Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-28/2025 12.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsurov küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində 29 oktyabr 2024-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 5,341 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 oktyabr 2024-cü il tarixdə saat 23:00 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman şübhəli şəxs kimi saxlanılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,341 qram olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, S.Mənsur küçəsi, ev 34də qeydiyyatda olmaqla yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 27 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində dostu X2 istifadəsində olan mobil nömrəyə zəng edərək Biləsuvar rayonuna avtomobil ehtiyat hissəsi almaq üçün getmək istədiyini bildirmişdir. O, Bəxtiyarla razılaşmışdır. O, Balaxanı qəsəbəsində Bəxtiyarın ona bildirdiyi yerə getmişdir. Həmin vaxt Bəxtiyarın yanında qəsəbə sakinləri Şahid4 və Şahid5 olmasını görmüşdür. Bəxtiyar ona Biləsuvar rayonundan avtomobil ehtiyat hissəsi olmasını, onu almaq üçün gedəcəyini demişdir. O bekar olduğu üçün Bəxtiyarla Biləsuvar rayonuna getməyə razı olmuşdur. Bəxtiyar özünə məxsus mobil telefon vasitəsi ilə taksi sifariş vermişdir. Bundan sonra onlar olduqları yerə Hyundai Accent markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü gəlmişdir. Bəxtiyar Platxanov, Şahid4 və Şahid5 avtomobilə əyləşmişlər. Onlar bundan sonra Biləsuvar rayonuna getmək üçün yola düşmüşlər. Saat 22 radələrində Salyan rayonu ərazisində bir kafedə dayanıb çay içmişlər. Yolda gələrkən Bəxtiyar bir neçə dəfə kiməsə zəng edib danışmışdır. Onlar çay içərkən də Bəxtiyar telefonla danışıb Biləsuvar rayonunun girişinə gedəcəklərini bildirmişdir. Onlar avtomaşına əyləşib Biləsuvar rayonu istiqamətində hərəkətdə olmuşlar. Bəxtiyar ona getdikləri yerdə bir bağlama olduğunu, həmin bağlamanı Bakı şəhərinə aparacaqlarını demişdir. Onlar məkan atılan yerə çatdıqda avtomaşından Bəxtiyar, Nihad və o düşmüşdür. Nazim sürücü ilə avtomaşında qalmışdır. Bir az avtomaşından aralaşandan sonra Bəxtiyar yolun kənarından bir qutu tapıb götürmüş və ona vermişdir. Həmin vaxt kənardan adamlar gəldiyini görüb qutunu yolun kənarına atmışdır. Qutuda nə olduğunu bilməmişlər. Onları polis əməkdaşları saxlayanda üzərində narkotik vasitə olmamışdır. Sonradan tanımadığı polis işçisi onun üzərinə aşkar edilən narkotik vasitə marixuana qoymuşdur. O da qorxudan həmin narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Həqiqətdə isə onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmənin 12 mart 2025-ci il tarixli baxış iclasında Təqsirləndirilən şəxs yenidən ifadə verərək göstərmişdir ki, məhkəmə istintaqı zamanı ilkin ifadəsində verdiyi ifadə həqiqətə uyğun deyildir. Həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədilə vermişdir. Yaşadığı yerdə tanışları ona təqsirini boynuna almasa ona bəraət veriləcəyini dedikləri üçün o elə ifadə vermişdir. Hazırda ona verilmiş ittiham üzrə özünü təqsirli bilir. Belə ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 26 oktyabr 2024-cü il tarixdə yaşadığı Balaxanı qəsəbəsində küçə ilə evinə doğru hərəkətdə olan zaman yerdən sellofana bükülümüş bükülü tapmışdır. O, bükülünü açıb baxdıqda içərisində “nəşə” dedikləri narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. Buna görə də həmin qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə əynindəki şalvarının sol yan cibinə qoymuşdur. Bəxtiyar ona Biləsuvar rayonuna getməyi təklif etdiyi vaxt narkotik vasitə üzərində olmuşdur. Ələt-Astara yolu ilə Biləsuvar şəhəri istiqamətində hərəkətdə olarkən Yol Patrul Xidməti avtomobilə saxla işarəsi vermişdir. Adını sonradan bildiyi Elşən Quliyev avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb Biləsuvar RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər, üzərlərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet gəzdirməyi şübhəsini izah edərək onları saxlamışlar. Saxlanıldıqları yerdə videoçəkiliş aparılmaqla üzərlərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Şahid5 üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməsi bildirilmişdir. Nazim üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını demişdir. Nazimin üzərinə keçrilən şəxsi axtarış zamanı özünə məxsus bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsini təklif etmişlər. O da əynindəki şalvarın sol yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı və sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 8,63 qram olması müəyyənləşdirilmişdir. Həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş qurudulmuş marixuana özünə məxsusdur, heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün üzərində gəzdirmişdir. Həmçinin o ifadəsində göstərmişdir ki, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər öz istəyi ilə olmuşdur. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 120-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 27 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində qardaşı Şahid5lə birlikdə olduqları zaman tanışları X2 ilə yaşadıqları Balaxani qəsəbəsində rastlaşmışlar. Bəxtiyar Biləsuvar rayonuna avtomobil ehtiyat hissəsi almaq üçün getmək istədiyini bildirmişdir. O, Bəxtiyarla getməyə razılaşmışdır. Bu zaman qardaşı Şahid5 da əl çəkməyib onlarla getmək istədiyini bildirdiyindən onu da özləri ilə götürmüşlər. Bundan sonra Bəxtiyar Balaxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs zəng etmişdir. X6 rayonundan avtomobil ehtiyat hissəsi olmasını, onu almaq üçün gedəcəyini bildirmişdir. Yaşar da Bəxtiyarla razılaşmışdır. Bəxtiyar özünə məxsus mobil telefon vasitəsi ilə taksi sifariş vermişdir. Bundan sonra onlar olduqları yerə Hyundai Accent markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Bəxtiyar Platxanov, Təqsirləndirilən şəxs, qardaşı Şahid5 və o avtomobilə əyləşmişlər. Onlar bundan sonra Biləsuvar rayonuna getmək üçün yola düşmüşlər. Saat 22 radələrində Salyan rayon ərazisində çay içmişlər. Yolda Bəxtiyar onun telefonu ilə kiminləsə bir neçə dəfə danışmışdır. Çay içdikləri vaxt da telefonla danışıb ona məkan atmasını demişdir. X11 və ona demişdir ki, ona həmin məkanda bağlama olduğunu, həmin bağlamanı Bakı şəhərinə apararlarsa avtomobil hissələrini, yəni disk və təkərləri onlara pulsuz verəsəklər. Həmin bağlamada narkotik vasitə olmasını güman etmişdir. Onlar göstərilən məkana çatanda Bəxtiyar, Yaşar və o avtamaşından düşmüşlər. Qardaşı Nazim isə sürücü ilə birlikdə avtomaşında qalmışdır. Bəxtiyar yolun kənarından bir qutu tapıb götürüb Yaşara vermişdir. Yaşar da həmin qutunu nədənsə kənara atmışdır. Soradan onlara polis işçiləri yaxınlaşaraq narkotik vasitə saxlanılmasında şübhəli olduqlarını bildirib, video çəklişlə üzərilərinə baxış keçirmişlər. İlk öncə ona üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməsi bildirilmişdir. O üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Üzərinə keçrilən axtarış zamanı özünə məxsus bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixitrop maddə vardırsa, çıxarıb təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əynindəki şalvarın sol yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı və sağ yan cibindən bir ədəd «Redmi» markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 8,63 qram olması müəyyənləşdirilmişdir. Həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmış möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Bəxtiyar Platxanova təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. X2 əynindəki qara rəngli gödəkçənin sol cibindən “Samsung” markalı mobil telefonu və gödəkçənin sağ yan cibindən “Winston” markalı siqaret qutusunu təqdim edərək bildirmişdir ki, içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamin vardır. Həmin bükülü elektron tərəzidə çəkildikdə 1,1 qram olması müəyyənləşdirilmişdir. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Həmin vaxt qardaşı Şahid5 və sürücü X7 üzərindən və avtomaşından hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Şahid5 işin mahiyyəti üzrə qardaşı Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Müşviq oğlu ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs və X1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs və X1 cinayət əməllərinin ifşa edilməsi üçün tərəfindən 27 oktyabr 2024-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3, rayon polis şöbəsinin X15 bölməsinin inspektoru, polis baş serjantı X5 və RPŞ-nin KTQ-nin kriminalisti, baş inspektor, polis kapitanı X3 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 27 oktyabr 2024-cü il tarixdə saat 23:03 radələrində Təqsirləndirilən şəxs və Bəxtiyar Platxanovun içərisində olması ehtimal olunan “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun 104-cü kilometrliyində RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş və saxlanılmışdır. Bundan sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər. Avtomobildə Təqsirləndirilən şəxs, X2, Şahid4, Şahid5 və sürücü X7 olması müəyyən olunmuşdur. Tərəflərindən saxlanılan şəxslərdən ilk öncə Şahid5 üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməsi bildirilmişdir. Şahid5 üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını demişdir. Üzərinə keçrilən şəxsi axtarış zamanı bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif olunmuşdur. Yaşar Məmmdov əynindəki şalvarın sol yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı və sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 8,63 qram olması müəyyən olunmuş, həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılmışdır, möhürləndikdən sonra tərəfindən götürülmüşdür. Bundan sonra Bəxtiyar Platxanova təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. X2 əynindəki qara rəngli gödəkçənin sol cibindən “Samsung” markalı mobil telefonu və gödəkçənin sağ yan cibindən “Winston” markalı siqaret qutusunu təqdim edərək bildirilmişdir ki, içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamin vardır. Həmin bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1,11 qram olması müəyyən olunmuşdur. Həmin psixotrop maddə metamfetamin tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Şahid4 təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Şahid4 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirmişdir. Daha sonra avtomobilin sürücüsü X10 təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Elşən Quliyev əynindəki qara rəngli şalvarın sol cibindən bir ədəd alışqan, bir ədəd “Arqo” markalı siqaret qutusu, 2 ədəd 5 manatlıq pul əskinası, 7 ədəd 1 manatlıq pul əskinası və 2 ədəd 20 qəpiklik pul sikkələrini təqdim etmişdir. Elşən Quliyevin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Elşən Quliyev üzərindən aşkar edilmiş pul əskinasları, bir qutu siqaret və bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra Elşən Quliyevə məxsus “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilmişdir. Avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin şəxsləri Biləsuvar RPŞ-nə gətirmişlər.Əməliyyataxtarışğtədbirlərinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış keçirilməsi barədə tərəfindən protokol tərtib olunmuşdur, həmin protokolun doğruluğunu saxlanılan şəxslər və polis əmədaşları imzaları ilə təsdiq etmişlər. Protoloka 1 (bir) ədəd CD disk əlavə olunmuşdur. Qeyd etidkləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Azər Qənbərliyə həvalə edilmişdir. Onlar həmin vaxtı narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəkilər düzdür, ekspert rəyi ilə razıdır. Şahid1 Müşviq oğlu qeyd etmişdir ki, şübhəli şəxslər avtomaşında hərəkətdə olarkən saxlanılmış və video çəklişlə üzərilərinə baxış keçirilmişdir. Hadisə yerində başqa hər hansı kənar qanunsuz əşya və narkotik vasitə aşkar edilməmişdir və narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs özü tərəfindən təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə heç kəs narkotik vasitə qoymamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 Müşviq oğlu ilə eyni məzmunda ifadə verdi. İşdə olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə 27 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş bir əəd CD diskə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və X2 narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 27 oktyabr 2024-cü il tarixdə, saat 23:03 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı içərisində olduqları ehtimal olunan Ələt-Astara yolunun 104-ci kilometrliyində “Hyundai-Accent” markalı avtomobil RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən “saxla” işarəsi verilmiş, saxlanılmışdır. “Hyundai- Accent” markalı avtomobil yolun kənarında saxladıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək, gəlişlərinin səbəbini izah edirlər. Avtomobildə Təqsirləndirilən şəxs, X2, Şahid4, Şahid5 və sürücü X7 olması müəyyən olunur. Saxlanılan şəxslərdən ilk öncə Şahid5 üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməyi bildirilir. Şahid5 üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını deyir. Üzərinə keçrilən şəxsi axtarış zamanı özünə məxsus bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif olunur. Yaşar Məmmdov əynindəki şalvarın sol yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı və sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkildikdə 8,63 qram olması müəyyən olunur. Həmin qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Bundan sonra Bəxtiyar Platxanova təklif olundu ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. X2 əynindəki qara rəngli gödəkçənin sol cibindən “Samsung” markalı mobil telefonu və gödəkçənin sağ yan cibindən “Winston” markalı siqaret qutusunu təqdim edərək bildirildi ki, içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamin vardır. Həmin bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1,11 qram olması müəyyən olundu. Həmin psixotrop maddə metamfetamin RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən zərfə qoyularaq qablaşdırıldı, möhürləndikdən sonra götürüldü. Bundan sonra Şahid4 təklif edildi ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Şahid4 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetin olmadığını bildirdi. Daha sonra avtomobilin sürücüsü X10 təklif olundu ki, üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etsin. Elşən Quliyev əynindəki qara rəngli şalvarın sol cibindən bir ədəd alışqan, bir ədəd “Arqo” markalı siqaret qutusu, 2 ədəd 5 manatlıq pul əskinası, 7 ədəd 1 manatlıq pul əskinası və 2 ədəd 20 qəpiklik pul sikkələrini təqdim etdi. Eləşən Quliyevin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilmədi. Elşən Quliyev üzərindən aşkar edilmiş pul əskinasları, bir qutu siqaret və bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Emin Mamhudlu sürücüyə geri qaytardı. Bundan sonra Elşən Quliyevə məxsus “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrildi. Avtomobildən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilmədi. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar RPŞ-nin CABnın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Müşviq oğlu, Biləsuvar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3, Bİləsuvar RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı X5, Biləsuvar RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X3 iştirak etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X4 xx.xx.2024-cü il tarixli 19/707 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülünün qablaşdırıldığı zərf...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz təmiz çəkisi: -5,341 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 5,341 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 5,241 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,341 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı 5,241 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2024-cü il tarixli 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs baxış iclasında verdiyi ilkin ifadəsini özünümüdafiə xarakteri daşıdığını və məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun xx.xx.2025-ci il tarixdə verdiyi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşadığı yer üzrə müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 oktyabr 2024-cü il saat 16:20-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 5,241 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixindən 29 oktyabr 2024-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 01 (bir) gün gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 5,241 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(022)-28/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-28/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver