Məhkəmə qərarları › İş №1(022)-21/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-21/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-21/2025 21.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2000-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 6 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən 43 saylı evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 mart 2019-cu il tarixdə, tanışı xx xxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bilə-bilə yaşadığı Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 6 nömrəli evdə Zərərçəkmiş şəxs (Əmənova) ilə qeyri-rəsmi ər-arvad münasibətlərinə daxil olmaqla, cinsi ehtirasını təmin etmək məqsədi ilə on altı yaşına çatmayan şəxslə mütamadi olaraq cinsi əlaqədə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. 2019-cu ilin əvvəllərində o, Elşad adlı dayısı ilə parakəndə xalça ticarəti ilə məşğul olarkən, Biləsuvar rayonu Amankənd kəndinə yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Qısa müddət ərzində onlar arasında sevgi münasibətləri yaranmış və o, həmin şəxslə evlənmək qərarına gəlmişlər. Buna görə də onun xahişi ilə, valideynləri onun Zərərçəkmiş şəxs ilə evlənməsi məqsədi ilə sonuncunun valideynlərinin yanına elçi getmişdir. Lakin Zərərçəkmiş şəxs atası Valeh Əmənov zərərçəkmişin yaşının az olduğunu əsas gətirərək, onların evlənmələrinə razılıq verməmişdir. Buna görə də o və Zərərçəkmiş şəxs qaçmaq üçün razılaşmışlar və o, 19 mart 2019-cu il tarixdə zərərçəkmiş şəxsi öz razılığı ilə qaçırmışdır. O, Zərərçəkmiş şəxs əvvəlcə dayısı Elşadın evin, bir gün sonra isə Cəlilabad rayonunda yaşayan bacısı Aygün Abdulovanın yaşadığı evə aparmış, 21 mart 2019-cu il tarixdə isə öz yaşadığı ünvana gətirmişdir. O, Zərərçəkmiş şəxs yaşının az olduğunu bilsə də, həmin şəxsin yaşının 16-dan çox olduğunu güman etmiş, zərərçəkmişin yaşını soruşmamış və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədə baxmamışdır. O, ilk dəfə Zərərçəkmiş şəxs ilə 23 mart 2019-cu il tarixdə yaşadığı evdə təbii yolla cinsi əlaqədə olmuş və həmin vaxtdan sonra onunla Zərərçəkmiş şəxs arasında mütəmadi olaraq ər-arvad münasibətləri olmuşdur. Onların 11 iyun 2019-cu il tarixdə “Biləsuvar” şadlıq evində el adəti ilə toyları olmuş, lakin həmin vaxt Zərərçəkmiş şəxs 18 yaşı tamam olmadığına görə onlar nikahlarını qeydə aldıra bilməmişlər. O və Təqsirləndirilən şəxs normal ər-arvad münasibətlərində olmuş və faktiki nikaha daxil olduqları vaxtdan etibarən cinsi əlaqədə olmuşlar. Onların həmin əlaqələrindən bir müddət sonra Zərərçəkmiş şəxs hamilə qalmış və normal hamiləlik keçirmişdir. 16 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs həmin xəstəxanada keysəriyyə yolu ilə doğuş etmiş və onların Polad adlı oğlu anadan olmuşdur. Həmin uşaq vaxtında doğulmuş, hər hansı erkən doğuş olmamışdır. 10 yanvar 2021-ci il tarixdə isə onların Ruhiyyə adlı ikinci uşaqları doğulmuşdur. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs 18 yaşı tamam olduqdan bir müddət sonra - 10 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Onunla Zərərçəkmiş şəxs arasında münasibətlər ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmişdir. Buna görə də o, 2022-ci ildə həmin şəxslə nikahlarının pozulması məqsədi ilə Biləsuvar rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin onlar sonradan barışmışlar və təkrarən birlikdə yaşamağa davam etmişlər. Sonradan onlar arasında olan münasibətlər təkrarən kəskinləşmiş və 2024-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs onunla aralarında olan nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş və ondan Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmçinin o bildirdi ki, ilk dəfə 23 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən həmin şəxsin 16 yaşının tamam olmamasından xəbərsiz olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olmadığını bildirdi və barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxs, öz dayısı ilə birlikdə, küçədə xalça satarkən onun yaşadığı evə gəlmiş və onlar tanış olmuşlar. Bundan sonra, təxminən 2 ay ərzində onlar arasında sevgi münasibətləri yaranmış, onlar telefonla mütəmadi danışmış və və evlənmək qərarına gəlmişlər. Lakin həmin vaxt onun 16 yaşı tamam olmamışdır. Təqsirləndirilən şəxs valideynləri ilə onun valideynlərinin yanına elçi gəlsələr də, atası onların evlənmələrinə razılıq verməmişdir. Buna görə də o və Təqsirləndirilən şəxs evdən qaçaraq evlənmək barədə razılaşmışlar. Təqsirləndirilən şəxs 19 mart 2019-cu il tarixdə onu öz razılığı ilə qaçırmışdır. Təqsirləndirilən şəxs əvvəlcə onu öz dayısı Elşadın Biləsuvar rayonu Aranlı kəndində yerləşən evinə, bir gün sonra isə Cəlilabad rayonunda yaşayan bacısı Aygün Abdulovanın yaşadığı evə aparmışdır. Onlar təqsirləndirilən şəxsin bacısının evində də bir gün qaldıqdan sonra təqsirləndirilən şəxsin valideynlərinin yaşadığı Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 6 nömrəli evə köçmüşlər. Onlar ilk dəfə 23 mart 2019-cu il tarixdə həmin evdə təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin vaxt onun 16 yaşına çatmadığı barədə ərinin məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olması barədə bacısına və anasına də demişdir. Belə ki, həmin vaxt valideynləri onun yaşadıqları evə qaytarmaq istəsələr də, o, bacısına bildirmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuşdur və həmin şəxsin arvadıdır. Buna görə də onun valideynləri onun yaşadığı evə qayıtmasına daha israr etməmişlər. O, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olduqdan təxminən 1 ay sonra həmin şəxsdən hamilə qaldığını bilmiş və bu barədə həm təqsirləndirilən şəxsə, həm də digər qohumlarına da demişdir. Onların 11 iyun 2019-cu il tarixdə “Biləsuvar” şadlıq evində el adəti ilə toyları olmuş, lakin həmin vaxt onun 18 yaşı tamam olmadığına görə nikahlarını qeydə aldıra bilməmişlər. Toydan sonra o, Təqsirləndirilən şəxs və sonuncunun valideynləri ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. O və Təqsirləndirilən şəxs normal ər-arvad münasibətlərində olmuş və faktiki nikaha daxil olduqları vaxtdan mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. O,hamiləliyi dövründə Biləsuvar rayon məkəzi xəstəxanasında qeydiyyata alınmış və hər ay müayinə olunmuşdur. 16 dekabr 2019-cu il tarixdə o, həmin xəstəxanada keysəriyyə yolu ilə doğuş etmiş və Polad adlı oğlu anadan olmuşdur. Doğuş xəstəxanada həyata keçirdiyi üçün onun yetkinlik yaşına çatmadığı barədə polis əməkdaşlarına xəbər verilmişdir. Həmin vaxt polis əməkdaşları onlardan izahat alaraq, hər ikisinin valideynlərini Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Buna görə də Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə onun da valideynləri şöbəyə getmişlər və vəziyyəti izah etmişlər. Həmin vaxtdan sonra isə həmin məsələ ilə əlaqədar heç bir polis əməkdaşı onu axtarmamışdır. 10 yanvar 2021-ci il tarixdə isə onların ikinci uşaqları doğulmuşdur. 2021-ci ilin may ayında onun 18 yaşı tamam olmuşdur. Onlar 18 yaşı tamam olduqdan 5 ay sonra, yəni 10 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində faktiki nikahlarını rəsmiləşdirmişlər. Onlar arasında münasibətlər əvvəl normal olsa da, sonradan pisləşmişdir. Onlar 2022-ci ildə nikahlarının pozulması üçün məhkəməyə ərizə ilə müraciət etsələr də, sonradan barışdıqları üçün həmin ərizəni geri götürmüşlər. Lakin 2023-c üildə onlar arasında münasibətlər yenidən pisləşmiş və o, yaşadığı evi tərk edərək, öz valideynlərinin yanına getmişdir. Buna görə də o, aralarında olan nikahın pozulması məqəsi ilə təkrarən məhkəməyə iddia ərizəsi ilə mürcaiət etmişdir. Sonda, Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlayır və həmin şəxs barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə onun oğlunun keçmiş arvadıdır. O, R.A.Abddulzadəni ərköyün böyütmüş və həmin şəxsin bütün istəklərini yerinə yetirməyə çalışmışdır. 2019-cu ilin əvvəllərində oğlu Təqsirləndirilən şəxs Biləsuvar rayonu Amankənd kəndində yaşayan, onun qardaşı Elşadın tanışları olan ailənin qızı Zərərçəkmiş şəxs sevdiyini və həmin şəxslə evlənmək istədiyini ona bildirmişdir. Həmin vaxt onun böyük oğlu hələ evlənmədiyi üçün o, Təqsirləndirilən şəxs evliliyinə qarşı çıxsa da, təqsirləndirilən şəxs israr etdiyinə görə o, qaynanası ilə birlikdə, zərərçəkmiş şəxsin valideynlərinin evinə elçi getmişlər. Lakin Zərərçəkmiş şəxs atası zərərçəkmiş şəxsin hələ cəmi 15 yaşı olduğunu əsas tutaraq, onun oğlu ilə evlənməsinə razı olmamışdır. O, özü də həmin vaxt Zərərçəkmiş şəxs həqiqətən hələ uşaq olduğunu, hətta öz saçını belə normal daraya bilmədiyini görmüşdür. Buna görə də o, oğlu Təqsirləndirilən şəxs zərərçəkmişin 18 yaşa çatmasını gözləməsini və bu evlilikdən hələlik vaz keçməsini tövsiyə etsə də, oğlu onun məsləhətinə qulaq asmamışdır. 19 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun razılığı ilə qaçırmış, əvvəlcə dayısı Elşadın evin, bir gün sonra Cəlilabad rayonuna bacısının evinə aparmışdır. Novruz Bayramı günü isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onların yaşadığı evə gətirmiş və buna görə də bayram əhval-ruhiyyələrini pozmuşdur. Sonradan isə o, oğlu ilə Zərərçəkmiş şəxs cinsi əlaqədə olduğunu öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs hələ 16 yaşı tamam olmamışdır. Təxminən 1 ay sonra o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hamilə qaldığını öyrənmişdir. Buna görə də 11 iyun 2019-cu il tarixdə Biləsuvar şəhərində yerləşən “Biləsuvar” şadlıq sarayında həmin şəxslərin toy mərasimi həyata keçirlmiş və həmin vaxtdan sonra da tərəflərin normal ər-arvad münasibətləri davam etmişdir. Zərəçəkmiş şəxs hamiləliyi ilə əlaqədar Biləsuvar rayon məkəzi xəstəxanasında qeydiyyata alınmış və hər ay müayinə olunmuşdur. 16 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs həmin xəstəxanada keysəriyyə yolu ilə doğuş etmiş və Polad adlı oğlu anadan olmuşdur. Doğuş xəstəxanada həyata keçirdiyi üçün Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı barədə polis əməkdaşlarına xəbər verilmişdir. Bundan sonra polis əməkdaşları onlardan izahat alaraq, Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Buna görə də Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə onlar şöbəyə getmişlər və vəziyyəti izah etmişlər. Həmin vaxtdan sonra isə həmin məsələ ilə əlaqədar heç bir polis əməkdaşı onlarla əlaqə saxlamamışdır. 10 yanvar 2021-ci il tarixdə isə tərəflərin bir qız uşaqları da doğulmuşdur. 2022-ci ildə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ər-arvad münasibətləri pisləşmiş və həmin vaxtdan onlar ayrılsalar da, sonradan barışmışlar. Lakin 2023-cü ildə həmin şəxslər arasında münasibətlər təkrarən pisləşmiş və məhkəmədə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs rəsmi olaraq ayrılmaq üçün məhkəmədə iddia qaldırmışdır. Hazırda oğlu Təqsirləndirilən şəxs öz uşaqlarının qayğısına qalır və həmin uşaqların müalicə xərclərini ödəyir. İşdə olan Biləsuvar rayon məkəzi xəstəxanasının 05 dekabr 2024-cü il tarixli, 18-1- 30/3- 1845/2024 saylı arayışından görünür ki, Biləsuvar rayonu, Amankənd kənd sakini xx xxx 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs 16 dekabr 2019-cu il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasında “Keysəriyyə” əməliyyatı ilə erkən doğuş etmişdir. “Keysəriyyə” əməliyyatı həkim-cərrah X3 tərəfindən icra edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2003-cü il tarixdə anadan olmuşdur. Cinayət işində olan 03 oktyabr 2022-ci il tarixli, AZ-İİ 447013 nömrəli nikahın bağlanması haqqında akt qeydləri kitabının 210-cu səhifəsindən çıxarışdan görünür ki, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində nikah bağlamışlar və nikahdan sonra ərə və arvada Abdulzadə soyadı verilmişdir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, AZ-İV 404557 nömrəli arayışın surətindən görünür ki, X4 16 dekabr 2019-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Həmin uşağın anası Zərərçəkmiş şəxs, atası Təqsirləndirilən şəxsdur. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(022)-679/2024 saylı qətnaməsindən görünür ki, Abdulzadə (Əmənova) Rəna Valeh qızı ilə Təqsirləndirilən şəxs arasında 10 noyabr 2021-ci il tarixdə Biləsuvar rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabının 210-cu səhifəsində qeyd edilmiş nikah pozulması, 16 dekabr 2019-cu il tarixdə doğulmuş X2 və 10 yanvar 2021-ci il tarixdə doğulmuş X1 anaları R.V.Abdulzadənin (Əmənovanın) yanında qalmaları, həmin uşaqların saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 150 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,44 misli miqdarında, cəmi 300 manat sabit pul məbləğində aliment R.V.Abdulzadənin (Əmənovanın) xeyrinə tutulması qət edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində 2 azyaşlı uşağının olmasını və cinayəti ailə qurmaq məqsədilə törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar