Məhkəmə qərarları › İş №1(022)-24/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-24/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-24/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1957-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 162.1 və 309.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin rəisi vəzifəsində işləyərkən səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin balansında olan və istismara verilməmiş Biləsuvar şəhəri, Pərvin Əliyev küçəsində yerləşən kanalizasiya baxış quyusunda təmizləmə işlərini görmək məqsədilə, eyni zamanda “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu kitabçası”nda olan idarə, təşkilat, müəssisə rəhbəri başlığının “müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə əsasən kanalizasiya baxış quyusunun havalandırmasını və ventilyasiyasını, habelə işçini fərdi mühafizə vasitəsiləri ilə (konkret olaraq şlanqlı əleyhqazla) təmin etməməklə texniki təhlükəsizlik qaydalalarını pozaraq, 02 iyun 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs həmin kanalizasiya baxış quyusuna nərdivanla enməsinə və orada təmizləmə işləri aparmasına göstəriş vermiş, birbaşa həmin işə rəhbərlik etmiş, bununla da kanalizasiya quyusunda Zərərçəkmiş şəxs təmizlədiyi və eyni zamanda üzərində dayandığı plastik borudan quyunun dibinə yıxılıb, orada bir müddət huşsuz vəziyyətdə qalaraq “komatoz hal, naməlum qazlarla zəhərlənmə, ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı” ilə müşayiət edilən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 14 may 2008-ci il tarixdən hal-hazıradək Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin rəisi vəzifəsində işləyir. Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin funksiyalarına yaşayış binalarının həyətlərinin təmizlənməsi, məişət tullantılarının yığılıb daşınması, kanalizasiya baxış quyularının lehdən təmizlənməsi, sıradan çıxmış kanalizasiya xəttlərinin bərpası, pilləkən qəfəslərinin təmizlənməsi, yararsız dam örtüyünün yenilənməsi, tüstü bacalarının təmizlənməsi daxildir. Onun sözügedən idarənin rəisi kimi vəzifəsi həmin işlərin görülməsi ilə bağlı göstərişlər vermək və görülən işlərin icrasına nəzarət etməkdən ibarət olmuşdur. 02 iyun 2022-ci il tarixdə günün birinci yarısında onun rəhbərlik etdiyi müəssisənin işçiləri ilk olaraq Biləsuvar şəhəri, H.Əliyev küçəsində məişət tullantılarının təmizlənməsi ilə məşğul olmuşlar. Bundan sonra hadisə baş verən ərazidə tikilmiş dörd və beş mərtəbəli binaların həyətndəki kanalizasiya quyusunda nasazlıq yaranması və binaların həyətini çirkli su basması ilə bağlı həmin binaların komendantı ona zəng vuraraq məlumat vermişdir. Bundan sonra o işçiləri ilə birgə həmin kanalizasiya quyusunun yerləşdiyi əraziyə getmiş və orada təmir işləri aparmışdır. Daha sonra A.X.Əskərov ona Biləsuvar şəhəri, P.Əliyev küçəsində də kanalizasiya quyusunun daşdığını və oraya gedib təmir etməli olduqlarını bildirmişdir. Belə ki, A.X.Əskərova bu barədə həmin quyunun yerləşdiyi ərazidə yaşayan sonuncunun xalası qızının xahiş etdiyini, o, fəhlələrlə birlikgə həmin əraziyə gedib kanalizasiya quyularını təmizləyəcəyini bildirmişdir. Bundan sonra A.X.Əskərov Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçiləri ilə birlikdə həmin əraziyə getmişlər. Həmin hadisədən bir neçə gün sonra oğlunun toy məclisinə görə qonaqlara paylayacağı dəvətnamələr A.X.Əskərovun avtomaşınında qaldığına görə o, da 15-20 dəqiqədən sonra həmin əraziyə getmişdir. O, Biləsuvar şəhəri, P.Əliyev küçəsinə gəldikdə, yolun hərəkət zolağındakı kanalizasiya quyusunun üstündəki asfalt örtüyünün dağıdıldığını və Zərərçəkmiş şəxs həmin quyunun üzərində dayandığını görmüşdür. Həmin vaxta kimi onlar bir çox quyuda baş vermiş anoloji nasazlıqları aradan qaldırsalar da, quyunun içərisinə daxil olmamışlar. Habelə Biləsuvar rayonu ərazisində yerləşən kanalizasiya quyularının təmir edilməsinin və təmizlənməsinin rəsmi olaraq onun səlahiyyətlərinə aidiyyəti olmasa da, tapşırıq əsasında hər dəfə həmin təmir və təmizləmə işlərini onun rəhbərlik etdiyi idarə təşkil etmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs kanalizasiya-baxış quyusuna düşdüyü zaman o, həmin quyudan kənarda olmuş və bundan xəbəri olmamışdır. İşçilərə quyuya düşmələri ilə bağlı göstərişi A.X.Əskərov vermişdir. Habelə, nasazlıq baş vermiş quyunun lyuku açıldığı zaman Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 da həmin yoldan keçmiş və avtomobilini saxlayaraq, onların nə etmələri barədə maraqlanmış, qısa müddət sonra da oranı tərk etmişdir. O, A.X.Əskərovla qərara gəlmişdir ki, çirkab sular daşıyan idarənin yük avtomobilini həmin yerə dəvət etsin və həmin nəqliyyat vasitəsindəki çirkab suların təzyiqi ilə əsas kollektora tökülən 200 mm plastmas borunu açsınlar. Bunun üçün o, idarənin işçisi Şahid1 zəng etmiş və həmin şəxsi olduqları yerə çağırmışdır. Bir neçə dəqiqə sonra Şahid1 idarə etdiyi idarənin “QAZ-53” markalı avtomobili ilə həmin yerə gəlmişdir, lakin həmin nəqliyyat vasitəsi gələn vaxta kimi Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən sexdən aliminium nərdivanı götürüb quyunun yanına gətirmiş və quyuya düşmüşdür. Həmin nərdivan, təxminən, 02-2,5 metr hündürlükdə olmuşdur. Lakin Zərərçəkmiş şəxs içərisinə enəcəyi kanalizasiya quyusu, təxminən, 05 metr dərinlikdə olduğu üçün sonuncu məcbur olub Şahid6la həmin nərdivanı plastmas borunun üzərinə qoymuş və həmin borunun üzərinə dirəyərək oraya enmişdir. Zərərçəkmiş şəxs plastmas borunun üzərində dayanandan sonra aliminium pilləkən kanalizasiya quyusundan çıxarılmış və çirkab su daşıyan yük avtomobilinin 100 millimetrlik elastik şlanqı kanalizasiya quyusuna salınmış və sonuncu həmin şlanqı 200 millimetrlik borunun içərisinə itələmişdir. Həmin vaxt Şahid1 yük avtomobilindən çirkab suları boru ilə buraxmışdır. O, kanalizasiya quyusunun yaxınlığında dayanmış və Şahid1 Zərərçəkmiş şəxs quyunun dibinə yıxılması barədə qışqırtısını eşitmişdir. O, kanalizasiya quyusuna tərəf qaçmış və görmüşdür ki, Zərərçəkmiş şəxs üzərində dayandığı plastik borunun üstündən quyunun dibinə yıxılmış və orada uzanıqlı, huşsuz vəziyyətdədir. O, həmin yerdən uzaqlaşıb öz mobil telefonu vasitəsilə əvvəlcə Təcili tibbi yardım xidmətinə və Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə, bir müddət sonra isə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etmiş və kömək istəmişdir. O, mobil telefon vasitəsilə zəng edib kömək istədiyi zaman A.X.Əskərov Zərərçəkmiş şəxs xilas etməkdən ötrü kanalizasiya quyusuna nərdivanla enmiş və huşunu itirərək quyunun dibinə yıxılmışdır. Bundan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gələrək quyuya düşmüş Zərərçəkmiş şəxs və A.X.Əskərovu quyudan çıxarmışlar və hər iki şəxs təcili tibbi yardım maşını ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılmışdır. Həmin kanalizasiya baxış quyusuna enməklə, orada təmir işlərinin aparılması ilə bağlı bütün göstərişləri A.X.Əskərov vermişdir. Onun rəisi olduğu Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin fəaliyyəti ilə bağlı əleyhqaz və digər fərdi mühafizə vasitələrinə ehtiyac olmadığı üçün belə bir vasitələr həmin idarədə yoxdur və buna görə də Zərərçəkmiş şəxs qeyd olunan kanalizasiya baxış quyusunda təmizləmə işlərini apararkən əleyhqaz və digər fərdi mühafizə vasitələrindən istifadə etməmişdir. Onun rəhbərlik etdiyi idarənin əməkdaşları Biləsuvar şəhərində yaşayış binalarının kanalizasiyalarını təmizləməklə məşğul olurlar və həmin kanalizasiya quyuları ortalama yarım metrədək dərinlikdə olur. Zərərçəkmiş şəxs həmin quyuya fərdi mühafizə vasitələri olmadan enib işləməsi qanunsuz olmuşdur, çünki həmin quyunun qoşulduğu və hələ ki istismara verilməmiş su-kanalizsiya sistemi onun rəisi olduğu müəssisənin deyil, “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin balansında olmuş və yalnız sonuncu quyulara enmək və orada təmir işləri görmək səlahiyyətinə malikdir. Həmin quyuya axan kanalizsiya borularına tökülən çirkab suların mənbəyi olan binanın sakinləri isə həmin mənzillərə 2019-cu ildə köçsələr də, kanalizasiya sisteminə 2020-ci ilin mart ayından qoşulmuşlar. Həmin kanalizasiya sistemi isə hələ ki tam istismara verilməmişdir. Bundan başqa, onun rəhbərlik etdiyi idarənin əməkdaşlarına texniki təhlükəsizliklə bağlı təlimat keçirilməsi mühəndis A.X.Əskərovun vəzifə borcu olmuşdur. O, sonuncunun həmin texniki təhlükəsizlik təlimlərinin keçirilməsinə dair jurnalı hara apardığını və həmin jurnalın harada olduğunu bilmir. Həmin jurnalda işçilər hər il təlimat keçdikdən sonra imza etməklə təlimlərdə iştirak etmələrini təsdiq etmişlər. O, həmçinin bildirdi ki, həmin hadisənin baş verdiyi Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən, 2019-cu ildə inşa edilmiş 48 mənzildən ibarət olan 04 mərtəbəli binanın kanalizasiya xətti istismara verilməsə də, həmin binanın kanalizasiya xətti Biləsuvar şəhərinin hələ istifadəyə verilməmiş əsas kanalizasiya xəttinə qoşulmuşdur və buna görə də kanalizasiya xətti yüklənmiş, kanalizasiya quyusu dolub daşmışdır. Sonda, Təqsirləndirilən şəxs baş vermiş hadisədə heç bir təqsirinin olmadığını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1 və 309.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, 12 yanvar 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsal sahəsində fəhlə işləmişdir. 02 iyun 2022-ci il tarixdə Biləsuvar şəhəri, P.Əliyev küçəsində kanalizasiya quyusunda Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsal sahəsinin işçiləri tərəfindən təmizlik işləri qanunsuz aparılmış, ona qanunsuz göstəriş vermişlər, həmin yerdə işləmək onların əmək funksiyalarına daxil olmamışdır. 02 iyun 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs və A.X.Əskərov onu və Şahid6 Biləsuvar şəhəri, P.Əliyev küçəsində kanalizasiya quyusunun daşması ilə bağlı hadisə baş verən yerə aparmışlar. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 həmin yerə gələrək, əsas kanalizasiya quyusunun yerini göstərmişdir. Bundan sonra sonuncu həmin yeri tərk edib getmişdir. Həmin kanalizasiya quyusu asfalt yolda, yolun hərəkət zolağında yerləşmiş və üzəri asfaltla örtülmüşdür. A.X.Əskərov bildirmişdir ki, həmin quyunun lyuku açılmalıdır. A.X.Əskərovun göstərişi əsasında o və Şahid6 külüng və kuvald vasitəsilə asfalt örtüyünu dağıtmışlar, Bundan sonra o, dəmir lyuku qaldıraraq kanalizasiya quyusunu açmış və quyuya baxış keçirəndə müəyyən olmuşdur ki, quyunun orta hissəsindən çıxan və küçədən gələn plastik borudan çirkab sular sızıntı ilə əsas kollektora tökülür və kanalizasiya quyusundan çirkab suların kəskin qoxusu gəlir. Belə ki, həmin kanalizasiya quyusunun daşmasına səbəb plastik borunun tutulması olmuşdur. Təqsirləndirilən şəxs həmin yerdə dayanıb onlara göstərişlər vermişdir ki, sözügedən kanalizasiya quyusuna düşüb quyunun orta hissəsindən çıxan plastik “qarmoşkah” borunu təmizləsinlər və tıxacı aradan qaldırsınlar. O, quyuya düşməkdən ötrü nə nərdivanla, nə də ki iplə təmin olunmadıqları üçün yaxınlıqda yerləşən mebel sexində çalışan mühafizəçidən, təxminən, 2,0-2,5 metr hündürlükdə aliminium nərdivan almışdır. Bu zaman Şahid1 öz kanalizasiya sularını çəkən avtomobili ilə onların yanına gəlmiş və həmin nəqliyyat vasitəsinin şlanqı ilə əsas boruya çirkab sular təzyiqlə axıdılacağı təqdirdə baş vermiş nasazlığıan aradan qaldırıla biləcəyi qənaətinə gəlmişlər. Bundan sonra həmin nərdivanı Şahid6la birlikdə kanalizasiya quyusuna salmışlar və quyudakı plastik borunun üzərinə dayamışlar. Şahid6 artıq çəkili olduğuna görə həmin quyuya düşə bilməmiş və o məcbur qalıb həmin quyuya özü düşmüşdür. Şahid1 nəqliyyat vasitəsinin şlanqını ona uzatmış və onlar bir neçə dəqiqə ərzində maşında olan çirkab suyu boruya axıtmışlar. Həmin vaxt o, yaranmış təzyiqə görə quyunun dibinə yıxılmışdır. O, hadisənin necə baş verdiyini tam xatırlamır, hadisədən sonra yaddaşı pozulmuş və xəstəxanada ayılmışdır. Hazırki tarixədək sağ çiyni, sağ qolunda, başının ənsə hissəsində, sağ budunda ayağında ağrılar var və həmin ağrılardan gecələr yata bilmir. O, həmçinin, bildirdi ki, ona və onunla birlikdə fəhlə işləyən Şahid6 hadisə baş verən quyuda tıxacı aradan qaldırılması ilə bağlı göstəriş Təqsirləndirilən şəxs vermişdir. Ümumiyyətlə, kanalizasiya baxış quyusunda təmizləmə işinin aparılması üçün o və hər hansı işçi şlanqlı əlehqaz da daxil olmaqla, heç bir fərdi mühafizə vasitələri ilə təchiz edilməmişdir. O, işdən azad olunacağından ehtiyat edib fərdi mühafizə vasitələrini tələb etməmişdir. Hadisə baş verən kanalizasiya baxış quyusu hələ istismara təhvil verilməmiş və onların həmin kanalizasiya quyusunda hər hansı iş görməyə icazələri olmamışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, o Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin digər işçiləri ilə birlikdə, həmin gün, hadisənin baş verdiyi kanalizasiya quyusundan başqa, Biləsuvar şəhərində fərqli ərazidə yerləşən digər bir kanalizasiya quyusunu da təmizləmişlər. Hər iki kanalizasiya quyusunun açılması və çirkab sularının axımının təmin edilməsi barədə göstərişləri rəis kimi Təqsirləndirilən şəxs özü vermiş, mərhum A.X.Əskərov isə mühəndis kimi həmin göstərişlərin icrasına nəzarət etmişdir. Bu cür kanalizasiya quyularının təmizlənməsi halları dəfələrlə olmuşdur və o, digər iş yoldaşları ilə birlikdə dəfələrlə Biləsuvar şəhəri ərazisində müxtəlif kanalizasiya quyularını təmizləmiş, çirkab sularının axımının təmin etmişlər. Lakin hazırda Təqsirləndirilən şəxs mühəndis Zərərçəkmiş şəxs hadisə zamanı ölməsindən suiistifadə edərək, güya onun kanalizasiya quyusuna enməsi ilə bağlı göstərişin güya mərhum Zərərçəkmiş şəxs tərəfindən verildiyini iddia etsə də, əslində kanalizasiya quyusunun təmizlənməsi ilə bağlı bütün işlər məhz Təqsirləndirilən şəxs göstərişi və bilavasitə nəzarəti altında həyata keçirilmişdir. O, Zərərçəkmiş şəxs xalası qızının evinin kanalizasiya xəttini təmizləmək üçün heç vaxt öz həyatını riskə atıb, təxminən 6 metr dərinliyindəki quyuya enməz və orada çirkab sularının təmizlənməsi işini görməzdi. Lakin o, Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsal sahəsinin rəisi Təqsirləndirilən şəxs göstərişlərini icra etməyə məcbur olduğu üçün yuxarıda qeyd edilən işləri görmüş və bu zaman ağır xəsarətlər almışdır. Təqsirləndirilən şəxs isə hadisə nəticəsində ona vurulmuş maddi zərəri ödəməmişdir. Buna görə də o, uzun müddət müalicə aldıqdan sonra həmin işdən çıxmış və Bakı şəhərində eyni xidmət üzrə başqa təşkilatda işə girmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurulmuş maddi zərəri ödəmədiyini, bununla belə həmin şəxsi etdiyi əməlinə görə bağışladığını və həmin şəxsə cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Səfərov Nürəddin Aqadi oğlu bildirdi ki, o, təxminən, 4 ildir ki, “DOST iş Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətində fəhlə kimi işə götülürmüş və həmin tarixdən bu günə kimi fəhlə kimi Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinə təhkim olunmuşdur. 02 iyun 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində səhər saatlarında 05 mərtəbəli binanın həyətində kanalizasiya borusu tutulmuşdur. Həmin binanın həyətindəki quyuda yaranan tıxacı aradan qaldırandan sonra həmin gün saat 13 radələrində A.X.Əskərov onun və Zərərçəkmiş şəxs yanında Təqsirləndirilən şəxs A.X.Əskərovun xalası qızının evinin qarşısında kanalizasiya quyusu dolub daşdığını və yaranmış tıxacı aradan qaldırmaq lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstəriş vermişdir ki, onlar birlikdə gedib həmin kanalizasiyada yaranmış tıxacı aradan qaldırsınlar. Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin yerləşdiyi bina ilə hadisə yerinin arasındakı məsafə, təxminən, 300- 400 metrdir. Həmin gün saat 16 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsi ilə kəsişən dalandakı dolub-daşan kanalizasiya quyusuna onlar baxmış və belə bir qənaətə gəlmişlər ki, ana xətt olan əsas lyukdan müdaxilə olunaraq kanalizasiya borusu açılmalıdır. Beləliklə, ara küçədə daşmış kanalizasiya quyusunun lyuku açılmış, lakin həmin quyudan P.Əliyev küçəsinə gedən boruda tıxac aradan qalxmamışdır. O, A.X.Əskərovun göstərişi ilə Zərərçəkmiş şəxslə birlikdə həmin küçədə yoldakı asfalt örtüyünü lomla dağıtmış və kanalizasiya lyukunun dəmir qapağını açmışdır. Həmin işə nəzarəti isə birbaşa A.X.Əskərov həyata keçirmiş və Təqsirləndirilən şəxs həmin quyunun yaxınlığında olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs nasazlıq baş vermiş quyunun yerləşdiyi əraziyə gəlmişdir. Bundan əlavə, hadisə yerinə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini də gəlmiş və orada olduğu müddətdə Şahid3 bildirmişdir ki, həmin kanalizasiyanın borusunu açmaq və orada baş vermiş nazaslığı aradan qaldırmaq Şahid12 rəhbəri olduğu, kanalizasiya xəttinin tikintisini həyata keçirən müəssisənin vəzifəsidir və onlar həmin kanalizasiya quyusuna müdaxilə etməməlidirlər. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxsla həmin mövzuda 5-10 dəqiqə söhbət etmiş və ordan uzaqlaşıb getmişdir. Kanalizasiya quyusunun qapağı açılan zaman kəskin qaz iyi gəlsə də, A.X.Əskərov ona və Zərərçəkmiş şəxs göstəriş vermişdir ki, quyuda borunun təmizlənməsini həyata keçirsinlər. Bu zaman Təqsirləndirilən şəxs mobil telefonu ilə zəng edərək həmin yerə idarənin sürücüsü Şahid1 də çağırmışdır ki, sonuncu daşmış kanalizasiya quyusundan çirkab suları idarə etdiyi “QAZ-53” markalı avtomobili ilə çəksin, daha sonra nəqliyyat vasitəsinin borusu kanalizasiya quyusundakı, təxminən 200 millimetr diametrində olan borunun içərisinə salınsın və çirkab sular yük avtomobilindən təzyiqlə verilsin, nəticədə də tıxac açılsın. Həmin borudakı tıxac əsas kanalizasiya quyusu ilə ara küçədəki yerləşən quyu arasında yerləşir. Bundan 5-10 dəqiqə sonra Şahid1 idarənin çirkab su daşıyan nəqliyyat vasitəsi ilə gəlib ara küçədə dolub daşan kanalizasiya quyusundan çirkab suları avtomobilinə çəkmişdir. Lakin quyuda yaranmış tıxac aradan qalxmamışdır.Daha sonra Şahid1 idarə etdiyi nəqliyyat vasitəsini hadisə baş verən kanalizasiya lyukunun yaxınlığında saxlamışdır. A.S.Mirzəyev quyuya düşmək məqsədi ilə ətraf ərazidə yerləşən sexdən 2,0- 2,5 metr hündürlükdə aliminium nərdivan gətirmişdir. Daha sonra A.S.Əskərovun göstərişi ilə o, Zərərçəkmiş şəxslə aliminiumdan olan nərdivanın aşağı hissəsini həmin kanalizasiya quyusunda yerdən, təxminən, 03 metr hündürlükdə yerləşən 200 millimetr diametirli plastik “qarmoşkah” borunun üzərinə dirəyərək qoymuşlar. Nərdivanın aşağı hissəsini borunun üzərinə dayadıqdan sonra nərdivanın baş hissəsi kanalizasiya quyusunda lyuka 40-50 santimetr məsafədə divara dayanmışdır. O, artıq çəkili və yüksək qan təzyiqi olduğu üçün quyuya enməmiş, A.X.Əskərovun göstərişi ilə Zərərçəkmiş şəxs kanalizasiya quyusuna nərdivanla sözügedən borunun üzərinə enmişdir. Bundan sonra o, Şahid1lə birlikdə avtomobilin 100 millimetrlik elastik borusunu kanalizasiya quyusuna sallamışdır. Quyuda olan Zərərçəkmiş şəxs isə həmin plastik borunun digər ucundan tutub özünə çəkmiş və üstündə dayandığı diametri 200 millimetr olan borunun içərisinə salmışdır. Şahid1 öz avtomobilinə doğru gedib çirkab suyu 200 millimetrlik boruya axıtmaq məqsədilə çənin açarını açmışdır. Həmin vaxt çirkab su, təxminən, 15-20 saniyə axmışdır ki, Zərərçəkmiş şəxs qəfildən qışqıraraq ona bildirmişdir ki, sonuncunun nəfəsi kəsilir və quyudan çıxarılmalıdır. Elə həmin an Zərərçəkmiş şəxs borunun üstündən sağ yanı üstə quyunun dibinə yıxılmış və borudan tökülən çirkab sular sonuncunun üzərinə axmış, lakin Zərərçəkmiş şəxs hərəkətsiz halda, uzanıqlı vəziyyətdə quyunun dibində qalmışdır. Bundan sonra Şahid1 avtomobilinin çəninin krant açarını bağlamış və kanalizasiya quyusu tərəfə qaçmışdır. O, Şahid1lə birlikdə nərdivanı həmin borunun üzərinə yenidən qoymuşlar ki, sonuncu quyunun dibinə düşüb Zərərçəkmiş şəxs çıxarsın. Daha sonra isə Şahid1 nərdivanla sinəsi səviyyəsində quyuya enmiş və boğulduğuna görə quyuda çox qala bilməmişdir. A.X.Əskərov həmin vaxt quyunun yanında dayanmış və Zərərçəkmiş şəxs quyunun dibinə yıxılmasını görmüşdür. Təqsirləndirilən şəxs isə sonradan bundan xəbər tutmuş və müxtəlif yerlərə zəng edib hadisə yerinə kömək çağırmışdır. Bu vaxt həmin yerə kənardan tanımadığı şəxslər toplaşmışdır. Həmin vaxt A.X.Əskərov əynindəki köynəyini soyunaraq divardan asmış, kanalizasiya quyusuna doğru yaxınlaşmış və özü nərdivanla borunun üzərinə enmişdir. Daha sonra ona demişdir ki, Zərərçəkmiş şəxs yanına düşməsi üçün nərdivanı versin. A.X.Əskərov həmin borunun üzərinə enmiş və nərdivanı əlinə aldığı zaman qəfildən ayağı üstdə yana doğru getmiş və plastik borunun üzərindən quyunun dibinə, Zərərçəkmiş şəxs üstünə yıxılmışdır. A.X.Əskərov quyunun dibindədə huşsuz və yarımuzanıqlı vəziyyətdə dilini çıxarıb sirkələnərək, boğulmuşdur. O, bundan sonra quyunun dibinə doğru qışqırmışdır ki, quyuya yıxılmış şəxslər ayılsınlar. Bu vaxt kanalizasiya tikinti işlərini görən şirkətin “Mitsubishi L-200” markalı pikap modelli avtomobili hadisə yerinə yaxınlaşmışdır. Həmin avtomobil vasitəsilə hadisə yerinə gələn üç nəfər əməkdaş avtomobildə olan su nasosuna aid qalın kəndiri quyunun dibinə sallamışlar ki, Zərərçəkmiş şəxs və A.X.Əskərov həmin kəndirdən tutsunlar, lakin onların bu cəhdi uğursuz olmuş və sonuncular quyunun dibində huşsuz, tərpənişsiz vəziyyətdə qalmışlar. Daha sonra hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri xüsusi avadanlıq vasitəsi ilə və əleyhqazla quyunun dibinə düşüb oradan növbə ilə Zərərçəkmiş şəxs və A.X.Əskərovu çıxarmışlar və həmin yerə gələn təcili tibbi yardım xidmətinin həkimləri dərhal quyudan çıxarılan şəxslərə tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs, təxminən, quyuda 25 dəqiqə, A.X.Əskərov isə həmin quyuda təxminən 10-15 dəqiqə qalmışdır. O, həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs hadisə baş verən quyuya borunun üzərinə enməsinə göstərişi bilavasitə Təqsirləndirilən şəxs yanında mühəndis A.X.Əskərov vermiş və hadisə baş verən kanalizasiya quyusuna düşərkən texniki-təhlükəsizlik qaydalarına riayət olunmamışdır. Ümumiyyətlə, onlar quyuya düşdükləri zaman heç bir əleyhqazla və ya digər hər hansı bir fərdi təhlükəsizlik vasitələri ilə təmin edilməmişlər. Eyni zamanda o, quyudan kəskin qaz iyi gəlsə də, həmin quyunun içərisində olan qazların zəhərli olduğunu bilməmişdir. Hadisə baş verən kanalizasiya quyusundan kəskin qaz iyi gəlmiş, lakin həmin quyu havalandırılmamışdır. A.X.Əskərova kanalizasiya quyusuna enməsinə dair heç kim göstəriş verməmiş, sonuncu özü Zərərçəkmiş şəxs xilas etmək məqsədi ilə quyunun içərisindəki borunun üzərinə enmiş və huşunu itirib quyunun dibinə yıxılmışdır. Bundan başqa, o, işdən azad olunacağından çəkinib fərdi mühafizə vasitələri ilə təmin edilmələrini tələb etməmiş və onlara aid olmayan yerdə işləmələrinə etirazını bildirməmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2013-cü ildən Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsində sürücü kimi işləyir və həmin müəssisənin “QAZ-53” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edir. Onun işi Biləsuvar rayonu ərazisində yerləşən kanalizasiya quyularından çirkli suların çəkilməsi olmuşdur. 02 iyun 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq, Biləsuvar şəhəri, P.Əliyev küçəsinə gəlməsini bildirmişdir. Həmin yerə çatdıqdan sonra ona məlum olmuşdur ki, ara küçədə kanalizasiya quyusu daşmış və binaların həyətinə çirkab sular axmışdır. O, həmin quyudan çirkab suları çəksə də, ana xətt borunun keçdiyi kanalizasiya quyusunda yaranmış tıxac aradan qalxmamışdır. Ara küçədə yerləşən kanalizasiya quyusundan axan çirkab sular borular vasitəsilə P.Əliyev küçəsində yerləşən ana xətt kanalizasiya quyusuna tökülür. Hadisə baş verən küçəyə çatdığı zaman işçilər tərəfindən quyunun üzərindəki asfalt örtüyünün dağıdıldığının və quyunun qapağının açıldığını görmüşdür. Həmin nasazlığı aradan qaldırmaq üçün o, həmin ana xətt kanalizasiya borusuna idarə etdiyi yük maşının 100 millimetrlik borusu vasitəsilə çirkab suları təzyiqlə vuraraq tıxacın aradan qaldırması barədə A.X.Əskərovdan göstəriş almışdır. Bundan sonra Zərərçəkmiş şəxs uzunluğu, təxminən, 02 metr olan aliminium nərdivan tapmış və quyuya enərək həmin magistral borunun üzərində dayanmışdır. Bundan sonra o, yük maşının şlanqını ona uzatmış və boruya təzyiqlə çirkab suları axıtmağa başlamışdır. Lakin bu proses bir neçə dəqiqə çəkmiş və sonradan Zərərçəkmiş şəxs qışqırığını və digər işçilər sonuncunun quyunun dibinə yıxılmasını bildirdikdən sonra o, prosesi dayandırmış və dərhal quyuya yaxınlaşmışdır. O, quyunun dibində Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə uzanmasını görmüş və kəndir taparaq quyuya enməyə çalışmışdır. Kəndir vasitəsilə o, quyuda olan nərdivana ensə də, nəfəs ala bilməmiş və buna görə də kanalizasiya quyusundan dərhal çıxarılmışdır. Bundan sonra A.X.Əskərov yaranmış vəziyyəti görmüş və özü heç kimin göstərişi olmadan soyunaraq, Zərərçəkmiş şəxs xilas etmək üçün həmin quyuya düşmüşdür. Həmin vaxt o da, həmin quyunun dibinə yıxılmışdır. Bundan başqa, Şahid1, bildirdi ki, hadisə baş vermiş quyu, təxminən, 5-6 metr dərinliyində olmuş və həmin quyudan zəhərli qaz qoxusu gəlsə də, onlar fərdi mühafizə vasitələri ilə təmin olunmayaraq, həmin ventilyasiya edilməmiş quyuda nasazlığın aradan qaldırılması məqsədilə iş görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 02 iyun 2022-ci il tarixdə saat 17:05-də Biləsuvar rayon Dövlət Yanğından Mühafizə hissəsinə Biləsuvar şəhərində “saat dairəsi” adlanan yerin yaxınlığında quyuya kiminsə düşməsi barədə telefon zəngi daxil olmuşdur. Həmin vaxt o, hissənin növbə rəisi olmuşdur. Çağırış əsasında 17:06-da "Nissan Patrol” markalı qəza xilasetmə xidməti avtomobili ilə o və hissənin daha üç nəfər xilasediciləri hadisə yerinə yola düşmüşlər və saat 17:10-da hadisə yerinə çatmışlar. Hadisə yerində olduqları zaman o, kanalizasiya baxış quyusunun dibində iki nəfərin huşsuz vəziyyətdə olduğunu görmüşdür. Həmin iki nəfərdən birinin uzanıqlı vəziyyətdə, digərinin isə ona söykənmiş və yarıuzanıqlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisə baş vermiş kanalizasiya quyusundan qıcqırma nəticəsində yaranmış zəhərli qazların kəskin iyi gəlmişdir. Buna görə saat 17:11-də o, daxili hissə rəisi Soltan Eyvazova zəng edərək xilasetmə işlərini aparmaqdan ötrü əleyhqaza ehtiyac olduğunu və hadisə yerinə gətirilməsini bildirmişdir. Bunun ardınca əleyhqaz gələnədək xilasetmə əməliyyatını həyata keçirmək məqsədi ilə üç ayaq lyukun üzərində qurulmuşdur. Hadisə yerinə saat 17:18-də hissə rəisi Soltan Eyvazov “MS A" markalı əleyhqazı gətirmiş və özü xilasetmə əməliyyatına rəhbərlik etmişdir. Daha sonra həmin şəxslərin kanalizasiya quyusundan xilasetmə əməliyyatı həyata keçirilmişdir. Bunun üçün hissənin bir nəfər əməkdaşı əleyhqazla xüsusi qurğu vasitəsilə quyunun dibinə düşmüş və quyunun dibində zərərçəkmişlərin qoltuq altına kəndiri keçirmiş, onlar isə yuxarıdan quyunun dibində olanları çəkib çıxarmışlar. Buna dair mobil telefon vasitəsilə xilasetmə prosesinin videoçəkilişi aparılmışdır. Kanalizasiya quyusundan birinci A.X.Əskərov, daha sonra isə Zərərçəkmiş şəxs çıxarılmışdır. Həmin videoçəkilişin “detallar” bölümündən də görünür ki, Zərərçəkmiş şəxs kanalizasiya quyusundan çıxarılmasına dair videoçəkiliş saat 17:23-də aparılmışdır. Həmin kanalizasiya quyusunda xilasetmə əməliyyatı aparıldığı zaman o, divara 2,5-3,0 metrlik aliminium nərdivan söykənilmiş olduğunu görmüşdür. Onların hadisə yerinə çıxmaları, hadisə yerinə çatmaları və xilas etmə əməliyyatının nəticəsi və vaxtı barədə hissənin dipsetçerinə telefon vasitəsilə məlumat verilmiş və bu barədə müvafiq kitabda qeyd aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 bildirdi ki, o “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətində 2017-2018-ci illərdə Biləsuvar şəhəri su-kanalziasiya xətlərinin layihə üzrə tikinti-quraşdırması prosesində sahə rəisi vəzifəsində işləmişdir. Layihə sona çatdığı üçün 2018-ci ildən o, öz xahişi ilə işdən azad olunmuşdur. Həmin layihənin icrası 2011-ci ildən başlasa da, hissə-hissə davam etmiş və hal-hazırda həmin layihə ilə bağlı tikinti işləri başa çatsa da, çəkilmiş xətlər hələ ki istismara verilməmişdir. 2021-ci ilin avqust ayından o, Biləsuvar şəhərində su-kanalizasiya xətlərinin layihə üzrə tikinti-quraşdırılmasının yekunlaşdırılması məqsədi ilə “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətində sahə rəisi vəzifəsinə işə götürülmüş və hazırki tarixədək həmin vəzifəni icra edir. Sahə rəisi kimi vəzifəsi kanalizasiya və kollektor xəttlərinin Biləsuvar şəhərində tikinti və quraşdırılmasına nəzarət etməkdən ibarətdir. 02 iyun 2022-ci il tarixdə saat 14 radələrində Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 onun mobil nömrəsinə zəng edərək bildirmişdir ki, Biləsuvar şəhərində “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin keçmiş anbarının yaxınlığında çirkab sular kanalizasiya quyusuna dolmuşdur və həmin suları nasosla çəkib əsas kollektora vurmaq lazımdır, bunun üçün o, su nasosu göndərməlidir. O, sonuncuya onun hal-hazırda kömək üçün göndərəcək işçisi və nasosu olmadığını, habelə kanalizasiya quyusuna müdaxilə etməmələrini bildirmişdir. Həmin kanalizasiya quyularına ətraf ərazidə yaşayan sakinlər qeyri-qanuni qoşulmuş, buna görə də çirkab sular kanalizasiya quyularına dolmuşdur. Bundan başqa o, qanunsuz müdaxilə edilən çirkab su borularının istiqamətindən müəyyən etmişdir ki, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “jil dom” adlanan 02 mərtəbəli binaların kanalizasiya xəttləri qanunsuz olaraq hadisə baş verən yerdə P.Əliyev küçəsi ilə kəsişən dalandakı istismara təhvil verilməmiş şəbəkə xəttinə qoşulmuşlar. Belə ki, hadisə baş verən gün o, həmin yerə şirkətin “pikap” tipli avtomobili ilə su nasosunu göndərmişdir. Həmin yerə göndərilən “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin işçisi Şahid9 ona məlumat vermişdir ki, Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçiləri həmin küçədə asfalt örtüyünü dağıdaraq kanalizasiya kollektoru baxış quyusuna qanunsuz daxil olmuş və orada müəyyən işlər görmüşlər, lakin su nasosunu istifadə etməmişlər. Bir müddət sonra ona məlumat vermişlər ki, Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçisi nərdivanla quyudakı plastik borunu üstünə düşmüş və oradan quyunun dibinə yıxılmışdır. Sonuncunun üzərində dayanmağa çalışdığı plastik borunun diametri 200 millimetrdir və həmin borunun üzərində dayanmaq mümkün deyildir. Ümumiyyətlə, “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyəti 2011-ci ildə tenderdə qalib gələrək “Azərsu” açıq səhmdar cəmiyyətinin sifarişi ilə 2011-2014-cü illərdə Biləsuvar şəhərində kanalizasiya sistemin tikinti və quraşdırılmasına başlamışdır. Bundan sonra “Azərsu” açıq səhmdar cəmiyyətinin növbəti sifarişi ilə 2017-2018-ci illərdə həmin şirkət Biləsuvar şəhərində kanalizasiya sisteminin tikintisinə davam etmişdir. Bundan başqa, Biləsuvar şəhərində kanalizasiya tikinti işlərinin yekunlaşdırılması ilə bağlı “Azərsu” ilə “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyəti arasında 2021-ci ilin avqust ayında müqavilə bağlanmış və sonuncu 2022-ci ilin aprel ayında Biləsuvar şəhərində kanalizasiya tikinti işlərini yekunlaşdırmışdır, lakin ekoloji problem yaranmaması üçün təmizləyici qurğunun birinci fazasının tikilib-quraşdırılması yekunlaşdırılmamış və buna görə də kanalizasiya sistemi Biləsuvar şəhərində istismara verilməmişdir. Kanalizasiya sisteminin istismara verilməsi üçün işlərin hamısı yaxın gələcəkdə “Azərsu” açıq səhmdar cəmiyyətinə təhvil veriləcək, bundan sonra isə sonuncu tərəfindən kanalizasiya sistemi sakinlərin istismarına veriləcəkdir. Lakin kanalizasiya quyularının hal-hazırda istimara verilməməsinə baxmayaraq, həmin ərazidə məskunlaşan əhali tərəfindən kanalizasiya sisteminə kütləvi qanunsuz qoşulmalar vardır. Həmin qoşulmalar səbəbi ilə kanalizasiya baxış quyuları çirkab sularla dolmuşdur. Beləliklə, hadisə baş verən quyunun dərinliyi 5,30 metr, diametri isə 1,20 metr təşkil edir. Dərinliyi 03 metr və daha çox olan kanalizasiya quyularında yekunda statik nərdivanın qurulması nəzərdə tutulmuş və hadisə baş verən quyuda da statik nərdivanın qurulması planlaşdırılmışdır. Biləsuvar şəhərindəki kanalizasiya xəttinin xəritəsindən göründüyü kimi hadisənin baş verdiyi əsas kollektor yaxınlığında yerləşən ara küçədə 04 ədəd kanalizasiya baxış quyusu vardır. Həmin kanalizasiya quyularının dərinliyi 1,70-2,0 metrdir. 02 iyun 2022-ci il tarixdə əsas kollektora birləşən quyunun dolub-daşmasına səbəb isə həmin quyu ilə P.Əliyev küçəsindəki kollektor arasında bənd quraşdırılaraq əlaqənin kəsilməsi olmuşdur. Burada məqsəd qrunt sularının əsas kollektora daxil olmasının qarşısını almaq olmuşdur. Hal-hazırda layihə üzrə sınaq işləri aparılır, yəni quyular yuyulur, təmizlənir, layihə üzrə qoyulmuş bəndlər hissəhissə götürülür. O, həmçinin bildirdi ki, həmin quyuda bəndin olmasını Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçiləri nəzarə almamışlar və əsas kolletorun lyukunu açaraq həmin quyuya daxil olmuşlar. Bundan başqa, hadisə baş verən kanalizasiya kollektor baxış quyusu onun çalışdığı müəssisənin balansında olduğu üçün Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçilərinin həmin quyularda hər hansı işlərin görülməsinə səlahiyyətləri olmamışdır. Ümumiyyətlə, dərin kanalizasiya baxış quyularında yuma, təmizləmə, havalandırma işləri onlar tərəfindən aparılır, zərurət yarandığı təqdirdə isə həmin işləri görmək üçün təhlükəsizlik kəmərindən və əleyhqazdan istifadə olunur. Lakin kanalizasiya quyularının təmizlənməsi üçün həmin quyuya düşməyə ehtiyac yoxdur. Hadisə baş verən quyuda bənd aradan götürülüb çirkab su çəkilməli, daha sonra yüksək təzyiqlə təmiz su vurulmaqla həmin quyudakı sular təbii yolla axıdılmalı idi. Bundan başqa, kanalizasiya sistemi istismara təhvil verildikdən sonra onlar tərəfindən kanalizasiyanın təmizlənməsi üçün avtonəqliyyat şəklində xüsusi texniki vasitələr də veriləcəkdir. Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçiləri isə, ümumiyyətlə, onun xəbəri olmadan gizli şəkildə Biləsuvar şəhərində istismara verilməmiş “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin balansında olan kanalizasiya quyularına müdaxilə edirlər. O, əvvəllər dəfələrlə Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin rəisi Təqsirləndirilən şəxs, mühəndisi A.X.Əskərova, bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinə, həmçinin hadisə baş verən gün Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 şifahi müraciət edib bildirmişdir ki, kanalizasiya baxış quyusuna “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətinin işçilərindən başqa kənar şəxsin müdaxilə etməsi qadağandır. O, həmçinin, bildirdi ki, Biləsuvar şəhəri, P.Əliyev küçəsində hadisə baş verən quyunun üzərinə 20 avqust 2017-ci il tarixdən əvvəl asfalt çəkilmişdir. O, Biləsuvar rayonuna kanalizasiya sistemini çəkməkdən ötrü ilk dəfə 20 avqust 2017-ci il tarixdə gəldiyi zaman quyunun üzərində asfalt örtüyünün çəkildiyini görmüşdür. Lakin həmin asfalt örtüyü çəkilərkən kanalizasiya quyularının lyuklarının qapaqları nəzərə alınmamış, texniki təhlükəsizlik qaydaları pozulmuşdur. Belə ki, kanalizasiya lyukunun üzərində dəliklər olur, həmin dəliklər quyularda havalandırmanın aparılması və zəhərli qazların toplanmasının qarşısının alınması üçündür. Eyni zamanda yeni asfalt örtüyü çəkilərkən lyukların üstünün örtülməməsi üçün dəfələrlə “Azəravtoyolservis” müəssisəsi ilə əlaqə saxlamış, lakin onun cəhdləri heç bir nəticə verməmişdir. O, hətta asfalt lyukların olduğu yerləri bildirmiş və üzərinin açılmasının təşkil edilməsini istəmişdir. O, asfalt örtüyün həmin küçədə hansı şirkət tərəfindən çəkildiyini bilmir. İş üzrə şahid kimi dindirilmiş Şahid11 məhkəmədə bildirdi ki, onun hadisə barədə sonradan məlumatı olmuşdur. O, 2019-cu ildən indiyədək, təxminən, 4 ilə yaxındır ki, Biləsuvar rayon Su-kanal sahəsinin rəisi vəzifəsində çalışır. Biləsuvar rayonunda iki ədəd çoxmənzilli yeni bina inşa edilmişdir və həmin binalardan biri də bədbəxt hadisənin baş verdiyi binadır. Sözügedən quyuya axan çırkab suların mənbəyi olan həmin bina kanalizasiya xəttinə 2020-ci ilin mart ayında qoşulmuşdur. Lakin sakinlər həmin binaya 2019-cu ildən köçmüş və 2020-ci ilin mart ayına kimi həmin binadan axan çirkab sular binanın arxasında yerləşən şanbolara tökülmüşdür. Həmin binada yaşayan sakinlərdən magistral kanalizasiya xəttinə qoşulmadıqlarına görə pul alınmasa da, əlavə xətt çəkilərək həmin bina da mərkəzi kanalizasiya xəttinə qoşulduqdan sonra onlardan da kanalizsiya quyularının təmizlənəsi üçün pul alınmışdır. Həmin binanın hələ istismara verilməmiş kanalizasiya xəttinə qoşulmasında “Azərsu” açıq səhmdar cəmiyyətinin nümayəndələri şəxsən iştirak etmişlər. Lakin həmin kanalizasiya sistemi hələ istisamara verilmədiyinə görə orada hər hansı işin görülməsi onların və ya Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçilərinin səlahiyyətinə aid deyildir. Bu işlərin görülməsinə məsul şəxs podratçı təşkilat “Təmir-Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətidir. Lakin podratçı təşkilat Biləsuvar rayonuna 2021-ci ilin noyabrında gəlmişdir. Həmin quyuların təmizlənməsində onun rəhbərlik etdiyi müəssisə də iştirak edib. Həmçinin Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçiləri də bu məsələdə onlara kömək etmişdir. Həmin quyuların təmizlənməsi üçün pul onlar tərəfindən yığılmır. Şahid11 həmçinin bildirdi ki, həmin quyuların təmizlənməsi zamanı işçilər onlara fərdi mühafizə vasitələri verilmədiyinə görə həmin vasitələrdən istifadə etmirlər. Təqsirləndirilən şəxs rəhbərlik etdiyi müəssisənin səlahiyyəti yoxdur ki, həmin quyulara müdaxilə edib, quyunun içərisinə düşsün və orada iş görsünlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 bildirdi ki, o, Şahid12lə birgə “Təmir- Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətində çalışır. Sonuncu hadisə baş verən gün ona zəng vurmuş və bildirmişdir ki, Biləsuvar şəhəri, P.Əliyev küçəsində kanalizasiya xətti tutulmuşdur. O, Şahid12 göstərişi ilə həmin kanalizasiya baxış quyusunun yerləşdiyi əraziyə getmiş və hadisə yerində Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçilərini görmüşdür. Hadisə yerinə çatdığı zaman o, həmin kanalizasiya quyusundan bir yük maşınının çirkab suları çəkdiyini, habelə Təqsirləndirilən şəxs və A.X.Əskərovu yolun kənarında görmüşdür. O, hadisə yerində olduğu zaman Zərərçəkmiş şəxs quyuya düşmüş və buna görə də o, quyuya düşüb sonuncunu xilas etmək məqsədi ilə ip axtarmağa getmişdir. Qayıtdığı zaman o, həmin quyuya A.X.Əskərovun da düşmüş olduğunu və hər ikisinin də quyunun dibində huşsuz vəziyyətdə uzandığını görmüşdür. O, həmçinin bildirdi ki, həmin quyuda tutulmalar bundan əvvəl də baş vermiş və o, Şahid12 göstərişi ilə fərdi mühafizə vasitələrindən istifadə etməklə həmin quyunu təmizləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, təxminən, 11 ildir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışır. O, hadisə yerinə getdiyi zaman kanalizasiya quyusunun qapağının açıq olduğunu və Təqsirləndirilən şəxs kölgədə dayandığını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs ondan içmək üçün su istəsə də, onda su olmadığına görə sonuncuya su verə bilməmişdir. Bundan sonra o, Şahid12 zəng vuraraq quyunun tıxandığını və təmir işlərinin aparılması məqsədilə əraziyə işçi göndərilməsinin vacib olduğunu bildirsə də, sonuncu ona hazırda boş işçi olmadığını bildirmiş, lakin həmin işi görmək üçün qısa müddətdə tədbirlər görməyə çalışacağını vəd etmişdir. Hadisə baş vermiş kanalizasiya quyusunun istismara verilib-verilməməsindən onun xəbəri olmamışdır. Lakin o, “Azərsu” açıq səhmdar cəmiyyətinin həmin ərazidə məskunlaşan əhalidən kanalizasiya quyularının təmizlənməsi adı ilə 30 qəpik pul yığması barədə məlumatlıdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, o, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Onun kanalizasiya borusunun tutulması barədə məlumatlı hadisə baş verməzdən üç gün əvvəl olmuşdur. O, həmin kanalizasiya quyusuna baxmış və Şahid12 quyuya dolmuş qurunt sularını çəkməsini tapşırmışdır. Hadisə baş vermiş quyunun qoşulduğu kanalizasiya sistemi 2017-ci ildən çəkilməyə başlansa da, hələ də inşaatı bitməmişdir. “Azərsu” açıq səhmdar cəmiyyətinin əməkdaşları həmin quyunun qoşulduğu 48 mənzilli binanı sözügedən kanalizasiya sisteminə qanunsuz surətdə özləri qoşmuşlar. Həmin kanalizasiya vasitəsilə axan çirkab sular Əliabadda yerləşən kollektora tökülür. Hal-hazırda kanalizasiya sistemi istismara təhvil verilmədiyinə görə ona nəzarəti Biləsuvar Rayon İcra Hakimiyyəti yox, “Azərsu” açıq səhmdar cəmiyyəti nəzarət edir. Onun həmin binada yaşayan sakinlərdən Biləsuvar rayon Su-kanal sahəsinin və ya “Azərsu” açıq səhmdar cəmiyyətinin kanalizasiya quyularının təmizlənməsi məqsədilə pul toplamağı və ya həmin quyunun kanalizasiya sisteminə qoşulmasında Su-kanal sahəsinin iştirak edib-etməməsi barədə məlumatı yoxdur. O cümlədən o, qeyd etdi ki, Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin həmin kanalizasiya quyularında təmizlik işləri aparamağa heç bir səlahiyyəti olmamışdır. Bundan əlavə o, bildirdi ki, həmin binanın sakinləri onlardan əlavə pul alınması ilə bağlı bir neçə dəfə ona şikayət etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki. 2021-ci ildə Təqsirləndirilən şəxs qanunsuz kanalizasiya xəttinə qoşulmuş 48 mənzilli, yeni tikilmiş 04 mərtəbəli binanın sakinlərinin sihayısını ona təqdim etmiş və o, həmin siyahını 3 saylı Regional Su-Kanal İdarəsinə göndərmişdir. Təqsirləndirilən şəxs tərtib etdiyi siyahıda 180 nəfər bina sakinin adı göstərilmişdir. O, həmçinin qeyd etdi ki, həmin binanın kanalizasiya siteminə qanusuz qoşulması barədə məlumatı olmuşdur, lakin qoşulmanın kim tərəfindən həyata keçirilməsi barədə onun məlumatı yoxdur. Bundan əlavə, bina sakinləri kanalizasiya xəttindən istifadə etdiklərinə görə “Azərsu” açıq səhmdar cəmiyyətinin balansına ödənişlər həyata keçirirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, o, Biləsuvar rayon Su-kanal sahəsində 2008-ci ildən hazırki tarixədək çalışır və 2019-cu ildən abonentlərlə iş qrupunda mühəndis-qrup rəhbəri vəzifəsində xidmət edir. Onun vəzifəsi abonentlərlə işin, yəni abonentlərdən ödənişlərin yığılması prosesinin təşkil edilməsidir. O, sözügedən bədbəxt hadisə barədə sonradan məlumat almışdır. Həmin quyunun həyətində yerləşdiyi bina kanalizasiya sisteminə qanunsuz qoşulmuşdur. Habelə həmin kanalizasiya sistemi də hələ ki istismara təhvil verilməmişdir. O, 3 saylı Regional Su-kanal İdarəsinin rəisi Şahid13 göstərişi əsasıda Təqsirləndirilən şəxs qanunsuz qoşulmalarla bağlı tərtib etdiyi siyahını 3 saylı Regional Su-kanal İdarəsinə də göndərmişdir. Həmin kanalizasiya sisteminə qoşulduqlarına görə bina sakinlərindən əlavə olaraq 30 qəpik ödəniş alınır və binada yerləşən kanalizasiya siteminə qoşulmayan mənzillərin çirkab suları isə binanın arxasındakı şanbolara axıdılır. İstismara təhvil verilməmiş kanalizasiya xəttinə qoşulmalar qeyri-qanunidir və buna görə də Biləsuvar rayon Su-kanal sahəsi həmin quyularda təmizlik işləri aparmır və quyularda nasazlıq yarandığı zaman onlar müdaxilə etmirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, o, “Azərsu” açıq səhmdar cəmiyyətində mühəndis kimi çalışır. Bundan əvvəl isə o, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək 3 saylı Regional Su-kanal İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. Hadisə baş vermiş quyuya axan çirkab suların mənbəyi olan binaya sakinlər 2019-cu ildən köçürülmüş və həmin binanın kanalizasiya xəttinə qoşulmasi isə 2020-ci ilin mart ayında, onun rəis olmadığı dövrdə baş verdiyinə görə onun qanunsuz qoşulmanın kim tərəfindən həyata keçirilməsi barədə məlumatı yoxdur. Hadisə baş vermiş quyunun qoşulduğu kanalizasiya sistemi istismara təhvil verilməmiş, kanalizasiya baxış quyularında təmir-tikinti işləri davam etmişdir. Həmin kanalizasiya sisteminə bir sıra inzibatı binalar da qoşulmuşlar. Hadisə baş vermiş ərazidə məskunlaşan əhalinin hələ istismara verilməmiş kanalizasiya sisteminə qoşulması və həmin kanalizasiya sisteminə axan çirkab suların qoşulduğu quyularda daşmaların olması barədə “Azərsu” açıq səhmdar cəmiyyətinin sədrinə məlumat verilmiş və o, da əraziyə nasos quraşdırmışdır. Həmin kanalizasiya sisteminə qanunsuz qoşulmalarla bağlı onun məlumatı olsa da, Covid-19 pandemiyası səbəbi ilə bunun qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Qanunsuz qoşulmalar zamanı quyuların daşması halları barədə profilaktik tədbirlər görmək məqsədi ilə ayrıca fiziki şəxslərlə müqavilələr imzalanmışdır ki, tıxac olduğu zaman sonuncular həmin qrunt sularını kanalizasiya quyusundan çölə çəksinlər. Onun rəis olduğu müddətdə dəfələrlə qanunsuz qoşulmalarla bağlı Biləsuvar rayon ərazində yoxlamalar həyata keçirilmiş, lakin o, şəxsən belə baxış hərəkətlərində iştirak etməmişdir. Həmin kanalizasiya sularının axıb-töküldüyü kollektorda heç bir təmizləyici qurğu yoxdur. O, həmçinin bildirdi ki, onun kanalizasiya sisteminə qanunsuz qoşulmuş 48 mənzildən ibarət 04 mərtəbəli bina haqqında məlumatı olmuş, lakin qanunsuz qoşulma ilə bağlı göstərişləri o verməmişdir. Həmin binanın qanunsuz olaraq kanalizasiya sisteminə qoşulması ilə bağlı “Azərsu” açıq səhmdar cəmiyyətinin məlumatı olmuş və sonuncu bunu təşkil etmişdir. Sözügedən proseslərlə bağlı onun məlumatı olsa da, səlahiyyətlərinə aidiyyəti olmadığına görə o, prosesə müdaxilə etməmişdir. Həmçinin, həmin bina sakinlərindən kanalizasiya quyularının təmizlənməsi məqsədilə pul alınmasından onun xəbəri olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Biləsuvar şəhəri, P.Əliyev küçəsindən keçən asfalt yol "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin “45 nömrəli Yol İstismarı” məhdud məsuliyyətli cəmiyyətinin balansında deyildir. Biləsuvar şəhərinin ərazisindən keçən yolların hamısı Biləsuvar Rayon İcra Hakimiyyətinin balansıdadır və həmin yollarda asfalt örtüyün çəkilməsinə nəzarəti həyata keçirmək sonuncunun vəzifəsidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 02 iyun 2022-ci il tarixdə sözügedən bədbəxt hadisənin baş verdiyi kanalizasiya baxış quyusu onun yaşadığı küçədə asfalt yolun üzərində yerləşir və o, həmin hadisənin qismən şahidi olmuşdur. Belə ki, 02 iyun 2022-ci il tarixdə saat 17 radələrində o, övladını uşaq baxçasından götürüb evə qayıtmış və avtomobilini evin qarşısında park etmişdir. Həmin vaxt evinin yaxınlığında yolun üstündə asfaltın dağıdıldığını və kanalizasiya lyukunun qaldırılaraq işlər görüldüyünün şahidi olmuşdur. Sözügedən kanalizasiya quyusu ilə onun evinin giriş darvazası arasında, təxminən, 15-20 metr məsafə vardır. Kanalizasiya baxış quyusunda işləri Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin işçiləri aparmışlar. Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin çirkab suları daşıyan yük avtomobili həmin kanalizasiya quyusunun yanında dayanmış və avtomobilin borusu kanalizasiya quyusuna salınmışdır. O, avtomobilindən yenicə düşmüşmüşdür ki, kanalizasiya quyusunun yanında olanlar quyuya kiminsə yıxıldığnı qışqırmışlar. Bu sözləri eşidən kimi o, həmin quyuya doğru getmişdir. O, quyaya çatana kimi sürücünü Şahid1 orada olanlar kəndirlə kanalizasiya quyusuna sallamışlar və bir neçə dəqiqə sonra sonuncu qışqırmışdır ki, nəfəs ala bilmədiyinə görə onu quyudan çıxarsınlar. Quyudan çıxarıldıqdan sonra Şahid1 rəngi avazımış, huşu tam özündə olmamışdır. Həmin kanalizasiya quyusundan kəskin “lax yumurta” qoxusu ətrafa yayılmışdır. O, quyuya boylananda qaranlıqda quyunun dibində yarıuzanıqlı vəziyyətdə kiminsə olduğunu və bundan başqa aliminium tozu rəngdə nərdivanın olduğunu görmüşdür. Lakin həmin kəskin qoxu gəldiyindən o quyudan bir qədər kənarlaşmışdır. Şahid1 özünə gələndən sonra orada olan işçilərdən bir nəfər şəxs kanistr suyunu quyunun lyukundan tökmüşdür ki, quyunun dibində olan Zərərçəkmiş şəxs oyansın. Həmin vaxt o, quyunun ətrafında yalnız A.X.Əskərovu görə bilmişdir. Təqsirləndirilən şəxs isə sonradan hadisə yerinə yaxınlaşmış və müxtəlif yerlərə zəng vuraraq kömək istəmişdir. Bu vaxt A.X.Əskərov köynəyini soyunub divardan asmış və kanalizasiya quyusuna düşmüşdür. Həmin vaxt kanalizasiya quyusunun ətrafına çoxlu sayda adamlar toplaşdığına görə o, A.X.Əskərovun hansı qaydada və nə ilə kanalizasiya quyusuna düşdüyünü görə bilməmişdir. A.X.Əskərovun quyuya düşməsi barədə heç kəs göstəriş verməmiş, o, özbaşına həmin kanalizasiya baxış quyusuna düşmüşdür, çünki həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerindən kənarda olmuşdur. Bundan, təxminən, beş dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə hissəsinin əməkdaşları xidməti avtomobil vasitəsilə hadisə yerinə gəlmişlər və xüsusi vasitələrlə quyuya düşüb oradan olan şəxsləri çıxarmışlar. Bundan sonra dərhal xəsarət almış şəxslər təcili tibbi yardım avtomobilinə yerləşdirilib xəstəxanaya aparılmışdır. O, həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs kanalizasiya baxış quyusuna düşməsinin şahidi olmamış, avtomobili saxlayanda sonuncu artıq quyunun içərisində olmuşdur. A.X.Əskərovun hadisə baş vermiş kanalizasiya quyusuna enməsinə heç kim göstəriş verməmiş, A.X.Əskərov öz təşəbbüsü ilə Zərərçəkmiş şəxs xilas etməkdən ötrü köynəyini çıxarıb kanalizasiya quyusuna enmişdir. İş üzrə şahid kimi Şahid14 məhkəmədə göstərdi ki, o, Biləsuvar rayonunda suların mühafizəsi üzrə nəzarətçi mühəndisdir. Sözügedən binanın kanalizasiya sisteminə qoşulması barədə onun rəsmi məlumatı yoxdur, lakin həmin kanalizasiya sistemi hələ ki istismara verilməmişdir. Həmin kanalizasiya sistemi vasitəsilə axıdılan çirkab sular Biləsuvar rayonu Əliabad kəndində yerləşən əraziyə axıdılır. Biləsuvar şəhərində Bolqarçay boyunca tikilmiş bütün inzibati binaların kanalizasiya sistemi vasitəsi ilə axıdılan çirkab sular Bolqarçaya tökülür. Biləsuvar rayonu ərazisində yeni tikilmiş, hələ istismara verilməmiş kanalizasiya xətti onun mühafizə etdiyi heç bir su obyektinə axmır, həmin xətt boşluq əraziyə axır. Qanunsuz qoşulmalarla bağlı məlumat verə bilmir, çünki həmin məsələ onun səlahiyyətləri xaricindədir. Sözügedən kanalizasiya xətti dövlət fond torpağına axıdılır və həmin torpaq istifadəyə yararsızdır. İş materiallarına əlavə edilmiş 02 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və 06 iyun 2022-ci il tarixli hadisə yerinə təkrar baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə Biləsuvar şəhəri, P.Əliyev küçəsində kanalizasiya baxış quyusunda baş vermiş və həmin quyunun içərisində 01 ədəd aliminium tozu rəngdə nərdivan olmuş, yaxınlıqda baş vermiş hadisəni qeydə alan videokameralar olmuşdur. Cinayət işi materiallarında olan videoçəkilişlərə baxış keçirilməsi haqqında 07 iyun 2022-ci il tarixli və 23 noyabr 2022-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş CD disklərdəki görüntülərdən görünür ki, 02 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs hadisə baş verən kanalizasiya baxış quyusunda təmizlik işləri görərkən quyunun dibinə yıxılmış, həmin vaxt Təqsirləndirilən şəxs kanalizasiya baxış quyusunun yaxınlığında dayanaraq, həmin işə əvvəldən sonadək rəhbərlik etmişdir. İş materiallarında olan, Biləsuvar rayon Dövlət Yanğından Mühafizə hissəsi tərəfindən istintaq orqanıa təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş 01 ədəd CD diskdəki görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs xüsusi avadanlıqla, kəndir vasitəsi ilə kanalizasiya baxış quyusundan huşsuz vəziyyətdə 02 iyun 2022-ci il tarixdə saat 17:23-də çıxarılmış, Təcili və Təxirəsalınmaz Tibbi yardım xidmətinin xərəyinə yerləşdirilərək xəstəxanaya aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki. Əskərov Allahyar Xudayar oğlu 08 aprel 2015-ci il tarixdən Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsal sahəsində mühəndis vəzifəsində, Zərərçəkmiş şəxs isə 12 yanvar 2022-ci il tarixdən həmin müəssisədə fəhlə kimi işləmişdir. A.X.Əskərov və Zərərçəkmiş şəxs ilə bağlanmış yazılı əmək müqavilələrinin 4.10-cu bəndinə əsasən işəgötürən, yəni Təqsirləndirilən şəxs işçini xüsusi mühafizə vasitələri ilə təmin edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. İşdə olan 25 sentyabr 2017-ci il tarixli və 09 aprel 2018-ci il tarixli satınalma müqavilələrindən görünür ki, “Azərsu” açıq səhmdar cəmiyyəti və “Təmir Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyəti arasında sonuncunun Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirməsi ilə bağlı işlərin görülməsinə dair podrat müqaviləsi bağlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “Azərsu” açıq səhmdar cəmiyyətinin 03 nömrəli Regional Su-kanal İdarəsi Biləsuvar rayon Su-kanal sahəsinin 09 iyun 2022-ci il tarixli məktubundan görünür ki, 2011-ci ildən “Azərsu” açıq səhmdar cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən “Təmir-Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyəti “Biləsuvar şəhər su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsini icra etməkdədir. Belə ki, 2013-cü il tarixdə layihənin su təchizatı şəbəkəsi tam qurularaq istismara təhvil verilmişdir. Lakin layihənin kanalizasiya sisteminin tikintisi başa çatdırılmamışdır və hal-hazırda da bu işlər davam etdirilir. Layihə tamamlandıqdan sonra podratçı təşkilat olaraq “Təmir-Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyəti şəbəkəni “Azərsu” açıq səhmdar cəmiyyətinə təhvil verəcəkdir. O cümlədən sonuncunun yerli idarəsi olaraq Biləsuvar Su-kanal sahəsi təhvil götürüləcək şəbəkənin istismarı ilə məşğul olacaqdır, lakin hal-hazırda Biləsuvar şəhərinin kanalizasiya sisteminə cavabdeh “Təmir- Tikinti İstehsal” məhdud məsuliyyətli cəmiyyətidir. İşdə olan 29 iyun 2022-ci il tarixli, 225 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs komotoz hal, naməlum qazlarla zəhərlənmə, ağır dərəcəli kəskin tənəffüs çatışmazlığı aşkar olunmuşdur. Sözügedən patoloji vəziyyət 02 iyun 2022ci il tarixdə naməlum qazlarla zəhərlənmə nəticəsində əmələ gələ bilər. Qeyd olunan patoloji vəziyyət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan əməyin təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 10/5769 saylı rəyindən görünür ki, Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən kanalizasiya baxış quyusunu təmizləmək üçün cəlb edilmiş işçilər fərdi mühafizə vasitələri ilə təmin edilməmiş, işin təhlükəsiz aparılması üçün zərərli qazlar yığılmış quyunun müvafiq havalandırma və ventilyasiyası təmin edilməmiş və həmin iş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu kitabçasında olan idarə, təşkilat, müəssisə rəhbəri başlığının “müəssisə direktorunun əmək funksiyası”nın tələblərinə və “Tikinti norma və qaydaları” İİ 4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikasının qaydaları”nın 2.33 və 2.34-cü maddələrinə uyğun olaraq təşkil edilməmişdir. Həmin qaydalar işin görülməsinə göstəriş vermiş Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin rəisi Təqsirləndirilən şəxs tərəfində pozulmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1 və 309.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ahıl yaşda olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Tikinti norma və qaydaları İİİ-4-80-4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikasının qaydaları”nın 2.33-cü maddəsinə görə zərərli qazlar yığıla bilən iş yerlərində, eləcə də bağlı tutumlarda, quyularda işə başlamazdan əvvəl həmin qaydaların 2.15-ci bəndinə uyğun olaraq, havanın analızı keçirilməlidir. İş yerlərində zərərli qazlar yığıldığı halda, dərhal iş dayandırılmalı və yalnız iş yerləri müvafiq havalandırma və ventilyasiya edildikdən, yaxud işçilər fərdi mühafizə vasitələri ilə təmin edildikdən sonra iş davam etdirilə bilər. Həmin qaydaların 2.34-cü maddəsinə görə quyularda, xəndəklərdə və ya bağlı tutumlarda işlər şlanqlı əleyqazın istifadəsi ilə yerinə yetirilməlidir. Bu zaman quyunun, xəndəyin yaxud tutumun çölündə olan iki nəfər fəhlə işi yerinə yetirənin qoruyucu kəmərinə bağlanmış kəndirlə onu sığortalamalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 saylı qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas Sorğu kitabçası”nın tələblərinə görə Vahid Tarif-ixtisas Sorğu kitabçası bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin ixtisas xüsusiyyətlərini əks etdirir. Vahid Tarif-ixtisas Sorğu kitabçasında “müəssisə direktorunun əmək funksiyası”nın tələbləri adlı hissəsinə görə müəssisə direktorunun əmək funksiyalarına müəssisəyə rəhbərlik etmək, müəssisənin ümumi fəaliyyətini isiqamətləndirmək və laqələndirmək, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə etmək və onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaratmaq daxildir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, 66 yaşının olmasını və uzun müddət ərzində Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinin rəisi olmasını, CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulan islah işləri, CM-nin 309.1-ci maddələri ilə nəzərdə tutulan islah işləri növündə cəzanın təyin olunmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edərkən islah işləri növündə cəzalar qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, 65 yaşının tamam olması ilə əlaqədar pensiya yaşına çatmasını və uzun müddət ərzində Biləsuvar rayon Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat sahəsinə rəhbərlik etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəuyğun hesab etmir. Habelə məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1 və 309.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri növündə cəza, Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə isə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla, 2 (iki) il müddətinə islah işləri növündə cəza müəyyən edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar