Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-29/2025 25.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yerləşən 56 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,796 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 oktyabr 2024-cü il tarixdə, saat 23:03-də Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış və həmin yerdə üzərinə şəxsi axtarış keçirilərkən həmin ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, əynindəki gödəkçənin sağ yan cibində olan “Winston” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsində yerləşən 56 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. O, 27 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahnagir Cahangirov küçəsi ilə piyada hərəkət etdiyi zaman yerdə olan siqaret qutusunun içindən siqaret kağızı bükümü tapmış və həmin bükülün açıb baxdıqda içərisində el arasında “patı” deyilən psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin bükülünü sonradan istehlak etmək məqsədi ilə əynindəki gödəkçənin sağ yan cibinə qoymuşdur. O, həmin gün qohumunun “Mercedes Benz” markalı avtomobili üçün təkər diski almaq məqsədi ilə internetdə yerləşdirilmiş elanlara nəzər yetirmişdir. O, həmin saytda bir nəfər Biləsuvar şəhər sakininin təkər diskləri satması barədə elan görmüş və həmin avtomobili təkəri disklərinin qiymətləri münasib olduğu üçün onları almaq qərarına gəlmiş və bu məqsədlə satıcı ilə razılıq əldə etmişdir. O, şəxsən satıcı ilə telefon vasitəsilə əlaqə saxlamışdır. O, Biləsuvar rayonuna getmək üçün qonşuları Şahid2 və Şahid3 və dostu X4 ilə sözləşmişdir. O, mobil telefonla taksi sifariş vermiş və taksi onların olduqları yerə gəlmişdir. O, taksi sürücüsünü əvvəldən tanımamış və sonradan həmin şəxsi adının X5 olduğunu öyrənmişdir. Onlar E.Ə.Quliyevin idarə etdiyi “Hyundai Accent” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşmiş və Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Həmin vaxt onun üzərində içərisində psixotrop maddə metamfetamin olan bükülü də olmuşdur. Onlar istirahət etmək məqsədi ilə yol kənarında yerləşən kafedə əyləşmiş və çay içmişlər. Buna görə də onlar gecikmiş və günün qaranlıq saatlarında Biləsuvar rayonuna çatmışlar. Onlar avtomobil təkəri diskləri almaq üçün razılaşdığı şəxsin ünvanını tapa bilməmişdir. Onlar geri qayıtdığı vaxt yol qaydalarını pozduqları üçün yol patrul xidməti əməkdaşları onlara “saxla” işarəsi vermişdir. Həmin vaxt sürücü E.Ə.Quliyev idarə etdiyi avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim etmişlər. Polis nəfərləri gəlişlərinin səbəbini izah etdikdən sonra saxlanıldıqları yerdə videoçəkiliş aparılmaqla, onların üzərinə şəxsi axtarış keçirilmişdir. Polis nəfərləri əvvəlcə Şahid2 və sonuncunun qardaşı B.Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin şəxslərin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar etməmişlər. Daha sonra isə Y.A.Məmmədovun üzərinə baxış keçirilmiş və həmin şəxsinü üzərindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü aşkar edilmişdir. Bundan sonra isə onun üzərinə baxış keçirilmişdir. O, əynindəki gödəkçənin sağ yan cibində olan siqaret qutusunun içərisində gizlətdiyi, içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü həmin vaxtdan bir gün əvvəl, yəni 27 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını bildirmişdir. Onun üzərinə baxış zamanı dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Onun üzərində daşıdığı psixotrop amddə metamfetamini satmaq məqsədi olmamışdır. Sonradan Təqsirləndirilən şəxs məhkəmədə əlavə ifadə verərək göstərdi ki, o, əslində Biləsuvar rayonuna avtomaşın təkəri üçün deyil, narkotik vasitə bağlamasını götürməyə gəlmişdir. Belə ki, o, tez-tez “TikTok” sosial şəbəkə hesabında müxtəlif avtomobil şəkilləri paylaşmış və həmin kontentlərə tanımadığı bir şəxs bir çox rəylər yazmışdır. Buna görə də onlar mobil tətbiqin şəxsi mesajlaşma bölməsində yazışmağa başlamışlar. Onlar adətən avtomobillər barədə söhbətlər aparmışlar. O, həmin şəxsin adını bilməmişdir, lakin sonuncunun İran İslan Respublikasının vətəndaşı deyil, azərbaycanlı olduğuğuna əmindir. Sonradan isə o, həmin şəxslə “WhatsApp” mobil tətbiqində əlaqə saxlamağa başlamışdır. 27 oktyabr 2024-cü il tarixdə həmin şəxs ona mobil telefon vasitəsilə “canlı məkan” ünvanı göndərərək, həmin məkanın yerləşdiyi yerə - Salyan rayonuna getməsini və orada gizlədilmiş narkotik vasitə dolu bağlamanı götürüb Bakı şəhərində deyəcəyi ünvana çatdırmasını təklif etmişdir. O, içərisində narkotik vasitə olan bağlamanı götürüb müvafiq ünvana çatdırmasının qarşılığında sonuncunun ona pulsuz avtomobil təkərləri verəcəyi barədə həmin şəxslə razılıq əldə etmişdir. Həmin vaxt onunla birlikdə qonşuları Nazim və Şahid2 qardaşları, habelə dostu Y.A.Məmmədov da Biləsuvar rayonuna gəlmişlər. Onunla həmin şəxslər arasında narkotik vasitənin bölüşdürüləcəyi barədə heç bir razılıq olmamışdır. Onlar birlikdə taksi sifariş vermişlər. Onlara atılan ilk “canlı məkan” ünvanı Salyan rayonunda yerləşdiyi üçün onlar da taksi avtomobilini həmin rayona qədər sifariş vermişlər. Onlar Salyan rayonunda yol kənarında yerləşən kafedə dayanaraq, ayaqyoluna və mağazaya getmiş, çay içmişlər. Onlar kafedə olduqları vaxt “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxs ona ikinci “canlı məkan”, fərqli ünvan göndərmişdir. Həmin ünvan Biləsuvar rayonu ərazisində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşmişdir. Buna görə də onlar həmin taksi avtomobilinə əyləşərək, Biləsuvar rayonuna getmək üçün yola düşmüşlər. Onlar Biləsuvar rayonu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında taksidən düşmüşlər və Y.A.Məmmədovla birlikdə ona çatmalı olan narkotik vasitəni qoyulduğu yerdən götürmüşdür. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəldiyi üçün Y.A.Məmmədov içərisində narkotik vasitə olan bağlamanı dərhal yerə atmışdır. Polis əməkdaşları onları saxladıqdan sonra Biləsuvar rayon polis şöbəsinə gətirmişdir və onlar həmin şöbədə tutulduqları gecə xaric olmaqla, 2 gün saxlanılmış, 3-cü gün isə buraxılmışlar. Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, taksi avtomobili sifarişi verdikləri vaxt onların gediş haqqını ödəməyə pulu olmamışdır. Buna görə də onun “TikTok” sosial şəbəkəsində tanış olduğu şəxs gediş haqqını göndərmək üçün taksi avtomaşınının sürücüsünnün bank kartının nömrəsini istəmişdir. Taksi avtomobilinin sürücüsü isə bank kartının nömrəsini göndərməkdən imtina etdikdən sonra onun mobil telefonla yazışdığı şəxs narkotik vasitə dolu bağlamanı götürüb Bakı şəhərinə gətirməsini və gediş haqqını orada onları özünün qarşılayıb nəğd şəkildə verəcəyini bildirmişdir. Həmin şəxslə yalnız o telefon vasitəsilə əlaqə saxlamışdır. O, Biləsuvar rayonuna gəldiyi zaman, hazırki cinayət işi üzrə cinayətin predmeti olan psixotrop maddə metamfetamin həqiqətən onun üzərində olmuş və baxış zamanı aşkar edilmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək və cavanlığını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, o, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsində yerləşən 120 nömrəli evdə qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır, subaydır və rəsmi olaraq heç bir yerdə işləmir. Şahid3 onun qardaşı, Təqsirləndirilən şəxs və Y.A.Məmmədov isə onun qonşularıdır. O, həmin şəxslərlə birlikdə 27 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayonuna orada gizlədilmiş narkotik vasitəni götürmək üçün gəlmişlər. Belə ki, 27 oktyabr 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs onun mobil telefonu vasitəsilə həmin gün, günorta saatlarında müxtəlif nömrələrə zəng edərək, Bakı şəhərindən Salyan rayonuna gedən taksi avtomaşınların gediş haqqları ilə maraqlanmış, axşam saat 19-20 radələrində, Təqsirləndirilən şəxs onun qardaşı Nazimin istifadəsində olan, əslində isə ona məxsus olan telefon vasitəsilə, “Bolt” taksi xidmətindən onları Salyan rayonuna aparmaq üçün taksi sifariş vermişdir. Həmin vaxtdan bir neçə dəqiqə sonra taksi onların olduğu yerə - Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişdir. Bundan sonra o, qardaşı Nazim, habelə qonşuları Təqsirləndirilən şəxs və Y.A.Məmmədov həmin taksi avtomobilinə əyləşərək, Salyan rayonuna getmək üçün yola düşmüşlər. Həmin vaxt o, gediş haqqının məbləği və həmin gediş haqqını kimi ödəyəcəyi ilə maraqlanmamışdır. Çünki, o və qardaşı Nazim Salyan rayonuna məhz Təqsirləndirilən şəxs dəvəti ilə, heç bir maddi maraqları olmadan, yol yoldaşı kimi getmişlər. Həmin vaxt o və Y.A.Məmmədov Salyan rayonuna, Təqsirləndirilən şəxs üçün qoyulmuş, içərisində narkotik vasitə olan bağlamanı götürmək üçün getdiklərini öncədən bilsələr də, qardaşı Şahid2 bu barədə heç bir məlumatı olmamışdır. Lakin o, Təqsirləndirilən şəxs Salyan rayonunda gizlədilmiş narkotik vasitəsini götürdükdən sonra həmin narkotik vasitə ilə necə davranacağından, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə verəcəyindən və ya miqdarından xəbərsiz olmuşdur. Lakin Təqsirləndirilən şəxs ona məxsus mobil telefonla yazışdığı üçün o, Təqsirləndirilən şəxs Salyan rayonuna məhz narkotik vasitə götürməsini bilmişdir. Çünki onun telefonu “canlı məkan” paylaşımı və izlənilməsi üçün texniki cəhətdən uyğun olmuşdur və Təqsirləndirilən şəxs yazışdığı şəxs ona məxsus mobil telefona narkotik vasitənin olduğu yeri göstərən “canlı məkanı” göndərmişdir. Onun telefonu yolda olduqları müddətdə Təqsirləndirilən şəxs olmuş və sonuncu ona “canlı məkan” göndərən şəxslə mütəmadi olaraq əlaqə saxlamışdır. Onlar Salyan rayonuna çatdıqdan sonra yol kənarında yerləşən restoranın yanında dayanmışlar. Onlar həmin vaxt ayaqyoluna getmiş, mağazadan yeməyə bir neçə məhsul almışlar. Həmin vaxt isə ona məxsus mobil telefona fərqli məkanın kordinatlarını göndərilmişdir. İkinci ünvan barədə Təqsirləndirilən şəxs onlara məlumat vermişdir. Həmin yeni “canlı məkan” Biləsuvar rayonu ərazisində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşmişdir. Buna görə də onlar yenidən avtomobilə əyləşərək, Biləsuvar rayonuna getmək üçün yola düşmüşlər. Onlar Biləsuvar rayonuna, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanına çatdıqdan sonra sürücü və onun qardaşı Şahid2 avtomobildə qalmış, o, Təqsirləndirilən şəxs və Y.A.Məmmədov isə nəqliyyat vasitəsindən yerə düşmüşlər. Onlar “Lukoil” yanacaq doldurma məntəqəsindən bir neçə metr qabağa gedərək, yolun kənarında quraşdırılmış plakatın yanına çatmışlar. Həmin yerdə onlar təxminən 20 sm - 30 sm ölçüdə bağlama aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin bağlamanı götürdükdən sonra onlar avtomobilə geri qayıtmağa başlamışlar. Lakin həmin vaxt polislər onların qarşısına çıxmışdır. Buna görə də Təqsirləndirilən şəxs əlində olan həmin bağlamanı Y.A.Məmmədova ötürmüş, Y.A.Məmmədov isə onu yerə tullamışdır. Polis əməkdaşları onları saxladıqdan sonra Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Polis şöbədə olduqları vaxt polis əməkdaşları onlardan adlarını, soyadlarını soruşmuşlar. Onlar əslində 2 gün sonra buraxılmalı olsalar da, valideynləri polis şöbəsinə gec gəldiklərinə görə polis əməkdaşları onları 3 gecə şöbədə saxlamış, 4-cü gün isə onu və qardaşı Şahid2 azad etmişlər. Həmçinin Şahid2 bildirdi ki, onun qardaşı Nazimin onların Salyan rayonuna narkotik vasitə götürmək üçün getdiyindən xəbəri olmamış, lakin avtomobildə onlarla birlikdə əyləşdiyi üçün bütün söhbətlərini eşitmişdir. Polis əməkdaşları onları tutduqdan sonra ona məxsus olan, Təqsirləndirilən şəxs narkotik vasitənin sahibi ilə şəxslə “WhatsApp” mobil tətbiqi üzərindən yazışmaları apardığı mobil telefonu da ondan götürmüşlər. Onlar Biləsuvar rayon polis şöbəsindən azad edildikdən sonra həmin mobil telefonu ona geri qaytarmış və o, həmin telefondakı bütün yazışmaları silmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid3 məhkəmədə göstərdi ki, o və qardaşı Nihad və valideynləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayırlar. 28 oktyabr 2024-cü il tarixdə, qonşuları Təqsirləndirilən şəxs və Y.A.Məmmədov, habelə qardaşı Şahid2 Biləsuvar rayonuna getmək üçün razılaşmışlar. O, həmin şəxslərə onlarla birlikdə getmək istədiyini bildirmiş və sonuncular onun da getməsinə razılıq vermişlər. Onun Təqsirləndirilən şəxs, Y.A.Məmmədov və qardaşı Şahid2 Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün getdiklərindən məlumatı olmamışdır. Onlar həmin gün, saat 20-21 radələrində taksi vasitəsilə Bakı şəhərindən yola düşmüşlər. Onlar Salyan rayonuna çatdıqdan sonra yol kənarında yerləşən restoranın yanında dayanmışlar və ayaqyoluna getmişlər, daha sonra isə Biləsuvar rayouna getmək üçün təkrarən yola düşmüşlər. Sürücü avtomaşını Biləsuvar rayonu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanına saxlamış və Təqsirləndirilən şəxs, Y.A.Məmmədov və qardaşı Şahid2 nəqliyyat vasitəsindən düşərək, aşağı çöllük sahəyə tərəf getmişlər. O, həmin şəxslərin nə üçün həmin istiqamətdə və haraya getdiklərinə diqət yetirməmişdir. O və sürücü isə avtomibildə qalmışlar. Sonradan isə polis əməkdaşları onları saxlayaraq Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Müşviq oğlu göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətində çalışmış, 2024-cü ilin fevral ayından isə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 oktyabr 2024-cü il tarixdə, saat 18:00-dan sonra əvvəllər tanımadığı X1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, həmin gün Biləsuvar rayonuna “Hyundai Accent” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gələcəkləri barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda həmin nəqliyyat vasitəsində neçə nəfər sərnişinin olması göstərilmədiyinə görə onun “Hyundai Accent” markalı, **-YS- *** dövlət qeydiyyat nişanlı avtomobildə Y.A.Məmmədovdan və Təqsirləndirilən şəxs başqa 3 nəfər şəxsin də olacağı barədə məlumatı olmamışdır. O, şübhəli şəxslərin Biləsuvar rayonuna gəlmələrinin səbəbini bilməmişdir. Həmin əməliyyat məlumatı əsasında 27 oktyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün, saat 23 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Y.A.Məmmədovun və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonunun girişindən, Ələt-Astara yolunun üzərində inşa edilmiş körpünün yaxınlığından başlayaraq, əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin vaxt onlar 2 avtomaşınla əməliyyat aparmışlar. Onlar nəqliyyat vasitəsini təxminən 3 dəqiqə ərzində müşahidə etmiş, bu müddət ərzində isə avtomobil Biləsuvar şəhəri istiqamətində hərəkət etmiş və heç bir yerdə dayanmamışdır. Y.A.Məmmədovun və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Biləsuvar rayonu tərk etmələri və qaçma ehtimalı olduğu üçün o, avtomaşını dayandırmaq əmri vermişdir. Buna görə də həmin gün, saat 23:03-də nəqliyyat vasitəsi Ələt-Astara yolunun 104-cü kilometrliyində “Lukoil” yanacaq doldurma məntəqəsini keçdikdən sonra, Biləsuvar rayon polis şöbəsinin X9 bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək, saxlanılmışdır. Bundan sonra o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər. Həmin vaxt nəqliyyat vasitəsində 5 nəfər - X4, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və sürücü X3 olması müəyyən olunmuşdur. Onlar tərəfindən saxlanılan şəxslərin üzərində videoçəkiliş aparılmaqla axtarış keçirlimişdir. Həmin şəxslərdən Şahid3, Şahid2 və sürücü X3 üzərilərinə baxış keçirilmiş, lakin həmin şəxslərin üzərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Həmçinin onlar tərəfindən X2 üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etməsi təklif olunmuş və sonuncu əynindəki şalvarın cibindən bükülü təqdim edərək, içərisində narkotik vasitə qqurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməsi təklif edilmiş və həmin şəxs mobil telefonunu və özünəməxsus siqaret qutusunun içərisindən içərisində el arasında “patı” adlandırılan psixotrop maddə metamfetamin olan bükümü təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,11 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra “Hyundai Accent” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs və Y.A.Məmmədovun üzərindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənərək, götürülmüşdür. Həmin vaxt saxlanılan şəxslərə ona Biləsuvar rayonuna narkotik vasitə götürmək məqsədi ilə gəldikləri barədə heç bir məlumat verməmişlər, buna görə də o və əməliyyat qrupunun üzvləri hadisə yerinin ətrafında hər hansı axtarış həyata keçirməmişlər. Həmçinin Şahid1 Müşviq oğlu bildirdi ki, o, saxlanılan şəxslərin mobil telefonlarına baxış keçirmiş və sonuncuların yazışmalarında hər hansı şəxsin onlar üçün qoyduğu narkotik vasitəni götürmələri barədə mesajlar görməmişdir. O, saxlanılan şəxslərin telefoununda cinayət işi üzrə əhəmiyyətə malik ola bilən və ya qeyri-qanuni hər hansı məlumat tapmadığı üçün, telefonlara baxış hərəkətini sənədləşdirməmişdir. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid4 məhkəmədə göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. X1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və həmin şəxslərin Biləsuvar rayonuna gələcəkləri barədə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 27 oktyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Əmliyyat qrupuna o, Şahid5 və Biləsuvar rayon polis şöbəsinin X9 bölməsinin yol patrul xidməti əməkdaşları da daxil edilmişlər. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün, saat 23 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Y.A.Məmmədovun və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 104-cü kilometrliyində, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman Biləsuvar rayon polis şöbəsinin X9 bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək, saxlanılmışdır. Həmin vaxt əməliyyat qrupu tərəfindən “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil müşahidəyə götürülmədən saxlanılmışdır. Onlar həmin vaxt Y.A.Məmmədovun və Təqsirləndirilən şəxs içərisində olduğu “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəqiq hansı istiqamətdə hərəkət etdiyini aydınlaşdıra bilməmişlər. Lakin onun fikirincə, həmin nəqliyyat vasitəsi Astara rayonu istiqamətində hərəkətdə olmuşdur. Onlar “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Turist 5” kafesini keçdikdən bir qədər sonra, dairəyə daxil olmadan saxlamışlar. Həmin vaxt avtomobildə 5 nəfər olmuşdur. Onlar müəyyən çətinləklərlə üzləşsələr də, qanunvericiliyin tələbinə uyğun olaraq yerində çəkiliş aparmaqla, şübhəli şəxslərin üzərində axtarış həyata keçirmişlər. Həmin şəxslərdən yalnız Təqsirləndirilən şəxs və Y.A.Məmmədovun üzərindən qadağan olunmuş narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Belə ki, həmin şəxslərə üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya maddə vardırsa, çıxarıb təqdim etmsi təklif olunmuşdur. Buna görə də həmin şəxslər üzərrlərində gəzdirdikləri narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamamini təqdim edərək, həmin predmetləri yerdən tapdıqlarını bildirmişlər. O, hazırda həmin şəxslərdən hansından narkotik vaxitə qurudulmuş marixuananın, hansından psixotrop maddə metamfetamaminin aşkar edildiyini dəqiq olaraq xatırlamır. Lakin Təqsirləndirilən şəxs və Y.A.Məmmədov üzərlərində olan bükülüləri təqdim etdikləri vaxt, özlərinin narkotik vasitə və ya psixotrop maddə istehlakçısı olduqlarını etiraf etmişlər. “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişinlərin də üzərlərinə, həmçinin həmin nəqliyyat vasitəsinə axtarış keçirilmiş, lakin həmin şəxslərdən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Onun Təqsirləndirilən şəxs və Y.A.Məmmədovun Biləsuvar rayonuna təkər almaq üçün gəlmələri barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdiki, o, Biləsuvar rayon polis şöbəsinin post-patrul xidməti inspektoru vəzifəsində çalışır. O, 27 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə yaradılmış əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Həmin əməliyyat qrupu Biləsuvar rayon polis şöbəsinin 5 nəfər əməkdaşından ibarət olmuşdur. Onun Şahid1 daxil olmuş əməliyyat məlumatının məzmunundan xəbəri olmamış, sadəcə əməliyyat qrupunun rəhbərinin əmr və göstərişlərini yerinə yetirmişdir. Onlar əməliyyataxtarış tədbirini 2 avtomobillə icra etmişlər. Həmin avtomaşınlardan biri yol patrul xidməti avtomobili olmuş və o, həmin nəqliyyat vasitəsində olmuşdur. Digər avtomaşın isə Şahid1 şəxsi avtomobili olmuş və sonuncu ilə birlikdə digər əməliyyatçılar həmin nəqliyyat vasitəsində olmuşlar. Onlar yol polisi avtomobilini Biləsuvar rayonu, Xırmandalı kəndinin çıxışında gizlədərək, Şahid1 əmrini gözləmişlər. O, “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomaşının hansı istiqamətdən gəldiyini görməmişdir. Onlar Şahid1 zəngindən sonra yola çıxmışlar. Onlar həmin avtomobili təxminən 10 dəqiqə müşahidə etmişlər və həmin müddət ərzində nəqliyyat vasitəsi heç bir yerdə dayanmamışdır. “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomaşının onlar tərəfindən müşahidəyə götürüldüyü andan saxlanıldığı vaxta kimi, habelə sonrakı müddətdə videoqeydlər aparılmışdır. Həmin nəqliyyat vasitəsi Şahid1 göstərişi ilə həmin gün, saat 23:03-də “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, “Turist 5” kafesinə çatmamış, “saxla” işarəsi verilərək, saxlanılmışdır. Bundan sonra onlar “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmışlar. Həmin nəqliyyat vasitəsində 5 nəfər sərnişin olmuşdur. Saxlanılan şəxslərin üzərinə baxış keçirilmiş və həmin şəxslərdən ikisinin üzərindən narkotik vasitə aşkar edilmişdir. Əməliyyat müvəkkilləri hadisə yerinin ətrafına baxış keçirsələr də, həmin vaxt isə o, saxlanılan şəxslərin yanında qaldığı üçün hadisənin baş verdiyi yerdən başqa qeyri-qanuni predmetin aşkar edilib-edilməməsindən xəbəri yoxdur. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 27 oktyabr 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Y.A.Məmmədovun və Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında 27 oktyabr 2024-cü il tarixdə, saat 23:03də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslərin içərisində olduqları ehtimal olunan “Hyundai Accent” markalı **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun 104-ci kilometrliyində Biləsuvar rayon polis şöbəsinin X9 bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək, saxlanılmışdır. Həmin nəqliyyat vasitəsi yolun kənarında saxladıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etmişlər. Həmin vaxt nəqliyyat avsitəsində X1, Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 və sürücü X3 olduğu müəyyən edilmişdir. Həmin şəxslərdən ilk olaraq Şahid3 üzərində narkotik vasitə, psixitrop maddə və ya digər əşya vardırsa təqdim etməyi təklif edilmiş, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin şəxsi axtarış keçirilmiş və üzərindən özünəməxsus bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan sonra X2 üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif edilmiş, sonuncu əynindəki şalvarın sol yan cibində özünə məxsus şəffaf rəngli sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı və sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Y.A.Məmmədovun üzərindən aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 8,63 qram olduğu müəyyən edilmiş, həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif edilmiş, sonuncu əynindəki əynindəki qara rəngli gödəkçənin sol cibindən “Samsung” markalı mobil telefonu və gödəkçənin sağ yan cibindən “Winston” markalı siqaret qutusunu təqdim edərək bildirilmişdir ki, həmin qutunun içərisində özünə məxsus “patı” adlanan psixotrop maddə metamfetamin vardır. Həmin bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 1,11 qram olması müəyyən olunmuşdur. Həmin psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Şahid2 üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif edilmiş, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin şəxsi axtarış keçirilmiş və üzərindən özünəməxsus bir ədəd “Samsung”markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra sürücü E.Ə.Quliyevə üzərində narkotik vasitə, psixotrop maddə vardırsa, çıxarıb təqdim etmsi təklif edilmiş, sonuncu əynindəki qara rəngli şalvarın sol cibindən bir ədəd alışqan, bir ədəd “Arqo” markalı siqaret qutusu, 2 ədəd 5 manatlıq pul əskinası, 7 ədəd 1 manatlıq pul əskinası, və 2 ədəd 20 qəpiklik pul sikkələrini çıxarıb təqdim etmişdir. Həmin şəxsin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. E.Ə.Quliyevin üzərindən aşkar edilmiş pul əskinasları, bir qutu siqaret və bir ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyinə görə həmi şəxsə geri qaytarılmışdır. Bundan sonra “Hyundai Accent” markalı, **-YS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçrilmiş və nəqliyyat vasitəsində qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi-bioloji ekspertizasının 28 oktyabr 2024-cü il tarixli, 19/707 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,796 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,796 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 0,696 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 29 noyabr 2024-cü il tarixli, 772 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli Qərarının 2-ci bəndində müəyyən etdiyi hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilsə də, dövlət ittihamçısı təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət qaldırmadığına görə məhkəmə baxışı davam etdirilməli və ittihama mahiyyəti üzrə baxılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İİ siyahısının 118-ci bəndinin tələbinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xaraktereizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1-1(095)-218/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinəərk, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 08 fevral 2024-cü il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyinə görə Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinin tələblərindən göründüyü kimi, residiv qanuni qüvvəyə minmiş hökmlə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədildiyi andan yaranır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1-1(095)-218/2023 saylı hökmü ilə təyin edilmiş cəza – cərimə cəzası - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu üçün təqsirləndirilən şəxsin hazırki iş üzrə ona istinad edilən cinayəti törədərkən məhkumluğunun ödənilməməsi və ya götürülməməsi cinayətlərin residivi və təqsirdirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 oktyabr 2024-cü il tarixdə, saat 23:03-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə, saat 16:35-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 noyabr 2024-cü il tarixli, 772 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,696 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 1 (bir) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,696 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-29/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-29/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver