Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-25/2023 15.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, tərcüməçi Zeynalov Akif Əlihüseyn oğlunun, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun), onun müdafiəçiləri, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun), xx xxx 1974-ci ildə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Mərənd şəhəri, Behzət küçəsi, ev 15 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi, 193 saylı evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) idarə etdiyi “Volvo” markalı, “QC33QQ/LL832İ” qeydiyyat nişanlı yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi təsiredici maddəsinin miqdarı 0,2 qram təşkil edən 10 həb klonozepam psixotrop maddəsini, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibinə yerləşdirib saxlamış və 05 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, xx xxx 1974-cü il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuşdur və 15 ildir fərdi qaydada sürücülük fəaliyyəti məşğul olur. Təxminən 10 ildir ki, o, ürək sıxıntısından əziyyət çəkir. Bu səbəbdən də həkim məsləhətinə əsasən uzun müddətdir klonazepam adlı dərman vasitəsindən istifadə edir və həmin dərman vasitəsini həkim resepti əsasında aptekdən əldə edir. Axırıncı dəfə 2022-ci il oktyabr ayının əvvəllərində o, İran İsalm Respublikasının Mərənd şəhərində yerləşən aptekdən resept əsasında 30 həb klonazepam adlı dərman vasitəsi almışdır. Reseptə uyğun olaraq o, qeyd olunan dərman vasitəsindən gün ərzində bir həb qəbul etmişdir. O, həmin dərman həblərinin 20 ədədini İran İslam Respublikasında olan zaman istifadə etmiş, 10 ədəd həb isə onun cibində qalmışdır. İran İslam Respublikasından Gürcüstana aparmaq üçün 31 oktyabr 2022-ci il tarixdə o, İran İslam Respublikasının Tehran şəhərindən “dəmir” yükünü köməkçi sürücü Mousavı Seyyedhabıb Seyyedreza ilə birlikdə idarə etdikləri “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyərək yola düşmüşlər. 02 noyabr 2022-ci il tarixdə onlar İran İslam Respublikasının Biləsuvar gömrük postuna çataraq növbəyə durmuşlar. 05 noyabr 2022-ci il tarixdə o və köməkçi sürücü Mousavı Seyyedhabıb Seyyedreza idarə etdikləri “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İran İslam Respublikasının Biləsuvar gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasının Biləsuvar gömrük postuna daxil olmuşlar. Bundan sonra sənədləri gömrük əməkdaşına təqdim etmiş və növbələrini gözləmiş və daha sonra yük idxal xəttinə daxil olmuşlar. Həmin vaxt gömrük xidməti əməkdaşı onunla və digər sürücü ilə sorğu-sual apararaq idarə etdikləri yük avtomobilində və üzərlərində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddəllərin, narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddə tərkibli dərman vasitələrin olub-olmaması barədə sual vermişlər. O, da öz növbəsində idarə etdiyi avtomobildə və üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşına bildirmişdir. İdarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı avtomobildən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Bundan sonra üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama otağında yoxlamaya başlamazdan əvvəl gömrük xidməti əməkdaşı bir daha üzərində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olub-olmaması barədə ona sual vermişdir. O, da bir daha üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddəllərin olmadığını gömrük xidməti əməkdaşına bildirmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı ona üzərində olan əşyaları çıxararaq masanın üzərinə qoymağı təklif etmiş, o, da ciblərində olan əşyaları çıxararaq masanın üzərinə qoymuşdur. Gömrük xidməti əməkdaşı onun üzərində yoxlamaya başlamazdan əvvəl ciblərindən çıxararaq masanın üzərinə qoyduğu əşyalara baxış keçirmişdir. Baxış zamanı əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoyduğu, üzərində “Clonazepam Sobhan” yazısı olan 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbdən ibarət dərman preparatının olduğu müəyyən edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı həmin dərman vasitəsi ilə bağlı onunla şifahi sorğu-sual aparmışdır. O, da şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş “Clonazepam Sobhan” yazısı olan 1 ədəd konvalyut kəsiyindəki cəmi 10 ədəd həbin “klonazepam” adlı dərman olduğunu və həmin həbləri öz şəxsi istifadəsi üçün gətirdiyini gömrük xidməti əməkdaşına bildirmişdir. Bundan sonra şəxsi yoxlama davam etdirilmişdir və şəxs yoxlama zamanı üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməyən, o cümlədən qanunla qadağan edilmiş hər hansı digər predmet aşkar edilməmişdir. Sonda üzərimdən aşkar edilmiş, “Clonazepam Sobhan” göstəricili 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həb dərman preparatı gömrük xidməti əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmin həbləri gömrük sərhədindən keçən zaman bəyan etməli olduğunu bilməmiş və bu səbəbdən də həmin həbləri gömrük nəzarətindən keçən zaman bəyan etməmişdir. Əvvəllər İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələr, psixotrop maddə, güclü təsir edən maddə və qanunla qadağan olunmuş hər hansı predmet gətirməmişdir. Uzun müddətdir resept əsasında klonzepam adlı dərmandan istifadə edir. Lakin resept həmin vaxt üzərində olmamışdır. “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilinin digər sürücüsü İran İslam Respublikası vətəndaşı Mousavı Seyyedhabıb Seyyedrezanın onun əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibində “Clonazepam Sobhan” göstəricili 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbin olması barədə məlumatı olmamışdır. Sonda Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) əməlindən səmimi peşman olduğunu bildirdi, üzərində aşkar edilmiş dərmanların miqdarının az və tərkibinin az əhəmiyyətli olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, Şahid1 məhkəmədə verdyi ifadəsində göstərdi ki, o, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunun inspektoru vəzifəsində işləyir. 05 noyabr 2022-ci il tarixdə iş bölgüsünə əsasən Dövlət Gömrük Komitəsi “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün vəzifə borcunu yerinə yetirərkən saat 18 radələrində İran İslam Respublikası vətəndaşı Teımourıarbatanı Alıasghar Teımour idarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Biləsuvar” gömrük postunun idxal xəttinin gömrük nəzarəti zonasına daxil olmuşdur. Teımourıarbatanı Alıasghar Teımour və köməkçi sürücü Mousavı Seyyedhabıb Seyyedreza ilə şifahi sorğu-sual aparmışdır. Sorğu-sual zamanı Teımourıarbatanı Alıasghar Teımourdan və Mousavı Seyyedhabıb Seyyedrezadan üzərlərində və idarə etdikləri yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olub-olmamasını soruşmuş və belə bir predmet varsa, təqdim olunmasını təklif etmişdir. Teımourıarbatanı Alıasghar Teımour və Mousavı Seyyedhabıb Seyyedreza da öz növbəsində üzərlərində və idarə etdikləri yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olmadığını ona demişlər. Bundan sonra iki nəfər hal şahidi dəvət edərək həmin hal şahidlərinə hüquq və vəzifələrini izah etmiş və daha sonra qeyd edilən hal şahidlərini Teımourıarbatanı Alıasghar Teımoura təqdim etmişdir. Daha sonra Teımourıarbatanı Alıasghar Teımourun və iki nəfər hal şahidinin iştirakları ilə Teımourıarbatanı Alıasghar Teımourun idarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti qaydasında baxış keçirməyə başlamışdır. Yük avtomobilinə baxış keçirməyə başlamazdan əvvəl yenidən Teımourıarbatanı Alıasghar Teımourdan bir daha üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olub-olmamasını soruşmuş və belə bir predmet varsa, təqdim olunmasını təklif etmişdir. Teımourıarbatanı Alıasghar Teımour da öz növbəsində bir daha üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olmadığını ona demişdir. Bundan sonra Teımourıarbatanı Alıasghar Teımourun idarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti qaydasında baxış keçirmişdir. Baxış zamanı Teımourıarbatanı Alıasghar Teımourun idarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməyən, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar edilməmişdir. Daha sonra zərurət yarandığından qanunvericiliyin tələblərinə uyğun olaraq Teımourıarbatanı Alıasghar Teımourun üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama otağında yoxlamaya başlamazdan əvvəl İran İslam Respublikasının vətəndaşı Teımourıarbatanı Alıasghar Teımoura üzərində olan əşyaları çıxararaq masanın üzərinə qoymasını təklif etmişdir. Teımourıarbatanı Alıasghar Teımour da öz növbəsində ciblərində olan əşyaları çıxararaq masanın üzərinə qoymuşdur. Teımourıarbatanı Alıasghar Teımourun üzərində yoxlamaya başlamazdan əvvəl ciblərindən çıxararaq masanın üzərinə qoyduğu əşyalara baxış keçirmişdir. Baxış zamanı Teımourıarbatanı Alıasghar Teımourun əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoyduğu əşyaların içərisində üzərində “Clonazepam Sobhan” yazısı olan 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbdən ibarət dərman preparatının olduğunu müəyyən etmişdir. Bundan sonra şəxsi yoxlama davam etdirilmiş və Teımourıarbatanı Alıasghar Teımourun üzərindən “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbdən başqa gömrük nəzarətindən gizlədilmiş və ya bəyan edilməyən, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar edilməmişdir. Daha sonra Teımourıarbatanı Alıasghar Teımourdan “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbi nə məqsədlə və haradan əldə etdiyini soruşmuş, Teımourıarbatanı Alıasghar Teımour da “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbin “klonazepam” adlı dərman olduğunu və qeyd edilən həbi öz şəxsi istifadəsi üçün gətirdiyini ona bildirmişdir. Sonda İran İslam Respublikasının vətəndaşı Teımourıarbatanı Alıasghar Teımourun üzərindən aşkar edilmiş “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həb tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bütün bunlarla bağlı tərəfindən protokollar tərtib olunmuş, nəqliyyat vasitəsinə keçirilmiş baxışda və şəxsi yoxlamada iştirak edən şəxslər həmin protokollarla tanış olub düzgün tərtib olunmalarını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə Şahid3 göstərdi ki, 05 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində həmyerlisi Şahid2 ilə birlikdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunun qarşısında olduğu vaxt adını xatırlamadığı bir nəfər gömrük xidməti əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş bir nəqliyyat vasitəsinə baxış keçiriləcəyini bildirmiş və həmin nəqliyyat vasitəsinin yoxlanmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirərək keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra qeyd edilən gömrük xidməti əməkdaşı ilə birlikdə “Biləsuvar” gömrük postuna daxil olmuşlar. Gömrük xidməti əməkdaşı onlara hal şahidi kimi hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra həmin gömrük xidməti əməkdaşı onları şəxsiyyəti sonradan onlara məlum olan İran İslam Respublikası vətəndaşı Teımourıarbatanı Alıasghar Teımoura təqdim etmiş və Teımourıarbatanı Alıasghar Teımourdan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olub-olmamasını soruşmuş və belə bir predmet varsa, təqdim etməyi təklif etmişdir. Teımourıarbatanı Alıasghar Teımour da öz növbəsində üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin olmadığını həmin gömrük xidməti əməkdaşına demişdir. Daha sonra Teımourıarbatanı Alıasghar Teımourun idarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilinə Teımourıarbatanı Alıasghar Teımourun, onun və digər hal şahidi Şahid2 iştirakı ilə gömrük xidməti əməkdaşı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İran İslam Respublikası vətəndaşı Teımourıarbatanı Alıasghar Teımourun idarə etdiyi “Volvo” markalı, QC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobilindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməyən, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi yoxlama otağında gömrük xidməti əməkdaşı tərəfindən onun və digər hal şahidi Şahid2 iştirakı ilə Teımourıarbatanı Alıasghar Teımourun üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama otağında yoxlamaya başlamazdan əvvəl gömrük xidməti əməkdaşı İran İslam Respublikasının vətəndaşı Teımourıarbatanı Alıasghar Teımoura üzərində olan əşyaları çıxararaq masanın üzərinə qoymasını təklif etmiş, Teımourıarbatanı Alıasghar Teımour da öz növbəsində ciblərində olan əşyaları çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra gömrük xidməti əməkdaşı Teımourıarbatanı Alıasghar Teımourun üzərində yoxlamaya başlamazdan əvvəl sonuncunun ciblərindən çıxararaq masanın üzərinə qoyduğu əşyalara baxış keçirmişdir. Baxış zamanı Teımourıarbatanı Alıasghar Teımourun əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoyduğu əşyaların içərisində “Clonazepam Sobhan” göstəricili 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbdən ibarət dərman preparatının olduğu müəyyən edilmişdir. Bundan sonra şəxsi yoxlama davam etdirilmiş və Teımourıarbatanı Alıasghar Teımourun üzərindən “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbdən başqa hər hansı digər predmet aşkar edilməmişdir. Daha sonra gömrük xidməti əməkdaşı Teımourıarbatanı Alıasghar Teımourdan “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbi nə məqsədlə və haradan əldə etdiyini soruşmuşdur. Teımourıarbatanı Alıasghar Teımour “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbin “klonazepam” adlı dərman olduğunu və həmin dərman vasitəsini öz şəxsi istifadəsi üçün gətirdiyini gömrük xidməti əməkdaşına bildirmişdir. Sonda İran İslam Respublikasının vətəndaşı Teımourıarbatanı Alıasghar Teımourun üzərindən aşkar edilmiş “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həb gömrük xidməti əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bütün bunlarla bağlı gömrük xidməti əməkdaşı tərəfindən protokollar tərtib olunmuş, onlar da həmin protokollarla tanış olub düzgün tərtib olunmalarını öz imzaları ilə təsdiq etmişlər. Şahid2 məhkəmədə Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama otağında yoxlamaya başlamazdan əvvəl İran İslam Respublikasının vətəndaşı Teımourıarbatanı Alıasghar Teımoura üzərində olan əşyaları çıxararaq masanın üzərinə qoymasını təklif edilmiş, Teımourıarbatanı Alıasghar Teımour da öz növbəsində ciblərində olan əşyaları çıxararaq masanın üzərinə qoymuş, Teımourıarbatanı Alıasghar Teımourun üzərində yoxlamaya başlamazdan əvvəl ciblərindən çıxararaq masanın üzərinə qoyduğu əşyalara baxış keçirilmiş, baxış zamanı Teımourıarbatanı Alıasghar Teımourun əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən çıxararaq masanın üzərinə qoyduğu əşyaların içərisində üzərində “Clonazepam Sobhan” yazısı olan 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həbdən ibarət dərman preparatının olduğu müəyyən edilmiş və bundan sonra İran İslam Respublikasının vətəndaşı Teımourıarbatanı Alıasghar Teımourun üzərindən aşkar edilmiş “Clonazepam Sobhan” göstəricili, 1 ədəd konvalyut kəsiyində cəmi 10 ədəd həb qablaşdırılaraq götürülmüşdür. İşdə olan materialların məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 noyabr 2022-ci il tarixli, 6/6440 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “№206189 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi İİR vətəndaşı Teımourıarbatanı Alıasghar Teımour 34/023/006879 №-li iş üzrə” yazısı və imzalar olan paketdəki zavod istehsala uyğun, üzərində “Clonazepam Sobhan 2mq exp 09-23” yazısı olan kəsilmiş konvalyutda 10 ədəd üzərində “Z/A” yazısı həkk olunmuş yaşıl rəngli dairəvi formalı həblər klonazepam tərkibli dərman preparatıdır və 10 ədəd həbdə klonazepam təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən 1 həbdə 0,002 qram klonazepam olmaqla). 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, klonazepam “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi nəzarət edilən psixotrop maddələr”in İİİ Siyahısına daxildir. Aparılmış tədqiqatdan sonra klonazepam psixotrop maddəsinin qalıq sayı 8 həb olmuşdur İş materiallarında olan ambulator məhkəmə-narkoloji yoxlamanının 06 dekabr 2022ci il tarixli, 7379 saylı rəyindən görünür ki, hal-hazırda müayinə Teımourıarbatanı Alıasghar Teımourda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Teımourıarbatanı Alıasghar Teımour narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Teımourıarbatanı Alıasghar Teımour 22 fevral 2011-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və İran İslam Respublikasına geri qayıtmış, sonuncu dəfə 05 noyabr 2022-ci il tarixdə, saat 17:55-də idarə etdiyi “Volvo” markalı, AC338QQ/LL832İ dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan İran İslam Respublikası Təbriz şəhəri Tibbi Sistemi Təşkilatının Dr. Riza Hoseini Baghanam klinikasının psixiatr həkimi Doktor Asghar Arfaie tərəfindən verilmiş 08 noyabr 2022-ci il tarixli tibbi arayışdan görünür ki, Alıasghar Teımour panik pozğunluğu və depressiyaya görə 2016-cı ildən klinikada müalicə alır və istifadə etdiyi dərmanlar sırasında Clonazepam preparatı da vardır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 saylı qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, üzərində aşkar edilmiş klonozepam psixotrop maddəsini həkim resepti əsasında qanuni yolla əldə etməsini və cinayəti müalicə aldığı xəstəliyi ilə əlaqədar törətməsini məhkəmə Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Teımourarbatanı Alıasghar Teımoura (Teymurarbatani Əliəsgər Teymur oğluna) təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilir ki, «Müstəsna hallar (AR CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticə hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir». Məhkəmə Teımourarbatanı Alıasghar Teımoura (Teymurarbatani Əliəsgər Teymur oğluna) cəza təyin edərkən onu da nəzərə alır ki, cinayətin predmeti olan güclü təsiredici maddəni həkim resepti əsasında əldə edib şəxsi istifadəsi üçün daşımışdır. Məhkəmə İran İslam Respublikası vətəndaşı olan Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) cəzasını yüngülləşdirən halların məcmusunu, törətdiyi əməldən peşman olmasını, eləcə də hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, üzərində aşkar edilmiş psixotrop maddəni həkim resepti əsasında qanuni yolla əldə etməsini və həmin maddənin miqdarını müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza təyin edilməsini mümkün sayır və hesab edir ki, cəzanın məqsədləri Teımourarbatanı Alıasghar Teımoura (Teymurarbatani Əliəsgər Teymur oğluna) cərimə növündə cəza təyin olunduğu təqdirdə də, təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) barəsində məhkəməyədək icraat zamanı 05 noyabr 2022-ci il tarixdə tutma tətibiq olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2022-ci il tarixli qərarı ilə Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ilə isə Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 11 gün müddət nəzərə alınmaqla, Teımourarbatanı Alıasghar Teımoura (Teymurarbatani Əliəsgər Teymur oğluna) təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tələbinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, 8 həb klonozepam psixotrop maddəsi məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 114 manat məbləğində pul vəsaiti Teımourarbatanı Alıasghar Teımourdan (Teymurarbatani Əliəsgər Teymur oğlundan) dövlət nəfinə tutulmalıdır. Məhkəmə Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün qəbul edildiyini, qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Teımourarbatanı Alıasghar Teımoura (Teymurarbatani Əliəsgər Teymur oğluna) təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) barəsində Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Teımourarbatanı Alıasghar Teımour (Teymurarbatani Əliəsgər Teymur oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə ona 4.500 (dörd min beş yüz) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) həbsdə saxlandığı 3 (üç) ay 11 (on bir) gün müddət nəzərə alınaraq, təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) üzərində qəti olaraq 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Teımourarbatanı Alıasghar Teımourun (Teymurarbatani Əliəsgər Teymur oğlunun) barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə ekspertiza xərci qismində 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Teımourarbatanı Alıasghar Teımourdan (Teymurarbatani Əliəsgər Teymur oğlundan) dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, 8 həb klonozepam psixotrop maddə məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-25/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-25/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver