Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-27/2025 06.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1996-cı il tarixdə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində Biləsuvar rayonu, Aşağı Cürəli kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranan şəxsi münasibətlər zəminində, yəni sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs oğlunun sifət nahiyəsinə qəsdən yumruqla bir neçə dəfə vuraraq, həmin şəxsə sağ gözyuvası ətrafında hematoma, sağ gözün ağlı qişasına qansızma, sağ qaşaltı nahiyədə əzilmiş səthi yara, sağ çənəbucağı və sağ baldır nahiyəsində sıyrıq ilə nəticələnən xəsarətlər yetirərək, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü məhkəmədə tam təqsirli bilərək və yazılı vəsatətlə məhkəməyə müraciət edərək, bildirdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 14 dekabr 2024-cü il tarixdə o, həmkəndlisi X2 hərbi xidmətə getməsinə görə təşkil etdiyi məclisdə iştirak etmiş və bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün saat 21 radələrində o, digər həmkəndlisi Şahid ilə birlikdə məclisdən çıxmış və siqaret almaq məsədi ilə mağazaya getmişdir. Onlar yolda piyada hərəkət etdikləri vaxt Zərərçəkmiş şəxs küçədə nalayiq söyüşlər söyərək gəldiyini görmüşlər. Buna görə də onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və sonuncu onun ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs sifət nahiyəsindən əli ilə itələmişdir. Daha sonra həmin şəxs hadisə yerini tərk edərək, öz evi istiqamətində getmişdir. O, zərəçəkmiş şəxsə xəsarət yetirdiyi zaman sərxoş vəziyyətdə olmuşdur. O, həmçinin bildirdi ki, hazırda o, əməlindən peşmançılıq hissi keçirir, buna görə də Zərərçəkmiş şəxs üzr istəyib, sonuncuya dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və sonuncu ilə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, 14 dekabr 2024-cü il tarixdə həmkəndlisi X2 hərbi xidmətə getdiyinə görə təşkil etdiyi məclisdə iştirak etmiş və bir qədər yemək yeyib, spirtli içki qəbul etmişdir. O, saat 21 radələrində həmin məclisi tərk etmiş və öz evinə getmişdir. Daha sonra isə siqaret almaq məqsədi ilə kənd ərazisində yerləşən mağazaya getmişdir. Lakin getdiyi mağaza bağlı olduğuna görə siqaret almayıb, yaşadığı evə qayıtmaq qərarına gəlsə də, yolda piyada hərəkət etdiyi vaxt həmkəndlisi Şahid uzaqdan qışqıraraq, ondan nalayiq ifadələr işlətməməsini tələb etmişdir. O, həmin şəxsə heç bir söyüş söymədiyini bildirsə də, sonuncu onun üstünə qışqırmağa davam etmişdir. Buna görə də onlar arasında mübahisə başlamışdır. Mübahisə zamanı Şahid əli ilə onun paltarından tutduğuna görə o da həmin şəxsin yaxasından tutmuşdur. Həmin vaxt yanlarında olan Təqsirləndirilən şəxs qəflətən onun sağ gözündən yumruqla vurmuşdur. O, həmin zərbənin təsirindən öz tarazlığını saxlaya bilməyərək, yerə yıxılmışdır. O, daha sonra yerindən durub öz yaşadığı evə getmiş və gözündə ağrı və qan axma olduğuna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin”102” qaynar xəttinə baş vermiş hadisə barədə məlumat vermişdir. Lakin Təqsirləndirilən şəxs sonradan ondan üzr istəyib, ona dəymiş ziyanı aradan qaldırmış və onunla barışığa nail olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldıraraq, onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan canlı şəxsin ekspertizasının 15 dekabr 2024-cü il tarixli, 498 nömrəli saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sağ gözyuvası ətrafında hematoma, sağ gözün ağlı qişasına qansızma, sağ qaşaltı nahiyədə əzilmiş səthi yara, sağ çənəbucağı və sağ baldır nahiyəsinin sıyrığı xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 14 dekabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət törətməyə görə məhkum olunmamışdır və hazırda məhkumluğu yoxdur. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və sonuncu ilə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-27/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-27/2025
06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver