Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-23/2023 14.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağzadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Museyibova Xədicə Elsevər qızının qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1999-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili saatda 90 kilometr sürətlə idarə etməklə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 86-cı kilometrliyində Astara rayonu istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların əmlakına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə edilməsindən yayındırmamalı, yolun sağ zolağında olan avtomobilin dayanmış vəziyyətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin surətini azaltmalı, sola doğru təhlükəsiz manevr aparmaqla, sağ zolaqda dayanmış vəziyyətdə olan minik avtomobilinin sol tərəfindən keçib getməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə yolun sağ hərəkət zolağında texniki nasaz vəziyyətdə dayanmış Qanuni nümayəndə məxsus “Mercedes Benz 180” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobilin sağ yan hissəsində piyada dayanmış Zərərçəkmiş şəxs3 çırpılmış, nəticədə, Zərərçəkmiş şəxs3 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, sonuncu nəqliyyat vasitəsinin sərnişini Museyibova Xədicə Elsevər qızının dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, o cümlədən «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmaqla sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuş, bununla da idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurulmasına və X.Qanuni nümayəndənın və Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, «BMW 318İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur və nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 15 oktyabr 2022-ci il tarixdə saat 22:30-da o, «BMW 318İ» markalı minik avtomobilini saatda 90 kilometr sürətlə idarə etməklə Ələt-Astara yolu ilə Astara rayonu istiqamətdə sağ zolaqda hərəkətdə omuşdur. Həmin yolun Biləsuvar rayonu ərazisindən keçərkən o, sağ zolaqda dayanmış vəziyyətdə olan “Mercedes Benz 180” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, həmin nəqliyyat vasitəsinə az qalmış sol zolağa doğru manevr etmək istəsə də, idarə etdiyi avtomaşının qabaq sağ hissəsi sonuncu avtomobilin arxa sol hissəsinə çırpılmışdır. Daha sonra zərbənin təsirindən onun idarə etdiyi nəqliyyat vasitəsi “Mercedes Benz 180” markalı avtomobilin yan hissəsində olan Zərərçəkmiş şəxs3 vurmuşdur. Hadisə zamanı o və onun idarə etdiyi avtomaşında olan Zərərçəkmiş şəxs1 xəsarət almışlar. O, baş vermiş yol-nəqliyyat hadisənin törədilməsində özünü təqsirli bilsə də, hesab edir ki, digər avtomobilin sürücüsü Qanuni nümayəndə avtomaşını yolun kənarında saxladıqdan sonra həmin yolda xəbərdaredici nişan yerləşdirmiş olsa idi, o, həmin nəqliyyat vasitəsini daha tez görə və hadisənin qarşısını almaq üçün daha tez tədbirlər görə bilərdi. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini və buna görə zərərçəkmiş şəxslərə vurulmuş zərərin azaldılmasına yönəlmiş hərəkətlər etdiyini, Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərəri qismən ödədiyini bildirirək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, zərərçəkmiş X.Qanuni nümayəndənın nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirdi ki, O, 15 oktyabr 2022ci il tarixdə saat 22 radələrində Qanuni nümayəndə idarə etdiyi “Mercedes Benz 180” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolu ilə Astara rayonu istiqamətinə hərəkətdə olmuşdur. Yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitəsinin sağ təkərində texniki nasazlıq yarandığına görə Qanuni nümayəndə maşını yolun sağ hissəsində saxlamışdır. Bundan sonra Qanuni nümayəndə avtomobildən düşərək maşının sağ hissəsinə, təkərin çıxdığı hissəyə tərəf getmiş, o və Şahid3 da nəqliyyat vasitəsinin sağ hissəsində dayanmışlar. Həmin vaxt qəflətən, arxadan eyni istiqamətdə hərəkətdə olan, əvvəllər tanımaığı Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz 180” markalı nəqliyyat vasitəsinə və ona çırpılmışdır. Bundan sonra o, huşunu itirmiş və yalnız xəstəxanada ayılmışdır. Sonda, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərərin 2.500 manat məbləğində hissəssini, yəni qismən ödədiyini, ona 2 ay ərzində daha 1.500 manat məbləğində pul vəsaiti ödəyəcəyini barədə yazılı iltizam verdiyini, buna görə də hazırda Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmədə bildirdi ki, o, tanışı Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt- Astara yolu ilə Astara rayonu istiqamətində hərəkətdə olmuşdur. O, nəqliyyat vasitəsinin ön oturacağında əyləşmişdir. Hadisə baş verən zaman yatmış olduğuna görə hadisənin necə baş verdiyini görməmiş, hadisə barədə xəstəxanada məlumat almışdır, lakin nəqliyyat hadisəsi zamanı o da müxtəlif bədən xəsarətləri almışdır. Hadisədən sonrakı 5 ay ərzində təqsirləndirilən şəxs ona bir dəfə də olsun baş çəkməmiş, ona vurulmuş maddi zərəri ödəməyə və onunla barışıq əldə etməyə cəhd göstərməmişdir. Lakin o, Təqsirləndirilən şəxs həbs olunmasını istəmir və Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri ödəməzsə, həmin şəxsə qarşı mülki qaydada məhkəmədə iddia qaldırıacaqdır. Sonda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onunla vurulmuş maddi zərəri ödəmədiyini və barışıq əldə etmədiyini, bununla belə Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərəçəkmiş şəxs X.Qanuni nümayəndənın qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş X.Qanuni nümayəndə onun qızıdır. O, 15 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Mercedes Benz 180” markalı avtomobillə Ələt-Astara yolu ilə Astara rayonu istiqamətində hərəkətdə olan zaman yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitəsinin sağ təkəri yerindən çıxdığına görə avtomaşını yolun sağ kənarında saxlamışdır. Bundan sonra o, avtomobildən düşərək maşının sağ tərəfinə keçərək, təkərin çıxdığı hissəyə baxdıqdan sonra baqaj hissəsindən xəbərdaredici nişanı götürərək, yolda yerləşdirmək və ehtiyat təkəri götürmək üçün öz avtomobilinin arxa tərəfinə keçmək istəyərkən, Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil arxadan onun nəqliyyat vasitəsinə çırpılmışdır. Zərbənin təsirindən «BMW 318 İ» markalı avtomaşın Zərərçəkmiş şəxs3 çırpılmışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobildə olan ailə üzvləri və Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almışlar. O, zərərçəkmiş şəxs X.E.Müseyibovanın qanuni nümayəndəsi olaraq, təqsirləndirilən şəxsdən maddi zərərin ödənilməsini tələb etməmiş və buna görə də həmin şəxs ona heç bir pul vəsaiti ödəməmişdir. Bununla belə o, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlayır və həmin şəxsə yüngül cəza təyin olunmasını istəyir. Şahid Museyibova Səidə Əlifağa qızı məhkəmədə bildirdi ki, “Mercedes Benz 180” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qanuni nümayəndə onun əridir. 15 oktyabr 2022-ci il tarixdə, yəni hadisə baş verən zaman o, onun əri Qanuni nümayəndə, onun qızı X.Qanuni nümayəndə, o cümlədən Zərərçəkmiş şəxs3 və Şahid3 eyni avtomobildə olmuşlar. Ələt-Astara-İran yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində Qanuni nümayəndə idarə etdiyi nəqliyyat vasitəsinin arxa sağ təkərində texniki nasazlıq yarandığına görə sonuncu maşını yolun sağ hissəsində dayandırmışdır. Bundan sonra onun əri Qanuni nümayəndə və digər sərnişinlər Zərərçəkmiş şəxs3 və Şahid3 avtomobildən enərək, nəqliyyat vasitəsinin sağ yan tərəfində dayanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşın arxadan “Mercedes Benz 180” markalı avtomobilə çırpılmış, zərbənin təsirindən Zərərçəkmiş şəxs3 da vurmuşdur. O, qızı X.Qanuni nümayəndə ilə maşında əyləşmişlər və müxtəlif bədən xəsarətləri almışlar. Şahid3 məhkəmədə digər şahidlər Qanuni nümayəndə və S.Ə.Museyibova ilə eyni məzmunlu ifadə verdi. İşdə olan 15 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Yol patrul xidmətinin inspektoru Cəfərov Araz Qüdrət oğlu tərəfindən göstərilib təqdim edilmişdir. Hadisə Ələt-Astara yolunun 86-cı kilometrliyində, yəni Biləsuvar rayonu ərazisində baş vermişdir. Hadisə baş verən yerdə yol asfalt-beton örtüklü, yoxuşlu, əvvəlcə döngəli, daha sonra düz və qurudur. Görmə məsafəsi kifayət qədərdir. Hadisə baş verən yolun eni 7,6 metrdir, yolun sol və sağ ehtiyat hissəsi açıq ərazidir. Toqquşma yolun hərəkət hissəsinin sağ kənarında, mərkəzə doğru 2,3 metrlik məsafədə baş vermişdir. 2 nəqliyyat vasitəsi toqquşmuşdur, həmin avtomobillərdən “Mercedes Benz 180” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşın dayanmış vəziyyətdə, «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomaşın isə Astara rayonu istiqamətdə hərəkətdə olmuşdur. Hadisə yerində tormoz izi və sürtmə izi aşkar edilməmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 8/2844 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «BMW 318 İ» markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində həmin maddənin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 955 saylı rəyindən görünür ki, Museyibova Xədicə Elsevər qızının bədəni üzərində aşkar edilmiş sol dirsək sümüyünün qismən yerini dəyişən sınığı və hər iki diz oynağı nahiyyəsində sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 15 oktyabr 2022-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 497/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş yuxarı ətrafın said aşağı 1/3-i səviyyəsində amputasiyası ilə nəticələnən mil sümüyünün distal ucunun sınığı, sağ əlin 1-ci barmağının travmatik amputasiyası, sağda bükücü-aşıcı vətər və əzələlərin zədələnməsi, sağ mil-bilək nahiyyəsinin yumşaq toxuma defekti, alın və burun-dodaq büküşü nahiyyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 15 oktyabr 2022-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmayaraq (65%) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarətlərin avtoqəza zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs3 vurması nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 496/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş 2-ci və 3-cü bel fəqərələrin kompression, fəsadlaşmamış sınıqları, 3-cü bel fəqərəsinin hər iki yan çıxıntısının sınıqları, xayalığın hidrosele ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol ayağın sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 15 oktyabr 2022-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində avtomobilin salonunda törənə bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxs X.Qanuni nümayəndə ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərəri qismən ödəyərək, həmin şəxslə barışıq əldə etməyə cəhd göstərmisini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tiplı cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-23/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-23/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver