığını soruşmuş, sonuncu isə İqbalı çoxdan tanıdığını, əvvəllər tez-tez telefon vasitəsilə əlaqə saxladıqlarını, lakin sonununcun son vaxtlar onun zənglərinə cavab vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 müstəntiqlə əlaqə saxladığını bildirmiş və izahat verdikdən sonra oturduqları çayxanaya gəlməsini həmin şəxsə tapşırmışdır. Zərərçəkmiş şəxs2 isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasına daxil olmazdan əvvəl avtomobilin açarlarını ona əmanət edərək, çıxmasa, nəqliyyat vasitəsini Biləsuvar rayonuna aparmasını ondan xahiş etmişdir. Həmin vaxtdan bir qədər sonra Zərərçəkmiş şəxs2 binadan çıxaraq, onların yanına gəlmişdir. Həmin şəxs onlarla çay içməyə başlamış və müstəntiqin ona “səni tapşırıblar” məzmununda sözlər dediyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 müstəntiqin ona əlliyik sənədlərinin saxta olduğunu və izahatını aldıqdan sonra həmin sənədlərin müvafiq tədbirlər görülməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcəyini söylədiyini bildirmişdir. Bundan sonra onlar yemək yeməyə getmişlər və yemək yedikləri vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlliliyi ilə əlaqədar sənədlərinin yoxlama mərhələsində olduğunu demiş və sonuncudan pensiyasını bərpa etdirməkdə ona kömək etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs öz aralrında qiymət danışmışlar, o isə həmin şəxslərin söhbətlərinə müdaxilə etməmişdir.Sonrakı günlərəd isə Zərərçəkmiş şəxs2 ona zəng edərək, Təqsirləndirilən şəxs ondan hər dəfə fərqli məbləğlərdə pul istədiyini bildirmişdir. O, hər dəfə zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs pul verib-verməməsinin öz şəxsi işi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə əlilliyə görə aldığı pensiyanın bərpa etmək üçün ümumilikdə 2.800 manat pul vermişdir. Həmçinin o bildirdi ki, Zərərçəkmiş şəxs2 ona heç vaxt 700 manat pul verməyib. Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs şikayət edəcəyini bildirmiş, o, sonuncuya bir az daha gözləməsini, sonra isə birlikdə şikayət edəcəklərini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs2 ondan əvvəl Təqsirləndirilən şəxs barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. O isə Zərərçəkmiş şəxs2 sonra Təqsirləndirilən şəxs barəsində şöbəyə şikayət ünvanlamışdır. Təqsirləndirilən şəxs ondan aldığı pulun cəmi 1.100 manat məbləğində hissəsini ona geri qaytarmışdır, təqsirləndirilən şəxsin ona hazırda ödənilməmiş 1.000 manat məbləğində borcu vardır. Sonda, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin ona vurduğu maddi zərəri ödəmədiyini və onunla barışığa nail olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını və mülki iddiasının tam təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır və sonuncu ilə münasibətləri yaxşı olmuşdur. O, həmin şəxsin kirvəsidir. 2024-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ona məxsus mobil telefona zəng edərək, ondan 1.000 manat borc pul istəmiş, o da həmin gün sonuncuya 1.000 manat pul vermişdir. Sonrakı gün təkrarən Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq, əlillik pensiyasını bərpa etdirmək üçün vasitəçilik edən şəxsə 1.000 manat pul verməli olduğunu bildirmiş və ondan həəmin məbləğdə pul borc verməsini xahiş etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs2 həmin şəxsin dələduz olduğunu bildirsə də, sonuncuya 1.000 manat pul vermişdir. Sonradan isə Zərərçəkmiş şəxs2 ondan təkrarən müxtəlif məbləğlərəd pul vəsaitləri istəmişdir. O, Zərərçəkmiş şəxs2 ümumilikdə 5.000 manat pul vermişdir. Həmin şəxs ona olan borcunu mart ayının ortalarına qədər qaytaracağını vəd etsə də, borcunu ona vaxtında qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ona olan borcunu 29 mart 2024-cü il tarixdə qayatara bilmişdir. O, Zərərçəkmiş şəxs2 ondan borc aldığı pulları Təqsirləndirilən şəxs adlı şəxsə verəcəyini ona deməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. 2024-cü ilin mart ayının son günlərində Zərərçəkmiş şəxs2 ona zəng edərək, kirvəsi Şahid2 5.000 manat borcunun olduğunu bildirərək, sonuncuya olan borcunu qaytarmaq üçün ondan həmin məbləğdə borc istəmişdir. O, həmin şəxsə hazırda həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ondan bankdan kredit götürməsini xahiş etmiş, o, qardaşının xahişini yerə salmayaraq 28 mart 2024-cü il tarixdə “Bank Respublika” açıq səhmdar cəmiyyətinin Cəlilabad rayon filialından 5.000 manat məbləğində kredit götürmüş və həmin vəsaiti Zərərçəkmiş şəxs2 vermişdir. Daha sonra baş vermiş proseslərdən onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2 ona yalnız Şahid2 aldığı pulu pensiyasını bərpa etdirmək üçün Təqsirləndirilən şəxs verdiyini demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 28A nömrəli evin 1 nömrəli mənzilində yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun atasıdır. O, anadan gəlmə epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. Buna gödə də ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və uzun müddət əlilliyinə görə pensiya almışdır. Lakin 2022-ci ildə ona təyin edilmiş əlillik dərəcəsi ləğv edilərək, əlilliyə görə aldığı pensiyası dayandırılmışdır. Atası Zərərçəkmiş şəxs1 əlillik dərəcəsinin yenidən təyin olunması və təqaüdünün bərpa olunması üçün lazım olan tibbi sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsə də, sənədlər natamam olduğu üçün ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Buna görə də 2024-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 dostu Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və onun əlillik dərəcəsinin təyin olunması ilə bağlı danışıqlar aparmışdır. Onun həmin şəxslər arasında olan danışıqların detalları barəsində məlumatı olmasa da, o, atasının təqsirləndirilən şəxsə onun əlilliyini bərpa etdirməsi üçün 2.100 manat pul verdiyini bilmişdir. Həmin pul vəsaiti atasına məxsus olmuş və sonuncu öz şəxsi vəsaitini onun pensiyasını bərpa etdirməsi üçün təqsirləndirilən şəxsə təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şəxsən tanımamışdır. O, həmin vaxtdan 3- 4 ay sonra valideynlərinin evinə gəldiyi zaman atasından pensiyasının bərpa edilibedilmədiyini soruşmuş və sonuncu ona hələ də yenilik olmadığını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng edərəg danışmışdır. O da həmin vaxt Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə danışmış və sonuncu ona narahat olmamasını, yaxında pensiyasının bərpa ediləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış və gözləməyə başlamışdır. Həmçinin o, pensiyasının bərpası üçün heç bir müayinəyə çağırılmamışdır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 verdiyi vədə əməl etməyərək, onların pensiyasını bərpa etdirməmişdir. Sonradan atası təqsirləndirilən şəxsdən pulunu geri qaytarmasını tələb etsə də, sonuncu pulu geri qaytarmamışdır. Buna görə də atası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edərək, 2.100 manat məbləğində pulunu ələ keçirməsi barədə Biləsuvar polis şöbəsinə şikayət ünvanlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 05 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 05 fevral 2024-cü il tarixdə, saat 19:31:40-da ünvan 3 ünvanında yerləşən “Aran” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 9698 9136 olan bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan 06 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 06 fevral 2024-cü il tarixdə, saat 16:06:16-da ünvan 3 ünvanında yerləşən “Aran” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 9698 9136 olan bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cinayət iş materiallarında olan 08 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 08 fevral 2024-cü il tarixdə, saat 15:35:27-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 9698 9136 olan bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cinayət işində olan 15 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 15 fevral 2024-cü il tarixdə, saat 09:45:10-da Biləsuvar rayonu, Amankənd kəndində yerləşən “Rasim market”də quraşdırılmış “Modenis” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 9698 9136 olan bank kartı hesabına 1.000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan 17 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 17 fevral 2024-cü il tarixdə, saat 10:05:03-də ünvan 3 ünvanında yerləşən “Aran” marketdə quraşdırılmış “Pasha Pay” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 9698 9136 olan bank kartı hesabına 500 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 19 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, 19 fevral 2024-cü il tarixdə, saat 18:57:43-də Biləsuvar rayonu, Amankənd kəndində yerləşən “Rasim market”də quraşdırılmış “Modenis” məhdud məsuliyyətli cəmiyyətinə məxsus ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan son səkkiz rəqəmi 9698 9136 olan bank kartı hesabına 300 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İşdə olan 28 mart 2024-cü il tarixli kreditin verilməsinə dair razılaşmanın, həmn razılaşmaya əlavə olan Ödəniş cədvəlinin və 28 mart 2024-cü il tarixli, 33FİZAM198854903 nömrəli zaminlik müqaviləsinin surətlərindən görünür ki, “Bank Respublika” açıq səhmdar cəmiyyəti həmin razılaşmaya əsasən Şahid1 24 ay müddətinə, illik 23% dərəcəsi ilə, 5.000 manat məbləğində kredit vermiş, X6 28 mart 2024-cü il tarixli kreditin verilməsinə dair razılaşma üzrə Şahid1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cinayət işində olan “Birbank” mobil tətbiqində aparılmış əməliyyatlara dair ********** nömrəli qəbzin surətindən görünür ki, 03 fevral 2024-cü il tarixdə, saat 16:11-də 416973******5781 nömrəli hesabdan 409858******9136 nömrəli kart hesabına 500 manat məbləğində pul göndərilmişdir. İş materiallarında olan “Birbank” mobil tətbiqində aparılmış əməliyyatlara dair ********** nömrəli qəbzin surətindən görünür ki, 03 fevral 2024-cü il tarixdə, saat 21:46-da 416973******5781 nömrəli hesabdan 409858******9136 nömrəli kart hesabına 500 manat məbləğində pul göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Birbank” mobil tətbiqində aparılmış əməliyyatlara dair ********* nömrəli qəbzin surətindən görünür ki, 02 mart 2024-cü il tarixdə, saat 20:12-də 416973******5781 nömrəli hesabdan 409858******9136 nömrəli kart hesabına 100 manat məbləğində pul göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının 14 noyabr 2016-cı il tarixli arayışından görünür ki, Şahid3 “Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” meyarı ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş 1 ədəd “CD” diskində olan səs yazılarından görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs ilə iş üzrə Zərərçəkmiş şəxs1 arasında “Zərərçəkmiş şəxs1 - “Salam Mirəddin əmi necesən”, Təqsirləndirilən şəxs - “Salam Mirsəlim, saol yaxşıyam. Əkrəmlə danışdım və ona sənədlərin bazaya verdim qutardı. Sabah saat 11-ə qədər cavabı deyiləcək. Günayı da bilirsən də 27-nə qədər düzələcək", Təqsirləndirilən şəxs- “Salam bla hər vaxtın xeyr sabah kodu deyəcəklər mənə", Zərərçəkmiş şəxs1 - “salam Mirəddin əmi”, Təqsirləndirilən şəxs - “salam Mirsəlim, təxminən 45 dəqiqə əvvəl VlTEQ-dən çıxmışam, sizə görə aidiyyatı üzrə sorğuları vermişəm, cavabında almışam, bazaya işlənilib, belə ki, qızın Günayı 2-ci qrup əlil olaraq müddətli kimi qeydiyyatdan keçirmişəm. Zərərçəkmiş şəxs2 da qratikə saldırmışam, ayın 5-nə kimi Günay barədə SMS-lə kod gələcək, ondan 5 gün sonra isə Əkrəmə kod gələcək.”, Zərərçəkmiş şəxs1 - “salam əmi necəsən, Əkrəm mənə zəng vurmuşdu deyir hüzürü düşüb, mən də ona dedim ki, Təqsirləndirilən şəxs ilə danışmışam sən xəstəxanaya getməlisən, Əkrəm də mənə “lazım deyil gəlib səbəbini deyəcəm sənə” sözlərini dedi”, Təqsirləndirilən şəxs - “Mən Əkrəmlə danışdım, onun işi saxladıq. Əkrəmin sənədləri Biləsuvar xəstəxanasından sistemə vurulub, biz sadəcə olaraq burdan xahiş etmişik ki, 2-ci qrup ömürlük əlillik alınacaq, onu da söz verən uşaq deyil, 40 illik həkimdi. X10 rayonundan sənin sənədlərini diaqnoz qoyulmaqla sistemə yerləşdirilməlidir. Əkrəmə gələn imtina bizə qədər olmuş sənədləşmədi. Əkrəm məndən sənədlərinin kimdə olmasını soruşur, mən də ona “o sualı mənə vermə, mənə sənəd verməmisən ki, sənin sənədlərin Biləsuvardadı, sənədlərin uyğun işlənilib göndərilib, buna görə də sən Biləsuvar rayon mərkəzi xəstəxanasında kompyuterdə oturan qızın yanına get, girə bilmirsən mən Məmmədtağıya zəng vurum deyim ki, sənin verdiyin sənədlərində problem yaranıb” sözlərini dedim. Bu ayın 19-na kimi sənədlər işlənilməlidi, çünki axırıncı iş günüdü”, Zərərçəkmiş şəxs1 - “Zərərçəkmiş şəxs2 deyir ki, Mirəddin işini düzəltməsi lazım deyil, pulunu geri qaytarsın, mən də ona dedim ki, özün Mirəddinlə danış izah et”, Təqsirləndirilən şəxs- "Bu yaşa gəlmişəm, orda heç bir hörmətsizlik etməmişəm, 1 manat əvvəl vermisən, 1 manat da sonra vermisən. Mənə lazım deyil deyən bir orda böyük problemi yoluna qoymuşuq, böyük məbləğdə danışmamışıq. Problem deyil istəmirsə 1-ci gün deyərək kimə nə verilib qaytarılar, lakin onun sənədlərinə etiraz qoyulsa, bundan sonra 10000 manat da xərcləsə işi düzəlməz, həmçinin ömürlük təqaüdü heç kim o qiymətə düzəltməz, lakin mən xahiş etdiyimə görə Əkrəmin işi 1-ci gün düzələcək”, Təqsirləndirilən şəxs - “Əkrəm bacı oğlu sən narahat olma mənim zəngimi gözlə, məsələni həll edib sənə zəng edəcəm, bu qəbzləri mənə niyə göndərirsən, bilirəm də sən nə vermisən", Təqsirləndirilən şəxs- “Əkrəm bacı oğlu mən səni aldatmıram ki, sən mənə hörmətsizlik edirsən, mən bilirəm, sən əmanəti kimdənsə borc almısan və faizə düşmüsən onların hamısın mən qarşılayacam”, Təqsirləndirilən şəxs - “Əkrəm bacı oğlu sənin pulun veriləcək narahat olma, Əbülfət demişəm geri qayataracaq. o da kiməsə nəsə veribdir, alınmayan halda mən səndən incimirəm və küsmürəm allah yolunu açıq eləsin" məzmununda danışıqların olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadələri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs2 4.800 manat deyil, 4.500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda dələduzluq yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərin məbləği 4.500 manatadək azaldılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittiham digər hissələrdə öz təsdiqini tapsa da, cinayət işinin məhkəmədə araşdırılması zamanı təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs2 sonuncu barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilmiş şikayətin həll edilməsi məqsədi ilə hissə-hissə olmaqla 2.000 manat, həmin şəxsə əlillik dərəcəsi təyin edilməsi və əlilliyə görə aldığı pensiyanın bərpa edilməsi məqsədi ilə isə hissə-hissə olmaqla 2.500 manat, sonradan, yəni 19 fevral 2024-cü il tarixdə isə şəxsi ehtiyacları üçün borc qismində 300 manat aldığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, təqsirləndirilən şəxsə onun barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilmiş şikayətin həll edilməsi məqsədi ilə hissə-hissə olmaqla 2.000 manat, əlilliyə görə aldığı pensiyanın bərpa edilməsi məqsədi ilə isə hissə-hissə olmaqla 2.800 manat deyil, 2.500 manat pul verdiyini təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 19 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs xahişi ilə sonuncuya şəxsi ehtiyacları üçün 300 manat borc pul verdiyini bildirmişdir. Halbuki Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid olan, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən isə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamda sonununcunun 19 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 aldığı 300 manat məbləğində pulun borc qismində alındığı nəzərə alınmayaraq, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin miqdarı 4.500 manat deyil, 4.800 manat kimi göstərilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə əvvəllər dələduzluq əməli ilə əlaqədar cinayətlər törətdiyinə görə 2 dəfə məhkum edildiyini və həmin məhkumluqların ödənilməsini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, uroloji xəstəliklərdən əziyyət çəkməsini, zərərçəkmiş şəxslər vurulmuş zərərin bir hissəsini ödəməsini və həmin şəxslərlə barışığa cəhd etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində 14 sentyabr 2024-cü il tarixdə, saat 13:50-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə, saat 12:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə sonuncu barəsində Biləsuvar rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən 05 mart 2025-ci il tarixdə, Yardımlı rayonunda tutularaq, Biləsuvar rayon polis şöbəsinə gətirilərək, şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalı və Təqsirləndirilən şəxs Musayevə təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə iş materiallarından görünür ki, 14 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 X1 qarşı cinayət nəticəsində vurulmuş ziyana görə 4.300 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismindən 63 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3cü maddəsinin tələbinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2.1-ci maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanılması haqqında qərarlardan biri əks etdirilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən zərərkçəkmiş Zərərçəkmiş şəxs2 özünün məhkəmə iclasında verdiyi ifadə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs aldatma və etibardən sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 cəmi 4.500 məbləğində pul vəsaitini ələ keçirmiş, daha 300 manat məbləğində pul vəsaitini isə həmin şəxsdən şəxsi ehtiyacları üçün borc qismində almış, cinayət nəticəsində vurulmuş maddi zərərin 500 manat məbləğində hissəsini hal-hazıradək artıq geri qaytarmışdır. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin edilməli və cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində cəmi 4.000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 58 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində vurulmuş ziyana görə 4.300 (dörd min üç yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 63 (altmış üç) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 4.000 (dörd min üç yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 58 (əlli səkkiz) manat, cəmi 4.058 (dörd min əlli səkkiz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Zərərçəkmiş şəxs2 mülki iddiası qalan hissədə rədd edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-19/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-19/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver