Məhkəmə qərarları › İş №1(022)-3/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-3/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-3/2023 01.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Qubadov Xəyal Böyükxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi X7, zərərçəkmiş şəxs Əkbərova (Şahverənova) Gülxanım İbrahim qızının iştirakı ilə, 13 oktyabr 1984-cü ildə Biləsuvar rayonu Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Aranlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində 19 mart 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 cavabdeh kimi 07 yanvar 2014-cü il təvəllüdlü X11 və 08 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün 04 iyul 2017-ci il tarixdən başlayaraq, Əkbərova (Şahverənova) Gülxanım İbrahim qızının xeyrinə hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutulmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(002)-4191/2017 nömrəli qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, Biləsuvar Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 3(022)-181/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 18 dekabr 2020-ci il tarixədək şəxsi maraq niyyəti ilə 10059,80 manat aliment borcunu ödəməyərək, zərərçəkmiş şəxsə həmin məbləğdə ziyan vuraraq qanuni qüvvəyə minmiş olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs X16 özünü tam təqsirli bilərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, X6 ilə 14 fevral 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan 07 yanvar 2014-cü ildə Dəniz və 08 oktyabr 2015-ci ildə Ehram dünyaya gəlmişdir. Evləndikdən sonra Gülxanım ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(002)-4191/2017 nömrəli qətnaməsi ilə ondan 07 yanvar 2014-cü il təvəllüdlü X11 və 08 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün 04 iyul 2017-ci il tarixdən başlayaraq, Əkbərova (Şahverənova) Gülxanım İbrahim qızının xeyrinə hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin icra sənədi Biləsuvar rayon icra və probasiya şöbəsinə icraya yönəldilmiş və Biləsuvar rayon icra və probasiya şöbəsində icra işi başlanılmış və ona bildiriş verilmişdir. Dəfələrlə icra şöbəsinə dəvət olunaraq, izahatları alınmışdır. İcra şöbəsinin protokoluna əsasən Biləsuvar Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. O, hazırda Əkbərova (Şahverənova) Gülxanım qızından üzr istəyib, Əkbərova (Şahverənova) Gülxanım qızına dəymiş ziyanı tamamilə ödəmiş və Əkbərova (Şahverənova) Gülxanım qızı ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əkbərova (Şahverənova) Gülxanım qızı bildirmişdir ki, o, X16 14 aprel 2013-cüildə rəsmi nikaha daxil olaraq evlənmiş və birgə nikahdan 07 yanvar 2014-cü ildə Dəniz və 08 oktyabr 2015-ci ildə Ehram dünyaya gəlmişdir. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan Azər Şahverənovla ayrılmışdır. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Azər uşaqları ilə maraqlanmamış və ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(002)-4191/2017 nömrəli qətnaməsi ilə X8 07 yanvar 2014-cü il təvəllüdlü X11 və 08 oktyabr 2015-ci il təvəllüdlü X2 üçün 04 iyul 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 136,90 manat olmaqla, cəmi 273,20 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir. X4 ondan üzr istəyərək, dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışığa nail olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(002)-4191/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Biəsuvar rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə icraata başlanılmış və tələbin icra edilməsi üçün X5na 10 gün müddətində vaxt vermişdir. X25 icra müddətində aliment ödəməmişdir. X5 ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək, Biləsuvar Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 3(022)-181/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq, borclu Azər Şahverənov yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək 10059,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X16 vəsatət təqdim edərək bildirmişdir ki, zərərçəkmiş şəxs Əkbərova (Şahverənova) Gülxanım qızından üzr istəmiş, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, hazırda münasibətləri normaldır. Zərərçəkmiş şəxs Əkbərova (Şahverənova) Gülxanım qızı onu bağışlamışdır. X16 onun barəsində bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əkbərova (Şahverənova) Gülxanım qızı vəsatət verərək bildirmişdir ki, X14 bağışlamış və onunla hazırda münasibətləri normaldır və X16 ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. X8 heç bir tələb və şikayəti yoxdur. X10 cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə X10 cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2017ci il tarixli 2(002)-4191/2017 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsindən görünür ki, 07 yanvar 2014-cü il təvəllüdlü X11 və 08 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün 04 iyul 2017-ci il tarixdən başlayaraq, cavabdeh X8 iddiaçı Əkbərova (Şahverənova) Gülxanım İbrahim qızının xeyrinə hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutulmaldır. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli 3(022)-181/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X16 yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 12 oktyabr 2020-ci il tarixli təqdimatdan görünür ki, Biləsuvar Rayon İcra və Pobasiya X3 CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, X16 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla X10 CM-in 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, X16 cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. X16 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. CM-in 306-cı maddənin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək, tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, X16 CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Lakin hal-hazırda o, zərər çəkmişə vurduğu zərəri aradan qaldırmış və barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etmişdir. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi üçün onun barəsində CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. X16 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. X26

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar