Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-3/2024 02.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar rayonu, Dərvişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində olan, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(022)-136/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinmiş, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəsasına məhkum edilmiş, həmin cəzanın icrası məqsədi ilə 11 yanvar 2024-cü il tarixdən Biləsuvar rayon İcra və Probasiya Şöbəsində qeydə alınmış, cəzasını çəkməmiş və cəzadan azad edilməmiş, Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə özünün və nişanlısı X2 Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Zirvə» şadlıq sarayında keçirilən toy məclisində, saat 20:35 radələrində Zərərçəkmiş şəxs bəy-gəlin masasına yaxınlaşaraq A.Ə.Allahverdiyevə toyda bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətməsini irad bildirdiyi zaman həmin şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, ictimai yerdə nalayiq sözlər işlədərək səs-küy salıb mübahisə edib dalaşmaqla, Zərərçəkmiş şəxs baş nahiyəsindən yumruqla bir neçə dəfə vuraraq, ona təpə nahiyəsinin küt travması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq etmiş, 10-15 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Dərvişli kəndində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində onunla arvadı X2 toy məclisi təşkil edilmişdir. Zərərçəkmiş şəxs onun arvadının dayısı oğludur və o, həmin şəxsi S.M.Əsmətovanın qohumu kimi ilk dəfə toy məclisindən əvvəl həyata keçirilən “ciyər axşamı” adlanan məclisdə tanımışdır. 25 dekabr 2022-ci il tarixdə, saat 20:35-də Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, toyda oğlan tərəfinin qonağı olan bir şəxsin sərxoş vəziyyətdə söyüş söydüyünü və sonuncunun toy məclisindən çıxarılmalı olduğunu bildirmişdir. O isə Zərərçəkmiş şəxs bəy olduğunu və şikayətini başqa adama deməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onun yanında qalmış və təkrarən eyni sözləri ona 3 dəfə demişdir. O, həmin şəxsə “... Əgər səni söyürsə, özün çıxar çölə danış, bu boyda toyda bir kişi sən çıxmamaısan ki...” məzmununda cavab vermiş və Zərərçəkmiş şəxs onun yanından getməsini tələb etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qəflətən bir dəfə yumruqla onu vurmuşdur. O, əsəbləşərək ayağa qalxmış və özünü müdafiə etmək məqsədi ilə Zərərçəkmiş şəxs bir dəfə yumruqla sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşı Şahid7 onu arxadan vurmuş və digər qardaşı da onun üstünə hücum etmişdir. O, Zərərçəkmiş şəxs hazırda adını xatırlamadığı qardaşını da özünü müdafiə etmək məqsədi ilə vurmuşdur. O, Zərərçəkmiş şəxs baş nahiyəsinin arxa hissəsinə heç bir zərbə endirməmiş və sonradan həmin şəxsi kimin döydüyünü görməmişdir. Sonda, A.Ə.Zərərçəkmiş şəxsƏliyevi özünü müdafiə məqsədi ilə vurduğunu bildirərək, barəsində ədaləti qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, X3 onun bibisinin qızı, Təqsirləndirilən şəxs isə S.M.Əsmətovanın əridir. O, Təqsirləndirilən şəxs əvvəllər yaxından tanımamış və həmin şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, tərəflərin 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində təşkil edilən toy məclisində ailəsi ilə birlikdə iştirak etmişdir. Oğlan və qız toyu birlikdə baş tutuduğuna görə toy məclisində hər iki tərəfin yaxınları iştirak etmişdir. O, həmin gün saat 20:35 radələrində toy məclisində bir nəfər şəxsin sərxoş vəziyyətdə söyüş söyməsini eşitmişdir. O, həmin şəxsin oğlan tərəfinin qonağı olduğunu fikirləşərək, sonuncuya yaxınlaşıb, nəsə deməmişdir. Bundan sonra o, gəlin və bəy masasına yaxınlaşaraq, Təqsirləndirilən şəxs bu barədə məlumat vermişdir. Çünki o, oğlan tərəfindən yalnız Təqsirləndirilən şəxs tanımış, buna görə də həmin şəxsə şikayətini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin şəxsin oğlan evinin qonağı olduğunu və söyüş söyməyə davam etdiyini bildirmiş, bunun qarşısını almasını tələb etmişdir. Bu zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan yumruqla onun sifət nahiyəsinə zərbə vurmuşdur. Lakin həmin yumruq zərbəsi ona zəif dəymişdir, əgər o, həmin zərbədən yayına bilməsə idi, onun boyunu sına bilərdi. Bundan sonra isə gəlin və bəyin masasının yaxınında dayanan və məclisi idarə edən Şahid9 adlı şəxs onu vurmuş və həmin şəxsin onun boyunun arxa hissəsinə endirdiyi zərbə nəticəsində o, yerə yıxılmış və özündən getmişdir. O, özünə gəldiyi zaman xəstəxanada olmuş və sonradan toy məclisində baş verənlərdən onun heç bir xəbəri olmamışdır. Onun xəsarətlərinin hamısı başının arxa nahiyəsində olmuş və həmin zərbələri Təqsirləndirilən şəxs vurmamışdır. O, Təqsirləndirilən şəxs onu vurmasından sonra büdrəsə də, yerə yıxılmamışdır. Qardaşları ona sonradan onu Şahid9 döydüyünün və sonuncu onu vurduqdan sonra yerə yıxıldığını bildirmişlər. Şahid9 onu əvvəlcə süpürləmiş, sonra isə döymüşdür. Sonda, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısının oğludur. S.M.Əsmətovanın və Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində təşkil edilən toy məclisində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə hücum edərək, sonuncunu yumruqla vurmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinin sağ nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Həmin zərbədən sonra Zərərçəkmiş şəxs qardaşları Təqsirləndirilən şəxs üzərinə hücum etmişlər, lakin o, sonradan baş verən hadisələrdən xəbərdar deyil. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs başqa kiminsə vurduğunu görməmişdir. Həmçinin o bildirdi ki, o, Şahid9 adlı şəxsi tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X3 onun qızı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir. Zərərçəkmiş şəxs isə onun qardaşının oğludur. 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində tərəflərin toy məclisi baş tutmuşdur. O, həmin gün axşam saatlarında məclisdə qonaq qsimində iştirak edən digər qadınlarla birlikdə çay içdiyi vaxt Zərərçəkmiş şəxs qışqıraraq bəy və gəlin masasına getdiyini görmüşdür. Həmin vatdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs qəflətən Təqsirləndirilən şəxs vurmuş, sonuncu da Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə yumruqla zərbə endirmişdir. Sonradan isə ətrafda olan şəxslər mübahisə edən şəxsləri ayırmışlar. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hansı səbəbə görə vurduğunu bilmir. O, şadlıq evinin girişində əyləşmiş, dava-dalaş isə zalın əks hissəsində baş vermişdir. Həmçinin o bildirdi ki, həmin dava-dalaşdan bir gün sonra Zərərçəkmiş şəxs qayınatası Şahid10 onlara gəlmiş və Şahid9 adlı şəxsin əleyhinə polisə izahat verərək, Zərərçəkmiş şəxs və həmin şəxsin qardaşlarını Təqsirləndirilən şəxs deyil, məhz Şahid9 döydüyünü bildirmələrini onlardan xahiş etmişdir. Şahid10 həmçinin demişdir ki, Təqsirləndirilən şəxs pulu yoxdur, lakin Şahid9 pulu çoxdur. Əgər onlar Şahid9 barədə polisə şikayət etsələr, həmin şəxsdən pul ala bilər. Lakin o və əri Şahid10 qəti olaraq etiraz edərək, onlar yalandan şahidlik edə bilməyəcəklərini həmin şəxsə bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir və onlar rəsmi nikah bağlamamışlar. 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində onların toyu baş tutmuşdur. Həmin gün saat 22 radələrində o və Təqsirləndirilən şəxs bəy və gəlin masasında oturduğu vaxt Zərərçəkmiş şəxs onların stoluna yaxınlaşmış və Təqsirləndirilən şəxs nəsə demişdir. O, həmin şəxsin Təqsirləndirilən şəxs nə dediyini eşitməmişdir. Bundan sonra A.Ə.Zərərçəkmiş şəxsƏliyevə 3 dəfə onun yanından getməsi barədə bildirmişdir, lakin sonuncu həmin yeri tərk etməmişdir. A.Ə.Zərərçəkmiş şəxsƏliyevə 3-cü dəfə oradan uzalaşmasını bildirdiyi vaxt qəflətən F.H.Təqsirləndirilən şəxsƏliyevi bir dəfə yumruqla vurmuşdur, lakin həmin zərbədən Təqsirləndirilən şəxs yayına bilmişdir. Buna görə də Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi ilə oturduğu stuldan qalxaraq, Zərərçəkmiş şəxs yumruqla bir dəfə zərbə vurmuşdur. O, həmin zərbənin Zərərçəkmiş şəxs dəyib-dəymədiyini görməsə də, həmin şəxsin yerə yıxıldığını görə bilmişdir. Lakin həmin axt masa ətrafına çox şəxs yığışdığına görə o, Zərərçəkmiş şəxs niyə yıxıldığını görə bilməmişdir. Baş vermiş səs-küydən sonra onların masasının ətrafına çox nsan yığışdığına görə o, özünü itirmiş və həmin vaxt insan kütləsinin içindən onun kimin çıxardığını bilməmiş, lakin sonradan həmin şəxslərin anası və Təqsirləndirilən şəxs bacısı olduğunu öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində Təqsirləndirilən şəxs toy məclisində iştirak etmişdir. O, digər qadınlarla birlikdə rəqs etdiyi vaxt Zərərçəkmiş şəxs bəy və gəlin masasına yaxınlaşdığını görmüşdür. F.H.Təqsirləndirilən şəxsƏliyevə nəsə demiş, sonuncu da Zərərçəkmiş şəxs oradan getməsini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşmış və Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Bundan sonra isə A.Ə.Zərərçəkmiş şəxsƏliyevi vurmuş və həmin zərbədən sonra Zərərçəkmiş şəxs qardaşları Təqsirləndirilən şəxs üzərinə hücum etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qardaşları vurmuşdur. Məhkmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun ərinin qardaşıdır. O, 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində Təqsirləndirilən şəxs toy məclisində iştirak etmişdir. O, digər qadınlarla birlikdə rəqs etdiyi vaxt Zərərçəkmiş şəxs bəy və gəlin masasına yaxınlaşdığını görmüşdür. F.H.Təqsirləndirilən şəxsƏliyevə nəsə demiş və bundan sonra F.H.Təqsirləndirilən şəxsƏliyevi yumruqla vurmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində Təqsirləndirilən şəxs toy məclisində iştirak etmişdir. O, toy məclsində rəqs etdiyi vaxt dava-dalaş baş vermiş, lakin o, mübahisənin necə başladığı görə bilməmiş və uşaqlarını sakitləşdirmək məqsədi ilə onların yanaına getmişdir. Məhkmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, digər qardaşları ilə birlikdə bibisinin qızı S.M.Əsmətovanın və Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində baş tutmuş toy məclisində iştirak etmişlər. O, zalın orta hissəsində, bəy və gəlin masasından təxminən 30- 40 meta çarpaz istiqamətdə olan stolların birində əyləşmişdir. Toyda qonaqlar oynadığı zaman qardaşı Zərərçəkmiş şəxs kiminsə söyüş söydüyünü görmüş və bu barədə bəyin qonaqlarından heç kimi tanımadığına görə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs bəy və gəlin masasına yaxınlaşmış və Təqsirləndirilən şəxs nəsə demişdir. Həmin şəxslərin söhbətləri 1 dəqiqədən də az çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 dəfə yumruqla zərbə vurmuş və sonuncu büdrəmişdir. Bundan sonra isə Şahid9 qardaşını vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, dərhal yerindən qalxıb qardaşına kömək etmək məqsədi ilə həmin yerə getmişdir. Həmin vaxt onun digər qardaşı Şahid7 da bibisi ilə çay içmiş və Zərərçəkmiş şəxs vurulduğunu gördükdən sonra dərhal hadisə yerində getmişdir. Zərərçəkmiş şəxs yerdə olduğu vaxt Şahid9 həmin şəxsi təpikləmiş və Şahid7 qardaşını qorumaq məqsədi ilə onun başını qolları ilə tutmuşdur. Şahid7 Şahid9 Zərərçəkmiş şəxs niyə vurduğunu soruşduğu vaxt Şahid9 Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla vurmuşdur. Həmin vaxt Şahid10 Şahid9 “Onu niyə vurdun, o mənim yeznəmdir” məzmununda sözlər demişdir. Daha sonra onlar Zərərçəkmiş şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu görməmişdir. Həmçinin o, həmin toy məclisində Təqsirləndirilən şəxs söyüş söydüyünə də şahid olmamışdır. Zərərçəkmiş şəxs Şahid9 vurduğunu Təqsirləndirilən şəxs Şamil və Sahib adlı qohumları da görmüşlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, digər qardaşları ilə birlikdə bibisinin qızı S.M.Əsmətovanın və Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində baş tutmuş toy məclisində iştirak etmişlər. O, bəy və gəlin masasından təxminən 10 metr aralıda yerləşən masada əyləşmişdir. O, həmin toy məclisində bibisi ilə birlikdə çay içdiyi vaxt qardaşı Zərərçəkmiş şəxs bəy və gəlin masasına yaxınlaşmış və Təqsirləndirilən şəxs toyda bəy tərəfinin qohumlarından kiminsə içkili vəziyyətdə söyüş söydüyünü demişdir. Həmin şəxslərin söhbətləri 1 dəqiqədən də az çəkmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 dəfə yumruqla zərbə vurmuş və sonuncu büdrəmişdir. Həmin vaxt Şahid9 qardaşını vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, dərhal yerindən qalxıb qardaşına kömək etmək məqsədi ilə həmin yerə getmişdir. Şahid9 qardaşını yerdə təpiklədiyi vaxt o, Zərərçəkmiş şəxs başını qolları arasında qorumağa çalışmışdır. O, Şahid9 qardaşını niyə vurduğunu soruşduğu vaxt həmin şəxs onun burun nahiyəsinə yumruqla zərbə endirmiş və buna görə də onun burnu sınmışdır. Bundan sonra ara qarışmışdır. O və digər qohumları birlikdə Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparmışlar. Həmçinin onun burnundan qan kəsilmədiyin görə o, əməliyyat olunmuşdur. O, əməliyyatda olduğu vaxt Şahid9 xəstəxanaya gəlmiş və onun qayınatası Şahid10lə xəstəxananın həyətində söhbət etmişdir. Həmin söhbət əsnasında Şahid9 Şahid10 onun əməliyyat xərclərini qarşılayacağını bildirmişdir. Həmçinin o bildirdi ki, Şahid9 bəy və gəlin masasının yanında - həmin stoldan təxminən 3-4 metr aralıda yerləşən masalardan birində əyləşmişdir. Məhkmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs dəfələrlə ona məxsus torpaq sahəsini suvarmışdır. O, həmin şəxsin dəvəti ilə sonuncunun 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində baş tutmuş toy məclisində iştirak etmişdir. O, həmin məclisdə birinci masada, bəy-gəlin masasından təxminən 4-5 metr aralıda yerləşən stolda əyləşmişdir. O, toyda idarəçi qismində iştirak etməmiş, pul yığmamış və ortalıqda gəzibdolaşmamışdır. O, həmin toy mərasimində çox az insanı tanımışdır və buna görə də məclisdə fəal iştirak etməmişdir. O, həmin gün axşam saatlarında toyda yemək yediyi vaxt bir nəfər şəxsin “Dava, dava...” sözlərini qışqıraraq, bət-gəlin masasına tərəf getdiyini görmüş və dərhal həmin stola doğru baxmışdır. Lkain həmin vaxt bəy-gəlin masasının ətrafında çox sayda insan toplaşdığına görə heç nə görə biməmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu və ya sonuncunun bəyi vurduğunu görməmişdir. O, dava-dalaş baş verdiyi vaxt həmin yerə yaxınlaşmamış və kənardan baş verənləri müşahidə etmişdir. O, Zərərçəkmiş şəxs və ya həmin şəxsin qardaşı Fərhadı vurmamışdır. Əgər o, həmin şəxsləri vurmuş olsa idi, toyda o da döyülərdi. O,yalnız ara sakitləşdikdən sonra Təqsirləndirilən şəxs köynəyinə olan qan ləkəsini görmüş və həmin şəxsə yardım edərək, gedib üst-başını təmizləməsini bildirmişdir. O, toy məclisində olduğu vaxt Zərərçəkmiş şəxs bəy-gəlin masasına yaxınlaşdığını görməsə də, Təqsirləndirilən şəxs aldığı və evdə izlədiyi toy kasetində həmin şəxsin bəy-gəlin masasına getdiyi görə bilmişdir. Onun Təqsirləndirilən şəxs toy kasetini almasına səbəb onun həmin dava-dalaş vaxtı Zərərçəkmiş şəxs və həmin şəxsin qardaşlarının döyülməsində onun adının hallanması olmuşdur. Təqsirləndirilən şəxs toy məclisində dava baş verdiyi üçün məclis erkəndən sonlanmış və o, avtomobilinin motoru yandığı üçün taksi ilə birbaşa evinə getmişdir. O, həmin dava-dalaş vaxtı nəinki kimisə döymək, hətta mübahisəni sakitləşdirmək üçün belə hadisə yerinə getməmişdir. Lakin Şahid10 ondan pul almaq üçün onun üstünə böhtan atır. Şahid10 Zərərçəkmiş şəxs və onun qardaşlarını şirnikləndirərək, ondan 6.000 manat məbləğində pul almağa cəhd etmişdir. Belə ki, Zərərçəkmiş şəxs qardaşı Fərqan ondan həmin məbləğdə pul vəsaitini istəyərək, ancaq pul verəcəyi təqdirdə barışığa nail olacaqlarını bildirmişdir. O isə qəti olaraq Fərqanın təklifinə etiraz etmişdir. O, Şahid10 əvvəllər tanımış və sonuncu usta olduğuna görə bir neçə dəfə həmin şəxsə televizor təmir etdirmişdir. O, Fəridin və sonuncunun qardaşı Fərqanın döyülməsində adı hallandığı üçün xəstəxanaya A.Şahid10 ilə görüşmək məqsədi ilə xəstəxanaya getmişdir. A.Şahid10 xəstəxanada olduqları vaxt və Biləsuvar rayon şöbəsində ondan pul istəmiş və o, sonuncunun pul tələbini icra etməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 Aydın oğlu ifadəsində göstərdi ki, o, 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində Təqsirləndirilən şəxs toy məclisində iştirak etmişdir. Onu həmin toya tanışı gəlinin atası Mirzəbəy dəvət etmişdir. X1 onun kürəkəni Şahid7 bibisinin qızıdır. O, çöldə olur və gəlinin atası Mirzəbəylə qonşu təsərrüfta malikdir və aralarındakı münasibətləri yaxşı olmuşdur. Buna görə də Mirzəbəy onu qızı S.M.Əsmətovanın toy məclisinə dəvət etmişdir. O, həmin toyda oğlu Dədəliyev Elvinlə birlikdə iştirak etmiş, oğlu, kürəkəni və qudası Həsrət Əliyevlə birlikdə eyni masa arxasında əyləşmişdir. Onların stolu bəy-gəlin masasından 5-6 metr məsafədə olmuş və bəy və gəlin stolundan sonra ilk masanın ətrafında Şahid9 əyləşmişdir. O, bəy-gəlin masasına baxdığı vaxt ilk olaraq Şahid9 əyləşdiyi stolu görmüşdür. O, televizor, monitor ustası olduğuna görə Şahid9 tanımış və həmin şəxslə əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Şahid9 toyda iştirak etdiyi vaxt başında papaq olmuş və üzərində gödəkçəsi ilə birlikdə stol arxasında əyləşmişdir. Onun əyləşdiyi stol arxasında oturan şəxslərdən biri də Təqsirləndirilən şəxs qardaşı Şahid11 olmuşdur. O, Şahid11 Şahid9 toyda niyə olduğunu soruşduğu vaxt sonununcu ona qardaşı Təqsirləndirilən şəxs Şahid9 çobanı olduğunu buna görə toy məclisində bəy tərəfinin qonağı qismində iştirak etdiyini ona bildirmişdir. O və Şahid11 bəy-gəlin masası istiqamətində oturmuşlar və həmin yeri aydın şəkildə görmüşlər. Həmin gün axşam saatlarında toyda kimsə söyüş söymüş və buna görə də həmin şəxslə Zərərçəkmiş şəxs arasında müəyyən müddət gərginlik yaranmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs bəygəlin masasına getmişdir. Bundan sonra da bəy-gəlin masasının yanında dava baş vermiş və ətrafda olan çox sayda insan oraya toplaşmışdır. O, əyləşdiyi stuldan bəy-gəlin masasının ətrafında olanları müşahidə etmiş və Şahid9 əynində olan gödəkçəni soyunaraq və papağını çıxararaq, bəy-gəlin masasına getdiyini görmüşdür. Bundan sonra Şahid9 Zərərçəkmiş şəxs vurmuşdur. O, davanın sakitləşmədiyini görüb dərhal mübahisənin baş veridiyi yerə getmişdir. Həmin vaxt Şahid9 Zərərçəkmiş şəxs qardaşı Fərhadı da vurmuşdur. O, Şahid9 qolundan tutaraq, sonuncudan özündən yaşca kiçik şəxsləri niyə döydüyünü, onun kürəkənini niyə vurduğunu soruşmuşdur. Həmin vaxt Şahid9 ondan kürəkəninin kim olduğunu soruşmuşdur. Şahid11 isə həmin mübahisəyə müdaxilə etməmişdir. Dava-dalaş qurtardıqdan sonra o, Zərərçəkmiş şəxs qardaşları Fərqanı və Fərhadı öz avtomobili olmadığı üçün taksi vasitəsi ilə evlərinə aparmışdır. Zərərçəkmiş şəxs isə digər qohumları avtomobilə mindirərək, sonuncunu evinə yola salmışlar. Onlar evdə olduqları vaxt o, Fərhadın halı pisləşdiyinə görə sonuncunu təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparmışdır. O, bir qohum kimi səhərə qədər xəstəxanada gözləmişdir. X7 adlı həkim Fərhadın vəziyyətinin riskli olduğunu və Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılmasa, qan itkisindən ölə biləcəyini ona bildirmişdir. O, hətta xəstəxanın baş həkimindən onlara təcili tibbi yardım avtomobili verilməsini də xahiş etmişdir. O, kürəkəni Şahid7 həm Salyan, həm də Bakı şəhərində yerləşən xəstəxanalara aparmış və ekspertiza tədqiqatında iştirak etdiyi vaxt həmin şəxsin yanında olmuşdur. Hadisə baş verdiyi gündən səhəri gün o, xəstəxanada olduğu vaxt qaynı X4 ona zəng vuraraq, Zərərçəkmiş şəxs və sonuncunun qardaşlarına yol göstərdiyini, bu məsələdə Şahid9 adını hallandırdığını bildirərək, ondan işdən əl çəkməsini xahiş etmişdir. Daha sonra isə Şahid9 ona zəng vurmuş və harada olduğunu ondan xəbər almışdır. O, Şahid9 Biləsuvar rayon mərkəzi xəstəxanasında olduğunu bildirmişdir. Onda əvvəllər Şahid9 nömrəsi olmamış və o, həmin şəxslə əvvəllər heç vaxt telefon vasitəsilə əlaqə saxlamamışdır. Həmin gün günorta saatlarında Şahid9 xəstəxanaya onun yanına gəlmiş və onunla xəstəxanının həyətində söhbət etmişdir. Həmin söhbət zamanı Şahid9 ona Təqsirləndirilən şəxs ona çox borcu olduğunu, toy məclisindən 3.000 manat pul yığa bildiyini və hazırda ziyanda olduğunu bildirərək, ondan həmin pul vəsaitini götürməsini və barışmalarını xahiş etmişdir. Həmçinin Şahid9 hazırda evində usta işlədiyinə görə başı qarışıq olduğunu və daha sonra yenə onlara yardım edəcəyini bildirmişdir. Lakin o, həmin pul vəsaitini götürməmiş və bu məsələni Zərərçəkmiş şəxs və sonuncunun qardaşları ilə həll etməsini Şahid9 demişdir. Hətta Ramiz adlı həkim də ona aralarında arzılıq əldə etmələrini və xəstəni Bakı şəhərinə dərhal çatdırmalarını ona bildirmişdir. İbtidai isintaq vaxtı müstəntiq Abuzər Mənsimovla izlədikləri şadlıq evinin videokameraları vasitəsilə qeydə alınmış görüntülərdə də o, Şahid9 Zərərçəkmiş şəxs itələdiyini görmüşdür. İbtidai istintaqın əvvəllərində müstəntiq də Şahid9 Zərərçəkmiş şəxs və sonuncunun qardaşlarını döydüyünü görsə də, sonradan həmin videogörüntülər yox olmuş və Zərərçəkmiş şəxs və sonuncunun qardaşlarının döyülməsində Təqsirləndirilən şəxs adı hallanmağa başlanmışdır. İbtidai istintaq vaxtı Abuzər Mənsimov onlara Şahid9 pul almağın çətin olduğunu və sonuncunun cəmi 3.000 manat pul verməyə razı olduğunu bildirmişdir. Lakin Şahid7 həmin məbləğlə razılaşmamış və əməliyyat və müalicə xərclərinin daha çox – 5.000 manatdan çox olduğunu bildirmişdir. Həmçinin ibtidai istintaqa başçılıq edən Azər adlı müstəntiq də onlara 6.000 manat pul qarşılığında barışıq əldə edilməsini təklif etmişdir. Həmçinin Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Bəhruz Muradov və Xanlar Alışov da müxtəlif vaxtlarda ona telefon vasitəsilə zəng vuraraq, Şahid9 barədə şikayət etməməsini və bu məsələdə Şahid9 adını hallandırmamasını xahiş etmişlər. O, rayon sakinlərindən Şahid9 bir çox insana şər atdığını və sözünün çəp gəldiyi hər insanın sonradan müxtəlif cinayətlərdə təqsirləndirilmələrini eşitmişdir. O, heç kimdən Şahid9 barəsində yalançı şahidlik etməsini istəməmişdir, o cümlədən onun həmin şəxsdən pul almaq kimi niyyəti də olmamışdır. Həmçinin həmin hadisənin baş verdiyi gündən bir neçə gün sonra Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid11 onu avtomobilə mindirərək, Şahid9 yanına aparmağa cəhd etmişlər. O isə Buləsuvar şəhərinin mərkəzi hissəsində Şahid9 ilə görüşməkdən imtina edərək, nəqliyyat vasitəsindən enmmişdir. Zərərçəkmiş şəxs atası da ona Şahid9 onun evinə gəlib üzrxahlıq etmədiyi təqdirdə, şikayətini geri çəkməyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, A.Ə.Allahverdiyevin ögey qardaşıdır. O, 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində Təqsirləndirilən şəxs toy məclisində iştirak etmişdir. Belə ki, həmin məclisdə o, el adətinə uyğun olaraq toya gələn qonaqları qarşıladığı üçün şadlıq zalının giriş hissəsində olmuşdur. Toyun yarısından çox hissəsi keçdikdən sonra o, A.Şahid10 əyləşdiyi masada həmin şəxslə birlikdə əyləşmişdir. O, A.Şahid10 təxminən 25 il əvvəl görmüş və sonuncu dəfə də həmin toy məclisində rastlaşmışlar. O, həmin şəxlə söhbət etdiyi vaxt arxası bəy və gəlin masasına doğru olmuş və həmin yeri görməmişdir. Qəflətən həmin məclisdə bəy və gəlin stolunun yanında dava-dalaş baş vermiş, lakin o, hər kəs orada olduğu üçün kimin kimi vurduğunu və ya dalaşan şəxslərin əllərində silah və ya başqa hər hansı əşya olub-olmadığını görə bilməmişdir. O, hadisə yerinə dava edən şəxsləri sakitləşdirmək məqsədi ilə getsə də, o, həmin yerə çatdığı vaxt artıq ara sakitləşmişdir. O, toy məclisi baş tutduğu gündən təxminən 2-3 gün sonra 3 dəfə A.Şahid10 evinə getmişdir. Onun həmin şəxsin evinə getməkdə məqsədi aranıı sakitləşdirmək və qohum olduqları üçün A.Şahid10 onun qardaşından polisə şikayət etməsinin qarşısını almaq olmuşdur. O, Şahid9 əvvəllər tanımamış və həmin şəxsi toy məclisində digər qonaqlarla birlikdə görmüşdür. O, Şahid9 barəsində A.Şahid10 heç bir xahiş etməmişdir. Həmçinin o, toyda olduğu vaxt qonaqlardan Şahid9 Zərərçəkmiş şəxs və sonuncunun qardaşlarını vurduğunu eşitsə də, qardaşı Təqsirləndirilən şəxs ona həmin şəxsləri özünün vurduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş 25 dekabr 2022-ci il tarixdə “Zirvə” şadlıq evində baş tutmuş toy məclisinə dair “CD” diskdən və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, 25 dekabr 2022-ci il «Zirvə» şadlıq sarayında keçirilən toy məclisində, saat 20:35 radələrində Zərərçəkmiş şəxs bəy-gəlin masasına yaxınlaşaraq, A.Ə.Allahverdiyevə nəsə demiş, A.Ə.Allahverdiyev də cavab olaraq nəsə demiş və bundan sonra F.H.Təqsirləndirilən şəxsAllahverdiyevi yumruqla bir dəfə vurmuş, daha sonra isə A.Ə.Allahverdiyev Zərərçəkmiş şəxs yumruqla zərbə endirmişdir. İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 25 dekabr 2022-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, hadisə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə” şadlıq evinin İ mərtəbəsində baş vermişdir. Hadisə yerinə gündüz vaxtı, açıq hava şəraitində baxış keçirilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən maddi sübut və ya predmet aşkar edilməmişdir. Baxış zamanı hadisə yerində müşahidə və mühafizə kameraları müəyyən edilmiş və həmin kameralara baxış keçirilmiş, əldə edilən videogörüntülər götürülmüşdür. İş materiallarında olan canlı şəxsin ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə nahiyəsində küt travma müəyyən edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 25 dekabr 2022-ci il tarixə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əhatə olunmuş əməli törətməməsi barədə məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Bundan başqa, Şahid9 Zərərçəkmiş şəxs və sonuncunun qardaşlarını həmin toy məclisində baş vermiş dava-dalaş vaxtı vurması zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qardaşları və zərərəçəkmiş şəxsin qardaşının qaynatası A.Şahid10 ifadələrində gösərdiyi xüsusatlar, iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin, məhkəmədə şahid qismində dindirilmiş digər şəxslərin ifadələrində və məhkəmə iclasında baxış küçirilmiş videogörüntülərdə öz təsdiqini tapmamışdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 1 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(022)-136/2023 saylı hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə qəti olaraq 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəsasına məhkum edilmiş, həmin cəzanın icrası məqsədi ilə 11 yanvar 2024-cü il tarixdən Biləsuvar rayon İcra və Probasiya Şöbəsində qeydə alınmış, cəzasını çəkməmiş və cəzadan azad edilməmişdir. Bundan başqa, cinayət işinin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 25 dekabr 2023-cü il tarixdə, yəni Biləsuvar rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(022)-136/2023 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəti cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(022)- 136/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin olunmuş cəzanı qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 1(022)-136/2023 saylı hökmü üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan – 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-3/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-3/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver