Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-27/2024 07.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1960-cı il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 14 radələrində, Biləsuvar rayonu, Ağalıkənd kəndində, Şahid məxsus əkin sahəsində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni su bölgüsünə görə yaranmış mübahisə zamanı, sonuncunu boğaz nahiyəsindən tutaraq, yumruqla bir neçə dəfə baş nahiyəsindən və təpiklə sol ayaq nahiyəsindən vuraraq, ona alının başın sağ təpə nahiyəsində hematoma, boyunun sağ yan səthində və sol baldır nahiyəsində sıyrıq ilə nəticələnmiş xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayır və həmin kənddə yerləşən 3 hektar ölçüdə pay torpağında yonca və arpa kimi bitkilər əkməklə ailəsini dolandırır. Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir və həmin şəxs Biləsuvar rayonu üzrə X1 Ağalıkənd kəndi üzrə nümayəndəsi qismində kənd sakinləri arasında əkin sahələrinin suvarılması üzrə növbəliyə riayət edilməsinə nəzarət edir. 27 noyabr 2023-cü il tarixdə həmkəndlisi Sadatxan Abbasov ona zəng vuraraq, özünə məxsus torpaq sahəsini suvardığını və artıq suyun ona lazım olmadığını bildirərək, onda sudan istifadə edə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin yerə gedərək, suyu öz əkin sahəsinə buraxmışdır. Həmin gün saat 13 radələrində həmkəndlisi Şahid onun torpaq sahəsinə axıtdığı suyu bağlamış və öz əkin sahəsini suvarmağa başlamışdır. O, Şahid onun əkin sahəsinə gedən suyu bağlamasının səbəbini soruşmuş və həmin şəxs suvarma növbəsinin onda olmasını ona bildirmişdir. O, isə təkrarən suyu öz sahəsinə axıtmışdır. Bundan sonra isə Şahid Zərərçəkmiş şəxs zəng vuraraq, aralarında yaranmış anlaşılmazlıqla bağlı məlumat vermişdir. Həmin vaxtdan təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs onların olduğu yerə gəlmiş və suyu bağlayaraq, yaxınlıqda keçən şor kollektor istiqamətində açmışdır. O da yenidən suyu öz əkin sahəsinə buraxmışdır. Buna görə də onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. O, hadisə vaxtı əsəblərinə hakim olmayaraq, Zərərçəkmiş şəxs boğazından tutmuş və həmin şəxsə bir neçə dəfə baş nahiyəsindən yumruqla zərbələr endirmiş, həmçinin təpiklə ayağından vurmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmiş və onları Şahid ayırmışdır. Hazırda o, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib və ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar rayonu üzrə X1 Ağalıkənd kəndi üzrə nümayəndəsidir və kənd sakinləri arasında əkin sahələrinin suvarılması üzrə növbəliyə riayət edilməsinə nəzarət edir. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. 27 noyabr 2023-cü il tarixdə həmkəndlisi Şahid ona zəng edərək, sudan istifadə növbəsinin onda olduğunu bildirmiş və o, həmin şəxsə sudan istifadə edə biləcəyini bildirmişdir. Lakin həmin gün saat 13 radələrində təkrarən Şahid ona zəng edərək, sudan hazırda Təqsirləndirilən şəxs istifadə etdiyini bildirmişdir. O, əkin sahələrinin yerləşdiyi yerə gedərək, suyun həqiqətən də Təqsirləndirilən şəxs əkin sahəsinə axdığını görmüşdür. O, Təqsirləndirilən şəxs sudan istifadə növbəsinin Şahid olmasını bildirişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Mübahisə vaxtı Təqsirləndirilən şəxs onun boğaz nahiyəsindən yapışaraq, ona təxminən 3-4 dəfə baş nahiyəsindən yumruqla zərbələr endirmiş və təpiklə sol ayaq nahiyəsindən vurmuşdur. Hadisə təxminən 10 dəqiqə çəkmiş və Şahid onları ayırmışdır. O, mübahisə bitdikdən dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Lakin sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyərək, ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, barəsində ittiham irəli sürülmüş şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan canlı şəxsin ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 Cəlilabad rayon şöbəsinin 28 noyabr 2023-cü il tarixli, 1318 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş başın sağ təpə nahiyəsində hematoması, boyunun sağ yan səthində və sol baldır nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti 27 noyabr 2023-cü il tarixə uyğun gəlir, əllə və təpiklə təkrarlanan zərbələr nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, E.S.Kazımov cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir və həmin Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-27/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-27/2024
07.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver