Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-190/2023 19.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq sözlər deməsini əsas gətirərək, yumruq zərbələri ilə bir neçə dəfə sifət və baş nahiyələrindən vuraraq, Zərərçəkmiş şəxs başın sağ təpə nahiyəsində əzilmiş yara, alının sol yarısında və başın sol təpə nahiyəsində qançır ilə nəticələnən xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Biləsuvar şəhəri, Vaqif küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində yaşayır və heç bir yerdə rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxs onun arvadıdır və onlar 2017-ci ildə evlənmişlər. Onların birgə nikahından 3 az yaşlı övladları doğulmuşdur. Münasibətlərinin ilk zamanlarında onlar arasındakı münasibətlər mehriban olsa da, zamanla həmin vəziyyət dəyişmiş və onunla Zərərçəkmiş şəxs arasında tez-tez mübahisələr baş verməyə başlamışdır. Onunla zərərçəkmiş arasında baş verən ailədaxili münaqişlərə görə Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayında yaşadıqları evi tərk etmiş və Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən valideynlərinin evində yaşamağa başlamışdır. 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində o, yaşadığı evdə olduğu zaman Zərərçəkmiş şəxs və onun anası Şahid1 onun yaşadığı evin həyətinə daxil olmuşlar. Bundan sonra Zərərçəkmiş şəxs ona yüksək səslə irad bildirməklə, güya onun zərərçəkmiş şəxsin anası Şahid1 üzərinə avtomaşın sürdüyünü söyləmiş və onunla mübahisə etməyə başlamışdır. Həmin mübahisə vaxtı o, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışaraq, belə bir hadisənin baş vermədiyini sonuncuya izah etməyə çalışsa da, arvadı ona inanmamışdır. Onlar arasında baş verən mübahisə vaxtı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadlər işlətməyə başlamış, o da qəzəblənərək, sonuncunu tutub sakitləşdirməyə çalışmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun sifət nahiyəsindən dişlədiyinə görə o, sonuncunu yumruq zərbəsi ilə vurmuşdur. Lakin o, Zərərçəkmiş şəxs bel sapı ilə vurmamışdır. Onlar arasında baş vermiş mübahisə təxminən 15 dəqiqə davam etmiş və onun əmisi Şahid3, habelə Şahid1 başqa heç kim hadisəni görməmişdir. Sonda, Təqsirləndirilən şəxs hadisənin Zərərçəkmiş şəxs təqsirli hərəkətləri nəticəsində baş verdiyini və məhz Zərərçəkmiş şəxs ona xəsarət yetirdiyinə görə həmin şəxsi vurduğunu bildirərək, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir və onların birgə nikahından 3 uşaqları var. Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları müddətdə sonuncu mütəmadi olaraq onu incitmiş və evdə səbəbsiz yerə dava-dalaş salmışdır. O, Təqsirləndirilən şəxs hərəkətlərinə dözməyərək, 2023-cü ilin iyul ayında yaşadıqları evi tərk etmiş və Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən valideynlərinin evində yaşamağa başlamışdır. O, valideynlərinin yanında yaşadığı müddətdə də Təqsirləndirilən şəxs onu rahat buraxmamış və daima onu təhqir etmişdir. 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində o, evdə olduğu zaman, anası Şahid1 öz bacısı ilə telefon danışığı zamanı Təqsirləndirilən şəxs küçədə idarə etdiyi avtomaşını onun anasının üzərinə sürdüyünü eşitmişdir. O, həmin vaxt əsəblərinə hakim olmamış və dərhal valideynlərinin evindən çıxaraq, sürətli addımlarla Təqsirləndirilən şəxs evinə getmişdir. Onun anası Şahid1 da onun arxasınca gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evdə olmuş və o, həyətə daxil olaraq, sonuncuya anasının üzərinə avtomobil sürərək onu qorxutmağının səbəbini soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun üzərinə gəlmiş və onu döyməyə başlamışdır. Təqsirləndirilən şəxs ona bir neçə dəfə yumruqla baş və sifət nahiyələrindən zərbələr endirmiş və daha bir dəfə isə həyətdə olan belin sapı ilə onun başına vurmuşdur. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs əmisi Şahid3 onları ayırmış və o, anası ilə birlikdə hadisə yerini tərk etmişdir. O, evlərinə çatdıqdan sonra onun atası Şahid2 hadisə barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermişdir. Sonda, Zərərçəkmiş şəxs əri ilə barışmadığını və sonuncunun ona dəymiş zərəri ödəmədiyini, bununla belə məhkəmədən Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs anasıdır və qızı 2023-cü ilin iyul ayından hazırki tarixə qədər onlarla birlikdə Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayır. Belə ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2017-ci ildə nikah münasibətlərinə daxil olmuş və onların 3 övladı doğulmuşdur. Ər-arvad qismində yaşadıqları müddətdə Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs mütəmadi olaraq döyüb, təhqir etmişdir. Buna görə də Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs hərəkətlərinə dözməyərək, həmin şəxslə birlikdə yaşadıqları evi tərk etmiş və valideynlərinin evinə qayıtmışdır. 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində o, küçədə pyada hərəkətdə olduğu vaxt minik avtomobili idarə edən Təqsirləndirilən şəxs onun üzərinə avtomobili sürərək, onun üçün təhlükə yaratmışdır. O, bundan çox həyacanlanmış və yaşadığı evə qayıtdıqdan sonra bacısı ilə telefon danışığı zamanı hadisə barədə xəbər vermişdir. Qızı Zərərçəkmiş şəxs təsadüfən bu söhbəti eşitdiyinə görə baş verənlərdən qəzəblənərək, dərhal küçəyə çıxmış və Təqsirləndirilən şəxs evinə getmişdir. O da həmin vaxt Zərərçəkmiş şəxs arxasınca getsə də, qızı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs evinə ondan tez çatmışdır. O, Təqsirləndirilən şəxs evinə çatdıqda isə qızını qan içində görmüş və sonuncu ilə Təqsirləndirilən şəxs ayırmağa cəhd göstərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yerdən götürdüyü bel sapı ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vurmuşdur. O, hadisə barədə ərinə xəbər vermək üçün mobil telefonla zəng etmək istəyərkən, Təqsirləndirilən şəxs mobil telefonu vurub onun əlindən salmış, nəticədə həmin telefon cihazı istifadə üçün faktiki yararsız hala düşmüşdür. Bundan sonra isə o, qızı Zərərçəkmiş şəxs ilə birlikdə öz evlərinə qayıtmışlar və hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat vermişlər. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşının oğludur və o, qardaşı ilə birlikdə eyni həyətdə yaşayır. 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində o, öz evində olduğu zaman həyətdən səs-küy gəldiyini eşitmiş və dərhal həyətə düşmüşdür. O, həmin vaxt həyətdə Təqsirləndirilən şəxs yerdə oturmasını, orada Zərərçəkmiş şəxs və onun anası Şahid1 da olmasını görmüşdür. O, həyətdə olduğu zaman Zərərçəkmiş şəxs baş nahiyəsindən qan gəldiyini aşkar etmişdir. Buna görə də o, mübahisə edən tərəflərə iradlarını bildirmiş və daha sonra Zərərçəkmiş şəxs və onun anası həmin həyəti tərk etmişlər. O, Zərərçəkmiş şəxs kimin və nə ilə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2017-ci ildə evlənmişlər. Təqsirləndirilən şəxs birlikdə yaşadıqları müddətdə onun qızını yola verməmiş, sonuncunu döyüb, təhqir etmişdir. Zərərçəkmiş şəxs isə 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs hərəkətlərinə dözməyərək, evi tərk etmiş və Biləsuvar rayonu, Zəhmətabad kəndində onlarla birlikdə yaşamağa başlamışdır. 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində ona evdən zəng gəlmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döydüyü bildirilmişdir. Bundan sonra o, dərhal evə gəlmiş və Zərərçəkmiş şəxs baş nahiyəsinin qan içində olmasını görmüşdür. O, hadisə barədə Zərərçəkmiş şəxs xəbər aldığı zaman sonuncu baş verənləri danışmış və Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. Bundan sonra o, hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vasitəsi ilə məlumat vermişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 22 oktyabr 2023-cü il tarixli, 1186 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsda “başın sağ təpə nahiyəsində əzilmiş yara, alının sol yarısında və başın sol təpə nahiyəsində qançır” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 21 oktyabr 2023-cü il tarixə uyğun gəlir və əllə, təpiklə vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cavanlığını və himayəsində 3 azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-190/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-190/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver