Məhkəmə qərarları › İş №1(022)-20/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-20/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-20/2024 10.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 14 oktyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq-1,222 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, 12 oktyabr 2023-cü il tarixdə, saat 19:20 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsi, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında cinayət barədə xəbərsiz olan X1 idarə etdiyi “Mersedes 190” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülüdə şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2-3 ildir ki, narkotik vasitə qəbul edir. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç bir yerdə işləmir. Salyan rayonunda qəssab işləyir. 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Salyan rayonunun mal bazarı deyilən ərazidə yerdən narkotik vasitə tapmışdır. Gələcəkdə istifadə etmək üçün narkotik vasitəni özündə saxlamışdır. Həmin tarixdə taksi fəaliyyət ilə məşğul olan tanışı X4 ilə əlaqə saxlayaraq, onu Biləsuvar rayonuna aparması qarşılığında 20 manat pul verəcəyini demişdir. Ağakişi də onu Biləsuvar rayonuna aparmağa razılaşmışdır. Biləsuvar rayonuna gəlməkdə məqsədi heyvan (inək, qoyun) almaq olmuşdur. 12 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Ağakişinin idarə etdiyi “Mersedes”markalı, 10 RT-286 dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gəlmişdir. Biləsuvar rayonu Azpetrol dairəsinin yaxınlığında avtomobildə hərəkətdə olduqları zaman yol patrul xidməti avtomobili “saxla” işarəsi vermişdir. Bundan sonra X15 idarə etdiyi avtomobili yolun sağ kənarına çəkərək saxlamışdır. Bu zaman onlara bir neçə nəfər yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu və sürücünü Biləsuvar RPŞ-nə dəvət etmişlər. O da etiraz etmədən onlarla polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonrada ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X9 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra keçirilən şəxsi axtarış zamanı polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da şalvarının sol yan cibindən istifadəsində olan “Samsung” markalı mobil telefonu və sağ yan cibindən isə bazarda tapdığı içərisində narkotik vasitə heroin olan bükülünü təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində heroin vardır, özünə məxsusdur və onu bu gün Salyan rayonu, mal bazarında yerdən tapmışdır. Bundan sonra üzərimdə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bükülünün içərisində aşkar edilmiş heroinə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoyulmuş və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərinə keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. O, içərisində heroin olan bükülünü tapanda yanında heç kim olmayıbdır. X6 həmkəndlisidir. Sonuncu onun cibində olan narkotik vasitə herondən məlumatsız olmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Salyan rayon Arbatan kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona 12 oktyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün tərəfindən 12 oktyabr 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı X12, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X14, RPŞ-nin DYPB-nin YPX-nın inspektoru polis baş leytenantı X13 və RPŞ-nin DYPB-nin YPX-nın inspektoru polis serjantı X3 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 12 oktyabr 2023-cü il tarixdə saat 19:15 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Mercedes 190” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqədən sonra əməliyyat tədbirlərinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “Mercedse 190” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən Biləsuvar rayonu “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmiş, Təqsirləndirilən şəxs və həmin avtomobilin sürücüsü X2 rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs ilə Ağakişi Cavadovun üzərlərində və sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Bayramova həvalə edilmişdir. Təqsirləndirilən şəxs və Ağakişi Cavadova müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X9 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Əli Hüseynov Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olundu və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büklünü təqdim edərək bükülüdəki narkotik vasitənin heroin olmasını, özünə məxsus olmasını, həmin narkotik vasitə heroin olmasını 12 oktyabr 2023-cü il tarixdə Salyan rayonunda yerləşən mal bazarında yerdən tapmasını, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkildi və bükülü ilə birlikdə 1,3 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ondan heç bir qeyri qanuni əşya aşkar olunub götürülməmişdir. Bundan sonra şübhəli şəxs X4 vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X17 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Fədai Quliyev Biləsuvar RPŞ-nə dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olundu. Şəxsi axtarış zamanı Ağakişi Cavadova təklif edildi ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Ağakişi Cavadov üzərində qanunla qadağan edilmiş heç bir əşyanın olmadığını, Biləsuvar rayonuna taksi sürcüsü kimi həmkəndlisi Təqsirləndirilən şəxs gətirdiyini bildirmişdir. Daha sonra Ağakişi Cavadovun üzərinə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilən əşya aşkar olunub götürülməmişdir. Ağakişi Cavadova məxsus “Mercedse 190” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncunun, müdafiəçi Fədai Quliyevin, Təqsirləndirilən şəxs, müdafiəçi Əli Hüseynovun, rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı X12, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X14 və rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimovun iştirakı ilə RPŞ-nin TB-nin təhqiqatçı X7 tərəfindən baxış keçrilmişdir. Baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs və Ağakişi Cavadova tərəflərindən hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onların öz razılığı ilə olmuşdur. Həmin vaxtı ona qarşı heç bir qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilən X14 oğlu şahid X11 ilə eyni məzmunda ifadə verdi. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ailəlidir, dörd övladı vardır. Özünə məxsus “Mercedes 190” markalı **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 12 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar rayonuna xırda buynuzlu heyvan almaq məqəsdi ilə getmək istədiyini, tanışına məxsus fermada olan xırda buynuzlu heyvanlara baxıb geri qayıdacağını demişdir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. Biləsuvar rayonuna gedib qayıtmaq müqabilində ona 20 manat pul verəcdi. Onlar saat 18:30 radələrində yaşadıqları Salyan rayonundan Biləsuvar rayonuna gəlmək üçün yola düşmüşlər. Saat 19:20-də Biləsuvar rayonu “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən yol patrul xidməti avtomobili “saxla” işarəsi vermişdir. O bundan sonra avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bundan sonra onlara təxminən 4-5 polis əməkdaşı yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını deyərək Biləsuvar RPŞ-nə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə Biləsuvar rayon polis şöbəsinə gəlmişlər. Bundan sonra Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonrada ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X17 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da üzərində narkotik vasitə, psixotrop maddə və başqa qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Üzərinə polis əməkdaşı tərəfindən axtraış keçrilmişdir. Üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra ona məxsus avtomobilə baxış keçrilmişdir. Avtomobilindən narkotik vasitə, psixotrop maddə və başqa qanunla qadağan olunmuş heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasından heç bir məlumatı yoxdur. Bundan başqa 12 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. İşdə olan Şəxsi axtarış və götürmə barədə 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülümüş bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini 12 oktyabr 2023-cü il tarixdə Salyan rayonunda yerləşən mal bazarında yerdən tapmış, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 1,3 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «RedMi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X5 13 oktyabr 2023-cü il tarixli 19/928 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,222 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,222 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,172 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,222 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,172 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,172 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşadığı yer üzrə müsbət xarakterizə olunması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 19:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 oktyabr 2023-cü il tarixdə saat 18:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 oktyabr 2023-cü il tarixli, 970 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,172 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixindən 14 oktyabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 1(bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,172 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar