Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-20/2023 16.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Biləsuvar rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, məhkumluğu olmayan, 3-cü dərəcə əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində 08 noyabr 2022-ci il tarixli qərarla polisin nəzarəti atına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs2 əvvəllər 3-cü dərəcə əlilliyə görə təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2022-ci ilin aprel ayının ortalarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən avtovağzalda həmin şəxsdən 150 manat, 2022-ci ilin aprel ayının sonlarında Biləsuvar rayon mərkəzi bazarının qarşısında 150 manat, 2022-ci ilin may ayının əvvəllərində Biləsuvar rayon mərkəzi bazarının qarşısında 100 manat, 2022-ci ilin may ayının sonlarında ünvan 2 ünvanında yerləşən “Əlillərin Bərpası Mərkəzində” 200 manat, 2022-ci ilin iyun ayında isə özünün yaşadığı ünvan 3 ünvanında yerləşən evdə 200 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, ümumilikdə həmin zərərçəkmiş şəxsə 800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 əvvəllər 3-cü dərəcə əlilliyə görə təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2022-ci ilin may ayının əvvəllərində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zaur” kafesində 200 manat, 2022-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanında yerləşən evdə 400 manat, 2022-ci ilin iyun ayının əvvəllərində yenə həmin evdə daha 300 manat və 2022-ci ilin iyun ayının ortalarında isə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən çayxanada 350 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib, ümumilikdə həmin zərərçəkmiş şəxsə 1250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs3 əvvəllər 3-cü dərəcə əlilliyə görə təyin edilmiş pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 2022-ci ilin may ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Şuşa” kafesində 1.000 manat məbləğində pul vəsaitini ələ keçirib, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu, Bəydili kəndində yaşamaqla, fərdi əməklə məşğul olur və sağ ayağı anadangəlmə şikəst olduğu üçün 3-cü dərəcə əlil kimi pensiya alır. Təxminən 10 il bundan əvvəl o, Biləsuvar rayonu ərazisində şəhərdaxili marşrurut xəttində konduktor işlədiyi zaman Zərərçəkmiş şəxs2 ilə tanış olmuş və həmin vaxtdan onların münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində o, Biləsuvar rayon mərkəzi xəstəxanasında təsadüfən Zərərçəkmiş şəxs2la rastlaşarkən, həmin şəxsdən xəstəxanaya gəlişinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs2 əvvəllər 3-cü dərəcə əlil kimi pensiya aldığını, lakin bir müddət əvvəl ona pensiya verilişinin dayandırıldığını, buna görə də pensiyasının bərpa edilməsi məqsədilə təkrar müayinəyə gəldiyini bildirmişdir. Maddi vəziyyəti ağır olduğu üçün o, Zərərçəkmiş şəxs2 pul alıb mənimsəmək məqsədilə, həmin şəxsə pensiyasının bərpa edilməsində kömək edə biləcəyini demiş, bunun üçün güya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan tanışlarına vermək üçün 1.000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 3-cü dərəcə əlilliyə görə təyin edilmiş pensiyasını bərpa etdirilməsi üçün 1.000 manat ödəməyə hazır olduğunu bildirdikdən sonra o, 2022-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən Əlillər Bərpa Mərkəzinə apardığı zaman, Biləsuvar rayon avtovağzalında həmin şəxsdən ilkin olaraq 150 manat məbləğində pul vəsaiti almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən Əlillər Bərpa Mərkəzinə aparmış və orada həmin şəxs tibbi müayinədən keçmişdir. Bundan təxminən 10 gün sonra, 2022-ci ilin aprel ayının ortalarında, o, Biləsuvar rayonu mərkəzi bazarının qarşısında Zərərçəkmiş şəxs2la təkrarən görüşən zaman pensiyasının düzəldilməsinə köməklik göstərmək adı ilə həmin şəxsdən daha 150 manat pul vəsaiti almışdır. Bundan sonra, 2022-ci ilin may ayının əvvəllərində Biləsuvar rayonu mərkəzi bazarının qarşısında, o, Zərərçəkmiş şəxs2 eyni bəhanə ilə əlavə olaraq 100 manat almışdır. 2022-ci ilin may ayının sonlarında o, Zərərçəkmiş şəxs2la birlikdə yenidən Bakı şəhərində yerləşən Əlillərin Bərpası Mərkəzinə getmiş və orada tibbi müayinədən keçdiyi zaman həmin şəxsdən daha 200 manat pul istəmiş, lakin yenə də həmin pulu kimə verəcəyini deməmişdir. Zərərçəkmiş şəxs2 pensiyasının bərpa olunmasına onun kömək göstərəcəyinə inanıb ona 200 manat pul vermişdir. 2022-ci ilin iyun ayının ortalarında isə o, Zərərçəkmiş şəxs2 aldadıb yenidən pul almaq niyyəti ilə həmin şəxsə zəng edərək pensiya sənədlərinin düzəlmək üzrə olduğunu bildirmiş, bunun üçün əlavə olaraq 200 manat pul vəsaiti istəmişdir. Zərərçəkmiş şəxs2 ona inanaraq, pulu alması üçün onu öz evinə çağırmışdır. Həmin gün axşam saatlarında o, həmin zərərçəkmişin Biləsuvar rayonu, Bəydili kəndi, M.Cəfərov küçəsində yerləşən evinə gedərək Zərərçəkmiş şəxs2 əlavə olaraq 200 manat pul vəsaiti almışdır. O, Zərərçəkmiş şəxs2 pul aldığı zaman hər dəfə yalan vədlər verib, həmin şəxsin pensiyasının yaxın vaxtlarda bərpa ediləcəyini bildirmişdir. Buna baxmayaraq o, Zərərçəkmiş şəxs2 pensiyasının bərpa olunması üçün hər hansı təşəbbüs göstərməmiş və həmin şəxsdən aldığı cəmi 800 manat məbləğində pul vəsaitinindən heç kimə verməyərək, bütün pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 2022-ci ilin aprel ayının ortalarında, Biləsuvar şəhəri, Nizami küçəsində yerləşən işıqforun yaxınlığında, Bəydili kəndinə gedən 2 nömrəli mikroavtobusda həmkəndlisi Zərərçəkmiş şəxs1la rastlaşmışdır. Ə.K. Məmmədovla söhbət edərkən, sonuncu revmatizim xəstəliyi ilə bağlı 2021-ci ilin avqust ayına qədər 3-cü dərəcə əlil kimi pensiya aldığını, lakin sonradan həmin pensiyanın kəsildiyini söyləmişdir. O, həmin şəxsi də aldadaraq, müəyyən məbləğdə pul vəsaitini ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, Zərərçəkmiş şəxs1 pensiyasının bərpa etdirə biləcəyini və bu işin həll olunması üçün sonuncunun 1400 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 onun bu təklifi ilə razılaşmışdır. Bundan təxminən 2-3 həftə sonra, 2022-ci ilin may ayının əvvəllərində o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, Ramiz adlı şəxsin işlətdiyi “Zaur” adlı kafedə görüşən zaman Zərərçəkmiş şəxs1 əvvəllər təyin edilmiş pensiyasının bərpa olunmasında kömək göstərəcəyi adı ilə aldadaraq, həmin şəxsdən ilkin olaraq 200 manat məbləğində pul vəsaiti almış, lakin həmin puldan heç kimə heç nə verməmişdir. 2022-ci ilin may ayının sonlarında o, Zərərçəkmiş şəxs1 zəng edərək, güya pensiya sənədlərinin bərpa edilməsi üçün Bakı şəhərinə getməli olduğunu bildirmiş və bunun üçün Zərərçəkmiş şəxs1 daha 400 manat pul istəmişdir. Zərərçəkmiş şəxs1 razılaşaraq, həmin pulu verməsi üçün onu özünün yaşadığı evə çağırmışdır. Həmin gün o, Zərərçəkmiş şəxs1 Biləsuvar rayonu, Bəydili kəndində yerləşən yaşadığı ünvana gedib pensiya sənədlərinin bərpa olunması adı ilə həmin şəxsdən 400 manat pul almışdır. 2022-ci ilin iyun ayının əvvəllərində isə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək yenə də pensiya sənədlərinin düzəldiməsi məqsədilə ilə aldadaraq, həmin şəxsdən daha 300 manat məbləğində pul vəsaiti almış və sonuncunu, pensiyasının bərpa olunması üçün müayinədən keçməsi məqəsdilə, Bakı şəhərində yerləşən Əlillər Bərpa Mərkəzinə aparmışdır. 2022-ci ilin iyun ayının ortalarında isə o, Zərərçəkmiş şəxs1la Biləsuvar rayon mərkəzi bazarının qarşısında rastlaşan zaman pensiya sənədlərinin bərpa olunması üçün hər şeyin hazır olduğunu bildirmiş, bunun üçün son olaraq daha 350 manat pul istəmiş, Zərərçəkmiş şəxs1 əvvəlki kimi onun bu sözlərinə də inanmış və həmin gün Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Al market” mağazasının arxa tərəfində, İlqar adlı şəxsin işlətdiyi çayxanada görüşərək, ona daha 350 manat pul vəsaiti vermişdir. Zərərçəkmiş şəxs1 göndəriş əsasında Akademik Cavadzadə adına Uroloji xəstəxanasına gedərək, tibbi müayinədən keçməmiş və müvafiq xəstəlik arayışını ala bilməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs1 pensiyasını bərpa etmək mümkün olmamışdır. O, Zərərçəkmiş şəxs1 pensiyasının bərpa etdirəcyi vədi ilə həmin şəxsdən ümumilikdə 1.250 manat məbləğində pul vəsaiti alsa da, həmin pul vəsaitindən heç kimə heç nə verməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 1.250 manat məbləğində pulu qaytarmasını ondan tələb etmişdir. O, həmin zərərçəkmiş şəxsə borcun etirafı barədə notariat qaydasında müqavilə bağlamağı təklif etsə də, həmin şəxs razılaşmamış və onun barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Bundan başqa, 2022-ci ilin may ayının sonlarında, o, Biləsuvar rayon mərkəzi xəstəxanasında həmyerlisi Zərərçəkmiş şəxs3 ilə rastlaşmış və həmin şəxsdən xəstəxanaya gəlişinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs3 də əvvəllər 3-cü dərəcə əlil kimi pensiya aldığını, lakin bir müddət əvvəl həmin pensiyasının dayandırıldığını, buna görə də pensiyanın bərpa edilməsi məqsədilə təkrar müayinəyə gəldiyini bildirmişdir. O, əvvəlki 2 şəxsə qarşı işlətdiyi üsuldan istifadə etməklə, Zərərçəkmiş şəxs3 də müəyyən məbləğdə pulunu ələ keçirmək məqsədilə, həmin şəxsə pensiyasının bərpa edilməsində kömək edə biləcəyini demiş, bunun üçün güya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan tanışlarına vermək üçün 3.000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşdığı üçün həmin hadisədən bir neçə gündən sonra, 2022-ci ilin may ayının sonlarında, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Saat dairəsi” deyilən yerin yaxınlığında Zərərçəkmiş şəxs3lə görüşərək, həmin şəxsdən 340 manat məbləğində pul almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs3 Bakı şəhərində yerləşən Əlillər Bərpası Mərkəzinə aparmışdır. Həmin müalicə müəssisəsində Zərərçəkmiş şəxs3 Topçubaşov adına Elmi Cərrahiyyə İnstituna göndəriş verilmiş və böyrəyinin birinin olmaması ilə bağlı tibbi arayış alması izah edilmişdir. Lakin Zərərçəkmiş şəxs3 pulunun olmadığını bildirərək, həmin tibb müəssisəsinə getməmiş və lazım olan tibbi arayışı təqdim etməmişdir. Buna görə də o, həmin şəxsin pensiyasını bərpa etdirmək mümkün olmamışdır. Bununla belə, Zərərçəkmiş şəxs3 ona pensiyasını düzəltməkdə kömək etmədiyini iddia edərək, verdiyi 340 manat pul vəsaitini geri qaytarmasını tələb etmiş və ondan Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs3 onun barəsində Biləsuvar rayon polis şöbəsinə yalan ərizə və ifadə verərək, güya onun həmin şəxsdən 1.000 manat aldığını demişdir. Halbuki, o, 2022ci ilin may ayının sonlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, Ramiz adlı şəxsin işlətdiyi “Zaur” adlı kafedə pensiya sənədlərinin düzəldilməsi adı ilə Zərərçəkmiş şəxs3 1.000 manat pul almamışdır. O, Zərərçəkmiş şəxs3 aldadaraq, həmin şəxsdən cəmi 340 manat məbləğində pul vəsaiti almışdır. Ümumiyyətlə onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hər hansı tanışı və ya hər hansı şəxsə pensiya təyin etdirmək imkanı olmamışdır. O, zərərçəkmiş şəxslərdən onlara əvvəllər təyin edilmiş pensiyanı bərpa etdirmək adı ilə pul vəsaitləri aldığı zaman niyyəti həmin şəxslərin pensiya sənədlərinin düzəldilməsində kömək göstərmək deyil, onları aldadaraq pullarının ələ keçirmək olmuşdur. Onun həmin şəxslərdən pul aldığını heç kim görməmiş və o, həmin pul vəsaitlərindən heç kimə heç bir vəsait verməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, revmatizm xəstəliyindən əziyyət çəkdiyinə görə 2011-ci ildən 2021-ci ilin avqust ayına qədər ona 3-cü dərəcə əlillik təyin edilmiş və o, pensiya almışdır. Lakin 2021-ci ilin avqust ayında həmin xəstəliklə bağlı ona pensiyanın verilməsi dayandırılmışdır. 2022-ci ilin aprel ayında o, 2 nömrəli marşrut xətti üzrə hərəkət edən mikroavtobusla Bəydili kəndində gedən zaman həmin mikroavtobusda həmkəndlisi Təqsirləndirilən şəxsla rastlaşmışdır. Söhbət zamanı o, əvvəllər pensiya aldığını, lakin sonradan ona verilən pensiyanın verilməsinin dayandırıldığını Təqsirləndirilən şəxs söyləmişdir. Təqsirləndirilən şəxs isə həmin sahədə yaxşı əlaqələrinin olduğunu, onun pensiya işinin həll edilməsində və bərpa olunmasında köməklik göstərə biləcəyini bilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan pensiya işinin düzəlməsi üçün ümumilikdə 1.400 manat pul istəmiş, o da təqsirləndirilən şəxsin həmin təklifi ilə razılaşmışdır. Bundan təxminən 2-3 həftə sonra, 2022-ci ilin may ayının əvvəllərində, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, Ramiz adlı şəxsin işlətdiyi “Zaur” kafesidə Təqsirləndirilən şəxsla görüşüb pensiyasının bərpa etdirilməsinə kömək göstərmək üçün ilkin olaraq təqsirləndirilən şəxsə 200 manat məbləğində pul vəsaiti vermişdir. 2022-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək pensiyasının bərpa edilməsi üçün Bakı şəhərinə gedəcəyini, bu məqsədlə 400 manat pul məbləğində pul vəsaiti lazım olduğunu bildirmişdir. O həmin pulu verməyə razılaşaraq, pulu alması üçün Təqsirləndirilən şəxs öz evinə dəvət etmişdir. Həmin gün Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və ondan 400 manat məbləğində pul vəsaiti almışdır. Bundan başqa, 2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs təkrarən onun evinə gələrək, pensiya sənədlərinin düzəldilməsi üçün əlavə olaraq ondan 300 manat pul vəsaiti almışdır. Sonuncu dəfə, 2022-ci ilin iyul ayının ortalarında, səhər saatlarında, o, Biləsuvar rayon mərkəzi bazarının qarşısında Təqsirləndirilən şəxsla görüşdüyü zaman həmin şəxs onun pensiya məsələsinin artıq həll edilmək üzrə olduğunu bildirmiş və bunun üçün əlavə olaraq ondan 350 manat pul istəmişdir. Buna görə də o, həmin gün saat 17 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Al market” ticarət obyektinin arxa tərəfində yerləşən, İlqar adlı şəxsin işlətdiyi çayxanada təqsirləndirilən şəxslə görüşüb sonuncuya daha 350 manat məbləğində pul vəsaiti vermişdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxs tapşırığı ilə Bakı şəhərində yerləşən Əlillərin Bərpası Mərkəzinə getmişdir. Həmin mərkəzdə o, həkimlər tərəfindən müayinə olunmuş, müayinə zamanı həkimlər ona bildirmişlər ki, xəstəliyin revmatizim xəstəliyidir, bu xəstəliyin müalicəsi vardır, ona görə ona pensiya verilməyəcəkdir. Bundan sonra o, Biləsuvar rayonuna qayıdıb Təqsirləndirilən şəxs zəng etsə də, təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona zəng edərək, güləgülə, “səni aldatdım pulunu aldım” sözlərini demişdir. O, Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etmiş, lakin təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadaraq aldığı pulu geri qaytarmamışdır. Buna görə də o, Biləsuvar rayon polis şöbəsində ərizə ilə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs pensiyasını bərpa etdirməsi üçün ümumilikdə 1.250 manat məbləğində pul vəsaiti vermişdir. Onun təqsirləndiriılən şəxsə pul verməsini başqa şəxslər görməsə də, onun ailə üzvlərinin bundan məlumatları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs onun pensiyasını bərpa etdirmək üçün müxtəlif vaxtlarda ondan pul vəsaitləri aldığı zaman həmin pulu kimə verəcəyi barədə ona heç bir söz deməmiş, bununla bağlı onların aralarında heç bir razılıq olmamışdır. Məhkəmə iclasında verdi ifadəsinin sonunda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurduğu maddi zərəri ödəmədiyini, onunla barışıq əldə etmək üçün heç bir hərəkət etmədiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Böyükxan oğlunu əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. O, əvvəllər 3-cü dərəcə əlilliyə görə pensiya almış və 2021-ci ilin sonlarında ona pensiya verilişi dayandırılmışdır. 2022-ci ilin may ayının sonlarında, o, əlilliyin təyin edilməsi üçün tbii müayinədən keçmək məqsədilə Biləsuvar rayon mərkəzi xəstəxanasında olarkən, həmin xəstəxananın həyətində olan oturacaqda onun yanında əyləşmiş Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs onun xəstəxayana gəlişinin səbəbini soruşmuş, o da xəstəliyi ilə bağlı pensiya düzəltmək üçün gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 3000 manat pul vəsaiti verəcəyi müqabilində ona 2-ci dərəcə əlillik pensiyası təyin etdirə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanmış və pulu verməyə razılaşmış, lakin maddi vəziyyətinin 3.000 manat pul vəsaiti verməyə imkan vermədyini bildirmişdir. Təqsirləndirilən şəxs onun əvvəlcə 1.000 manat, ona pensiya təyin edildikdən sonra isə daha 2.000 manat verməsini təklif etmiş və o, təqsirləndirilən şəxsin təklifi ilə razılaşmışdır. Bundan iki gün sonra, 2022-ci ilin may ayının sonlarında, o, Təqsirləndirilən şəxsla Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşə və Elçin adlı şəxsin işlətdiyi “Şuşa” adlı çayxanada görüşmüş və həmin şəxsə 1.000 manat məbləğində pul, həmçinin pensiya sənədlərinin düzəldilməsi üçün şəxsiyyət vəsiqəsinin surətini, Biləsuvar rayon mərkəzi xəstəxanasından Akademik Cavadzadə adına Uroloji Xəstəxanaya göndərişin əslini vermişdir. Təqsirləndirilən şəxs pensiya sənədlərinin bir ay ərzində hazır olacağını və bir aydan sonra pensiya ala biləcəyini ona vəd etmişdir. Bundan sonra o, Bakı şəhərində yerləşən Akademik Cavadzadə adına Uroloji Xəstəxanaya və adını hal-hazırda xatırlamadığı xəstəxanalardan birinə gedib tibbi müayinədən keçmişdir. Lakin Təqsirləndirilən şəxs ona söz verdiyi vaxta qədər ona pensiya təyin etdirə bilməmişdir. Buna görə də o, pensiyasının bəpa edilməsi üçün ondan aldığı 1.000 manat pulu geri qaytarmasını Təqsirləndirilən şəxs tələb etmişdir. Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmamışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs onun 1.000 məbləğində pul vəsaitini ələ keçirməsi barədə o, Biləsuvar rayon, polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun Təqsirləndirilən şəxs 1000 manat pul verməsini başqa heç kim görməmişdir. O, Təqsirləndirilən şəxs pensiyasının bərpa edilməsi üçün 340 manat yox 1000 manat pul vermiş, həmin pulu vermək üçün təqsirləndirilən şəxslə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında yox, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, Elçin adlı şəxsin işlətdiyi “Şuşa” adlı kafedə görüşmüşdür. Sonda Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərərin Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmədiyini və təqsirləndirilən şəxsin onunla barışıq əldə etmədiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, onun sürdüyü mikroavtobusda konduktor işlədiyi vaxtdan tanımış və aralarında normal yoldaşlıq münasibətləri olmuşdur. O, diabet və böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün, 2020-ci ilin avqust ayına qədər, 3-cü dərəcə əlilliyi ilə bağlı hər ay 130 manat pensiya almışdır. Lakin 2020-ci ilin avqust ayında ona verilən pensiya dayandırılmışdır. Həmin vaxtdan sonra o, bir neçə dəfə pensiyasınln bərpa olunması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etsə də, lakin hər dəfə ona pensiyanın verilməsindən imtina edilməsi barədə cavab almışdır. 2022-ci ilin aprel ayının əvvəllərində, o, Biləsuvar rayon mərkəzi xəstəxanasında təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış və söhbət zamanı həmin şəxs pensiyasının bərpa olunması üçün ona köməklik göstərə biləcəyini bildirmiş, bu işin düzəlməsi üçün onun 1000 manat verməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanaraq, pensiyasının bərpa etdirilməsi üçün təqsirləndirilən şəxsə hissə-hissə 1.000 manat məbləğində pul vəsaiti verməyə razılaşmışdır. 2022-ci ilin aprel ayının ortalarında o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində yerləşən Əlillərin Bərpa Mərkəzinə gedərkən Biləsuvar rayon avtovağzalında təqsirləndirilən şəxsə ilkin olaraq 150 manat pul vermişdir. Bundan sonra o, Bakı şəhərində yerləşən Əlillərin Bərpası Mərkəzində tibbi müayinədən keçmiş və həkimlər onun sənədlərinə baxıb “gedə bilərsən” sözlərini demişlər. Bundan təxminən 10 gün sonra, 2022-ci ilin aprel ayının sonlarında, o, Biləsuvar rayon mərkəzi bazarının qarşısında Təqsirləndirilən şəxsla görüşərkən pensiyasının bərpa olunmasına köməklik göstərməsi üçün, Təqsirləndirilən şəxs tələbi ilə, sonuncuya daha 150 manat məbləğində pul vəsaiti vermişdir. 2022-ci ilin may ayının əvvəllərində Biləsuvar rayon mərkəzi bazarının qarşısında Təqsirləndirilən şəxsla görüşərkən Nüdrət pensiya sənədlərinin düzəlməsi üçün yenə də ondan 100 manat pul vəsaiti almışdır. 2022-ci ilin may ayının sonlarında, o, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində yerləşən Əlillərin Bərpası Mərkəzində olan zaman təqsirləndiriləm şəxs ondan daha 200 manat pul vəsaiti almışdır. Sonuncu dəfə isə, 2022-ci ilin iyun ayının ortalarında, Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində olduğunu, onun müalicə olunması üçün Topçubaşov adına xəstəxanaya göndəriləcəyini, pensiya sənədlərinin düzəlməsi üçün əlavə olaraq 200 manat pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs bu sözü ilə razılaşmış və bundan bir gün sonra təqsirləndirilən şəxsin yaşadığı, Biləsuvar rayonu, Bəydili kəndində yerləşən evə gedərək, orada həmin şəxsə 200 manat məbləğində pul vəsaiti vermişdir. Təqsirləndirilən şəxs onun pensiyasının iki ay ərzində bərpa olunacağını vəd etsə də, onun pensiyası bərpa olunmamışdır. O, hər dəfə bu barədə Təqsirləndirilən şəxs məlumat almaq istəyərkən, həmin şəxs müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Buna görə də o, aldadıldığını başa düşüb, verdiyi pulu geri qaytarmasını təqsirləndirilən şəxsdən tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək, ondan aldığı 800 manat məbləğində pul vəsaitini ona qaytarmamışdır. Buna görə də o, Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 800 manat məbləğinə pul vəsaitini ələ keçirməsi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun pensiyasını bərpa etdirmək üçün müxtəlif vaxtlarda ondan pul aldığı zaman həmin pulu kimə verməsi barədə ona heç bir söz deməmiş, təqsirləndirilən şəxsin həmin məsələni kimin vasitəsilə həll edəcəyindən onun məlumatı olmamışdır. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən ona ödəniməldiyini və Təqsirləndirilən şəxs onunla barışıq əldə etmədiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, hazırda məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağı olduğunu və 3-cü dərəcə əlil olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 06 noyabr 2022-ci il tarixdə, saat 13:00-da tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdə, saat 10:50 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-20/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-20/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver