Məhkəmə qərarları › İş №1(022)-20/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-20/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-20/2025 08.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonu Yuxarı Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 30 sentyabr 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -1,171 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, 28 sentyabr 2024-cü il tarixdə saat 17:03 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Gömrük dairəsi” yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, orada üzərinə yoxlama keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi - 1,171 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi deyil, amma bir neçə dəfə əvvəllər psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq üçün avtomobil təmiri ilə məşğul olur. 27 sentyabr 2024-cü il tarixdə səhər saatlarında İmişli rayon mərkəzində küçədə gedən zaman yerdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü görmüşdür. O, bükülünü götürüb içinə baxanda içərisində psoxotrop maddə metamfetamin olduğunu bilmiş, sonrada həmin bükülünü əynindəki şalvarın cibinə qoymuşdur ki, özü sonra istifadə edər. Qeyd etmişdir ki, o avtomobil təmiri ilə məşğul olur. Onun işlədiyi sexdə Şahid1 da yeni işə başlamışdır. xx.xx.2024-cü il tarixdə o, avtomobil ehityyat hissələri almaq üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. Tək olduğu üçün Vüsala onunla birlikdə getməsini təklif etmişdir. O da etiraz etməmişdir. O, Vüsalla birlikdə atasına məxsus idarə etdiyi “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakıya getmək üçün Biləsuvar-Bəhrəmtəpə yolu ilə getmişlər. Saat 17 radələrində Biləsuvar rayonu ərazisində yerləşən “Gömrük dairəsi” deyilən yeri keçən zaman YPX avtomobili onun idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. O, avtomobili yolun kənarına verib saxlamış, bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib hüquqları ona izah olunmuş və üzərilərinə videoçəkilişlə şəxsi müayinə keçiriləcəyini bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandığı yerdə polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet varsa təqdim etsin. O da əynindəki şalvarın sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülünü və mobil telefonunu çıxarıb təqdim etmiş və bundan başqa üzəzrində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içində metamfetamin vardır, ona məxsusdur, onu bir gün əvvəl İmişli rayonunda yerdən tapmış və üzərində saxlamışdır. Bundan sonra üzərində yoxlama keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Bundan sonra onların iştirakı ilə onun idarə etdiyi “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra isə onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X4 vəkil kimi dəvət olunmuşdur. Müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin metamfetamini 27 sentyabr 2024cü il tarixdə İmişli rayon mərkəzində yerdən tapışmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərində metamfetamin olmasından heç kimin məlumatı olmamışdır. Bu barədə Şahid1 və heç kimə bir söz deməmişdir. O, içərisində metamfetamin olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, əvvəllər bir neçə dəfə narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Ona görə də içərisində metamfetamin olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş metamfetamin ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşamandır.Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. İş üzrə məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İmişli rayonu Yuxarı Qaralar kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 28 sentyabr 2024-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixli əmrə əsasən o, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2, RPŞ-nin DYPB-nin inspektorları, polis baş serjantları Şahid4 və Şahid3 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 sentyabr 2024-cü il tarixdə, saat 17:00 radələrində Biləsuvar rayonu “Gömrük dairəsi” adlanan yerin yaxınlığında içərisində olması ehtimal olunan “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə videoçəkiliş ilə yoxlamağa başlamışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü, şalvarının sağ yan cibindən isə mobil telefonu təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 1,64 qram (bir tam yüzdə altımış dörd) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Samsung markalı mobil telefon da götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddəyə bənzər kütləni yaşadığı İmişli rayonunda yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini, üzərində psixotrop maddə metamfetamin olmasından Şahid1 xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Şahid1 videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Onun saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 bir ədəd mobil telefonunu təqdim edərək, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Şahid1 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasından xəbərsiz olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun idarə etdiyi “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Üstünü yoxlama və baxış Biləsuvar rayonu Gömrük dairəsi yaxınlığında keçirilmiş və «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin DYPB-nin inspektorları, polis baş serjantları Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs, Şahid1 üstünün yoxlanılması və “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1(bir) ədəd DVD protoloka əlavə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2, Şahid3 və Şahid4 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan ilkin araşdırma zamanı tərtib edilmiş 28 sentyabr 2024-cü il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 28 sentyabr 2024-cü il tarixdə, saat 17:03 dəqiqədə Biləsuvar rayonu Gömrük dairəsi yaxınlığında keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən 1(bir) bükümdə, ağ rəngli kristal formada, psixotrop maddə metamfetaminə bənzər kütlə və şalvarın sağ yan cibindən 1(bir) ədəd Samsung markalı mobil telefon təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı onun üzərindən əlavə heç bir iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Sonra psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və bükülü ilə birlikdə çəkisi 1,64 qram (bir tam yüzdə altımış dörd qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd Samsung markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddə metamfetaminə bənzər kütləni İmişli rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonrada avtomobildə olan sərnişin Şahid1 üstü saxlanıldığı yerdə yoxlamağa başlanmış və ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələrii təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd mobil telefon çıxarıb təqdim edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirdi. Sonra Şahid1 üstü yoxlanıldı. Yoxlama zamanı üzərindən əlavə olaraq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Daha sonra “Kia” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslərə sözügedən avtomobildə narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edildi. Bu təklifdən sonra avtomobilə baxış və götürmə keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar edilməmişdir. Üstünü yoxlama Biləsuvar rayonu “Gömrük dairəsi” yaxınlığında keçirilmiş, yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X2 29 sentyabr 2024-cü il tarixli 19/678 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün qablaşdırıldığı zərf....” sözlər və imzalar olan zərfin içərisində olan digər zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,171 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,171 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,071 qram. Təqsirləndirilən şəxs X1 üzərindən aşkar edilərək götürülmüş 1,171 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,071 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 750 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Stimulyatorlardan istifadə istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metamfetamin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 28 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 sentyabr 2024-cü il saat 15:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 oktyabr 2024-cü il tarixli, 750 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,071 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 sentyabr 2024-cü il tarixindən 30 sentyabr 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,071 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar